Məhkəmə qərarları › İş №1(051)-21/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-21/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-21/2022 31.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs– xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı Hərbi məhkəməsinin 14.07.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4, 182.2.1, 182.2.2 və 332.3-cü maddələri ilə 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin 05.07.2018-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 05 ay 24 dörd gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, 29.12.2018-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri İslamzadə küçəsi ev 19-da qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 14.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 182.2.1, 182.2.2, 332.3 maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum edilməsinə, Şəki rayon məhkəməsinin 05.07.2018-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 05 ay 24 dörd gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülmədiyi halda islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini üzərində saxlayaraq daşımış və 27 avqust 2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən mağazanın qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,240 qram təşkil edən narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 27 avqust 2021-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı evdən çıxıb şəhərin Ü.Hacıbəyov küçəsində yerləşən mərkəzi stadiona itini gəzdirmək üçün getmişdir. Bir qədər stadionda piyada gəzdikdən sonra təsadüfən yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm görüb götürdü. Maraqlı gəldiyi üçün həmin siqaretin gümüşü kağızına bükülmüş bükümü açıb içərisinə baxan zaman spesfik iyindən və rəngindən tanıdığı narkotik vasitə olan heroinə bənzər kütlənin olmasını gördü. Həmin bükümü büküb əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoydu. Həmin gün münasib zaman tapan kimi tapdığı narkotik vasitəni istifadə etməyi düşünüb özü ilə gəzdirdi. Saat 15:00 radələrində şəhərin V.Abdullayev küçəsində yerləşən mağazaya kontur almaq məqsədilə gedən zaman mağazanın qarşısında iki nəfər mülki paltarda polis işçisi ona yaxınlaşıb, özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün birlikdə şəhər polis şöbəsinə getməli olduğunu dedilər. Bundan sonra mülki geyimdə olan polis əməkdaşları onu şəhər polis şöbəsinə gətirdilər. O, şəhər polis şöbəsinin inzibati binasına daxil olan zaman hüquqlarını müdafiə etmək üçün vəkil X1 polis şöbəsinə dəvət etdilər. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona təklif olundu ki, üzərində narkotik vasitə varsa təqdim etsin. Həmin vaxt əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə 25 manat kağız pul, bir ədəd alışqan və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü polis əməkdaşlarına təqdim etdi. Üzərindən aşkar edilmiş 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Əməlindən peşimandır. Şahid Hüseynov Orxan Səbuhi oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 avqust 2021ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil oldu. 27.08.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən mağazadan çıxarkən küçədə Təqsirləndirilən şəxs saxladılar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə barəsində polis şöbəsində məlumat olduğunu bildirdirərək polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız büküm aşkar olundu. Büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olundu. Sorğu zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroini özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin bükümü içərisində olan narkotik vasitə heroinlə birlikdə şəhərin mərkəzi stadionun yaxınlığında yerdən tapdığını bildirdi. Baxış zamanı onun və digər iştirakçıların yanında, aşkar edilmiş kütlə sellafon ilə birlikdə elektron tərəzidə çəkildi və zərfə qoyularaq möhürləndi. Şahid2 da məhkəmə iclasında şahid Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili Şahid1 oğlunun ifadəsinə uyğun ifadə verdi. İşin 24-25-ci vərəqlərində olan 27 avqust 2021-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,240 qram təşkil edən narkotik vasitə-heroin aşkar edilərək, qablaşdırılıb götürülmüşdür. İşin 35-37-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2021-ci il tarixli, 17/635 saylı rəyində göstərilir ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasiə ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,240 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi-0,240 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,190 qram. İşin 100-cü vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1362 saylı 11 noyabr 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəheroini üzərində saxlayaraq daşımış və 27 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən mağazanın qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,240 qram təşkil edən narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür.Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 92-ci vərəqində olan xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, əməlində peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşin 95-99-cu vərəqlərində olan Bakı Hərbi Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 1(093)- 50/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 182.2.1, 182.2.2 və 332.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Rövşən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 1 (bir) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 182.2.1 və 182.2.2-ci maddələri ilə 1(bir) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 332.3-cü maddəsi ilə 1(bir) il 8 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edmişdir. İşin 77-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 14.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 182.2.1, 182.2.2, 332.3 maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum edilmiş, Şəki rayon məhkəməsinin 05.07.2018-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 05 ay 24 dörd gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuş, 29.12.2018-ci ildə cəza müddəti bittidiyi üçün qeydiyyatdan çıxarılıbdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 21-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 71-ci vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 29 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 31 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlən tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,190 qram narkotik vasitəheroin məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli 31.03.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,190 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar