Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-21/2023 07.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs5 iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1974-cü ildə Göygöl rayonunun Samux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 8/2 mənzil 9da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əlilliyə görə pensiya almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadaraq 2019-cu ilin noyabr ayının ortalarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «H.Əliyev parkı»nda 1150 (bir min yüz əlli) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 1150 (bir min yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ləğv ediləcək əlillik statusunun və əlilliyə görə dövlətdən aldığı müavinətin bərpa edilməsinə köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq 11 dekabr 2020-ci il tarixdə 1000 (min) manat məbləğdə, 14 dekabr 2020-ci il tarixdə 400 (dörd yüz) manat məbləğdə pulunun özünə məxsus istintaqa məlum olmayan bank kartı hesabına köçürülməsinə nail olmaqla, 17 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısındakı parkda 1100 (min yüz) manat məbləğdə, son olaraq isə 18 mart 2021-ci il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısındakı parkda 1800 (min səkkiz yüz) manat məbləğdə pulunu alaraq Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 4300 (dörd min üç yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 əlilliyə görə pensiya almasına köməklik edəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq, 2021-ci ilin yanvar ayının əvvəllərində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısındakı parkda 1250 (bir min iki yüz əlli) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs3 1250 (bir min iki yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 sosial pensiya almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs4 aldadaraq 2021-ci ilin yanvar ayının əvvəllərində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısındakı parkda 3500 (üç min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 övladı Şahid3 əlilliyə görə pensiya almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs5 aldadaraq öz cinayətkar niyyətini pərdələmək məqsədi ilə 2021-ci ilin aprel ayının 19-da Mingəçevir Asan Xidmət Mərkəzində Zərərçəkmiş şəxs5la borc müqaviləsi bağlamaqla sonuncunun 6000 (altı min) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda – ümumilikdə 6000 (altı min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 ləğv ediləcək əlillik statusunun və əlilliyə görə dövlətdən aldığı müavinətin bərpa edilməsinə kömək edəcəyini onun cinayətkar qəsdindən xəbərdar olmayan cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan Şahid7 vasitəsi ilə yalandan vəd verib, Zərərçəkmiş şəxs8 aldadaraq 2021-ci ilin iyul ayının 7-də Şahid7 vasitəsi ilə Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 2/1 ünvanında yerləşən binanın 98-ci mənzilində Zərərçəkmiş şəxs8 3500 (üç min beş yüz) manat məbləğdə pulunun alınaraq ona (Təqsirləndirilən şəxs) verilməsi üçün cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan və onun cinayətkar qəsdindən xəbərdar olmayan Şahid8 çatdırılmasına, habelə əldə olunan məbləğdən 625 (altı yüz iyirmi beş) manat məbləğdə pulun Şahid7 və Şahid8 verilməsinə nail olmuş, sonradan 2021-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs8 alınmasına nail olduğu, sonuncuya məxsus olan Şahid8 saxladığı 2875 (iki min səkkiz yetmiş beş) manat məbləğdə pulu sonuncudan Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısındakı parkda alaraq, Səriyə Vəliyevanın ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğdə pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 3500 (üç min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 ləğv edilmiş əlillik statusunun və əlilliyə görə dövlətdən aldığı müavinətin bərpa edilməsinə köməklik edəcəyini yalandan vəd edib Emila Dadaşovanı aldadaraq 2021-ci ilin avqust ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «H.Əliyev park»ında 1750 (min yeddi yüz əlli) manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs X5 1750 (min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 əlilliyə görə aldığı pensiyanın müddətinin artırılmasının təmin olunmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs7 aldadaraq 2021-ci ilin avqust ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «H.Əliyev park»ında 2000 (iki min) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 2000 (iki min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs əvvəl məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində sahə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 5 il olar ki, tanıyır. Belə ki, bir vaxtlar o, Mingəçevir şəhəri H.Əliyev parkının yaxınlığında «gözəllik salonu» açmış, Zərərçəkmiş şəxs1 da orada işləmişdir. Sonra münasibətləri soyuqlaşmışdır. Zərərçəkmiş şəxs1 pensiya düzəltmək adı ilə heç bir məbləğ almamış, ona bu barədə hən hansı vəd verməmişdir. Zərərçəkmiş şəxs2 və onun dostu Şahid1 tanıyır. Onlarla 2020-ci ilin dekabr ayında dostu Şahid2 vasitəsi ilə tanış olmuşdur. Belə ki, həmin vaxtlar çətin vəziyyətə düşdüyündən Şahid2 pul lazım olmasını dedikdə 2020-ci ilin dekabr ayının sonlarında Natiq onu Zərərçəkmiş şəxs2gillə tanış etmişdir. Həmin ərəfədə pul lazım olduğundan Zərərçəkmiş şəxs2 faizə pul istəmiş, əvəzində debet kartını Zərərçəkmiş şəxs2 girov qoymuşdur. Zərərçəkmiş şəxs2 əvvəlcə kartının hesabına 400 manat, 600 manat, 150 manat və daha 150 manat məbləğində olmaqla cəmi 1300 manat köçürmüşdür. Sonra faizi ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs2 hesabına görə 3 il ərzində məbləğ şişib 4000 manatı ötmüşdür. Hal hazırda da onun pulunu verə bilmir. Zərərçəkmiş şəxs2 tanışı Şahid1 heç bir məbləğdə pul almamışdır. Ev alqı-satqısı üzrə broker işləyən Zərərçəkmiş şəxs3 10 ildən çoxdur ki, tanıyır. Zərərçəkmiş şəxs3 pensiya almasında köməklik edəcəyi barədə hər hansı vəd verməmişdir. 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs3 Mingəçevir şəhərində «Şəfa» kilinikasının yanında 1000 manat, köhnə 34 №-li mağazanın yanında isə 250 manat da olmaqla borc pul almışdır. Lakin aldığı pulu qaytara bilmədiyinə görə 1 il əvvəl «Madeyra» mebel salonundan kredit yolu ilə ona 2012 manatlıq mebel dəsti yəni, 1 ədəd paltar dolabı və yataq dəsti verib borcunu ödəmişdir. Zərərçəkmiş şəxs4 sosial pensiya almaqda köməklik edəcəyi barədə hər hansı vəd verməmiş və ondan hər hansı məbləğdə pul almamışdır. Sadəcə olaraq Zərərçəkmiş şəxs3 pul alan zaman Zərərçəkmiş şəxs4 yanlarında olmuşdur. Zərərçəkmiş şəxs5 uzun illərdir ki, tanıyr. Onun oğlu Şahid4la münasibətləri vardır. Zərərçəkmiş şəxs5 oğlu üçün pensiya düzəltmək vədini verməmişdir. Maddi vəziyyətində çətinlik yarandığından 19 aprel 2021-ci il tarixdə yaranmış borclarını ödəmək üçün onun atası Zərərçəkmiş şəxs5 6000 manat məbləğində borca pul almış, həmin məbləği də 6 aylıq götürsə də, maddi imkanı yol vermədiyi üçün ödəyə bilməmiş, sonradan isə həmin pulu hissə-hissə qaytarmışdır. Hazırda ona borcu yoxdur. Zərərçəkmiş şəxs5 baldızı Zərərçəkmiş şəxs7 və bacısı Emila Dadaşovanı tanımır. Onlara dövlət tərəfindən ləğv olunan pensiyanın müddətinin artırılacağı barədə vəd etməmiş və onlardan hər hansı məbələğdə pul almamışdır. Onlara Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Yusif adlı qohumunun olması barədə hər hansı söz deməmiş, ümumiyyətlə belə bir qohumu da mövcud deyildir. Şahid8 2021-ci ilin noyabr ayının sonlarından tanıyır. 2021-ci ilin dekabr ayında Şahid8 zəng edərək Zərərçəkmiş şəxs8 3500 manat pulu pensiya düzəltmək üçün aldığını, həmin puldan 375 manatını Şahid7 verdiyini və geri ala bilmədiyini deyib pulu almağımı xahiş etmişdir. Onun xahişi ilə Zərərçəkmiş şəxs8gilin evinə gedib həmin qadından şikayət etməməsini xahiş etmişdir. Sonra isə Şahid7 ilə telefon vasitəsi ilə əlaqə saxlayıb Vahidə olan borcunu istəyib 376 manatı Şahid9 kartına köçürtdürməklə ondan almışdır. Daha sonra Şahid8 ona borc pul göndərərək Zərərçəkmiş şəxs8 verməsini xahiş etmişdir. Lakin Şahid8lə Şahid7 ona Səriyyə Vəlyievagilə vermək üçün tanışı Şahid9 kartına borc olaraq pul göndərdikləri pulları da borclarına xərclədiyi üçün həmin pulu qaytara bilməmişdir, Şahid8lə aralarında Zərərçəkmiş şəxs8 pensiyasınn bərpa olunması məsələsinə dair heç bir söhbət olmamış, Şahid8 Zərərçəkmiş şəxs8 pul almasını tapşırmamışdır. O, Şahid8 xahişi ilə Zərərçəkmiş şəxs8 yaşadığı mənzilə getmiş, Zərərçəkmiş şəxs8dən Şahid8 görə xahiş edib ondan alınan 3500 manat məbləğində pulunun məsuliyyətini üzərinə götürərək möhlət almaq istəmişdir. Təqsirləndirilən şəxs sonra məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşiman olduğunu bildirərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X7, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 Şüşür qızına dəymiş ziyanı tam ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərindən etibarən oğlu Şahid4 vasitəsi ilə tanımışdır. Oğlu Şahid3 uzun illərdir ki, «ürək çatışmamazlığı»ndan əziyyət çəkir. O, bu səbəbdən hərbi xidmətə də yararsız hesab olundu. Bütün bunlara baxmayaraq o, dövlətdən heç bir ünvanlı sosial yardım və pensiya almır. Onun pensiyasının hesabına dolanır. Son zamanlar maddi vəziyyətində yaranmış çətinliyi aradan qaldırmaq üçün Şahid3 dövlətdən ünvanlı sosial yardım və ya pensiya almaq fikrinə düşdü. Lakin həmin məsələni həll etməyə imkanı olmadığı üçün yollar axtarmağa başladı. Həmin ərəfədə oğlu Şahid4 çayxanada oturub yoldaşlar ilə qardaşının dövlətdən pensiya almaq məsələsini müzakirə edən zaman Təqsirləndirilən şəxs yaxınlaraşaq həmin məsələni həll edə biləcəyini dedimişdir. Bunları eşitdikdən sonra oğlu Şahid4 onu Təqsirləndirilən şəxslə görüşdürməyi xahiş etdi. Təqsirləndirilən şəxslə əlaqə saxladıqdan sonra birlikdə 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi Mingəçevir şəhəri «Nizami parkı»nın yanında onunla görüşdülər. Ona oğlu Şahid3 pensiya alması kömək edilməsini xahiş etmişdir. Vüqar da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində tanışının olmasını, tanışının hər şeyə qadir olmasını, bu işi asanlıqla həll edəcəyini bildirib heç bir sənəd arxasınca düşməməyi məsləhət görərək bütün sənədləşmə işləri ilə özü məşğul olacağını, 6 ay müddətində pensiya alması məsələnini həll edəcəyini və oğlu Şahid3 aylıq 368 manat məbləğində pensiya almasını təmin edəcəyəni dedi. Lakin bunun müqabilində ondan 8000 manat pul alacağını dedi. O, həmin məbləğin çox olmasını və deyilən məbləği ona vermək gücündə olmadığını deyib çətinliklə həmin məbləği 6000 manata endirdi. Həmin vaxt Təqsirləndirilən şəxs oğluna pensiya düzəltmək adı ilə pul almağını təsdiqləmək üçün notarial qaydada rəsmiləşdirmə aparmasını təklif etdikdə Təqsirləndirilən şəxs notarial qaydada ondan borc pul almağı barədə rəsmiləşdirmə aparılmasına razılıq verdi. Əlacsız qalıb onunla razılaşdı. Razılaşmaya əsasən Vüqarla 19 aprel 2021-ci il tarixdə Mingəçevir Asan Xidmət Mərkəzinə getmiş, orada Vüqara 6000 manat borc pul verməyi barədə kredit müqaviləsi bağladıqdan sonra pulu oğlu Şahid4 yanında Vüqara verdi. Təqsirləndirilən şəxs pensiya məsələsinin həmin gündən 6 ay müddətə qədər həll olunacağını, hətta həmin gündən başlayaraq oğlunun geridə qalmış 6 aya görə də pensiya alacağını dedikdə ona inanıb pulu verəndən sonra evinə qayıtdı. Bundan sonra avqust ayında bacısı Emila Dadaşova və baldızı Zərərçəkmiş şəxs7 da Təqsirləndirilən şəxs pensiyalarının artırılması üçün ayrıayrılıqda 1750 və 2000 manat məbləğində pul verdilər. Aradan 6 ay vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs oğlunun pensiya alması məsələsini həll etmədi. Təqsirləndirilən şəxs işi həll etməsini və ya pulu qaytarmasını tələb edəndə müxətif bəhanələr gətirərək sənəd verən şəxslərin çox olmasını, oğlunun növbəsinin tezliklə çatacağını deyərək məsələni yubatdı. Hətta bir neçə dəfə yanına gələn vaxt evdə olmasını tövsiyyə edərək pul gətirəcəyini deyib onu aldatdı. Sonra Təqsirləndirilən şəxs oğlu üçün pensiya düzəltmək və heç qohumları üçün də pensiyanın artırılması məsələsini həll etmək fikri olmadığını başa düşdü. Bu səbəbdən də Təqsirləndirilən şəxs etibarından sui istifadə edərək pulunu ələ keçirməsini, həmçinin bunu pərdələmək üçün məqsədli şəkildə onunla borc müqaviləsi bağladığın anlamışdır. Bu səbəbdən 25 may 2022-ci il tarixdə qohumları ilə birlikdə Mingəçevir polis şöbəsinə şikayət ərizəsi ünvanladı. O , zərərin ödənilməsi üçün mülki iddia qaldırmışdır. Lakin ona dəymiş ziyan hazırda tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxs yüngül cəza verilməsini və mülki iddianın təmin olunmamasını xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2019-cu ilin payız aylarından tanımışdı. Vüqarla adlarını xatırlamadığı şəxslərin vasitəsi ilə tanış olmuşdu. Onurğa nahiyəsində əmələ gəlmiş yırtıqdan əməliyyat olunduğu və maddi vəziyyətində çətinlik yarandığı üçün dövlətdən hər hansı formada müavinət almaq fikrinə düşdü. Lakin bu işin sənəd hissəsindən anlayışı olmadığından həmin müavinəti almaq üçün yollar axtardı. Həmin ərəfədə Təqsirləndirilən şəxs bu cür işləri həll etməsini eşitdiyi üçün onunla əlaqə yaratdı. Təqsirləndirilən şəxslə təxminən 2019-cu ilin noyabr ayının əvvələrində onun işlədiyi Mingəçevir şəhəri «Nizami parkı»nın yanında görüşərək söhbət edəndə ona pensiya, sosial yardım düzəltməsini və hətta ləğv olunmuş pensiyanı bərpa etməsini də dedi. Təqsirləndirilən şəxs ondan əlilliyə görə pensiya düzəltməyə görə 1150 manat pul istədikdə onunla razılaşdı. Sonradan deyilən məbləği toplayaraq əlilliyə görə müavinət almaq işini həll edilməsi üçün 2019-cu ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxslə Mingəçevir şəhəri «H.Əliyev parkı»nda görüşərək ona 1150 manat pulu vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Pulu verəndən sonra Təqsirləndirilən şəxs pensiya məsələsinin 6 aya həll olunacağını dedi. Lakin aradan həmin müddət keçsə də, nə həmin məsələ həll olundu, nə də ki, pulu qaytarıldı. Ondan işini həll etməsini və ya pulunu qaytarmasını tələb etsə də o, sənəd verənlərini çox olmasını, hazırda növbə çox olduğundan tezliklə növbəsinin çatacağını və mobil telefonuna bildiriş gələcəyini dediyindən onu bir qədər gözlədi. Lakin heç bir nəticə olmadı. Qeyd olunan ərəfələrdə səhhətində narahatçılıq yarandığından başı müalicəyə qarışdı. Həmin ərəfədə onda «xərçəng xəstəliyi» aşkar edildiyindən «xərçəng xəstəliyi» ilə əlaqədar olaraq ona aylıq 180 manat məbləğində pensiya kəsildi. Sonradan bu barədə Təqsirləndirilən şəxs deyib ondan pulunu geri istədi. O, müxtəlif bəhanələr gətirib pulu verməkdən yayındı. Bu səbəbdən də Təqsirləndirilən şəxs onu aldatdığını və sadəcə olaraq vaxtı uzatdığını başa düşüb Təqsirləndirilən şəxs şikayət etdi. Zərərçəkmiş şəxs1 sonra məhkəməyə teleqram göndərərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, hazırda yaşadığı Ucar rayonunun Boyat kəndində yerləşən orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Vərəm xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən 2013cü ildən etibarən həmin xəstəliyə görə dövlətdən 250 manat pensiya alır. 2020-ci ilin sonlarında 2021-ci ilin fevral ayında ona dövlət tərəfindən verilən həmin pensiyanın ləğv olunacağını öyrəndi. Həmin pensiyanı davamlı almaq üçün müxtəlif orqanlara baş vurdu, çoxsaylı müraciətlər etdi. Lakin heç bir nəticə olmamışdır. Həmin ərəfədə dostu Şahid1la görüşüb söhbət edən zaman ona dərdini danışdı. Sonradan Şahid1 əlaqə yaradaraq Mingəçevir şəhərində yaşayan qohumu Şahid2 tanışı Təqsirləndirilən şəxs əlilliyə görə pensiyanın bərpa edilməsi məsələsini həll edəcəyini bildirdi. Şahid1 həmin adamla görüşünü təşkil etməsini xahiş etdi. Bu minvalla o və Şahid1 11 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhərinə gələrək saat 10 radələrində «Qələbə meydanı» deyilən yerdə yerləşən çayxanada Təqsirləndirilən şəxslə görüşdülər. Yanlarında Şahid2 da olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs əlilliyə görə aldığı pensiyanı bərpa edib davamlı almağını təmin edə biləcəyini açıqladı. Söhbət zamanı Təqsirləndirilən şəxslə kənara çəkildilər. Təqsirləndirilən şəxs İİİ qrup əlilliyə görə pensiya almağı üçün ondan ilkin olaraq 1000 manat pul istədi. Həmin gün rayona qayıtdılar. Əvvəlcə bu barədə tanışı Şahid1 nə isə demədi. Təqsirləndirilən şəxs verdiyi kartın hesabına 11 dekabr 2020-ci il tarixdə 1000 manat pulu göndərdi. Daha sonra 14 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib işlə əlaqədar əlavə olaraq 400 manat pul lazım olmasını dedi. Şahid1 həmin pulu göndərərək Təqsirləndirilən şəxs verdiyi kartın hesabına köçürməsini xahiş etdi. Şahid1 da aparıb həmin pulu Təqsirləndirilən şəxs verdiyi kart hesabına göndərəndən sonra əlaqə yaradaraq kart hesabının Təqsirləndirilən şəxs deyil, hansısa qadının olmasını dedi. Sonra 17 dekabr 2020-cil tarixdə Şahid1la görüşdü. Həmin vaxt Təqsirləndirilən şəxs çoxsaylı zənglər gələndə Şahid1 nə baş verməsini soruşdu. Şahid1 Təqsirləndirilən şəxs əlavə olaraq 1100 manat məbləğində pul istəməsini dedi. Şahid1 əmisi oğlu Natiqlə əlaqə yaradanda xidmətin pulunun artmasının əlavə olaraq 1100 manat pulun Təqsirləndirilən şəxs tərəfindən istənildiyini dedi. O, narazılıq edəndə ilin sonu olduğuna və sənədləri gec hazırladıqlarına görə həmin pulun Vüqar Mustafaevə mütləq verilməli olmasını dedi. Bu söhbətdən dərhal sonra yəni, 17 dekabr 2020-ci il tarixdə saat 10 radələrində Şahid1la birlikdə Mingəçevir şəhərinə gəldi. Onunla həmişə olduğu kimi «Qələbə meydanı»nın yanındakı çayxanada görüşdülər. Şahid2 da yanlarında oldu. Həmin vaxt 1100 manat pulu Təqsirləndirilən şəxs verdilər. Pulu verəndən sonra işin həll olunacağını və 2 fevral tarixdə mobil telefona kod gələcəyini dedi. 2 fevral 2021-ci il tarixdə mobil telefon nömrəsinə kod gəldi, həmin kodu yoxlayan zaman həqiqətə uyğun gəlmədiyini müəyyən etdi. Həmin vaxt bu barədə Şahid2 və Təqsirləndirilən şəxs məlumat verdi. Bu minvalla kod söhbəti bir qədər uzandı. Sonradan isə Təqsirləndirilən şəxs məsələnin tam həll olunması üçün ondan əlavə olaraq 1800 manat məbləğində pul istədi. 18 mart 2021-ci il tarixdə saat 10:30 radələrində adəti üzrə yenidən Təqsirləndirilən şəxs və Şahid2la Mingəçevir şəhərində «Qələbə meydanı»nın yanındakı çayxanada görüşdülər. Görüş zamanı Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğundan 1800 manat məbləğində pulu Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs vermişlər. Şahid2 isə əmisi oğlu Şahid1 narahat olmamağı məsləhət görüb işin düzələcəyini, iş düzəlməzsə, pulun qaytarılacağını dedi. Sonra isə Təqsirləndirilən şəxs və Şahid2la əlaqə yaradanda növbənin çox olmasını, onlardan başqa 1200 nəfər adamın sənədinin olmasını, tezliklə növbənin çatacağını və işin düzələcəyini dedilər. Bir müddət də gözlədi, lakin, işi düzəlmədiyindən Təqsirləndirilən şəxs və Şahid2 müxtəlif bəhanəlar gətirdiklərindən aldandığını başa düşdü. Təqsirləndirilən şəxs barəsində şikayət etmək istəsə də, Şahid2 buna imkan vermədi. Lakin son anda işin düzəlmədiyini və pulunun qaytarılmadığını görüb Təqsirləndirilən şəxs barəsində polisə şikayət etdi. Zərərçəkmiş şəxs2 sonra məhkəməyə teleqram və notarial qaydada təsdiq olunmuş ərizə göndərərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında qardaşı Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanımışdı. Belə ki, həmin ilin avqust ayında Zərərçəkmiş şəxs5 oğlu Şahid3 pensiya almaq məsələsini həll etmək üçün Təqsirləndirilən şəxs 6000 manat məbləğində pul verməsini eşitdi. Həmin ərəfədə İİ qrup əlilliyə görə dövlətdən aldığı 266 manat məbləğində pensiya 12 avqsut 2021-ci ildə kəsildi, bundan sonra əlilliyə görə deyil, yaşa görə 180 manat pensiya almağa başladı. Bu səbəbdən maddi vəziyyətində yaranan çətinliyi aradan qaldırmaq üçün dövlətdən aldığı əlilliyə görə pensiyanın bərpa olunmasını həll etmək fikrinə düşdü. Qardaşı Zərərçəkmiş şəxs5 bu işi Təqsirləndirilən şəxs bacaracağını dedi. Həmin söhbəti qardaşının baldızı Zərərçəkmiş şəxs7 da eşitdi. Onunla vədləşib Mingəçevir şəhərinə getdilər. Qardaşı oğlu Şahid4la gedib Mingəçevir şəhərindəki «Nizami» parkında Təqsirləndirilən şəxslə görüşüb tanış olaraq pensiyanın bərpa edilməsi barədə danışanda o, pensiya düzəltməsini, hətta pensiyanı bərpa etməsini, müddətini artırmasını, bütün bunları da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyində işləyən qohumu vasitəsi ilə etməsini deyərək pensiyasının bərpa edilməsinə görə ondan 1700 manat məbləğində, Zərərçəkmiş şəxs7 isə 2000 manat məbləğində pul istədi. Onunla razılaşıb yaşadığı Ağdam rayonuna qayıtdılar. İkisi də deyilən məbləği toplayaraq pul hazır olduqdan sonra birlikdə aradan bir gün keçmiş Mingəçevir şəhərinə gəldilər. Qardaşı oğlu Şahid4la birlikdə Mingəçevir şəhərindəki «H.Əliyev» parkına gedib orada Təqsirləndirilən şəxslə görüşdükdən sonra məbləğləri özünə verdilər. Vüqar ona görə əlilliyə aldığı pensiyanın bundan sonra da bərpa olunacağını və hər ay 300 manat məbləğində pensiya alacağını vəd etdi. Lakin aradan 6 ay müddət keçəndən sonra pensiyasının kəsilməsinə baxmayaraq bərpa olunmadığını görüb Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb ondan pensiyanın nə vaxt bərpa olunacağını soruşduqda o, 45 iş günü müddətində pensiyanın məbləğinin artılaracağını, sənəd verən şəxslərin çox olmasını, növbəsinin tezliklə çatacağını dedi. O da Təqsirləndirilən şəxs səmimiyyətinə inanıb bir qədər də gözlədi. Lakin sonradan o, telefon zənglərimə cavab verməyəndə Vüqarın onu aldadıb pulunu ələ keçirməsini başa düşərək onun barəsində Mingəçevir şəhər polis şöbəsinə şikayət etdi. Zərərçəkmiş şəxs E.Dadaşova sonra məhkəməyə teleqram və notarial qaydada təsdiq olunmuş ərizə göndərərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, hazırda Ağdam rayon Mərkəzi xəstəxanasının Mahrızlı kənd məntəqəsində qeydiyyatçı vəzifəsində işləməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından etibarən qohumu Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanımışdı. Belə ki, həmin ilinavqust ayında Zərərçəkmiş şəxs5 oğlu Şahid3 pensiya almaq məsələsini həll etmək üçün Təqsirləndirilən şəxs 6000 manat məbləğində pul verməsini öyrəndi. Həmin ərəfədə İİ qrup əlilliyə görə dövlətdən aldığı 259 manat məbləğində pensiyanın kəsiləcəyi barədə şaiyələr gəzdi. Bu səbəbdən gələcəkdə ailəsində yaranacaq maliyyə çətinliyini aradan qaldırmaq üçün dövlətdən aldığı pensiyanın müddətinin artırmaq fikrinə düşdü. Lakin, bu işi sənədləşmə tərəfi barədə savadı olmadığından edə bilmədi və işdən anlayışı olan adam axtarırdı. Yeznəsi isə bu işi Təqsirləndirilən şəxs bacaracağını dedikdə həmin söhbəti mərhum bacısının baldızı Emila Dadaşova da eşitdi. Həmin vaxtlar Emila Dadaşova da onun kimi dövlətdən İİ qrup əlilliyə görə 266 manat pul alırdı. Onunla danışıb Mingəçevir şəhərinə getdilər. Bacısı oğlu Şahid4la birlikdə gedib Mingəçevir şəhərindəki «Nizami» parkında Təqsirləndirilən şəxslə görüşüb tanış olub pensiyasının müddətinin artırılması barədə danışanda Təqsirləndirilən şəxs pensiya düzəltməsini, hətta pensiyanı bərpa da etməsini, pensiyanın müddətini artırmasını, bütün bunları da Əmək və əhalinin sosial müdafiəsi Nazirlyində işləyən qohumu vasitəsi ilə etməsini bildirdi. Söhbət əsasında pensiyasının müddətini artırmağa görə ondan 2000 manat, Emila Dadaşovadan isə 1750 manat pul istədi. Onunla razılaşıb yaşadığı Ağdam rayonuna qayıtdılar. Hər ikisi deyilən məbləği toplayaraq pul hazır olduqdan sonra Emila Dadaşova ilə birlikdə Mingəçevir şəhərinə gəldilər. Bacısı oğlu Vasif Mustafayev və Emila Dadaşova ilə birlikdə Mingəçevir şəhərindəki «H.Əliyev» parkına gedib orada Təqsirləndirilən şəxslə görüşdükdən sonra onun dediyi məbləğləri özünə verdilər. Təqsirləndirilən şəxs əlilliyə görə aldığı pensiyanın bundan sonra da kəsilməyəcəyini vəd etdi. X4 aldığı pensiyanın 2-3 ay dayanaraq sonra bərpa olunacağını, uzaqbaşı oktyabr ayından etibarən pensiyanı alacağını dedi. Lakin aradan uzun 6 ay müddət keçəndən sonra pensiyasının kəsilməsini görüb Vüqar Musatfayevlə telefon əlaqəsi yaratmış, ondan pensiyanın nə vaxt bərpa olunacağını soruşdu. O, isə 45 iş günü müddətində pensiyasının bərpa olunacağını, sənəd verən şəxslərin çox olmasını, növbəsinin tezliklə çatacağını dedi. Həmçinin sonralar tezliklə kart veriləcəyini, mobil telefona mesaj gələcəyini, pensiyasının bərpa olunağı məsələsini bəhanə edərək vaxtı uzatdı, ona inanıb bir qədər də gözlədi. Lakin, sonradan o, telefon zənglərinə cavab verməyəndə Vüqar onu aldadıb pulunu ələ keçirməsini başa düşərək barəsində şikayət etdi. Zərərçəkmiş şəxs7 sonra məhkəməyə teleqram və notarial qaydada təsdiq olunmuş ərizə göndərərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, 2009-cu ildə beynində, ürəyində problemlər, təzyiq və «bronxial astma» xəstəsi olduğundan həmin xəstəliklərlə əlaqədar olaraq pensiyaya çıxdı. Son vaxta kimi dövlətdən 260 manat məbləğində pensiya aldı. 2021-ci ilin mart ayında ona dövlət tərəfindən xəstəliyə görə pensiya verilən kəsildi. Mən maddi vəziyyətində çətinlik yarandığından o vaxtdan da həmin pensiyanı bərpa etdirmək üçün yollar axtardı. 2021-ci ilin may ayında keçmiş qonşusu Şahid5 ilə təsadüfən rastlaşanda onunla söhbət edərək bu barədə Əsməgülə danışdı. Əsməgül tanış şəxsin olmasını və pulun müqabilində pensiyasının bərpa etdirməkdə ona kömək edə biləcəyini dedi. Ondanı bu iş üçün hansı məbləğdə pulu lazım olmasını soruşanda pensiyanın bərpası üçün 3500 manat pul lazım olmasını dedi. Evə gələrək əri və digər ailə üzvləri ilə məsələhətləşdi. Onlar bu işə razı olandan sonra 2250 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə «Kapital Bank»ın Mingəçevir filalından kreditə götürdü, yerdə qalan 1500 manat pulu isə qaynı Əli Vəliyevdən borc aldı. Pul hazır olandan sonra Şahid5 zəng edərək bu barədə məlumat verdi. Elə həmin gün Əsməgül saat 14 radələrində oğlu Şahid6 və ilk dəfə gördüyü sonradan tanıdığı Şahid7 onun yaşadığı ünvana göndərdi. O və əri Şahid10 3500 manat məbləğində pulu Şahid6 və Şahid7 verdilər. Onlar pulu alaraq pensiyasının 3 ay sonra bərpa olunacağına söz verib getdilər. Aradan 3 ay keçəndən sonra heç bir nəticə olmadığını görüb pulu geri qaytarmalarını tələb etsələr də, onlar müxtəlif bəhanələr gətirərək pulu qaytarmadılar. Şahid6 danışığı qüsurlu olduğuna görə əri ilə birlikdə Şahid7 yanına gedərək ondan pulu istədikdə Akif pulu Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində işləyən Təqsirləndirilən şəxs verdiyini, deyib pulu ondan istəməyini məsələhət gördü. Qeyd olunan idarədə Təqsirləndirilən şəxs işləməsini dəqiqləşdirdikdən sonra dekabr ayının sonlarında Təqsirləndirilən şəxs özü onlarla əlaqə yaradaraq Şahid7gilin onlardan aldığı pulun özünə çatmasını, işlərinin düzəlməməsini bildirib pullarını bayramdan sonra qaytarmaq üçün möhlət vermələrini xahiş etdi. Lakin bayramdan sonra nə Təqsirləndirilən şəxs nə də ki, başqa şəxslər pulu qaytarmadıqlarından aldandığını başa düşdü və Mingəçevir şəhər polis şöbəsinə şikayət etdi. Zərərçəkmiş şəxs8 sonra məhkəməyə teleqram göndərərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi Təqsirləndirilən şəxs ilə 2020-ci ilin sonlarından adlarını xatırlamadığı şəxslərin vasitəsi ilə tanış oldu. Görmə qabiliyyətində cüzi problemlər olduğundan eynəkdən istifadə etmişdir. Buna görə həmin ərəfədə dövlətdən hər hansı formada sosial müavinət almaq imkanının olub-olmaması ilə maraqlanmışdı. Lakin kifayət qədər savadı olmadığından sənəd işindən anlamamışdır. Bu barədə Təqsirləndirilən şəxslə görüşüb danışanda pensiya düzəltməsini, hətta ləğv edilən pensiyanı bərpa da etməsini dedi. Ona dövlətdən pensiya almaq istədiyini deyəndə bunu təmin etmək üçün 4250 manat pul istədi və həmin məbləği verəcəyi halda aylıq 300 manat pensiya alacağımı bildirmişdi. Həmin məbləğ sərf etdiyindən onunla razılaşdı. Olanlardan xəbər tutan tanışı Zərərçəkmiş şəxs4 yanına gəldi. O, özünə sosial pensiya düzəltmək istəməsini dedi və bu işdə onlar köməklik etməyini xahiş etmişdi. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxslə tanış edəndən sonra sosial pensiya məsələsinin həll edilməsi üçün Təqsirləndirilən şəxslə razılığa gəlmişdilər. Bundan sonra 2021-ci ilin yanvar ayında xatırlamadığı gündə Zərərçəkmiş şəxs4la birlikdə Mingəçevir şəhəri «Qələbə meydanı»nın yanında yerləşən «Nizami parkı»na gedib Təqsirləndirilən şəxslə görüşərək söhbət etdikdən sonra o, Təqsirləndirilən şəxs 1250 manat məbləğində, Zərərçəkmiş şəxs4 isə 3500 manat məbləğində pul vermişdir. Bütün proseslər onun gözləri qarşısında baş vermişdi. Təqsirləndirilən şəxs pulun qalanını nə üçün vermədiyini soruşanda ona pensiya məsələsinin tam həll ediləndən sonra yerdə qalan məbləği verəcəyini dedi. Təqsirləndirilən şəxs pulları alıb hər ikisinin məsələsinin 6 aya həll olunacağını dedi. Həmin vaxt orada o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4la birlikdə olmuşdu. Lakin aradan həmin müddət keçsə də, Təqsirləndirilən şəxs nə işlərini yoluna qoydu, nə də ki, pullarını qaytardı. Təqsirləndirilən şəxs işi həll etməsini və ya pulu qaytarmasını tələb edəndə müxətif bəhanələr gətirərək sənəd verən şəxslərin çox olmasını, növbəsinin tezliklə çatacağını deyərək məsələni bir az da ləngitdi. Sonradan Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdü. Zərərçəkmiş şəxs4 da vaxtı olmadığına görə polis şöbəsinə gələ bilmədiyindən onun əvəzinə də ərizə yazmağını xahiş etdi. Onun xahişini nəzərə alaraq 1250 manat məbləğində pulu ilə birlikdə onun da 3500 manat məbləğində pulunun ələ keçirilməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər polis şöbəsinə şikayət etmişdi. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə göndərərək ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2021-ci ilin əvvələrində Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdı. 2021-ci ilin yanvar ayında himayəsində 4 azyaşlı uşağı olduğundan və bununla əlaqədar olaraq ailə vəziyyətində yaranmış çətinliyi aradan qaldırmaq üçün dövlətdən sosial pensiya almaq fikrinə düşmüşdü. Lakin bu işi sənəd barədə savadı olmadığından özü edə bilmədiyinə görə işdən anlayışı olan şəxs axtarmağa başlamışdı. Tanışı Zərərçəkmiş şəxs3la görüşüb danışanda Təqsirləndirilən şəxs həmin məsələləri həll etməsi barədə dedi. Zərərçəkmiş şəxs3 onu Təqsirləndirilən şəxslə görüşdürməsini xahiş etdi. Bundan sonra Zərərçəkmiş şəxs3 onu Təqsirləndirilən şəxslə görüşdürdü. Təqsirləndirilən şəxslə tanış olub bu barədə danışanda o, pensiya və sosial yardım da düzəltməsini, hətta ləğv olunan pensiyanı bərpa da etməsini bildirdi. Ondan ailə vəziyyətində yaranmış çətinliklə bağlı sosial pensiya düzəltməsini xahiş etdi. Təqsirləndirilən şəxs onun üçün aylıq 270 manat məbləğində sosial pensiya alması həll etməyə görə 3500 manat pul istədikdə razılaşdı, bu barədə tanışı Zərərçəkmiş şəxs3 da dedi. O, da görmə qabiliyyətinə görə pensiya alması işini həll edilməsi üçün Təqsirləndirilən şəxslə razılığa gəlməsini bildirdi. 2021-ci ilin yanvar ayında səhər saatlarında Zərərçəkmiş şəxs3 onunla birlikdə Mingəçevir şəhəri «Qələbə meydanı»nın yanındakı «Nizami parkı»na getdi, orada Təqsirləndirilən şəxs 3500 manat, Zərərçəkmiş şəxs3 isə 1250 manat pul vermşdi. Zərərçəkmiş şəxs3 yerdə qalan pulun harada olmasını soruşanda Zərərçəkmiş şəxs3 pensiyası düzələndən sonra yerdə qalan məbləği verəcəyini dedi. Təqsirləndirilən şəxs pulu alandan sonra sosial yardım məsələsinin 6 aya həll olunacağını dedi. Lakin aradan müddət keçsə də, nə işlərini yoluna qoymuşdu, nə də ki, pullarını qaytarmışdı. Təqsirləndirilən şəxs işi həll etməsini və ya pulu qaytarmasını tələb edəndə müxtəlif bəhanələr gətirərək sənəd verən şəxslərin çox olmasını, növbənin tezliklə çatacağını deyərək məsələni bir az da uzatmışdı. Sonradan Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb Zərərçəkmiş şəxs3 vaxtı məhdud olduğundan onun da əvəzinə şikayət etməsini xahiş etmişdi. O, da xahişini nəzərə alaraq 1250 manat pulu ilə birlikdə onun da 3500 manat pullunun ələ keçirilməsi faktına görə Təqsirləndirilən şəxs şikayət etmişdi. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə göndərərək ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 onun yaxın dostudur. Uzun illədir ki, bir-birlərini tanıyırlar. Dostu Zərərçəkmiş şəxs2 vərəm xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən 2013-cü ildən etibarən həmin xəstəliyə görə dövlətdən 250 manat müavinət almışdır. 2020-ci ilin sonlarında söhbət zamanı 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 dövlət tərəfindən verilən həmin pensiyanın ləğv olunacağanın bildi. Zərərçəkmiş şəxs2 həmin pensiyanı davamlı almaq üçün müxtəlif orqanlara baş vurub çoxsaylı müraciətlər etsə də, nəticə olmamışdır. Həmin ərəfədə Mingəçevir şəhərində yaşayan qohumu Şahid2 məsələni danışdıqda sonuncu onları Mingəçevir şəhərinə dəvət etdi. 11 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhərinə gedib saat 10 radələrində «Qələbə meydanı» deyilən yerdə yerləşən çayxanada Təqsirləndirilən şəxslə görüşdülər. Görüş zamanı əmisi oğlu Şahid2 da orada olmuşdu. Söhbət zamanı Hafis və Təqsirləndirilən şəxslər kənarlaşdılar. Bir qədər söhbət edərək yanlarına qayıtdılar. Həmin gün sağollaşıb rayona qayıtdıqdan sonra 14 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 zəng edib 400 manat pulu verdiyi kartın hesabına göndərməyini xahiş etdi. Onun qoyduğu pulu Ucar rayonunda yerləşən «Bəyaz» adlanan marketdən götürdü, Zərərçəkmiş şəxs2 verdiyi kart hesabına köçürən zaman kartın qadının adına olmasını müəyyən etdi. Həmin vaxt Zərərçəkmiş şəxs2 kartın qadın adına olmasını dedikdə pulu göndərməyi məsələhət görüb hər şeyi sonra danışacağını bildirdiyindən onun xahişinə əməl edib pulu köçürdü. Sonra 17 dekabr 2020-cil tarixdə Hafis Mustafyevlə görüşdü. Həmin vaxt Zərərçəkmiş şəxs2 çoxsaylı zənglər gəldi, nə baş verməsini soruşanda Təqsirləndirilən şəxs onun əlilliyə görə aldığı pensiyanı bərpa etmək vədini verib ondan kart vasitəsi ilə 11 dekabr 2020-ci il tarixdə 1000 manat pul almasını, 400 manat pulu da ona göndərməsini dedi. Daha sonra söhbət zamanı Təqsirləndirilən şəxs ondan daha 1100 manat pul istəməsini dedikdə dəqiqləşdirmək üçün əmisi oğlu Şahid2la əlaqə yaradanda xidmətin pulunun artmasının əlavə olaraq 1100 manat pulun Təqsirləndirilən şəxs tərəfindən istənildiyini təsdiq etdi. Buna narazılıq edəndə o, ilin sonu olduğuna və sənədləri gec hazırladığına görə həmin pulun Təqsirləndirilən şəxs mütləq verilməli olmasını dedi. Həmin söhbətdən sonra dərhal yəni, 17 dekabr 2020-ci il tarixdə saat 10 radələrində birlikdə Mingəçevir şəhərinə gəlib Şahid2la həmişə olduğu kimi «Qələbə meydanı»nın yanındakı çayxanada görüşdükdə Təqsirləndirilən şəxs də yanlarında oldu. Həmin vaxt 1100 manat pulu Təqsirləndirilən şəxs verdilər. Pulu verəndən sonra işi həll olunacağını və 2 fevral tarixdə Zərərçəkmiş şəxs2 mobil telefonuna kod gələcəyini dedi. 2 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsinə kod gəldi, kodu yoxlayan zaman həqiqətə uyğun gəlmədiyini müəyyən edərək bu barədə Şahid2 və Təqsirləndirilən şəxs məlumat verdilər. Bu minvalla kod söhbəti bir qədər uzandı. Sonradan isə Təqsirləndirilən şəxs məsələnin tam həll olunması üçün Zərərçəkmiş şəxs2 əlavə olaraq 1800 manat məbləğində pul istədi. 18 mart 2021-ci il tarixdə saat 10:30 radələrində adəti üzrə Təqsirləndirilən şəxs və Şahid2la yenidən «Qələbə meydanı»nın yanındakı çayxanada görüşdülər. Görüş zamanı Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğundan 1800 manat məbləğində pulu əmisi oğlu Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs verdilər. Şahid2 işin düzələcəyini və narahatçılığa əsas olmadığını bildirdi. Sonra isə Təqsirləndirilən şəxs və Şahid2la əlaqə yaradanda növbənin çox olmasını, onlardan əvvəl 1200 nəfər adamın sənədi olmasını, tezliklə növbənin çatacağını və işin düzələcəyini dedilər. Zərərçəkmiş şəxs2 bir az da gözlədi. Lakin, işi düzəlmədiyindən Təqsirləndirilən şəxs və Şahid2 müxtəlif bəhanələr gətirdiklərindən aldandığını başa düşdü. Təqsirləndirilən şəxs barəsində şikayət etmək istəsələr də, Şahid2 buna imkan vermədi. Lakin, Zərərçəkmiş şəxs2 işin düzəlmədiyini və pulun qaytarılmadığını görüb Təqsirləndirilən şəxs barəsində polisə şikayət etdi. Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, ürək çatışmamazlığından əziyyət çəksə də, dövlətdən hər hansı formada yardım almır. Hazırda atası Zərərçəkmiş şəxs5 dövlətdən aldığı 500 manat pensiyanın hesabına ailəsinin dolanmasına və onun xərclərimin ödənilməsinə köməklik edir. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvələrindən etibarən qardaşı Şahid4 vasitəsi ilə tanımışdı. Uzun illərdir ki, «ürək çatışmamazlığı»ndan əziyyət çəkməsinə, bu səbəbdən xidmətə də yararsız hesab olunmasına baxmayaraq o, dövlətdən heç bir ünvanlı sosial yardım və pensiya almadığından son zamanlar atası Zərərçəkmiş şəxs5 maddi vəziyyətlərində yaranmış çətinliyi aradan qaldırmaq üçün dövlətdən ünvanlı sosial yardım və ya pensiya almaq fikrinə düşdü. Lakin bu işin sənəd işlərindən anlayışı və həmin məsələni həll etməyə imkanım olmadığı üçün yollar axtarmağa başladı. Həmin ərəfədə qardaşı Şahid4 Təqsirləndirilən şəxs ona yaxınlaşaraq həmin məsələni həll edə biləcəyini dediyindən atası Fazil Rüsətmov qardaşından onu Təqsirləndirilən şəxslə görüşdürməyi xahiş etdi. Qardaşı Təqsirləndirilən şəxslə əlaqə yaradandan sonra birlikdə 17 aprel 2021-ci il tarixdə Vüqar Musatfayevin işlədiyi Mingəçevir şəhəri «Nizami parkı»nın yanına gedib onunla görüşdülər. Atası Təqsirləndirilən şəxs onun üçün pensiya almasının təmin edilməsində köməklik edilməsini xahiş etdikdə Vüqar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində tanışının olmasını, tanışının hər şeyə qadir olmasını, bu işi asanlıqla həll edəcəyini deyib atasına heç bir sənəd arxasınca düşməməyi məsləhət görərək bütün sənədləşmə işləri ilə özü məşğul olacağını, 6 ay müddətində onun pensiya alması məsələnini həll edəcəyini və onun aylıq 368 manat məbləğində pensiya almasını təmin edəcəyini dedi. Bunun müqabilində atasından 8000 manat pul alacağanı dedi. Sonra həmin məbləği 6000 manata endirdilər. Atası Təqsirləndirilən şəxs onun üçün pensiya düzəltməsi məsələsini təsdiqləmək üçün notarial qaydada rəsmiləşdirmə aparılması təklif etdikdə Təqsirləndirilən şəxs yalnız borc pul alması barədə rəsmiləşdirmə aparılmasına razılıq verdi. Atası əlacsız qalıb onunla razılaşdı. Razılaşmaya əsasən onunla 19 aprel 2021-ci il tarixdə Mingçevir Asan Xidmət Mərkəzinə getdi, orada Vüqarla atası 6000 manat borc pul verməyi barədə kredit müqaviləsi bağladıqdan sonra atası pulu qardaşı Şahid4 yanında Vüqara verdi. Təqsirləndirilən şəxs pensiya məsələsinin həmin gündən 6 ay müddətə qədər həll olunacağını, hətta həmin gündən başlayaraq onun geridə qalmış 6 aya görə də pensiya alacağını dedi.. Bundan sonra avqust ayında bibisi Emila Dadaşova və xalası Zərərçəkmiş şəxs7 da Təqsirləndirilən şəxs pensiyalarının artırılması üçün ayrı-ayırılıqda 1750 və 2000 manat məbləğində pul verdilər. Aradan 6 ay vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun pensiya almaq məsələsini həll etmədi. Atası Təqsirləndirilən şəxs işi həll etməsini və ya pulu qaytarmasını tələb edəndə müxtəlif bəhanələr gətirərək sənəd verən şəxslərin çox olmasını, onun növbəsinin tezliklə çatacağını deyərək məsələni gecikdirdi. Bu səbəbdən də atası Zərərçəkmiş şəxs5 Vüqar tərəfindən aldadıldığını, başa düşüb qohumları ilə birlikdə Mingəçevir polis şöbəsinə şikayət ərizəsi yazdılar. Şahid4 da məhkəmə iclasında digər Şahid3 ifadəsinə uyğun ifadə verdi. Şahid8 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2020-ci lin sonlarında Mingəçevir şəhərində özünü Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində sahə rəisi işləyən kimi təqdim edən Təqsirləndirilən şəxs Musatafa oğlu ilə tanış oldu. O, Mingəçevir şəhərində nüfuzlu şəxs olduğunu, istənilən problemi həll etdiyini, ünvanlı sosial yardım, pensiya düzəltməsini üstəlik ləğv olunmuş pensiyaları da bərpa etməsini, arzulayan şəxslər olsa, ona müraciət edə biləcəkləri barədə danışdı. Mingəçevir şəhərində çoxdan tanıdığı hərbçi yoldaşı Şahid7 də yaşayırdı. Ordudan tərxis olunmasına baxmayaraq onunla münasibətləri kəsməyərək vaxtaşırı görüşürdülər. Şahid7 onunla əlaqə saxlayanda onun yanında Təqsirləndirilən şəxs adını çəkməsə də, Təqsirləndirilən şəxsn pensiya, sosial yardım düzəltməsi və ləğv olundu pensiyaları bərpa etməsi barədə danışdı. 2021-ci ilin iyul ayının əvvəllərində Kürdəmir rayonunda yerləşən hərbi hissədə xidmətdə olan zaman Şahid7 onunla telefon əlaqəsi yaradaraq Zərərçəkmiş şəxs8 əlilliyə görə pensiyasının ləğv olunmasını deyərək həmin pensiyanın yenidən bərpa olunmasına kömək olunmasını xahiş etdi. Həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan əlaqə saxlayaraq ona olanları danışdıqda Vüqar həmin işi nüfuzlu tanışları vasitəsi ilə həll edə biləcəyəni açıqladı, pensiya məsələsinin 3 ay müddətinə həll olunmasını, həmin işin həll edilməsinə görə 3500 manat pul verməli olmasını, ona və Şahid7 ayrı-ayırlıqda 250 manat məbləğində «şirinlik» verəcəyini dedi. Evdə problemləri olduğundan buna razı oldu. Təqsirləndirilən şəxslə danışdıqdan sonra Şahid7 ilə telefon əlaqəsi yaradaraq olanları izah etməklə ona da 250 manat «şirinlik» verəcəyini dedi. Bundan sona Şahid7 onunla əlaqə yaradaraq pulu götürməsini bildirdikdə ona Kürdəmir rayonuna gəlməsini məsələhət gördü. Şahid7 həmin aylarda Kürdəmir rayonuna gəldi, orada yerləşən «Çıraq» adlanan kafedə oturub yemək yeyəndən sonra Zərərçəkmiş şəxs8gildən aldığı 3500 manat pulu çıxarıb stolun üstünə qoydu. Həmin vaxt Təqsirləndirilən şəxslə əlaqə yaradaraq pulun hazır olmasını dedi. Bundan sonra Şahid7 pulun üstündən 375 manat məbləğində pul götürdü. Bunu yol xərci ilə əsaslandırdı. O, da buna narazı olmadı. Yerdə qalan 3125 manat pulu ondan götürdü. Sonra isə Təqsirləndirilən şəxslə əlaqə yaradaraq pulun hazır olmasını dedi. Onunla razılığa gələndən sonra aradan 2-3 gün keçmiş Mingəçevir şəhərində yerləşən «Qələbə meydanı»nın yanında işlədiyi «Nizami parkı»nda görüşdülər. Ona pulun 3125 manat olmasını dedikdə pulun üstündən 250 manat məbləğində pul ona verib yerdə qalan 2875 manat pulu özünə götürdü və pensiyanın bərpasının 3 ay çəkəcəyini bildirdi. Aradan 3-4 ay keçdi Şahid7 əlaqə yaradaraq Zərərçəkmiş şəxs8 pensiyasının düzəlmədiyini deyəndə Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradaraq məsələnin nə yerdə olmasını soruşdu. Vüqar növbənin çox olmasını və Zərərçəkmiş şəxs8 da növbəsinin çatacağını ona dediyindən bir az da arxayınlaşdı. Şahid7 2021-ci ilin dekabr ayının əvvəllərində əlaqə yaradaraq Zərərçəkmiş şəxs8 pensiya məsələsinin yubandığını bildirdikdə Təqsirləndirilən şəxslə təkrar əlaqə yaratdı. Təqsirləndirilən şəxs artıq həmin şəxsin məsələsinin həllini tapa bilməyəcəyini dedikdə ondan verilən pulu geri qaytarmasını tələb edəndə həmin pulu qaytara bilməyəcəyini dedi və ona bütün işləri özü korladığından Zərərçəkmiş şəxs8gilə gedərək hər şeyi etiraf etməsini tələb etdi. Vüqar da məcbur qalıb Zərərçəkmiş şəxs8gilə gedərək onlara hər şeyi etiraf etməklə pulu tezliklə ödəyəcəyini dedi. Sonradan isə onunl əlaqə yaradaraq qadının yola gətirilməsinin mümkünsüz olmasını deyərək pulun geri qaytarılmalı olmasını açıqladı. Həmin ərəfədə kapitan rütbəsində Kürdəmir rayonunda yerləşən hərbi hissədə xidmət etdiyinə görə işindən qorxub həmin 3500 manatın qaytarılmasını təmin etmək qərarına gəldi. Təqsirləndirilən şəxslə əlaqə yaradanda o, pulu qaytarması üçün borca pul istədikdə ona borca pul verməyə razılaşdı. Həmin söhbətdən sonra Şahid7 də pulu qaytarmasını tələb etdi. Şahid7 öz nişan üzüyünü satmaqla 380 manat pulu qəbzlə Təqsirləndirilən şəxs yola saldı, o, isə özünə çatan 250 manat pulu da digər məbləğlərlə birlikdə cəmi 3371 manat pulu Zərərçəkmiş şəxs8 verməsi üçün Təqsirləndirilən şəxs 2021-cilin dekabr ayında və 2022-cilin yanvar ayında ödəmə terminalı vasitəsi ilə borca pul göndərdi. Lakin, sonradan Təqsirləndirilən şəxs həmin pulları da xərcləyib qadına heç bir məbləğ vermədi. Ona görə də Zərərçəkmiş şəxs8 polisə şikayət etdi. Şahid7 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Şahid6la 2020-ci ildən tanış olmuşdır. Belə ki, onunla «Veysəloğlu» şirkətində birlikdə işləmişdi. Onun qardaşı şəhid olandan sonra isə anası Şahid5 da tanıdı. Ailəvi gediş-gəlişləri vardır. 2013-cü ildən 2021-ci il tarixədək müddətdən artıq hərbi xidmətdə olmuşdu. 2016-cı ilin aprel döyüşlərində və «44 günlük» müharibədə iştirak etmişdi. Həmin ərəfədə hazırda mayor rütbəsində olan Şahid8 adlı hərbi qulluqçu ilə tanış olmuşdu. Onunla mütəmadi əlaqə saxlayırdı. Ondan 3500 manat pulun müqabilində dövlət tərəfindən ləğv edilmiş pensiyanın bərpa olunmasının mümkün olmasını eşitmişdi. Şahid8 pensiyanın bərpa olunması üçün müraciət edən şəxslər olacağı halda onun üzərinə yönəltməyini xahiş etmişdi. Bunları Şahid6gildə olan zaman onlara da danışdı. Bir müddət sonra X6 Vəliyevanın dövlət tərəfindən ləğv edilmişdi pensiyasının bərpa olunmalı olmasını ona dedi. Şahid5 tanışının həmin işləri 3500 manata həll etməsini bildirərək Zərərçəkmiş şəxs8 pensiyasının bərpa olumasında köməklik olunmasına narazı olmadığını dedi. Həmin vaxt Şahid8 bu barədə məlumat verdi. O, isə 3500 manat məbləğində pulun müqabilində onun pensiyasının bərpa olunacağını, ona da 250 manat «şirinlik» verəcəyini dedikdən sonra xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Şahid6la Zərərçəkmiş şəxs8gilin yaşadığı evə getdi. Onlarda oturub çay içən zaman Şahid10 gətirib 3500 manat pulu sayaraq ona verdi, Bundan sonra Zərərçəkmiş şəxs8gilin evini tərk etdilər. Aldığı 3500 manat məbləğində pulu aparıb Kürdəmir rayonunda yerləşən «Çıraq» adlanan kafedə Şahid8 verəndə yol xərci ilə əlaqədar olaraq ondan 375 manat məbləğində pul alıb Mingəçevir şəhərinə qayıtdı. Aradan bir müddət keçmiş Zərərçəkmiş şəxs8 işinin düzəlmədiyi üçün onunla aralarında mübahisə yarandı. Sonra Şahid8lə əlaqə yaradaraq ona Zərərçəkmiş şəxs8 pensiyasının bərpa olunub-olunmaması barədə sual verdikdə işin alınmadığını dedi. Ona işin alınmaması səbəbindən qadının pulun qaytarılmalı olmasını dedikdə razılaşdı. Həmin ilin dekabr ayında Şahid8 onu Təqsirləndirilən şəxslə əlaqələndirmiş, özünə çatan pulu Təqsirləndirilən şəxs göndərməli olmağını dedi. Buna görə də, nişan üzüyünü satıb xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində yerləşən ödəmə terminalından 380 manat manat pulu Təqsirləndirilən şəxs verdiyi kartın hesabına yüklədi. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının 17-nə qədər həmin qadının pulunun çatmalı olmasını bildirdi. Bundan sonra Şahid8 Təqsirləndirilən şəxs kartına Zərərçəkmiş şəxs8 pulunu qaytarması üçün göstərilən məbləğləri artıqlaması ilə göndərdi. Təqsirləndirilən şəxs sonra özü təkbaşına gedib Şahid10 onu gözləməsini xahiş etmişdi. Pulun hamısı ona çatdığı halda Zərərçəkmiş şəxs8gilə pul verməmişdi. Bunu da o, bilmədi. Zərərçəkmiş şəxs8 aldatmaqda Təqsirləndirilən şəxs və ya qeyri şəxslərlə əlbir olmamışdır. O, yalnız Zərərçəkmiş şəxs8 işinin düzəlməsini istəmişdi. Şahid8 heç bir məbləği əvvəlcədən istəmədi. Onun özü könüllü sürətdə ona 375 manat pul verdi. Onun Zərərçəkmiş şəxs8 aldatmaq fikri olmasından məlumatlı olmamışdır. Şahid6 və anası Şahid5 bu sövdələşməyə aidiyyəti yoxdur. Şahid9 ifadəsində bildirdi ki, Mustafayev X1 şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində sahə rəisi, isə Vüqarın işçisidir. 2021-ci ilin dekabr və yanvar aylarında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əmək haqqı kartının faizə borc götürdüyünə görə girovda olmasını bildirib ondan əmək haqqı kartını istəmişdir. Ondan kartı verəcəyi halda hər hansı problem olub-olmayacağını soruşanda heç bir problem olmadığını və kartın hesabına qohumlarının Rusiya Federasiyasından pul köçürəcəklərini və həmin pulu nağdlaşdırıb çıxaracağını dedi. Təqsirləndirilən şəxs çoxlu borcu olduğuna görə inanıb əmək haqqı kartını ona verdi. Hər dəfə o, pulu çıxarandan sonra gətirib kartını özünə qaytarıldı. Sonradan isə həmin kartının müddəti bitdiyindən kartı yenisi ilə əvəz etdi. Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər polis şöbəsində cinayət işi istintaq sonralar olunduğunu öyrəndi. Özünə məxsus əmək haqqı kartını Vüqara Rusiya Federasiyasından pul göndərilməsini bildirdiyi üçün vermişdi. Vüqarın törətdiyi əməllərdə qəti iştirakı yoxdur, cinayət törətməsindən məlumatı yoxdur. Onun kartına köçürdüyü məbləğlərdən də məlumatı olmamışdır. Təqsirləndirilən şəxs kartından istifadə edərək pul nağdlaşdırması müqabilində ona heç bir məbləğdə pul verməmişdi. Şahid10 məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər-Şahid5, Şahid6 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 1-cild 153-154-cü vərəqlərində olan 28 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 oğlu ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları yəni, ona məxsus 1150 ( min yüz əlli) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. İşin 1-cild 169-170-ci vərəqlərində olan 02 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları yəni, ona məxsus 4300 (dörd min üç yüz) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. İşin 1-cild 176-177-ci vərəqlərində olan 06 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Şahid1 ifadəsində göstərdiyi xüsusatları yəni, Zərərçəkmiş şəxs2 məxsus 4300 (dörd min üç yüz) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. İşin 1-cild 184-185-ci vərəqlərində olan 09 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları yəni, ona məxsus 6000 (altı min) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. İşin 1-cild 186-187-ci vərəqlərində olan 13 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X7 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Emilə Dadaşova ifadəsində göstərdiyi xüsusatları yəni, ona məxsus 1750 (min yeddi yüz əlli) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. İşin 1-cild 188-189-cu vərəqlərində olan 17 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatları yəni, ona məxsus 2000 (iki min) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. İşin 1-cild 212-213-cü vərəqlərində olan 03 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid8 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Şahid8 ifadəsində göstərdiyi xüsusatları yəni, Zərərçəkmiş şəxs8 məxsus 3500 (üç min beş yüz) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. İşin 1-cild 223-224-cü vərəqlərində olan 06 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları yəni, ona məxsus 1250 (min iki yüz əlli) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. İşin 2-cild 17-18-ci vərəqlərində olan 12 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları yəni, ona məxsus 3500 (üç min beş yüz) manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsini Təqsirləndirilən şəxs üzünə demişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs1 aldadıb 1150 manat məbləğdə pulunu, Zərərçəkmiş şəxs3 aldadıb 1250 manat məbləğdə pulunu, Zərərçəkmiş şəxs4 aldadıb 3500 manat məbləğdə pulunu alıb ələ keçirərək dələduzluq etməsi epizodlarının bəraətverici əsaslar olmadan ittihamdan xaric edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, irəli sürülmüş ittiham üzrə Zərərçəkmiş şəxs1 aldadıb 2019-cu ilin noyabr ayının ortalarında 1150 (bir min yüz əlli) manat məbləğdə pulunu alıb ələ keçirməsi, Zərərçəkmiş şəxs3 aldadıb 2021-ci ilin yanvar ayının əvvəllərində 1250 (bir min iki yüz əlli) manat məbləğdə pulunu alıb ələ keçirməsi, Zərərçəkmiş şəxs4 aldadıb 2021-ci ilin yanvar ayının əvvəllərində 3500 (üç min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək dələduzluq etməsi epizodları üzrə CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə əməllər Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ləğv ediləcək əlillik statusunun və əlilliyə görə dövlətdən aldığı müavinətin bərpa edilməsinə köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq 11 dekabr 2020-ci il tarixdə 1000 (min) manat məbləğdə, 14 dekabr 2020-ci il tarixdə 400 (dörd yüz) manat məbləğdə pulunun özünə məxsus istintaqa məlum olmayan bank kartı hesabına köçürülməsinə nail olmaqla, 17 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısındakı parkda 1100 (min yüz) manat məbləğdə, son olaraq isə 18 mart 2021-ci il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısındakı parkda 1800 (min səkkiz yüz) manat məbləğdə pulunu alaraq Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 4300 (dörd min üç yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 övladı Şahid3 əlilliyə görə pensiya almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs5 aldadaraq öz cinayətkar niyyətini pərdələmək məqsədi ilə 2021-ci ilin aprel ayının 19-da Mingəçevir Asan Xidmət Mərkəzində Zərərçəkmiş şəxs5la borc müqaviləsi bağlamaqla sonuncunun 6000 (altı min) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda – ümumilikdə 6000 (altı min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 ləğv ediləcək əlillik statusunun və əlilliyə görə dövlətdən aldığı müavinətin bərpa edilməsinə köməklik edəcəyini onun cinayətkar qəsdindən xəbərdar olmayan cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan Şahid7 vasitəsi ilə yalandan vəd verib, Zərərçəkmiş şəxs8 aldadaraq 2021-ci ilin iyul ayının 7-də Şahid7 vasitəsi ilə Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 2/1 ünvanında yerləşən binanın 98-ci mənzilində Zərərçəkmiş şəxs8 3500 (üç min beş yüz) manat məbləğdə pulunun alınaraq ona (Təqsirləndirilən şəxs) verilməsi üçün cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan və onun cinayətkar qəsdindən xəbərdar olmayan Şahid8 çatdırılmasına, habelə əldə olunan məbləğdən 625 (altı yüz iyirmi beş) manat məbləğdə pulun Şahid7 və Şahid8 verilməsinə nail olmuş, sonradan 2021-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs8 alınmasına nail olduğu, sonuncuya məxsus olan Şahid8 saxladığı 2875 (iki min səkkiz yetmiş beş) manat məbləğdə pulu sonuncudan Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısındakı parkda alaraq, Səriyə Vəliyevanın ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğdə pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 3500 (üç min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 ləğv edilmiş əlillik statusunun və əlilliyə görə dövlətdən aldığı müavinətin bərpa edilməsinə köməklik edəcəyini yalandan vəd edib Emila Dadaşovanı aldadaraq 2021-ci ilin avqust ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «H.Əliyev park»ında 1750 (min yeddi yüz əlli) manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs X5 1750 (min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 əlilliyə görə aldığı pensiyanın müddətinin artırılmasının təmin olunmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs7 aldadaraq 2021-ci ilin avqust ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «H.Əliyev park»ında 2000 (iki min) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 2000 (iki min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 1-ci cild 79-cu vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən və işə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(051)-67/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci ildən 02 fevral 2022-ci il ilə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 07 aprel 2023-cü il tarixli, 159658/3-12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 2(iki) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 8(səkkiz) ay 15(on beş) günü çəkilmiş, 2(iki) il 3(üç) ay 11 (on bir) günü icra edilməmişdir. İşin 2-ci cild 52-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, X7, Zərərçəkmiş şəxs2 və X2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. İşin 150-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Jalə adlı bir azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olması, əməlini etiraf edib peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-21/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər Polis şöbəsinin 29 mart 2023-cü il tarixli, 3-13-98/2- 9663/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu cəza saxlanılmalı, əvvəlki hökm üzrə çəkmiş olduğu 8 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək- 9 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla 18 gün, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut yoxdur. Mülki iddia tələbi təmin edildiyinə mülki iddiaçılar Zərərçəkmiş şəxs5, X7 və Zərərçəkmiş şəxs7 mülki iddiası təmin olunmamalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün azadlığını məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu üzərində 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Əvvəlki hökm üzrə çəkmiş olduğu 8 ay 15 gün azadlığın məhdudlaşdırılması və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək- 9 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla 18 gün, ona təyin edilmiş 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 2(iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli hazırki hökm üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Mülki iddia təmin olunmasın. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-21/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-21/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver