Məhkəmə qərarları › İş №1(051)-2/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-2/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-2/2023 25.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Mingəçevir şəhər vəkil bürosunun vəkilləri X2 ğlunun və vəkili Müdafiəçi, iştirakları ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 6B mənzil 28-də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 145.2.4 və 145.2.5-ci maddələri ilə, xx.xx.1990-cı ildə Ağdam şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı evli, orta təhsilli əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri Günəşli bağ massivi 9cu küçədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs arvadına qarşı əxlaqsız təkliflər etdiyi səbəbinə görə qisas almaq üçün sonuncunu qanunsuz olaraq azadlıqdan məhrum etmiş, həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müqavimətini qırmış, arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs əllərini və qollarını bağlayaraq onu köməksiz vəziyyətə salıb ona psixi iztirablarla nəticələnən işgəncə verməklə əzab vermişdir. Belə ki, o,Fəridə Cəlil qızı ilə qabaqcadan razılaşaraq əlbir olub bir qrup şəxs halında birləşərək 23.01,2022-ci il tarixdə saat 15 radələrində sonuncu vasitəsi ilə Zərərçəkmiş şəxs özlərinin yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 9-cu küçədə yerləşən fərdi yaşayış evinə dəvət etdirib, yaşadığı evinin qonaq otağında yerləşən divanın arxasında gizlənərək sonuncu evə daxil olduqdan sonra arvadı Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin qapısını açarla kilidləyib Zərərçəkmiş şəxs öz arzusuna zidd olaraq öz fərdi yaşayış evlərində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edərək qəflətən gizləndiyi yerdən çıxıb yataq otağına daxil olaraq arvadı Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə zəng edib əxlaqsız təkliflər etdiyini nalayiq ifadələrlə Zərərçəkmiş şəxs bildirib həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə yumruqla bədəninin sağ nahiyyəsindən vurub sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik 7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurduqdan sonra arvadı ilə birlikdə sonuncunun gətirdiyi geyim paltarları ilə onun əllərini və ayaqlarını bağlayaraq köməksiz vəziyyətə salaraq yerə uzadıb baş nahiyəsinə sidiyini ifraz etməklə şəxsiyyətini alçaltmış, daha sonra əynindəki şalvarını soyundurub əli ilə sarğı nahiyəsinə şillələr vurmaqla habelə, öz cinsiyyət orqanını çıxardıb onun sarğı nahiyəsinə tutub əli ilə oynadaraq Zərərçəkmiş şəxs arvadına etdiyi əxlaqsız təklifləri etiraf etdirərək, sonuncunun yalvararaq qarşılarında alçalmasına məhəl qoymayaraq işgəncə verməklə əzab vermiş, cinayətkar dəstənin digər üzvü Təqsirləndirilən şəxs2 özünə məxsus “Redmi 9” markalı mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs əzab verdiklərinin video görüntüsünü çəkməklə sonuncunun telefonunun yaddaş kitabçasında olan şəxslərə həmin video görüntüləri göndərəcəyini deyərək ona psixi iztirablar vermişdir. Təqsirləndirilən şəxs2 əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs ona qarşı əxlaqsız təkliflər etdiyi səbəbinə görə qisas almaq üçün sonuncunu qanunsuz olaraq azadlıqdan məhrum etmiş, əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs əllərini və qollarını bağlayaraq onu köməksiz vəziyyətə salıb ona psixi iztirablarla nəticələnən işgəncə verməklə əzab vermişdir. Belə ki, o, Zərərçəkmiş şəxs ona qarşı əxlaqsız təkliflər etdiyini dəqiqləşdirib yəqin etdikdən sonra sonuncunu rüsvay etməklə ondan qisas almaq məqsədilə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olub bir qrup şəxs halında birləşərək 23.01 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs özlərinin yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 9cu küçədə yerləşən fərdi yaşayış evinə dəvət edib, əri Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən gəldiyi razılığa əsasən sonuncunun yaşadığı evin qonaq otağında yerləşən divan arxasında gizləndiyini bilərək Zərərçəkmiş şəxs evə qəbul etdikdən sonra fərdi yaşayış evinin qapısının açarla kilidləyib, sonuncunu həmin fərdi yaşayış evinin yataq otağına dəvət etdikdən sonra Zərərçəkmiş şəxs öz arzusuna zidd olaraq öz fərdi yaşayış evlərində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edərək qəflətən gizləndiyi yerdən çıxmaqla yataq otağına daxil olan Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə zəng edib ona əxlaqsız təkliflər etdiyini nalayiq ifadələrlə Zərərçəkmiş şəxs bildirib həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə yumruqla bədəninin sağ nahiyyəsindən vurub sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik 7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurduqdan sonra sonuncu ilə birlikdə gətirdiyi geyim paltarları ilə onun əllərini və ayaqlarını bağlayaraq köməksiz vəziyyətə salaraq yerə uzadıb əri Təqsirləndirilən şəxs1 onun baş nahiyəsinə sidiyini ifraz etməklə şəxsiyyətini alçaltmasını, daha sonra əynindəki şalvarını soyundurub əli ilə sarğı nahiyəsinə şillələr vurmaqla habelə, cinsiyyət orqanını çıxardıb onun sarğı nahiyəsinə tutub əli ilə oynatmasını yəni Zərərçəkmiş şəxs əzab verdiklərinin özünə məxsus “Redmi 9” markalı mobil telefon vasitəsi ilə video görüntüsünü çəkməklə sonuncunun telefonunun yaddaş kitabçasında olan şəxslərə həmin video görüntüləri göndərəcəyini deyərək ona psixi iztirablar vermişdir. Məhkəm istintaqı bitdikdən sonra məhkəmə çıxışlarında Dövlət ittihamçısı bildirdi ki, Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinə əsasən CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi CM-in 133-cü maddəsində zərəçəkmiş şəxsə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrılar və ya psixi iztirablar vermə nəzərdə tutulmuşdur. Mütəmadi olaraq döymə dedikdə döymənin 03 və ya daha artıq törədilməsi başa düşülür. Bu zaman ayrı-ayrı döymə aktları bir-biri ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını yaratmalıdır. Sair zorakı hərəkətlər dedikdə isə şəxsi uzun müddət qidadan, sudan, istilikdən, sığınacaqdan məhrum etmə və yaxud sağlamlığı üçün zərərli şəraitdə saxlama, habelə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə (çimdikləmə, kəsib-doğrama, küt və ya iti batıcı alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə) və buna oxşar digər hərəkətlər başa düşülməlidir. Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs qisas almaq məqsədilə şəxsiyyətini alçaldan hərəkətlər etmişlər ki, onların əməlində CM-in 133-cü maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlər olmamışdır. Belə ki, onlar zərərçəkmiş şəxsə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrılar və ya psixi iztirablar verməmişlər. Odur ki, cinayət qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə cinayət təqibindən bəraət verici əsaslarla imtina edir. Məhkəmə Dövlət ittihamçısı cinayət təqibindən imtina etməsi ilə bağlı ilk növbədə qeyd edir ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4cü bəndinə əsasən, toplanmış sübutlarla ittiham təsdiq edilmirsə və imtinaya əsaslar varsa, prokuror ittihamı müdafiə etməkdən tam və ya qismən imtina edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilir ki, prosessual qanunvericiliyin keyfiyyətcə yeni hüquqi təbiətə malik institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı mərhələsində prokurorun dövlət ittihamçısı kimi rolunu müəyyənləşdirən normalar sisteminin təhlili belə qənaətə gəlməyə əsas verir ki, prokuror ittiham tərəfinin irəli sürdüyü ittihamın sonrakı aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil prosessual şəxsdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.6-cı maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 32.2.8-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Ona görə də məhkəmə dövlət ittihamçısının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə cinayət təqibindən bəraətverici əsaslarla imtina etməsini nəzərə alaraq hesab edir ki, dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etməsi qəbul edilməli, ittihama həmin hissədə, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə cinayət təqibinə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 43.1.1, 314.2, 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin və ona qarşı cinayət təqibinə həmin ittiham üzrə xitam verilsin. Dövlət ittihamçısı CM-in 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin və ona qarşı cinayət təqibinə həmin ittiham üzrə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar