Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-2/2022 28.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1983-cü ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" tibbi diaqnostika klinikasının kardioloq həkimi işləmiş, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri M.F.Axundov küçəsi 5A-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “vəzifədən kənarlaşdırma” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə ittiham elan edilmişdir,ondan ötrü ki, o, xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhərindəki "xxxx" tibbi diaqnostika klinikasında kardioloq həkim kimi çalışdığı müddətdə Səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin tələblərini pozaraq öz ixtisası üzrə profilaktika, diaqnostika və reabilitasiyanın müasir metodlarını, insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını bilib tətbiq etməli olduğu halda, ürəyini tredmil testi vasitəsilə müayinə etdirmək üçün müraciət edən X3 müayinələrini tam həcmdə aparmadan, xəstənin ürək və qan-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi üçün tredmil testindən öncə Exo kardioqrafiya müayinəsi apararaq müayinə nəticəsində xəstədə ürək-qan-damar sistemində mövcud olan patologiya və “Ürəyin işemik xəstəliyi”nin ağırlaşmalarını müəyyən etdikdən sonra adekvat taktika seçmədən, xəstədə tredmil testinin aparılmasına əks göstərişin olub-olmamasını müəyyən etmədən və bununla da öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq nəticəsində onları görməmiş, Məclum Məmmədovun anamnez məlumatları, İTSÜDA-nın Mingəçevir ŞMX-də çəkilmiş EKQ müayinəsi əsasında tredmil testinin icrasına başlamış, 6 dəqiqə 12 saniyyə keçdikdən sonra Məclum Məmmədovun halı pisləşmiş və lazımi tibbi yardımlar göstərilməsinə baxmayaraq xx.xx.2019-cu il tarixdə, saat 15:00-da X3 İcbari Tibbi Sığorta üzrə X11 şəhər Mərkəzi xəstəxanası X27 kəskin miokard infarktından ölməsi ilə nəticələnən əmələ yol vermiş, yəni ehtiyyatsızlıqdan başqa şəxsin ölümünə səbəb olan əmələ yol vermişdir. kəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 2009-cu ildən İcbari Tibbi Sığorta Üzrə X11 ŞMX PHŞ-də kardioloq həkim kimi çalışırdı. 2016-cı ildən isə müqavilə əsasında Mingəçevir "xxxx" Tibbi diaqnostika klinikasında kardioloq kimi çalışırdı. xx.xx.2019-cu ildə, saat 13 radələrində X1 ŞMX-nin qeyri-rəsmi göndərişi əsasında çalışdığı "xxxx" klinikasına gələrək ürəyini tredmil testi etdirmək istədiyini bildirdi, müraciət əsasında pasiyentin təzyiqini ölçdü, Mingəçevir ŞMX-də çəkilmiş kardioqrammasına baxdı, şikayətlərini dinlədi və pasiyentdə stress-test üçün əks göstəriş olmadığı qənaətinə gəldiyi üçün onu Bruce protokolu əsasında stress test etdirməyə başladı. Tredmil testi vasitəsilə müayinə edilmək üçün birbaşa "xxxx" klinikasına müraciət etdi pasiyentlərin elektro kardioqramma, exokardioqrafiya müayinələri aparılır, əgər həmin müayinələrin nəticəsi normal qiymətləndirilirsə, xəstənin şikayətləri olduqda əlavə müayinəsi aparılır, müayinələrin nəticəsi normal dəyərləndirildikdə stress testin icrasına başlanılır. Lakin X28 qeyri-rəsmi olaraq Mingəçevir ŞMXnin kardioloqu Şahid10 tərəfindən müayinə edilərək "xxxx" klinikasına göndərildiyi üçün onun klinik müayinələri, yəni təzyiqi ölçülərək anamnezi toplanıb, özünün təqdim etdiyi Mingəçevir ŞMX-də çəkilmiş elektrokardioqramma sənədinə baxılaraq tredmil testin icrasına başlandı. Mərhum M.Məmmədov xx.xx.2019-cu ildə saat 12:30-da tredmil testindən keçmək üçün müraciət etdi, tibb bacısı Şahid5 onu tredmilə hazırlayarkən sinəsi tüklü olduğuna görə ona sinəsini təmizləməyi bildirdi və sonuncu klinikanın ayaqyolusunda sinəsini təmizləyərək təxminən 30 dəqiqə sonra yenidən tredmil testindən keçmək üçün kabinetə daxil oldu, M.Məmmədov testdən əvvəl tərəfindən Exokardioqrafiya müayinəsindən keçirildi və stress test aparatının elektrotları sinəsinə yapışdırılaraq saat 12:55-də tredmil testinin icrasına başlanıldı. Test 6 dəqiqə 12 saniyə davam etdikdən sonra, yəni testin İİ mərhələsində pasiyentin aşağı ətraflarında şikayətləri olduğu üçün test yarımçıq saxlanılmışdır. Test nəticəsində pasiyentin maksimal ürək döyüntülərinin sayı 166 ritmə çatdı. 2-3 dəqiqə sonra pasiyent qulaqlarının tutularaq küy əmələ gəldiyini bildirdiyi üçün uzadılaraq monitorizasiya olundu. Bundan sonra xəstənin təzyiqi müəyyən edilə bilmədiyi üçün ilkin tibbi yardım göstərilərək, təzyiq 87/40-a qalxdı, kardioqrammada kəskin dəyişiklik izlənilmədi. Klinikada onların yanına gəldilər. Həmin zaman klinikanın Baş həkimi Şahid9 təcili tibbi yardıma zəng vurduqdan sonra təcili yardım briqadası gələrək pasiyenti xəstəxanaya apardılar. Pasiyentin vəziyyəti pisləşdikdən sonra ümumilikdə klinikada 15-20 dəqiqə qaldı. Məclum Məmmədov ona müayinə üçün müraciət etdiyi zaman onda gərginlik stenokardiyası olmadığını, onda qida borusu diafraqmal yırtığının olduğunu qətiyyətlə bildirdi, xəstənin anamnez məlumatlarına əsasən onda şifahi olaraq gərginlik stenokardiyası diaqnozu qoyuldu və həmin diaqnozun dəqiqləşdirilməsi üçün tredmil testinin icrasına başlanıldı. Həmin testin nəticəsində isə son diaqnoz təyin ediləcəkdi. M.Məmmədov tredmil testindən öncə şifahi qaydada məlumatlandırıldı, lakin bununla bağlı heç bir rəsmi qeydiyyat sənədləri tərtib edilmədi. İş materiallarında olan MTE və PA ETT birliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 458 saylı rəylə razı deyil. X3 müayinəsi üçün adekvat tədbirlər tərəfindən seçilmişdi, mərhum M.Məmmədov Mingəçevir ŞMX-nin kardioloqu Bənövşə Abbasova tərəfindən konkret olaraq qeyri-rəsmi qaydada tredmil testindən keçməsi üçün göndərilmişdi. Bundan başqa X20 tredmil testinin icrasından əvvəl tərəfindən Exo kardioqrafiya müayinəsindən keçirilmişdi, nəticələri tredmil testinin aparılması üçün normal qiymətləndirildi. M.Məmmədov tərəfindən exo kardioqrafiya müayinəsi üçün ödəniş edilmədiyi üçün həmin müayinənin nəticələri sənədləşdirilmədi. Pasiyent sadəcə tredmil testinin icrası üçün 30 manat pul ödəmişdi. Exokardioqrafiya müayinəsi zamanı pasiyentdə akineziya ocaqları müəyyən olunmamışdı. Buna görə də stress testin icrasına başlamışdı. Tredmil testin öncəsi ürək fəaliyyətinin qiymətləndirilməsi exokardioqrafiya tədqiqatı ilə aparılarkən M.Məmmədovda ürəyin işemik xəstəliyinin olub-olmaması müəyyən edilə bilməzdi. Ürəyin işemik xəstəliyi və miokard infarktı ilə nəticələnən gərginlik stenokardiyası tredmil testinin aparılmasına əks göstəriş olmadı. Mingəçevir ŞMX-də çəkildi EKQ, tərəfindən edilmiş Exo kardiqorafiya və xəstənin obyektiv şikayətlərinə əsasən pasiyentdə stress test üçün əks göstəriş olmadığı qənaətinə gəldi. Mərhum M.Məmmədovu stress test müayinəsindən əvvəl exo kardioqrafiya müayinəsi etsə də, hər hansı sənədə bu barədə qeydiyyat aparmadı, həmin müayinə pasiyentdə hər hansı əks göstəriş deyil. Tredmil testi üçün vacib olan müayinələr icra olunmuş, pasiyentin sakit halda heç bir şikayəti olmadığına görə tredmil testin icrasına başlanılmışdı. Məhrum M.Məmmədovda stress test üçün əks göstəriş olmamışdır, onun ölümünə aparılmış stress test səbəb olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsin hüquqi varisi X13 məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, Mərhum M.Məmmədovun hazıradək sağlamlığında hər hansı bir problemi olmamış və buna görə əməliyyat olunmamışdır. 25 aprel 2019-cu ildə, saat 14 radələrində yaşadığı Gəncə şəhərində olduğu zaman mobil telefonuna hazırda Rusiya Federasiyasında yaşayan və hadisə baş verən günlərdə Azərbaycan Respublikasına qonaq kimi gəlmiş mərhumun ən yaxın dostu Firqət Babışov ona zəng vuraraq qardaşı Məclum Məmmədovun vəfat etdiyini bildirmişdir. Sonradan mərhumun arvadı Şahid1 hadisənin nə cür baş verdiyini soruşduğu zaman sonuncu ona demişdir ki, 25 aprel 2019-cu ildə Məclum Məmmədovun mədəsi ağrıdığı üçün Mingəçevir şəhər xəstəxanasına getdiyini, lakin xəstəxanada sonuncunu müayinə edərək "xxxx" klinikasında ürəyini Stress test vasitəsilə yoxlanılmalı olduğunu bildirmişlər. "xxxx" klinikasında Məclum stres test müayinəsi keçdiyi zaman qəfildən vəziyyəti pisləşərək təzyiqi düşməklə vəfat etmişdir. M.Məmmədovun həkim tərəfindən müayinə olunarkən həkim səhlənkarlığı səbəbindən vəfat etdiyi üçün X20 vəfatında təqsiri olan tibb işçisinin cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş edir. Şahid10 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Mingəçevir ŞMX PHŞ-nin kardioloqu vəzifəsində işləyir. X28 xx.xx.2019-cu ildə saat 12 radələrində çalışdığı xəstəxanaya müraciət edərək ürəyini müayinə etdirmək istədiyini bildirmişdi. Pasiyent EKQ müayinəsi olundu və göstəricilərin normal olduğunu gördü. Bundan sonra pasiyent ilə söhbət edərək onun şikayətlərini dinlədi. Pasiyent ona iti addımlar atanda, mərtəbə qalxanda mədə nahiyyəsində qısamüddətli ağrılar olduğundan şikayət etmişdir. Bu şikayətlər əsasında xəstəyə ilkin stenokardiyanın digər formaları (gərginlik stenokardiyası) diaqnozu qoyulmuşdur. Buna görə pasiyentə protokola görə ilkin olaraq meksil, kardiomaqnil, karnekadin preparatları təyin olundu. Həmin vaxt üçün acil durum olmadığına görə, ertəsi gün üçün pasiyentə klinikada olan ürəyə aid labarator və instrumental müayinələr üçün göndərişlər yazıldı. Lakin buna baxmayaraq o, ağrıların mədə nahiyyəsində olduğu üçün və əvvəllər ona qida borusunun diafraqmal yırtığı diaqnozu qoyulduğuna görə ürəyində narahatlıq olduğunu qəbul etmədi. Ona görə pasiyentə Mingəçevir ŞMX PHŞ-də icbari tibbi sığorta sisteminin göndərişi ilə xəstəxanada hazırda olmayan daha təkmil üsullarla ürəyini müayinə etdirə biləcəyini bildirdi. Pasiyent qızının da həkim olduğunu bildirdiyinə görə sonuncuya lazım olduqda təkmil müayinələr olan stress-test etdirə biləcəyini qızı ilə ətraflı müzakirə edib bir qərar veriləcəyini, təyin olunan dərmanları qəbul etməsini bildirdi. X25 müayinə edərək onun şikayət etdiyi ağrıların xüsusiyyətinə görə ona ağrılarının mədə ilə əlaqəli olmadığını, onda ürəyin işemiyası xəstəliyi ola biləcəyini, buna görə ürəyini müayinə etdirməli olduğunu dedi. Lakin pasiyent onun dediklərinə inanmadı və onda ürək xəstəliyinin ola bilməyəcəyini deyərək yanından çıxıb getdi. Mərhum M.Məmmədova tərəfindən ilkin stenokardiyanın digər formaları (gərginlik stenokardiyası) diaqnozu qoyulmuşdur. Pasiyentə möhürü ilə xəstəxanada olan labarator instrumental müayinələrə göndərişlər yazmış, həmin göndərişləri mərhum M.Məmmədov ondan almışdır. Başqa heç bir sənədləşmə aparılmamışdır. Pasiyent müraciəti ilə əlaqədar xəstəxananın komputer sistemində uçota alınmışdır. Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir "xxxx" tibbi diaqnostika MMC-də həkim terapevt işləyir. xx.xx.2019-cu il tarixdə klinikanın daxili telefonu vasitəsilə həkim kardioloq Təqsirləndirilən şəxs onun otaq telefonuna zəng vuraraq otağındakı pasiyentin qəfildən halının pisləşdiyini, buna görə də köməyə gəlməsini xahiş etdi, dərhal həmin otağa gəldiyi zaman sonradan adını öyrəndiyi M.Məmmədovun halsız vəziyyətdə exo kardioqrafiya aparatının yanındakı taxtda uzadıldığını gördü. Pasiyentdən şikayətinin nə olduğunu soruşanda sonuncu ona halsız olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs pasiyenti kardioqrammaya qoşdu və kardioqrammada pasiyentdə miokard infarktı əlaməti görünmədi. Həmin zaman təsadüfən klinikada olan İTSÜDA-nın TTYS-nin həkimi Şahid8 otağa gəldi. Pasiyentdən sinəsində ağrı olub-olmadığını soruşanda sonuncu ağrı olmadığını bildirdi. Prednizalon vena daxilinə vurdular. 10 dəqiqə ərzində pasiyentin təzyiqi normallaşdı. Pasiyent 10 dəqiqə ərzində klinikada qaldı və təzyiqi normallaşdıqdan sonra təcili tibbi yardım maşını ilə Mingəçevir ŞMX-yə yola saldılar. Bundan başqa hadisə barədə hər hansı məlumatı olmamışdır. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri "xxxx" tibbi diaqnostika MMC-də tibbi bacısı işləyir. 4-5 ildir həkim Təqsirləndirilən şəxs ilə birlikdə çalışmışdır. Onun iş fəaliyyəti Təqsirləndirilən şəxs işi ilə əlaqədar zəruri yardımları göstərməkdən, pasiyentlərin qeydiyyatını aparmaqdan ibarətdir. Mərhum M.Məmmədov xx.xx.2019-cu ildə klinikaya müraciət edərək stress test müayinəsindən keçmək üçün 30 manat pul ödəmiş və buna görə də çalışdığı otağa gələrək Təqsirləndirilən şəxs müraciət edib onu Mingəçevir ŞMX-nin həkimi Şahid10 EKQ edərək stress test müayinəsindən keçirilməsi üçün klinikaya göndərdiyini bildirdi. Buna görə də Təqsirləndirilən şəxs pasiyenti ilk öncə Exo kardioqrafiya müayinəsindən keçirdi. Həmin müayinə bir neçə dəqiqə davam etdikdən sonra həkim pasiyenti stress test müayinəsindən keçməsi üçün hazırlamasına göstəriş verdi. Pasiyenti stress test müayinəsi üçün hazırladı, test bir neçə dəqiqə davam etdikdən sonra pasiyent həkimə ayağında ağrılar olduğunu bildirərək hərəkət edə bilmədiyini bildirdiyi üçün test yarımçıq saxlandı. Bundan sonra pasiyenti otaqdakı exo kardioqrafiya aparatının yanındakı, pasiyentlərin müayinə üçün uzadıldığı masaya uzadıb təzyiqini ölçdü, təzyiqinin aşağı olduğunu müəyyən etdilər. Dərhal köməyə digər həkimləri çağırdı və köməyə gələn klinikanın həkimi Şahid7 və Mingəçevir ŞMX-nin həkimi Şahid8 pasiyentə müvafiq yardımlar göstərdilər. Təcili tibbi yardım çağırdılar. Bir neçə dəqiqə sonra təcili tibbi yardım maşını ilə pasiyent huşu aydın şəkildə Mingəçevir ŞMX-yə yola salındı. Sonradan isə pasiyentin öldüyünü öyrəndi. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, məhrum Məclun Məmmədov onun atasıdır. X20 vəfat edənədək sağlamlığından şikayəti ancaq mədəsindəndəki diafraqmal yırtıq xəstəliyindən olmuş, ürək və başqa orqanlarında heç bir xəstəliyi olmamış, ölümündən 1 həftə əvvəldən başlayaraq hər gün mədəsində hərdənbir ağrılar olduğunu, sol çiyninin uyuşduğunu bildirərək özünü narahat hiss etmişdir. 25 aprel 2019-cu ildə saat 09 radələrində M.Məmmədov anası Şahid1 Mingəçevir ŞMX-yə gedərək həkim müayinəsindən keçmək istədiyini bildirmiş və həmin xəstəxanaya getmişdir. Bundan sonra həmin gün saat 11 radələrində mobil telefonuna zəng vuraraq həmin xəstəxanada adını bilmədiyi kardioloq həkim tərəfindən müayinə edildiyini, qanından analiz verdiyini, lakin analizin cavabları çıxmadan həkimin onda ürək çatışmazlığı xəstəliyi ola biləcəyi üçün müayinə olunması məqsədilə "xxxx" klinikasına gedərək stress-test vasitəsilə ürəyini müayinə etdirməsini dedi. Atası həmin klinikada qaçış aparatı vasitəsilə qaçızdıracaqlarını və həmin üsulla onun ürəyinin müayinə edilə biləcəyi üçün ora gedəcəyini bildirmişdir. Həmin gün saat 15 radələrində atası X15 ŞMX-da vəfat etdiyini öyrənmişdir. Atası "xxxx" klinikasında stres test müayinəsi keçdiyi zaman qəfildən vəziyyəti pisləşərək təzyiqi düşüb və Mingəçevir ŞMX-da vəfat etmişdir. Atası M.Məmmədov həkim tərəfindən müayinə olunarkən həkim səhlənkarlığı səbəbindən vəfat etdiyi üçün onun vəfatında təqsiri olan tibb işçisinin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Atasının yaşı çox olduğu üçün və uşaqlığından siqaret çəkdiyi üçün onu lazım olandan çox ölçüdə fiziki gücə salaraq müayinə etdikləri üçün onun ürəyi həmin müayinəyə dözməmiş və buna görə də vəfat etmişdir. Atasının yaşı çox olduğu və uşaqlığından bəri siqaret çəkdiyi üçün bəlğəmli öskürəyi olduğuna görə barəsində tridmil testi Bruce protokolu əsasında deyil, Kornel protokolu əsasında müayinə edilməli idi. Həmin protokol fiziki gərginliyə dözümü daha məhdud olan xəstələrdə istifadə edilir. Həmin klinikada atasını vəziyyəti pisləşdikdən sonra təxminən 40 dəqiqə qalmış və ona klinika içərisindəki cərrahi şöbədə deyil, tridmil otağında ilkin tibbi yardım göstərilmiş və o, dərhal Mingəçevir ŞMX-dəkı müvafiq ixtisaslaşmış həkimlərin yanına göndərilməmişdir. Həmin klinikada təcili tibbi yardım maşınları olmalı və xəstə dərhal həmin maşınlarla müvafiq həkimlərin yanına göndərilməli idi. Bundan başqa atasının tridmil testi edildiyi otaqda pasiyentin ürəyinin dayanması hallarında tətbiq edilməli olan defebilyator aparatı olmalı olsa da, olmamışdır. Hadisədən sonra atasının tridmil test edildiyi otağa gedib baxarkən həmin otaqda qeyd edilən aparatı görməmiş və ona həmin aparatın klinikanın 3-cü mərtəbəsindəki cərrahiyyə otağında olduğu bildirilmişdir. Klinikada müayinə və müalicə düzgün təşkil edilməmiş və baş verə biləcək xəstəliklərin ağırlaşması hallarına müdaxilə gecikdirilmişdir. Şahid2 Məclun qızı da məhkəmə iclasında Şahid3 ifadəsi uyğun ifadə verdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Məclun Məmmədov onun əridir. X20 vəfat edənədək sağlamlığından şikayəti ancaq mədəsindəki diafraqmal yırtıq xəstəliyindən olmuş, ürək və başqa orqanlarında heç bir xəstəliyi olmamış, ölümündən 1 həftə əvvəldən başlayaraq hər gün mədəsində hərdənbir ağrılar olduğunu, sol çiyninin uyuşduğunu bildirərək özünü narahat hiss etmişdir. 25 aprel 2019-cu ildə saat 09 radələrində M.Məmmədov ona Mingəçevir ŞMX-yə gedərək həkim müayinəsindən keçmək istədiyini bildirmiş və həmin xəstəxanaya getmişdir. Bundan sonra həmin gün saat 11 radələrində ona zəng vuraraq həmin xəstəxanada adını bilmədiyi kardioloq həkim tərəfindən müayinə edildiyini, qanından analiz verdiyini, lakin analizin cavabları çıxmadan həkimin onda ürək çatışmazlığı xəstəliyi ola biləcəyi üçün müayinə olunması məqsədilə "xxxx" klinikasına gedərək stress-test vasitəsilə ürəyini müayinə etdirməsini bildirmişdir. Məclum Məmmədov həmin klinikada qaçış aparatı vasitəsilə qaçızdıracaqlarını və həmin üsulla onun ürəyinin müayinə edilə biləcəyi üçün ora gedəcəyini bildirmişdir. Həmin gün saat 15 radələrində ərim X15 ŞMX-da vəfat etdiyini öyrəndi. X28 Şəfa klinikasında stres test müayinəsi keçdiyi zaman qəfildən vəziyyəti pisləşərək təzyiqi düşüb və Mingəçevir ŞMX-da vəfat etmişdir. M.Məmmədov həkim tərəfindən müayinə olunarkən həkim səhlənkarlığı səbəbindən vəfat etdiyi üçün onun vəfatında təqsiri olan tibb işçisinin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2017-ci ildən etibarən İTSÜDA-nın Mingəçevir ŞMX PHŞ TTYS-nin Acil şöbəsinin həkimi vəzifəsində işləyir. 25 aprel 2019-cu ildə saat 14:30-da iş yerində növbədə olarkən TTY maşını ilə X25 Acil şöbəsinə gətirdilər. Xəstənin rəngi solğun, bədəninin dəri örtüyü soyuq tərlə örtülmüş və çox həyəcanlı vəziyyətdə olmuşdur. Xəstə dayanmadan sinəsində güclü ağrıların olduğunu bildirdi. Xəstə dərhal monitorizə olunmuş və aparat təzyiqini göstərə bilməmişdir. Xəstənin pulsu 45-46 ölçüsündə, saturasiyası isə 60-65 ölçüsündə olmuşdur. Xəstəyə kardiogen şok diaqnozu qoyulmuş, dərhal digər reanimatoloqları, köməyə çağırmış və xəstəyə yardım etməyə davam etmişdir. Xəstəyə oksigen inqolyasiya olunmuş, kardioqramma çəkilmiş, 2 damar yolu açılmış, qan şəkəri ölçülmüş, tropolin analizi götürülmüş venadan ringer 500,0 ml x2, NaCl 400ml x2, dofamin 3mlx2, promidol 1mlx2, heparin 2ml qoşulmuşdur. Görülmüş tədbirlərə baxmayaraq xəstənin təzyiqi alına bilməmişdir. Xəstəyə Acil şöbəsində cəmi 20 dəqiqə ərzində tibbi yardım göstərilərək reanimasiyaya göndərilmiş, lakin xəstə reanimasiyaya aparılarkən vəfat etmişdir. Şahid X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir TTYS-nın çağırışçı həkimi vəzifəsində çalışır. 25 aprel 2019-cu ildə, saat 14 radələrində iş yerində növbədə olarkən TTYS-nə "xxxx" klinikasından çağırış olmuş və dərhal həkim briqadası ilə birlikdə həmin klinikaya getmişdir. Həkim briqadasının rəhbəri özü olmuşdu. Klinikaya çatdıqdan dərhal sonra X20 klinikanın stress-test otağında xərək üzərində uzadıldığını və qoluna sistem qoşulduğunu gördü. Həmin zaman klinikanın bir neçə həkimi də xəstənin ətrafına toplaşmışdır. Xəstənin təzyiqini ölçüb 90/60 müəyyən etdi və təzyiqinin aşağı olduğunu görüb dərhal xəstəni xəstəxanaya aparmalı olduğunu bildirdi. X26 təcili tibbi yardım maşınına mindirib Mingəçevir ŞMX-nin Acil şöbəsinə çatdırdılar. Təcili tibbi yardım maşınında xəstəxanaya apararkən xəstə ona ürəyinin ağrıdığını, çətinliklə nəfəs aldığını bidirdi və xəstədən soyuq tər axırdı. Dərhal yəni 5-10 dəqiqə ərzində Məclum Məmmədovu xəstəxananın Acil şöbəsinə təhvil verdilər. Məclum Məmmədova tərəfindən hipotomiya diaqnozu qoyulmuş, sonuncuya Şəfa klinikasında sistem qoşulduğu üçün tərəfindən əlavə tibbi tədbirlər görülmədən dərhal həmin sistem altında pasiyenti Mingəçevir ŞMX-dəki ixtisaslaşmış həkimlərin kömək etməsi üçün apardı. Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İTSÜDA-nın Mingəçevir ŞMX PHŞnin Acil şöbəsinin həkimi işləyir. xx.xx.2019-cu il tarixdə, saat 13-30 radələrində Mingəçevir "xxxx" Tibbi diaqnostik klinikasında tanışı olan xəstəni müayinəyə apararkən klinikada əvvəllər həkim yoldaşı olmuş Şahid7 müayinə üçün gəlmiş pasiyentin vəziyyətinin pisləşdiyinə görə karioloq həkim Təqsirləndirilən şəxs otağına getdiyini və xatırlamadığı bir neçə tibbi personalın da həmin otağa getdiyini gördü. Buna görə hadisənin baş verdiyi klinikanın kardioloji otağına getdiyi zaman sonradan adını öyrəndiyi M.Məmmədovu həmin otaqdakı taxt üzərinə uzatdıqlarını və həmin zaman klinikanın həkimi Şahid7 pasiyentdən nə şikayətinin olması barədə soruşduğunu gördü. Həmin zaman pasiyent ona halsız olduğunu bildirdi. Təqsirləndirilən şəxs pasiyenti kardioqrammaya qoşmuş və kardioqrammada onda infarkt əlaməti görünməmişdir. Pasiyentə sistem köçürülərək müvafiq tibbi yardımlar göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Mingəçevir ŞMX-yə göndərilmişdir. Bundan başqa hadisə barədə hər hansı məlumatı olmamışdır. Müdafiəçinin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş ekspert X23 bildirdi ki, X8 müayinə edən həkim 2012-ci il tarixli 70 saylı əmrin tələblərini pozaraq öz ixtisası üzrə profilaktika, diaqnostika və reabilitasiyanın müasir metodlarını, insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını bilib tətbiq etməli olduğu halda, ürəyini tredmil testi vasitəsilə müayinə etdirmək üçün müraciət edən X3 müayinələrini tam həcmdə aparmadan, xəstənin ürək və qan-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi üçün tredmil testindən öncə Exo kardioqrafiya müayinəsi apararaq müayinə nəticəsində xəstədə ürəkqan-damar sistemində mövcud olan patologiya və “Ürəyin işemik xəstəliyi”nin ağırlaşmalarını müəyyən etdikdən sonra adekvat taktika seçmədən, xəstədə tredmil testinin aparılmasına əks göstərişin olub-olmamasını müəyyən etməli idi. Müdafiəçinin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş ekspert X9 bildirdi ki, İnfarkt sahəsində toxumanın qan dövranın pozulduğu halda həmin qan qansızına olur və qansızma halında toxuma öz fəaliyyətinini itirir. Qan damarı infarkt zonasında oranı qidalandıra bilmədiyinə görə o sahədə infarkt sahəsi yaranır. Meyidin müayinə rəyində ürəklə bağlı elə bir sahə yoxdur. Bir sahə var ki, keçirilmiş infarktdan sonrakı kardoskralizor halda olur ki, o da həmişə sağalmış sahələr olur, təzə infarkt sahəsi meyidin müayinə protokolunda qeyd edilmiş eyni zamanda kistoloji nəticədə. Kistoloji nəticədə göstərilən keçirilmiş miokardın infarktının təzə infarkt olduğu halda onu makroskopik görməliyik, gözlə görünür ki, tam divarını əhətə edir, yarım sahəni əhatə edir. Baxmayaraq ki, infarktdı təsdiqi üçün göndərilir kistoloji tədqiqata, o da təsdiqini verəndən sonra bu nəticəyə gəlir. Burada təzə infarktdan söhbət gedə bilməz, təzə infarkt yoxdur. Sənədlərə əsaslanıb deyir ki, orada təzə infarkt sahəsi olmayıb. Ürəyin 745 qram olması artıq 2 dəfədən artıq ürəyin böyüməsi deməkdir. Ürək öz funksiyasımın yerinə yetirə bilmir. Yəni öz çəkisinə uyğun deyil artıqdır, normalda 250- 300 qram arasında olmalıdır. Müdafiəçinin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş ekspert Şahid11 bildirdi ki, 25 aprel 2019-cu il tarixli verdiyim ekspertiza rəyində görünür ki, mərhum X8 həm xarici, həm də daxili tibbi müayinədən keçirilmişdir. Tibbi müayinə zamanı müəyyən olundu ki, X2 ölüm səbəbi kəskin miokar infarktı olmuşdur. Hesab edirəm ki, rəyini düzgün vermişdir. Əlavə onu da bildirmək istəyir ki, meyidin müayinəsi zamanı mərhumda hər hansı xəsarət və xəsarət işləri aşkar olunmamışdır. İşin 1-ci cild 73-76-cı vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 25 aprel 2019-cu il tarixli, 8 saylı rəyində göstərilir ki, X3 meyitinin müayinəsi zamanı onun bədənində hər hansı bir xəsarət və xəsarət izləri aşkar olunmadı. X3 ölümünə səbəb kəskin miokard infarktı olmuşdur. Ölüm xx.xx.2019-cu il tarixdə, saat 15:35-də baş vermişdir. İşin 1-ci cild 88-96-cı vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 17 iyul 2019-cu il tarixli, 197/KEŞ saylı rəyində göstərilir ki, X14 xx.xx.2019-cu il tarixdə Mingəçevir ŞMX-yə müraciət etmiş və həkim-kardioloq tərəfindən müayinə olunmuşdur. Xəstəyə EKQ və zəruri laborator müayinələr aparılmış, ona “Gərginlik stenokardiyası” diaqnozu təyin edilmiş və patologiyanın daha da dəqiqləşdirilməsi üçün digər müayinələrdən də keçməsi məsləhət görülmüşdür. Bu baxımdan xəstəyə xəstəxana şəraitində göstərilmiş tibbi xidmət Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. X14 xx.xx.2019-cu il tarixdə "xxxx" özəl tibbi diaqnostika klinikasına müraciət etmiş, həkimkardioloq tərəfindən müayinə olunmuş və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının göndərişinə əsasən, xəstəyə diaqnoz təyin edilmədən tredmil testin icrasına başlanılmışdır. Tredmil testin icrası zamanı xəstənin vəziyyəti pisləşmiş və EKQ görüntülərinə əsasən onda ST seqmentinin depressiyası qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" özəl tibbi diaqnostika klinikasında tredmil testin icrasından öncə X10 aparılmış müayinələr tam həcmdə olmamışdır. Belə ki, xəstənin ürək və qan-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi üçün tredmil testindən öncə Exo kardioqrafiya müayinəsi aparılmalı idi. X10 tredmil testinin aparılmasından öncə xəstə məlumatlandırılmalı idi. X3 ürək və qan-damar sistemində olan patoloji dəyişikliklər tredmil testin aparılmasına əksgöstəriş olmuşdur. X10 tredmil testinin gedişində səhhətinin pisləşməsi ilə əlaqədar ona "xxxx" özəl tibbi diaqnostika klinikasında göstərilmiş tibbi yardımlar onun vəziyyətinin ağırlığına uyğun olmuşdur. X14 təcili tibbi yardım maşını ilə Mingəçevir ŞMX-yə çatdırıldıqdan sonra göstərilən tibbi yardımlar xəstənin vəziyyətinin ağırlığına uyğun olmuşdur. X3 meyidi müayinə olunmuş və onun ölümünə səbəb kəskin miokard infarktının olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış diaqnostik müayinə tədbirləri ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilmir. Belə ki, Məclum Məmmədovun düçar olduğu xəstəliklər – ürək və qan-damar sistemində olan patologiyalar "xxxx" özəl tibbi diaqnostika klinikasına müraciət etməsi zamanı onun müayinələri tam həcmdə aparılıb aşkar olunaraq adekvat müalicə taktikası seçilmiş olsaydı, geridönməz fəsadın qarşısının alınması imkanı ola bilərdi. İşin 1-ci cild 169-174-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2019cu il tarixli, 458 saylı rəyində göstərilir ki, X14 xx.xx.2019-cu ildə "xxxx" özəl tibbi diaqnostika klinikasında tredmil testinin icrasından öncə ona aparılmış müayinələr tam həcmdə olmamışdır. Belə ki, xəstənin ürək və qan damar sisteminin vəziyyətinin qiymətləndirilməsi üçün tredmil testindən öncə Exo kardioqrafiya müayinəsi aparılmalı idi. Müayinə nəticəsində xəstədə ürək və qan damar sistemində olan patalogiya və “ürəyin işemik xəstəliyi”nin ağırlaşmaları müəyyən edildikdən sonra adekvat taktika seçilməli idi. X3 meyiti məhkəmə-tibb müayinəsinə əsasən, onun ölümünə səbəb kəskin miokard infarktının olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış diaqnostik müayinə tədbirləri ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə olmuşdur. Buna məsul şəxs "xxxx" özəl tibbi diaqnostika klinikasının həkimi Təqsirləndirilən şəxsdir. X10 tredmil testin aparılmasından öncə yarana biləcək ağırlaşmalar haqqında xəstə məlumatlandırılmalı və bu haqda tibbi sənəddə müvafiq qeydiyyat aparılmalı idi. Xəstəyə müayinə haqqında məlumatın verilməsi individual xarakter daşıyır, lakin tredmil testin öncəsi ürək fəaliyyətinin qiymətləndirilməsi exokardioqrafiya tədqiqatı ilə aparılmış olsaydı tredmil testinə əks göstərişin olduğu vaxtında müəyyən oluna bilərdi. X3 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda ürəyin işemik xəstəliyi və miokard infarktı ilə nəticələnən gərginlik stenokardiyasının olduğu müəyyən edilmişdir. Bu da aparılacaq tredmil testinin əks göstərişin olduğu kimi qiymətləndirilir. X3 meyiti müayinə olunmuş və onun ölümünə səbəb kəskin miokard infarktının olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış diaqnostik müayinə tədbirləri ilə (tredmil test) baş vermiş ölüm arasında birbaşa səbəli əlaqə vardır. X10 Mingəçevir şəhər "xxxx" özəl tibbi diaqnostika klinikasında göstərilmiş tibbi xidmət Səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin tələblərinin pozulması kimi qiymətləndirilir. İşin 5-ci cild 1-20-ci vərəqlərində olan müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında təyin təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 30 iyul 2021-ci il tarixli, 333 saylı rəyində göstərilmişdir ki, xəstənin vəziyyətinin ağırlaşmasının dəyəndirilrnəsi üçün aparılacaq müayinə metodlarından tredmil testindən öncə EXO kardioqrafiya müayinəsinin aparılması daha məqsədəmüvafıq hesab edilir. Belə ki, ciddi qapaq qüsurları (aortal stenoz). kardiomiopatiyalar olduğunu müəyyən etmək üçün. Ədəbiyyat mənbələrinə görə: Kardioloqiya v tablicax. 1996 muellif M.Frid, S.Qrayns Sehife 75-78. Tredmil testinə əks göstərişlər: Kəskin koronar sindrom (miokard infarktı), hemodinamik əhəmiyyətli aritmiyalar, ağır aortal stenoz, dekopensasiyalı ürək çatışmamazlığı, ağciyər arteriyasının tromboemboliyası, miokardit, endokardit, perikardit və s. hesab olunurlar. Ədəbiyyat mənbələrinə görə: X12 müellif Brian P.Griffın 2019. Səhife 756-760. ÜİX, gərginlik stenokardiyası olan xəstələrdə tredmil testinin aparılması əks göstəriş hesab olunmur. Əksinə ÜİX-nin qiymətləndiriləməsi üçün istiladə olunan müayinə metodlarından biridir. Meyitin daxili müayinəsi aparılan zaman tredmil testinə mütləq əks göstəriş olan xəstəliklərdən miokard infarktı müəyyən edilə bilər. Bir çox hallarda müəyyən edilməyən hallarda mövcuddur. Bunlardan ürəkdə olan qapaq qüsurlarının dərəcəsinin (aortal stenoz), aortal steııoz, aritmiyalar təyini və s. Bunu meyitin daxili üzvlərində morfoloji dəyişikliklərin baş verməsi ilə səciyyələndirmək olar. X3 adına tərtib edilmiş 08 saylı meyit rəyində göstərilənlərə əsasən, müayinə zamanı onun ürək toxumasında nekrotik toxumanın olduğu qeyd edilməmişdir. Nekrotik toxumanın yaranması miokardı infarktı yarandıqdan bioloji ölümün baş verməsinə qədər keçən müddət ərzində (6 saatdan sonra) yarana bilir. Sözü gedən işdə infarktın baş vermə müddəti tibbi sənədlərdə göstərilməsə də, bioloji ölümün qeydə alıması saat 15 kimi göstərilmişdir. X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun ürəyinin çəkisinin 745 qr olması (normada 250-300 qr) ilə əlaqədar ölümün baş verməsi arasında birbaşa səbəbli əlaqə olmasa da dolayı əlaqənin olması istisna edilmir. Ölümə səbəb miokard infarktı və onun ağırlaşması olan kardiogen şokun olduğu müəyyən edilmişdir. İşin 5-ci cild 79-85-ci vərəqlərində olan müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 13/MEŞ saylı rəyində göstərilir ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsinə, məhkəmə-histoloji tədqiqatın cavablarına və tibbi sənədlərdə yazılanlara əsasən onda təzə miokard infarktının angioarxitektonikasına uyğun makroskopik və mikroskopik morfoloji dəyişikliklər aşkar edilməmişdir. Təyin edilmiş «diffuz xırdaocaqlı kardioskleroz» köhnə keçirilmiş miokard infraktının skelerozlaşmış çapıq toxumasıdır. X2 adına tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 08 saylı meyitin ilkin məhkəmə-tibbi ekspertizası rəyində təzə miokard infarktını təsdiq edən nekroz kütləsinin olması ilə əlaqədar həm makroskopik, həm də mikroskopik morfoloji dəyişikliklər haqqında qeydiyyat yoxdur. Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası olan xəstələrə tredmil testinin aparılması əks göstəriş deyildir. Ürək-damar sistemi xəstəliklərinin klinik-morfoloji formalarının diaqnostikasında diaqnoz qoyulmadığı halda funksional diaqnostik müayinə metodu kimi tredmil testi aparılaraq ürəyin hüdudunun normadan kənara çıxma hallarının,ürəyin ümumi fəaliyyətinin təyinində istifadə edilir. Bu da Səhiyyə sistemində mövcud olan normativ aktların tələblərinə, beynəlxalq protokollara və tibbi ədəbiyyar mənbələrinə tam uyğundur. Belə ki, X4 da bu metoddan istifadə edilməsinə əks göstəriş olmamışdır. Ürək və qan-damar sisteminin funksional müayinələri zamanı Exokardioqrafiya metodundan istifadə edilir ki, bu halda da ürəyin atma fraksiyası (qan qövma qabiliyyəti) yoxlanılır, anadangəlmə və ya qazanılmış ürək qüsuru, ürəkdə küy; adi EKQ-də dəyişiklikk tapılarsa, miokard infarktına şübhə olduqda,ürək nahiyəsində ağrılar, tənginəfəslik, A/T yuxarı - aşağı olması hallarında nəzarət məqsədilə aparılır. Belə ki, ürəyin işemik xəstəliyinin olması instrumental müayinə metodları (hökmən sakit vəziyyətdə və yük sınaqları ilə EKQ, Exo KQ; əlavə stress-exokardiqrafiya, koronoroqrafiya, və s.) ilə təsdiq olunmalıdır. Ədəbiyyat: «Nyu York ürək assosiasiyası (1964) və Kanada təsnifatı (1976)». Tredmil testinin aparılmasına «Kəskin koronar sindrom (təzə miokard infarktı), hemodinamik əhəmiyyətli aritmiyalar, ağır aortal stenoz, dekopensasiyalı ürək çatışmazlığı, ağciyər arteriyasının tromboemboliyası, miokardit, endokardit, perikardit və s.» xəstəlikləri əks göstəriş hesab olunurlar. Ədəbiyyat: Manual Cardio müəllif Brian P.Griffın 2019. (Səhifə 756-760). X3 meyitində təşrih zamanı tredmil testinə əks göstəriş xəstəliklərinin morfoloji dəyişiklikləri - təzə miokard infarktı aşkar edilməmişdir. X5 ürəyin işemik xəstəliyinin gərginlik stenokardiyasının tredmil testi müayinəsinə əks göstəriş olmadığı halda aparılmış diaqnostik tredmil testi ilə onun ölümü arasında səbəbli əlaqə yoxdur. X3 meyitində təşrih zamanı stress testə mütləq əks göstəriş olan xəstəliklər - aortal stenoz, aortanın disseksiyası kimi xəstəliklər aşkar edilməmişdir. X10 xx.xx.2019-cu il tarixdə aparılmış müayinə və müalicələrlə ölümü arasında səbəbli əlaqə yoxdur. Təqsirləndirilən şəxs tərəfindən funksional diaqnostika tədbirləri və proseduraları Səhiyyə sistemində mövcud qaydalara uyğun və düzgün aparılmışdır. Təqsirləndirilən şəxs tərəfindən xəstə X10 göstərilmiş müaynə və müalicə tədbirləri ilə ölümü arasında səbəbli əlaqə yoxdur. Dövlət ittihamçısının vəsatəti əsasında təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 04 may 2022-ci il tarixli, K/132 saylı rəyində göstərilir ki, tredmil testindən öncə aparılmış kardioqrammada bu müayinənin keçirilməsinə əks göstəriş hesab olunan patologiya aşkar olunmursa, xəstənin ürək və qan-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi üçün testdən öncə EXO kardioqrafıya müayinənin aparılması məcburi deyildir. Hazırkı halda xx.xx.2020-ci il tarixdə tredmil testindən əvvəl Mingəçevir ŞMX-da aparılmış kardioqrammada bu müayinənin aparılmasına əks göstəriş olan hər-hansı bir patologiya, o cümlədən “miokard infarktı” xəstəliyi müəyyən edilmir. Tibbi mənbə: “Nyu York ürək assosiasiyası (1964) və Kanada təsnifatı (1976)”. Miokard infarktı, hemodinamik əhəmiyyətli aritmiyalar, ağır aortal stenoz, dekompensasiyalı ürək çatışmazlığı, ağciyər arteriyasının tromboemboliyası, miokardit, endokardit, perikardit və s. tredmil testinə əks göstəriş hesab olunur. Tibbi mənbə: “Nyu York ürək assosiasiyası (1964) və Kanada təsnifatı (1976)”. Ürək qapaqlarının qüsuru (paroku), hipertoniya xəstəliyi, arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan xroniki böyrək patologiyası (yarımkəskin və xroniki qlomerulonefrit, hidronefroz və kistoz böyrək), aortanın anevrizması, perikard boşluğunun obliterasiyası kimi patologiyalar ürəyin sol yarısının hipertrofiyasına, qapaq qüsuru, substansial emfizema, ağciyərlərin damar mənfəzinin daralmasına səbəb olan müxtəlif xəstəliklər (ağciyər arteriyasının aterosklerozu, pnevmoskleroz, daha doğrusu Aerza xəstəliyi, ağciyərlərin yayılmış fibroz vərəmi kimi xəstəlikllər isə ürəyin sağ yarısının hipertrofiyasına və çəkisinin artmasına səbəb olan xəstəliklərdir (Sudebno medisinskaya ekspertiza v sluçayax skoropostijnoy smerti: M.İ.Kasyanov). Göstərilən xəstəliklərin inkişaf dərəcəsindən və mərhələsindən asılı olaraq çox müxtəlif kardioloji simptomlar və sindromlar inkişaf edir. Bundan başqa, səbəbi bilinməyən və kriptogen kardiomiopatiya xəstəliyi də mövcuddur. Ürəyin çəkisinin artması uzunmüddətli Hipertoniya xəstəliyində və hipertrofik kardiomiopatiyalarda daha çox müşahidə olunur. EXO kardioqrafiya müayinəsi ilə ürəyin ölçülərinin böyüməsini təyin etmək mümkündür. Mütləq əks göstəriş yoxdursa, stress testin aparılmasından əvvəl EXO kardioqrafiya müayinəsinin aparılması müayinəni aparan həkimin şəxsi taktikasından asılıdır. Hazırkı halda isə stress testinin keçirilməsinə qədər ürəyin elektrokardioqram müayinəsi aparılmış və kardioqrammada bu müayinənin aparılmasına mütləq əks göstəriş olan hər-hansı bir patologiya, o cümlədən “miokard infarktı” xəstəliyi müəyyən edilmədiyindən, xəstədə Tredmil testinin aparılması düzgün və əsaslı hesab edilə bilər. EXO kardioqrafiya müayinəsi ilə şəxsdə ürəyin çəkisinin artmasının əlamətlərinin müəyyən olunması mümkündür. X20 meyitindən götürülmüş histoloji obyektlərin saxlama müddəti başa çatdığından məhv edildiyinə görə, M.Məmmədovda hipertrofik kardiomiopatiya xəstəliyinin olub-olmaması, ürəyin hipertrofiyasının olması, olduğu halda etiologiyası barədə retrospektiv olaraq fikir yürütmək mümkün olmamışdır. İş materiallarında olan tibbi sənədlərə və ilkin mikroskopik müayinənin nəticəsinə əsasən, X22 ürəyin xroniki işemik xəstəliyi 125.8, aterosklerotik kardioskleroz (125,1), qeyri-stabil şiddətlənən stenokardiya, kəskin koronar çatışmazlıq (124.8), keçirilmiş miokard infarktından sonrakı vəziyyət diaqnozlu xəstəliklər olmuşdur. Ürəyin hipertrofiyasına görə yanaşı xəstəlik kimi hipertoniya xəstəliyinin olması güman edilir. Bu xəstəliklərdə stress test müayinəsinin aparılması əks göstəriş deyildir, əksinə qeyri-invaziv əsaslı diaqnostika üsulu hesab edilir. Stress testə əks göstəriş hesab olunan ağır aortal stenoz və dekompensasiyalı ürək çatışmazlığı xəstəliyində ürəyin çəkisinin artması və ölçüsünün böyüməsi mümkündür. Meyitin ilkin məhkəmə-tibbi ekspertiza protokolundan görünür ki, M.Məmmədovda aortal qapaqlarda qüsur olmamışdır. Əvvəllər miokard infarktı keçirmiş şəxsin sonradan gərginlik stenokardiyası fonunda stress testdən keçirilməsi tibbi nöqteyi nəzərdən əks göstəriş hesab edilmir. EXO kardioqrafiya müayinəsi ilə əvvəllər keçirilmiş miokard infarktının əlamətləri müəyyən oluna bilir. Əvvəllər keçirilmiş və tam sağalaraq sklerozlaşmış miokard infarktından sonrakı vəziyyət EXO kardioqrafiya müayinəsindən keçirilmədən onunla tredmil test müayinəsinin aparılmasına əks göstəriş deyildir. X2 Mingəçevir ŞMX-da ilkin müayinəsi zamanı aparılmış elektrokardioqrammada olan görüntülər ona təyin olunmuş “gərginlik stenokardiyası” diaqnozunun düzgün olmasına əsas verir. Elektrokardioqrammada olan dəyişikliklər Məclum Məhərrəmovda tredmil test müayinəsinin aparılmasına əks göstəriş hesab oluna bilməz. X22 ölümündən öncə aparılmış elektrokardioqrammada miokardın (ürək əzələsinin) kəskin nekrotik ocaqlı koronar qan dövranının pozğunluqları qeydə alınmamışdır. Akineziya ifadəsi ürək əzələsinin müəyyən bir yerində ürək əzələsinin nekrozu hesabına əzələlərin yığılmaması, hərəkətsizliyi anlamına gəlir, meyitin ekspertizası zamanı müəyyən edilə bilməzdi. X20 tredmil testindən keçirilməsinə dair EKQ-də müayinənin 2-ci dəqiqəsindən sonra ürək əzələsinin dərinləşən işemiyası qeyd edilir. Bu dəyişiklik fonunda müayinə həkimi tərəfindən tredmil testinin keçirilməsini dayandırmaq mütləq göstəriş deyildir. Bu hal xəstənin ümumi vəziyyətindən və müayinəni aparan həkimin qərarından asılıdır. Məhkəmə-tibbi ekspertizasının 25 aprel 2019-cu il tarixli, 08 saylı rəyində, komission məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 197/KEŞ saylı rəyində, əlavə komission məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 458 saylı rəyində və Əlavə komission məhkəmə-tibbi eskpertizasının xx.xx.2021-ci il tarixli 333 saylı rəyində X20 ölümünə səbəb, miokard infarktının olması göstərildiyi halda, sonuncu 06.01,2022-ci il tarixli əlavə komission məhkəmə tibb ekspertizasının rəyində mərhumun miokard infarktı nəticəsində ölməsinin inkar edilməsi histoloji müayinənin nəticəsinin ekspert komissiyası tərəfindən yenidən və təkrar incələnməsinə əsaslanmışdır. Belə ki, ilkin histoloji müayinə rəyində olan mikroskopik mənzərə miokard infarktı üçün tam xarakterik deyildir. Bundan başqa, tredmil testindən əvvəl aparılmış kardioqrammada miokard infarktı olmadığı halda, tredmil testinin 7 dəqiqəlik müddətində miokard infarktının inkişaf edərək qısa zaman ərzində ölümə səbəb olması qeyri- mümkündür. X2 ölümünə səbəb, ürəyin xroniki işemik xəstəliyi (125.8), aterosklerotik kardioskleroz (125,1), qeyri-stabil şiddətlənən stenokardiya fonunda kəskin koronar çatışmazlıq (124.8) olmuşdur, hansı ki, təşrihin morfoloji əlamətləri, ilkin histoloji tədqiqatın nəticəsi və kliniki əlamətlərlə tam təsdiq edilir. Bu xəstəliklərdə stress test müayinəsinin aparılması əks göstəriş deyildir, əksinə qeyri- invaziv əsaslı diaqnostika üsulu hesab edilir. Ürəyin hipertrofiyasını nəzərə alsaq, xəstədə yanaşı xəstəlik kimi hipertoniya xəstəliyinin olması güman edilir. Ürəyin sol mədəciyinin ön divarında 4x2 sm sahədə ətraf toxumalardan bozumtul avazımış rəngli, qarışıq görünüşlü sahənin olması əlamətlərinə əsaslanmaqla miokard infarktının hansı dövrdə keçirilməsi ilə bağlı nəticəyə gəlmək mümkün deyildir. Belə ki, bu əlamət miokard infarktından əlavə ürəyin işemiya prosesinə məruz qalmış hissələrində də müşahidə edilir. Xəstədə miokard infarktının olması öz təsdiqini tapmır. X3 ölümündən bir həftə əvvəldən başlayaraq hər gün epiqastral nahiyədə ağrılar və sol çiyninin uyuşması əlamətlərinin hazırkı halda ürəyin işemik xəstəliyi, kəskin koronar çatışmazlıq üçün xarakterik olduğu müəyyən edildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad olunan ittihamın qanuniliyini və əsaslılığını həm ibtidai istintaq orqanı tərəfindən əldə olunmuş, həm də məhkəmə istintaqında müəyyən edilən sübutlarla əlaqəli şəkildə təhlil edib araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət təkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 32.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlədirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPMnin 125, 144, 146-cı maddələrinin tələblərinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı bir yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ibtidai istintaqda təyin edilmiş komisyon məhkəmə-tibbi ekspert rəyləri və dindirilmiş ekspertlərin ifadələri əsasında ittiham verilmişdir. Lakin məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs verilmiş ititham üzrə onun təqsiri sübut olunmur. Belə ki, ibtidai istintaq zamanı Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 197/KEŞ saylı və xx.xx.2019-cu il tarixli, 458 saylı rəylərində X4 ürəyin işemik xəstəliyi və miokard infarktı ilə nəticələnən gərginlik stenokardiyasının olması və bunun da aparılacaq tredmil testinə əks göstərişin olduğu kimi qiymətləndirilmiş, tredmil testindən öncə Təqsirləndirilən şəxs tərəfindən xəstənin Exo kardioqrafiya müayinəsindən keçirilməli olması göstərilmişdir. Verilmiş rəydən aydın olur ki, əgər həkim xəstəni Exo kardioqrafiya müayinəsindən keçirmiş olsaydı xəstədə tredmil testinə əks göstəriş kimi qiymətləndirilmiş ürəyin işemik xəstəliyi və miokard infarktı ilə nəticələnən gərginlik stenokardiyasının olduğu müəyyən edilərdi ki, bunun da nəticəsində o, növbəti mərhələdə xəstəni tredmil testindən keçirməli deyildi. Ancaq ekspertlər bunları qeyd edərkən heç bir ədəbiyyata, təlimata və protokollara əsaslanmamışlar, rəylərin təsviri hissəsində iş barədə məlumatlar, sənədlər sadalandıqdan sonra nəticə hissəsində yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmiş “sabit stenokardiyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol”un 15-ci səhifəsində qeyd edilmişdir ki, xəstələrin böyük əksəriyyətində fiziki yük sınaqlı (FYS) elektrokardiografiya ürəyin işemiya xəstəliyinin diaqnozunu müəyyənləşdirmək və riski qiymətləndirmək üçün ilkin müayinə hesab edilir. Ümumiyyətlə, stenokardiyaya şübhəli olan xəstələrə sakitlik elektrokardioqrafiyası ilə yanaşı fiziki yük sınaqlı elektrokardiografiya müayinəsi aparılmalıdır. Fiziki yük sınaqlı elektrokardiografiya ürəyin işemiya xəstəliyinin diaqnozu təsdiqlənmiş və xəstəliyə şübhə doğuran xəstələrin riskinin qiymətləndirilməsində əsas vasitədir. Klinik protokolun göstərişlərindən də görünür ki, əvvəlki müayinələrdə xəstədə gərginlik stenokardiyası və ürəyin işemiya xəstəliyi müəyyən edilsə belə bu fiziki yük sınaqlı elektrokardiografiya müayinəsinin keçirilməsi üçün əks göstəriş deyil, əksinə göstərişdir. Eyni zamanda məhkəmə istintaqında həm müdafiə tərəfinin, həm də ittiham tərəfinin vəsatətləri əsasında təyin edilmiş əlavə və təkrar komisyon məhkəmə-tibbi ekspert rəylərində də Təqsirləndirilən şəxs tərəfindən X10 göstərilmiş müayinə və müalicə tədbirlərinin düzgün olduğu, aparılmış müayınə və müalicə tədbirləri ilə onun ölümü arasında səbəbli əlaqənin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik presumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı Avropa Məhkəməsinin qərarında göstərilir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinin tələblərinə görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun barəsində bəraət hökmü çıxarılır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsilə ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət hökmü çıxrılmalı və onun barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut,mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 346-350, 352-353, 356 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-2/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-2/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver