Məhkəmə qərarları › İş №1(051)-2/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-2/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-2/2024 17.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2001-ci ildə Yevlax rayonu, Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-302/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il sınаq müddəti ilə şərti hesаb edilən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində xx.xx.2022-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri, xx.xx.2001-ci ildə Mingəçevir şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi, xx.xx.2003-cü ildə Mingəçevir şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1–ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 07 iyun 2022-ci il tarixdə saat 20 radələrində vətəndaşların istirahəti üçün nəzərdə tutulan, ictimai yer sayılan Mingəçevir şəhəri «Sahil» parkında «Kür» çayının sahilində yerləşən «İnci» restoranının yaxınlığında tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid4 ilə dayanıb söhbət edərkən orada olan və əvvəllər tanımadığı Göygöl rayonu, Yeni Qızılca kənd sakini Zərərçəkmiş şəxs ona tərəf baxdığını bəhanə gətirib sonuncuya yaxınlaşaraq, onunla mübahisə etməyə başlamış, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında özünü ətrafda toplaşan qeyri-müəyyən sayda şəxslərin, həmçinin Zərərçəkmiş şəxs qardaşı Şahid1 fövqündə qoymaqla, onlara qarşı etinasızlıq və laqeydlik nümayiş etdirib, bir neçə dəqiqə ərzində aramsız şəkildə davam etməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağını çıxarıb, həmin bıçaqdan istifadə etməklə, Təqsirləndirilən şəxs2 isə istintaqa məlum olmayan bıçaqla, habelə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirərək ona ənsə və sağ qulaq ardı nahiyələrinin yaraları, alt çənədə sağ tərəfdə yara hər üçü kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid, sağ gözünün alt qapağında qançır, küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, onu üzü üstə yerə yıxdıqdan sonra, Təqsirləndirilən şəxs3 onlara qoşularaq yerdə olan Zərərçəkmiş şəxs təpik zərbələri endirərək ona sağ said nahiyədə yara, dərəcəsi təyin edilməyən xəsarət yetirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə bir qrup şəxs halında silah qismində istifadə olunan bıçaqdan istifadə edib xüsusilə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan 07 iyun 2022-ci il tarixdə saat 20 radələrində vətəndaşların istirahəti üçün nəzərdə tutulan, ictimai yer sayılan Mingəçevir şəhəri «Sahil» parkında «Kür» çayının sahilində yerləşən «İnci» restoranının yaxınlığında tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Şahid4 ilə dayanıb söhbət edərkən Təqsirləndirilən şəxs1 orada olan və əvvəllər tanımadığı Göygöl rayonu, Yeni Qızılca kənd sakini Zərərçəkmiş şəxs ona tərəf baxdığını bəhanə gətirib, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncu ilə mübahisə etməyə başlamış, daha sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında özünü ətrafda toplaşan qeyri-müəyyən sayda şəxslərin, həmçinin Zərərçəkmiş şəxs qardaşı Şahid1 fövqündə qoymaqla, onlara qarşı etinasızlıq və laqeydlik nümayiş etdirib, bir neçə dəqiqə ərzində aramsız şəkildə davam etməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağını çıxarıb, həmin bıçaqdan istifadə etməklə, o isə istintaqa məlum olmayan bıçaqla, habelə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirərək ona ənsə və sağ qulaq ardı nahiyələrinin yaraları, alt çənədə sağ tərəfdə yara hər üçü kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid, sağ gözünün alt qapağında qançır, küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, onu üzü üstə yerə yıxdıqdan sonra, Təqsirləndirilən şəxs3 onlara qoşularaq yerdə olan Zərərçəkmiş şəxs təpik zərbələri endirərək ona sağ said nahiyədə yara, dərəcəsi təyin edilməyən xəsarət yetirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə bir qrup şəxs halında silah qismində istifadə olunan bıçaqdan istifadə edib xüsusilə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 07 iyun 2022-ci il tarixdə saat 20 radələrində vətəndaşların istirahəti üçün nəzərdə tutulan, ictimai yer sayılan Mingəçevir şəhəri «Sahil» parkında «Kür» çayının sahilində yerləşən «İnci» restoranının yaxınlığında tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid4 ilə dayanıb söhbət edərkən Təqsirləndirilən şəxs1 orada olan və əvvəllər tanımadığı Göygöl rayonu, Yeni Qızılca kənd sakini Zərərçəkmiş şəxs ona tərəf baxdığını bəhanə gətirib, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncu ilə mübahisə etməyə başlamış, daha sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında özünü ətrafda toplaşan qeyri-müəyyən sayda şəxslərin, həmçinin Zərərçəkmiş şəxs qardaşı Şahid1 fövqündə qoymaqla, onlara qarşı etinasızlıq və laqeydlik nümayiş etdirib, bir neçə dəqiqə ərzində aramsız şəkildə davam etməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağını çıxarıb, həmin bıçaqdan istifadə etməklə, Təqsirləndirilən şəxs2 isə istintaqa məlum olmayan bıçaqla, habelə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirərək ona ənsə və sağ qulaq ardı nahiyələrinin yaraları, alt çənədə sağ tərəfdə yara hər üçü kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid, sağ gözünün alt qapağında qançır, küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, onu üzü üstə yerə yıxdıqdan sonra, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qoşularaq yerdə olan Zərərçəkmiş şəxs təpik zərbələri endirərək ona sağ said nahiyədə yara, dərəcəsi təyin edilməyən xəsarət yetirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, onlar hadisə olan günü Mingəçevir şəhərində, Kürün qırağında, Sahil parkında o, Misir və Misirin tanışı olan Nuranə adlı qız oturmuşdurlar. Misirlə qız yan-yana oturmuşdurlar. O, isə qıraqda oturub telefonla oynayırdı. O, başını qaldıranda gördü ki, tanımadığı oğlan qıza baxır, yəni Şəmşir adlı oğlan. O, qayıdıb ona deyəndəki “xala oğlu qıza nəyə görə elə baxırsan” deyəndə Şəmşir ona söyüş söyməyə başladı. Ona nəyə görə söyüş söydüyünü soruşduqda Şəmşir söyüşlərini daha da kəskinləşdirdi və ucadan söyməyə başladı. Sonra isə adını sonradan bildiyi Qənbər adlı şəxs, yəni Şəmşirin qardaşı da onlara yaxınlaşdı, onları sakitləşdirməyə çalışdı. O, qardaşına bildirdi ki, Şəmşirə desin ki, onların ünvanına nalayiq söyüşlər söyməsin. Sonra o və Misir oradan aralaşdılar. Misir təxminən onlardan 15 metr aralıda idi. O, kürün sahilinin yuxarısına çıxıb artıq getməyə hazırlaşan zaman Şəmşir yenə onlara daha pis söyüşlər söyməyə başladı. Halbuki, onlar artıq getməyə hazırlaşırdılar. Şəmşir yenidən söyüş söyməyə başlayanda o, yenidən Şəmşirin olduğu yerə qayıtdı. Həmin vaxt Şəmşirlə o üz-üzə daynmış, Şəmşirin qardaşı Qənbər isə onların ortasında idi. O, Şəmşirə söyüş söymə deyirdi, lakin Şəmşir buna əhəmiyyət verməyərək söyüşlərinə yenə davam edirdi. Sonra o, Anarı çağırdı ki, gəlib onu aparsın. O, artıq yuxarıda olanda Anara zəng vurmuşdur. Anar həmin vaxt “0222” taksi xidmətində işləyirdi. Həmin vaxt ara qarışdı və Şəmşir ona yumruq atdı. Anar artıq həmin vaxt onun yanına gəlmişdi. O, getməyə hazılaşırdı. Bu məqamda Şəmşir ona yumruq atdı. Həmin vaxt Şəmşirin qardaşı araya girdi. Sonra Şəmşirin qardaşı keçib onu arxadan boğazından tutub onu boğmağa başladı. Misirlə Anar isə onları aralayırdı. O, artıq görüdü ki, boğulur, belində olan qatlama bıçağı çıxardaraq bağlı vəziyyətdə olan bıçağın arxası ilə onun başına vurdu. Şəmşirin qardaşı onu boğduğu üçün o da özünü müdafiə etmək üçün onu vurdu. Onu vuran kimi Şəmşir yıxıldı. Sonra Şəmşirin qardaşı ilə birlikdə özü də yerə yıxıldı. Həmin dava olan epizod 3-4 saniyə çəkdi. Misir isə onları aralayırdı. Onlar aralaşıb getmək istəyəndə Şəmşir bir də onları söyürdü. Anar artıq o, və Şəmşir yerə yıxılanda gəlib çatmışdır. Onu ayağa Anar qaldırdı. Ondan sonra isə onlar oradan uzaqlaşıb getmişlər. O, Şəmşiri bıçağın arxası ilə bir dəfə başından vurmuş, digər xəsarətləri Şəmşirə o, yetirməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır və aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. O, tanışı Təqsirləndirilən şəxs1 və Nuranə adlı qızla Mingəçevir şəhər Sahil Parkında oturacaqda oturub danışırdılar. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs onlara tərəf baxmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs nə üçün onlara elə baxdığını soruşduqda Zərərçəkmiş şəxs mübahisə yaratmağa başlamışdır. Şəmşirə nə üçün yüksək səslə çığır-bağır ilə danışmağı barədə irad bildirmişdir. O, Şahid1 ilə birlikdə mübahisəni sonlandırmağa çalışsada, Şəmşir mübahisəni yenidən davam etdirmişdir. Bir neçə dəfə Şəmşir Kərəmin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar hamısı bir yerdə çıxıb getmək istəyidi. Həmin vaxt orada təxminən 15 nəfər adam var idi. Kənardan gələnlər daha çox idi. O gördü ki, Şəmşirin qardaşı Qənbər adlı şəxs Kərəmin boğazından tutub. Anar gələndə artıq Kərəmlə Şəmşirin qardaşı ayağa durmuşdur. O, gördü ki, Kərəmlə Anar artıq dava olan yerdən çıxmışdır. O, Kərəmə əl atanda artıq camaahat yığışdı. Həmin vaxt təxminən 10-15 saniyə dava oldu. Kərəm onla söhbət edəndə onlara yaxınlaşdı gördü Kərəmlə Şəmşir söhbət edir ancaq Şəmşir nalayiq söyüşlər söyürdü. Sonra o, Kərəmgilin yanından aralaşıb Nuranə adlı qızın yanına yaxınlaşdı və qıza getməsini bildirdi. Sonra yenidən Kərəmgilin yanına yaxınlaşdı. Yenə Şəmşirin söyüş söydüynü gördü. O, Kərəmin qoluna girdi ki, Kərəmi aparsın. Kərəm artıq pilləkəni qalxırdı. O, isə Kərəmdən 5-6 metr aralıda idi. Arxadan söyüş eşitdi. Söyüş söyən Şəmşir idi. Həmin vaxt Kərəm ona yaxınlaşanda Şəmşir Kərəmə yumuruq vurdu. Lakin Kərəmin onu bıçaqla vurduğunu görməmişdir. Həmin vaxt Kərəm, Qənbərin boynundan tutumuşdur. Həmin vaxtda orada çoxlu adam var idi. Şəmşirə dəfələrlə söyüş söymədiyini bildirsə də o, yenə söyüş söyməyə davam edirdi. Sonra aralaşıb getdilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır və aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs3 onun mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs1 adlı tanışı ilə birlikdə Kürün qırağında yerləşən “İnci” restoranın yaxınlığında olduqlarını və onları yaşadıqları evə düşürməyi xahiş etmişdir. Daha sonra o, Mingəçevir şəhəri, Kürün qırağında yerləşən ”İnci” restoranının yaxınlığına gəlmişdir. O, davada iştirak etməyibdir. O, həmin hadisə yerinə gələndə orada çoxlu adam var idi. Təxminən 15 nəfər onları aralamağa kömək edirdi. Kərəmlə Şəmşirin qardaşı Qənbər yerə yıxılmışdır. Onları ayağa qadırmağa çalışırdılar. Daha sonra isə Şəmşir yenidən Kərəmin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Kərəm və Şəmşir hər ikisi yerə yıxılmışdır. Həmin zaman ətrafda olan digər şəxslər də onların ətrafına toplaşmışdılar. O, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs ayırdı. Sonra onlar həmin yerdən uzaqlaşıb getdilər. O, şöbəyə hadisə olandan 2-3 gün sonra gəlib. O, bıçaqları heç görməmişdir. Şöbəyə gələndə bilmişdir ki, orada bıçaq olub. O, heç kimlə dalaşmamışdır nə də onda bıçaq olmayıb. Ona şöbədə dedilər ki, bıçağın biri onun adına sənədləşib. O, heç bir halda bıçaq görməyib. Heç qardaşına da bıçaq versəydilər o, razılaşmazdı. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, qardaşı Qənbər ilə Göygöl rayonundan Mingəçevirə gəzməyə gəlmişdirlər. O, əvvəldən həmin şəxslərin heç birini tanımırdı və onlarla heç bir ədavəti olmamışdır. O, qardaşı ilə Mingəçevir də Kürün qırağında sahil Parkında gəzirdilər. Qardaşı gəmiyə minib düşəndən sonra mübahisə başladı. Həmin vaxt skamiyada adlarını sonradan bildiyi Kərəm və Misir birdə onların yanında bir xanım oturmuşdur. O, istəmədən həmin xanıma baxdı. O, həmin xanıma qəsdlə baxmamışdır. Təsadüfən gözü həmin xanıma sataşmışdır. Sonra adını sonradan bildiyi Kərəm adlı şəxs ona bildirdi ki, nəyə baxırsan “ə” oda Kərəmə bildirdi ki, sən mənə baxdın mən də sənə baxdım. Sonra Kərəm əlini onun çiyninə qoyub əli ilə çiynini sıxdı. O, isə əli ilə Kərəmin əlini aşağı saldı. Sonra o, Kərəmə bildirdi ki, əli ilə danışma belə normal söhbət edə bilərlər. Həmin vaxt qardaşı Qənbər də orada idi. Qardaşı onları dalaşmağa qoymurdu və onları sakitləşdirməyə çalışırdı. Sonra Kərəm yenidən onun qoluna girərək onu söhbət eləməyə apardı. Sonra qardaşı Kərəmin belindəki, kəmərdən tutub onu aralamağa çalışdı. Sonra Kərəm üstündəki, bıçağı çıxarıb bıçağın tiyəsi ilə onun gözünün altına vurdu. Sonra bıçağın tiyəsi ilə onun çənəsinə vurdu. Sonra o, özünü itirib üzü aşağı yerə yıxıldı. O, yerə yıxılanda yerdə onu vurub təpkiləyirdilər. Həmin vaxtı qardaşı Kərəmi əli ilə saxlamışdır. Kərəm qardaşının əlindən çıxıb ona bıçağın tiyəsi ilə başının arxasına iki bıçaq zərbəsi vurdu. Sonra o, görmədi onu kim vurduğunu çünki o, ağzı aşağı yerə yıxılmışdır. Qardaşının dediyinə görə o yıxılanda onu başqa şəxslər də vururdu. Lakin bütün bunlara baxmayaraq onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur və onlarla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mehti oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, təqsiləndirlən hər üç şəxsi tanıyır. Onlar onun dostudur. Anar isə onun qardaşıdır. O, hadisə yerdində olmamışdır. Kürün qırağında Sahil parkında dava olduğuna görə onları axtarırdılar. Sonra onlar Polis şöbəsinə gəldilər. Onun sonradan xəbəri olmuşdur ki, belə bir hadisə olmuşdur. Həmin hadisə 2022-ci ilin yayında olmuşdur. Onlar Şöbənin qabağında dayanmışdırlar, çünki Kərəm içəridə idi. O, şöbənin qabağına Kərəmlə birlikdə getmişdir. Daha əvvəldən o, Kərəmgilnən 41-45 abidəsinin qabağında görüşmüşlər. Həmin vaxt Kərəmə Şöbədən zəng gəldi ki, onu ora çağırılar. Sonra onlar Şöbəyə gəldilər polisdə onların izahatlarını aldılar. O, bir gün qabaq Nihadla görüşmüşdür. Çünki bıçaq var idi. Həmin bıçaqları Nihada saxlamaq üçün vermişdirlər ki, şöbəyə bıçaqla getməsinlər. Daha əvvəldən isə həmin bıçaqları Misir ona vermişdir. O, davada olmadığına görə həmin davadan ətraflı məlumatı yoxdur. Sadəcə həmin davadan Kərəmgildən məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, təqsiləndirilən hər üç şəxsi tanıyır. Onlar onun dostudur. O, həmin davada olmamışdır və heçnə görməmişdir. Misir, Kərəm və Vüqarı şöbəyə çağırmışdırlar. Onlar şöbəyə gedəndə bıçaqları ona verdilər. Həmin bıçaqları ona Vüqar vermişdir. Sonra onlar getdilər şöbəyə. Sonra Şöbədən ona Cavid müəllim zəng etdi. Ondan soruşdular ki, Anar haradadır, o, Anaraın harda olduğunu bilmirdi. Sonra onu da şöbəyə çağırdılar. Həmin günün sabahı o, şöbəyə getdi. Həmin bıçaqları özü ilə apardı şöbəyə, əməliyyatçılar həmin bıçaqları götürdülər. Ondan Şöbədə izahat aldılar. Sonra ona 3 sutka həbs verdilər və onu 3 gün şöbədə saxladılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, zərərçəkən Şəmşirin qardaşıdır. O, burada yaşamır firmada işləyir. Təqsirləndirilən şəxsləri tanınmır. Onlarla heç bir ədavəti olmayıb. Yay ayları idi o, qardaşı Şəmşir ilə dənizin qırağına gəzməyə getmişdirlər. Onlardan biri qızla oturmuşdur. Sonra onlardan biri qardaşına dedi ki, niyə onlara baxır. Bu məqamda aralarında mübahisə yarandı. Mübahisə yaranan zaman o, Şəmşiri və Kərəmi sakitləşdirməyə çalışdı. Sonra onlar bir birlərinə əl atdılar. Orada qardaşı heç kimə söz atmayıb. Onları dəfələrlə sakitləşdirməyə çalışsa da, onlar yenə onun qardaşından əl çəkmirdilər. Dəqiq bilmir kim idi amma qızın yanında oturanlardan biri qardaşına dedi ki, niyə bizə baxırsan. Sonra onların aralarında çəkişmə oldu. O, onlara bildirdi ki, qardaşının əvəzindən onlardan üzr istəyir. Lakin onlar yenə onlardan əl çəkmədilər. Təxminən 6-7 nəfər idilər. Amma dəqiq bilmir onlara hücum edən kim idi. Həmin dava təxminən 15 dəqiqə davam elədi. Həmin vaxt onların əlində bıçaq da var idi. Amma dəqiq bilmədi ki, bıçaq kimin əlində idi. Həmin vaxt qaranlıq idi birinin, ya da ikisinin əlində bıçaq var idi. Amma dəqiq bilmədi ki, bıçaq kimin əlində idi. Həmin vaxt onun qardaşına 2-3 dəfə bıçaq vurdular. Amma kimin vurduğunu blmədi. 6-7 nəfər olardı ki, təpik yumruq və digər hərəkətlərlə onlara qarşı xoşagəlməz hərəkətlər edirdilər. Baxmayaraqki uzun müddət keçib hadisədən ancaq orada onları dəqiq kimin vurduğu yadında deyil. Lakin hazırda təqsirli kimi bilinən hər üç şəxs orada olmuşlar. 6-7 nəfər idi hərəsi bir tərəfdən onun qardaşını vururdu. Bununla belə onlara bildirirdilər ki, şəhərin yiyəsi onlardır. Davadan sonra onlardan bəzilərini şöbəyə gətirdilər. Ondan sonra o, qardaşını xəstəxanaya apardı orada ona yardım etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, O, təqsirləndirilən şəxslərdən yalnız Misiri tanıyır. Yay vaxtı saat təxminən 6-7 radələri idi. Kürün qırağında sahil parkında oturub dincəlirdi. Həmin şəxs yəni Şəmşir ona dayanmadan göz vururdu və ona dodağı ilə öpücüklər göndərirdi. O, isə üzünü hansı tərəfə çevirirdisə Şəmşir adlı şəxs həmin tərəfə keçirdi və eyni hərəkətləri davam etdirirdi. O, gördü ki, artıq Şəmşir adlı şəxs dayanmır oturduğu yeri dəyişdi ki, onunla üz-üzə dayanmasın. Həmin vaxt onun yanında başqa bir şəxsdə var idi. Yenidən onlarda yerini dəyişdilər. Sonra o, Misirə zəng vurdu. Misir ona bildirdi ki, 5-10 dəqiqəyə gəlir. Sonra Misir gəlib oturdu onun yanında. Misirlə birlikdə onun yanında dostu sonradan adını bildiyi Kərəmdə var idi. O, Kərəmi tanımırdı. Misirgili onun yanında oturandan sonra həmin şəxs yenidən ona göz vurmağa əl qol hərəkətləri etməyə başladı. Artıq bu hərəkətlər davam edəndən sonra Kərəm onun yanına getdi. Kərəm ona iradını bildirəndə həmin vaxt ara qızışdı və hamı yığıldı. Lakin heç kim aralamırdı. Həmin şəxs isə dayanmadan qışqırırdı. Şəmşir adlı şəxsin mübahisəsi yalnız Kərəmlə idi. Misir isə onları sakitləşdirməyə və aralaşdırmağa çalışırdı. Kərəmin onu vurduğunu görməmişdir, sadəcə başa salamağa çalışırdı ki, onun etdiyi hərəkət yersiz hərəkətdi. Kərəmin orada söyüş söydüyünü də eşitməmişdir. Ondan sonra Kərəm onun qoluna girib aralıya getdilər onu başa salmağa çalışırdı. Ondan sonra isə nə baş verdiyini görməmişdir. Ondan sonra o, həmin yerdən çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 221.2.1-ci maddələsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Zərəçəkmiş şəxs kimi tanınma haqqında 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. Əməlin tövsif edilməsi barədə 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nın 221.3 və 228.4-cü maddələrindən həmin Məcəllənin 221.2.1, 221.3 və 228.4-cü maddələrinə tövsif edilərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü–ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1–cü maddələri ilə ittiham elan edilmişdir. 10 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə AR CM-nin 221.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələr üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-66/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2001-ci il tarixdə Yevlax rayonu Qaroğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan. ünvan 4 ünvanında qeydiyyatda olan və faktiki ünvan 5a yaşayan Azərbaycan Respublikası CM–in 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə, yəni xx.xx.2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Mingəçevir şəhər məhkəməsinin 4(051)-95/2022 saylı 05 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2001-cu ildə Yevlax rayon, Qaraoğlan kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 5a yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 gün, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022–ci il tarixədək uzadılmışdır. 11 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus soyuq silah maddi sübut kimi tanınmışdır. İş üzrə xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, «Sahil» parkı, “İnci” restoranının yaxınlığıdır. Hadisə yerinə baxış zamanı oradan qanabənzər ləkələr aşkar olunmuşdur. 10 iyun 2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki: Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında keçirilən üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək sonuncunun əlində olan açıq vəziyyətdə olan bıçaq ilə onun sağ said nahiyəsinə və sağ qulaqardı nahiyyəsinə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxs X1 ilə aralarında üzləşdirilmə istintaq hərəkəti keçirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək sonuncunun əlində olan bıçaq ilə onun sağ gözünün kənar nahiyəsinə və çənə nahiyyəsinə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ilə zərərçəkmiş şəxs X1 ilə aralarında üzləşdirilmə istintaq hərəkəti keçirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək yerə yıxıldıqdan sonra sonuncunun təpiklə dirsəklərinə, çiyinlərinə və sol böyrək üstü nayihəsinə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə Şahid1 üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək sonuncunun əlində olan açıq vəziyyətdə olan bıçaq ilə onun sağ said nahiyyəsinə və sağ qulaqardı nahiyyəsinə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə şahid X2 ilə aralarında üzləşdirilmə istintaq hərəkəti keçirilən Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək sonuncunun əlində olan bıçaq ilə onun sağ gözünün kənar nahiyəsinə və çənə nahiyyəsinə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ilə Şahid1 ilə aralarında üzləşdirilmə istintaq hərəkəti keçirilən zaman Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək yerə yıxıldıqdan sonra sonuncunun təpiklə dirsəklərinə, çiyinlərinə və sol böyrək üstü nayihəsinə xəsarət yetirdiyini bildirmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-cı il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəninində aşkar olunan xəsarətlər: -alt çənədə sağ tərəfdə, sağ said nahiyəsində, ənsə nahiyəsində və sağ qulaqardı nahiyədə yaralar, sağ gözünün alt qapağında qançır xx.xx.2022-ci il tarixdə əmələ gəlməyə xarakterikdir. - alt çənədə sağ tərəfdə, sağ said nahiyəsində, ənsə nahiyəsində və sağ qulaqardı nahiyədə yaralar kəsici-deşici əşyanın təsirindən əmələ gəlmişlər. - ağırlıq dərəcəsinə görə: - çənə nahiyyəsində olan bir ədəd yara, sağ qulaqardı nahiyyədə olan bir ədəd yara və ənsə nahiyəsində olan bir ədəd yara hər bir ayrıayrılıqda və ümumilkdə sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Sağ gözünün alt qapağında olan qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, sağ said nahiyəsində olan yara sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş üzrə xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022cı il tarixli, rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol əlinin 2-3-cü barmaqlarında sıyrıqlar, küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə soyuq-silah ekspertizasının 17/463 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs başının arxa və sağ göz nahiyəsinə xəsarət yetirdiyi bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Məhkəmə soyuq-silah ekspertizasının 17/464 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd qatlanan bıçaq tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış deşicikəsici xassəyə malik, məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararldır. Mingəçevir şəhər 4 saylı MİS tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Əhmədli X6 şəhəri H.Əliyev prospekti ev 70, mənzil 54 ünvanda yaşayır. İşdə olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Əhmədli X6 şəhəri, A.Məmmədov küçəsi ev 70, mənzil 54-də yaşayır. Onun haqqında 4 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmayıb. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əhmədli X6 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, Əhmədli X6 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Məmmədzadə X7 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, Məmmədzadə X7 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Adgözəlov X8 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, Adgözəlov X8 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Məmmədzadə X7 şəhəri, İ.Qayıbov küçəsi ev 3, mənzil 18-də qeydiyyatda olduğu müddətdə onun haqqında 3 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmayıb. İşdə olan 3 saylı MİS tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli, 412 saylıarayışdan görünür ki, Məmmədzadə X7 şəhəri, İ.Qayıbov küçəsi ev 3, mənzil 18-də qeydiyyatdadır lakin yaşamır. 15 avqust 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcələnin 221.3-cü maddəsinə tövsif edilərək ona həmin maddə üzrə ittiham elan edilmişdir. 15 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-58/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışmasına görə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib edilmiş xx.xx.2022-cü il tarixli tələbnamədən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-302/2022 saylı xx.xx.2022ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 12 noyabr 2020-ci il tarixdən 14 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il sınаq müddəti ilə şərti hesаb edilmişdir. Mingəçevir şəhər İcra və probasiya şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs1 Şəki Apellyasiya Məhkəməsinin 1(107)-302/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla barəsində təyin olunmuş cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmış, bugünkü tarixə sınaq müddətinin 1 il 6 ay 2 gün icra olunmuş, 5 ay 28 günü icra olunmamış qalmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib edilmiş xx.xx.2022-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib edilmiş xx.xx.2022-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi 08 dekabr 2022-ci il tarixli ərizədə göstərmişdir ki, təqsirləndirilən şəxslərlə barışıq əldə etmişlər, şikayət və tələbi yoxdur. AR SHXÇDX-nin Mingəçevir şəhər şöbəsindən verilmiş ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İ-85547 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-4299 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməmələri barədə ifadələrinə tənqidi yanaşır, müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onların bilə-bilə yalan ifadə vermələrinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən yayınmağa çalışırlar. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM-59.1). Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM-59.1). Məhkəmə təqsirləndirilən şəxs X3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1) və Vətən müharibəsi iştirakçı olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs X3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məkhəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş həddə CM-nin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Şəki Apellyasiya Məhkəməsinin 1(107)-302/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 12 noyabr 2020-ci il tarixdən 14 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsə də, o, hazırki cinayət əməlini sınaq müddətində törətməmişdir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Hökm həmin andan qanuni qüvvəsini almışdır. Təqsirləndirilən şəxs1 tərəfindən isə hazırki cinayət əməli xx.xx.2022-ci il tarixdə, yəni onun barəsində olan digər hökm qanuni qüvvəyə minmədən əvvəl törədilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 şərti məhkum edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 1(107)-302/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü müstəqil icra olunmalıdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunduğu kimi şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-in 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-in 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Məhkəmə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə hər bir cinayətə görə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə cəzasının təyin edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2022-ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), ibtidai istintaq zamanı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-302/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti məhkum edilməsi müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasıvə ağırlaşdıran halların olmaması, ilk dəfə cinayət törətməsi, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 08 iyun 2022–ci il tarixdən 10 iyun 2022–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Mingəçevir şəhərinin və Yevlax rayon ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tаriхli qərаrının 2-ci bəndində nəzərdə tutulаn “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsаsən məhkəmələrə tövsiyə еdilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığnda olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, ilk dəfə cinayət törətməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində Azərbaycan Respublikası CM–nin 70–ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməli, Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində üzərinə, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalı, Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd üzərində “Browning” yazılan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyun 2022–ci il tarixdən hesablansın. Şəki Apellyasiya Məhkəməsinin 1(107)-302/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti məhkum edilməsi müstəqil icra olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1–ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 08 iyun 2022–cü il tarixdən 10 iyun 2022–ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayon hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM–nin 70–ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd üzərində “Browning” yazılan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar