Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-2/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, H.Əliyev prospekti dalan 5, ev 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 12 radələrində birlikdə yaşadığı yeznəsi Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolu döngə 21 ünvanında yerləşən evində dolabda olan Zərərçəkmiş şəxs1 məxsus gödəkcəsinin cibindəki pul kisəsinin içərisindən 900 manat və 1 ABŞ dollarının manata nisbətdə məzənnəsi 1,7 manat təşkil etdiyi vaxt-150 ABŞ dolları məbləğdə (255 AZN) pulunu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1155 manat məbləğində ziyan vrumaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 12 radələrində birlikdə yaşadığı yeznəsi Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolu döngə 2 ünvanda yerləşən evindəki dolabda olan Zərərçəkmiş şəxs1 məxsus gödəkcəsinin cibindəki pul kisəsinin içərisindən götürdüyü Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan “xxxx” ASC-nin “X7” ödəniş kartını xx.xx.2019-cu il saat 18:50:04 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində quraşdırılmış “xxxx” ASC-ə məxsus bankomatın elektron məlumatların oxunulması üçün nəzərdə tutulmuş hissəsinə daxil edib, müvafiq şifrəni yığmaqla Zərərçəkmiş şəxs2 məxsus 190 manat pulu çıxarıb gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 2008-ci ildə X2 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurtmuşlar. Onların birgə nikahından 1 övladları vardır. 2017-ci ildə İmişli rayon məhkəməsinin qərarına əsasən boşanmışlar. Həmin vaxtdanda övladı keçmiş arvadının himayəsində yaşayır. Özü isə republikaının müxtəlif ünvanlarında fəhləlik etdiyi üçün işlədiyi rayonlarda da yaşayır. 2018-ci ilin mart ayından bacısı X1 əri Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Sumqayıt yolu Döngə 1 ünvanda yerləşən ünvansız evdə yaşamışdır. Bir müddət Bakı şəhərində yerləşən “Ağ park” yaşayış komleksində qazanxanada fəhlə işləmiş, lakin sonradan işdən çıxmışdır. Bacısı Aytəkin və onun əri Natiqlə münasibətləri normal olmuşdur. İşdən çıxdıqdan sonra vaxtını bacısıgilin yaşadığı evdə keçirmişdir. Müəyyən vaxtlarda da çıxıb şəhər ərazisində gəzmişdir. Heç bir yerdə işlmədiyi üçün pula ehtiyacı olanda Natiqdən pul almışdır. Natiq də ona istədiyi qədər pul vermişdir. Bir müddət Natiqin əmisi oğlu Azərin yaşadığı evdə fəhlə kimi işləmiş, lakin Azər ona zəhmət haqqını verməmişdir. xx xxxxx 2019-cu il tarixdə saat 12 radələrində Natiqin əmisi oğlu Azər yaşadıqları evə qonaq gəlmişdir. O da Natiqə əmisi oğlundan zəhmət haqqını alıb ona verməsini demişdir. Natiq də ona əmisi oğluna bu barədə söz deyə bilməyəcəyini bildirmişdir. Bir neçə dəqiqiə sonra evə daxil olub evdəki dolabdan asılmış Natiqə məxsus gödəkcənin iç cibində pul qabını götürüb cibinə qoyub həyətə çıxıb Natiqə şəhərə gedib qayıdacağını bildirmişdir. Yolda pul qabını açıb baxdıqda içərisində 900 manat və 150 ABŞ dolları məbləğində pul, Natiqin şəxsiyyət vəsiqəsi, elektron təqaüd kartları, bacısı Aytəkinin adına olan “Birkart Red” elektron ödəniş kartı, qaz kartı, bacısı Aytəkin və onun övladı Tofiqin şəxsiyyət vəsiqələrinin olduğunu görmüşdür. Pulları götürüb cibinə qoyub, pul qabını isə digər cibinə qoymuşdur. Bakı şəhərində olarkən fəhləliklə məşğul olan tanışlarından eşitmişdir ki, Mingəçevir şəhərində yerləşən İES-də tikinti işləri gedir və orada fəhləyə ehtiyac var. Buna görə də Bakı şəhərində yerləşən beynəlxalq avtovağzala gedib oradan da avtomobillə Mingəçevir şəhərinə gəlmişdir. Natiqin onu axtaracağını bildiyi üçün evdən çıxdıqdan sonra telefonunu söndürmüşdür. Mingəçevir şəhərinə gəldikdən sonra xx xxxxx 2019-cu il tarixdə saat təxminən 19 radələrində H.Əliyev parkının yaxınlığında yerləşən binanın qeyri yaşayış sahəsində əvvəllər “Makromart” adı ilə fəaliyyət göstərmiş lakin, sonradan ”Bazarstore” adı ilə fəaliyyət göstərən mağazanın qarşısında quraşdırılmış “xxxx”a məxsus bankomatdan bacısı Aytəkinin adına olan “Birkart Red” elektron ödəniş kartından istifadə etməklə 190 manat məbləğində pul çıxarmışdır. Sonra Mingəçevir şəhərində evlərin alqı satqısı ilə məşğul olan tanımadığı şəxsin vasitəsi ilə Kür çayının sahilinə yaxın ərazidə yerləşən binadakı mənzili kirayə tutmuşdur. Mingəçevir şəhərinə gəldikdən bir neçə gün sonra Bakı şəhərində gedən tanımadığı şəxsin idarə etdiyi avtomobillə Natiqə məxsus pul qabı, şəxsiyyət vəsiqələrini, bacısı Aytəkinə məxsus elektron ödəniş kartını verib Natiqə çatdırmasını bildirmişdir. Həmçinin həmin taksi sürücüsünə yol haqqının da Natiq tərəfindən ödəniləcəyini demişdir. İlk vaxtlar Natiqin ondan şikayət etməyəcəyini fikrləşmişdir. Çünki valideynləri vəfat etdiyi üçün digər bacı və qardaşları ilə də əlaqəsi yoxdur. Buna görə Natiqlə əlaqə saxlamamışdır. Həmçinin həmin zaman Mingəçevir şəhərində yerləşən Azərbaycan İES-də fəhlə kimi işləmişdir. Sonradan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onu Mingəçevir şəhərində saxlayıb, Bakı şəhərinə aparmışlar. Orada ona məlum olmuşdur ki, Natiq ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını və dəymiş ziyanı ödəməsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəməsini, ondan heç bir şikayət və tələbinin olmamasını buna görə də təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəzanın təyin edilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əridir, himayələrində bir az yaşlı övladları vardır. Əri Natiq səhəti ilə əlaqədar heç bir yerdə işləmir. Ankoloji xəstədir, Respublika Ankoloji Xəstəxanasında qeydiyyatdadır. Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Tural təxminən 2018-ci ilin əvvəllərindən Bakı şəhərinə gəlib yaşadıqları evdə onlarla birlikdə qalırmış. Heç bir yerdə rəsmi işləmirdi. Öz deməsinə görə «Ağ Park» yaşayış kompleksində qazanxanada işləyirmiş. Münasibətləri yaxşı olub, aralarında heç bir problem olmayıbdır. Tural günün çox vaxtını evdə keçirirmiş. Arada bir çıxıb şəhərə gedirmiş. Tural tez- tez Natiqdən pul istəyirmiş, o da onun istədiyi məbləğdə ona pul verirmiş. Ailələri Natiqin müalicəsi üçün pul yığıb evdə saxlayırmışlar. Təxminən 900 manat və 150 ABŞ dollarını evdə paltar dolabının içərisində Natiqin qısa gödəkçəsinin cibinə qoymuşlar. xx xxxxx 2019-cu ildə saat 19:40 da dərman almaq üçün Natiq cibindən pul götürmək istəyərkən, gödəkcənin cibinə qoyduğu pul qabının içərisində 150 ABŞ dolları, 900 manatın, onun və oğlu Tofiqin şəxsiyyət vəsiqəsinin, ona məxsus pensiya kartın, evin qaz kartını və ona məxsus xxxxa aid X8 ödəmə kartının yoxa çıxdığını görüb ona bu barədə bildirmişdir. O, isə heç bir şeydən xəbəri olmadığını ona bildirmişdir. Bunu görüb Natiq Turala zəng vurmuşdur. Lakin Turalın telefonu sönülü olduğundan onunla danışa bilməmişlər. Natiq tez DİN-nin 102 Xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bir az keçmiş polis əməkdaşları yaşadıqları evə gəlmişlər. Polis əməkdaşları evi müayinə edib, protokol tərtib elədikdən sonra, Natiqin ərizəsini alıb çıxıb getmişlər. Bundan sonra Turalın onlara gəlməməsi, onun telefonunun söndürülməsi pulu onun götürməsində onlarda şübhələr yaratmışdı. Hadisədən sonra da onlar onunla əlaqə saxlaya bilməmişlər. Bu barədə ailə üzvülərimizdən soruşmuşdur. Lakin onlarda Turalla heç bir əlaqələrinin olmadığını bildirmişlər. Hadisənədn 10-15 gün keçəndən sonra Tural qeyd etdiyi bütün sənədləri tanımadığı şəxslə geri qaytarmışdır. Lakin, sonradan onlara məlum olmuş ki, Tural xx.xx.2019-cu il tarixdə saat 18:50-də Mingəçevir şəhərində ona məxsus X9 ödəmə kartından 190 manat pulunu çıxarıbdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəməsini, ondan heç bir şikayət və tələbinin olmamasını buna görə də təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəzanın təyin edilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs X4 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır, təxminən 2018-ci ilin əvvəllərindən Bakı şəhərinə gəlib yaşadıqları evdə onlarla birlikdə qalırmış. Heç bir yerdə rəsmi işləmirmiş. Öz deməsinə görə «Ağ Park» yaşayış kompleksində qazanxanada işləyirmiş. Münasibətləri yaxşı olub, aralarında heç bir problem olmayıbdır. Tural günün çox vaxtını evdə keçirirmiş. Arada bir çıxıb şəhərə gedirmiş. Tural tez-tez ondan pul istəyirmiş, o, da onun istədiyi məbləğdə ona pul verirmiş. O, və ailəsi müalicəsi üçün pul yığıb evdə saxlayırmış. Təxminən 900 manat və 150 ABŞ dollarını evdə paltar dolabının içərisində qısa gödəkçəsinin cibinə qoymuşdur. xx xxxxx 2019-cu ildə saat 19:40 da dərman almaq üçün cibindən pul götürmək istəyirmiş. Gödəkcəsinin cibinə qoyduğu pul qabının, içərisində 150 ABŞ dolları, 900 manatı və şəxsiyyət vəsiqənin, pensiya kartlarının, evin qaz kartının, oğlunun və yoldaşının şəxsiyyət vəsiqəsinin yoxa çıxdığını görmüşdür. Bunu görüb Turala zəng vurmuşdur. Lakin Turalın telefonu sönülü olduğundan onunla danışa bilməmişdir. O, tez DİN-nin 102 Xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bir az keçmiş polis əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları evi müayinə edib, protokol tərtib elədikdən sonra, onun ərizəsini alıb çıxıb getmişlər. Bundan sonra Turalın onlara gəlməməsi, onun telefonunun söndürülməsi onun pulu götürməsində onda şübhələr yaratmışdı. Hadisədən sonra da onlar onunla əlaqə saxlaya bilməmişlər. Bu barədə onun ailə üzvülərinə məlumat versələr də, qardaşı Elçin də onunla heç bir əlaqəsinin olmadığını bildirmişdi. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “xxxx” ASC-nin “X9” elektron ödəniş kartından xx.xx.2019-cu il tarixdə 18:50:04-də Mingəçevir şəhərində bankomatdan 190 manat çıxarılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2019-cu il tarixli elektron diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videomüşahidə kameralarının görüntülərini özündə əks etdirən diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 həmin kartdan pul çıxaran şəxsin Təqsirləndirilən şəxs olduğunu tanımışdır. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 12 radələrində birlikdə yaşadığı yeznəsi Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolu döngə 21 ünvanda yerləşən evində dolabda olan Zərərçəkmiş şəxs1 məxsus gödəkcəsinin cibindəki pul kisəsinin içərisindən 900 manat və 1 ABŞ dollarının manata nisbətdə məzənnəsi 1,7 manat təşkil etdiyi vaxt-150 ABŞ dolları məbləğdə (255 AZN) pulunu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1155 manat məbləğində maddi ziyan vrumaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 12 radələrində birlikdə yaşadığı yeznəsi Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolu döngə 2 ünvanda yerləşən evindəki dolabda olan Zərərçəkmiş şəxs1 məxsus gödəkcəsinin cibindəki pul kisəsinin içərisindən götürdüyü Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan “xxxx” ASC-nin “X7” ödəniş kartını xx.xx.2019-cu il saat 18:50:04 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində quraşdırılmış “xxxx” ASC-ə məxsus bankomatın elektron məlumatların oxunulması üçün nəzərdə tutulmuş hissəsinə daxil edib, müvafiq şifrəni yığmaqla Zərərçəkmiş şəxs2 məxsus 190 manat pulu çıxarıb gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinə və dəymiş ziyanı tam olaraq ödəməsinə cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı İmişli rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışına gəlməkdən boyun qaçırdığı üçün onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilərək icra olunması üçün Mingəçevir şəhər polis şöbəsinə göndərilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Mingəçevir ŞPŞ-nin MSY-nə təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət və xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2021-ci il tarixdək həbsdə saxlandığı 59 gün müddət, cəmi 61 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və İmişli rayonunun ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 1 ədəd “xxxxın” X10” elektron ödəniş kartı və 1345 manat pulun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 102 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2019-ci il tarixdən xx xxxx 2019-ci il tarixədək tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət və xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2021-ci il tarixdək həbsdə saxlandığı 59 gün, cəmi 61 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) ay 2 gün ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il, 7 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri seçilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı İmişli rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və İmisli rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə 1 ədəd “xxxxın” X10” elektron ödəniş kartı və 1345 manat iş üzrə zərərçəkmiş şəxslərə qayrarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 102 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-2/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-2/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver