Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-20/2021 11.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 232.2.1 -ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 8 (səkkiz) il müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli qərarı ilə cəzası 7 (yeddi) il 6 (altı) aya endirilmiş, 25 sentyabr 2019-cu il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə cəzadan 3 (üç) ay 11 (on bir) gün vaxtından əvvəl şərti olaraq azad olunmuş,05.01.2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 44, mənzil 3 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında başqası ilə cinayət əlaqəsinə girib, 24.04.2020-ci il tarixdə saat 01 radələrində oğurluq etmək məqsədi ilə X10 məxsus ünvan 3 ünvanda yerləşən evin həyətinə hasardan aşıb daxil olduqdan sonra həyətdə yerləşən evin sol yan tərəfindəki qapısının kilidini yerdən götürdüyü çəkic vasitəsi ilə qırıb qapını aça bilmədikdən sonra hamamın nəfəsliyindən yaşayış sahəsi hesab olunan evə qanunsuz olaraq daxil olub evin giriş qapısını daxildən açmış, qabaqcadan əlbir olduğu şəxs də həmin qapıdan evə qanunsuz olaraq daxil olduqdan sonra evdən 1 ədəd 1100 manat dəyərində “İmmergas” markalı kombi aparatını, 1 ədəd 1200 manat dəyərində “LG” markalı 127 plazma ekran televizoru, 1 ədəd 100 manat dəyərində 50 litr tutumlu boya üçün kompressoru, 1 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd 50 manat dəyərində losteri, 1 qutusunun qiyməti 50 manat olan 400 manat dəyərində 8 qutu yorğan döşək üzlərini, 1 qutusunun qiyməti 50 manat olan 350 manat dəyərində 7 qutu dəsmalları, 100 manat dəyərində dəri materialdan olan kişi gödəkcəsini, 30 manat dəyərində kişi üçün qısaqol gödəkcəni, 150 manat dəyərində qadın paltosunu, 1 ədəd 6 manat dəyərində açıq-qırmızı rəngli "AE7” yazıları olan qısaqol kişi köynəyini, 1 ədəd 6 manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyini gizli olaraq talayıb zərərçəkmiş şəxs Azər Həsənova ümumilikdə 3632 (üç min altı yüz otuz iki) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 23 aprel 2020-ci il tarixdə axşam saat 22 radələrində Mingəçevir kəndi ərazisində Sahil küçəsində tək gəzərkən, evlərdən birinin işığının yanmadığını görüb, orada heç kəsin olmadığını başa düşərək, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 24 aprel 2020-ci il tarixdə gecə saat təqribən 01 radələrində həmin evə yaxınlaşıb evin hasarı ilə arxa tərəfə keçmişdir. Evin yan hissəsində olan qapıya yaxınlaşıb, qapının kilidini qırmışdır. Daha sonra orada olan dəmir alətlə qapını aralamışdır. Lakin, qapını aça bilmədiyi üçün evin hamamının nəfəsliyindən içəri daxil olub qapını içəridən açmışdır. Evin birinci mərtəbəsində yerləşən qonaq otağında divara asılmış vəziyyətdə olan televizoru divardan açıb evdən bayıra çıxarıb yerə qoymuşdur. Sonra həmin otaqda pilləkənin yaxınlığında olan kombi aparatını, daha sonra mətbəxə keçib mətbəxdən mikro dalğalı sobanı və soyuducunun üzərində olan tosteri də götürüb bayıra çıxarıb yerə qoyaraq evin ikinci mərtəbəsinə qalxmışdır. Evin ikinci mərtəbəsində yerləşən otaqlardan 1 ədəd boya üçün kompressoru, 1 ədəd televizoru və müxtəlif yorğan döşək və çarpayı üzlüklərini də götürüb evdən çıxarıb bayıra yığmışdır. Bundan sonra evin həyətində olan nərdivanı hasara söykəyib əşyaları evin həyətindən çıxarıb bayır hissədən hasarın kənarına yığmışdır. Sonra şəhərin N.Nərimanov küçəsi 44 saylı yaşayış binasının yaxınlığına gedib orada tanışı Təbriz adlı şəxsin avtomobilinə əyləşib oğurluq etdiyi ünvana sürməsini bildirmişdir. Lakin, ona həmin ünvana hansı məqsədlə getməyini bildirməmişdir. Oğurluq etdiyi evin yaxınlığında əşyaları yığdığı yerdə avtomobili saxladıb həmin əşyaları Təbrizin idarə etdiyi avtomobilin yük yerinə yığıb, sonra Təbrizə avtomobili şəhərin Ə.Vahid küçəsi 6 ünvanda yerləşən binanın qarşısına sürməsini bildirib, çünki həmin binada tanışı Ruslan adlı şəxs yaşayır. O, mənzildə tək yaşadığından hesab etmişdir ki, həmin əşyaları onun yaşadığı mənzilə yığıb sonra çıxarıb satar. Ruslanın yaşadığı binanın qarşısına çatıb avtomobildən oğurladığı əşyaları çıxarıb Ruslanın yaşadığı mənzilə yığmışdır. Lakin həmin əşyaları haradan əldə etməsi barədə Ruslana məlumat verməmişdir. Ruslana həmin əşyaları ona borc əvəzinə verildiyini bildirmişdir. Həmin əşyaları ora yığdıqdan sonra Ruslan ona əşyaları götürməsini bildirmişdir. Daha sonra o, Boz dağın yaxınlığında əşyaları gizlətmişdir. Ertəsi gün gedib ora baxdıqda əşyaların orada olmadığını görmüşdür. Sonradan polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər, o da polis şöbəsində törətdiyi əməli etiraf etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığına görə məhkəmə istintaqında dindirilməmiş, Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X15 onun qardaşıdır. Azər ailə qurub bir müddət Mingəçevir şəhərində yaşadıqdan sonra ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Təxminən 20 il olar ki, Azər ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Hər il yay aylarında ünvan 4 ünvanda qardaşına məxsus 0.6 ha torpaq sahəsində onlara məxsus 2 mərtəbəli yaşayış evi vardır. Ev tam təmirlidir. Bütün məişət əşyaları ilə təmin olunubdur. Həmin evə Azərin arvadı Nüşabənin anası və qardaşı oğlu Elvin nəzarət edir. Belə ki, hər gün evin həyətinə daxil olub həyətinə nəzarət edir. Sonuncu dəfə 23.04.2020-ci il tarixdə Elvin evin həyətinə daxil olub evdən soyuducudan ət götürüb itə vermişdir. Həmin zaman evdə hər hansı dağıntı olmamışdır. 25.04.2020-ci il tarixdə saat 10 radələrində Elvin telefon vasitəsi ilə zəng edərək nənəsi Xeyransaya Azərə məxsus evin giriş qapısının açıq vəziyyətdə olduğunu və evdən oğurluq edildiyini bildirmişdir. Xeyransa da dərhal həmin evə getmiş və evin arxa tərəfdən giriş qapısı sındırılmış , otaqların da dağınıq vəziyyətdə olduğunu görmüşdür. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evdən 1 ədəd İmmergas markalı 28-lik, 2017-ci ildə 1300 manata alınmış istifadə edilməmiş, kombi aparatını, lədəd LG markalı 127 ekran, 2017-ci ildə 1800 manata alınmış LG markalı plazına televizoru. 1 ədəd boya üçün kompressoru, 1 ədəd mikrodalğalı 150 manat dəyərində olan sobanı, 1 qutusu 80 manat olan 5 qutu təzə yorğan döşək üzlükləri, 1 qutusu 50 manat olan 7 qutu təzə dəsmalları, 100 manat dəyərində 1 ədəd dəri kişi gödəkcəsini, 1 ədəd 30 manat dəyərində kişi gödəkcəsini, 1 ədəd 150 manat dəyərində qadın paltosunu, bir neçə ədəd köynəklər oğurlanmışlar. Oğurluq nəticəsində Azərin ailəsinə təxminən 3500-4000 manat dəyərində ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı X1 Azər Ənvər oğlu ilə ailə qurduqdan sonra işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişlər. Onlar Mingəçevir şəhəri, Sahil küçəsi 38 ünvanında 0,6 ha torpaq sahəsində 2 mərtəbəli yaşayış evi inşa etdirmişlər, həmin evə ailə üzvləri və nəvəsi Elvin nəzarət etmişdir. 25.04.2020-ci il tarixdə Elvin zəng edərək qızı Nüşabəyə məxsus evin giriş qapısının açıq vəziyyətdə olduğunu və evdən oğurluq edildiyini bildirmiş, o dərhal həmin evə gedib evin arxa tərəfdən giriş qapısının sındırılmış, otaqların da dağınıq vəziyyətdə olduğunu və evdən 1 ədəd İmmergas markalı 28-lik 1300 manat dəyərində kombi aparatı, 1 ədəd 127 ekran LG markalı 1800 manata alınmış plazma televizoru, 1 ədəd boya üçün kompressoru, 1 ədəd mikrodalğalı 150 manat dəyərində olan sobanı, 1 qutusu 80 manat olan 5 qutu təzə yorğan döşək üzlükləri, 1 qutusu 50 manat olan 7 qutu təzə dəsmalları, 1 ədəd dəri 100 manat dəyərində kişi gödəkcəsini, 1 ədəd 30 manat dəyərində kişi gödəkcəsini, 1 ədəd 150 manat dəyərində qadın paltosunu, bir neçə ədəd köynəklər oğurlanmışdır. Oğurluq nəticəsində qızının ailəsinə təqribən 3500-4000 manat dəyərində ziyan dəymişdir. Sonradan onu polis şöbəsinə dəvət edərək oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs və qonşuluqda yaşayan X4 olduğu bildirilmişdir. Polis Şöbəsinin inzibati binasında otaqda olarkən otaqdakı köynəklər nəvələrinə məxsus olduğundan görüb tanımışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanımışdır. 24 aprel 2020-ci il tarixdə saat təqribən 07 radələrində yaşadığı mənzildə olan zaman Təqsirləndirilən şəxs tanımadığı taksi sürücüsi ilə onun yaşadığı mənzilə gəlmişdir. Onların əlində bir ədəd kombi aparatı, 1 ədəd mikrodalğalı soba və müxtəlif yataq örtükləri, yorğan döşək üzlükləri də olmuşdur. Qadir əşyaların ona məxsus olduğunu, yəni həmin borc əvəzinə aldığını demişdir. Lakin o, Qadirin yalan danışdığından şübhələnərək əşyaları mənzildən çıxarmalarını tələb etmişdir. Həmin vaxt Qadir və tanımadığı şəxs mənzildən çıxıb getmiş, təqribən 20 dəqiqə sonra geri qayıdıb əşyaları avtomobillə öz yaşadıqları evə aparacaqlarını deyərək, həmin əşyaları mənzildən çıxarıb aparmışlar. Həmin vaxtdan sonra Qadirlə hər hansı əlaqəsi olmamışdır. O, Ramazanov Zülfiqar Vaqif oğlu adlı şəxsi tanımamış və onu Qadirin yanında görməmişdir. Qadir onun evinə taksi sürücüsü ilə gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus Vaz 21099 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 24 aprel 2020-ci il tarixdə saat 06 radələrində yaşadığı evdə olan zaman əvvəllər qonşuluqda yaşayan Qadir ona zəng edərək yaşadıqları binanın qarşısında olduğunu və onu dediyi ünvana aparmağını xahiş etmişdir. İlk öncə etiraz etsə də, Qadir təkid etdiyi üçün razılaşmışdır. O, yaşadığı binanın qarşısına düşdükdə Qadirin bir nəfər, sonradan adının Zülfiqar olduğu bildiyi şəxslə birlikdə həyətdə dayandığını görmüş, onlar avtomobilə əyləşdikdə Qadir ona avtomobili Mingəçevir kəndinə sürməyi bildirmişdir. Mingəçevir kəndinə çatdıqda tanımadığı evin qarşısında saxlamış, Qadir və Zülfiqar avtomobildən bayıra çıxıb getmişlər. Bir qədər sonra Qadir və Zülfiqar avtomobilin yük yerini açıb ora müxtəlif əşyaları yığıb avtomobilə əyləşərək Mingəçevir şəhəri, Ə.Vahid küçəsinə sürməyini bildirmişlər. O, avtomobili Ə.Vahid küçəsinə sürüb 6 saylı yaşayış binasının qarşısında saxladıqdan sonra Qadir və Zülfiqar maşından düşmüşlər və sonuncu ona 5 manat məbləğdə pul vermişdir. Onlar avtomobilin yük yerinə yığdıqları əşyaları boşaldaraq həmin binanın blokuna yığmışlar. Bundan sonra o çıxıb getmiş, bir qədər sonra Qadir ona təkrarən zəng edərək geri qayıdıb onları düşürdüyü binanın qarşısından götürməyini bildirsə də, o, etiraz etmişdir. Məhkəmə istintaqında Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 ifadələri arasında əsaslı ziddiyyətin aradan qaldırılması üçün Şahid3 təkrarən məhkəmə istintaqında şahid qismində çarpaz dindirmə zamanı ilkin ifadəsində göstərdiklərini bir daha təsdiq etdi, həmçinin onun ev sahibi Şahid2 görmədiyini və əşyalar avtomaşından boşaldıqdan sonra oradan uzaqlaşdığını, bir daha onlarla görüşmədiyini, məhkəmə iclası zamanı həm Təqsirləndirilən şəxs, həm də Şahid2 üzünə qarşı dedikdən sonra, qarşı tərəf Şahid3 bildirdiklərini təkzib etmədilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25.04.2020-ci il tarixdə Şahid1 polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin aprel ayının 23-dən 25-dək olan müddət ərzində qohumu X10 məxsus Mingəçevir şəhəri, Sahil küçəsi 38 ünvanda yerləşən evdən məişət əşyalarının oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 aprel 2020-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri sakini Şahid2 yaşadığı mənzilə naməlum şəxslər tərəfindən müxtəlif məişət əşyalarının gətirilməsi müəyyən edilmişdir. Şahid2 polis şöbəsinə dəvət edilərək sorğu aparılmış sorğu zamanı o, 24 aprel 2020-ci il tarixdə səhər saatlarında Zülfiqar və Qadir adlı şəxslərin onun yaşadığı mənzilə məişət əşyalarını gətirib yığmaq istəmiş, lakin o, sonunculara etiraz etdiyini bildirmişdir. Daha sonra Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, 24 aprel 2020-ci il tarixdə ünvan 5 ünvanda yerləşən evdən X5 ilə birlikdə müxtəlif məişət əşyalarını, paltarları, yorğan döşək üzlüklərini oğurlayaraq Təbriz adlı şəxsin idarə etdiyi avtomobillə tanıdığı Ruslan adlı şəxsin yaşadığı evə apardıqlarını lakin, Ruslan sonradan mənzildən əşyaları çıxarmalarını tələb etdiyi üçün Zülfiqar həmin əşyaları digər yerə apardığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid6 da şahid Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi Hazırkı cinyət işindən ayrılmış, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X4 məhkəmə istintaqında iş üçün əhəmiyyəti olduğuna görə sərbəst ifadə verərək göstərdi ki, o, heç bir oğurluqda iştirak etməmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi də tanımır. Xəzər rayonunda etmiş olduğu oğurluq hadisəsi ilə əlaqar tutulmazdan əvvəl Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmişdir, lakin hazırki işlə əlaqədar ona heç bir ittiham irəli sürülməmişdir və onu Mingəçevir şəhər Polis Şöbəsindən buraxmışlar. Hazırki oğurluq hadisəsindən xəbəri yoxdur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin iş yerinin dəyişməsi ilə əlaqədar olaraq məhkəmə istintaqında iştirak etməmiş Şahid5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25.04.2020-ci il tarixdə Şahid1 polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin aprel ayının 23-dən 25-dək olan müddət ərzində qohumu X10 məxsus Mingəçevir şəhəri, Sahil küçəsi 38 ünvanda yerləşən evdən məişət əşyalarının oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 aprel 2020-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri sakini Şahid2 yaşadığı mənzilə naməlum şəxslər tərəfindən müxtəlif məişət əşyalarının gətirilməsi müəyyən edilmişdir. Şahid2 polis şöbəsinə dəvət edilərək sorğu aparılmış sorğu zamanı o, 24 aprel 2020-ci il tarixdə səhər saatlarında Zülfiqar və Qadir adlı şəxslər onun yaşadığı mənzilə məişət əşyalarını gətirib yığmaq istəmiş, lakin o, sonunculara etiraz etdiyini bildirmişdir. Daha sonra Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, 24 aprel 2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən evdən X4 ilə birlikdə müxtəlif məişət əşyalarını, paltarları, yorğan döşək üzlüklərini oğurlayaraq Təbriz adlı şəxsin idarə etdiyi avtomobillə tanıdığı Ruslan adlı şəxsin yaşadığı evə apardıqlarını lakin, Ruslan sonradan mənzildən əşyaları çıxarmalarını tələb etdiyi üçün Zülfiqar həmin əşyaları digər yerə apardığını bildirmişdir. Məhkəmə Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 ifadələri ilə bağlı qeyd edir ki, şahid Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 24 aprel 2020-ci il tarixdə saat təqribən 07 radələrində yaşadığı mənzildə olan zaman Təqsirləndirilən şəxs tanımadığı taksi sürücüsi ilə onun yaşadığı mənzilə gəldiyini göstərmiş, Şahid3 isə ifadəsində, 24 aprel 2020-ci il tarixdə saat 06 radələrində Qadir və Zülfiqarın onun idarə etdiyi avtomaşına minib tanimadığı evin qarşısında avtomobilin yük yerinə müxtəlif əşyaları yığıb Mingəçevir şəhəri, Ə.Vahid küçəsi, 6 saylı yaşayış binasının blokuna boşaltdıqdan sonra onun çıxıb getdiyini göstərmişdir. Göründüyü kimi Şahid3 Şahid2 ifadəsinin onunla bağlı hissəsini təkzib etmişdir. Belə ki, Şahid3 təkrar çarpaz dindirmə zamanı da Təqsirləndirilən şəxs Şahid2 evinə Zülfiqar Ramazanovla getdiyini bir daha təsdiq etmişdir. Ona görə də məhkəmə qeyd olunan şahidlərin ifadələri arasında mövcud fərqi əsaslı ziddiyyət kimi qəbul etmir və şahid Şahid3 ifadəsini daha inandırıcı hesab edir və həmin ifadəni ttihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halları, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əşyaları məhz X4 ilə birlikdə şahid Şahid3 avtomobilinə yığıb Şahid2 Mingəçevir şəhəri, Ə.Vahid küçəsi, 6 saylı yaşayış binasında yerləşən mənzilinə apardığını təsdiq etdiyi üçün sübut növü kimi qəbul edir və nəzərə alır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayət əməlini X4 ilə deyil tək törətməsi ilə bağlı bildirdikləri məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı həm Təqsirləndirilən şəxs oğlu ilkin ifadəsində cinayət əməlini X4 ilə birlikdə törətdiyini etiraf etmiş, həmçinin Şahid2 da şahid qismində verdiyi ilkin ifadəsində Təqsirləndirilən şəxs oğlunun onun mənzilinə X4 ilə birlikdə gəldiyini və əllərində bir ədəd kombi aparatı, 1 ədəd mikrodalğalı soba və müxtəlif yataq örtükləri, yorğan döşək üzlüklərindən ibarət əşyalar gətirdiklərini bildirmişdir. Eləcə də, Şahid3 da həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs oğlunun X4 birlikdə qeyd olunan əşyaları onun avtomobilinin yük yerinə yığıb Şahid2 mənzilinə apardığını göstərmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinə tənqidi yanaşır, həmçinin ifadənin həmin hissəsini baş vermiş hadisənin həm faktiki, həm də həqiqi hallarına uyğun olmadığı üçün inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 25.04.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X10 məxsus Mingəçevir şəhəri, Sahil küçəsi 38 ünvanda yerləşən evdə oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan 27.04.2021-ci il tarixli baxış küçirilmə və götürülmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qısaqol köynəyə baxış keçirlmiş və götürülmüşdür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış 27.04.2020-ci il tarixli ərizədən görünür ki, o, X9 evindən oğurladığı 1 (bir) ədəd köynəyi Mingəçevir ŞPŞ-nə təqdim etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs anası X8 tərəfindən yazılmış 05.05.2020-ci il tarixli ərizədən görünür ki, o, Qadirin evə gətirdiyi 3 (üç) ədəd köynəkləri Mingəçevir ŞPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarında olan 09 may 2020-ci il tarixli əşyanın tanınması haqqında protokollardan görünür ki, Şahid1 ona təqdim edilmiş köynəklərin içərisindən X9 yaşadığı evdən oğurlanmış köynəkləri tanımışdır. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.09.2020-ci il tarixli 9/3401 saylı rəyindən görünür ki, 1 ədəd İmmergas markalı 28-lik, 2017-ci ildə alınmış istifadə edilməmiş kombi üçün aparatın 1100 (min yüz) manat, 1 ədəd 2017-ci ildə alınmış LG markalı 127 plazma ekran televizorun 1200 (min iki yüz) manat, 1 ədəd 50 litr tutumlu boya üçün kompressorun 100 (yüz) manat, 2017-ci ildə alınmış istifadə edilməmiş mikrodalğalı sobanın 120 (yüz iyirmi) manat, 1 ədəd 2017-ci ildə alınmış istifadə edilməmiş tosterin 50 (əlli) manat, yəni, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2570 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18.09.2020-ci il tarixli 9/3658 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 32.00 manat müəyyən edilir. O cümlədən 1 ədəd açıqqırmızı rəngli "AE7” yazıları olan, qısaqol kişi köynəyi-6 manat, 1 ədəd narıncı rəngli qısaqol kişi köynəyi-6 manat, 1 ədəd boz rəngli zolaqlı uzunqol kişi köynəyi 10 manat, 1 ədəd açıq göy rəngli üzərində düz qara xətlər olan uzunqol kişi köynəyi 10 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.07.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş 16.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 232.2.1 -ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 8 (səkkiz) il müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli qərarı ilə cəzası 7 (yeddi) il 6 (altı) aya endirilmiş, 25 sentyabr 2019-cu il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzadan 3 (üç) ay 11 (on bir) gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, 05.01.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzası 7 (yeddi) il 6 (altı) aya endirilmişdir. Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzadan 3 (üç) ay 11 (on bir) gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs Azər Həsənova ümumilikdə 3632 (üç min altı yüz otuz iki) manat dəyərində maddi ziyan vurmaqla gizli oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında başqası ilə cinayət əlaqəsinə girib, 24.04.2020-ci il tarixdə saat 01 radələrində oğurluq etmək məqsədi ilə X10 məxsus ünvan 7 ünvanda yerləşən evin həyətinə hasarından aşıb daxil olduqdan sonra həyətdə yerləşən evin sol yan tərəfindəki qapısının kilidini yerdən götürdüyü çəkic vasitəsi ilə qırıb qapını aça bilmədikdən sonra hamamın nəfəsliyindən yaşayış sahəsi hesab olunan evə qanunsuz olaraq daxil olub evin giriş qapısını daxildən açmış, Zülfiqar Ramazanov da həmin qapıdan evə qanunsuz olaraq daxil olduqdan sonra evdən 1 ədəd 1100 manat dəyərində “İmmergas” markalı kombi aparatını, 1 ədəd 1200 manat dəyərində “LG” markalı 127 plazma ekran televizoru, 1 ədəd 100 manat dəyərində 50 litr tutumlu boya üçün kompressoru, 1 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd 50 manat dəyərində losteri, 1 qutusunun qiyməti 50 manat olan 400 manat dəyərində 8 qutu yorğan döşək üzlərini, 1 qutusunun qiyməti 50 manat olan 350 manat dəyərində 7 qutu dəsmalları, 100 manat dəyərində dəri materialdan olan kişi gödəkcəsini, 30 manat dəyərində kişi üçün qısaqol gödəkcəni, 150 manat dəyərində qadın paltosunu, 1 ədəd 6 manat dəyərində açıq-qırmızı rəngli "AE7” yazıları olan qısaqol kişi köynəyini, 1 ədəd 6 manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyini gizli olaraq talayıb zərərçəkmiş şəxs Azər Həsənova ümumilikdə 3632 (üç min altı yüz otuz iki) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin 7 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 7 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs 04 iyul 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM–in 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM–in 66.5–ci maddəsinə əsasən 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, Şəki Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli qərarı ilə cəzası 7 (yeddi) il 6 (altı) aya endirildikdən sonra 25 sentyabr 2019-cu il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzadan 3 (üç) ay 11 (on bir) gün vaxtından əvvəl şərti olaraq azad olunub cəza müddəti 05.01.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edilir, ona görə də onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə ziyan vurmaqla və birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqazidd cəzalanmalı əməldir. Mülkiyyət–vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi–iqtisadi münasibətdir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin yaşayış sahəsinə qanunsuz daxil olmaqla və zərərçəkmiş şəxsə ziyanı vurmaqla oğurluq etməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və həmin cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2020–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 27.04.2020–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 29.04.2020–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 27.04.2020–ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan və saxlanılması üçün Mingəçevir Şəhər Polis şöbəsinə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd köynək 1 ədəd çəkiç hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxs X10 məxsus 1 ədəd 1100 (min yüz) manat dəyərində “İmmergas” markalı kombi aparatını, 1 ədəd 1200 (min iki yüz) manat dəyərində “LG” markalı 127 plazma ekran televizoru, 1 ədəd 100 manat dəyərində 50 litr tutumlu boya üçün kompressoru, 1 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd 50 manat dəyərində losteri, 1 qutusunun qiyməti 50 manat olan 400 (dörd yüz) manat dəyərində 8 qutu yorğan döşək üzlərini, 1 qutusunun qiyməti 50 manat olan 350 manat dəyərində 7 qutu dəsmalları, 100 manat dəyərində dəri materialdan olan kişi gödəkcəsini, 30 manat dəyərində kişi üçün qısaqol gödəkcəni, 150 manat dəyərində qadın paltosunu, 1 ədəd 6.00 (altı) manat dəyərində açıq-qırmızı rəngli "AE7” yazıları olan qısaqol kişi köynəyini, 1 ədəd 6.00 (altı) manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyini, 1 ədəd 10.00 (on) manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyini, 1 ədəd 10.00 (on) manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyini gizli olaraq talayıb şəxs Azər Həsənova ümumilikdə 3632 (üç min altı yüz otuz iki) manat dəyərində maddi ziyan vurulmuşdur. Lakin dəymiş ziyanla bağlı məhkəmə istintaqında mülki iddia verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları ilə bağlı məhkəmə məsrəfi 100 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, iş üzrə maddi sübut olan 4 ədəd köynək, 1 ədəd çəkic hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs verilsin. Zərərçəkmiş şəxs X10, mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs oğlundan ekspertiza tədqiqatının dəyəri olan 100 manat (bir yüz) məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-20/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-20/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver