Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-2/2025 03.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 MMC-nin nümayəndəsi və təqsirləndirilən şəxs X5, müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxs "xxxx" şirkətinin Azərbaycandakı nümayəndəsi – Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Tərtər rayonu, Səhləbad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Təqsirləndirilən şəxs2 MMC-nin təsisçisi və faktiki rəhbəri, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Gəncə şossesi döngə 9, ev 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Mingəçevir şəhəri, Natəvan küçəsi ev 1, mənzil 16 olan, təsisçisi və faktiki rəhbəri X15, əvvəllər barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmayan Təqsirləndirilən şəxs2(VÖEN **********) barəsində CM-in 308.1-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X15 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Mingəçevir şəhəri, Natəvan küçəsi ev 1, mənzil 16 olan Təqsirləndirilən şəxs2(VÖEN **********) təsisçisi və faktiki rəhbəri olmaqla MMC-nin Nizamnaməsinə əsasən Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsinə və onun operativ idarə olunmasını həyata keçirilməsinə, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etməsinə, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verilməsinə, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmasına və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verməsinə və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi təsisçisi olduğu Təqsirləndirilən şəxs2 MMC ilə "xxxx" şirkəti arasında bağlanmış 12 iyul 2020-ci il tarixli 2 saylı xidmət göstərilməsinə dair müqaviləyə əsasən Yevlax rayonu, Qoyunbinəsi kəndində tikilən 432 şagirdlik məktəbin daşınma və xx.xx.2020-ci il tarixli xidmət göstərilməsinə dair 75 saylı müqaviləyə əsasən Mingəçevir şəhəri 12 saylı məktəbin əsaslı təmirində metal barmaqlığın və qismən tikinti işlərinin görülməsi müqabilində "xxxx" şirkəti tərəfindən "xxxx" ASC-də olan AZ85İBAZ******************** saylı hesabına köçmüş ümumilikdə 29.800 manat məbləğində pul vəsaitinin rəhbəri olduğu şirkət tərəfindən işlərin görülməsinə sərf edilməsi üçün başqa şəxslərin hesablarına köçürülməklə sonradan həmin şəxslər tərəfindən çıxarılaraq özünə təqdim edilməsində köməklik göstərilməsinə dair X12 müraciətindən sonra sonuncunun cinayətdən xəbərsiz Mingəçevir şəhər sakinləri olan tanışları Şahid2 və Şahid1 vasitəsi ilə həmin məbləğin bankdan götürməklə özünə verilməsinə köməklik göstərilməsi barədə Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi 13/1də yerləşən şirkətin ofisində sonuncuların “Bəşir Proqres” şirkəti üçün xidmət göstərmədikləri halda Şahid2 və Şahid1 guya Mingəçevir şəhərində daşınma və yükləmə işlərini öhdələrinə götürmələrinə dair xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş xidmət müqavilələrini MMCnin Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi 13/1-də yerləşən ofisində kompüter qurğusundan istifadə etməklə hazırlayıb imzalatdırmaqla xx.xx.2021-ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 14.900 manat və xx.xx.2021-ci il tarixdə Şahid2 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 14.900 manat məbləğində pul vəsaitin köçməsinə nail olaraq tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilatisərəncamverici şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər, o cümlədən təsisçisi və rəhbəri olduğu hüquqi şəxs- Təqsirləndirilən şəxs2 üçün qanunsuz üstünlük əldə etməkdə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək və eyni zamanda öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə “AS İnşaat” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli ASİ/P/101/21 saylı podrat müqaviləsinə əsasən Zəngilan rayonunda görülmüş işlərə görə sonuncu şirkət tərəfindən "xxxx" şirkətinə 2022-ci ilin dekabr ayında ödənmiş 54.098 manat pul vəsaitinin "xxxx" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zərərçəkmiş şəxs tərəfindən Zəngilan rayonu, Ağalı kəndində görüləcək işlərə xərcləmək məqsədilə ümumilikdə 51.150 manat məbləğində vəsaitinin nağdlaşdırılması üçün həmin nümayəndəliyin mühasibi vəzifəsində işləyən Şahid3 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşaraq sövdələşməklə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi 13/1-də yerləşən şirkətin ofisində Təqsirləndirilən şəxs2 MMC-nin Zəngilan rayonunda hər hansı tikinti işlərində fəaliyyəti və iştirakı olmadığı halda təkrarən tamah niyyətilə "xxxx" şirkəti ilə məzmununa guya Təqsirləndirilən şəxs2 MMC-nin Zəngilan rayonu Ağalı kəndində tikinti layihəsində fərdi yaşayış evlərinin tikintisini qismən öz öhdəsinə götürməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş xx.xx.2021-ci il tarixli xidmət müqaviləsini həmin tarixdə MMC-nin Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi 13/1-də yerləşən ofisində kompüter qurğusundan istifadə etməklə hazırlayıb "xxxx" şirkəti tərəfindən təsdiq edilməsinə, həmçinin bilə-bilə yalan məlumatlar daxil edilmiş xidmət müqaviləsi əsasında rəhbəri olduğu MMC-nin "xxxx" ASCdə olan AZ85İBAAZ******************** hesabına xx.xx.2021-ci il tarixdə "xxxx" şirkəti tərəfindən ümumilikdə 51.150 manat vəsaitinin köçürülməsinə nail olduqdan sonra, həmin vəsaiti ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin Mingəçevir şəhər filialında nağdlaşdıraraq 51.150 manat məbləğində pul vəsaitinin 36450 manatını Şahid3 vasitəsi ilə Zərərçəkmiş şəxs verib, qalan 14700 manat pul vəsaitini özü üçün götürüb həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus olan 14.700 (on dörd min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 MMC-nin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə cinayət işi məhkəməyə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 mart 2025–ci il tarixli 1(051)–2/2025 saylı qərarı ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibini istisna edən hallar olduğuna, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə X15 barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, X5 barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəməyədək icraat zamanı barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edlməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs2 MMC-nin nümayəndəsi və təqsirləndirilən şəxs X15 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 MMC şəxsən tərəfindən 2016-cı ildə təsis edilmiş, 2017-ci ildə isə fəaliyyətə başlamışdır. MMC-nin əvvəlki icraçı direktoru həyat yoldaşı X1 olsa da, MMC-nin fəaliyyəti ilə bağlı bütün əməliyyatlar və sənədləşmə işləri şəxsən özü tərəfindən aparılmışdır. Təsis etdiyi Təqsirləndirilən şəxs2 MMC-nin fəaliyyəti yaşayış və qeyri-yaşayış binalarında, o cümlədən tikinti sahələrində tikinti işlərinin aparılması üzrə bir sıra xidmətlərin göstərilməsidir. MMC podratçı və subpodratçı təşkilat kimi fəaliyyət göstərərək, əsasən qeyri-əmlak xarakterli xidmətlər, o cümlədən yük daşıma xidmətləri göstərməklə məşğuldur. MMC 2016-cı ildə 11 saylı Yevlax Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Həmçinin MMC-nin Beynəlxalq və Kapital Bank ASClərdə bank hesabları yaradılmışdır. Təqsirləndirilən şəxs2 MMC əsasən subpodratçı kimi bu və ya digər dövlət orqanlarının və ya dövlət tərəfindən yaradılmış müəssisə və təşkilatlar tərəfindən tikinti sahəsində verilmiş bir sıra tapşırıqların icrasını, həmçinin podratçı təşkilatlarla aralarında bağlanan müqavilələr əsasında yuxarıda göstərilən xidmətləri həyata keçirir və bunun müqabilində qazanc əldə edir. Podratçı təşkilatlar, həmçinin tenderlərdə qalib olmuş dövlət təşkilatları ilə aralarında tikinti və yükdaşıma işlərinin icrası ilə bağlı müqavilə bağlandıqdan sonra rəhbərlik etdiyi şirkət tərəfindən verilən faktura sənədlərinə əsasən rəhbərlik etdiyi MMC-nin Kapital və Beynəlxalq Bank ASC-lərdə olan hesablarına podratçı (sifarişçi) təşkilatlar tərəfindən müəyyən edilmiş pul vəsaiti köçürülür, bundan sonra isə müqavilədə göstərilən xidmətlər və işlərin icrasını başlanır. Qeyd etdiyi kimi Təqsirləndirilən şəxs2 MMC 11 saylı Yevlax Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və vaxtı-vaxtında vergiləri ödəyir. 11 saylı Yevlax Ərazi Vergilər İdarəsinin Mingəçevir şəhər şöbəsinin mütəxəssisi Məhərrəm Əzizzadə adlı şəxs təxminən 2020-ci ilin noyabr ayından tanıyır. O, həmin vaxtdan etibarən təsis etdiyi MMCnin faktiki olaraq qeyri-rəsmi mühasibidir. X26 həmin dövrdən etibarən Təqsirləndirilən şəxs2 MMC-nin bank hesablarına daxil olan pul vəsaitini verilən və qəbul edilən qaimələr əsasında təyinatı üzrə istifadə olunması üçün bank əməliyyatları həyata keçirir. MMC-nin rəhbəri kimi qeyri-rəsmi olaraq ona məxsus «Asan imzanı» Məhərrəm Əzizzadəyə vermiş, sonuncu onunla razılaşdırdıqdan sonra pul vəsaitləri ilə bağlı bütün əməliyyatları həyata keçirir, yəni pul vəsaitlərini qəbul edib, onu lazımı ünvanlara köçürür. MMC-nin rəsmi işçiləri həyat yoldaşı (icraçı direktor) Gülnar Allahverdiyeva, iş icraçısı isə qardaşı Tacəddin Əliyevdir. Subpodratçı təşkilat kimi digər işlər isə şirkətin müxtəlif fiziki şəxslərlə bağladığı xidməti müqavilələr əsasında həyata keçirilir. Pul vəsaitləri ilə bağlı əməliyyatlar isə yalnız elektron qaimə sənədləri əsasında həyata keçirilir. Kağız üzərində bağlanmış müqavilə əsasında faktiki olaraq heç bir bank əməliyyatı aparılmır. 2020-ci ildə daşınma və metalbarmaqlığın yığılması üçün təsis etdiyi Təqsirləndirilən şəxs2 MMC ilə "xxxx" MMC arasında bir neçə müqavilə bağlanmışdır. Müqavilələrə əsasən Yevlax rayonu, Qoyunbinəsi kəndi və Mingəçevir şəhəri, 12 saylı məktəbdə daşınma və qismən tikinti işlərinin görülməsi ilə bağlı "xxxx" MMC ilə aralarında müqavilə bağlanmışdır. 2021-ci ilin təxminən sentyabr-oktyabr ayınadək "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında göstərdiyi və göstərəcəyi xidmətlərin qaiməsini Məhərrəm Əzizzadəyə verdikdən sonra sonuncu həmin qaimələri "xxxx" MMC-nin sisteminə vurmuş, rəhbərlik etdiyi MMC-nin bank hesabına vəsait köçürülmüşdür. Həmin məbləğin bir hissəsi təyinatı üzrə xərclənmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Məhərrəm ona zəng edərək Təqsirləndirilən şəxs2 MMC-nin Kapital və Beynəlxalq banklardakı hesabına «Litosfer MMC» və "xxxx" MMC-dən hazırda xatırlamadığı məbləğdə pul vəsaitinin köçürüldüyünü bildirmiş, "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən Mingəçevir şəhərində və Gəncə şossesində yerləşən 5 mərtəbəli yaşayış binasının dəmir, qəlp və daşıma işlərinin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. O da təxminən qarşıda olan ən azından 6 ay ərzində hər iki şirkətə yük daşınma işlərinin aparılması üçün həmin işləri görəcək şəxslər taparaq, qeyd olunan qaimə fakturalarda göstərilən işləri yerinə yetirmişdir. Həmin işləri vaxtamuzd və reysəmuzd şəxslər tərəfindən həyata keçirilmiş və hər reysə görə onlara hazırda xatırlamadığı məbləğdə ödənişlər aparılmalı idi. Vaxtamuzd və reysəmuzd işləyən şəxslərin VÖEN-i olmadığından şirkət olaraq hesabına köçmüş pulları onlara ödəmək üçün birbaşa həmin şəxslərlə müqavilə bağlaya bilməmiş, ona görə də məcbur qalıb VÖEN-i olan sürücülər tapıb onlarla xidmət müqaviləsi bağlayıb pulları həmin şəxslərin hesabına vurmuş, həmin şəxslər pulları bankdan çıxardıqdan sonra ona təqdim etmiş, öz növbəsində pulları aparıb vaxtamuzd və reysəmuzd işləyən işçilərə vermişdir. Qeyd edilən xidmət müqavilələri Təqsirləndirilən şəxs2 MMC ilə Cavid Əzəmmədov, Nazir Bayramov, Eltun və Zaur Dadaşov, Nazim Əhmədov, Orxan, Sahib İbrahimov, Rəmzi Səlimov, Şaiq Nəbiyevlə bağlanmış, həmin müqavilələr əsasında rəhbəri olduğu şirkətdən həmin şəxslərin hesablarına pul köçmüş, köçən pul da bankda onlar tərəfindən çıxarıldıqdan sonra ona Məhərrəm Əzzizadə tərəfindən təqdim olunmuş, həmin vəsaiti vaxtamuzd işləyən işçilərə vermişdir. Cavid Əzəmmədov və Nazir Bayramov istisna olmaqla adları çəkilən sürücüləri ona Məhərrəm Əzzizadə tapmışdır. Həmçinin ona məxsus «asan imza» Məhərrəm Əzizzadədə idi, sonuncu da onun tapşırığı ilə bank əməliyyatlarının həyata keçirilməsi ilə bağlı adından komanda verə bilmişdir. Məhərrəm ona xx.xx.2021-ci il tarixdə «Whatsapp» proqramı vasitəsi ilə Fəqan Baxşov və Şahid1 bank rekvizitləri, şəxsiyyət vəsiqələrinin surətlərini, habelə avtomobillərin texniki pasportu və sürücülük vəsiqələrinin şəklini ona göndərib, onlarla arxa tarixə müqavilə hazırlamağını və həmin müqaviləni ona verməyini xahiş etmiş, Məhərrəm Əzizzadənin dediyi kimi hər iki şəxslə, yəni Şahid2 və Şahid1la aralarında bağlanacağı xidməti müqaviləni hazırlamış, həmin xidməti müqaviləni Məhərrəm Əzizzadənin sözünə əsasən arxa tarixə hazırlamışdır. Səhv etmirsə də birini xx.xx.2021-ci il, digərini isə xx.xx.2021-ci il tarixlərə hazırlamış, bundan sonra hər iki şəxslə aralarında olan müqaviləni Məhərrəm Əzizzadəyə vermiş, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində "xxxx" ASC-nin Mingəçevir filialına getmiş, həmin vaxt orada hesablarına pul köçürdüyü Şahid1 və Şahid2 olduğunu görmüş, onlar bankın içərisində onların hesabına köçürülən pulu alıb getmişlər, hətta onların vergi və sosial ödənişlərini də ödəmişdir. Məhərrəmin deməyinə görə X29 Əhmədov adlı şəxs tapmışdır. Həmin vaxt Namiq Əhmədov "xxxx" ASC-nin Mingəçevir filialının qarşısında olmuş, bundan sonra Məhərrəm Əzizzadə ona zəng edərək sürücülər Fəqan və Teyyubun hesabına köçürdüyü pulun 28200 manat hissəsinin Namiqin gətirib ona verəcəyini bildirmiş, həmin pulu götürüb subpodrat müqaviləsi bağladığı şirkətlər üçün işlərin görülməsini yerinə yetirən işçilərə verəcəkdi. "xxxx" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq elektron qaimələr əsasında köçmüş pulun böyük hissəsi ərazidə zibilin toplanaraq daşınması xidmətinə görə ödənmiş, həmin xidmət də reysəmuzd yük maşınları sürücüləri tərəfindən görülmüşdür. Həmin şəxslər də hər gün müxtəlif şəxslər olmuşdur. Ona görə də onlarla müqavilə bağlamaq çətinliyi olmuş, həmin şəxslər reysə görə pullarını tələb etmişlər. Amma həmin yük maşınların çoxusunun VÖEN-i olmadığından onlarla xidmət müqaviləsi də bağlamaq mümkün olmamışdır. Belə olan halda vergi ödəyicisi olan, lakin həmin işlərin görülməsinə cəlb edilməmiş, yük maşını olan şəxslərlə xidmət müqaviləsi bağlanmış, həmin şəxslərə köçmüş pullar götürülərək real işi görmüş şəxslərin hesabına ödənmişdir. Bütün prosedur bu şəkildə tənzimlənmişdir. Lakin 28.200 manat pul xx.xx.2021-ci il tarixdə sürücülər Fəqan və Teyyub tərəfindən götürüldükdən sonra Namiqə təhvil verilmiş sonuncu isə həmin pulları ona təqdim etməmişdir. Namiqi Məhərrəmin tapdığını bildiyi üçün artıq bu söhbətlərdə Məhərrəm Əzizzadədən də şübhələnməyə başlamışdır. Bu söhbətlərdən bir müddət sonra Məhərrəm bankın yanına gəlib onunla görüşmüş, həmin vaxt ondan sürücülər Şahid1 və Şahid2 köçürdüyü pulun nəğdləşdirilmə əməliyyatı aparıldıqdan sonra ona verməli olması ilə bağlı təklifin səbəbini Məhərrəmdən soruşduqda, sonuncu ona 1-2 saata hər bir şeyi açıqlayacağını bildirib çıxıb getmiş, bundan sonra həm Namiq Əhmədov, həm də onunla birlikdə gələn Elgiz, habelə Məhərrəmə dəfələrlə zəng etsə də, onlar zənglərinə cavab verməmişlər. Sonda bircə dəfə Məhərrəm telefon zənginə cavab verərək anasının səhhətinin pis olduğunu, ertəsi gün onunla əlaqə yaradacağını bildirmiş, ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə Məhərrəmlə şəhərdə görüşmüşlər, sonuncu ona Namiqin onu aldadaraq sürücülərin adına köçürülən pulu götürüb aradan çıxdığını, ancaq məsələni həll edəcəyini bildirmiş, Məhərrəmdən pulun necə olduğunu, kim tərəfindən ələ keçirildiyini soruşub, pulun ələ keçirilməsində onun da əlinin olduğunu üzünə qarşı demiş, lakin Məhərrəm min cür bəhanələr uyduraraq, pulu qaytaracağını demişdir. Ona görə də Məhərrəmə bu işdə günahı yoxdursa birlikdə polis şöbəsinə gedib, şikayət etməyi təklif etmiş, bir müddət sonra Məhərrəm ona zəng edərək, şəhərin H.Əliyev prospektində parkda olduğunu, ona təcili olaraq 2000 manat əlavə pul lazım olduğunu, həmin pulu tapıb ona verəcəyi təqdirdə 28200 manat pulu dirçəldəcəyini bildirdi. Bundan sonra Məhərrəmin dediyi istiqamətə getmiş, həmin vaxt Məhərrəmin Esmira adlı qadınla birlikdə olduğunu görmüş, Esmira və Məhərrəm ona məxsus avtomobildə oturub söhbət edərkən, Məhərrəm ona kriminal aləmin nümayəndələri vasitəsi ilə pulu qaytazdıracağını söyləmiş, lakin sonradan Məhərrəm pulun qaytarılması ilə bağlı heç bir addım atmadığı və telefonlarına cavab vermədiyi üçün xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 2020-ci ildə həqiqətən də bir neçə sürücünün hesabına hazırda xatırlamadığı məbləğdə pul köçürüldükdən sonra həmin şəxslər tərəfindən pul nağdlaşdıraraq Məhərrəm Əzizzadəyə verilmiş, sonuncu həmin pulu ona vermiş, pulu real işləri görmüş fəhlələrə, işçilərə vermişdir. Məhərrəm Əzizzadə ona elektron qaimə ilə gələn pulu elektron qaimə ilə də xərcləməli olduğunu bildirdiyindən ayrı-ayrı sürücülər Məhərrəm vasitəsilə tapıb onlarla xidmət müqaviləsi bağlayıb onların hesabına pulları köçürmüş, sonra da həmin pullar ona qayıtmış, real iş görən şəxslərə ödənişlər aparmışdır. Zərərçəkmiş şəxs Burhan oğlu ilə aralarında xidməti müqaviləyə əsasən 51150 manat məbləğində pul vəsaiti bank hesabına köçürülmüş və həmin pulları təyinatı üzrə yanacaq, daşınma, elektriklər üçün əmək haqqı pullarına, beton daşınmasına və bu kimi işlərə sərf edilmişdir. Həmin işdən gəliri işçilikdən və daşınmadan əldə edilmiş 2137 manat pul olmuşdur. Rəşadın iştirakı ilə işçilərə 37860 manat pul tərəfindən ödənmiş, 6.000 manat isə əlbəəl Şahid3 vermişdir. Şahid3 düz danışmır. "xxxx" MMC üçün xidmət göstərmiş, 51150 manat pul vəsaitini nağdlaşdırmaq üçün MMC-nin hesabına köçürməmişdir. Həqiqətdə isə Zərərçəkmiş şəxs Burhan oğlu arasında müqavilə olaraq işlər görülmüşdür. Həmin pulları işlərə sərf edərək onlara hər hansı borcu qalmamışdır. Məhkəmə istintaqı zamanı barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edlməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs2 MMC-nin nümayəndəsi və təqsirləndirilən şəxs X15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən tam şəkildə imtina edərək ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, işə məhkəmədə baxılan zaman o, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş də etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Təsisçisi olduğu Təqsirləndirilən şəxs2 MMC-nin hazırda fəliyyətini dayandırmış, hüquqi şəxsin mülkiyyətində əmlak, bank hesabında heçbir vəsait yoxdur. Odur ki, məhkəmədən cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına və təsisçisi olduğu Təqsirləndirilən şəxs2 MMC-nin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edlməsi üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci ildən etibarən "xxxx" MMC-nin Azərbaycanda yerləşən nümayəndəliyinin rəhbəridir. Həmin şirkət Türkiyənin Alanya şəhərində yerləşir. Şirkətin əsas rəhbəri Mustafa Özbudaqdır. Şirkət əsasən tikinti işləri ilə məşğul olmaqdır. 2020-ci ildən etibarən “Ağsaray” hotelində tanış olduğu "xxxx" MMC-nin mühasibi Şahid3 şirkətin mühasibat işlərini icra etməsi üçün sonuncuya etibarnamə verməklə hər ay 300 manat məbləğində əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin etibarnamədə Şahid3 şirkətlə bağlı adından bütün hərəkətləri yerinə yetirmək səlahiyyəti vermişdir. Çünki özü tikinti ilə bağlı əsasən Zəngilan rayonunda olduğundan, orada da infrastruktur yeni-yeni qurulduğundan bankla bağlı əməliyyatları və digər əməliyyatları həyata keçirməyi Şahid3 etibarnamə əsasında vermişdir. Eyni zamanda şirkətin möhürünü də Şahid3 etibar etmişdir. X8 da uzun müddətdir ki, tanıyır. Aralarında düşmənçilik və ədavət yoxdur. 2021ci ilin iyul ayında "xxxx" MMC-nin sifarişi əsasında Azərbaycan Respublikasının işğaldan azad olunmuş Zəngilan rayonunda ağıllı kəndin inşa edilməsi zamanı rəhbərlik etdiyi şirkət inşa edilmiş binalarda fasadın vurulması, döşəmənin təmiri və bu kimi digər təmir-tikinti işləri icra edilməsi ilə bağlı müqavilə bağlanmış, həmin müqavilə əsasında "xxxx" MMC tərəfindən rəhbərlik etdiyi şirkətin hesabına xx.xx.2021-ci il tarixdə köçürmə qaydasında 54750 manat məbləğində pul köçürülməli olduğu halda 51150 manat pul köçürülmüşdür. Qanuna uyğun olaraq Rəşada 20% vergi pulunu ödəməklə 30000 manat məbləğində pulu hesabdan çıxarmasını tələb etmiş, Azərbaycan Respublikasının qanununlarını tam olaraq bilmədiyinə görə qalan 21150 manat məbləğində pul vəsaitini isə hər hansı bir yolla nağdlaşdırmasını xahiş etmişdir. Lakin Şahid3 razılığı olmadan şirkətin hesabında olan 51150 manat məbləğində pul vəsaitinin hamısını Dilqəm Əliyevin rəhbərlik etdiyi Təqsirləndirilən şəxs2 MMC-yə göndərib sonuncu ilə əlbir olaraq pul vəsaitini nağdlaşdırıb əlavə qazanc əldə etmişdir. Belə ki, pul köçən ərəfələrdə Dilqəm Əliyev ona zəng edərək Zəngilan rayonunda iş olub-olmadığını, iş olduğu təqdirdə onun da şirkətinə iş tapmağı xahiş etmiş, öz növbəsində ona gəlib “AS qrup” şirkətinin layihə rəhbəri ilə danışaraq onunla razılaşa biləcəyini demiş, bundan sonra Dilqəm Zəngilana gəlməmişdən əvvəl Rəşadla aralarında "xxxx" MMC adından xidmət göstərilməsinə dair müqavilə bağlamış və həmin müqavilə əsasında şirkətinə köçmüş 51150 manat vəsait Dilqəmin şirkətinə köçmüş, Dilqəm də həmin pulu nağdlaşdırmışdır. Ümumilikdə 51150 manat vəsaitdən 31000 manat məbləğində pul vəsaitini ona verilmişdir. Hal hazırda Şahid3 və Dilqəm Əliyevin ona 14700 manat məbləğində borcu qalmışdır. Şahid3 8450 manat məbləğində vergi ödəməsinin olduğunu ona bildirmişdir. Həmçinin Şahid3 31000 manat məbləğində pulu ona ümumilikdə 5 dəfəyə ödəmişdir. Şahid3 hesabında olan 51150 manat məbləğində pul vəsaitini qanunsuz olaraq nağdlaşdırmasını tələb etməmiş, həmin pul vəsaitinin 30000 manat məbləğini 20% gəlir vergisi ödəyərək nağdlaşdıra biləcəyini tələb etmişdir. Qalan 21150 manat məbləğində pul vəsaitini nağdlaşdıra bilməyəcəyini bildiyinə görə Şahid3 mühasib olduğunu qanuna uyğun olaraq qalıq 21150 manat məbləğində pul vəsaitini nağdlaşdırmasını tələb etmişdir. Şahid3 51150 manat məbləğində pul vəsaitini nağdlaşdırmaq üçün 8450 manat məbləğində vergi pulu ödəyəcəyini ona bildirməklə həmin puldan 31000 manatını ödəmiş, lakin 14700 manat məbləğində borcu qalmışdır. Şahid3 hesabında olan 51150 manat məbləğində pul vəsaitinin nağdlaşdırması üçün Təqsirləndirilən şəxs2 MMC-nin rəhbəri Dilqəm Əliyevdən həmin məbləğin 6.5%-ni sonuncuya ödəyib formal elektron qaimə faktura aldığından məlumatı olmamışdır və bununla bağlı Şahid3 hər hansı göstəriş verməmişdir. Bu barədə sonradan bu problem ortaya çıxandan sonra Dilqəm Əliyev özü ona demişdir. Təqsirləndirilən şəxs2 MMC-nin rəhbəri Dilqəm Əliyevlə hər hansı müqavilə bağlamamış, həmin qeyd olunmuş müqavilə Dilqəm Əliyev tərəfindən tərtib edilmiş və onun imzası saxtalaşdırılmışdır. Bu barədə Şahid3 ona baş vermiş hadisədən sonra məlumat vermiş və Şahid3lə olan telefon danışığı tərəfindən qeydə alınmışdır. Həmçinin həmin vaxt Zəngilanda olarkən MMC-nin möhürü ona lazım olmuş, MMC-nin möhürü Şahid3 olduğundan həmin möhürü göndərməsini tələb etmiş, bu vaxt X23 gəldiyinə görə Şahid3 möhürü Dilqəm Əliyevə vermiş və sonuncu razılığı xəbəri olmadan müqaviləni şirkətin möhürü ilə möhürləmişdir. Kaptanoğlu şirkəti ilə Bəşir Proqress arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədəki adının qarşısında imza yoxdur, lakin müqavilədə olan möhür şirkətinə məxsus möhürdür. Şahid3 yalan danışır. Şahid3 pulu nağdlaşdırmasını qanuni yolla tələb etmiş, lakin Şahid3 artıq qazanc əldə etmək məqsədilə Dilqəm Əliyevlə adından müqavilə bağlayıb və qabaqcadan sonuncu ilə əlbir olub onu aldadaraq pulunu ələ keçirmişdir. Şahid3 yalan danışır, belə ki, işçilərlə əmək müqaviləsi bağlanmasının təşəbbüskarı özü olmuş, ona görə də 2021-ci ilin iyul ayında "xxxx"la aralarında müqavilə bağlandıqdan sonra yaxın bir zamanda Şahid3 şirkətində çalışan işçilərin şirkətə işçi kimi sənədləşməsini qanunun tələbləri səviyyəsində qurması və onlarla əmək müqaviləsi bağlanması üçün Zəngilan rayonuna aparmış, 2020ci ilin sentyabr ayında Rəşad onunla birlikdə ora getmiş və orada işçilərlə əmək müqaviləsi yazılı bağlanmış, lakin həmin işçilər qısa müddətdə, yəni 3-4 gün işləyib getdiklərinə görə həmin şəxslərin bəzilərinin adları sistemə qeyd edilməmiş, bəziləri isə sistemə işlənilmiş, onlara dair sosial ödənmişdir. Həmin şəxslər şirkəti tərəfindən adları portala qeyd edilməmişdir. Elə olmuşdur ki, həmin şəxslər Zəngilanda başqa şirkətlərdə də çalışmışlar. İşçilər qısa müddətdə, yəni 3-4 gün işləyib getdiklərinə görə həmin şəxslərin adları sistemə qeyd edilməmişdir. Bu səbəbdən də onlarla müqavilə bağlansa da bəziləri sistemə işlənilmiş və çox hissəsi isə sistemə yazılmamışdır. Zəngilan rayonunda tikinti işlərinə işçi cəlb etmək çətindir. Ona görə də ora icazə verilmiş şəxslər bir neçə şirkət üçün işləyə bilirlər və elə olur ki, bir şirkətdə qısa müddət işləyib başqa şirkətə işə keçirlər. Ona görə də onların bəzilərinin adlarını sistemə işlənməməsində hər hansı bir qanunsuz niyyəti olmamış, bu sırf mövcud şəraitlə əlaqədar olmuşdur. Dilqəmlə Rəşadın ona 14700 manat borcu vardır. Bununla belə işə məhkəmədə baxılan zaman təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də hazırda ondan şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdən hal-hazırkı vaxta kimi "xxxx" MMC-nin balansında olan Ağsaray hotelin mühasibi vəzifəsini icra edir. "xxxx" adlı MMC-nin direktoru vəzifəsini icra edən Ömər Kəsərin göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, Zərərçəkmiş şəxs razılığı və göstərişi olmadan hər hansı maliyyə əməliyyatını icra etməmiş, Zərərçəkmiş şəxs Ağsaray restoranın müştərisi kimi 2020-ci ildən etibarən tanıyır. Bu tanışlıqları bir müddət irəlilədikdən sonra Zərərçəkmiş şəxs ona şirkətin mühasib işlərini icra etməyini və bunun müqabilində isə aylıq 300 manat əməkhaqqı ödəməyi təklif etmiş, daha sonra onlar "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxslə şifahi razılığa gələrək rəsmi əmək müqaviləsi bağlamaqla rəsmiləşdirmişlər. Zərərçəkmiş şəxs rəhbərlik etdiyi şirkət işğaldan azad olunmuş Azərbaycan torpaqlarında tikinti və yenidən qurma fəaliyyəti ilə məşğul olmuşdur. Həmin MMC-nin vergi ödənişlərini icra edir, işçilərin işə qəbulu məsələlərini qanuniliyini tənzimləmişdir. "xxxx" MMC Zəngilanda ağıllı kəndin tikintisi ilə bağlı "xxxx" MMC ilə müqavilə bağlayıb həmin tikintidə öhdəsinə götürdüyü təmir işlərini icra etdiyinə görə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən "xxxx" MMC-nin hesabına köçürmə qaydasında 54750 manat məbləğində pul köçürülmüşdür. Qanunla müəyyən edilmiş qaydalara görə köçürülmüş məbləğin nəğdləşdirilməsi prosesi zamanı dövlətə vergi ödənilməlidir. Vergi Məcəlləsinə əsasən hər ilin rüblüklərində vergi xidmətinə hesabat verilir, köçürülmüş vəsaitin təyinatı üzrə xərclənməsi göstərilmədikdə həmin məbləğ Vergi sisteminə görə gəlir vergisi kimi qiymətləndirilir və qanunla müəyyən edilmiş 20% gəlir vergisi tutulur. "xxxx" MMC tərəfindən köçürülmüş 54750 manat məbləğində pul vəsaitindən isə onlar həmin MMC-nin işçilərinə əmək haqqı ödəməli idilər. 2021-ci ilin sentyabr ayında Zəngilanda yerləşən Ağıllı kənd-1 (əvvəlki adı Ağalı) ərazisinə gedib orada işləyən işçilərlə əmək müqaviləsi bağlamış, lakin Zərərçəkmiş şəxs həmin müqavilələri sistemə yerləşdirməyə icazə verməmiş, buna görə də faktiki olaraq həmin işçilər rəsmi işçilər kimi dövlət portalında qeydiyyata düşməmişlər. Zərərçəkmiş şəxs hesabda olan pulu nəğdləşdirəcəkləri halda 20% məbləğində vergi ödəməli olduqlarını, habelə bütün pulu yox ən yuxarı 30000 manatı nəğdləşdirə biləcəklərini bildiyinə görə ondan şirkət tapmağını, formal müqavilə bağlayıb hesablarında olan pulu guya təyinat üzrə xərclədiklərini göstərməklə gəlir vergisindən yayınmaq üçün elektron qaimə faktura satan şirkət tapmağını tələb etmiş, belə olan halda sonuncunun tanışı olan "xxxx" MMC-nin direktoru Dilqəm Əliyevlə danışıb yuxarıda qeyd etdiyi formada hesablarında olan pulu nağdlaşdırmaq istədikləri, tanışının olub-olmadığını soruşmuş, belə olan halda Dilqəm Əliyev həmin pul vəsaitini öz şirkəti hesabına ümumi məbləğin 6.5%-ni ona ödəyəcəkləri halda qeyd olunmuş 51150 manat məbləğində pulu nəğdləşdirib onlara verə biləcəyini bildirmiş, bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş və onların qarşılıqlı razılığı ilə Təqsirləndirilən şəxs2 MMC-dən 490854 nömrəli, xx.xx.2021-ci il tarixli 51150 manat məbləğində elektron qaimə almışdır. Həqiqətdə isə Təqsirləndirilən şəxs2 MMC elektron müqavilədə qeyd edilmiş hər hansı xidmətləri icra etməmiş, sadəcə 51150 manat məbləğində pul vəsaitinin 6.5%-ni əldə etmək məqsədilə təkliflərini qəbul etmişdir. Dilqəm Əliyev həmin pul vəsaitinin bir qismini ödəmiş, lakin 14250 manat məbləğində pul vəsaitini hələ də ödəməmişdir. Həmin 14250 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ondan tələb etdiyinə görə 5000 manat məbləğində borc pul əldə edib həmin pulu Zərərçəkmiş şəxs ödəmişdir. Bir dəfə yalnız Dilqəm Əliyevə "xxxx" MMC-nin möhürünü Zərərçəkmiş şəxs bu barədə göstərişi əsasında təqdim etmişdir ki, aparıb möhürü onu sonuncunun Zəngilandakı iş yerində ona təqdim etsin. Bundan kənar heç kimə MMC-nin möhürünü təqdim etməmişdir. Bildiyi qədəri ilə hər iki şirkət arasında hər hansı real xidmət göstərilməsi olmamışdır. Yalnız formal pul köçürmə ilə bağlı məlum əməliyyat icra edilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 MMC-nin Beynəlxalq Bank ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə yük daşıma xidmətinə görə Şahid2 hesabına 14.900 manat vəsait köçmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 MMC-nin Beynəlxalq Bank ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə yük daşıma xidmətinə görə Şahid1 hesabına 14.900 manat vəsait köçmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli xidmət göstərilməsinə dair 10 saylı müqavilədən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-nin təsisçisi X15 və Şahid2 arasında daşınma və yükləmə işlərinin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli xidmət göstərilməsinə dair 21 saylı müqavilədən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-nin təsisçisi X15 və Şahid1 arasında daşınma və yükləmə işlərinin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC ilə Təqsirləndirilən şəxs2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2 nömrəli müqavilədən görünür ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində tikilən 432 şagirdlik məktəbin daşınma işlərini Təqsirləndirilən şəxs2 MMC öz öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarında olan "xxxx" MMC ilə Təqsirləndirilən şəxs2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 75 nömrəli müqavilədən görünür ki, Mingəçevir şəhəri, 12 saylı məktəbin metal barmaqlığın və qismən tikinti işlərini Təqsirləndirilən şəxs2 MMC öz öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş X18 X36 Ticaret Sanayi İthalat ve İhracat Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Təqsirləndirilən şəxs2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidməti müqavilədən görünür ki, Zəngilan rayonu 1,2,3 Ağıllı kənd layihəsində fərdi yaşayış evlərinin tikintisini Təqsirləndirilən şəxs2 MMC qismən öz öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X18 X36 Ticaret Sanayi İthalat ve İhracat Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) tərəfindən Təqsirləndirilən şəxs2 MMC-nin (VÖEN: **********) bank hesabına xx.xx.2021-ci il tarixdə 51150,0 manat vəsaitin köçürülməsinə baxmayaraq, həmin məbləğin 9207,0 manat ƏDVsi “ƏDV-nin depozit hesabından çıxarış” məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 MMC-nin ƏDV-nin Depozit hesabına ödənilmişdir. Təqsirləndirilən şəxs2 MMC-nin ƏDV-nin Depozit hesabına ödənilmiş 9207,0 manat vəsaitdən həmin tarixdə dövlət büdcəsinə hər hansı ödəniş aparılmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2(VÖEN **********) Nizamnaməsinə əsasən direktor cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsinə və onun operativ idarə olunmasını həyata keçirilməsinə, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etməsinə, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verilməsinə, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmasına və maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verməsinə və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X20 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin də nəzərdə tutulmuş ittiham elan edilməsi, cinayət işinin istintaqı zamanı X7 maddi ziyan dəydiyi müəyyən edildiyindən o iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, Kaptanoğlu Araç MMC-nin mühasibi Şahid3 Zərərçəkmiş şəxs təmir-tikinti işlərində çalışdırdığı 18 nəfərlə formal, tarixsiz müqavilələr bağlamaqla, onların əksəriyyətini vergi və sosial ödənişlərdən yayınmaq məqsədilə X19 Xidmətinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsisteminə qeydiyyata salmadığını göstərməsi epizodları və digər epizodlar üzrə Azərbaycan Respublikasının CM-nin 308.1, 313 və 162-1.1-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılması və ibtidai istintaq davam etdirilməsi, hazırki cinayət işinin istintaqı zamanı "xxxx" MMC və "xxxx" MMC-lərin Təqsirləndirilən şəxs2 MMC- ilə aralarında bağlanmış xidmət göstərilməsinə dair müqavilələr üzrə hər hansı cinayət tərkibi müəyyən olunmadığından həmin MMC-lərlə bağlı cinayət təqibinə xitam verilməsi, istintaq zamanı Dilqəm Əliyevin ifadəsində "xxxx" ASC-dən pulu götürüb çıxdıqdan sonra oraya Azsamand markalı dövlət qeydiyyat nişanı olmayan avtomaşın gələrək yanında saxladığını, özünü Elgiz kimi təqdim edən şəxs pul məsələsi ilə bağlı Məhərrəmlə danışdığını, pul barəsində Namiqi narahat etməməyi bildirdiyini, həmin vaxt Elgizdən başqa maşında 3 nəfərin də olduğunu göstərməsi ilə bağlı xüsusat öz təsdiqini tapmadığından həmin xüsusatla bağlı cinayət təqibinə xitam verilməsi, istintaq zamanı X13, Şahid2 və Şahid1 törədilmiş cinayətdə iştirakları müəyyən olunmadığından onların barəsində cinayət təqibinə xitam verilməsi, X2 X9 X7 məxsus pulu dələduzluq yolu ilə ələ keçirməsi xüsusatında iştirakı müəyyən olunmadığından həmin hissədə Məhərrəm Əzizzadə barəsində cinayət təqibinə xitam verilməsi, iş materiallarında olan "xxxx" ASCdən daxil olmuş Təqsirləndirilən şəxs2 MMC-yə aid hesabdan çıxarış, Şahid1 və Şahid2la Təqsirləndirilən şəxs2 MMC arasında bağlanmış xidmət göstərilməsinə dair müqavilələr cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə maddi sübut kimi tanınması, cinayət işinin başlanması rədd edilmiş və icraatına xitam verilmiş xüsusatlarla bağlı materiallar ayrılaraq İdarənin arxivində saxlanılması qərara alınmışdır. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 162- 1.1, 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələrinə tövsif edilməsi, X15 Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməsi, Zərərçəkmiş şəxs və “Kaptanoğlu Araç” şirkətinin Azərbaycandakı nümayəndəliyi iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, istintaq zamanı X5 ifadələrində “Kaptanoğlu Araç” şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə aralarında bağlanmış xidmət müqaviləsi üzrə işlər gördüyünü, şirkət tərəfindən köçmüş 51150 manat vəsaiti təyinatı üzrə yanacaq, daşınma, elektriklər üçün əmək haqqı pullarına, beton daşınmasına və bu kimi işlərə sərf etdiyini, Şahid3 iştirakı ilə işçilərə 37860 manat pul tərəfindən ödəndiyini, 6.000 manat isə əlbəəl Şahid3 verdiyini, Zərərçəkmiş şəxs hər hansı borcu qalmadığını göstərməsi, üzləşdirmə zamanı isə pul vəsaitinin köçürülməsi zamanı texniki səhvlik nəticəsində onun hesabından 9207 manat vəsaitin ona məxsus Təqsirləndirilən şəxs2 şirkətinin hesabından silindiyini, buna görə də bu çatışmazlıq yarandığını göstərməsi özünü müdafiə kimi qiymətləndirilməsi, iş materiallarında olan "xxxx" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zərərçəkmiş şəxs təmir-tikinti işlərində çalışdırdığı 18 nəfərlə formal, tarixsiz müqavilələr bağlamaqla, onların əksəriyyətini vergi və sosial ödənişlərdən yayınmaq məqsədilə X19 Xidmətinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsisteminə qeydiyyata salmaması və “Kaptanoğlu Araç” şirkətinin nağdlaşdırma ilə bağlı əməllərinə hüquqi qiymət verilməsi üçün bu barədə toplanmış materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş Departamentinə göndərilməsi, istintaq zamanı 11 saylı Ərazi Vergilər Baş İdarəsində fond hesabı müfəttiş vəzifəsində işləyən X6 barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş Departamentinə təqdimat verilməsi, cinayət işinin Sürücülər Şahid2 və Şahid1 istisna olmaqla X16, Şahid1, Şahid2, X17, X10, Əliyev Orxan Şahid oğlu, X25, X21, X14, X22, X11 ilə Bəşir Proqress MMC arasında bağlanmış müqavilələr hissəsində X5 barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, X16, Şahid1, Şahid2, X17, X10, Əliyev Orxan Şahid oğlu, X25, X21, X14, X22, X3 barəsində cinayət təqibinə xitam verilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında Təqsirləndirilən şəxs2 MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması barədə vəsatət verilməsi, iş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 MMC-yə aid hesabdan çıxarış, "xxxx" şirkətinin Azərbaycandakı nümayəndəliyinin hesabından çıxarış, Təqsirləndirilən şəxs2 MMC ilə “Kaptanoğu” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasındakı müqavilə, Şahid1 və Şahid2la Təqsirləndirilən şəxs2 MMC arasında bağlanmış xidmət göstərilməsinə dair müqavilələrin surətləri, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə maddi sübut kimi tanınması, istintaq zamanı digər xüsusatlara hüquqi qiymət verilməsi ilə bağlı ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi qərarının nəzərə alınması qərara alınmışdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs2 MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Mingəçevir şəhəri, Natəvan küçəsi ev 1, mənzil 16 olan, Təqsirləndirilən şəxs2(VÖEN **********) barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(001)-529/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Mingəçevir şəhəri, Natəvan küçəsi ev 1, mənzil 16 olan, Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilə biləcək cinayəthüquqi tədbirlərin təmin edilməsi məqsədilə təsisçilərin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə 2 ay müddətə qadağa qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixdə fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2078-ci il tarixədək dayandırılması barədə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə arayış təqdim edilmişdir. Məlumat-uçot bazasına əsasən hazırda fəaliyyəti aktiv deyil. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 (VÖEN **********) mülkiyyətində daşınmaz əmlakın olması barədə məlumat aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Yevlax RQİ və TBŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 adında DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş Çıxarışdan görünür ki, bankda olan hesabında vəsait yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş Çıxarışdan görünür ki, bankda olan hesabında vəsait yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Şahid2 və Şahid1 guya Mingəçevir şəhərində daşınma və yükləmə işlərini öhdələrinə götürmələrinə dair xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş xidmət müqavilələrini MMC-nin Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi 13/1-də yerləşən ofisində kompüter qurğusundan istifadə etməklə hazırlayıb imzalatdırmaqla xx.xx.2021-ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 14.900 manat və xx.xx.2021-ci il tarixdə Şahid2 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 14.900 manat məbləğində pul vəsaitini köçməsinə nail olaraq nağdılaşdırdığı pulları vaxtamuzd və reysəmuzd işləyən işçilərə vermək üçün Təqsirləndirilən şəxs2 MMC-nin xeyrinə tamah niyyətilə rəsmi sənədə biləbilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi, həmçinin bilə-bilə yalan məlumatlar daxil edilmiş xidmət müqaviləsi əsasında rəhbəri olduğu Təqsirləndirilən şəxs2 MMC-nin "xxxx" ASC-də olan AZ85İBAAZ******************** hesabına xx.xx.2021-ci il tarixdə "xxxx" şirkəti tərəfindən ümumilikdə 51.150 manat vəsaitinin köçürülməsinə nail olduqdan sonra, həmin vəsaiti ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin Mingəçevir şəhər filialında nağdlaşdıraraq 51.150 manat məbləğində pul vəsaitinin 36450 manatını Şahid3 vasitəsi ilə Zərərçəkmiş şəxs verib, qalan 14700 manat pul vəsaitini özü üçün götürüb həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs məxsus olan 14.700 (on dörd min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, həmçinin tamah niyyətilə rəsmi sənədə biləbilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə: "Cinayət qanunvericiliyi cinayətin yeganə subyekti kimi fiziki şəxsləri tanıdığından, yalnız bu şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə cinayət törədildikdə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Bu səbəbdəndir ki, Cinayət Məcəlləsində hüquqi şəxs cinayətin subyekti kimi deyil, cinayət məsuliyyətinin subyekti kimi nəzərdə tutulmuşdur. Qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir...” Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs2 təsisçi və qanuni təmsilçi X15 rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük, qazanc əldə etmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmək yolu zərərçəkmiş şəxsin xeyli miqdarda pul vəsaitini ələ keçirməklə cinayət törətmişdir. Belə olan onun əməli həm CM-in 178.2.3-cü, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsinin əlamətlərinə uyğun gəldiyindən, istintaq orqanı tərəfindən onun əməli CM-in 178.2.3 və 308.1-ci maddələri ilə tövsif edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs bir hərəkətlə CM-in xüsusi hissəsinin iki normasının əlamətlərinə uyğun gələn cinayətlər törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: 99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 99-4.3. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə cinayəthüquqi tədbirlərin tətbiqinə mane olmur. 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167-169, 169-1, 170-171-2, 192-2, 193-1, 194, 200-1, 200- 2, 206.2-206.4, 206-1, 214-220, 233, 234, 237, 240, 242-244-1, 259-261,271284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323-326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Məlumdur ki, qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Beləliklə, yalnız aşağıdakı şərtlərin mövcud olduğu halda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsi mümkün hesab edilə bilər: - cinayət əməli Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlər üzrə törədildikdə; - cinayət əməli Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən törədildikdə; - cinayət əməli hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədildikdə. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 təsisçi X5 faktiki rəhbəri olduğu hüquqi şəxs Təqsirləndirilən şəxs2 MMC üçün törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsinə əsasən 308-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli hüquqi şəxsi həm təmsil etmək, həm adından qərar qəbul etmək, həm də onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan hüquqi şəxsin təsisçisi tərəfindən, ən başlıcası isə hüquqi şəxsin xeyrinə törədilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxs barəsində cinayət-hüquqi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini mümkünsüz edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır: 99-5.1.1. cərimə; 99-5.1.2. xüsusi müsadirə; 99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; 99-5.1.4. hüquqi şəxsi ləğv etmə. 99-5.3-cü maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur. 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən, cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı, cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması nəzərə alınır. 99-6.1-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. 99-6.3.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - əlli min manatdan yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək miqdarda təyin edilir. 99-6.3-cü maddəsinə əsasən hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda təyin edilir. 99-6.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. 99-8.1-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. 99-8.2-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. 99-8.3-cü maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir. Hazırki cinayət işi üzrə AR CM-nin 99-6.4-cü maddəsinin imperativ tələbi nəzərə alınmaqla hüquqi şəxsin əmlakının müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə, Yevlax rayon 7 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinə, hüquqi şəxsin hesabının olduğu banklara ("xxxx" ASC-yə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) müvafiq sorğular göndərilmiş, aidiyyəti orqan və qurumlar tərəfindən verilmiş cavab məktubları ilə hüquqi şəxs Təqsirləndirilən şəxs2 adına hər hansı daşınar və ya daşınmaz əmlakın, bankda olan hesabında isə ümumiyyətlə vəsaitin olmaması müəyyən edilmişdir. Məlumdur ki, AR CM-nin 308-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla ilk dəfə cinayət törətmiş hüquqi şəxs barəsində həmin cinayətin törədilməsinə görə qanunla tətbiq edilməsi mümkün olan əsas cinayəthüquqi xarakterli tədbir 75.000 manatdan 100.000 manatadək məbləğdə və yaxud vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislinədək mislindən üç mislinədək miqdarda cərimədir. Belə olan halda nəzərə alınmalıdır ki, AR CM-nin 99-6.4-cü maddəsinin tələbinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. Qanunvericiliyə əsasən hüquqi şəxsə tətbiq edilməsi mümkün olan iki növ əsas cinayət-hüquqi xarakterli tədbir mövcuddur: 1. Cərimə; 2. Hüquqi şəxsi ləğv etmə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-8.2-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyinə görə: "Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanuna uyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır. Məhz məsuliyyətə cəlb olunan hüquqi şəxsin iqtisadi stabilliyi baxımından Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsində müəyyən edilmişdir ki, cərimə hüquqi şəxsin əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz və bu hal hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti və s. ilə birlikdə cərimə təyin olunarkən nəzərə alınmalıdır. Qanunun göstərilən tələblərindən irəli gələrək, məhkəmələr cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi qənaətinə gələrkən bir sıra halları, o cümlədən məhkəmə aktının icrasına təsir edəcək halları (məsələn, hüquqi şəxsin maliyyə vəziyyətini və s.) mütləq müəyyən etməlidir. Bu qaydalara riayət edilməməsi cərimə cinayət-hüquqi tədbirini onu ödəyə bilmək qabiliyyətində olmayan hüquqi şəxsin iqtisadi fəaliyyətini sarsıdan mexanizmə çevrilə bilər. Cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti ilə uyğunlaşmayan və realizəsi mümkün olmayan cinayət-hüquqi tədbirin tətbiqi barədə məhkəmə aktı isə sonda Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinin pozulmasına səbəb olmaqla yanaşı Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olunmasını da mümkünsüz edir. O da nəzərə alınmalıdır ki, hazırkı müraciətə səbəb olan işdə olduğu kimi bəzi hallarda hüquqi şəxs barəsində tətbiq oluna biləcək yeganə cinayət-hüquqi tədbir olaraq cərimə çıxış edir. Lakin cinayət-hüquqi məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin hər hansı əmlakı olmadığından, cərimənin tətbiqi barədə məhkəmə qərarının icrası aşkar şəkildə mümkünsüz olur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilən mövqelərini və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini əsasən məhkəmə, təsisçi X5 faktiki rəhbəri olduğu hüquqi şəxs Təqsirləndirilən şəxs2 MMC üçün tərəfindən törədilmiş cinayət əməli AR Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş 313-cü maddəsində nəzərdə tutulmuş cinayət olmaqla hüquqi şəxsi həm təmsil etmək, həm adından qərar qəbul etmək, həm də onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan hüquqi şəxsin təsisçisi tərəfindən, ən önəmlisi isə hüquqi şəxsin xeyrinə cinayət əməlinin törədilməsi mötəbər sübutlarla öz təsdiqini tapsa da, məhkəmə istintaqı zamanı verilmiş sorğular əsasında hüquqi şəxsin heç bir əmlakının olmaması müəyyən edildiyindən, məhkəmə AR Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsi ilə imperativ qaydada hüquqi şəxsə tətbiq edilən cərimənin onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməməsinin müəyyən edildiyini, qanunverici tərəfindən əmlakı olmayan hüquqi şəxsə cinayət-hüquqi xarakterli tədbirlərin hansı növünün və hansı qaydada tətbiq edilməli olmasının tənzimlənmədiyini, cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmədiyini və qanundakı boşluqların hüquqi şəxsin ziyanına şərh olunmasının qanuni və əsaslı olmadığını nəzərə alaraq, hazırki halda əmlakı olmayan hüquqi şəxs barəsində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsinin mümkünsüz olması və bunun üçün hər hansı qanuni əsasın olmaması qənaətinə gəlmişdir. Məhkəmə "hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibətdə qeyd edir ki, qanunverici cinayət törətmiş hüquqi şəxsin ləğv olunmasının mümkün olmasını konkret olaraq tənzimlədiyindən həmin hallar hazırda barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs2nə münasibətdə mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 487-4.0-cı maddəsinə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: 487-4.0.1. cinayətin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, yaxud həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilməsini təsdiq edən hallar; 487-4.0.2. cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsini təsdiq edən hallar; 487-4.0.3 - hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar; 487-4.0.4 - bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar. Həmin Məcəllənin 487-6.3-cü maddəsinə əsasən aşağıdakı hallarda hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir: 487-6.3.2 - bu Məcəllənin 487-4.0.3-cü maddələrində nəzərdə tutulmuş hallar təsdiq edilmədikdə; 487-6.3.3 - bu Məcəllənin 487-4.0.4-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə. CPM-in 487-7.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1-99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 487-7.5-ci maddəsinə əsasən məhkəmə toplanmış sübutları tədqiq edərək bu Məcəllənin 487-6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 MMC-yə aid hesabdan çıxarış, "xxxx" şirkətinin Azərbaycandakı nümayəndəliyinin hesabından çıxarış, Təqsirləndirilən şəxs2 MMC ilə “Kaptanoğu” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasındakı müqavilə, Şahid1 və Şahid2la Təqsirləndirilən şəxs2 MMC arasında bağlanmış xidmət göstərilməsinə dair müqavilələrin surətləri cinayət işinin materiallarında saxlanmalıdır. Məhkəmə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinin qadağan edilməsinə dair hüquqi şəxslər barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 487-5.2 və 487-5.3-cü maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verildikdə, prosessual məcburiyyət tədbiri qüvvədən düşmüş sayılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 487-5.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verildikdə, bəraət hökmü çıxarıldıqda və ya hüquqi şəxs barəsində tətbiq olunan cinayət-hüquqi tədbir icraya yönəldildikdə bu Məcəllənin 487-5.2-ci maddəsində nəzərdə tutulmuş prosessual məcburiyyət tədbiri qüvvədən düşmüş sayılır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs2 barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair tətbiq edilmiş prosessual məcburiyyət tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 MMC-yə aid hesabdan çıxarış, "xxxx" şirkətinin Azərbaycandakı nümayəndəliyinin hesabından çıxarış, Təqsirləndirilən şəxs2 MMC ilə “Kaptanoğu” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasındakı müqavilə, Şahid1 və Şahid2la Təqsirləndirilən şəxs2 MMC arasında bağlanmış xidmət göstərilməsinə dair müqavilələrin surətləri cinayət işinin materiallarında saxlansın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-2/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-2/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver