Məhkəmə qərarları › İş №1(051)-20/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-20/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-20/2024 24.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs19, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13 hüquqi varisi Şahid16, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs19 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 etibarnamə üzrə nümayəndəsi və vəkili X33, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx.xx.1969-cu ildə Şəki rayonu Əliyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu Əliyar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 oğlu Zaməddin Allahverdiyevi Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına polis sıralarına qəbul olmağa köməklik edəcəyini yalan vəd verərək aldadıb, 15 may 2014-cü il tarixdə Şəki rayonu, Cəfərabad kəndində Zərərçəkmiş şəxs10 yaşadığı evdə 2.500 (iki min beş yüz) manat, 20 avqust 2016-cı tarixdə özünün yaşadığı Şəki rayonu, Əliyar kəndindəki evində 2.500 (iki min beş yüz) manat, 05 oktyabr 2016-cı tarixdə yaşadığı Şəki rayonu, Əliyar kəndindəki evində 1.000 (min) manat məbləğdə pulunu vahid niyyətləəhatə olunan qəsdlə alıb, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 6000 (altı min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 qızı X6 şəhərində “ASAN” Xidmət Mərkəzinə işə düzəlməsinə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2019-cu ilin mart ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 8.000 (səkkiz min) manat məbləğdə pulunu alıb, ələ keçirərək zərərçəkmişşəxs Zərərçəkmiş şəxs17 8.000 (səkkiz min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 Ağdaş rayonu, Aşağı Nemətabad kəndində yerləşən 50 sot torpaq sahəsini adına sənədləşdirməsinə köməklik edəcəyini yalan vəd verib, onu aldadaraq, 2019-cu ilin fevral ayından 2021-ci ilin noyabr ayına qədər olan müddət ərzində Mingəçevir şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs19 25.000 (iyirmi beş min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəhid və qazi ailələri üçün dövlət tərəfindən ayrılan mənzil növbəsində irəli çəkilməsinə köməklik edəcəyini yalandan vəd verib, onu aldadaraq, 06 oktyabr 2019-cu il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 3.020 (üç min iyirmi) manat, 2021-ci ilin oktyabr ayında Mingəçevir şəhəri, Y.Muradov küçəsində yerləşən 11 saylı tam orta məktəbin qarşısında 4.000 (dörd min) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs1 7.020 (yeddi min iyirmi) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 tikinti işləri ilə məşğul olmaları üçün tikinti layihəsi almağa köməklik edəcəyini yalandan vəd verib, onları aldadaraq, 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, “Razin” qəsəbəsi adlandırılan ərazidə yerləşən “Altun Buta” restoranında Namiq Babakişiyevə məxsus 6.500 manat və Zərərçəkmiş şəxs15 məxsus 3.500 manat olmaqla 10.000 (on min) manat, 2020-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Mərkəzi Stadionun” yaxınlığında Zərərçəkmiş şəxs15 məxsus 2.500 manat və Zərərçəkmiş şəxs16 məxsus 7.000 manat olmaqla 9.500 (doqquz min beş yüz) manat məbləğdə pullarını alıb ələ keçirərək, zərərçəkmiş şəxslər Namiq Bakişiyevə 6.500 (altı min beş yüz) manat, Zərərçəkmiş şəxs15 6.000 (altı min) manat və Zərərçəkmiş şəxs16 7.000 (yeddi min) manat məbləğdə maddi ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 19.500 (on doqquz min) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ata evlərini bacısı İlhamənin adına sənədləşdirməyə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 11 fevral 2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 5.000 (beş min) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs13 5.000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 İİ qrup əlil olduğuna görə dövlət tərəfindən verilən təqaüdün 250 manatdan 500 manata artırılmasına köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 15 fevral 2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 2.500 (iki min beş yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs18 2.500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 şəhid ailəsi üçün verilmiş Mingəçevir şəhəri, Füzuli küçəsi 6/1 saylı binanın, 18 saylı mənzilinin onun adına sənədləşdirilməsinə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 15 mart 2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 2.500 (iki min beş yüz) manat, 2021-ci ilin mart ayının sonunda Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 4.000 (dörd min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs18 ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 oğlu Şahid16 İİİ qrup əlilliyə görə verilən 110 manat təqaüdün artırılması üçün Şahid16 İİ qrup əlillik dərəcəsi almasına köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 29 mart 2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 3.500 (üç min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs13 3.500 (üç min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 tanışı Ramin adlı şəxsin ona olan 3.800 manat məbləğində borcunu məhkəmə qaydasında qaytarılmasına köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs6 oğlu Ruslan Səfərovun çalışdığı Mingəçevir şəhəri, H.Əliyev prospektində Mərkəzi Bazarda yerləşən mağazasında 1000 ( min) manat, 2021-ci ilin noyabr ayının əvvəllərində Ruslan Səfərovun çalışdığı Mingəçevir şəhəri, H.Əliyev prospektində Mərkəzi Bazarda yerləşən mağazasında 200 (iki yüz) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs12 qardaşı X26 “Qarabağ müharibəsi” veteranı sənədlərini düzəltməsinə köməklik edəcəyini yalandan vəd verməklə aldadaraq, 2021-ci ilin avqust ayının sonlarında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 1.500 (min beş yüz) manat, 2022-ci ilin yanvar ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 500 (beş yüz) manat, 2022-ci ilin mart ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 200 (iki yüz) manat, 2022-ci ilin aprel ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 300 (üç yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs12 ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 arvadı Şahid3 qızına İİ qrup əlilliyə görə 260 manat məbləğində verilən, 2021-ci ilin noyabr ayında verilməsi dayandırılacaq təqaüdün verilməsinin davam etdirilməsinə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2021-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs4 məxsus Mingəçevir şəhəri, Təbriz küçəsi 1-ci döngə, 4 saylı həyət evinin qarşısında 3000 (üç min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 X7nun törətdiyi mənimsəmə cinayətinə görə məhkəmənin hökmü ilə təyin edilmiş 5 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasından azad olunmasına nail olacağını yalandan vəd verib, onu aldadaraq, 04 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 tanışı Şahid5 məxsus Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən mağazasında Zərərçəkmiş şəxs3 7.100 (yeddi min yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 7.100 (yeddi min yüz) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 təqaüd düzəltməyə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 2021-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 5.500 (beş min beş yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs8 5.500 (beş min beş yüz) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8, onun oğlu X24 Müharibəsindəşəhid olduğu üçün şəhid ailəsinin üzvü kimi Bakışəhərində dövlət tərəfindən ayrılan mənzillə təmin olunmasına köməklik edəcəyini yalandan vəd verib, onu aldadaraq, 2021-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs8 15.000 (on beş min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs8 15.000 (on beş min) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 3/1 saylı binanın 38 saylı 1 otaqlı mənzlini dövlət proqramına daxil edərək dövlət tərəfindən ayrılacaq vəsait hesabına yeni mənzillə təmin edəcəyinə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2021-ci ilin noyabr ayının ortalarında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 10.000 (on min) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs8 10.000 (on min) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 oğlu X34 əliliyə görə təqaüd almasına köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2021-ci ilin dekabr ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 4.000 (dörd min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs11 4.000 (dörd min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8, onun oğlu X24 Müharibəsində şəhid olduğu üçün şəhid ailəsinin üzvü kimi ona dövlət tərəfindən verilən avtomobil növbəsində irəli çəkilməsinə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 2022-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 2.500 (iki min beş yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs8 2.500 (iki min beş yüz) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 Bakı şəhərində H.Əliyev adına Hava Limanında aylıq 850 manat maaş alacağı hava limanında yüklərə nəzarət və yüklərin yoxlanılması ilə bağlı işə düzəltməyə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 2022-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 3.000 (üç min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs9 3.000 (üç min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 08 il 05 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu X22 həbsdə saxlanıldığı cəzaçəkmə müəssisəsindən azad olunmasına köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 24 iyun 2022-ci il tarixdə Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən “Gülü bağı” restoranında 5.000 (beş min) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs2 5.000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs21 hərbi xidmət zamanı vəfat etmiş oğlunun cinayət işi üzrə məhkəmə prosesində vəkil qismində çıxış edib və işin gedişatının obyektiv və tam aparılması üçün vəzifəli şəxslərə 7.000 manat pul vermək adı ilə aldadıb, 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində 5.000 manat hissə-hissə olmaqla Mingəçevir şəhəri ərazisində, habelə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Diş Polinikasının” qarşısında 2000 manat məbləğdə alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7.000 manat məbləğdə pulunu alıb, ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kəlbəcər rayonu, Zar kəndindən məcburi köçkün Zərərçəkmiş şəxs20 “Azenco” zavodunun yaxınlığında yaşadığı torpaq sahəsində inşa etdirdiyi tikili barədə çıxarılmış söküntü haqqında qərarın ləğv edilməsi və evin tikintisini davam etdirməsinə köməklik edəcəyini vəd verməklə, aldadaraq Zərərçəkmiş şəxs20 07 aprel 2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində «Mərkəzi Bazarın» yaxınlığında yerləşən “Bazarstore” marketin qarşısında 700 manat, 10 aprel 2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, “Azenco” zavodunun yaxınlığında yaşadığı evdə 300 manat, 12 aprel 2023-cü il tarixdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən «Heydər» Məscidinin yaxınlığında 55 manat, 13 aprel 2023-cü il tarixdə Mingəçevir şəhəri “Qələbə Meydanı” yaxınlığında yerləşən çayxanada 245 manat, 15 aprel 2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Poçtun» yaxınlığında 200 manat olmaqla Zərərçəkmiş şəxs20 ümumilikdə vahid niyyətlə əhatı olunan qəsdlə 1.500 (min beş yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 əri ilə boşanması ilə bağlı məhkəmə qərarından sonra birgə nikah dövründə Zərərçəkmiş şəxs5 aldığı və əri ilə nikah dövründə birgə yaşadıqları Mingəçevir şəhəri, Günəşli bağ massivi, 13-cü küçədə yerləşən 88 saylı evin əmlak bölgüsü zamanı əri Vaqif Balakişiyevin evdən qeydiyyatdan çıxarılaraq məhkəmə qərarı ilə evin bölünmədən Zərərçəkmiş şəxs5 verilməsinə köməklik edəcəyini yalandan vəd verməklə, Zərərçəkmiş şəxs5 22 dekabr 2022-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «Sahil» parkında 1.500 manat, 2023-cü ilin yanvar ayında Mingəçevir şəhəri, «S.Vurğun» adına Meydanda yerləşən “OBA” marketin yaxınlığında 300 manat, 2023-cü ilin mart ayında Mingəçevir şəhərində «H.Əliyev» adına parkda 400 manat, 2023-cü ilin may ayında Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Dostluq Parkı”da 150 manat və 200 manat olmaqla ümumilikdə 350 manat aldıqdan sonra, hərəkətlərini davam etdirərək, 06 iyun 2023-cü il tarixdə özünə məxsus 416973******4696 saylı “Kapital Bank” hesabına 100 manat, 50 manat və 5 manat olmaqla 155 manat pulun Zərərçəkmiş şəxs5 tərəfindən göndərilməsinə nail olmaqla, Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 2.705 (iki min yeddi yüz beş) manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxslərin heç birindən onları aldadıb dələduzluq yolu ilə pullarını almamış, zərərçəkmiş şəxslər və şahidlər onun barəsində yalan ifadələr vermişlər. Ona görə də heç bir epizod üzrə özünü təqsirli bilmir. Odur ki, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Bununla belə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs10 Şəki rayonunda baytar işləmişdir. 2013-cü il tarixdə qohumu Azərbaycan Respublikası Milli Məclisində məktublar şöbəsində çalışan Faiq Baxşəliyev də toy məclisində iştirak edirmiş. Həmin vaxt o, qonaqları qarşıladığından Faiqlə Ələfsər arasında hansı söhbətin olmasını bilməmişdir. Toydan çıxanda Faiq ona yaxınlaşaraq Ələfsərin oğlunun iş məsələsinin olduğunu, Ələfsərə köməklik edəcəyi barədə söz verdiyini, nə vaxt Şəkiyə gəlsə ona xəbər verəcəyini və Ələfsəri gətirib onunla görüşdürməsini istəmişdir. O da Faiqlə razılaşmışdır. Təxminən 10 gün sonra Faiq ona zəng edərək ona Ələfsərin mobil telefon nömrəsini tapıb verməsini istəmiş, o, Ələfsərin telefon nömrəsini öyrənərək Faiqə vermişdir. Lakin onların arasında hansı danışığın aparılmasını bilməmişdir. Təxminən 10 gün sonra 2013-cü ilin yay aylarında Faiq ona zəng edərək Ələfsərlə danışdığını, Şəkiyə gələcəyini və Şəki rayonu Cəfərabad kəndində yolun kənarında görüşmələrini istəmişdir. Həmin gün Ələfsər onu yaşadığı Şəki rayonu, Əliyar kəndindən gəlib götürmüş və Cəfərabad kəndinə yolun kənarına getmişlər. Təxminən 30 dəqiqədən sonra Faiq gəlmiş və üçü görüşmüşlər. Faiq Ələsfərin oğlunu seçki məntəqəsində işə düzəldəcədiyini, bir qədər danışdıqdan sonra Ələfsər bir ədəd kağız bükümdə nə isə Faiqə vermişdir. Həmin vaxt o, Ələfsərin Faiqə nə verdiyini bilməmişdir. Geri qayıdan zaman Ələfsər Faiqlə oğlunu seçki komitəsinə işə düzəltmək üçün 6.000 manat müabilində danışdıqlarını, həmin vaxt kağızda Faiqə 4.000 manat verdiyini, qalan 2.000 manatı isə 1 həftə sonra verəcəyini demişdir. Təxminən 15 gündən sonra Ələfsər ilə telefonla danışan zaman Ələfsərdən işin nə yerdə qaldığını soruşmuş, Ələfsər isə pulu tapa bilmədiyini Faiqlə danışacağını demişdir. Təxminən 3 aydan sonra Faiq ona zəng edərək Ələfsərin pulu istədiyini, ona görə 4.000 manatı avtobusla Şəkiyə göndərməsini və onun çıxıb pulu avtobusdan götürməsini istəmişdir. O da pulu Cəfərabad kəndinin girişində magistral yolun kənarında avtobusdan götürmüş və Ələfsərin evinə gedərək pulu Ələfsərə vermişdir. Əlfsərə pulu verən zaman Faiqə zəng edərək pulu aldığını deməsini istəmiş və Ələfsər Faiqə zəng edərək danışmışdır. Bundan sonra bu məsələ haqqında məlumatı olmamış və Ələfsərlə əlaqəsi olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs17 ümumiyyətlə pul almamışdır. Nədə ki, Zərərçəkmiş şəxs17 qızını işə düzəldəcəyi ilə bağlı aralarında heç bir söhbət olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs19 25.000 deyil, cəmi 1.800 (bir min səkkiz yüz) manat pul almışdır. Zərifəni inandırmaq və etibarını qazanmaq üçün həmin pulun bir hissəsini həqiqətən Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri xidmətində işləyən ekspert Səxavət müəllimə vermək adı ilə, eləcə də hakimlərlə danışıb işini həll etmək adı ilə almış, aldığı pulları özü üçün xərclədiyini etraf etmiş, eyni zamanda pulun çox hissəsini məhkəmə-ekspertiza xərcləri və rüsumunu ödəmək üçün istifadə etmişdir. Lakin Zərərçəkmiş şəxs19 həmin pulların bir hissəsinin ekspert Səxavət müəllimə onun xeyrinə rəy verməsi üçün verəcəyimi, eləcə də rayon məhkəməsində işə baxacaq hakimə onun xeyrinə qətnamə çıxarması üçün vercəyini bildirsə də, nə heç bir hakimə, nədə ki ekspertə Səxavət müəllimə həmin pullardan verməmiş, pulu özü xərcləmişdir. O, Zərərçəkmiş şəxs19 cəmi 1.800 manatını ələ keçirdiyini, lakin sonradan pulu Zərifənin özünə qaytardığını bildirmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs19 hansı səbəbdən barəsində şikayət etməyə davam etdiyini bilmədiyini qeyd etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 ifadəsi ilə tanış olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 dedikləri ilə razılaşır, lakin o Azər polisə şikayət edəndən sonra barəsində Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılan dövrdə məsuliyyətinin ağırlaşması üçün Azərin pulunu tam həcmdə qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edən şəxsin DSMF-nin vəzifəli işçisi Gündüz Əlifov adlı şəxs olduğunu, hazırda da Gündüzün DSMF-də çalışdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 alınan 7,020 manat pul tanışı Bakı şəhərindəDSMF-nin baş idarəsində vəzifəli işçisi Gündüz Əlifova verilmişdir. O və Azərin öz tanışı Xanbaba işin həlli ilə bağlı DSMF-nin vəzifəli işçisi Gündüz Əlifovla danışıqlar aparmışlar və sonuncu onlara 7000 manata işi həll edəcəyinə, yəni Zərərçəkmiş şəxs1 üçün şəhid və qazi ailələri üçün dövlət tərəfindən ayrılan mənzil növbəsində irəli çəkilməsinə söz vermişdir. Onlar da bu barədə Azərə demişlər, iş həllini tapandan sonra isəözünəşirinlik alacaqmış. Azər də onunla razılaşmış və həmin məbləğdə pulu vermişdir. Azərin tanışı Xanbaba aparıb pulun çox bir hissəsini Gündüzə vermiş, lakin Xanbaba sonradan rəhmətə getmişdir. Gündüz hər işdən hər birinə 200 manat olmaqla 400 manat ayırmalı olmuşdur. Lakin Azərin işi həllini tapmadığından ona pulunu qaytarmış, yəni 7.020 manat pulun əvəzində torpaq sahəsi vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs14 dediklərinin qismən doğru olduğunu bildirmişdir. Belə ki, o, Natiqin mühədis olduğunu və həqiqətən onunla tanış olaraq tikinti lahiyəsi almaq istədiyini bildirdiyini, Natiqi Vergilər Nazirliyində yüksək vəzifədə işləyən Seyhun Eyyubovla Bakı şəhərində tanış etdiyini göstərmişdir. Seyhun adlı şəxs tikinti lahiyələrinin satışı ilə məşğul olduğundan onları tanış etmişdir. Lakin Natiq ifadəsində göstərdiyi kimi pulu ona deyil, Seyhuna şəxsən vermiş, lakin Seyhuna verdiyi məbləğ cəmi 7500 manat olmuş və Zərərçəkmiş şəxs14 polisəşikayət edəndən sonra Vergilər Nazirliyindəçalışan Seyhundan pulu alıb Natiqə qaytarmışdır. O, Natiqin dediyi kimi Natiqə 12.500 (on iki min beş yüz) manat pul qaytarmalı olması ilə bağlı məsələmnin həqiqətə uyğun olmadığını, yalan olduğunu bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs13 uzun müddət əvvəl tanımışdır. Nümayəndəlik insititutu olan dövrdə Gülnarın nümayəndəsi kimi məhkəmələrdə çıxış etmişdir. Həmin vaxtdan bir-birilərini tanımışlar. Ona görə də Zərərçəkmiş şəxs13 onun əlaqələrinin geniş olduğundan qeyd etdiyi ata evlərinin sənədləşdirilməsi ilə bağlı məsələnin həlli üçün ona müraciət etmiş və o, Gülnara köhnədən lazım olan adamlarla əlaqələrimin olduğunu bildirərək bu işi məhkəmədə lazım olan adamlarla danışıb pul müqabilində həll edəcəyimi demişdir. Yalandan Zərərçəkmiş şəxs13 hakimə pul vermək lazım olacağını deyərək bu məsələni həll etmək mümkün olacağını bildirərək özünə inandırmışdır. Lakin məbləğ Gülnarın ifadəsində göstərdiyi həcmdə olmadığını, Gülnardan pensiya və ev sənədləşdirmək üçün deyil yalnız ata evlərini bacısı İlhamənin adına sənədləşdirməyə köməklik göstərməsi üçün iki dəfə 1000 (bir min manat) olmaqla cəmi 2000 (iki min) manat aldığını bildirmişdir. O, Gülnardan pulu zəruri rüsüm xərcləri və məhkəmənin hakiminə onun xeyrinə qətnamə çıxarması adları ilə almış, razılaşmalarına görə iş alınandan sonra isə özü üçün şirinlik almalı olmuşdur. Bu formada Gülnarı inandıraraq 2000 manat pul almış, lakin heç bir iş görməmiş, aldığı pullardan isə heç bir vəzifəli şəxsə, nədə ki hakimə verməmiş, öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs13 işlə maraqlananda müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Bildirmişdir ki, Gülnarın oğlu Şahid16 İİİ qrup əlilliyə görə verilən 110 manat təqaüdün artırılması ilə bağlı Zərərçəkmiş şəxs13 ilə aralarında heç bir söhbət olmamışdır. Həmçinin o, barəsində cinayət işinin istintaqı apaırlan dövrdə Zərərçəkmiş şəxs13 aldığı pulları tam şəkildə qaytardığını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs18 İİ qrup əlil olduğuna görə dövlət tərəfindən verilən təqaüdün 250 manatdan 500 manata artırılmasına köməklik edəcəyini söz verərək işin həll olunmasıüçün tanışı DSMF-nin vəzifəli işçisi Gündüz Əlifovla danışmışdır. Gündüz işi təxminən 2.500 manata həll edə biləcəyini dediyindən Filyara bu barədə məlumat verdikdə Filyar da onunla razılaşmışdır. Eyni zamanda iş həllini tapandan sonra Filyara ondan şirinlik alacağını demişdir. Filyar razılaşdığından və o, həmin məbləğdə pulu Filyardan alıb çox hissəsini Gündüz Əlifova vermişdir. Gündüz isə iş alınarsa ona 200 manat ayıracağını demişdir. Gündüz işi alındıra bilmədiyindən Filyar tərəfindən narazılıqlar yaranmış, Filyar ondan polisə şikayət etdiyindən Filyardan aldığı pulları geriyə qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs12 ona qardaşı X26 “Qarabağ müharibəsi” veteranı sənədlərini düzəltməsinə köməklik edəcəyinizi yalan vəd verməmiş, bununla bağlı aralarında heç bir söhbət olmamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs4 qeyd etdiyi məsələyə görə qeyd etdiyi vaxtda və məbləğlərdə pul almış, lakin Ələs narazılıq edəndən sonra şikayət etməməsi üçün onun pulunu qaytarmışdır. Belə ki, o, Ələsin arvadı Şahid3 verilməsi dayandırılacaq təqaüdünün kəsilməməsi DSMF-nin vəzifəli işçisi Gündüz Əlifovla danışmışdır. İş həllini tapandan sonra isə Ələsdən şirinlik almalı olmuşdur. Ələs onunla razılaşmış və o, həmin məbləğdə pulu alıb çox hissəsini Gündüz Əlifova vermişdir. Gündüz iş alınandan sonra 200 manat ayırmalı olmuşdur. Gündüz də işi alındıra bilmədiyindən narazılıqlar yaranmış, Ələs polisə şikayət edəndən sonra o, Ələsdən aldığı pulları qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs6 qeyd etdiyi məsələlərə görə qeyd etdiyi vaxtda həqiqətən 1200 manat pul almışdır. Firduzəyə yalandan bu işi asanlıqla həll edə biləcəyini, Ramin adlı şəxsin ona olan 3.800 manat məbləğində borcunu məhkəmə qaydasında qaytarılmasına köməklik edəcəyini söz vermiş, yalandan guya məsələni məhkəmədə hakimlə danışıb hakimə pul verib həll edəcəyimi demiş, 2021-ci ilin iyun ayının ortalarında ondan bu adla 1000 manat pul almış, eyni zamanda sonuncu dəfə 2021-ci ilin noyabr ayında 200 manat pulu Mingəçevir şəhəri İcra Probasiya şöbəsində işləyən Zaur adlı şəxsə vermək adı ilə almış, sonuncunun borclu şəxsi çağırıb “sıxışdıracağını” demişdir. Lakin heç bir iş görməmiş, aldığı pulları xərcləmişdir. Mingəçevir şəhər məhkəməsində hər hansı bir hakimin, eləcə də İcra Probasiya şöbəsində işləyən Zaur adlı şəxsin bundan heç bir məlumatları olmamış, o nə Zaura, nə də məhkəməyə heç bir məbləğdə pul verməmiş, sadəcə Zərərçəkmiş şəxs6 inandırmaq və pulunu ələ keçirmək üçün bunları demişdir. Zərərçəkmiş şəxs6 ondan polisə şikayət etdiyindən cinayət işinin istintaqı aparılan müddətdəələ keçirdiyi 1200 manat pulu qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 dedikləri yalandır. Elbrusdan sələmə 5000 manat pul götürmüş və vaxtında da artıqlaması ilə qaytarmışdır. Oğlunun məsələsi ilə bağlı Elbrusu lazım olan adamlarla əlaqələndirmiş, lakin həmin işə qarışmamışdır. Oğlunun həbsdən çıxarılması ilə bağlı olaraq Elbrusun kiminlə söhbət etməsini və kimə nə qədər pul verməsini bilmədiyini qeyd etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs8 dediklərinin bir qismi doğrudur. Belə ki, o, Xanımnazın qeyd etdiyi məsələlərlə bağlı həqiqətən Xanımnaza vədlər verdiyini, lakin ümumilikdə Xanımnazdan 33.000 (otuz üç min) manat deyil, cəmi 5.500 (beş min beş yüz) manat pul aldığını bildirmişdir. Xanımnaz 2021-ci ilin noyabr ayında onunla tanış olmuş, həmin vaxtdan 2022-ci ilin mart ayınadək olan müddət ərzində onun cəmi 5.500 (beş min beş yüz) manat pulunu ələ keçirmişdir. Həmin pulları Xanımnazdan təqaüd düzəltdirəcəyini vəd verərək, sonra Yasamal rayonuda 4 otaqlı mənzil verilməsinin təmin etdirəcəyi adı ilə, anasının Mingəçevirdə yaşadığı 1 otaqlı mənzilini genişlədirməsini təmin etdirəcəyi adı ilə, həmçinin, ona avtomobil növbəsində irəli çəkilməklə bağlı vədlər verməklə almışdır. O, Xanımnazı inandırmaq üçün yalandan ona DSMF-də, Müdafiə Nazirliyində, xəstəxanada, digər qurumlarda yüksək vəzifəli tanışlarının olduğunu, onların vasitəsi ilə bu işləri həll edəcəyini, həmin şəxslərə pul verməklə işini həll edəcəyini deyib inandırıb etibarından sui-istifadə edərək pullarınıələ keçirmişdir. Zərərçəkmiş şəxs8 ondan polis şöbəsinə şikayət edəndən sonra barəsində cinayət işi başlanılmış və o, həbs olunmuşdur. O, məhkəmə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı iləəvəz edilməsi üçün məcbur olub Xanımnazın göstərdiyi məbləğdə, yəni 33000 (otuz üç min) manat pulu Xanımanza ödədyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs11 təqaüdünün verilməsi dayandırılmış oğlu Asif Məmmədovun təqaüdünü bərpa etdirməsi üçün vədlər vermiş, müxtəlif orqanlarda yüksək post tutan adamlarla, yüksək vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğunu, onların vasitəsi ilə yəni həmn səlahiyyətli şəxslərə pul verməklə oğlu Asif Məmmədova təqaüdünü bərpa etdirəcəyini yalandan vəd verib aldatmaqla pulunu ələ keçirdiyini, lakin Zərərçəkmiş şəxs11 göstərdiyi kimi 4000 manat deyil, cəmi 1000 manat pul aldığını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs9 işə düzəlməsi üçün ona müraciət etmiş, İbad Xanımnazın vasitəsi ilə onunla tanış olmuş və işə düzəlmə məsələsi iə bağlı Xanımnaz 3.000 manat pul vermişdir. O, danışıqlarına əsasən həqiqətən İbadı Bakı şəhərində hava limanında işə düzəldə biləcəyini demiş, bununla bağlı Bakı şəhərində yüksək vəzifədə işləyən şəxslərlə danışmalı olduğunu və onların vasitəsi ilə işi həll edəcəyini demiş və bunun qarşılığında Xanımnazdan 3.000 manat pul almışdır. Lakin sonradan şikayətlər olduğu üçün həmin pulu Xanımnazın özünə qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 oğlu Ramin Nəbiyevin cəza müddətinin azaldılması üçün 2022-ci ilin iyul ayında Göyçay rayonun Qarabaqqal kəndi ərazisində yerləşən “gülü bağı” kafesində 5000 (beş min) manat pul almışdır. Zərərçəkmiş şəxs2 həmin ərəfələrədə müraciət etmiş və oğlu Ramin Nəbiyevin cəza müddətinin azaldılmasında ona köməklik etməsini xahiş etmişdir. O, Şəki Apellyasiya məhkəməsində, eləcə də Bakıda İttiham idarəsində yüksək vəzifədə olan tanışlarının olduğunu, onların vasitəsi ilə oğlu Raminin cəza müddətinin azaldıtdıracağını həll edəcəyini, həmin şəxslərə pul vermək lazım olacağını, demişdir. Lakin ondan həmin 5000 manat pulu borc kimi almışdır. Zərərçəkmiş şəxs2lə görüşən zaman ona maddi sıxıntılarının olduğunu deyərək pul lazım olduğunu bildirmişdir. Cavanşir də ona 5000 manatı borc kimi təklif etmişdir. O da yazılı surətdə borc almağı ilə bağlı vərəqdə yazıb qəbz vermişdir. Həmin pulu borc kimi aldığını, həmin pulu təxminən 10 gün sonra elə həmin yerdə, yəni Göyçay rayonun Qarabaqqal kəndi ərazisində yerləşən “Gülü bağı” kafesində qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs21 ilə 2021-ci ilin dekabr ayında Xanımnaz vasitəsilə tanış olmuşdur. Həmin vaxt o, Mingəçevir şəhərində özünə məxsus ofisdə insanlara hüquqi yardım göstərməklə məşğul olduğu üçün İmarətlə dediyi kimi hərbi xidmətdə işləyən oğlunun ölümü ilə bağlı aparılan araşdırmada ona köməklik edərək oğluna şəhidlik statusu almaq barədə razılaşmışlar. Ancaq məbləğin İmarətin dediyi kimi məbləğdə 7.000 manat olmamış, 4.000 manata işi görəcəyini demişdir. Buna baxmayaraq İmarət ona 1200 manat versə də, geri qalan pulu verməmişdir. Buna görə də, o, İmarətin işini tam olaraq görə bilməmiş, ondan aldığı 1.200 manat pulu da qaytarmışdır. Həmçinin o, İmarətin dediyi kimi sonuncu dəfə ona 26 iyun 2022-ci il tarixdə pul verdiyini, lakin sonuncu verilən məbləğin 2000 manat deyil, 500 manat olduğunu, İmarətin ona ümumilikdə hissə-hissə olaraq 1250 manat pul verdiyini bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs20 Mingəçevir şəhəri, “Azenco” zavodunun yaxınlığında yerləşən torpaq sahəsində inşa etdirdiyi tikilinin sökülməsi ilə bağlı çıxarılmış məhkəmə qərarının ləğv edilməsi və tikinti ilə bağlı başqa problem yaranmayacağı adı ilə danışıq apardığını etiraf etmiş, lakin Zərərçəkmiş şəxs20 bunun üçün ifadəsində qeyd etdiyi kimi 1.500 manat deyil 700 manat pul almışdır. Lakin həmin qərarın ləğv edilməsinə nail ola bilmədiyindən Tufandan aldığı pul məbləğini geri qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs5 ünvan 1 ünvanında yerləşən evlərinin həyat yoldaşı Vaqif Babakişiyev ilə boşanan zaman bölünmədən Bahara verilməsi üçün aralarında danışıqlar olduğunu, lakin Baharın ifadəsində göstərdiyi məbləğdə pulu ona vermədiyini, ona yalnız 305 manat pul verildiyini, həmin işin həyata keçməsinə nail olmadıqdan sonra 305 manatın əvəzində Bahara 500 manat pul qaytardığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 1991-ci ilin sentyabr ayının 2-dən DİO-ya qəbul olunmuş və Mingəçevir ŞPŞ-də çalışmışdır. 1992-ci ilin yanvar ayından həmin ilin dekabr ayına kimi İ Qarabağ Müharibəsində döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin döyüş əməliyyatlarında yaralandığına görə sonrakıəməliyyatlarda iştirak edə bilməmiş və ona qazi statusu verilmişdir. X79 da keçirilmiş döyüş əməliyyatlarında şəhid olmuşdur. Xatırladığı qədəri ilə 2012-ci ildən dövlət tərəfindən şəhid və qazi ailələri üçün verilən sosial mənzillərə görə mənzil növbəsində dayanmışdır. Təqsirləndirilən şəxs ilə məhrum tanışı Xanbaba adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2019-cu ilin sentyabr ayında qonşusunun yas mərasimində Qarabağ Müharibəsi qaziləri oturub söhbət edən zaman sosial mənzillərlə təmin olunmaq barədə söhbət edəndə Xanbaba Namiq adlı tanışının olduğunu və mənzillərin alınmasında onu irəli çəkə biləcəyini demişdir. Həmin vaxt Xanbaba Namiqə zəng etmiş, Namiq Şəkidə olduğunu demiş və sonra onlar “MRT” tikinti materiallarının satışı mağazasının qarşısında görüşmüşlər. Danışıb söbhət edən zaman Namiq onu mənzil növbəsində irəli çəkə biləcəyini, həmçinin 2019-cu ilin noyabr ayının 6-da mənzillə təmin oluna biləcəyini demişdir. Həm də Namiq kiməsə zəng edərək onun mənzil növbəsində hansı sırada olmasını soruşmuş və həqiqətən də onun hansı növbədə olduğunu dəqiq şəkildə demişlər. Buna görə də o, Namiqə inanmağa başlamışdır. Namiq ona sosial mənzil növbəsində irəli çəkilməsi üçün 10.000 manat pul verməsini istəmişdir. O “Kapital Bank”dan 9.000 manat kredit götürmüş və həmin puldan 1.000 manata yaxın komissiya haqqı tutulmuş və bankdan götürdüyü 9.000 manata görə 19.000 manat pul qaytarmalı olmudur. O, Namiqəəgər iş alınmasa faizi ilə birlikdə ondan 19.000 manatı alacağını demişdir və Namiq də iş alınmasa pulu qaytaracağını demişdir. O da Namiqə tam inanmadığıüçün 06 oktyabr 2019-cu il tarixdə Namiqin Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ofisində tanışı Xanbabanın yanında 3.020 manat pul vermiş və qalan məbləği isə sonra verəcəyini demişdir. Namiqə pul verməsinə baxmayaraq hər dəfə onu yubatmışdır. 2021-ci ilin oktyabr ayında ona tanımadığı ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmiş vəözünü Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin nümayəndəsi kimi təqdim edən şəxs Namiqin ona mənzillə bağlı dediyi şəxs olduğunu, mənzil verildiyini və sənədləşməüçün 930 manat pul lazım olduğunu demişdir. Həmin ərəfələrdə onun həyat yoldaşı və uşağı Covid-19 virusuna yoluxduğundan onların müalicəüçün də pul lazım olduğundan hər iki məqsədlə “Unibank”dan 15.000 manat pul götürmüşdür. Həmin pulla Kapital Banka olan borcunun yarısını bağlamış, həmin puldan 4.000 manat pulu 2021-ci ilin oktyabr ayında 11 saylı orta məktəbin qarşısında Namiqə vermişdir. Namiqə danışdıqları pulun qalan 3.000 manatını mənzillə təmin olunduqdan sonra verəcəyini demişdir. Pulu Namiqə verdiyinin sabahı günü ona həmin 930 manat dövlət rüsumu köçürməsini istəyən şəxsin mobil telefon nömrəsindən zəng gəlmiş və işin həll olunduğunu demişlər. O da bundan sonra Namiqə tam inanmışdır. Keçən müddət ərzində isə Namiqlə əlaqə saxlayan zaman hər dəfəsində işin həlli üçün nazirlikdə olduğunu, narahat olmamasını deyərək onu aldatmışdır. Sonra o, “Tiktok” sosial şəbəkəsində Namiqin şəhid ailələrini aldatması ilə bağlı videogörüntüləri gördükdən sonra polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında tanımışdır. Belə ki, o, 2020-ci ildə hazırda yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 13-cü küçə 88 saylı evi almışdır. Həmin evdə o, yoldaşı və qızı birlikdə yaşamışlar. 2022-ci ilin mart ayında yoldaşı Vaqif Balakişiyev ilə aralarında yaranmış fikir ayrılığı iləəlaqədar olaraq boşanmaya qərar vermişlər. Hazırda qaldığı evi onun almağına baxmayaraq yoldaşı aldığı evin bölünməsinə nail olmaq istəmişdir. O həmin evin bölünməsini istəmədiyindən bir neçə vəkilə müraciət etmişdir. Lakin vəkillərin fikirləri onu qane etməmişdir. Buna görə də yaşadığı evi aldığı müddətdən sonrakı qiymətini müəyyən etmək üçün evin alınmasında köməklik etmiş Səddam adlı maklerdən evin dəyərini müəyyən etməsini istəmişdir. Həmçinin yoldaşı ilə aralarında evin bölgüsü ilə bağlı yaranmış mübahisəli məsələ haqqında Səddama məlumat vermişdir. Həmin vaxt Səddam ona Namiq adlı vəkil olduğunu və bu işdə köməklik edə biləcəyini demişdir. Həmçinin Səddam həmin Namiqin Mingəçevir şəhəri, H.Əliyev adına parkda yataqxananın birinci mərtəbəsində ofisinin olduğunu demiş və o da 2022-ci ilin dekabr ayının 22-si Namiqin ofisinə getmişdir. Həmin gün Namiqlə ofisin qarşısında danışmışlar. Namiqə yoldaşı ilə aralarında yaşadıqları evin bölgüsü ilə bağlı olaraq məlumat vermişdir. Həmin vaxt Namiq əvvəlcə evdə qeydiyyatda olan ərini qeydiyyatdan çıxaracağını, bundan sonra isə evin ona qalacağını demişdir. Həmçinin Namiq evlə bağlı məsələnin 02 may 2023-cü il tarixədək yekunlaşacağını demişdir. Namiq evlə bağlı mübahisəli məsələnin İnzibati Məhkəmə və Apellyasiya Məhkəməsində həllinə nail olacağını, məhkəmələrin gizli formada aparıldığını, bu barədə heç kimə məlumat verməməsini istəmiş, o da razılaşmışdır. Belə ki, bundan 2 gün əvvəl qızı təhsil haqqınıödəmək üçün Şahid8 borca 1.500 manat pul götürmüşdür. Namiqin dediyi miqdarda əlində pul olduğu üçün onunla razılaşmışdır. xx.xx.2022-cü il tarixdə Mingəçevir şəhəri, Kür çayının sahlində qızı, o və Namiq görüşmüşlər. Görüşən zaman Namiq özünün azyaşlıövladı ilə birlikdə gəlmişdir. 1.500 manat pulu Namiqə verən zaman yaşadığı evin sənədlərinin surətlərini, qızının vəşəxsiyyət vəsiqələrinin surətlərini istəmişdir. Pulu verdiyi günün axşamı qeyd olunan sənədlərin surətlərini Namiqə vermişdir. Təxminən 1 aydan sonra 2023-cü ilin yanvar ayında Namiq onunla əlaqə saxlayaraq evin sənədində problem olduğunu, sənədlərin təsdiqi üçün 300 manat pul istəmişdir. O Namiqə pulu qabaqcadan verdiyini desə də, Namiq 300 manatı mütləq vermək lazım olduğunu demişdir. Ona görə 300 manat pul borc alıb 2023-cü ilin yanvar ayında Mingəçevir şəhəri, S.Vurğun Meydanı yaxınlığında «Oba» marketin yaxınlığında Namiqə vermişdir. 2023-cü ilin fevral ayında Namiq məhkəməyə gedəcəyini deyərək ondan 100 manat pul istəmişdir. Həmin məbləğdə pulu Mingəçevir şəhəri, H.Əliyev adına parkda Namiqə vermişdir. Təxminən 2023-cü mart ayında Namiqə sənədləşməni bitirəcəyini, müddəti qısaldacağını artıq sənədləri təhvil verəcəyini deyərək ondan 500 manat pul istəmişdir. Lakin həmin məbləğdə pulu olmadığından 400 manat pul taparaq Namiqə Mingəçevir şəhəri, H.Əliyev adına parkda vermişdir. 2023-cü ilin may ayında Namiq ondan yenidən məhkəməyə vermək üçün pul istədiyindən Namiqə Mingəçevir şəhəri, Dostluq Parkında 150 və 200 manat olmaqla ümumilikdə 350 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Namiq işin və məhkəməüçün dövlət rüsumunun ödənilməsi üçün ondan 155 manat pul almışdır. Həmin pulu da 100 manat, 50 manat və 5 manat olmaqla Namiqin kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Namiq pul lazım olduğunu, 2 gün ərzində pulu qaytaracağını deyərək ondan 200 manat pul istəmişdir. Onun istədiyi 200 manatı xx.xx.2023-cü il tarixdə Namiqə göndərmişdir. Lakin Namiq 2 gün keçməsinə baxayaraq Namiqə verdiyi pulu da geri qaytarmamışdır. 2023cü ilin iyul ayında evlə bağlı məsələnin nə yerdə olmasınıöyrənmək üçün Şəki rayonuna məhkəməyə getmişdir. Orada müraciətləri əsasında məhkəmədə heç bir məhkəmə prosesinin getmədiyini bildirmişlər. Bundan sonra Namiqə zəng edərək görüşmək istədiyini demiş və X52 görüşüb danışmışlar. Həmin vaxt Namiqin danışığını videoçəkilişə almışdır. Orada da Namiq onu aldatmaq istəmiş, lakin ona məhkəmədən gəldiyini, onu aldatması barədə məlumatı olduğunu və verdiyi ümumilikdə geri qaytarmasını istəmişdir. Namiq pulu avqust ayının əvvəlində qaytaracağını desə də, pulu qaytarmamışdır. Ona görə də, şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, oğlu X35 2022-ci il iyun ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 5 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təyin olunmuş cəzanın azaldılmasıüçün Apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir. Həmçinin cəzanın azaldılmasıüçün tanışşəxslərdən maraqlandıqda oğlunun işi üçün məhkəmədə təmsil etməsi üçün vəkil tutmaq lazım olduğunu demişlər. Sonra bir neçə tanışlarından maraqlandıqdan sonra əslən Şəki rayonundan olan vəkil fəaliyyəti göstərən Təqsirləndirilən şəxs bu məsələdəüzrə məhkəmədə onları təmsil edə biləcəyini öyrənmişdir. Hələ hökm çıxarılmamışdan 2-3 gün əvvəl Namiqlə tanış olmuşdur. Namiq hökm çıxarıldıqdan sonra apellyasiya məhkəməsinə müraciət edəcəklərini demişdir. Buna görə də 2022-ci ilin iyun ayında Şəki rayonunda olan kafelərdən birində Namiqlə görüşmüş və oğlunun məhkum olunması ilə bağlı məsələlər haqqında ona ətraflı məlumat vermişdir. Namiq zünün vəkil olduğunu Ukrayna Respublikasındə ali məktəb oxuduğunu, müqavilə bağlayacağını, oğlunun sənədlərini, uşaqlarının əlil olması, yoldaşının şəkər xəstəsi olması ilə bağlı sənədləri ona verməsini, həmin sənədləri məhkəməyə təqdim edəcəyini demişdir. Namiq daha sonra telefonla kənarda danışmış və işin 10.000 manata həll olunacağını demişdir. Lakin Namiqin kiminlə danışmasını bilməmiş və həmin şəxslə onun yanında danışmamışdır. Həmin vaxt yanında qudası Tarverdi də olmuşdur. O, Namiqə həmin məbləğdə pulunun olmadığını demişdir. Həmçinin Namiq cəzanın müddətini nə qədər azaltsa 2 il yaxud 3 il ona uyğun olaraq pul alacağını demişdir. Bundan 10 gün sonra, 2022-ci ilin iyun ayının 24-də Namiq zəng edərək, işi 5.000 manata həll edilməsi ilə bağlı danışdığını, Göyçaya gəldiyini, yaşadığı kəndin girişində yerləşən “Gülü Bağı” adlı restorana gəlməsini istəmişdir. O, Namiqlə görüşmək üçün həmin yerə getmişdir. Orada görüşən zaman Namiq işinin həlli üçün 5.000 manat pul verməsini istəmişdir. Həmçinin razılaşmaya görə Namiqə həmin pulu borc kimi verməsi barədə kağıza yazı yazmışdır. Lakin o, həmin pulu cəzanın azadılmasıüçün vermişdir. Belə ki, onun Namiqlə əvvəllər heç bir münasibəti olmamışdır. O, Namiqə 5.000 manat pulu borc şəklində verə necə verdiyini, həmin pulu xəstə nəvəsinin müalicəsi üçün saxladığını, oğlunun işi həll olunsun deyə 5.000 manatı Namiqə verdiyini, həmin pulu borc kimi vermədiyini, yalnız yazıda bu şəkildə qeydiyyat apardıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, Əşya Bazarının yaxınlığında taksi sürücüsü kimi çalışmış, Təqsirləndirilən şəxs təxminən 2019-cu il tarixdən tanımışdır. Belə ki, Namiq onun taksi sürücüsüçalışdığı yerin yaxınlığında A.Məmmədov küçəsində kirayədə yaşamış və müştəri kimi Namiqi şəhər ərazisində bir neçə yerə aparmışdır. Söbhət əsnasında Namiq vəkil olduğunu və mübahisəli hüquqi məsələləri həll etdiyini deyirmiş. Bir neçə dəfə də Namiqi Mingəçevir şəhəri H.Əliyev adına parkın yaxınlığında yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisinə də aparmışdır. X7 xx.xx.2021-ci il tarixdə külli miqdarda mənimsəmə cinayətini törətməsinə görəbarəsində həbs qətimkan tədbiri seçilmiş, 2021-ci ilin sentyabr ayında isəŞəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Oğlunun məhkum olması və işin halları barədə Namiq onun avtomobilinəəyləşən zaman məlumat vermişdir. Namiq də onun dediklərini dinlədikdən sonra mənimsəmə Bəhruzun cinayətinə görə məsuliyyətinə cəlb edilyi 67.000 manat maddi ziyanınn məbləğini məhkəməyə müraciət edərək azaldacağını, işin yenidən Şəki rayon Məhkəməsinə qaytarılacağını və Bəhruzu azadlığa çıxaracağını demişdir. Bunun üçün əvvəlcə sinif yoldaşı olan Şəki rayon prokuroru ilə danışacağını sonra isə lazım olan pul məbləğini ona deyəcəyini bildirmişdir. Bundan 2 gün sonra yenə taksi dayanacağında olan zaman Namiq gəlmiş, Bəhruzun azadlığa çıxmasıüçün məhkəmə və prokurorluq orqanlarına verilməsi üçün 7.000 manat pul lazım olduğunu, həmçinin iş həll olunduqdan sonra ona da 500 manat pul verməli olduğunu demişdir. Həmin vaxt Namiqdən məbləğin azaldılmasıüçün işi həll edən şəxslə danışıb məbləği aşağı salmasını istəmişdir. Namiq kənara çəkilərək danışmış, lakin Namiq məbləğin azaldılmasının mümkün olmadığını demişdir. Həmin ərəfələrdə o, yaşadığı həyətyanı torpaq sahəsini satmış və 1 həftə sonra, xx.xx.2021-ci il tarixdə satışı həyata keçirdikdən sonra, Mingəçevir şəhəri M.Maqomayev prospektində tanışı Etibar adlışəxsə məxsus təkər mağazasında Etibar, Etibarın tanışının və oğlunun yanında 7100 manat pulu vermişdir. 7000 manatı işin həlli üçün 100 manat pulu da zəhmət haqqı kimi Namiqə vermiş, iş həll olunduqdan sonra danışdıqları qalıq 400 manatı da Namiqə verəcəyini demişdir. Namiq 2 ay ərzində oğlunun həbsdən azad olunacağını demişdir. Lakin həmin müddət keçməsinə baxmayaraq Namiqlə hər dəfə zənglə və görüşərək işin nə yerdə olduğunu soruşduqda Namiq tezliklə işin həll olunacağını, məhkəmədə işin getdiyini demişdir. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı vəfat etmiş və onun yas mərasimlərindən birində Namiq və yanında əvvəllər şəhər sakini kimi tanıdığı bir nəfər də gəlmişdir. Söhbət zamanı həmin şəxs də ona Namiqin torpaq sənədləşdirmək adı ilə tanışlarından pul alaraq onları da aldatdığını demişdir. Bundan sonra Namiqin də onu aldatmasını bilərək verdiyi pulu geri qaytarmasını istəmişdir. Həmin vaxt Namiqin oğlu və nəvəsi eyni bağçaya getdiyindən gəlininə Namiqi göstərək Bəhruzun işini həll edən şəxsin həmin şəxs olduğunu demişdir. Gəlini Namiqə yaxınlaşıb özünü təqdim etdikdən sonra Namiq təxminən 2 ay da ona yalan vədlər verərək aldatmışdır. Namiqlə danışaraq pulu tələb etsə də bəhanələrlə pulu qaytarmamışdır. Daha sonra Namiqin polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumat əldə edərək şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs10 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən 2021-ci ilə kimi Şəki rayonu, Aydınbulaq kəndində baytar işləmişdir. 2013-cü il tarixdə Namiq Zamnaovla təsadüfən tanış olmuşdur. Namiqlə söhbət edən zaman Namiq ona oğlu Zaməddini polis orqanlarında işə düzəltmək istəməsi barədə eşitməsini demişdir. O da Namiqə həqiqətən oğlunu polis orqanlarında işə düzəltmək istədiyini demişdir. Namiq əgər istəsə, Zaməddini işə düzəldə biləcəyini, tanışları olduğunu demişdir. 2014-cü ilin yay aylarında o, Namiqin qohumu Sabirin yas məclisində Namiqlə görüşmüşdür. Namiq ilkin olaraq ondan 300 manat pul verməsini istəmişdir. Lakin ilkin olaraq həmin 300 manat məbləğdə pulu Namiqə verməmişdir. Namiq işə qəbul üçün Zaməddinin adına mərkəzi xəstəxanadan sağlamlıq haqqında arayışlar, hərbi uçotda olub-olmaması barədə və digər sənədləri yığacağını demişdir. Həmin vaxt Namiqlə razılaşmışdır. Zaməddin barədə arayış və xasiyyətnamə alıb Namiqə vermişdir. X71 işə qəbul olunması üçün 5 min manat pul istəmişdir. Namiqəəvvəlcə 2.500 manat, qalan 2.500 manatı isə Zaməddin işə qəbul olunduqdan sonra verəcəyini demişdir. Aradan 15 gün keçdikdən sonra Namiq hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək 2500 manat pul istəmişdir. O, Namiqə evdə olduğunu deyəndə Namiq gəlib pulu götürəcəyini demişdir. Bir qədər sonra Namiq zəng edərək küçə qapısının qarşısında olduğunu demişdir. O, 2.500 manatı yaşadığı evin qarşısında arvadıİmarətin yanında Namiqə vermişdir. Aradan 2-3 ay keçdikdən sonra Namiqə zəng edib Zaməddinin işi ilə maraqlanmağa başlamışdır. Hər dəfəsində Namiq işin düzələcəyini, narahat olmamasını demişdir. O, Namiqə zəng edən zaman yanında Faiq adlı şəxsin olduğunu, işi Faiqin həll edəcəyini deyərək telefonu Faiqə vermişdir. Faiq ona narahat olmamasını işin həll olunacağını demişdir. xx.xx.2016-cı il tarixdə X93 Nazirinin Şəki ŞRPŞ-də namizədlər seçməyə gələcəyini, Faiqin də polis şöbəsinin rəisi ilə Zaməddinin işə düzəlməsi barədə görüşəcəyini bildirmişdir. X96 rayonu, Cəfərabad kəndində dayanacaqda olduğunu, özünü də evdən götürərək Faiqin yanına getməsini istəmişdir. O, özünə məxsus Vaz 21015 markalı avtomobillə Namiqin evinə getmiş, Namiq avtomobilə mindikdən sonra Cəfərabad kəndi istiqamətində hərəkət etmişlər. Cəfərabad kəndində yerləşən dayanacaqda Faiqin dayandığını görmüşlər. Faiq qara rəngli “Jeep” markalı avtomobillə dayanmış, lakin avtomobilin dövlət qeydiyyat nişanlarını xatırlamamışdır. Namiqlə birlikdə Faiqə yaxınlaşmışlar və o, salam verərək kənarda durmuş, Namiq isə Faiqlə söhbət etmişdir. Namiq Faiqlə 20 dəqiqə söhbət etdikdən sonra onun avtomobilinə minmiş və Namiqi yaşadığı evə aparmışdır. Yolda Namiq narahatçılıq olmadığını, Faiqin Bakışəhərindən gəldiyini vəşöbə rəisi ilə görüşəcəyini bildirmişdir. Zaməddinin polis şöbəsinə getməyə ehtiyac olmadığını demişdir. Aradan 2-3 ay keçdikdən sonra Namiq ona zəng edərək 2.500 manatı da göndərməsini istəmişdir. Həmin gün axşam saatlarında o, 2.500 manat pulu Namiqin yaşadığıŞəki rayonu Əlyar kəndində Namiqə vermişdir. Pulu Namiqə verən zaman yanlarında heç kim olmamışdır. Nazir namizədləri qəbul etdikdən sonra 1 ay keçməsinə baxmayaraq Zaməddini heç kim işəçağırmamıdır. O Namiqə zəng edərək etirazını bildirdikdən sonra Namiq telefonu Faiqə vermişdir. Faiq ona narahat olmamasını, Zaməddini işə düzəldəcəyini demişdir. O, Faiqə 5.000 manat müqabilində danışdıqları pulu da verdiyini deyəndən sonra, Faiq 5.000 manat pulun ona çatdığını və narahat olmamasını demişdir. Təxminən 6-7 ay keçdikdən sonra Namiq ona zəng edərək Zaməddinin işinin DİN-dən başqa yerə yönləndirildiyini, Zaməddinin Şəki rayonunda işlə təmin olunmasıüçün əlavə olaraq kadr şöbəsinə vermək üçün 1000 manat verməsini istəmişdir. O da 2 baş inəyini satıb əldə etdiyi 1000 manat pulu Namiqin Şəki rayonu, Əliyar kəndində olan evində Namiqə vermişdir. Namiq işin həll olunacağını demişdir. Bir müddət keçdikdən sonra Namiqlə rastlaşmış və oğlunun işləmək istəmədiyini, xarici ölkəyə işləmək üçün gedəcəyini verdiyi 6.000 manatı geri qaytarmasını istəmişdir. Namiq pulun bir hissəsinin Faiqdə olduğunu demiş, o pulu ona verdiyini, ona görə də geri qaytarmasını istəmişdir. Aradan bir müddət keçdikdən sonra Namiq Şəki şəhərində ona 1.500 manat pul vermişdir. 2019-cu il tarixdə isəəlaqə olaraq 500, 500 manat olmaqla 1000 manat vermişdir. Namiq ona ümumilkdə hissə-hissə olmaqla 4.000 manat pul qaytarmışdır. Bundan sonra Namiqin istifadəsində olan ***-***-**-** saylı telefon nörməsinə zəng etsə də, Namiq zənglərə cavab verməmişdir. Verilən suallara cavab olaraq o, oğlu X72 Orqanlarına polis sıralarına qəbul olmağa köməklik etməsi üçün Təqsirləndirilən şəxs 15 may 2014-cü ilin tarixdə Şəki rayonunda yaşadığı evdə 2.500 (iki min beş yüz) manat, 20 avqust 2016-cı ildə Şəki rayonu Əliyar kəndində Namiqin yaşadığı evdə 2.500 (iki min beş yüz) manat, 25 oktyabr 2016-cı il tarixdə 1.000 (min) manat pulu Şəki rayonu Əliyar kəndində Namiqin yaşadığı evdə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda yaşadığı evdən başqa Mingəçevir şəhəri, Şəfa bağ massivində bağı vardır. Həmin bağ sahəsinin yerləşdiyi ərazidə qonşuluqda Azər adlı şəxs olmuşdur. Onun Azərlə münasibəti yaxşıdır. Belə ki, təxminən 2021-ci il tarixdə Azərin tanışına məxsus arı yeşiklərini bağ sahəsinə yığdığını görmüşdür. Arı yeşiklərinin sahibi mütəmadi olaraq arılar ilə maraqlanmaq üçün Azərin bağ sahəsinə gedib-gəlirdi. Həmin ərəfələrdə arının sahibi ilə tanış olmuş və həmin şəxslə həmyerli, yəni Şəki rayonundan olmaları məlum olmuşdur. O, arvadı Təhimə Cabbarovanın təqaüdü 2021-ci ilin oktyabr ayında kəsiləcəyindən bu haqda Namiqə demiş, Namiq arvadının da təqaüdünün müddətinin uzadılmasının mümkün olduğunu bildirmişdir. Bundan sonra 2021-ci ilin sentyabr aynın ortalarında Namiq Təbriz küçəsində yerləşən yaşadığı evə gələrək ondan 3.000 manat məbləğində pulu almışdır. O, Namiqə verdiyi ümumilikdə 6100 manat pulun 3.400 manatını geri qaytarıb almış, qalan 2.700 manat pulu isə Namiq geri qaytarmamışdır. Lakin işüzrə aparılmış araşdırmanın gedişatında Namiq ondan aldığı pulu tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs18 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 1999-cu il tarixdən xəstəliyi ilə əlaqədar olaraq İİ qrup əlil olduğundan aylıq 250 manat təqaüd alır. Həmçinin Mingəçevir şəhəri Füzuli küçəsində yaşadığı mənzil kirayə olduğundan o, qaçqın və məcburi köçkünlər üçün dövlət hesabına mənzillə təmin olunmaq üçün X62 və xanımı Mehriban Əliyevaya ərizə ilə müraciət etmək qərarına gəlmiş vəəlyazma formasında olan ərizəsini kompyuter yazısışəklinə salınmasıüçün Mingəçevir şəhəri H.Əliyev adına parkın yaxınlığında binanın birinci mərtəbəsində yerləşən ofisə getmişdir. Orada ofisin girişdə Türkan adlı xanıma müraciət etmiş və Türkan yazıları yazmışdır. Buna görə mən bir neçə dəfə Türkanın yanında olmuş və orada olan zaman bir neçəşəxsin orada özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs yanına gedib-gəldiklərini görmüşdür. Həmin vaxt ora gələn Kəlbəcər rayon qeydiyyatında olan şəxslərdən birindən hansı səbəbə gəldiyini soruşduqda həmin qadın özünə təqaüd düzəltmək üçün Namiqin yanına gəlib-getdiyini bildirmişdir. Həmin vaxt o da özünə mənzil almaq və təqaüdünün məbləğinin artırılmasını istədiyindən və buna görə də Namiqin yanına otağa keçmişdir. Orada Namiqə İİ qrup əlil olduğuna görə 250 manat pul aldığını, həmin pulun məbləğinin artırılmasıüçün ona köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Namiq özünün bu işlərlə məşğul olduğunu və bu işdə ona köməklik edə biləcəyini demişdir. Onun təqaüdünü artırmaqda məqsədi kirayadə yaşamağı və kartını qoyaraq bankdan pul götürərək özünə yeni mənzil alma olmuşdur. Buna görə də bir neçə dəfə Namiqin yanına gedib-gəlmiş və Namiq təqaüdün artırılmasıüçün 2.500 manat pul lazım olduğunu demişdir. O, xx.xx.2021-ci il tarixdə “Uni banka” müraciət edərək 3.400 manat pul götürmüş və həmin gün pulun 2.500 manatını Namiqə ofisində vermişdir. Pulu Namiqə verən zaman işçisi Türkan da yanlarında olmuşdur. O kirayə pulunu ödəmək üçün pulun qalmadığını dedikdə Namiq həmin puldan 100 manat ona qaytarmış, qalan 2.400 manat pulu özündə saxlamışdır. Həmin ərəfələrdə onun kirayədə yaşadığı mənzilin üst mərtəbəsindəşəhid ailəsi yaşamış və yaşadıqları mənzil dövlət tərəfindən verilmişdir. Şəhid yoldaşıŞamaxı onların dövlət hesabına yeni mənzillə təmin ediləcəklərini, yaşadıqları mənzilin də şəhid ailəsi olduqlarından dövlət tərəfindən verildiyini, əgər mənzilin sənədlərini düzəldə bilsə, mənzili ona verə biləcəklərini demişdir. O həmin mənzilin sənədlərini düzəltmək üçün yenidən Namiqə müraciət etmişdir. Namiq mənzilin adına sənədləşdirilməsinin mümkün olacağını bunun üçün 6.500 manat pul verməli olduğunu bildirmişdir. Həmin məbləğdə pulu olmadığından özünə məxsus bütün qızıl-zinət əşyalarını Mingəçevir şəhərinda Bəxtiyar Apteki ilə üzbəüz binanın birinci mərtəbəsində yerləşən Nizami adlı şəxsə satmışdır. xx.xx.2021-ci il tarixdə satdığı qızıllardan əldə etdiyi 2.500 manatı Namiqin ofisində Türkanın yanında vermişdir. 2021-ci ilin mart ayının sonunda yenidən özünə məxsus qızıl-zinət əşyalarının satışından əldə etdiyi 4.000 manat pulu Mingəçevir şəhərində Namiqin ofisinin arxasında yataqxananın qarşısında Namiqə vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Namiq 5 ay ərzində həm onu təqaüd ilə təmin edəcəyini, həm də evin sənədləşməsini həll edəcəyini demişdir. Lakin bir müddətdən sonra Şamaxı Qarabağın işğaldan azad olunmasına görə artıq quruculuq işlərinin həmin yerlərə yönəldiyini, onlara yeni mənzilin verilməyəcəyini demişdir. O bu haqda Namiqə məlumat vermiş və mənzillə bağlı verdiyi pulu geri qaytarmasını istəmişdir. Namiq də pulu qaytarcağını demiş ona 2.500 manat pul qaytarmışdır. Qalan 6.500 manatı isə bügünə kimi qaytarmamışdır. Hər dəfə maraqlandıqca işin həll olunacağını 2.500 manatı təqaüd üçün saxladığını, iş alındıqdan sonra 4.000 manat pulu da qaytaracağını demişdir. Lakin üzərindən 1 il 8 ay müddət keçəməsinə baxmayaraq pulumu geri qaytarmamışdır. O da bu haqda polis şöbəsinəərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Vətən Müharibəsi şəhidi X23 atasıdır. Təqsirləndirilən şəxs şəhid anası Yasəmənin vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin noyabr ayının sonlarında həyat yoldaşı Şahid11 “Şəhidlər Xiyabanı”da olan zaman Yasəmənlə söhbət edərəkən digər oğulları Asifin əvvəllər İİ qrup əlilliyi olduğundan təqaüd aldığını, lakin 2 ilə yaxındır ki, həmin təqaüdün verilməməsi haqqında danışmışdır. Bundan bir gün sonra Yasəmən Aytəkinə zəng edərək Asifin təqaüdünün bərpa edilməsinə köməklik göstərə biləcək vəkilin olmasını demişdir. Aytəkin ona belə bir təqaüd düzəltməyə köməklik edə biləcək şəxsin olduğunu dedikdə, o, əvvəlcə həmin şəxsə inanmadığından razı olmamışdır. Lakin Aytəkin uşağın əlil olduğunu marketdə aylıq 270 manata işlədiyini, səhhətində problemlərin olduğunu, təqaüdün xərclərini ödəməkdə kömək edəcəyini dedikdən sonra, razılıq vermişdir. 2021-ci ilin noyabr ayının sonlarında Yasəmənin oğlu İlkinlə təqaüdü düzəltməkdə kömək edən Namiq adlışəxsin Mingəçevir şəhəri H.Əliyev adına parkın yaxınlığında yerləşən ofisinə getmişlər. Həmin vaxt Namiq özünü vəkil kimi təqdim edərək oğlu Asifin xəstəlik sənədlərini istəmişdir. O, sənədləri təqdim etdikdən sonra Namiq sənədlərə baxaraq Asifəömürlük İİ qrup əlilik dərəcəsi ilə təqaüd düzəldə biləcəyini demişdir. Həmçinin həmin vaxt Bakışəhərində ona köməklik edən şəxslə danışdıqlarını deyərək telefonla kiminləsə danışmış və bir daha işin alınacağını demişdir. Həmin vaxt təqaüdün düzəlməsinə köməklik etmək üçün şəhid ailəsi olduqlarından 4.000 manat pul lazım olduğunu demişdir. O da Unibankda krediti olduğundan yenidən kredit almaq üçün müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə “Unibank”dan 6.000 manat pul almışdır. Həmin puldan 1.700 manat elə həmin banka olan borcunu vermiş, qalan 4.300 manatın isə 4.000 manatını 2021-ci ilin dekabr ayının əvvəllərindəİlkinlə birlikdə Namiqin ofisinə gedərək Namiqə vermişdir. Namiq təqaüdün 2022-ci ilin mart ayında düzələcəyini bildirmişdir. Lakin buna baxmayaraq Namiq təqaüdü düzəldə bilməmişdir. Namiqdən dəfələrlə təqaüdü düzəldə bilməyəcəyi halda pulu qaytarmasını tələb etsə də, Namiq nə pulu qaytarmış, nə də təqaüdü düzəldə bilmişdir. Həmçinin ona verdiyi pulu da fazilə kredit götürdüyündən hər ay ona faiz ödəmişdir. Zərərçəkmiş şəxs12 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında tanımışdır. Belə ki, qardaşı X43 İ Qarabağ Müharibəsi iştirakçısıdır və müharibə zamanı səhhətində problemlər yaranmışdır. Qardaşı Müharibədən qayıtdıqdan sonra bütün ailə onun müalicəsi üçün çalışdığından müharibədə iştirak etməsi ilə bağlı olaraq hər hansı sənəd almaq üçün çalışmamışlar. Buna görə də onun müharibədə iştirakını göstərən hər hansı sənəd olmadığından müharibə veteranı adını alması mümkün olmamışdır. İlhamın müharibə iştirakçısı olmasını təsdiqləyən sənədləri toplamaq üçün atası və o, rəsmi olaraq bir neçə quruma müraciət etsələr də, arxiv sənədləri olmadığından lazımi cavab ala bilməmişlər. Nəhayət, 2021-ci il avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən sorğuya cavab olaraq qardaşıX20 keçdiyi döyüş yolu ilə bağlı olaraq məlumat verilmişdir. Bundan sonra həmin məlumatıəldə etməyi ilə bağlı olaraq Mingəçevir şəhərində Səfərbərlik və Hərbi xidmətəçağırış komitəsinə getmişlər. Komitədə qardaşının hərbi xidmət dövründə cinayət törədib-törətməməsi ilə bağlı olaraq yoxlama aparılmış və cavab müsbət olduqdan sonra onlara veteranlıq düzətlmək üçün İnzibti Məhkəməyə müraciət etmələrini demişlər. X63 Məhkəməsinə müraciət etmək üçün bütün sənədlərin olduğunu və yaxşı vəkil tapsalar işin qısa müdətdə həll oluna biləcəyini demişlər. Həmin vaxtlar COVİD-19 pandemiyası ilə əlaqədar olaraq məhdudiyyətlər olduğundan vəkil tapmaq üçün maraqlana bilməmişlər. Oğlu Şahid12 tanışı ilə söhbət edən zaman tanışı ona Təqsirləndirilən şəxs adlı vəkilin olduğunu, həmin işin həll olunmasında köməklik edə biləcəyini demişdir. Həmçinin həmin şəxs Namiqin Mingəçevir şəhərində vəkillik fəaliyyəti ilə məşğul olduğu yeri də Kamilə demişdir. 2021-ci ilin avqust ayının sonlarında Kamil və o, Namiqin Mingəçevir şəhəri H.Əliyev parkının yaxınlığlında yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisinə getmişlər. Orada o, Namiqə qardaşı İlhama veteranlıq düzəltdirmək istəməsindən, buna görəŞəki İnzibati Məhkəməsinə müraciət etmək üçün bütün sənədlərinin qaydasında olduğunu deyərək sənədləri Namiqə təqdim etmişdir. Namiq sənədlərə baxdıqdan sonra Müdafiə Nazirliyindən gələn sənədin əslini, qardaşının şəxsiyyət vəsiqəsinin, köhnə veteranlıq vəsiqəsinin surətini, əvəllər gəlmiş məktubları Namiqə verdim. Namiq 3 aya veteranlıq təqaüdünün hazır olacağını demişdir. Buna görə Namiq ondan ilkin olaraq 1.500 manat pul tələb etmişdir. 2021-ci ilin avqust ayının sonlarında o, oğlu Kamil ilə birlikdə Namiqin Mingəçevir şəhərində yataqxananın birinci mərtəbəsində yerləşən ofisinə getmiş və orada 1500 manat pulu Namiqə vermişdir. 2022-ci ilin yanvar ayında Namiq zəng edərək veteranlıq təqaüdü ilə bərabər olaraq qan pulu da ödəniləcəyini, buna görə dəəlavə dövlət rüsumu ödənilməli olduğunu demişdir. O Namiqdən rüsum ödədiyi halda qəbzlərini verməsini tələb etdikdə isə, indi kompyuter vasitəsiləödənişin olduğunu və orada ödənişin əks olunduğunu, qəbz verilmədiyini bildirmişdir. 2022-ci ilin yanvar ayında Namiq rüsumların ödənilməsi üçün 500 manat verməsini istəmiş və o, oğlu ilə Namiqin ofisinə gedərək 500 manat pulu vermişdir. 2022-ci ilin mart ayında Namiq onunla yenidən əlaqə saxlayaraq sənədlərin məhkəmədən Müdafiə Nazirliyinə gedəcəyini, oradan şəhər icra hakimiyyətinə göndəriləcəyini demişdir. Həmin vaxt Namiqlə mübahisələri olmuşdur. Namiq sənədlərin qeyd olunan marşrut üzrə vaxtında hərəkət etməsi və məhkəmədə işlərin vaxtında həll olunmasıüçün əvvəlcə 2022-ci ilin mart ayında 200 manat pul istəmişdir. O rüsumlarıödəmək üçün oğlu ilə birlikdə ofisə gedərək 200 manat vermişdir. Təxminən 1 ay sonra 2022-ci ilin aprel ayında Namiq yenidən əlaqə yaradaraq rüsumların ödənməsi üçün əlavə 300 manat da lazım olduğunu demişdir. O Namiqdən nəüçün bu qədər rüsumun olmasını soruşduqda isə o, rüsumların artdığınıbildirmiş və həmin rüsumu da ödədikdən sonra 10 noyabr 2022-ci il tarixdə veteranlıq təqaüdünün tam şəkildə hazır olacağını demişdir. Keçən müddət ərzində də dəfələrlə Namiqlə işin nə yerdə olmasını soruşduqda hər dəfə müxtəlif bəhanələrlə işin həll olunduğunu, sənədləşmə işlərinin qaydasında getdiyini deyərək onu aldatmışdır. Həmçinin 2021-ci ilin avqust-sentyabr aylarında qardaşı Namiqin onun veteranlıq təqaüdünün həllində onu məhkəmə proseslərində təmsil etməsi üçün Namiqin adına Mingəçevir ASAN xidmət mərkəzindən etibarnamə verdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs20 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci il il tarixdən hal-hazırda AZENCO zavodunun yaxınlığında keçmiş MKT zavodunun ərazisində məcburi kimi məskunlaşmış, həmin vaxta kimi ailəsi ilə birlikdə Mingəçevir şəhəri, Naxçıvan küçəsi 36 saylı binanın zirzəmisində yaşamışdır. 2014-cü ilə kimi həmin ərazidə vaqonda yaşamış və həmin tarixdən etibarən həmin ərazidə tikinti aparmağa başlamışdır. Bundan sonra 2018-ci il tarixdən Mingəçevir şəhər Bələdiyyəsi və icra nümayəndəliyinin əməkdaşları həmin yeri zəbt etməsi və orada apardığı tikintini sökməsi ilə bağlı onu xəbərdar etmişlər. O, məcburi köçkün olduğundan və başqa yaşayış yeri olmadığından onların tələblərini yerinə yetirməmişdir. Ona görə də 2019-cu ildə Mingəçevir şəhər Bələdiyyəsi yaşadığı ərazini zəbt etdiyinə görə Mingəçevir şəhər Məhkəməsinə şikayət etmişdilər. Həmin ərəfələrdə o, məhkəməyə gəlib-gedən zaman, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev adına parkın yaxınlığında yataqxananın 1-ci mərtəbəsində yerləşən ofisini görmüş və yaxınlaşaraq hal-hazırda ailəüzvləri ilə birlikdə yaşadığı AZENCO zavodunun yaxınlığında olan torpaq sahəsi ilə bağlı olaraq Mingəçevir şəhər Bələdiyyəsinin barəsində şikayət ərizəsi ilə müraciət etdiyini, həmin ərazini sənədləşdirməyə köməklik etməsini istəmişdir. Həmin vaxt bu məsələ iləşəhər icra hakimiyyətinin hüquqşünası Mahir müəlimin məşğul olması haqqında bildirmişdir. Namiq Mahir müəllimin onunla yaxın münasibətinin olduğunu, bu işin həlli ilə bağlı olaraq Mahir müəllimin ona köməklik edəcəyini demişdir. Həmin vaxt Namiq işin həlli üçün ondan 5.000-6.000 manat pul tələb etmişdir. Lakin həmin vaxt o məbləğdə pulu olmadığından Namiqə heç olmasa İnzibati Məhkəməyə şikayət ərizəsi ilə müraciət etməsini demişdir. Buna görə də Namiq ərizə üçün ondan 20 manat pul almışdır. Bir neçə dəfə də Namiqlə birlikdə Mahir müəllimlə görüşmək üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə getmişdir. Lakin həmin vaxt Namiq işi özünün danışacağını, bəzi məsələlər haqqında bilməli olmadığını deyərək onu bayırda saxlamışdır. Onların hansı məsələ ilə bağlı danışmalarından məlumatı olmamışdır. O, Namiqlə razılaşmadıqdan sonra artıq Namiqləəlaqə saxlamamışdır. 2023-cü ilin mart ayında artıq onun yaşadığı evin bir hissəsinin sökülməsi ilə bağlı qərar qəbul edilmiş və bu görə də FHN-nin icra hakimiyyətinin nümayəndələri onun məskunlaşdığı evə gəlmişlər və aralarında fikir ayrılıqları yaranmışdır. 2023-cü ilin aprel ayında gözləmədiyi zamanda Təqsirləndirilən şəxs onun məskunlaşdığı evə gələrək Mahir müəllimin onunla danışdığını, işin həll olunması üçün Mahir müəllimin onu göndərdiyini, icra hakimiyyətindən şikayət etməməsini, evin sökülməsi barədə qərarı ləğv etdirmək barədə icra hakimiyyətinin də köməklik etmək istədiyini demişdir. Belə ki, Namiq söküntü haqqında qərarı 1.500 manata ləğv etdirəcəyini, bundan sonra da həmin ərazidə tikinti aparmağına heç kimin maneə olmayacağını demiş, o da Namiqlə razılaşmışdır. Belə ki, Namiq özünün FHN-nin nümayəndələri ilə danışaraq 20-25 gün vaxt aldığını həmin müddət ərzində işi həll edəcəyini demiş, o Namiqlə razılaşmışdır. Namiq ondan Şəki İnzibati Məhkəməsinin hakimi Fəxri müəllimə rüşvət verəcəyini deyərək birinci dəfə 2023-cü ilin 5-7 aprel tarixlərində 700 manat pulu Mingəçevir şəhəri H.Əliyev prospektində Mərkəzi bazarın yaxınlığında yerləşən “Bazarstore” marketin qarşısında almışdır. Bundan bir neçə gün sonra yaşadığı evə gələrək 300 manat pulu ondan almışdır. Həmin vaxt ailəüzvləri yanında olmuşdur. Bundan bir neçə gün sonra Mingəçevir şəhərində yerləşən Heydər Məscidində olan zaman ona zəng edərək dövlət rüsumu kimi 55 manat pul ödəməli olduğunu demiş və gəlib ondan 55 manat pul almışdır. Həmin pulu verəndən bir neçə gün sonra zəng edərək əlavə 245 manat pul gətirməsini 1.300 manatı tamam etmələrini qalan 200 manat pulu isə o deyən zaman gətirib təhvil verməsini istəmişdir. 245 manat pulu Mingəçevir şəhəri, Bayraq Meydanı yaxınlığında yerləşən çayxanada Namiqə vermişdir. Təxminən 2023-cü ilin aprel ayının 15-də Namiqin zəngindən sonra 200 manat pulu Mingəçevir şəhəri Mərkəzi Poçtun yaxınlığında Namiqə vermişdir. Namiqə verdiyi pulu da faizlə borc aldığından bankdan qaynatasıƏləkbərov Şamil Əmirxan oğlunun adına götürdüyü 20.000 manat puldan həmin borclarımı da ödəmişdir. Namiq işi həll etməli olduğu halda keçən 2 ay ərzində heç bir tədbir görməmiş və 2023-cü ilin iyun ayında məskunlaşdığı evin bir hissəsi sökülmüşdür. Həmin gün Namiqə zəng etsə də zənglərinə cavab verməmişdir. Söküntü başa çatdıqdan sonra Namiq evə gəlmiş və telefonun avtomobildə qaldığını və eşitmədiyini demişdir. O isə Namiqə başqa heç nə danışmamasını, gətirib pulu verməsini istəmişdir. Namiq pulu qaytarmadığı halda Mingəçevir şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət edəcəyini demişdir. Namiq pulu vermədiyindən şikayət ərizəsi ilə müraciət etmiş və 2023-cü ilin iyul ayında Namiq onun kart hesabına 700 manat pul göndərmişdir. Pulun qalan hissəsini tələb etdikdə yaxın müddətdə verəcəyini demişdir. Lakin hal-hazırkı vaxta qədər ona 700 manatdan başqa qalan məlbəği qaytarmamışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Vətən Müharibəsinin şəhidi X49 anasıdır və qardaşı X13 da İ Qarabağ Maharibəsi zamanı şəhid olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında şəhid anası Yasəmənin vasitəsilə tanımışdır. Belə ki, şəhər ərazisində H.Əliyev parkının yanından keçən zaman Yasəmənlə oğlullarının şəhidliyi iləəlaqədar olaraq mənzil növbəsində irəli çəkilmələri və mənzilin otaqlarının sayının artırılması barədə aralarında söhbət etmişlər, həmin vaxt onlar Təqsirləndirilən şəxs həmin ərazinin yaxınlığında binanın birinci mərtəbəsində vəkillik fəaliyyəti ilə məşğul olduğunu görmüşlər və Yasəmən oraya daxil olmalarını istəmişdir. Onlar Yasamənlə əvvəlcə özlərinə təqaüd düzəlmək barədə Namiqlə danışmışlar. Belə ki, Yasəmənin təqaüdünün verilməsi dayandırılmış, o isə özünə təqaüd düzəltdirmək istəmişdir. Bu barədə danışıqlar apardıqda Namiq təqaüdün düzəlməsinin 7.000 manata həll oluna biləcəyini, təqaüd düzələnə kimi 5.500 manat pul verməsini, 1.500 manatı da təqaüd aldıqdan sonra verəcəyini bildirmiş, Namiqin deməsinə görə o, aylıq 250 manat təqaüd almalı olmuşdur. Bundan bir neçə gün sonra Namiqin çalışdığı ofisə təkcə getmiş və danışdıqları 5.500 manatı Namiqə vermiş, həmin vaxt Yasəmən yanında olmuşdur. Təqaüdlə bağlı məsələni danışan zaman Namiqə şəhid anası olduğunu, mənzil növbəsinə dayandığını demişdir. Namiq Bakı şəhəri, Yasamal rayonunda şəhid ailələri üçün mənzil verildiyini və həmin binadan 4 otaqlı mənzil almaqda ona köməklik etmək üçün 15.000 manat pul lazım olduğunu demişdir. Namiq orada tanışının olduğunu və işin hazır olacağını bildirmişdir. Həmin ərəfələrdə şəhid oğlunun yas mərasimləri keçirilmiş, həmin vaxt hazırda Moskva şəhərində yaşayan bacısı Güldərən də Mingəçevirdə olmuşdur. O, Namiqin ofisində olan zaman Güldərənə zəng edərək evdə oğlunun şəhid pulu və yasından yığılmış ümumilikdə 15.000 manat pulu gətirməsini istəmişdir. Bacısı da həmin pulu gətirib ofisdə ona vermiş və o, Güldərənin yanında pulu Namiqə vermişdir. Həmçinin söhbət əsnasında Namiqə hazırda 1 otaqlı mənzildə yaşadığını, mənzilin geniş olmadığını bildirmişdir. Namiq mənəəgər lazımdırsa, mənzili də böyüdəcəyini demişdir. Namiqin dedikləri onu inandırmış və Namiq tanışları vasitəsilə danışacağını demiş, bir müddət sonra isə ona bunun üçün 10.000 manat pul verməli olduğunu demişdir. O da Namiqlə razılaşmış və borc tapmaq üçün qohumlarına müraciət etmişdir. Nəhayət, dayısı nəvəsinin yoldaşı Süleymandan borc kimi 10.000 manat pul istəmiş və həmin pulu da ondan götürüb ofisdə Namiqə vermişdir. Sonuncu dəfə isə Namiq avtomobil növbəsində irəli çəkilmək üçün 2.500 manat pul lazım olduğunu demiş və 2022-ci ilin mart ayında anasının pensiya pulunu götürüb Namiqə vermişdir. Bütün pulları o, Mingəçevir şəhərində Namiqin ofisində vermişdir. Bundan başqa oğlu ilə birlikdə hərbi xidmətdə olmuş Zərərçəkmiş şəxs9 də işə düzəlməsinə görə Namiqlə o, tanış etmişdir. Namiq ondan da aeroporta işə düzəlmək adı ilə 3.000 manat pul vermiş, həmin pulun 1.000 manatını Namiqə qaytarmış, yerdə qalan hissəsini qaytarmamış, İbad da pulu faizlə aldığından həmin pulun faizi 5000 manat olmuşdur. Bundan başqa mülki iddiasına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyandan 22000 manat qaytarmış, 11000 manatı isə qaytarmamışdır. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanla bərabər mənəvi ziyan da dəymişdir. Belə ki, şəhid anasıdır və Təqsirləndirilən şəxs öz əməlləri nəticəsində onun adına ləkə gətirmiş və mənəviyyatını alçaltmışdır. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 50000 manat ziyan dəymişdir. Odur ki, məhkəmədən cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan kimi 11000 manat pulunun, və 50000 manat mənəvi ziyanın alınıb ona verilməsini xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 etibarnamə üzrə nümayəndəsi və vəkili X56 təmsil etdiyi şəxsin ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs19 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ildə fevral ayında onunla Ağdaş rayonu, Nemətabad kəndində yaşayan qonşusu vasitəsilə tanış olmuşdur. Belə ki, onun Ağdaş rayonu, Aşağı Nemətabad kəndində 50 sot torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin də 15 sot olan hissəsi X57 tərəfindən zəbt olunaraq tikinti işləri aparılmışdır. Buna görə o, həmin torpaq sahəsinin zəbt olunması ilə əlaqədar olaraq Ağdaş rayon Məhkəməsinə vəŞəki İnzibati-İqtisad Məhkəməsinə şikayət ərizələri ilə müraciət etmişdir. Həmin hadisələrə bağlı olaraq onun vəziyyəti yaxşı olmamışdır. Buna görə də qonşu ilə söhbət edən zaman onun nəüçün bu vəziyyətdə olduğumu soruşduqda o, torpaq sahəsi iləəlaqədar yaranmış mübahisədən ötrü bu vəziyyətdə olduğunu bildirmişdir. Bundan sonra həmin qonşu ona nömrə vermiş və həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs ona Mingəçevir şəhərində Tələbə Poliklinikasının yataqxanasının birinci mərtəbəsində ofis olduğunu və həımin yerə yaxınlaşmasını istəmişdir. O, həmin yerə getdikdə, Təqsirləndirilən şəxs onu qarşılamış və Ağdaş rayonu Nemətabad kəndində olan torpaq sahəsinin qonşuları tərəfindən zəbt olunması ilə bağlı məlumat vermişdir. Namiq həmin məsələni asanlıqla həll edə biləcəyini demişdir. Namiq ondan sənədlərini istəmiş və aparıb sənədləri verdikdən sonra X84 şöbəsində çalışan Səxavət müəllimin yanına getmək lazım olduğunu demişdir. Özü Yevlaxa gedəcəyini dedikdən 2 gün sonra ondan Səxavət müəllimə vermək adı ilə 1500 manat pul istəmişdir. 2019-cu ilin fevral ayının sonlarında Namiqə işlədiyi ofisdə Səxavət müəllimə verməsi üçün 1500 manat pul vermişdir. Həmin vaxt Namiqin katibəsi Türkan da orada olmuşdur. Təxminən 10-15 gün sonra Namiq Ağdaş rayon Məhkəməsinə getmələrini üzərində pul götürməsini istəmişdir. O, Namiqə 300 manat pulu olduğunu demişdir. Beləliklə, onlar məhkəməyə getmişlər və yolda Namiqə 300 manat pul vermiş, Namiq içəri girib danışmış, lakin məhkəməyə pul verməmişdir. Bundan bir neçə gün sonra Namiq ona zəng edərək 200 manat pul götürməsini, ümumilikdə 500 manat pulu Ağdaş rayon Məhkəməsinə verəcəklərini demişdir. O da həmin pulu yolda Ağdaş rayonu ərazisində Namiqə vermişdir. 2019-cu ilin may ayında Ağdaş rayon Məhkəməsinə onun lehimə qətnaməçıxarılmasıüçün 1700 manat pul vermək lazım oduğunu demişdir. Namiq gəlib onun yaşadığı fərdi yaşayış evində 1700 manat pulu götürmüşdür. Bundan sonra ondan 2019-cu ilin iyun ayında yenidən qətnaməçıxarılmasıüçün 1500 manat pul istəmişdir. O, Rusiya Federasiyasında yaşayan oğlu Mircəfər Kərimovaya zəng edərək Namiqin yenidən qətnaməyə 1500 manat pul istədiyini demişdir. Mircəfər əvvəlcə narazılıq etsə də, sonradan 1000 manat pul göndərmişdir və o, üzərinə 500 manat da pul qoyaraq yaşadığı evdə Namiqə vermişdir. 2019-cu ilin noyabr ayında Namiq yenidən məhkəməyə vermək üçün ondan 1500 manat pul istəmişdir. O, həmin pulu göndərməsi üçün oğluna zəng etmiş, oğlu ona 1500 manat pul göndərmiş və o, həmin pulu Namiqə yaşadığı evdə vermiş, 2019-cu ilin dekabr ayında yenidən Namiqə yaşadığı evdə 1500 manat pul vermişdir. Namiqə işlədiyi ofisdə pul verən zamanlarda aldığı pulları notarial qaydada almasını və verdiyi pulların hamısını hesablamalarını vəəgər iş alınmasa pulu qaytarmasını istəmişdir. Namiq yanında olan katibəsi Türkan nə zaman işiləri alınmasa aldığqları pulu qaytarmalarını demiş, Türkan isə ona cavab verməmişdir. Namiqin tələb etdiyi pulları Rusiya Federasiyasında yaşayan oğulları Müzəffər və Mircəfər göndərmiş və hər dəfə göndərdikcə pulu Namiqə vermiş, eyni zamnada vəfat edən oğlu və gəlininin yas mərasimindən yığılan pulları da Namiqə vermişdir. Həmçinin ruhi xəstə olan qızı X3 adına da “Unibank”dan götürərək Namiqə vermişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında qohumu X58 ilə birlikdə Mingəçevir şəhəri Mərkəzi Bazarın qarşısında 1.800 manat pulu Namiqə vermişlər, həmin vaxt Namiq həmin 1800 manatın üzərinə pul qoyaraq məhkəməyə verəcəyini, özünün də məhkəməyəəlavə 3000 manat pul verdiyini, torpağın sənədləri düzəldikdən sonra onu 150.000 manata satacağınıözünün də pulunu oradan götürəcəyini demişdir. Həmçinin Namiqin arvadı Sevda da tez-tez onun evinə gəlib-gedirmiş. Sevda özü də həmin işin həll olunacağını, Namiqin həmin işi həll edəcəyini demişdir. Təxminən 2022-ci ilin may ayında Nərgizi pulu Namiqdən alması üçün onların yaşadığı evdə göndərmiş, orada Sevda Nərgizin üzərinə qışqıraraq pulu verməyəcəklərini bildirmişdir. Həmçinin Namiq hər dəfəsində Ağdaş rayon Məhkəməsinə getmək üçün yol pulu kimi 110 manat pul almışdır. Beləliklə o, Namiqə onun mübahisəli torpaq sahəsinin sənədlərini düzəltməsinə kömək etməsi üçün ümumilikdə 18.000 manat pul vermişdir. Lakin buna baxmayaraq nə Namiq vədinə əməl etməmiş, nə də ona verdiyi ümumilikdə 18.000 manat pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs19 sonradan istitaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ondan ümumilikdə 25.000 (iyirmi beş min) manat pul almasını bildirmişdir. Bundan başqa mülki iddiasına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs indiyə kimi pulunu ödəməmişdir. Bununla da məsuliyyətdən həm də vurduğu maddi və mənəvi ziyanın ödənilməsindən yayınır. Cavabdehin hərəkətləri nəticəsində o xeyli pul itirmişdir. Həmin pulu əgər mülki iddiaçı özündə saxlayarsa, banka qoyub faizini götürsə belə hazır ki, vaxta kimi illik 10 faiz hesablanmaqla gəlir əldə edə bilərdi. 25000 manatın 3 illik 10 faizdən dərəcəsi 7500 manat edir. Bu minimum məbləğdir və sadəcə ümumi qaydada bildirir. Lakin gəlir bundan da çox ola bilərdi. Cavabdehlərin hərəkətləri nəticəsində o, xeyli pul itirmişdir. Belə ki, o, sözügedən pulun müqabilində faiz ödəməlidir. Hazırda cavabdehin ona borclu olduğu pula görə faizdə tələb edir. Belə ki, sözügedən 5000 manat görə əlavə 2013,52 manat pul ödəmək məcburiyyətində qalmışlar. Bundan əlavə ona dəymiş ziyanın əvəzi kimi hazırda o həmin pulu özündə saxlayıb hər hansı qazanc gətirən sahəyə və ya banka depozit kimi qoysa idi, ən azı sözügedən pulu illik 10-15 % hissəsi miqdarında xeyir götürərdi. O, əldən çıxmış fayda kimi cavabdehdən 1000 manat tələb edir. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanla bərabər mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdeh uzun müddət onu aldatması nəticəsində mənəvi sarsıntı və əsəb keçirmişdir. Onun hərəkətləri nəticəsində xeyli müalicə olunmuşdur. Əsəbləri korlanmış və müalicələrdə olmuşdur. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 10000 manat ziyan dəymişdir. Odur ki, məhkəmədən cavabdeh Təqsirləndirilən şəxs 25000 manat pulunun, 2500 manat faizin, 5000 manat mənəvi ziyanın, cəmi 32500 manat pulun alınıb ona verilməsini xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs19 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi təmsil etdiyi şəxsin ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs21 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının sonlarında tanımışdır. Belə ki, mərhum oğlu X37 əvvəllər, yəni 2017-ci il tarixdən 2021-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində başçavuş rütbəsində xidmət etmişdir. Belə ki, oğlu 2021-ci ilin dekabr ayında işlədiyi hərbi hissədə vəfat etmişdir. İlkin olaraq oğlunun guya ürək tutmazlığı, daha sonra isə pnevmaniya xəstəliyindən vəfat etməsini qeyd etsələr də, oğlunda qeyd olunan xətəliklərin heç birinin olmadığını bildiyi üçün oğlunun vəfat etmə səbəbi ilə əlaqədar olaraq onda şübhələr yaranmışdır. Buna görə də, oğlunun ölüm səbəbini tam aydınlaşdırmaq üçün müvafiq qrumlara şikayət ərizələri yazmışdır. Həmin vaxtdan sonra oğlunun ölüm səbəbi ilə bağlıŞəmkir rayon Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır. Həmin ərəfələrdə o, vətənin keşiyində duran oğlunun bayrağa sarılaraq ölümünə görə sarsıntı keçirdiyindən cinayət işinin istintaqı ilə bağlıürəyi istədiyi kimi maraqlana və iştirak edə bilməmişdir. Həmin ərəfədə qardaşı X27 taksi sürücüsü işlədiyindən Mingəçevir şəhərindən Bakışəhərinə sərnişin aparan zaman yolda söhbət əsnasında avtomobildə olan sərnişinlər Xanım və Yasəmən adlı qadınlardan yaşadıqları Mingəçevir şəhərində Namiq adlı işini güclü bilən vəkilin olmasınıöyrənmişdir. Buna görə də, Aydın həmin xanımlardan Namiq adlı vəkilin mobil telefon nömrəsini alaraq ona vermişdir. Bundan sonra həmin Namiq adlışəxslə telefonda danışaraq başına gələn hadisəni, yəni oğlu Pərvizin işlədiyi hərbi hissədə naməlum səbəbdən vəfat etdiyini deyib, bu işin araşadırılmasına köməklik göstərməsini istəmişdir. Həmin vaxt Namiq adlı vəkil də onunla razılışaraq görüşüb daha ətraflı söhbət etmək lazım olduğunu qeyd etmişdir. Buna görə də, 2021-ci ilin dekabr ayının sonlarında Namiq adlışəxsin Mingəçevir şəhərində yerləşən ofisinə getmişdir. Orada hadisə barədə Namiqə danışdıqdan sonra Namiq vəkillik fəaliyyəti ilə məşğul olmasını və Respublika Hərbi Prokuroluğunda, eləcə də müxtəlif qrumlarda yüksək vəzifəli tanışlarının olduğunu və oğlunun ölüm səbəbinin müəyyən edilməsində və oğlunu öldürən şəxslərin müəyyən edilməsində köməklik edəcəyini bildirmişdir. Belə ki, oğlu eksqumasiya olunaraq yenidən müayinə edilməsinə də köməklik göstərəcəyini demişdir. Həmin vaxt razılaşmalarına əsasən Namiq ondan 7000 manat pul istəmişdir. O, Namiqin bu təklifi ilə razılaşmışdır. Hətta Namiqin işlərini görməsi üçün etibarnamə də vermişdir. Belə ki, razılaşlarına görə 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək o, Namiqə hissə-hissə olaraq 5000 manat pul vermişdir. Hər dəfə telefon əlaqəsi yaradan zaman Namiq işlərin qaydasında getdiyini deyərək yekunda yaxşı nəticə, yəni hadisənin hansı səbəblə baş verdiyini tam öyrənə biləcəklərini demişdir. Ancaq Namiq işin tam sonuna çatmaq üçün razılaşdıqları 7000 manat məbləği ona tam verməsini demişdir. O Namiqə 5000 manatı mart ayınadək verdiyi üçün geri qalan 2000 manat pulu da yaxın müddətdə düzəldib verəcəyini demişdir. Belə ki, 25 iyun 2022-ci il tarixdə Namiq yaşadığı evə gələrək bir gün sonra, yəni 26 iyun 2022-ci il tarixdə Silahlı Qüvvələr günü olduğundan Bakışəhərinə Hərbi Prokurorluğunda işləyən tanışı ilə bayramlaşmaq üçün gedəcəyini və razılaşmaya əsasən verəcəyi 2000 manat pulu da götürüb Hərbi Prokorluqda işləyən tanışına verib işin gedişatını daha tezləşdirəcəyini qeyd etmişdir. Həmin günü o, tam olaraq 2000 manat pulu olmadığıüçün Namiqə bir gün sonra, yəni 26 iyun 2022-ci il tarixdə 2000 manatı tam düzəldib verə biləcəyini bildirmişdir. Namiq razılaşıb getmişdir. Həmin gün anası Rozadan 400 manat borc alaraq Namiqin istədiyi 2000 manatı tam şəkildə hazır etmişdir. Bir gün sonra yəni 26 iyun 2022-ci il tarixdə səhər saatlarında Namiq yaşadığı evin qarşısına gəldikdən sonra o, evinin qarşısında olan Diş Poliklinikasının yanında ana Roza ilə birlikdə Namiqlə görüşüb ona 2000 manat pulu vermişdir. Həmin vaxt Namiq onları bir daha əmin edərək Bakışəhərinə Hərbi Prokorluğa gedib orada işləyən tanışlarının bayramını təbrik edərək 2000 manat pulu da onlara verib ölüm işi ilə bağlı aparılan araşdırmanın daha sürətləndirəcəyini demişdir. Ancaq həmin vaxtdan sonra Namiq hər dəfə müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. Təxminən 2022-ci ilin sentyabr ayında o, Namiqin dələduz insan olduğu üçün Mingəçevir polisi tərəfindən tutulduğunu və barəsində cinayət işinin aparıldığınıöyrənmişdir. Həmin vaxt Namiqin onu aldadaraq 7000 manat pulumu ələ keçirməsini başa düşmüşdür. Həmin vaxtdan sonra Namiqdən şikayət etmək istəsə də, Namiq hər dəfə ondan xahiş edərək pulu yaxın müddət ərzində qaytaracağını demişdir. Buna görə də, Namiqin barəsində bir müddət şikayət etməmişdir. Ancaq sonradan Namiqin artıq Mingəçevir şəhəri ərazisində və başqa rayon sakinlərinin işlərini həll edəcəyi adı ilə pullarını aldığıüçün həbs olunduğunu görüb Namiqin barəsindəşikayət etmək qərarına gəlmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı ilə birlikdə tikinti işlərindəçalışdığı X14 vasitəsilə tanımışdır. Belə ki, o, tikinti işləri ilə məşğuldur və tikiniti işləri olduqda tanışları X50 və Zərərçəkmiş şəxs14 və digər şəxslərlə birlikdə qrup şəkilində tikinti işlərinin aparılmasında işləmişlər. 2020-ci ilin oktyabr ayında hələ işsiz olan zaman birlikdə işlədikləri Zərərçəkmiş şəxs14 ona zəng edərək Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, işləmələri üçün tikinti layihəsi verə biləcəyini, lakin bunun müqabilində pul istədiyini demişdir. O da Natiqlə razılaşmışdır. Belə ki, birinci dəfə Natiq ona bu barədə məlumat verən zaman 4.000 manat pulu olduğundan Natiqə Təqsirləndirilən şəxs vermək üçün birinci dəfə 4.000 manat pulu Mingəçevir şəhəri ərazisində vermişdir. Bundan sonra Natiq yenə tanışı Namiq adlışəxsin başqa bir tikinti lahiyəsi işi olduğunu və buna görə pul lazım olduğundan əlavə olaraq 2.000 manat pul istəmişdir. O həmin məbləğdə pulu Natiqə vermişdir. Bundan sonra həmin vaxtlar qızının toyu ərəfələri olduğundan və Namiq ona söz verdiyi tikinti layihəsi ilə bağlı məsələni həll etmədiyindən X40 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ofisinə verdiyi pulu götürmək üçün getmişdir. Lakin həmin vaxt Namiq pulu qaytarsa, tikinti işinin həll olunmayacağını bildirmişdir. Bundan sonra da bir müddət keçməsinə baxmayaraq tikinti işi həll olunmadığından yenidən Namiqin ofisinə gedərək verdiyi 6.000 manat pulu tələb etmişdir. Lakin Namiq pulu 2 gün ərzində qaytaracağını vəd etsə də, pulu qaytarmadığından barəsindəşikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin bildirirmişdir ki, həmin tikinti lahiyəsini təhvil vermək üçün Namiq ondan başqa Natiqin özündən də 6.500 manat, tanışları Ramal Şəmilovdan 7.000 manat pul almışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 5 il əvvəl Təqsirləndirilən şəxs Mingəçevir şəhərində fəaliyyət göstərən hüquqşünas kimi tanımışdır. Namiqlə yaxın münasibəti olmuş, heç bir düşmənçilik vəədavətləri olmamışdır. 2019-cu ilin fevral ayında Namiqlə söhbət edən zaman Namiq Mingəçevir şəhərində “ASAN” Xidmət mərkəzində iş yeri olduğunu əgər ali təhsilli tanışı varsa, onu işə düzəldə biləcəyini demişdir. O da qızı Mahiləni işə düzəltməsini demişdir. Həmin vaxt Namiq qızının işə düzələcəyi halda aylıq 800 manat maaş alacağını və işə düzəlmək üçün 8.000 manat pul verməli olduğunu demişdir. O da Namiqlə razılaşmışdır. 2019-cu ilin mart ayında Namiqin Mingəçevir şəhəri H.Əliyev adına parkın yaxınlığında olan ofisində 8.000 manat pulu Namiqə vermişdir. Həmin vaxt qayını Saməddin də yanlarında olmuşdur. Namiqin deməsinə görə qızı 3-4 ay ərzində işə başlamalı olmuşdur. Lakin Namiqin verdiyi müddət başa çatmasına baxmayaraq iş alınmamışdır. İş alımadıqdan sonra o, Namiqdən verdiyi pulu tələb etmiş və Namiq ona hissə-hissə olmaqla ümumilikdə 5.500 manat pulu geri qaytarmış, lakin 2.500 manat pulu indiyə kimi geri qaytarmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında Rəşad adlışəxsin vasitəsilə tanımışdır. Belə ki, təxminən 6 il bundan əvvəl Ramin adlı tanışı atası vəfat edən zaman atasının yas mərasimi üçün bütün xərcləri çəkməsini, pulu olduqda həmin pulu qaytaracağını demiş və bu şəkildə Raminin ona 3800 manat borcu olmasına baxmayaraq indiki vaxata qədər həmin pulu ödəməmişdir. Bundan məlumatı olan Rəşad Namiq adlı qohumunun olduğunu və həmin pulu geri qaytarmaqda onlara köməklik edə biləcəyini deyərək onları Namiqlə tanış etmişdir. Həmin vaxt Namiqlə həm onun, həm dəövladlarının münasibəti yaranmışdır. Namiqə həmin Raminin ona olan 3800 manat borcu qaytarmağa kömək edə biləcəyini bildirmişdir. Təxminən 2021-ci ilin iyun ayının ortalarında Namiq onu Mingəçevir şəhərində “Mingo” kafesi iləüzbəüz yataqxananın birinci mərtəbəsində yerləşən ofisinəçağırmışdır. Orada əyləşən xanıma 20 manat verməsini demiş və 20 manatı vermişdir. Həmin vaxt ona nə isə yazdırmışlar və o, həmin kağıza imza etdikdən sonra gəlmişdir. Bir neçə gündən sonra Namiq ona zəng edərək Mərkəzi Bazarda oğlunun işlətdiyi mağazaya gəldiyini və Raminin ona verməli olduğu 3800 manat borcu almaq üçün məhkəməyə və Bakı şəhərində olan tanışına göndərmək üçün 1000 manat lazım olduğunu demişdir. O Namiqə mağazaya gəlməsini və pulu verəcəyini demişdir. 2021ci ilin may ayında mağzada 1000 manat pulu Namiqə verən zaman yanında oğlu Ruslan olmuşdur. Təxminən 2021-ci ilin noyabr ayında Namiq yenidən zəng edərək Mingəçevir şəhəri İcra Probasiya şöbəsində işləyən Zaur adlı şəxsə vermək üçün 200 manat pul lazım olduğunu, həmin pulu ödədikdən sonra Zaurun Ramini çağıraraq ona təyziq göstərəcəyini və bu şəkildə pulun tam şəkildəö dəniləcəyini demişdir. O da həmin məbləğdə pulu oğlu Ruslanın yanında 200 manat pulu Namiqə vermişdir. Həmin ərəfələrdə oğlu Ruslanla Namiq arasında yaxın münasibət yaranmış və bu münasibət ərəfəsində 2019-cu il tarixdə nəvəsi Ayxan avtomobil qəzası keçirməsi və səhhətində ciddi problemlər olması haqqında Namiqə məlumat vermişlər. Belə ki, yol-nəqliyyat hadisəsindən sonra hadisəni törədən şəxslər Ayxanın müalicəsi üçün 5.000 manat pul vermişlər və bu barədə də Namiqə demişlər. Söhbət zamanı Namiq Ayxanın müalicəsi üçün həmin şəxslərdən məhkəmə qaydasında 5.000 manat pul verilməsini demiş və Namiq də müalicə üçün həmin şəslərdən məhkəmə qaydasında 5000 manat da pul alacağını demişdir. Buna görə də ondan 2021-ci ilin noyabr ayında icra şöbəsinə verilməsi üçün 200 manat pul istəmiş və o da həmin məbləğdə pulu Ruslanın yanında Namiqə vermişdir. Lakin buna baxmayaraq Namiqin dedikləri öz təsdiqini tapmamışdır. 2022-ci ilin aprel ayında Namiq Ruslana zəng edərək nəvəsi Ayxana verilməli olan 5000 manat pulun ödəniləcəyini və 100 manat pul lazım olduğunu demişdir. O da həmin məbləğdə pulu elə aprel ayında mağazada Ruslanın yanında Namiqə vermişdir. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq Namiq həmin işləri yerinə yetirməmiş və eyni zamanda vermiş olduğumuz pulu qaytarmamışdır. Bundan sonra dəfələrlə Namiqə zəng edərək işi yerinə yetirməsini, əgər vədinə əməl etmirsə, verdiyi pulu qaytarmasını istəmişdir. Sonuncu danışıqlarda Namiq 2022-ci ilin iyun ayının 13-də pulu qaytaracağını demiş, lakin həmin pulu ödəməməmişdir. İstimtaq müddətində Namiq vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir.İş üzrə şahid qismində dindirilmiş X32 və X15 da oxşar məzmunlu ifadələr verərək X9 ifadəsində göstərdiyi xüsusatları birdaha təsdiq etmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Vətən Müharibəsi iştirakçısıdır, qazidir, döyüş əməliyyatlarında yüksək səviyyədə iştirakına görə 5 medalla təltif edilmişdir. X25 şəhidi X59 ilə eyni vaxta hərbi xidmətə olmuş və həmin vaxtdan, yəni 3 ilə yaxın müddətdir ki, onun anasıZərərçəkmiş şəxs8 tanımışdır. Emil Əmirov şəhid olduqdan sonra onun yas mərasimində iştirak etmiş və onun anası ilə də tez-tez əlaqə saxlamışdır. Onların yaxın münasibəti olmuş və o, müharibədən sonra iş axtarması barədə Xanımnaza məlumat vermişdir. Danışqların birində Xanımnaz tanışının ona oğlunun şəhidliyi iləəladar olaraq mənzil almaqda Namiq adlışəxsin köməklik etdiyini, işə düzəlməkdə ona köməklik edə biləcəyini demişdir. Sonra ona Namiqin istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsini verərək əlaqə saxlamasını istəmişdir. Bu məsələ 2022-ci ilin fevral ayında baş vermişdir. O Namiqə zəng edərək nömrəsini Xanımnazın verdiyini və iş axtardığını demişdir. Həmin vaxt o, Bakışəhərində olmuş, Namiq də Bakışəhərində olduğunu və görüşmək istədiyini bildirmişdir. O Namiqlə görüşmüş və görüş zamanı Namiq Bakışəhərində hava limanında və prezident mühafizəsində iş yeri olduğunu, hava limanına işə daxil ola bilsə aylıq 850 manat maaş alacağını, işin isə hava limanına daxil olan şəxslərin üzərini kompyuter vasitəsilə yoxlamaq olduğunu bildirmişdir. Həmin işə girmək üçün 3.000 manat pul verməli olduğunu və 2022-ci ilin may ayında artıq işəçıxa biləcəyini demişdir. Əgər prezidentin mühazəsi işinə daxil ola bilsəəvvəlcə 3.000 manat verəcəyini, işəçıxdıqdan sonra əlavə 2.000 manat da verməli olacağını demişdir. Sonradan isə zəng edərək elə hava limanı işinin alınacağını demişdir. Bunun üçün isə Bakışəhəində generalın qəbuluna girəcəyini demiş, lakin hansı generalın qəbuluna girəcəyini deməmişdir. O, bu barədə atasına məlumat vermiş, atasıəvvəlcə razı olmasa da sonradan onun işə girməsinəşəhid anası Xanımnaza dələduzluq edərək pul ələ keçirməyəcəyini bildirmişdir. Ona görə də atası da razlıq vermiş, lakin səhhətində problemlər olduğundan anası Rəqsanəİsmayılova ilə birlikdə Mingəçevir şəhərinə gedərək 3.000 manatı vermələrini demişdir. Həmin pulu faizlə borc kimi Bərdə rayonunda əldə edərək Namiqə vermək üçün 2022-ci ilin mart ayının əvvəllərində anası ilə birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərində Xanımnazla birlikdə Namiqin çalışdığı Mingəçevir şəhərində yerləşən ofisinə getmişlər. Ofisdə Namiq əvvəlcə Xanımnazın işi haqqında danışaraq işin tezliklə alınacağını, onun da işin həll olunacağını demişdir. Ona verdiyi 3.000 manat 50 və 100 manatlıq əskinazlardan ibarət olmuşdur. Sonra o, Namiqləəlaqə salayaraq heç bir məlumatını, yəni adını, soyadını bilmədiyini, bu halda onu necə işə düzəldəcəyini soruşmuşdur. Bundan sonra Namiq CV yazaraq verməsini istəmiş, lakin sonradan heç nəyin lazım olmadığını demişdir. Pulu verməsindən bir müddət keçməsinə baxmayaraq Namiq verdiyi vədinəəməl etməmişdir. O Namiqin istifadəsində olan telefona zəng etsə də, telefonlarına cavab verməmişdir. Bir müddət sonra isə Namiqin törətdiyi dələduzluq əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılması barədə eşitmişdir. Polisdən çıxdıqdan sonra isə ona verdiyi pulun 1.000 manatını qaytarmış, lakin faizlə borc adığından ümumilikdə 5.000 manat pul qaytarmış, Namiq də 1.000 manat ödəyərək qalan 4.000 manatı da ödəyəcəyini demişdir. Lakin bu günə qədər də həmin məbləğdə pulu ödəməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs14 Əbüləli oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Tural Babayevin vasitəsilə təxminən 5 il əvvəl tanımışdır. Belə ki, oğlu iş yerini dəyişdirmək istəyən zaman onu Namiqlə tanış etmiş və həmin vaxt o, Namiqə 10.000 manat pul vermişdir. Onda da Namiq onu aldatmış, oğlunu işi düzəlməmişdir. O, Namiqdən pulunu tələb etmiş və hissəhissə olmaqla Namiqdən 9.000 manat pul almış, 1.000 manatı Namiq verməmişdir. 2020-ci ilin sentyabr ayında o, işdən çıxmışdır. Oktyabr ayında isə qalan 1.000 manatını Namiqdən almaq üçün onun H.Əliyev müzeyinin yanında yerləşən ofisinə getmişdir. Namiq 1.000 manatı verdiyi şəxsin pulu qaytarmadığını demişdir. Sonra o, Namiqə işsiz olduğunu və ona tikinti işi tapıb verə biləcəyini soruşmuşdur. Namiq də iş tapa biləcəyini demişdir. Bundan sonra bir neçəşəxsə zənglər etmişdir. Sonra onlar Namiqlə Bakışəhərinə getmiş və 3-cü mikrorayonda Namiqin tanışı Faiq adlışəxslə görüşmüşlər. Faiq Ucar rayonunda hərbi qospitalın tikinti layihəsini 25.000 manata verəcəyini demiş, o və işçiləri ona bank vasitəsilə 25.000 manat göndərmişlər. Həmin layihə baş tutmadıqdan sonra 25.000 manatı Bakıda Faiqdən geri almış və həmin vaxt o, Namiqlə Razin qəsəbəsinə getmişdir, həmin vaxt Namiqin Şamil və Bilal adlı tanışları da onların yanında olmuşlar. Razində “Altu Buta” restoranında Seyhun adlışəxslə görüşmüşlər, Seyhun layihə işləri ilə bağlı olaraq Namiqlə danışmasını, nə sözü varsa Namiqin ona deyəcəyini demişdir. Seyhun xeyli uzaqda olan zaman Namiq Seyhuna pul verməli olduqlarını demiş və o Namiqə Seyhuna verməsi üçün 10.000 manat pul vermişdir. Lakin Namiqin pul Seyhuna verib-verməməsindən dəqiq məlumatı olmamış və Namiq pulu verdiyini demişdir. Bundan 1 gün sonra Namiqin tanışı Elnurla Bakışəhərində görüşmüşlər, Elnurla Azərenerjidə tikinti layihəsini verməsi barədə razılaşmışlar. Lakin Elnur ondan pul istəməmişdir. 2-3 gün sonra Namiq zəng edərək layihəüçün Elnura 10.000 manat pul verməli olduqlarını demişdir. O, tanışları Fazil vəRamalla danışdıqdan sonra 9.500 manat pul düzəltmiş və Mərkəzi stadionun yanında Namiqə vermişdir. 2021-ci ilin yanvar ayınadək işi düzəldəcəyini demişdir. Lakin işi düzəlmədikdən sonra ondan pulu tələb etməyə başlamışlar. Sonuncu dəfə 2021-ci ilin iyun ayı olmaqla əvvəl 3.000, 2.500 və 1.500 manat ümumilikdə 7.000 manat pul qaytarmışdır. Qalan pulu isə qaytarmadığından sonra şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X50 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı, birlikdə tikinti işlərindəçalışdığı X14 vasitəsilə tanımışdır. Belə ki, o, tikinti işləri ilə məşğuldur və tikiniti işləri olduqda tanışları Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14 və digər şəxslərlə birlikdə qrup şəkilində tikinti işlərinin aparılmasında işləmişlər. 2020-ci ilin oktyabr ayında hələ işsiz olan zaman birlikdə işlədikləri Zərərçəkmiş şəxs14 zəng edərək Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, işləmələri üçün tikinti layihəsi verə biləcəyini, lakin bunun müqabilində pul istədiyini demişdir. O Natiqlə razılaşmışdır. Bundan sonra Natiq Təqsirləndirilən şəxs adlı şəxsə tikinti layihəsini almaq üçün 7.000 manat pul vermək lazım olduğunu bildirişdir. O da qeyd olunan pul məbləğini Namiqə verməsi üçün 2020-ci ilin noyabr ayında Natiqə vermişdir. Lakin üzərində xeyli müddət keçməsinə baxmayaraq tikinti lahiyəsinin verilməsi ilə bağlı olaraq hüç bir nəticə əldə edilməmişdir. Ona görə də o, verdiyi pul məbləğinin geri qaytarılmasını tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs14 onun Namiqə verdiyi 7.000 manat pulunu Namiqdən alaraq geri qaytarmışdır. Həmçinin bildirmişdir ki, həmin tikinti lahiyəsini onlara təhvil vermək üçün Namiq Natiqin özündən də 6.500 manat, tanışları Zərərçəkmiş şəxs15 6.000 manat pul almışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ölmüş Zərərçəkmiş şəxs13 Məhiyəddin qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında tanımışdır. Belə ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində məhrum atasından qalan fərdi yaşayış evi ata və bacısı vəfat etdiyindən anasının adına olmuş və anası oğlunun adına etibarnamə vermişdir ki, yaşayış evini hazırda Rusiya Federasiyasında yaşayan bacısıİlhamənin adına sənədləşdirsin. Lakin onunla bərabər Gəncəşəhərində yaşayan qardaşı da gizlincə həmin evi öz adına sənədləşdirmək üçün ASAN xidmətə müraciət etmiş, eyni zamanda kənd icra nümayəndələyinə də müraciət etdiklərindən, sənədləşməüzərində mübahisə yaranmışdır. Ona görə də sənədlərin düzəlməsi məsələsinin həlli üçün bu işdən məlumatı olan vəkilin köməkliyindən istifadə etmək qərarına gəlmişdir. 2021-ci ilin yanvar ayında həmin sənədləşmə prosesi üçün Qəbələ rayonundan Mingəçevir şəhərində gələn zaman şəhərin girişində olan karantin postunda onları respublika ərazisində hərəkət etməyə icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlamışlar. Həmin vaxt o, postda olan polis əməkdaşlarına hansı səbəbdən, yəni evin sənədləşməsi üçün Qəbələ rayonu ərazisindən gəldiklərini və işi həll edə bilmədiklərini buna görə də vəkil axtardıqlarını demişlər. Həmin vaxt postda olan Şakir adlı polis əməkdaşı Mingəçevir şəhərində Namiq adlı vəkilin olduğunu və Mingəçevir şəhəri, H.Əliyev parkının yaxınlığında yerləşən yataqxananın 1-ci mərtəbəsində ofisinin olduğunu demişdir. Bundan bir neçə gün sonra o, Namiqin ofisinə getmişdir. Həmin vaxt Türkan və Namiq orada olmuşlar. O, ata mülkünün sənədləşməsi ilə bağlı işin bütün hallarını Namiqə izah etdikdən sonra, Namiq sənədləşmə işinin həll olunacağını və bunun üçün 6.000 manat verməli olduğununu demişdir. O Namiqlə razılaşmışdır. Həmin vaxt Namiq qardaşının adına Qəbələ ASAN xidmət mərkəzində olan sənədləşmənin dayandırılmasıüçün məktub yazmış və bir neçə gündən sonra gələn cavab məktubunda sənədləşmənin dayandırıldığı göstərilmişdir. Eyni zamanda Namiq evin sənədlərinin surətinin çıxarılmasının lazım olduğunu demiş və Türkan sənədləri çıxardıqdan sonra Türkana 20 manat verməsini istəmişdir. O Tükana 20 manat vermişdir. O bacısıİlhaməyə işin həll olunmasıüçün 6.000 manat pul lazım olduğunu demiş, lakin bacısı ona 5.000 manat pul göndərmişdir. Həmin İlhamənin göndərdiyi pulu yeznəsi İsmayıl ona vermiş və o, xx.xx.2021-ci il tarixdə Namiqin ofisində ona 5.000 manat pul vermişdir. Pulu verən zaman Türkan da Namiqin yanında olmuşdur. Namiq pulu sayaraq masasının siyirməsinə qoymuş və deməsinə görə 6 ay ərzində evin sənədləşməsi hazır olacaqdı. Həmin vaxt aralarındakı danışıqda Namiqə oğlu Azadın İİİ qrup əlil olduğunuz 110 manat təqaüd aldığını, mümkün olarsa, onun İİ qrup əlillik dərəcəsinə keçirmək istədiyini demişdir. Namiq pensiya işləri ilə bağlı köməklik də edə bildiyini demişdir. Namiq oğlunu İİ qrup əlillik dərəcəsinə keçirmək üçün ondan 3.500 manat pul istəmişdir, o da razılaşmışdır. Oğlu Şahid16 təqaüd məsələsinin Namiq tərəfindən həll olunmasıüçün 3.500 manat pul lazım olduğu haqda ərim Elmar Abdullayevə demişdir. O, əvvəlcə razı olmasa da sonradan onun adına X53 şəhər filialından xx.xx.2021-ci il tarixdə 5.000 manat pul götürmüşdür. xx.xx.2021ci il tarixdə Namiqə ofisdə 3500 manat pul vermişdir. Pulu verən zaman Türkan və Namiq ofisdə olmuşdur. Namiq pulu sayıb Türkana vermiş və pulu paketləyərək üzərinə Şahid16 yazmasını istəmişdir. Türkan da belə etmişdir. 2021-ci ilin yay aylarında Namiq onunla birlikdə Qəbələyə getmiş və rayon məhkəməsində qətnamənin hazır olduğunu demişdir. Məhkəməyə getsələr də oradan qətnamənin hazır olmadığını demişlər. Bir neçə dəfə də sənədləşmə ilə bağlı olaraq Qəbələ rayon Məhkəməsinə getsələr də, Namiq məkəmə zalına keçməmişdir. Hər dəfə Namiqdən evin sənədləşməsinin və təqaüdün düzəlməsinin nə yerdə olduğunu soruşduqda Namiq müxtəlif bəhanələr səsləndirmişdir. Sonuncu dəfə isə Namiq evin sənədləşməsinin xx.xx.2022-ci il tarixdə hazır olacağını, təqaüdün isə xx.xx.2022-ci il tarixdə veriləcəyini demişdir. Lakin nə sənədləşmə düzəlmiş, nə də təqaüd hazır olmuşdur. Zərərçəkmiş şəxs13 hüquqi varisi qismində tanınmış Şahid16 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs13 doğma anasıdır. Qəbələ rayonu, Mirzəbəyli kəndində məhrum babasından qalan fərdi yaşayış evi baba və xalası vəfat etdiyindən nənəsinin adına olmuş və nənəsi 2020-ci ilin əvvəllərində yaşayış evini hazırda Rusiya Federasiyasında yaşayan xalasıİlhamənin adına sənədləşdirilməsi üçün ona notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Lakin Gəncə şəhərində yaşayan dayısı Vəzir Əliyev da gizlincə həmin evi öz adına sənədləşdirmək üçün ASAN xidmətə, eyni zamanda kənd icra nümayəndələyinə də müraciət etdiklərindən, sənədləşməüzərində mübahisə yaranmış, Qəbələ Asan Xidmət Mərkəzindən o və anasına mülk üzərində mübahisə olduğuna görə məhkəmə qaydasında həll olunan məsələ olduğunu, buna görə vəkil tapıb məhkəməyə müraciət etməli olduqlarını deyilmişdir. Bütün sənədləşmə işləri bağlı anası yaşlı olduğuna görə o da anası ilə müvafiq dövlət orqanlarına getmişdir. Ona görə də sənədlərin düzəlməsi məsələsinin həlli üçün bu işdən məlumatı olan vəkilin köməkliyindən istifadə etmək qərarına gəlmişlər. 2021-ci ilin yanvar ayında həmin sənədləşmə prosesi üçün anası Zərərçəkmiş şəxs13 ilə birlikdə Qəbələ rayonundan Mingəçevir şəhərinəözünə məxsus “VAZ 21015” markalı avtomobillə gələn zaman şəhərin girişində olan karantin postunda onları respublika ərazisində hərəkət etməyə icazələrinin olub-olmamasını yoxlamaq məqsədi ilə saxlamışlar. Həmin vaxt o və anası Gülnar postda olan polis əməkdaşlarına hansı səbəbdən Qəbələ rayonu ərazisindən gəldiklərini Mingəçevir şəhərində yaşadıqlarını, vəkil axtardıqlarını demişlər. Həmin vaxt postda olan adıŞakir olan polis əməkdaşı Mingəçevir şəhərində Namiq adlı vəkilin olduğunu, Mingəçevir şəhəri, H.Əliyev parkının yaxınlığında yerləşən yataqxananın 1-ci mərtəbəsində ofisinin olduğunu, onun Türkiyə Respublikasında ali təhsil aldığını, həmin vəkilə yaxınlaşsalar onlara köməklik edə biləcəklərini demişdir. Bundan bir neçə gün sonra o Gülnar ilə birlikdə Namiqin ofisinə getmişlər. Həmin vaxt ofisdə sonradan adını bildiyi, özünü Təqsirləndirilən şəxs katibəsi kimi təqdim edən Türkan olmuşdur. Ofisdə Namiqə yaxınlaşaraq ata mülkünün sənədləşməsi ilə bağlı işin bütün hallarını Namiqə izah etdikdən sonra, Namiq ona və Gülnara vəkil olduğunu, özünün uzun illərdir vətəndaşlara hüquqi xidmət göstərdiyini, dəfələrlə məhkəmələrdə mülki mübahisələr ilə bağlıçıxış edib vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsində köməklik etdiyini, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evini xalasıİlhamənin adına sənədləşdirə biləcəyini, Qəbələ rayon məhkəməsində adını demədiyi hakim vəzifəsində işləyən tanışı olduğunu, işin həll olunması və adını demədiyi Qəbələ rayon məhkəməsinin hakiminə vermək üçün 6000 manat məbləğində pul verməli olduqlarını, həmin pulu verdikdən sonra məhkəmə olan zaman yalnız iştirak edəcəklərini, qətnaməmin onların lehinə qəbul olunacağını demişdir. Namiq həmin vədləri verən zaman Türkan da orda olmuşdur. Gülnar Namiqlə razılaşmışdır. Namiq işin tez bir müddətdə həll olunması məqsədi ilə pulun tez bir müddətdəçatdırmalı olduqlarını deyib Gülnardan mübahisəli evlə bağlı olan sənədləri istəmiş və Gülnar da sənədləri ona vermişdir. Namiq evin sənədlərinə baxdıqdan sonra surətinin çıxarılmasının lazım olduğunu, həmçinin dayısı X10 adına Qəbələ ASAN xidmət mərkəzində olan sənədləşmənin dayandırılmasıüçün məktub yazılacağını, həmin texniki işləri Türkan görəcəyi üçün 20 manat məbləğində pul vermələrini demişdir. Gülnar Türkana 20 manat pul verdikdən sonra Türkan kompyuterdə nəsə yazmağa başlamış, sonra Namiq pul verilən zaman işin detalları barədəətraflışəkildə məlumat verəcəyini deyib istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri verərək həmin nömrələrlə istənilən vaxt zəng edə biləcəklərini demişdir. Sonra o, Gülnarla birlikdə ofisdən çıxıb evə getmişlər. Gülnar Rusiya Federasiyasında yaşayan İlhaməyə işin həll olunmasıüçün 6.000 manat pul lazım olduğunu desə də, İlhamə 5.000 manat pul göndərmişdir. Həmin ərəfədə o və Gülnar dayısıX10 adına mülklə bağlı sənədləşmə işlərinin dayandırılıbdayandırılmamasıüçün Qəbələ ASAN xidmət mərkəzinə getmiş və həmin mərkəzdən həqiqətən də Vəzirin adına evin mülkiyyətə keçməsi ilə bağlı sənədləşmə işinin dayandırıldığı bildirilmiş, lakin həmin xidmətdən sənədləşmə işinin konkret olaraq hansı səbəbə dayandırılması barədə məlumat verilməmişdir. İlhamənin göndərdiyi pulu yeznəsi İsmayıl Gülnara vermişdir. Pulu əldə etdikdən sonra xx.xx.2021-ci il tarixdə Gülnarla birlikdə Namiqin ofisinə gedərək 5.000 manat məbləğində pul gətirdiklərini dedikdə Namiq belə danışmadıqlarını, razılaşmanın 6000 manat olduğunu demişdir. Həmin vaxt Gülnar Namiqəəgər iş alınarasa geridə qalan 1000 manat məbləğində pulu da verəcəyini demişdir. Namiq də razılşaraq 5000 manat məbləğində pulu katibəsi Türkan yanında Gülnardan alaraq saydıqdan sonra çəkməcəyə qoymuşdur. Sonra Namiq həmin pulu Qəbələ rayon məhkəməsində adını demədiyi hakimə tam şəkildə verəcəyini, hakimlə artıq işi danışdığını, yalnız məhkəmə prosesində iştirak edəcəklərini, 6 ay ərzində evin sənədləşməsinin hazır olacağını demişdir. Təxminən 1 ay sonra Gülnar Namiqin zəng etdiyini, Qəbələ rayonunda yerləşən mübahisəli evin fotoşəkillərinin çəkilməsinin lazım olduğunu dediyininə görə Gülnarla Namiqlə birlikdə evə getmişlər və Namiq evin, həyətyanı sahənin fotşəkillərini çəkərək həmin şəkillərin DƏDRX-da evə dair çıxarış verilən zaman lazım olacağını deçişdir. Bir neçə dəfə Namiqin yanına mülk məsələsi ilə bağlı olaraq işin hansı mərhələsində olmasını maraqlanmaq üçün Gülnarla gedib-gələn zaman hər dəfə Namiq pulu tam şəkildə Qəbələ rayon məhkəməsindəişə baxmalı olan hakimə verdiyini, narahat olmamalarını demişdir. 2021-ci ilin mart ayının sonlarında Gülnarla birlikdə ev məsələsi ilə maraqlanmaq üçün Namiqin Mingəçevir şəhərində yerləşən ofisinə gedib Namiqlə məsələ barədə söhbət edən zaman Namiq Gülnardan onun sağ gözünə nə olduğunu soruşmuşdur. O, 5 yaşında olarkən sağ gözünə dəmir parçası batmış, nəticədə həmin gözünün görmə qabiliyyəti tam olaraq itirmiş, 18 yaşı tamam olduqdan sonra, yəni 2007-ci il tarixdən ona İİİ qrup əlillik dərəcəsi təyin edilməklə 110 manat pensiya təyin edilmişdir. Həmin vaxt Namiq Gülnardan gözündə olan problemlə bağlı olaraq pensiya alıb-almamasını soruşmuş və Namiqə 3-cü qrup əlllik dərəcəsi üzrə pensiya aldığını demişdir. Namiq də həmin vaxt təəsüflənərək ona haqsızlıq edildiyini, səhhətində problem olmayan şəxsə 3-cü qrup əllik dərəcəsi təyin olunduğu halda bir gözü tam olaraq görmədiyi halda 3-cü qrup təyin edildiyini, yəqin buna görə dəçox az miqdarda pensiya aldığını demişdir. O, Namiqə 3-cü qrup əlilliyə görə 110 manat məbləğində pensiya aldığını demişdir. Namiq indiyə kimi çoxlu sayda adını demədiyi şəxslərəəlillik dərəcəsi təyin edilməsində, həmçinin əlillik qrupunun dəyişdirilməsində köməklik etdiyini, ƏƏSMN-də və onun tabeliyində olan Tibbi Sosial ekspert Komisiyyasında yüksək vəzifədə işləyən adını demədiyi tanışlarının olduğunu, istəsə 2-ci qrup əlillik dərəcəsi təyin edilməsi ilə bağlı maraqlana biləcəyini demişdir. Gülnar Namiqə bunun üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda Namiq Tibbi Sosial ekspert Komisiyasında yüksək vəzifədə işləyən tanışları ilə maraqlanıb 1-2 günə dəqiq cavab verəcəyini demişdir. Təxminən 2 gün sonra Namiq zəng edərək sevincli halda şad xəbər vermək istədiyini, 2-ci qrup əlilliklə bağlı məsələni danışdığını, həll oluna biləcəyini, buna görə də onun ofisinə yaxınlaşmalarını demişdir. O Gülnar ilə birlikdə Namiqin Mingəçevir şəhərində yerləşən ofisinə gedib məsələ barədə maraqlanan zaman Namiq Tibbi Sosial ekspert Komisiyyasında yüksək vəzifədə işləyən tanışı ilə danışdığını, həmin şəxsin əlillik dərəcəsinin təyin edilməsinə nəzarət edən şəxs olduğunu, həmin şəxsin razılıq verdiyini, bunun üçün 3500 manat məbləğində pul istədiyini, həmin pulu verdikdən sonra 2-ci qrup əlillik dərəcəsinin 3 ay müddətində həll olunacağını, 350 manat məbləğində pensiya alacağımı, heç bir həkim komisiyyasında müayinələrdən keçməyəcəyini, yalnız dediyi vaxtda Bakı şəhərinə gedərək həkim komisiyasına hansısa sənədə imza edib çıxacağını, əlavə olaraq 2-ci qrup əlillik dərəcəsi təyin edildikdən sonra dövlət tərəfindən 6800 manat məbləğində sosial müavinət veriləcəyini, iş düzələndən sonra yalnız qonaqlıq verməli olduğunu gülə-gülə demişdir. O və anası həmin vaxt Namiqəəlilliyi ilə bağlı hansı tibbi sənədləri verməli olduğunu dedikdə Namiq heç bir sənəd lazım olmadığını, Tibbi Sosial ekspert Komisiyyasında əlilliyi ilə bağlı bütün məlumatların sistemdə olduğunu, yalnız olaraq şəxsiyyət vəsiqəsinin surətinin lazım oduğunu demişdir. Namiqin Tibbi Sosial ekspert Komisiyyasında yüksək vəzifədə işləyən tanışlarının olmasını deməsi, həmçinin vəkil kimi özünü təqdim etməsi, Mingəçevir şəhərində xeyli sayda şəxsin Namiqə hüquqi məsləhətlər üçün müraciət etməsini bildikləri üçün və hüquqi xidmət göstərən ofisinin olmasına görə onları aldatmayacağını düşünüb Namiqə inanmış və onunla razılaşmışlar. X54 adına X53 şəhər filialından xx.xx.2021-ci il tarixdə 5.000 manat pul götürmüşlər. xx.xx.2021-ci il tarixdə Gülnarla birlikdə Namiqin Mingəçevir şəhərində yerləşən ofisinə gedib katibəsi Türkanın yanında Namiqə 3.500 manat məbləğində pul vermişlər. Namiq pulu aldıqdan sonra sayaraq 2-ci qrup əlillik dərəcəsini 3 ay müddətində təyin ediləcəyini, narahat olmamalarını, axşam Bakı şəhərinə işi ilə bağlı pulu vermək üçün gedəcəyini, qısa müddət ərzində Tibbi Sosial ekspert Komisiyasına getməsi ilə bağlı məlumat veriləcəyini deyib pulu Türkana verib Türkana ona pulu paketləyərək üzərinə “Şahid16 pensiya” yazmasını istəmişdir. Türkan da belə etmişdir. O bir neçə dəfə Namiqin istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrə zəng edərək Qəbələ rayonunda olan mülk işi ilə bağlı maraqlanmış, hər dəfə Namiq narahat olmaması, pul və sənədlərin surətini tam şəkildə Qəbələ rayon məhkəməsinə işləyən hakimə verdiyini, çox qısa müddət ərzində qətnamənin qəbul ediləcəyini demişdir. Bundan başqa Namiq bir neçə dəfə onu və Gülnarı birlikdə Qəbələ rayon məhkəməsinə gedib avtomobildə gözlədərək özünün hakimlə danışmaq üçün məhkəməyə daxil olacağını deyib içəri daxil olaraq bir neçə dəqiqə sonra çıxıb hələ qətnamənin hazır olmadığını demişdir. 2021-ci ilin yay aylarında Namiqə Gülnar zəng edən zaman ona növbəti gün Qəbələ rayon məhkəməsinə getməli olduğunu, artıq qətnamənin hazır olduğunu demişdir. Növbəti gün o, Gülnarla birlikdə Namiqə məxsus avtombillə Qəbələ rayon məhkəməsinə getmişlər. Namiq yenə avtomobildə gözlədərək məhkəməyə daxil olub təxminən yarım saat sonra çıxaraq qətnamənin hazır olmadığını demişdir. Lakin o, Namiqə inandığıüçün məhkəməyə daxil olub bu barədə soruşmamışdır. Namiq təxminən 1 il müddətində verdiyi vədlərəəməl etməməsinə görə hər dəfə Namiqdən evin sənədləşməsinin və təqaüdün düzəlməsinin nə yerdə olduğunu soruşduqda Namiq müxtəlif bəhanələr gətirərək səbrli olmalarını, evin sənədləşməsi və təqaüd məsələsi ilə bağlı bütün pulları adını demədiyi hakim və Tibbi Sosial Ekspert komisiyyasında işləyən yüksək vəzifəli tanışına verdiyini, narahat olmamalarını, evin sənədləşməsinin xx.xx.2022-ci il tarixdə hazır olacağını, təqaüdün isə xx.xx.2022-ci il tarixdə veriləcəyini demişdir. Lakin Namiq dediyi müddətdə işlər alınmadığına görə artıq Namiqin onları aldadaraq pullarınıələ keçirməsinəəmin olmuşlar. Gündəlik olaraq Namiqə zəng edib pulu tələb edərək pulu qaytarmadığı təqdirdə şikayət edəcəklərini dedikdən 1 həftə sonra Namiq onlarla görüşüb 1900 manat məlbəğində pulu Mingəçevir şəhərində yerləşən “Aztelekom”-un qarşısında öz avtomobilində Gülnara vermiş və geridə qalan 6600 manat məbləğində pul 2-3 günə verəcəyini demişdir. Lakin həmin müddətdə Namiq pulu qaytarmadığına görə Gülnar DİN-nin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs əməlləri barədə məlumat vermişdir. Şahid qismində dindirilmiş X51 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildən qohumu Zərərçəkmiş şəxs19İbrahim qızının gəlini mərhum X11 adına Ağdaş rayonu, Nemətabad kəndində olmuş 50 sot torpaq sahəsinin 14 hektar (sot) hissəsi həmkəndliləri X57 tərəfindən zəbt olunmaqla həmin torpaq sahəsində tikinti işləri aparılmış və həmin tarixdən də torpaq sahəsi üzərində mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs19 onun qohumu olmaqla bərabər Zərifə ilə birlikdə yaşadığına görə daimi olaraq mübahisəli torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs19 onunla məsləhətləşdiyinə görə həmin torpaq sahəsindən məlumatı olmuşdur. 2015-2016-ci il tarixlərdə Zərərçəkmiş şəxs19 gəlini bir neçə dəfə mübahisəli torpaq sahəsinə görə Ağdaş rayon məhkəməsinə müraciət etsə də, məhkəmə həmin torpaq sahəsinin 14 sot hissəsinə görə Sahib Xudiyevin qanunsuz olaraq əldə etdiyini düşündüyü reysterdən çıxarışı olduğuna görə qətnaməni Sahibin xeyrinəçıxarmış və torpaq sahəsi Sahibdə qalmışdır. Lakin onun Sahibin torpaq sahəsinə görə reysterdən çıxarışının konkret olaraq saxta olub-olmaması barədə məlumatı yoxdur. Bununla bağlı olaraq təxminən 2018-ci il tarixdə Zərərçəkmiş şəxs19 oğlu X1 İnzibati-İqtisad məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra Şəki İnzibati-İqtisad məhkəməsinin mübahisəli torpaq sahəsinə görə Zərərçəkmiş şəxs19 ailəsinin xeyrinə qətnaməçıxardığını və həmin qətnamənin təsdiq olunmasıüçün yenidən yerli məhkəməyə müraciət etməli olmaları barədə onlara məlumat verildiyini Zərifədən eşitmiş vəövladı Bakışəhərində ali təhsil müəssəsinə daxil olduğuna görə o, Bakışəhərinəövladının yanına köçmüşdür. Mobil telefonla Zərifə iləəlaqə saxlayıb torpaq sahəsi ilə bağlı maraqlanan zaman Zərifə Mingəçevir şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs adlışəxslə tanış olduğunu, həmin şəxsin mübahisəli torpaq sahəsinin ona geri qaytarılması ilə bağlı bütün sənədləşmə işlərini Ağdaş rayon Məhkəməsində və Şəki İnzibati-İqtisad Məhkəməsində, eləcə də Yevlax regional Torpaq şöbəsində, yəni Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri xidmətində işləyən yüksək vəzifəli tanışlarının vasitəsi ilə asanlıqla həll edə biləcəyini, bunun üçün həmin vəzifədə işləyən tanışlarına müəyyən məbləğdə pul vermək lazım olacağını deyib, işi öz öhdəsinə götürdüyünü, Namiqə bunun qarşılığında müəyyən məbləğdə pul verdiyini, Namiqin sənədləşmə işləri yekunlaşdıqdan sonra 50 sot torpaq sahəsini 150.000 manata satacağını ona demişdir. O, Mingəçevir şəhərinə geri qayıdaraq Zərifənin yaşadığı evdə qalan zaman Təqsirləndirilən şəxs bir neçə dəfə Zərifənin evində görmüş, hər dəfə Namiq evə gələn zaman müxtəlif bəhanələr gətirərək Zərifəyə narahat olmamağı, mübahisəli torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin getdiyini, çox hissəsinin həll olunduğunu, ekspertlərin işə cəlb olunduğunu, səbrli olmağını, özünün dəfələrlə mübahisəli torpaq sahələri üzrə məhkəmədə işlərdə vəkil kimi iştirak etdiyini, özünün tanınmış vəkil olduğunu, Mingəçevir və ya başqa rayonlarda kimdən soruşsalar Namiq haqqında xoş sözlər deyildiyini, yüksək vəzifəli şəxslərlə genişəlaqəsi olan şəxs olduğunu demişdir. O bir neçə dəfə Zərifənin evinə Namiq gələn zaman Namiqdən mübahisəi torpaq sahəsi ilə bağlı Zərifənin işini kimin vasitəsi ilə həll etdiyini soruşduqda Namiq uzun müddətdir vəkil fəaliyyəti ilə məşğul olduğuna görə işi Ağdaş rayon Məhkəməsində vəŞəki İnzibati-İqtisad Məhkəməsində hakimlər, eləcə də Yevlax regional Torpaq şöbəsində, yəni Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri xidmətində, Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli tanışlarının vasitəsi ilə həll etdiyini, Zərifədən aldığı pulları da qeyd etdiyi qurumlarda işləyən yüksək vəzifəli şəxslərə verdiyini demişdir. O, Namiqdən qeyd etdiyi vəzifələrdə işləyən şəxslərin adının kim olmasını soruşduqda Namiq ona yalnız olaraq Yevlax regional Torpaq şöbəsində, yəni Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri xidmətində Səxavət müəllimin adınıçəkərək digər qurumlarda işləyən yüksək vəzifəli tanışlarının adını hallandıra bilmədiyini, əgər onların adınıçəksəözünə problem olacağını demişdir. O, Namiqlə tanış olan anadək olan müddət ərzində Zərifə Təqsirləndirilən şəxs 23000 manat məbləğində pul verdiyini demişdir. Təxminən 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs19 Namiqin ona artıq mübahisəli torpaq sahəsi ilə bağlı işin həll olunma mərhələsinin artıq yekunlaşdığını, işin tam həll olunması məqsədi iləəlavə olaraq 2000 manat məbləğində pul istədiyini dediyini, özünün maddi vəziyyəti hazırda aşağı olduğuna görə həmin məbləğdə pulu ona verməsini, Namiq torpaq sahəsini satdıqdan sonra borcunu geri qaytaracağını, hazırda Namiqin onu gözlədiyini demişdir. O da günorta saatlarında özünə məxsus olan 2000 ABŞ dolları olan xarici valyutanı götürüb Zərifə ilə birlikdə Mingəçevir şəhərində pulu dəyişərək Zərifəyəözünün də maddi vəziyyətinin aşağı olduğunu deyib 1800 manat məbləğində pulu Namiqə verməsi üçün Zərifəyə təqdim etmişdir. Zərifə Namiqin mobil nömrəsini verərək ona zəng edərək olduqları yer barədə məlumat verməsini və Namiqin gəlib pulu götürməsini deməsini xahiş etmişdir. O da Namiqin istifadəsində olan ya ***-***-**-**, ya da ***-***-**-** mobil nörməsinin birinə zəng edərək Mingəçevir şəhəri, Mərkəzi Bazarın yaxınlığında olduqlarını, pulun hazır olduğunu demişdir. Təmxinən yarım saat sonra Namiq olduqlarıünvana qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamaıdığı “KİA” markalı avtomobil ilə gəlmişdir. Zərifə xanım 1800 manat məbləğində pulu onun yanında Təqsirləndirilən şəxs təqdim etmişdir. Namiq pulu götürüb saydıqdan sonra Zərifəyə ona 2000 manat məbləğində pul gətirməsini dediyini, 200 manat pulun çatmadığını demişdir. Həmin vaxt Zərifə 1.800 manat məbləğində pulu borc taparaq əldə etdiyini, imkanı olmadığını dedikdə Namiq başını bulayaraq həmin pulun üzərinə özünün məcbur olub pul qoyub Ağdaş rayon məhkəməsində işi həll edən adını demədiyi hakimə verəcəyini, torpağın artıq sənədlərinin tam olaraq hazır olduğunu, özünün də məhkəməyəəlavə 3000 manat pul verdiyini, torpağın sənədləri düzəldikdən sonra onu 150.000 manata satacağınıözünün də pulunu oradan götürəcəyini, torpaq sahəsini alan adını demədiyi şəxsin artıq 150.000 manat pulu hazırladığını, az bir hissəsinin qaldığını, bir-iki ay müddətində sənədləşmə işinin yekunlaşmaqla torpağın adını demədiyi şəxsə satılacağını demişdir. Təxminən 2 ay müddətində hər dəfə o və Zərifə Namiqin istifadəsinə olan mobil nömrələrə zəng edib və Namqin Mingəçevir şəhəri, Tələbə Poliklinikasının yataqxanasının birinci mərtəbəsində yerləşən ofisinə gedib iş barədə maraqlanan zaman Namiq müxtəlif bəhanələr gətirərək işin yekunlaşdığını, məhkəmənin xeyirlərinə qətnaməçıxardığını, Ağdaş rayon məhkəməsi vəŞəki İnzibati-İqtisad məhkəməsində torpaq məsələsi ilə bağlı işləri udduğunu, məhkəmə qərarlarının onda olduğunu, lakin həmin sənədləri hazırda torpaq sahəsini 150.000 manat pula almağa hazırlaşan adını demədiyi şəxsə verdiyini, narahat olmamağı demişdir. Namiq hər dəfə belə bəhanələr gətirməklə işi yubatdığını, məsələnin 2 ildir davam etməklə Zərifədən 25.000 manat məbləğində pul alıb vədinəəməl etmədiyini görüb Namiq barəsində 2022-ci ilin ortalarında şəhərdə maraqlanan zaman Namiqin bir neçə nəfər şəxsi aldadaraq pulunu ələ keçirdiyini, Vəkillər Kollegiyasının üzvü olmadığınıöyrəndikdən sonra Zərifəyə bu barədə məlumat vermişdir. X60 aldatmayacağını, dəfələrlə onun yaşadığı evə gəldiyini, Namiqin onun evində neçə dəfə qonaq olduğunu, torpaq sahəsi ilə bağlı bir neçə dəfə Namiqlə birlikdə Ağdaş rayon məhkəməsinə getdiyini, Namiqin məhkəməyə onun işi ilə bağlı daxil olduğunu şəxsən özünün gördüyünü deyib onun sözlərinə inanmamışdır. O, sonra Zərifəyə aldandığını sübut etmək məqsədi ilə ona birlikdə Namiqin ofisinə gedərək torpaq sahəsini 150.000 manat məbləğində pul qarşılığında almaq istəyən şəxsi gətirməsini, üzləşdirməsini tələb etmələrini deməməsini, bundan sonra ona inanacağını demişdir. 2022-ci ilin ortalarıında Zərifə ilə birlikdə Namiqin Mingəçevir şəhərində yerləşən ofisinə gedərək Namiqdən torpaq sahəsini almaq istəyən şəxsi onlarla tanış etməsini israrla tələb etdikdən sonra Namiq həmin şəxsi tanış edəcəyini, həmin şəxsin Mingəçevir şəhərində tikinti işi ilə məşğul olduğunu, Zərifənin gəlinin adına olan torpaq sahəsini alıb həmin torpaq sahəsində tikinti materilları mağazası tikəcəyini, lakin həmin şəxsin hazırda şəhərdə olmadığını, onunla danışıb 1-2 günə görüşdürəcəkləri demişdir. Təxminən 2 gün sonra axşam saatlarında Namiq onun istifadəsində olan mobil nömrəyə zəng edərək torpaq sahəsini almaq istəyən şəxsin onun ofisində olduğunu, Zərifə xanımla birlikdə gəlib onunla görüşüb torpaq sahəsi ilə bağlıətraflışəkildə söhbət edə biləcəklərini, onları gözlədiyini demişdir. O Zərifəyə bu barədə məlumat verdikdən sonra Zərifə səhhətində olan problem görəözünü yaxşı hissə etmədiyini, buna görə də ona gedib həmin şəxslə tanış olmasının demişdir. O, tək getməməsi üçün uzaq qohumu Mingəçevir şəhər sakini Şahid13 məlumat verib onunla birlikdə həmin ofisə gedib birlikdə ofisə daxil olan zaman ofisdə Təqsirləndirilən şəxs otaqda bir nəfər əvvəllər heç vaxt görmədiyi təxminən 50 yaşda olmaqla, 1.75 sm boyunda, arıq bədən cüssəli şəxs ilə birlikdə oturduğunu görmüşlər. Namiq otaqda ona və Nurullaha həmin şəxsi təqdim edərək adının Əli olduğunu, Zərifəyə aid olan 50 sot torpaq sahəsini həmin şəxsin alacağını demişdir. Bundan sonra həmin şəxs özünü təqidm edərək tikinti işləri ilə məşğul olduğunu, həmin torpaq sahəsinə baxış keçirdiyini, həmin torpaq sahəsində obyekt tikmək məqsədi ilə torpaq sahəsini almaq istədiyini, lakin təklif etdikləri 150.000 manat məbləğin çox olduğunu, biraz pulu aşağı salmalarını, həmin torpaq sahəsinə görə yalnız olaraq 140.000 manat məbləğində pul verib torpaq sahəsini alacağını, Namiq tərəfindən hazırlanmış sənədlərin onda olduğunu, razılaşdıqları təqdirdə Rusiya Federasiyasında yaşayan adını demədiyi qardaşının 1 ay müddətinə gələcəyini və alqı-satqı müqaviləsinin bağlanacağını deyib istifadəsində olan ***-***-**-** mobil nömrəni ona təqdim edərək istifadəsində olan mobil nömrə olduğunu demişdir. Namiq də həmin vaxt müdaxilə edərək narahat olmamalarını, Əli müəllimin etibarlı adam olduğunu deyib onu inandırmağa çalışmışdır. Lakin o, Namiq vəƏli adlışəxsin yalan danışdığını güman edib onunla razılaşdığını yalandan deyərək artıq neçə il müddətdir bu məsələnin uzandığını dedikdə Namiq narahat olmamalarını demişdir. O evə gələrək Zərifəyə bu barədə məlumat verib Namiqin onları aldatdığını desə də, Zərifə bir qədər səbirli olmalarını, əgər iş alınmasa Namiqdən şikayət edəcəklərini demişdir. Lakin təxminən 2 ay müddətində 2 dəfəözünüƏli kimi təqdim edən şəxsin ***-***-**-** mobil nömrəsinə zəng edən zaman həmin şəxs müxtəlif bəhanələr gətirərək qardaşının səhhətində problem olduğunu, hazırda Bakışəhərində olduğunu, 140.000 manat pulun qardaşında olduğunu, qardaşı gələn kimi əlaqə yaradacağını desə də, bir müddət sonra nə Namiqin nə dəözünüƏli kimi təqdim edən şəxsin mobil nörməsinə zəng çatmamışdır. Artıq Zərərçəkmiş şəxs19 Təqsirləndirilən şəxs onun da mobil nömrələrinə cavab vermədiyini, nə torpaq sahəsinə dair məhkəmə qətnaməsi, nə də verdiyi pulu ona qaytarmadığına görə Namiqin 25.000 manat məbləğində pulunu aldadarq ələ keçirdiyinəəmin olduğunu ona deyib həmin pulu almaq məqsədi ilə Namiqin evinə gedərək pulu istəməsini xahiş etmişdir. O, təklikdə Namiqin Mingəçevir şəhərində yerləşən evinin ünvanınıöyrənərək evə gedib Namiqə Zərərçəkmiş şəxs19 aldadaraq pulunu ələ keçridiyini, verdiyi vədlərəəməl etmədiyini, buna görə 25000 manat məbləğində pulu geri qaytarmasını, yoxsa Zərifənin ondan hüquq mühafizə orqanlarına şikayət edəcəyini dedikdə Namiq pulun onda olmadığını, Zərifədən aldığı pulları Ağdaş rayon Məhkəməsində vəŞəki İnzibati-İqtisad Məhkəməsində hakimlər, eləcə də Yevlax regional Torpaq şöbəsində, yəni Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri xidmətində, Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsində, ekspertiza mərkəzində işləyən yüksək vəzifəli tanışlarına verdiyini, işin alınacağını, torpaq sahəsini almaq istəyən şəxsin qardaşının pulu hazırladığını, Zərərçəkmiş şəxs19 tərəfindən verilən pulların onda olmadığına görə geri qaytara bilməyəcəyini, ona görə də bir neçə gün səbrli olmalarını demişdir. Lakin həmin müddət ərzində də Namiq 50 sot torpaq sahəsinə görə sənədi və Zərifədən aldığı 25.000 manat pulu geri qaytarmamışdır. Bir neçə gün sonra da 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs19 Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək pulun ələ keçirməsi barədə Mingəçevir ŞPŞ-nəərizə ilə müraciət etmişdir. Onun bildiyi qədəri ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs19 aldadaraq ələ keçirdiyi 25.000 manat məbləğində puldan heç bir məbləğdə pul geri qaytarmamışdır. Həmçinin Mingəçevir RPŞ-də cinayət işi istintaq olunan zaman Təqsirləndirilən şəxs Zərifədən əlavə bir neçə nəfər şəxsə qarşı da dələzuluq edərək pullarınıələ keçirdiyini öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid14 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs19 övladları Rusiya Federasiyasında işlədiyinə görə yaşadığı evdə tək qalmış, arada bir qohumu Nərgiz Alıyeva həmin evə gələrək bir müddət Zərifə xanımla qalmaqla onun qayğısına qalmışdır. Nərgiz olmadığı müddət ərzində isə o, Zərifənin hər gün evinə gedərək başçəkmişdir. Təxminən 2019-cu ilin yay aylarında Zərərçəkmiş şəxs19 evinə təklikdə gedən zaman Zərifənin ağladığını görüb onu özünə ana kimi hissə etdiyi üçün Zərifədən ağlamasının səbəbini soruşduqda Zərifə Ağdaş rayonu, Nemətabad kəndidnə yerləşən gəlini Zərif Kərimovanın adına 50 sot torpaq sahəsi olduğunu, lakin həmkəndlisinin həmin torpaq sahəsindən 14 sot hissəni zəbt etdiyinə görə torpaq sahəsinin geri qaytarılaraq sənədləşmə işlərinin aparılmasıüçün Namiq adlı vəkil tutduğunu, həmin vəkilə torpaq sahəsini ona geri qayatrılmasıüçün müəyyən müəyyən məbləğdə pul verdiyini, hazırda da 4400 manat məbləğində pulu səhəri gün Namiq adlı vəkilə verməsi üçün onunla görüşməyə gedəcəyini demişdir. Həmin gün axşam saatlarında Zərifənin Rusiya Federasiyasında yaşayan oğlu Mircəfər mobil telefonla zəng edərək anası Zərifənin qoca olduğunu anası Zərifənin növbəti gün Namiq adlı vəkillə görüşüb 4.400 manat pulu ona verəcəyini, buna görə də Zərərçəkmiş şəxs19 ilə birlikdə getməsini xahiş etmişdir. O Müzəffər ilə razılaşıb növbəti gün saat 11 radələrində Zərifə ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev parkının yaıxnlığında, Tələbə Poliklinikasının yataqxanasının birinci mərtəbəsində yerləşən ofisə getmişlər. Həmin ofisə daxil odluqdan sonra əvvəllər heç vaxt görmədiyi sonradan adlarını bildiyi Türkan və Namiq adlışəxsin birlikdə ofisdə olduğunu görmüşdür. Namiq Zərifəni qarşılayıb hal-əhval tutduqda sonra Zərifə Namiqdən torpaq məsələsi ilə bağlı işin hansı mərhələdə olduğunu soruşduqda Namiq Zərifəyə artıq sənədləşmə işlərinin getdiyini, narahat olmamağı, qısa müddət ərzində işin alınacağını, vəkil kimi bu işlə tam ciddiyyətlə məşğul olduğunu demişdir. Həmin vaxt Zərifə onun və Türkanın yanında ofisdə 4.400 manat məbləğində pulu çantasından çıxarıb yanında Namiqə vermişdir. Namiq pulu götürüb saymadan ofisdəçəkməcəyə qoyub Zərifəyə narahat olmamağı, Zərifəni öz anası kimi bilib işə can yandırdığını, həmin pulu məhkəmədə işləyən adını demədiyi hakimlərə verəcəyini demişdir. Sonra o, Zərifə ilə birikdə ofisdən çıxıb evə getmişlər. Təxminən 2020-ci ilin oktyabr ayında günorta saatlarında yaşadığı ev gələn zaman Namiqi və Türkanı Zərifənin yanında həyətdə görüb Zərifədən həmin şəxslərin hansı məqsədlə gəldiyini soruşduqda Zərifə ona həmin ərəfədə davam edən İİ Qarabağ Müharibəsi iləəlaqədar olaraq cəbhədə döyüşəməliyyatlarında iştirak edən hərbiçilərə yardım məqsədi ilə həyətyanı sahəsindən xurma məhsulu yığmağa gəldiklərini demişdir. O həmin şəxlərlə görüşmədən evinə daxil olmuşdur. Təxminən 2 ay sonra Zərifənin Rusiya Federasiyasında yaşayan gəlini Zərif Kərimova uzun sürən xəstəlikdən sonra öldüyündən Mingəçevir şəhərində yerləşən Zərifənin evində yas mərasimi təşkil edilmişdir. Zərərçəkmiş şəxs19özümə mənəvi ana kimi qəbul etdiyindən Zərifəyə dar günüdə yas mərasimində köməklik etmişdir. Təxminən günorta saatlarında Zərifənin yanında yasda olarkən Namiqin yasa gəldiyini görmüşdür. Namiq onun yanında Zərifəyə yaxınlaşaraq baş sağlığı verdikdən sonra torpağın sənədlərinin hazır olduğunu, yaxın zaman da torpağın satışa çıxarılacağını deyib utana-utana sənədləşmə işlərinin həll edilməsi məqsədi ilə adını demədiyi işi həll edən vəzifəli şəxslərin 1700 manat məlbəğində pul istədyini, həmin pulun da təcili olaraq çatmalı olduğunu demişdir. Həmin vaxt yas mərasimi artıq yekunlaşmaqla yasa görə Zərifə pul yığdığını ona deyib həmin puldan 1.700 manat pulu Namiqə verəcəyini deyib Namiqə bir qədər gözləməsini, evə gedib pulu götürüb gələcəyini demişdir. Təxminən 10 dəqiqə sonra Zərifə 1700 manat məbləğində pulu onun yanında Namiqə vermişdir. Namiq həmin vaxt yasa tək gəlmiş, pulu yasda iştirak etdikdən sonra almışdır. Təxminən 2021-ci ilin aprel ayında o, Zərifənin evində olarkən Zərifə Namiqin torpaq sanədlərinin qaydasına olmadığını, buna görə 1500 manat pul istədiyini, ona köməklik etməsini xahiş etmişdir. Lakin o, Zərifəyə maddi vəziyyəti aşağı olduğuna görə pulu olmadğını dedikdən sonra Zərifə 2021-ci ilin aprel ayında ruhi xəstə olan Düriyyə adlı qızının adına Mingəçevir şəhərində yerləşən “Unibank” bankdan 1.500 manat məbləğində kredit götürmüşdür. X81 kreditə götürdüyü 1.500 manat pulu Namiqə verdiyini demişdir. Lakin o, həmin hadisənin şahidi olmamışdır. Hər dəfə Zərifənin evinə gedən zaman Zərifə Namiqin ona verdiyi vədəəməl edəcəyini, torpaq sahəsini ona geri qaytaracağını demişdir. Zərifənin deməsinə görə Namiqə torpaq sahəsinə görə təxminən 25.000 manat məbləğində pul vermiş, lakin Namiq Zərifəni aldadaraq verdiyi vədlərəəməl etməyib pullarıələ keçirmiş, həmin puldan heç bir məbləğ geri qaytarmamışdır. Sonradan Mingəçevr şəhərində bir neçə nəfərdən Namiqin Zərifədən əlavə başqa şəxslərə qarşı da dələduzluq edərək pullarınıələ keçirdiyini eşitmişdir. Şahid qismində dindirilmiş Şahid12 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında tanımışdır. Belə ki, dayısı X43 İ Qarabağ Müharibəsinin iştirakçısıdır və müharibə zamanı səhhətində problemlər yaranmşdır. Həmin vaxt səhhəti iləəlaqədar olaraq müharibədə iştirakı ilə bağlı olaraq sənədlərini əldə edə bilməmişlər. İlhamın veteranlıq təqaüdü almasıüçün bir neçə yerə müraciət etsələr də müsbət cavab almamışlar. Lakin 2021-ci il avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən sorğuya cavab olaraq X20 keçdiyi döyüş yolu ilə bağlı olaraq məlumat verilmişdir. Bundan sonra həmin məlumatıəldə etmələri ilə bağlı olaraq Mingəçevir şəhərində Səfərbərlik və Hərbi xidmətəçağırış komitəsinə getmişlər. X88 Məhkəməsinə müraciət edərək veteranlıq məsələsini həll edəcəkləri və bunun üçün yaxşı vəkil tapsalar işin qısa müdətdə həll oluna biləcəyini demişlər. 2021-ci ilin avqust ayında M.Maqomayev prospektində həyətdə olan zaman məhəllə sakinləri ilə danışan zaman İlhamın məsələsi ilə bağlı məlumat vermiş və vəkil lazım olduğunu demişdir. Həmin ərəfələrdə də anası xəstə olduğundan bu işlə məşğul ola bilməmişdir. Həmin vaxt mərhum İmi adlışəxs ona Namiq adlı vəkilin olduğunu və onun torpaqla bağlı məsələsinin həll edilməsinə köməklik etdiyini demişdir. O da anasına bu barədə dedikdən sonra onunla razılaşmış və birlikdə Namiqin yanına getmişlər. Danışıqlar zamanı Namiq heç bir narahatçılıq olmadığını işin həll olunması barədə arxayınlıqla danışmasından Namiqə aldanmışlar. Namiq işin 1500 manata 3 ay müddətində həll olunacağını demişdir. 2022-ci ilin yanvar ayında Namiq rüsumların ödənilməsi üçün 500 manat vermələrini istəmiş və o anası Şəfa ilə birlikdə Namiqin ofisinə gedərək 500 manat pulu Namiqə vermişlər. 2022-ci ilin mart ayında Namiq yenidən əlaqə saxlayaraq sənədlərin məhkəmədən Müdafiə Nazirliyinə gedəcəyini, oradan şəhər icra hakimiyyətinə göndəriləcəyini demişdir. Buna görə də Namiq dövlət rüsumlarının olduğunu demiş 2022-ci ilin mart ayında 200 manat pul istəmişdir. O, rüsumlarıödəməsi üçün Namiqin ofisinə gedərək 200 manat vermişlər. Təxminən 1 ay sonra 2022-ci ilin aprel ayında Namiq yenidən əlaqə yaradaraq rüsumların ödənməsi üçün əlavə 300 manat da lazım olduğunu demişdir. Onlar Namiqdən nəüçün bu qədər rüsumun olmasını soruşduqda isə Namiq rüsumların artdığını bildirmiş və həmin rüsum da ödəndikdən sonra 10 noyabr 2022-ci il tarixdə veteranlıq təqaüdünün tam şəkildə hazır olacağını demişdir. Keçən müddət ərzində də dəfələrlə Namiqdən işin nə yerdə olmasını soruşduqda hər dəfə müxtəlif bəhanələrlə işin həll olunduğunu, sənədləşmə işlərinin qaydasında getdiyini deyərək onları aldatmışdır. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 Nurməhhəməd oğlu ilə eyni vaxtda hərbi xidmətdə olmuşlar və həmin vaxtdan etibarən 43 ildir ki, bir-birilərini yaxından tanımışlar və yaxın münasibətləri olmuşdur. 2021-ci ilin sentyabr ayında Ələs ona yaxınlaşaraq Namiqin arvadı Şahid3ın aldığı təqaüdün 2021-ci ilin noyabr ayında kəsilməməsinə köməkilik etmək üçün də 3000 manat pul lazım olduğunu demişdir. O, Ələsin pis vəziyyətdə qalmaması üçün 2021-ci ilin sentyabr ayının ortalarında yaşadığı evdə 3000 manatı olmadığı üçün Ələsə 2.500 manat pul vermişdir. Təxminən 1 həftə sonra da Ələsə 500 manat pul vermişdir. Ələs həmin pulları da verən zaman yanlarında olmasa da, Ələs pulu verdiyini bildirmişdir. Eyni zamanda Ələs aylıq 250 manat da arvadının təqaüdündən olmaqla ümumilikdə borcunu ödəmək üçün aylıq 500 manat verəcəyini demişdir. Lakin Ələsin pulu verməsindən 1 il keçməsinə baxmayaraq Namiq Ələsin arvadının təqaüdünün düzəlməsinə köməklik etməmişdir. Namiq müxtəlif bəhanələr gətirərək verdiyi vədinə əməl etməmişdir. Şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 uzun müddətdir ki, tanımış, onunla yaxın münasibəti olmuşdur. Elbrusun oğlu Bəhruz cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həbsxanada saxlanılmışdır. Təxminən xx.xx.2021ci il tarixdə Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən mağazada olan zaman Elbrus da oraya gəlmişdir. Elbrus oğlu Bəhruzu həbsdən çıxarmaq üçün Namiq adlı vəkillə danışdığını, həmin şəxsin Bəhruzu həbsdən çıxarmasıüçün 7.000 (yeddi min) manat pul istədiyini, həmin məbləğdə pulu olmadığından ona 7.000 manat borc pul verməsini istəmişdir. X55 həbsdən çıxma məsələsinin 7.000 manata həll oluna bilməyəcəyini demişdir. Çünki Bəhruzun cinayət işində zərərçəkmişşəxslərin şikayətləri hələ götürülməmişdir. Elbrus həmin Namiq adlışəxslə danışdığından o, artıq Namiqlə heç bir danışıq etməmişdir. İki gündən sonra xx.xx.2021-ci il tarixdə Namiqə pulu verən vaxt o, Elbrusa pulu ona məxsus mağazada verməsini, həmin vaxt birlikdə olmalarını, ən azından pulun verilməsində iştirak etmələrini demişdir. Həmin gün saat 16-17 radələrində o, Elbrus və dostu Vüqar mağazada olan zaman Namiq də gəlmişdir. Həmin vaxt o, ilk dəfə Namiqi görmüşdür. O pulu Namiqə verməmişdən əvvəl işin həll olunması ilə bağlı söz verməsini, Bəhruzun həbsdən azad olunmayacağı halda pulu ondan geri alacaqlarını demişdir. Namiq 3 ay ərzində Bəhruzu həbsdən çıxaracağını, onu həbsdən çıxarmayacağı halda pulu qaytaracağını demişdir. Həmin vaxt Namiqə 7.100 manat pul vermişlər. Həmin pulun 7.000 manatını Elbrus ondan almış, 100 manat pulu isə zəhmət haqqı kimi özü Namiqə vermişdir. Pulu verəndən 3 ay sonra Namiqləəlaqə saxlayaraq iş alınmadığıüçün pulu qaytarmasını istəmişdir. Namiq hər dəfə müxtəlif bəhanələr gətirməklə 20 gün də gözləmələrini demişdir. Həmin vaxt Namiqlə danışıqları telefon vasitəsilə qeydiyyata almışlar. Pulu Namiqə verdikdən sonra təxminən 3-4 dəfə onunla görüşərək pulu verməsini istəmişdir. Lakin Namiq pulu verməmiş və yenə də bəhanələr gətirmişdir. Beləliklə, Namiq aldığı 7.100 manat pulu geri qaytarmamışdır. Şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid5 onun dostudur və Mingəçevir şəhəri, M.Maqomayev prospektində təkər mağazası işlədir. Zərərçəkmiş şəxs3 da Etibarın yanına gəlib gedən zaman şəhər sakini kimi tanımışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 16-17 radələrində Etibarın mağazasına getmişdir. Həmin vaxt Elbrus da mağazada olmuşdur. Onlar aralarında Elbrusun həbsdə oğlu Bəhruzun həbsdən çıxarılmasıüçün Namiq adlı vəkillə danışdıqlarını və Namiqin bir qədər sonra mağazaya gələcəyini, həmin şəxsə 7.100 manat pul verəcəklərini bildirmişlər. Həmin vaxt o, pulun verilməsi zamanı danışıqları mobil telefon vasitəsilə səsləri yazacağını demişdir. Sonra həmin Namiq gəlmiş, Namiqlə danışıqlar olmuş və Namiqə Bəhruzun həbsdən çıxarılmasına köməklik etməsi üçün 7.100 manat pul verilmişdir. Namiq 3 ay ərzində Bəhruzun həbsdən çıxma məsələsini həll edəcəyini, əgər işi həll edə bilməsə pulu qaytaracağını bildirmişdir. Lakin həmin hadisəsinin üzərindən xeyli müddət keçməsinə baxmayaraq hələ də Namiq Ebrusun onun və Etibarın yanında verdiyi 7.100 manat pulu qaytarmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2001-ci ildən Mingəçevir şəhəri Günəşli bağ massivinə köçmüş, 2003-cü ildən Zərifə də həmin bağ massivinə köçmüşdür. Elə həmin vaxtdan Zərifəni tanımışdır. Zərifə ilə qonşu kimi münasibəti yaxşı olmuşdur. Xatırladığı qədəri ilə 2019-cu il tarixdəözünü Zərifəyə vəkil kimi təqdim edən Zamanov X30 evinə gəlib-getməyə başlamışdır. Belə ki, Namiqin deməsinə görə, Zərifəyə məxsus Ağdaş rayonu, Aşağı Nemətabad kəndində yerləşən torpaq sahəsinin sənədləşdirilməsinə kömək etməli olmuşdur. O, Zərifənin yaşadığı küçədən 2 küçə aralıda yaşadığından hərdən Zərifəyə başçəkmək üçün onun həyətinə gəlmiş və Namiqi də təxminən 3-4 dəfə Zərifənin evində görmüşdür. Namiqi hər dəfə Zərifənin evində görəndə Zərifəyə işinin həll olunacağını narahat olmamasını demişdir. 2021-ci ilin təxminən iyun ayında yaşadığı bağ massivindən 8 saylı avtobusla şəhərə bazara gələn zaman avtobusda Zərifə ilə rastlaşmışdır. Həmin vaxt X47 şəhəri, H.Əliyev adına parkın yaxınlığında yataqxananın birinci mərtəbəsində yerləşən ofisinə getdiyini və onunla getməsini istəmişdir. Zərifə Namiqə torpağın sənədləşdirilməsinə köməklik etməsi üçün 2.000 manat pul verəcəyini demişdir. O da Zərifə ilə birlikdə ofisə getmiş və orada Zərifə onun yanında Namiqə 2.000 manat pul vermişdir. Həmin vaxt ofisdə başqa heç kim olmamışdır. Həmçinin Zərifənin gəlini Zərif Kərimovanın 2020-ci ilin dekabr ayında yas mərasimi olan zaman da Namiq yasa gələrək Zərifəni kənara çəkmiş və ondan pul istəmişdir. Həmin vaxt Zərifə yas mərasimindən yığılan 1.000 manat pulu Zərifə Namiqə vermişdir. Bundan sonra isə Zərifənin evində olan zaman ağladığını görmüş və ZərifəNamiqin onu aldatdığını, işini həll etmədiyini bildirmişdir. Həmçinin o, bildiyi qədəri ilə Namiq Zərifənin 15.000 manat çox pulunu ələ keçirmişdir bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid X28 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin ortalarında uzaq qohumu olan Nərgiz Alıyevə mobil telefonla ona zəng edərək Zərərçəkmiş şəxs19 Ağdaş rayonu, Nemətabad kəndində yerləşən 50 sot torpaq sahəsinin 14 sot hissəsinin həmin kənd sakini tərəfindən zəbt edildiyini, Zərərçəkmiş şəxs19 da Mingəçevir şəhərində Namiq adlı vəkil vasitəsi ilə həmin torpaq sahəsini geri qaytarmağa çalışdığını, Namiq adlı şəxsin ondan həmin torpaq sahəsini geri qaytarmaq məqsədi ilə xeyli midarda pul aldığını, guya həmin torpaq sahəsinin tam sənədləşdirdikdən sonra 150.000 manat məlbəğində pul qarşılığında kiməsə satacağını vəd etdiyini, hazırda Namiq adlışəxsin torpaq sahəsini alacaq şəxslə birlikdə Mingəçevir şəhərində yerləşən ofisində onu gözlədiyini, Namiqin Zərərçəkmiş şəxs19 aldatdığını düşündüyünü, o, əvvəl X48 işlədiyinə görə görüşə birlikdə getmələrini xahiş etmişdir. Zərərçəkmiş şəxs19 onun yaxın dostunun anası olduğuna görə Nərgizin təklifi ilə razılaşmış vəözünə məxsus avtomobillə Nərgizlə birlikdə Mingəçevir şəhəri, Tələbə Poliklinikasının yataqxanasının 1-ci mərtəbəsində yerləşən üzərində “vəkil Təqsirləndirilən şəxs” reklamı yazıları olan ofisə getmişlər. Ofisə Nərgizlə birlikdə daxil olan zaman ofisdəözünü vəkil kimi təqdim edən, əvvəl heç vaxt görmədiyi, tanımadığı Təqsirləndirilən şəxs otaqda təxminən 50 yaşda olmaqla, 1.75 sm boyunda, arıq bədən cüssəli şəxs ilə birlikdə oturduğunu görmüşlər. Namiq otaqda ona və Nərgizə həmin şəxsi təqdim edərək adının Əli olduğunu, Zərifəyə aid olan 50 sot torpaq sahəsini həmin şəxsin alacağını demişdir. Bundan sonra həmin şəxs Nərgizəözünü təqdim edərək tikinti işləri ilə məşğul olduğunu, həmin torpaq sahəsinə baxış keçirdiyini, həmin torpaq sahəsində obyekt tikmək məqsədi ilə torpaq sahəsini almaq istədiyini, lakin Zərərçəkmiş şəxs19 təklif etdiyi 150.000 manat məbləğin çox olduğunu, biraz pulu aşağı salmalarını, həmin torpaq sahəsinə görə yalnız olaraq 140.000 manat məbləğində pul verib torpaq sahəsini alacağını, Namiq tərəfindən hazırlanmış sənədlərin onda olduğunu, razılaşacaqları təqdirdə Rusiya Federasiyasında yaşayan adını demədiyi qardaşının 1 ay müddətinə gələcəyini və alqı-satqı müqaviləsi bağlanacağını deyib istifadəsində olan ***-***-**-** mobil nömrəni Nərgizə təqdim edərək özünün mobil nömrəsi olduğunu demişdir. Namiq həmin vaxt müdaxilə edərək Nərgizə narahat olmamasını, Əli müəllimin etibarlı adam olduğunu deyib onu inandırmağa çalışmışdır. O, Əli adlışəxsin danışıdığında, hərəkətlərində və səliqəsiz geyimindən onun yalan danışdığını düşünüb Əli adlışəxsə qardaşının nə işlə məşğul olduğunu soruşduqda Əli adlışəxs ona qardaşının Rusiya Federasiyasında biznesmen olduğunu, onun işlərini Azərbaycan Respublikasında özünün idarə etdiyini, şəhərdə xeyli sayda tikinti işlərinə rəhbərlik etdiyini, həmin torpaq sahəsinin şəkillərini çəkərək qardaşına atdığını, torpaq sahəsinin yolun kənarında prestejli yerdə olduğuna görə qardaşının razılıq verdiyini, qısa müddət ərzində alqı-satqı müqaviləsinin yekunlaşacağını, Namiq müəllimin bu işdə çox əziyyəti olduğunu, sənədləşmə işlərini apardığını demişdir. X89 adlışəxsə artıq neçə il müddətdir bu məsələnin uzandığını dedikdə Namiq narahat olmamasını, artıq yekun olduğunu demişdir. O, Namiqdən torpaq sahəsinin sənədləşməsi ilə bağlı işi hansı qaydada və kimin vasitəsi ilə həll etdiyini soruşduqda Namiq özünün tanınmış vəkil olduğunu, əvvəl Dövlət Təhlükəsizlik Xidmətində zabit işləməklə təqaüdəçıxdığını, genişəlaqələrə malik olduğunu, məhkəmələrdə, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri xidmətində, Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli adını demədiyi tanışları olduğunu, bütün xahişlərinin indiyə kimi vəzifəli şəxslər təərfindən yerinə yetirildiyini, Zərifə xanımın mübahisəli torpaq sahəsinə görə sənədlərinin artıq hazır olduğunu, həmin işi də məhkəmələrdə, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri xidmətində, Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli adını demədiyi tanışları vasitəsi ilə həll etdiyini, Zərifədən aldığı bütün pulları vəzifəli şəxslərə verdiyini, narahat olmamalarını demişdir. Bundan sonra o, Nərgizlə birlikdəşəhərə geri qayıtmışdır. Təxminən 3-4 ay sonra Nərgiz ona Əli adlışəxsin ilkin vaxtlarda müxtəlif bəhanələr gətirərək gah qardaşının səhhətində problem olduğunu, gah Covid-19 virusu ilə bağlı olaraq sərhədləri bağlı olduğuna görə gələ bilmədiyini deyib aldatıldığını, hazırda isə həmin şəxsin mobil nömrəsinə zəng çatmadığını, həmçinin Namiqin də zənglərə cavab verən zaman işin alınacağını yalandan vəd etdiyini dediyini bildirmişdir. O, Namiqlə bir neçə dəfə söhbət edən zaman da hər dəfə müxtəlif bəhanələr gətirib işin alınacağını, torpaq sahəsinin geri qayıdacağını və sonra 140.000 manata satılacağını demiş və o bu barədə Zərərçəkmiş şəxs19 məlumat verib Namiqin onu aldadtdığını, həmin şəxsin heç bir iş düzəltmədiyini, pulunu geri tələb etməsini demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs19 Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsi barədə Mingəçevir ŞPŞ-nəərizə ilə müraciət etdiyini, onun barəsində cinayət işin başlanıldığını eşitmişdir. Zərərçəkmiş şəxs19 deməsinə görə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 2 il ərzində ondan 25.000 manat məbləğində pulunu torpaq sahəsini sənədləşdirmək adı ilə alıb vədinəəməl etməmiş və onu aldatmışdır. Lakin o, konkret olaraq hansı məbləğdə pulun, hansı tarixdə və hansı qaydada Zərərçəkmiş şəxs19 tərəfindən Təqsirləndirilən şəxs verilməsini bilməmiş və göstərilənlərin şahidi olmamışdır. Həmçinin Mingəçevir RPŞ-də cinayət işi istintaq olunan zaman Təqsirləndirilən şəxs Zərifədən əlavə bir neçə nəfər şəxsə qarşı da dələzuluq edərək pullarınıələ keçirdiyini öyrənmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid3 qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında onlara məxsus Mingəçevir şəhəri Günəşli bağ massivində yerləşən fərdi yaşayış evində olan zaman əri Ələs, bir nəfər tanımadığı şəxslə həyətə gəlmişdir. Həmin vaxt Ələs yanında olan şəxsin adının Namiq oğlunu Mingəçevir şəhərində vəkil kimi fəliyyət göstərdiyini və təqaüdün verilməsi ilə bağlı onlara köməklik edəcəyini demişdir. Əri Ələs onun təqaüdünün 2021-ci ilin noyabr ayında kəsiləcəyi haqqında Namiqə məlumat vermiş, Namiq də həmin təqaüdün verilməsini davam etdirmək üçün 3000 manat pulm lazım olduğunu demişdir. 2021-ci ilin sentyabr ayının ortalarında Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən evdə olan zaman Namiq gəlmişdir. Namiq oturub çay içmiş və 3000 manat pul hazır olub-olmadığını soruşmuşdur. Həmin vaxt 3000 manatı hələ Elçin onlara verməmişdir. Sonra Namiq çıxıb getmiş və bir neçə saatdan sonra Elçin 3000 manatı verəndən sonra Ələs Namiqə zəng etmiş və Namiq 3.000 manat pulu yaşadıqları evin qarşında Ələsdən götürmüşdür. Lakin Namiq vədinə əməl etməmiş və müxtəlif bəhanələrlə qaytaracağını deyərək pulu qaytarmamışdır. Aparılmış araşdırmanın gedişatında Namiq vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Vətən Müharibəsi şəhidi X23 anasıdır. Təqsirləndirilən şəxs şəhid anası Yasəmənin vasitəsilə tanımışlar. Belə ki, 2021-ci ilin noyabr ayının sonlarında “Şəhidlər Xiyabanı”da olan zaman Yasəmənlə söhbət edərəkən digər oğlu Asifin əvvəllər İİ qrup əlilliyi olduğundan təqaüd aldığını, lakin 2 ilə yaxındır ki, həmin təqaüdün verilmədiyi haqqında danışmışdır. Bundan bir gün sonra Yasəmən onun mobil telefon nömrəsinə zəng edərək Asifin təqaüdünün bərpa edilməsinə köməklik göstərə biləcək tanış vəkilin olmasını demişdir. O da təqaüdü düzəltməyə köməklik edə biləcək şəxsin olması haqqında əri Rəfailə dedikdə, Rəfail əvvəlcə həmin şəxsə inanmadığından razı olmamışdır. Lakin sonradan uşağın əlil olduğunu marketdə aylıq 270 manata işlədiyini, səhhətində problemlərin olduğunu, təqaüdün ona xərclərini ödəməkdə kömək edəcəyini dedikdən sonra, Rəfail buna razılıq vermişdir. 2021-ci ilin noyabr ayının sonlarında X19 təqaüdü düzəltməkdə kömək edən Namiq adlışəxsin Mingəçevir şəhəri H.Əliyev adına parkın yaxınlığında yerləşən ofisinə getmişlər. Danışqları zamanı Namiq təqaüdün düzəlməsinə köməklik edə biləcəyini demişdir. Həmin vaxt Namiq təqaüdün düzəlməsinə köməklik etmək üçün şəhid ailəsi olduqlarından 4.000 manat pul lazım olduğunu demişdir. Rəfail də Unibankda kreditləri olduğundan yenidən kredit almaq üçün müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə “Unibank”dan 6.000 manat pul almışlar. Həmin pulun 1.700 manatı ilə banka olan borcunu vermiş, qalan 4.300 manatın isə 4.000 manatını 2021-ci ilin dekabr ayının əvvəllərindəİlkinlə birlikdə Namiqin ofisinə gedərək Namiqə vermişdir. Namiq təqaüdün 2022-ci ilin mart ayında düzələcəyini bildirmişdir. Lakin buna baxmayaraq Namiq təqaüdü düzəldə bilməmişdir. Onlar Namiqdən dəfələrlə təqaüdü düzəldə bilməyəcəyi halda pulu qaytarmasını tələb etsələr də, Namiq nə pulu qaytarmamış, nə də təqaüdü düzəldə bilməmişdir. Həmçinin ona verdikləri pulu da fazilə keredit götürdüklərindən hər ay ona faiz ödəmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs9 Vətən Müharibəsinin iştirakçısı olmuşdur, qazidir, döyüşəməliyyatlarında yüksək səviyyədə iştirakına görə 5 medalla təltif edilmişdir. X25 şəhidi X75 ilə eyni vaxta hərbi xidmətə olmuş və həmin vaxtdan da Emilin anasıZərərçəkmiş şəxs8 da tanımışlar. Bu şəkildə Xanımnaz ilə münasibətləri yaranmışdır. Belə ki, oğlu Vətən Müharibəsindən sonra bir neçə dövlət idarələrinə müraciət etsə də işə düzələ bilməmişdir. Həmin ərəfələrdə Xanımnaz şəhid oğlunun adına Bakışəhərindən ev verilməsinə köməklik etmək və bir neçə başqa işləri də görməsinə kömək etməsi üçün özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs pul vermişdir. İbad da işə düzələ bilmədiyindən Xanımnazdan İbadı işə düzəlməkdə həmin vəkil Namiqin onlara köməklik edib-edə bilməyəcəyini soruşmasını istəmişdir. Namiq dəİbadı işə düzəldə biləcəyini, bu işlərləözünün məşğul olduğunu bildirmişdir. Bu danışıqdan sonra İbad BakışəhərindəNamiqlə görüşmüşdür. Namiq həmin vaxt İbadı Bakışəhərində H.Əliyev adına Hava Limanında işə düzəlməyə köməklik edəcəyini demişdir. İbad Bərdəyə qayıtdıqdan sonra Namiqin işə düzəlmək üçün 3.000 manat pul istədiyini bildirmişdir. Namiqin deməsinə görə İbad aylıq 850 manat maaş almalı olmuş və 2022-ci ilin may ayında işlə təmin olunmalı olmuşdur. Buna görə də Bərdə rayonu ərazisindən tanışlarından faizlə 3.000 manat borc almışlar. Bunadan sonra 2022-ci ilin mart ayının əvvəllərdə o vəİbad Mingəçevir şəhərinə gəlmiş və Xanımnazla görüşdükdən Namiqin Mingəçevir şəhərində yerləşən ofisinə getmişlər. Orada Namiqlə danışmışlar və Namiq də işin tezliklə həll olunacağını demişdir. Həmin vaxt Namiqə 3.000 manat pul vermişlər. Lakin indiyə qədər gözləsələr də Namiq pulu qaytarmamış, həmçinin İbadı da işə düzəltməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2020-ci ildən tanımışdır. Belə ki, atası Mübariz və Cavanşirin oğlu X41 Respublikası CM-nin 313.3.1 və 313.3.3-cü maddələri ilə təqsirli bilinərək müvafiq olaraq 6 il və 8 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişlər. Hal-hazırda həmin məhkəmə hökmündən apellyasiya şikayəti vermişlər. 2022-ci ilin iyun ayında o, Göyçay rayonunda olan zaman Cavanşir ona zəng edərək Şəki rayonundan adam gəldiyini, aralarında pul məsələsinin olacağını deyərək onu Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən “Gülü bağı” kafesinə çağırmışdır. Belə ki, o, 2011-ci ildən məhkəmədə operator vəzifəsində çalışdığından hüquqi məsələlərlə bağlı məlumatı vardır. O Cavanşirin yanına kafeyə getmişdir. Həmin vaxt Cavanşir sonradan adını bildiyi özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs ilə oturmuşdur. Söhbət zamanı Cavanşir oğlunun həbsdən çıxarılmasıüçün həmin Namiq adlı vəkillə danışdığını demişdir. Həmin vaxt Namiq işəözünün vəkil kimi qoşulacağını bildirmişdir. Həmçinin söhbət zamanı atasının da həbsdə olduğunu Namiq bildirmişlər. Namiq həm onun atasının həm də Cavanşirin oğlu Raminin həbsdən çıxarılmasıüçün hər birindən ilkin olaraq 5 min manat pul istəmişdir. Sonra məhkəmə prosesi yekunlaşıb hər ikisini azadlığa çıxardıqdan sonra qalan pulu da elə onları məhkəməsinin qarşısında təhvil verən zaman alacağını bildirmişdir. O, Namiqin təklifini qəbul etməmiş və pul verməyə razı olmamışdır. Həmçinin Cavanşirə də pul verməməsini demişdir. Lakin Cavanşirin oğlu həbsdə olduğundan sonradan oğlunun həbsdən çıxarılmasına maneə olduğunu düşünməsin deyə Cavanşirəçox da təkid edə bilməmişdir. Həmin vaxt Cavanşir 5.000 manat məbləğində pulu verməyə razı olduğunu dedikdən sonra Cavanşirə həmin məbləğdə pulu verirsəən azından bu barədə qeydiyyat aparmalarını, sabah pulun verilməsini həmin yolla sübut edə bilməklərini demişdir. Sonra avtomobilindən kağız qələm gətirmiş və Namiq 5.000 manat pulu borc götürməsi ilə bağlı olaraq qeydiyyat aparıldıqdan o da hal şahidi kimi imza etmişdir. Belə ki, Namiq əgər işi həll edə bilməsə 4 ay müddətində Cavanşirdən aldığı 5.000 manat pulu qaytaracağını demişdir. Sonra Namiq özünə məxsus Kia markalı avtomobiləəyləşərək çıxıb getmişdir. Sonradan baş verənlərdən isə məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci il il tarixdə Zərərçəkmiş şəxs20la ailə həyataı qurmuşdur. Əvvəlcə Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 saylı binanın zirzəmisində Tufanın ailəsi ilə birlikdə yaşamışlar. Hal-hazırda AZENCO zavodunun yaxınlığında keçmiş MKT zavodunun ərazisində məcburi kimi məskunlaşmışlar. 2014-cü ilə kimi həmin əraziyə qoyulmuş vaqonda yaşamışlar və həmin vaxtdan etibarən həmin ərazidə yaşamalarıüçün ev tikintisi aparmağa başlamışlar. 2018-ci il tarixdən Mingəçevir şəhər Bələdiyyəsi və icra nümayəndəliyinin əməkdaşları yaşadıqları evin yerləşdiyi torpaq sahəsini zəbt etmələri ilə bağlı olaraq onları xəbərdar etmişlər və həmin əraziyə tez-tez baxış keçirilmiş və hətta Tufanın həmin yeri zəbt etməsi ilə bağlı Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişlər. Özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs onların evinə gələndə və Tufanla danışıqlarında Namiq yaşadıqları torpaq sahəsində inşa etdirdikləri tikilinin söküntüsü barədə qəbul edilmiş qərarın ləğv edilməsinə köməklik etmək və həmin yerdə problemsiz olaraq yaşamaqlarını təmin etmək adı ilə Tufanı razı salmış və işin həlli üçün ondan 1.500 manat istəmişdir. Pulun yalnız 300 manatını Tufan onun yanında yaşadıqları evdə Namiqə vermişdir. Qalan pulları isə hissə-hissə olmaqla 2023-cü ilin aprel ayıərzində 10-12 gün içərisində Mingəçevir şəhəri ərazisində Namiqə vermişdir. X94 1.500 manat verməsinə baxmayaraq Namiq söküntü ilə bağlı qərarın ləğv edilməsinə nail olmadığından tikdikləri ev dövlət nümayəndələri tərəfindən sökülmüşdür. Həmin gün Namiq onların evinə gələn zaman Tufan verdikləri pulları tələb etmişdir. Namiq qısa müddətdə pulu verəcəyini demişdir. Həmçinin pul aldığı gündən başqa vaxtlarda da Namiq meyvə yığmaq məqsədilə bir neçə dəfə onların evinə gəlmişdir. Həm işin həll olunmaması həm də pulu vermədiyinə görə Tufan Namiqə zəng edəndə də onların evinə gəlmişdir. Namiq ona verdikləri pulun 700 manatını geri qaytarmışdır. Qalan 800 manat pulu isə qaytarmamışdır. Namiqə verdikləri pulu Tufan fazilə borc kimi almış və borcu qaytarmağa pulları olmadığından atasının kredit alaraq verdiyi məbləğdən Namiqə verdikləri pulu borc aldıqları şəxslərə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında tanımışdır. Belə ki, anası 2020-ci ildə hazırda yaşadıqları Mingəçevir şəhəri, Günəşli bağ massivi 13-cü küçə 88 saylı evi almış və həmin vaxtdan o, atası Vaqif və anası Bahar birlikdə yaşamışlar. 2022ci ilin mart ayında Bahar və Vaqif Balakişiyev boşanmaya qərar vermişlər. Hazırda qaldıqları evi anası almasına baxmayaraq atası evin bölünməsinə nail olmaq istəmişdir. Buna görə də anası evin bölünməsini istəmədiyindən bir neçə vəkilə müraciət etmiş, lakin verilən məlumatlar onu qane etmədiyindən işin həlli üçün başqa vəkil axtarmşdır. Sonra yaşadıqları evin alınmasına köməklik etmiş Səddam adlışəxsin vasitəsilə Təqsirləndirilən şəxs tapmışdır. 2022-ci ilin dekabr ayının 22-si anası və o, Mingəçevir şəhəri, H.Əliyev adına parkda yataqxananın birinci mərtəbəsinə Namiqin ofisinə getmişlər. Həmin gün Namiqlə ofisinin qarşısında danışmışlar. Anası və o, Namiqə yoldaşı ilə aralarında yaşadıqları evin bölgüsü ilə bağlı olaraq yaranmış problem haqqında məlumat vermişdir. Həmin vaxt Namiq əvvəlcə evdə qeydiyyatda olan Vaqifi qeydiyyatdan çıxaracağını, bundan sonra isə evin Bahara qalacağını demişdir. Həmçinin Namiq evlə bağlı məsələnin 02 may 2023-cü il tarixədək yekunlaşacağını demişdir. Namiq evlə bağlı mübahisəli məsələnin İnzibati Məhkəmə və Apellyasiya Məhkəməsində həllinə nail olacağını, məhkəmələrin gizli formada aparılıdığını, bu barədə heç kimə məlumat verməməsini istəmişdir. Onaların görüşündən 2 gün əvvəl Bahar onun təhsil haqqınıödəmək üçün Şahid8 borca 1.500 manat pul götürmüşdür. Namiqin dediyi miqdarda pulu olduğundan 1 gün sonra xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Kür çayının sahlində o, Bahar və Namiq görüşmüşlər. Görüşə Namiq özünün azyaşlıövladı ilə birlikdə gəlmişdir. 1.500 manat pulu Namiqə verən zaman yaşadıqları evin sənədlərinin surətlərini, onun və Baharın şəxsiyyət vəsiqələrinin surətlərini istəmişdir. Pulu verdikləri günün axşamı qeyd olunan sənədlərin surətlərini Namiqə vermişlər. Təxminən 1 aydan sonra 2023-cü ilin yanvar ayında Namiq əlaqə saxlayaraq evin sənədində problem olduğunu, sənədlərin təsdiqi üçün 300 manat pul istəmişdir. Namiqə pulu qabaqcadan verdiklərini desələr də, Namiq 300 manatı mütləq vermək lazım olduğunu demişdir. Ona görə 300 manat pul borc alıb 2023-cü ilin yanvar ayında Mingəçevir şəhəri, S.Vurğun Meydanı yaxınlığında Oba marketin yaxınlığında Namiqə vermişlər. 2023-cü ilin fevral ayında Namiq məhkəməyə gedəcəyini deyərək onlardan 100 manat pul istəmişdir. Həmin məbləğdə pulu Mingəçevir şəhəri, H.Əliyev adına parkda Namiqə vermişlər. Təxminən 2023cü mart ayında Namiq sənədləşməni bitirəcəyini, müddəti qısaldacağını artıq sənədləri təhvil verəcəyini deyərək 500 manat pul istəmişdir. Lakin həmin məbləğdə pulu olmadığından 400 manat pul taparaq Namiqə Mingəçevir şəhəri, H.Əliyev adına parkda vermişlər. 2023-cü ilin may ayında Namiq yenidən məhkəməyə vermək üçün pul istədiyindən Namiqə Mingəçevir şəhəri, Dostluq Parkında 150 və 200 manat olmaqla ümumilikdə 350 manat pul vermişlər. xx.xx.2023-cü il tarixdə Namiq işin və məhkəməüçün dövlət rüsumunun ödənilməsi üçün onlardan 155 manat pul almışdır. Həmin pulu da 100 manat, 50 manat və 5 manat olmaqla Namiqin kart hesabına göndərmişlər. xx.xx.2023-cü il tarixdə Namiq ona pul lazım olduğunu, 2 gün ərzində pulu qaytaracğını deyərək onlardan 200 manat pul istəmişdir. Namiqin istədiyi 200 manatı xx.xx.2023-cü il tarixdə Namiqə göndərmişlər. Lakin Namiq 2 gün keçməsinə baxayaraq Namiq verdikləri pulu geri qaytarmamışdır. 2023-cü ilin iyul ayında evlə bağlı məsələnin nə yerdə olmasınıöyrənmək üçün anası Baharla birlikdə Şəki rayonuna məhkəməyə getmişlər. Orada müraciətləri əsasında məhkəmədə heç bir məhkəmə prosesinin getmədiyini bildirmişlər. Bundan sonra Mingəçevir şəhəri X52 görüşüb danışmışlar. Həmin vaxt Namiqin danışığını videoçəkilişə almışlar. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 3 ildir ki, Mingəçevir şəhəri, Günəşli bağ massivində 13-cü küçədə Zərərçəkmiş şəxs5 ilə qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə Bahar ondan qızının təhsil haqqının ödəniləsi üçün 1.500 manat pul istəmişdir. Həmin pulu 2-3 ay ərzində qaytaracağını bildirmişdir. O, Baharla qonşu olduğundan həmin məbləğdə pulu ona vermişdir. Lakin aradan bir neçə ay keçməsinə baxmayaraq Bahar verdiyi borcu qaytarmadığından qızının təhsil haqqınıödəyib-ödəməməsi barədə məlumat almışdır. Həmin vaxt Bahar qızının təhsil haqqınıödəmədiyini, boşandığı həyat yoldaşı ilə hazırda yaşadıqları evin bölgüsü ilə bağlı məsələnin həlli üçün vəkilə ondan aldığı 1.500 manat pulu verdiyini, pulunu qısa zamanda qaytaracağını demişdir. Lakin üzərindən bir neçə ay da keçməsinə baxmayaraq pulunu vermədiyindən yenidən Bahardan pulu qaytarması ilə bağlı danışıqda, Bahar evin bölgüsü ilə bağlı mülki məsələni həll etmək üçün danışdığı Namiq adlı vəkilin onu aldadaraq evlə bağlı olan məsələni həll etmədiyini, həmçinin vəkilə verdiyi ümumilikdə 3.000 manat pulu da geri qaytarmaması haqqında ona bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 11 avqust 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs13 Məhiyəddin qızının Təqsirləndirilən şəxs hissə-hissə pul verməsi ilə bağlı qeydlərini apardığı və xx.xx.2021-ci il tarixdə 200 man verdi, xx.xx.2021-ci il tarixdə 600 man verdi, xx.xx.2021-ci il tarixdə 2300 man verdi, xx.xx.2021-ci il tarixdə 5000 vəkilə verdik, xx.xx.2021-ci il tarixdə 2100 mən qoydum, 29 mart 3500 pensiya üçün vəkilə verdim şəkildə yazılmış qeydiyyatlar, həmçinin Təqsirləndirilən şəxs vermək üçün 16 mart 2021-ci il tarixdə "xxxx" QSC-nin Mingəçevir şəhər filialından X5 adına aylıq ödənişi 260 manat olan 5.000 manat kreditin götürülməsi ilə bağlı kredit müqavilə baxış keçirilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş 17 avqust 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs vermək üçün 29 noyabr 2021-ci il tarixdə “Unibank”ın Mingəçevir şəhər filialından Zərərçəkmiş şəxs11 adına aylıq ödənişi 565 manat olan 6.000 manat kreditin götürülməsi ilə bağlı məlumatlarıəks etdiriən müqavilənin surətinə baxış keçirilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş 25 avqust 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs vermək üçün 15 mart 2021-ci il tarixdə “Unibank”ın Mingəçevir şəhər filialından aylıq ödənişi 144 manat olan 3.400 manat məbləğində kreditin götürülməsi ilə bağlı kredit müqaviləsinə baxış keçirilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş 30 avqust 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pul alan zaman tərtib etdikləri üst hissəsində qəbz sözü yazılmış, sonra Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 5.000 (beş min) manat borc olaraq pul aldım. Aldığım 5000 (beş min) manat pul Azərbaycan manatıdır. Aldığım 5000 (beş min) manat borc olaraq pulu 4 (dörd) ay, yəni oktyabr ayının 25-nə kimi qaytaracağam. Aşağı hissəsində hal şahidi 2 nöqtə, imza sonrasında Şahid1, onun aşağı hissəsində aldım aşağı hissəsində imza sözləri 2 nöqtə imza Təqsirləndirilən şəxs yazıları yazılmış qeydiyyata baxış keçirilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş 30 oktyabr 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, Nəbiyev X31 Namiq Hüseyn oğluna 8 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu X17 həbsdən çıxarılmasına kömək etməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ərazisində 5000 (beş min) manat pulu vermiş olduğu Göyçay rayonu, Qarabaqqal kəndi ərazisində yerləşən “Gülü bağı” adlı restoranını göstərməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olmuş 12 may 2023-cü il tarixli məktubdan görünür ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 saylı Fərmanı ilə fəaliyyətə başlamış və Agentlik fəaliyyətə başladığı dövrdən hal-hazıradək Gündüz Əlifov və Oqtay Gülalıyev adında şəxslər Agentliyin hər hansı struktur bölmələrində fəaliyyət göstərməyiblər. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən 13 iyun 2023-cü il tarixli daxil olmuş məktubdan görünür ki, Gündüz Əlifov və Oqtay Gülalıyev adlı şəxslər Agentlik və tabeli qurumlarda işləmirlər. Cinayət işi materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ-dən alınmış 29 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Emil adlı azyaşlı uşaq vardır. Cinayət işi materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1960-cı il tarixdə Şəki rayonu, Əliyar kəndində anadan olmuşdur. 1976-cı il Şəki rayonu Əliyar kənd ibtidai məktəbinə getmiş, 1986-cı ildə Aydınbulaq kənd orta məktəbində orta təhsilini başa vurmuşdur. Ordudadan qayıtdıqdan sonra bir müddət Ukrayna Respublikasında yaşamış və təhsilini davam etdirmişdir. Kəndə qayıtdıqdan sonra fərdi təsərrüfatla məşğul olmuşdur. Ərazidə yaşadığı müddətdə kənd əhalisi ilə yaxşı münasibətdə olmuş, öz iş bacarığı ilə fərqlənmiş, gənclərə nümunə olmuşdur. Kənd camaatı arasında nüfuzu vardır. Kəndin xeyir-şər işlərində yaxından iştirak edərək əhalinin hörmətini qazanmışdır. Bitərəfdir, heç bir partiyanın üzvü deyildir. Ərazidə dövlətin siyasi kompaniyalarda, tədbirlərdə, seçkilərdə aktiv iştirak edir. Öz səyini və bacarığını əsirgəmir. Heç bir dini sektanın üzvü deyildir. Cinayət işi materiallarına əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 4(051)- 68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddəti nəzərə alınaraq 19 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsə almanın əvvəli 11 avqust 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 4(051)- 74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək uzadılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs13 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 oğlu Zaməddin Allahverdiyevi Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına polis sıralarına qəbul olmağa köməklik edəcəyini yalan vəd verərək aldadıb, 15 may 2014-cü il tarixdə Şəki rayonu, Cəfərabad kəndində Zərərçəkmiş şəxs10 yaşadığı evdə 2.500 (iki min beş yüz) manat, 20 avqust 2016-cı tarixdə özünün yaşadığı Şəki rayonu, Əliyar kəndindəki evində 2.500 (iki min beş yüz) manat, 05 oktyabr 2016-cı tarixdə yaşadığı Şəki rayonu, Əliyar kəndindəki evində 1.000 (min) manat məbləğdə pulunu vahid niyyətləəhatə olunan qəsdlə alıb, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 6000 (altı min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 qızı X6 şəhərində “ASAN” Xidmət Mərkəzinə işə düzəlməsinə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2019-cu ilin mart ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 8.000 (səkkiz min) manat məbləğdə pulunu alıb, ələ keçirərək zərərçəkmişşəxs Zərərçəkmiş şəxs17 8.000 (səkkiz min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 Ağdaş rayonu, Aşağı Nemətabad kəndində yerləşən 50 sot torpaq sahəsini adına sənədləşdirməsinə köməklik edəcəyini yalan vəd verib, onu aldadaraq, 2019-cu ilin fevral ayından 2021-ci ilin noyabr ayına qədər olan müddət ərzində Mingəçevir şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs19 25.000 (iyirmi beş min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəhid və qazi ailələri üçün dövlət tərəfindən ayrılan mənzil növbəsində irəli çəkilməsinə köməklik edəcəyini yalandan vəd verib, onu aldadaraq, 06 oktyabr 2019-cu il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 3.020 (üç min iyirmi) manat, 2021-ci ilin oktyabr ayında Mingəçevir şəhəri, Y.Muradov küçəsində yerləşən 11 saylı tam orta məktəbin qarşısında 4.000 (dörd min) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs1 7.020 (yeddi min iyirmi) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 tikinti işləri ilə məşğul olmaları üçün tikinti layihəsi almağa köməklik edəcəyini yalandan vəd verib, onları aldadaraq, 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, “Razin” qəsəbəsi adlandırılan ərazidə yerləşən “Altun Buta” restoranında Namiq Babakişiyevə məxsus 6.500 manat və Zərərçəkmiş şəxs15 məxsus 3.500 manat olmaqla 10.000 (on min) manat, 2020-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Mərkəzi Stadionun” yaxınlığında Zərərçəkmiş şəxs15 məxsus 2.500 manat və Zərərçəkmiş şəxs16 məxsus 7.000 manat olmaqla 9.500 (doqquz min beş yüz) manat məbləğdə pullarını alıb ələ keçirərək, zərərçəkmiş şəxslər Namiq Bakişiyevə 6.500 (altı min beş yüz) manat, Zərərçəkmiş şəxs15 6.000 (altı min) manat və Zərərçəkmiş şəxs16 7.000 (yeddi min) manat məbləğdə maddi ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 19.500 (on doqquz min) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ata evlərini bacısı İlhamənin adına sənədləşdirməyə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 11 fevral 2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 5.000 (beş min) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs13 5.000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 İİ qrup əlil olduğuna görə dövlət tərəfindən verilən təqaüdün 250 manatdan 500 manata artırılmasına köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 15 fevral 2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 2.500 (iki min beş yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs18 2.500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 şəhid ailəsi üçün verilmiş Mingəçevir şəhəri, Füzuli küçəsi 6/1 saylı binanın, 18 saylı mənzilinin onun adına sənədləşdirilməsinə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 15 mart 2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 2.500 (iki min beş yüz) manat, 2021-ci ilin mart ayının sonunda Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 4.000 (dörd min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs18 ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 oğlu Şahid16 İİİ qrup əlilliyə görə verilən 110 manat təqaüdün artırılması üçün Şahid16 İİ qrup əlillik dərəcəsi almasına köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 29 mart 2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 3.500 (üç min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs13 3.500 (üç min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 tanışı Ramin adlı şəxsin ona olan 3.800 manat məbləğində borcunu məhkəmə qaydasında qaytarılmasına köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs6 oğlu Ruslan Səfərovun çalışdığı Mingəçevir şəhəri, H.Əliyev prospektində Mərkəzi Bazarda yerləşən mağazasında 1000 ( min) manat, 2021-ci ilin noyabr ayının əvvəllərində Ruslan Səfərovun çalışdığı Mingəçevir şəhəri, H.Əliyev prospektində Mərkəzi Bazarda yerləşən mağazasında 200 (iki yüz) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs12 qardaşı X26 “Qarabağ müharibəsi” veteranı sənədlərini düzəltməsinə köməklik edəcəyini yalandan vəd verməklə aldadaraq, 2021-ci ilin avqust ayının sonlarında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 1.500 (min beş yüz) manat, 2022-ci ilin yanvar ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 500 (beş yüz) manat, 2022-ci ilin mart ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 200 (iki yüz) manat, 2022-ci ilin aprel ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 300 (üç yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs12 ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 arvadı Şahid3 qızına İİ qrup əlilliyə görə 260 manat məbləğində verilən, 2021-ci ilin noyabr ayında verilməsi dayandırılacaq təqaüdün verilməsinin davam etdirilməsinə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2021-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs4 məxsus Mingəçevir şəhəri, Təbriz küçəsi 1-ci döngə, 4 saylı həyət evinin qarşısında 3000 (üç min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 X7nun törətdiyi mənimsəmə cinayətinə görə məhkəmənin hökmü ilə təyin edilmiş 5 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasından azad olunmasına nail olacağını yalandan vəd verib, onu aldadaraq, 04 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 tanışı Şahid5 məxsus Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən mağazasında Zərərçəkmiş şəxs3 7.100 (yeddi min yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 7.100 (yeddi min yüz) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 təqaüd düzəltməyə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 2021-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 5.500 (beş min beş yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs8 5.500 (beş min beş yüz) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu iləözgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8, onun oğlu X24 Müharibəsində şəhid olduğu üçün şəhid ailəsinin üzvü kimi Bakı şəhərində dövlət tərəfindən ayrılan mənzillə təmin olunmasına köməklik edəcəyini yalandan vəd verib, onu aldadaraq, 2021-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs8 15.000 (on beş min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs8 15.000 (on beş min) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi iləZərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 3/1 saylı binanın 38 saylı 1 otaqlı mənzlini dövlət proqramına daxil edərək dövlət tərəfindən ayrılacaq vəsait hesabına yeni mənzillə təmin edəcəyinə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2021-ci ilin noyabr ayının ortalarında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 10.000 (on min) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs8 10.000 (on min) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 oğlu X34 əliliyə görə təqaüd almasına köməklik edəcəyini yalan vəd verərək aldadıb, 2021-ci ilin dekabr ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 4.000 (dörd min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs11 4.000 (dörd min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8, onun oğlu X24 Müharibəsində şəhid olduğu üçün şəhid ailəsinin üzvü kimi ona dövlət tərəfindən verilən avtomobil növbəsində irəli çəkilməsinə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 2022-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən ofisində 2.500 (iki min beş yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs8 2.500 (iki min beş yüz) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 Bakı şəhərində H.Əliyev adına Hava Limanında aylıq 850 manat maaş alacağı hava limanında yüklərə nəzarət və yüklərin yoxlanılması ilə bağlı işə düzəltməyə köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 2022-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yataqxananın birinci mərtəbəsindəki ofisində 3.000 (üç min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs9 3.000 (üç min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 08 il 05 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu X22 həbsdə saxlanıldığı cəzaçəkmə müəssisəsindən azad olunmasına köməklik edəcəyini yalandan vəd verib, aldadaraq, 24 iyun 2022-ci il tarixdə Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən “Gülü bağı” restoranında 5.000 (beş min) manat məbləğdə pulunu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs2 5.000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs21 hərbi xidmət zamanı vəfat etmiş oğlunun cinayət işi üzrə məhkəmə prosesində vəkil qismində çıxış edib və işin gedişatının obyektiv və tam aparılması üçün vəzifəli şəxslərə 7.000 manat pul vermək adı ilə aldadıb, 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində 5.000 manat hissə-hissə olmaqla Mingəçevir şəhəri ərazisində, habelə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Diş Polinikasının” qarşısında 2000 manat məbləğdə alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7.000 manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kəlbəcər rayonu, Zar kəndindən məcburi köçkün Zərərçəkmiş şəxs20 “Azenco” zavodunun yaxınlığında yaşadığı torpaq sahəsində inşa etdirdiyi tikili barədə çıxarılmış söküntü haqqında qərarın ləğv edilməsi və evin tikintisini davam etdirməsinə köməklik edəcəyini vəd verməklə, aldadaraq Zərərçəkmiş şəxs20 07 aprel 2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində «Mərkəzi Bazarın» yaxınlığında yerləşən “Bazarstore” marketin qarşısında 700 manat, 10 aprel 2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, “Azenco” zavodunun yaxınlığında yaşadığı evdə 300 manat, 12 aprel 2023-cü il tarixdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən «Heydər» Məscidinin yaxınlığında 55 manat, 13 aprel 2023-cü il tarixdə Mingəçevir şəhəri “Qələbə Meydanı” yaxınlığında yerləşən çayxanada 245 manat, 15 aprel 2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Poçtun» yaxınlığında 200 manat olmaqla Zərərçəkmiş şəxs20 ümumilikdə vahid niyyətlə əhatı olunan qəsdlə 1.500 (min beş yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 əri ilə boşanması ilə bağlı məhkəmə qərarından sonra birgə nikah dövründə Zərərçəkmiş şəxs5 aldığı və əri ilə nikah dövründə birgə yaşadıqları Mingəçevir şəhəri, Günəşli bağ massivi, 13-cü küçədə yerləşən 88 saylı evin əmlak bölgüsü zamanı əri Vaqif Balakişiyevin evdən qeydiyyatdan çıxarılaraq məhkəmə qərarı ilə evin bölünmədən Zərərçəkmiş şəxs5 verilməsinə köməklik edəcəyini yalandan vəd verməklə, Zərərçəkmiş şəxs5 22 dekabr 2022-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «Sahil» parkında 1.500 manat, 2023-cü ilin yanvar ayında Mingəçevir şəhəri, «S.Vurğun» adına Meydanda yerləşən “OBA” marketin yaxınlığında 300 manat, 2023-cü ilin mart ayında Mingəçevir şəhərində «H.Əliyev» adına parkda 400 manat, 2023-cü ilin may ayında Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Dostluq Parkı”da 150 manat və 200 manat olmaqla ümumilikdə 350 manat aldıqdan sonra, hərəkətlərini davam etdirərək, 06 iyun 2023-cü il tarixdə özünə məxsus 416973******4696 saylı “Kapital Bank” hesabına 100 manat, 50 manat və 5 manat olmaqla 155 manat pulun Zərərçəkmiş şəxs5 tərəfindən göndərilməsinə nail olmaqla, Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 2.705 (iki min yeddi yüz beş) manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs10 qarşı dələduzluq edilərək ümumilikdə 6000 manat məbləğdə pulun ələ keçirilməsinə dair epizod üzrə cinayətin törədildiyi gündən 7 ildən artıq müddət, Zərərçəkmiş şəxs13 qarşı dələduzluq edilərək ümumilikdə 5000 manat, Zərərçəkmiş şəxs18 qarşı dələduzluq edilərək ümumilikdə 4000 manat, Zərərçəkmiş şəxs13 qarşı dələduzluq edilərək ümumilikdə 3500 manat, Zərərçəkmiş şəxs6 qarşı dələduzluq edilərək ümumilikdə 1200 manat, Zərərçəkmiş şəxs12 qarşı dələduzluq edilərək ümumilikdə 2500 manat, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edilərək ümumilikdə 3000 manat, Zərərçəkmiş şəxs11 qarşı dələduzluq edilərək ümumilikdə 4000 manat, Zərərçəkmiş şəxs8 qarşı dələduzluq edilərək ümumilikdə 2500 manat, Zərərçəkmiş şəxs9 qarşı dələduzluq edilərək ümumilikdə 3000 manat, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilərək ümumilikdə 5000 manat məbləğlərdə pulların ələ keçirilməsinə dair epizodlar üzrə isə cinayətin törədildiyi gündən 2 ildən artıq müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-in 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 44.2. və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs10 qarşı dələduzluq edilərək ümumilikdə 6000 manat məbləğdə pulun ələ keçirilməsinə dair epizod üzrə sonuncu əməl xx.xx.2016-cı il tarixdə, Zərərçəkmiş şəxs13 qarşı dələduzluq edilərək 5000 manat pulun ələ keçirilməsinə dair epizod üzrə əməl xx.xx.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs18 qarşı dələduzluq edilərək 4000 manat pulun ələ keçirilməsinə dair epizod üzrə əməl xx.xx.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs13 qarşı dələduzluq edilərək 3500 manat pulun ələ keçirilməsinə dair epizod üzrə əməl xx.xx.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs6 qarşı dələduzluq edilərək ümumilikdə 1200 manat pulun ələ keçirilməsinə dair epizod üzrə sonuncu əməl 2021-ci ilin noyabr ayının əvvələrində, Zərərçəkmiş şəxs12 qarşı dələduzluq edilərək ümumilikdə 2500 manat pulun ələ keçirilməsinə dair epizod üzrə sonuncu əməl 2022-ci ilin aprel ayının əvvəllərində, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edilərək 3000 manat pulun ələ keçirilməsinə dair epizod üzrə əməl 2021-ci ilin sentyabr ayının ortalarında, Zərərçəkmiş şəxs11 qarşı dələduzluq edilərək 4000 manat pulun ələ keçirilməsinə dair epizod üzrə əməl 2021-ci ilin dekabr ayının əvvəllərində, Zərərçəkmiş şəxs8 qarşı dələduzluq edilərək 2500 manat pulun ələ keçirilməsinə dair epizod üzrə əməl 2022-ci ilin mart ayının əvvəllərində, Zərərçəkmiş şəxs9 qarşı dələduzluq edilərək 3000 manat pulun ələ keçirilməsinə dair epizod üzrə əməl 2022-ci ilin mart ayının əvvələrində, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilərək ümumilikdə 5000 manat pulun ələ keçirilməsinə dair epizod üzrə əməl xx.xx.2022-ci il tarixdə törədildiyindən həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Təqsirləndirilən şəxs qeyd olunan epizodlar üzrə özünü təqsirli bilməyərək cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermədiyindən cəza təyin edilən zaman həmin epizodlar nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərə vurduğu ziyandan qismən ödənişlər etməsini CM-in 59.1.14-cü maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halları belə ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı azaltmasını, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını nəzərə alır və bununla yanaşı bəzi zərərçəkmiş şəxslərə vurduğu maddi ziyandan heç bir ödəniş etməməsini, ümumilikdə vurduğu ziyanın böyük qismini ödəməməsini və zərərçəkmiş şəxslərin çoxunun ondan şikayətçi olmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək barədə qərardan görünür ki, 16 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 4(051)- 90/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlamanın müddətinin əvvəli 15 avqust 2022-ci ildən hesablanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 4(051)- 109/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin son müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində 16 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək qətimkan tədbiri qismində həbs və ev dustaqlığında 3 ay müddət, cəmi 3 ay 2 gün həbsdə saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə mülki iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, verilmiş mülki iddialar üzrə tələb ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlı bağlı olmalıdır. Belə ki, cinayət şinin materiallarından və ittiham aktından görünür ki, ittihamda göstərilən cinayət nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs19 vurulmuş ziyanın miqdarı ümumilikdə 25 000 manatdır. Tələb olunan faiz tələbi və mənəvi ziyan isə ittihamla bağlı deyil, həmçinin tələb ittihamda göstərilən maddi ziyanın miqdarından artıqdır və iddia tələbinin həmin hissəsində mülki mühakimə qaydasında araşdırılması daha məqsədə müvafiq olar. Həmçinin tələb olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Həmçinin cinayət şinin materiallarından və ittiham aktından görünür ki, ittihamda göstərilən cinayət nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 vurulmuş ziyanın miqdarı 33 000 manatdır. Həmin ziyandan təqsirləndirilən şəxs tərəfindən 22 000 manat məbləği ibtidai araşdırma vaxtı ödənilmişdir. Tələb olunan mənəvi ziyan isə ittihamla bağlı deyil, həmçinin tələb ittihamda göstərilən maddi ziyanın miqdarından artıqdır və iddia tələbinin həmin hissəsində mülki mühakimə qaydasında araşdırılması daha məqsədə müvafiq olar. Həmçinin tələb olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında bu mövqedən çıxışq edərək qeyd edir ki, Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Odur ki, məhkəmə mülki iddialar üzrə aşağıdakı nəticələrə gəlir: Mülki iddiaçı - Zərərçəkmiş şəxs19 mülki iddiası qismən təmin edilməli və 25000 manat Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs19 verilməli, mülki iddia faiz və mənəvi ziyan tələb hissəsində baxılmamış saxlanılsın. Mülki iddiaçı – Zərərçəkmiş şəxs8 mülki iddiası qismən təmin edilməli və 11000 manat Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs8 verilməli, mülki iddia mənəvi ziyan tələb hissəsində baxılmamış saxlanılmalıdır. İş üzrə digər zərərçəkmiş şəxslərə onlara vurulan ziyanla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə dəymiş ziyandan 58.700 manat zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınmalıdır. Vəkil X18 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay müddət, cəmi 3 (üç) ay 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Mülki iddiaçı - Zərərçəkmiş şəxs19 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi mülki iddiası qismən təmin edilsin və 25000 manat Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs19 verilsin. Mülki iddia faiz və mənəvi tələb hissəsində baxılmamış saxlanılsın. Mülki iddiaçı – Zərərçəkmiş şəxs8 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X33 mülki iddiası qismən təmin edilsin və 11000 manat Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs8 verilsin. Mülki iddia mənəvi tələb hissəsində baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulan ziyanla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar