Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-21/2024 17.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1992-ci Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 35, mənzil 53-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən tikinti avadanlıqlarının icarəsi ilə məşğul olan Zərərçəkmiş şəxs1 işğaldan azad olunmuş Cəbrayıl rayonunda işlədiyi tikintidə istifadə etmək üçün icarəyə götürmək və gündəlik istifadəyə görə müəyyən edilmiş icarə haqqını ödəmək adı ilə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə tikinti avadanlıqlarını icarəyə verdiyi həmin ünvanda 1 dəstinin qiyməti 70 manat olan 5 dəst ayaqaltının hazırlanmasında istifadə olunan 5 ədəd çərçivə, 24 ədəd M8 tipli bolt, 8 ədəd 2,5 metr uzunluğunda dəmir boru, 4 ədəd 2 metr uzunluğunda dəmir borudan ibarət olan 350 (üç yüz əlli) manat dəyərində 5 dəst ayaqaltını, habelə 1 ədədinin qiyməti 7.50 (yeddi manat əlli qəpik) manat olan 30 (otuz) manat dəyərində 5x20 santimetr ölçülü, 3 metr uzunluğunda 4 ədəd taxta meydançanı, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 1 dəstinin qiyməti 70 manat olan 5 dəst ayaqaltının hazırlanmasında istifadə olunan 5 ədəd çərçivə, 8 ədəd 2,5 metr uzunluğunda dəmir boru, 4 ədəd 2 metr uzunluğunda dəmir boru, 24 ədəd M8 tipli boltdan ibarət olan 350 (üç yüz əlli) manat dəyərində 5 dəst ayaqaltını, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 1 dəstinin qiyməti 70 manat olan 5 dəst ayaqaltının hazırlanmasında istifadə olunan 5 ədəd çərçivə, 8 ədəd 2,5 metr uzunluğunda dəmir boru, 4 ədəd 2 metr uzunluğunda dəmir boru, 24 ədəd M8 tipli boltdan ibarət olan 350 (üç yüz əlli) manat dəyərində 5 dəst ayaqaltını, xx.xx.2022-ci il tarixdə yenə də həmin ünvanda 1 dəstinin qiyməti 70 manat olan 6 dəst ayaqaltının hazırlanmasında istifadə olunan 6 ədəd çərçivə, 10 ədəd 2,5 metr uzunluğunda dəmir boru, 5 ədəd 2 metr uzunluğunda dəmir boru, 30 ədəd M8 markalı boltdan ibarət olan 420 (dörd yüz iyirmi) manat dəyərində 6 dəst ayaqaltını, ümumilikdə 1470 (min dörd yüz yetmiş) manat dəyərində 21 dəst metal ayaqaltı və onların tərkib hissəsi olan 21 ədəd metal çərçivə, 34 ədəd uzunluğu 2.5 metr olan dəmir boru, 17 ədəd uzunluğu 2 metr olan metal boru, 102 ədəd M8 tipli boltu və 30 (otuz) manat dəyərində 4 ədəd taxta meydançanı Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə və aldatma yolu ilə və vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs1 cəmisi 1.500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən « Ərəş » tikinti materialları mağazasının sahibi Zərərçəkmiş şəxs2, sonuncunun bir gününü 10 manata icarəyə verdiyi “maşina parketohlifovalğnaə CO-206” yazıları olan taxta yonmaq üçün istifadə olunan 800 (səkkiz yüz) manat dəyərində dəzgahı usta kimi işlədiyi mənzilin döşəməsinin təmir edilməsində istifadə etmək üçün icarəyə götürmək və bir gün istifadə etdikdən sonra icarə haqqı ilə birlikdə qaytarmaq adı ilə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 aldıqdan sonra, reallıqda həmin dəzgahı hər hansı bir tikinti və təmirdə istifadə etmək niyyəti olmadan onu xx.xx.2022-ci il tarixdə Gəncə şəhər sakini X6 570 (beş yüz yetmiş) manata satmaqla və həmin satışdan əldə etdiyi pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq 800 (səkkiz yüz) manat dəyərində olan taxta yonan dəzgahı ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanıyır, əvvəllər də həmin şəxsə müraciət edərək ayaqaltı götürmüş və vəd etdiyi vaxtda da geri qaytarmışdır. 2022-ci ilin sentyabr ayında o, Cəbrayıl rayonunda tikinti işlərində işləyirmiş. Lakin həmin ərazilərə portala daxil olmamaqla getmiş və əmək müqaviləsi bağlamadan işləmişdir. Həmin iş zamanı ona ayaqaltı lazım olmuş və buna görə də Mingəçevir şəhərinə gələrkən xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs1 işlətdiyi sexə gəlmiş və tikintidə istifadə etmək məqsədilə Arzudan ayaqaltlığı istəmişdir. Zərərçəkmiş şəxs1 də günlük icarə əsasında ona ayaqaltlığı verə biləcəyini bildirmişdir. Həmin gün 5 ədəd çərçivə, 8 ədəd 2,5 metr uzunluğu olan boru, 4 ədəd uzunluğu 2 metr olan boru, 4 ədəd taxta ayaqaltı, 24 ədəd M8 markalı bolt icarə götürməsinə dair sənədə imza etməklə Arzudan təhvil almışdır. Hər gün üçün icarəyə götürdüyü əşyalara görə 3 manat pul ödəməli olmuşdur. Həmin gün də ayaqaltlıqlarını avadanlıqlarla birlikdə Cəbrayıl rayonuna tanımadığı “Qazel” markalı avtomobil ilə yola salmışdır. Daha sonra yenidən lazım olduğu üçün o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 sexinə gəlmiş və onunla eyni qaydada razılaşaraq 5 ədəd çərçivə, 8 ədəd 2,5 metr uzunluğu olan boru, 4 ədəd uzunluğu 2 metr olan boru, 24 ədəd M8 markalı bolt icarəyə götürmüş və sənədə imza etmiş, daha sonra xx.xx.2022-ci il tarixdə eyni qaydada eyni şərtlərlə 5 ədəd çərçivə, 8 ədəd 2,5 metr uzunluğu olan boru, 4 ədəd uzunluğu 2 metr olan boru, 24 ədəd M8 markalı bolt icarəyə götürmüş, yenidən xx.xx.2022-ci il tarixdə 6 ədəd çərçivə, 10 ədəd 2,5 metr uzunluğu olan boru, 5 ədəd uzunluğu 2 metr olan boru, 30 ədəd M8 markalı bolt icarəyə götürmüşdür. Həmin qeyd etdiyi avadanlıqları Cəbrayıl rayonuna göndərmişdir. O özü də Cəbrayıla getmiş və işləyərkən həmin avadanlıqlardan istifadə etmişdir. X5 şəhərinə gəlmiş və bundan sonra Cəbrayıla qayıtmamışdır. Ona görə də Zərərçəkmiş şəxs1 məxsus ayaqaltıları gətirib qaytarmamışdır. Bundan keçən müddət ərzində də Zərərçəkmiş şəxs1 zəng etməmiş və onunla razılaşdığı tarixdə avadanlıqları geri qaytara bilməmiş, həmçinin razılaşdığı icarə haqqını da indiyədək ödəməmişdir. Bundan başqa o, bildirmişdir ki, uzun müddət işləmədiyindən və gündəlik tələbatlarını ödəmək üçün pulu olmadığından xx.xx.2022-ci il tarixdə ünvan 3 saylı binanın birinci mərtəbəsində yerləşən əvvəllər də icarəyə gündəliyi 10 manata olan taxta yonan dəzgahı “Ərəş” tikinti materialları mağazasından almaq üçün həmin mağazaya getmişdir. Belə ki, həmin mağazadan dəzgahı götürməkdə məqsədi onu sataraq pul əldə etmək olmuşdur. Mağazanın sahibləri və orada çalışan Niyazi, Elbrus və Etibar adlı şəxslərin hər birini qabaqcadan tanımışdır. Həmin gün Şahid1 günü 10 manata olmaqla 1 ədəd taxta yonan dəzgahı icarəyə götürmüş və işlətdiyi günə uyğun olaraq pulunu verməli olmuşdur. Həmin gün dəzgahı, yaşadığı ünvan 1 ünvanına aparmışdır. Gün ərzində dəzgahı Mingəçevir şəhərində satmaq üçün alıcı tapa bilməmişdir. Ona görə də həmin dəzgahı satmaq üçün Gəncə şəhərinə aparmaq qərarına gəlmişdir. Buna görə həmin dəzgahı aparmaq üçün Mingəçevir şəhəri, Mərkəzi Bazarın yaxınlığında Yevlax rayonu ərazisinə gedən avtobusların yanında olan hal-hazırda dövlət qeydiyyat nömrəsini dəqiq xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan VAZ 2104 markalı avtomobilə yaxınlaşıb taxta yonan aparat olduğunu və onu Gəncə şəhərinə aparmaq istədiyini demişdir. Həmin taksi sürücüsü ondan buna görə 40 manat istəmişdir, o da onunla razılaşmışdır. Aparatı avtomoblin baqajına qoyub Gəncəyə getmişdir. Yolda Gəncədən olan tanışı əvvəllər bir yerdə işlədiyi İlham adlı şəxsə zəng edərək taxta yonan aparatının olduğunu və onu Gəncə şəhərində satmaq istədiyimi demişdir. İlham ona Firdovsi adlı şəxsin mobil telefon nömrəsini verərək onun da həmin aparatların icarəsi ilə məşğul olduğunu həmin şəxslə əlaqə saxlamasını istəmişdir. O Firdovsi ilə əlaqə yaradaraq Gəncə şəhərində “Pasiolka” adlandırılan yerə Firdovsinin mağazasına getmişdir. Yolda aparatın qiymətini müəyyən etmək üçün elan saytlarına baxmış və hər qiymətə aparat olduğunu görmüşdür. Firdovsinin yanına aparatı aparmış və Firdovsi ona 570 manat pul verə biləcəyini demişdir. O da razılaşmışdır. Lakin aparatı hansı yolla əldə etməyi haqqında Firdovsiyə heç bir məlumat verməmişdir. Satışdan əldə etdiyi pulun 40 manatını taksi sürücüsünə vermiş, qalan 530 manat pulu isə borclarını vermək üçün və digər ehtiyacları üçün xərcləmişdir. Sonrdan mağazadan əlaqə saxladıqları zaman belə bir əməl törətdiyini bildirmişdir. Həmçinin aparatın pulunu ödəyib qaytarmaq üçün vaxt istəsə də həmin şəxslər hissə-hissə deyil pulu bütöv şəkildə verməsini istəmişlər. Lakin o, həmin pulu düzəldə bilmədiyindən pulu verib aparatı götürə bilməmişdir. Veilən suallara cavab olaraq o, Zərərçəkmiş şəxs1 ayaqaltıları götürən zaman onları qaytarmağı və icarə haqqını da ödəməyi vəd etsə də, həmin əşyaları Cəbrayıl rayonuna işlətmək məqsədilə aparsadığından və sonradan Cəbrayıla getmədiyindən onları qaytarıb Zərərçəkmiş şəxs1 verə bilmədiyini bildirmişdir. Həmçinin həmin ayaqaltıları götürən zaman onların icarə haqqını ödəmək niyyəti olmadığını və buna görə də onları götürüb saxladıqdan sonra Cəbrayıl rayonuna apardığını bildirmişdir. Bundan başqa o, Mingəçevir şəhəri, D.Əliyeva küçəsidə yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazadan 1 ədəd taxta yonamaq üçün istifadə olunan dəzgahı götürən zaman maddi vəziyəti yaxşı olmadığından niyyətinin qabaqcadan həmin dəzgahı sataraq pul ədlə etmək olduğunu, ona görə də xx.xx.2022-ci il tarixdə icarə adı ilə götürdüyü 1 ədəd taxta yonan aparatı xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində Firdovsi adlı şəxsə 570 manata satdığını bildirmişdir. Hazırda zərərçəkən şəxslərlə barışıq əldə etmişdir. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Mingəçevir şəhəri ərazisində təmir-tikinti işlərinin aparılması üçün dəmir materialdan olan ayaqlatıların icarəyə verilməsi ilə məşğuldur. Həmçinin o, işdə olmayan müddətdə əmisi oğlu Şahid3 həmin ayaqaltıların icarəyə verilməsi ilə məşğul olmasını xahiş edir. Həmin ayaqaltıların 06 ədədinə kimi olan hissəsini günü 3 manat olmaqla, həmçinin aylıq icarəsini 45 manat olmaqla icarəyə verirmiş. Belə ki, o, əksər hallarda həmin ayaqaltıları tanış şəxslərə icarəyə verirmiş. Təqsirləndirilən şəxs isə əvvəlllər tanımamış, Aydınla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. İcarəyə verdiyi ayaqaltıları ünvan 5 ünvanında yerləşən həyət evinin kənarında olan qarajda saxlayır və orada onları icarəsi ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə o, həmin ayaqaltıları saxladığı yerdə olan zaman Təqsirləndirilən şəxs qaraja gəlmiş və icarəyə ayaqaltı götürmək istədiyini demişdir. O Aydına qiymətlər barədə məlumat verdikdə Aydın işlərini görmək üçün 5 ədəd ayaqaltı lazım olduğunu və təxminən 15- 20 gün işinin olduğunu demişdir. O da 5 ədəd ayaqlatının komplekt hissələri olan 5 ədəd çərçivə, 8 ədəd 2,5 metr uzunluğunda dəmir boru, 4 ədəd 2 metr uzunluğunda dəmir boru, 4 ədəd taxta ayaqaltı meydança, 24 ədəd M8 diametrli boltu Aydına təhvil vermişdir. Həmin icarə ilə bağlı olaraq qəbz tərtib etmişdir. Qəbzə Aydın özü də imza etmiş və materialları təhvil götürmüşdür. xx.xx.2022-ci il tarixdə o, işi ilə bağlı olaraq qarajda olmadığı müddətdə İntiqam ona zəng edərək həmin Aydın adlı şəxsin gəldiyini və yenidən dünən götürdüyü kimi 5 dəst ayaqaltı götürmək istədiyini, pulu da işinin yekununda verəcəyini dediyini bildirmişdir. O da İntiqama Aydının istədiyi ayaqaltıları verməsini demişdir. xx.xx.2022-ci il tarixdə o, qarajda olan müddətdə Aydın işlədiyi yerin böyük olduğunu ona görə əlavə olaraq əvvəllər də aldığı kimi 5 ədəd ayaqaltı lazım olduğunu demişdir. Aydın həmçinin ona endirim etməsini istədiyindən və o, artıq Aydını tanıdığından, həmin ayaqaltının gününü 2 manata Aydına vermişdir. xx.xx.2022-ci il tarixdə Aydın yenidən gələrək ona komplekt hissələri ilə birlikdə 6 ədəd ayaqaltını verməsini istəmişdir. Aydın ona verməli olduğu pulu vermədiyindən həmin ayaqaltıları gününü 3 manat olmaqla Aydına vermişdir. Lakin üzərindən bir müddət keçəməsinə baxmayaraq Aydın nə pulu ödəməmiş, nə də ona verilmiş ayaqaltıları geri qaytarmamışdır. Həmçinin 5-6 gündən sonra o, işdə olmadığı müddətdə İntiqam ona zəng edərək Aydının yenidən qaraja gələrək ayaqaltı verməsini istədiyini bildirmişdir. Həmin vaxt Aydının 145 manat borcu olduğundan İntiqama Aydına heç nə verməməsini demişdir. Aydına icarə kimi ayaqaltılar verən zaman ona edilən zənglərə cavab versə də, sonradan zənglərə cavab verməmişdir. Bundan sonra Aydının atası Əli ilə əlaqə saxlayaraq Aydının onu aldadaraq maddi ziyan vurması barədə məlumat vermişdir. Lakin Aydının atası vurulmuş ziyanı ödəyə bilməyəcəyini dedikdən sonra şikayət ərizəsi ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan 5 ədəd, 5 ədəd, 5 ədəd və sonuncu dəfə 6 ədəd olmaqla ayaqaltı və onun komplekt hissələri olan dəmir borular, onları birləşdirmək üçün nəzərdə tutulmuş boltlar, dəmir hissələri bir-birilərinə birləşdirmək üçün nəzərdə tutulmuş dəmir hissələr ilə birlikdə 1 dəst ayaqaltının dəyəri 70 manat olmaqla 21 ədədinin dəyəri 1470 manat olan dəstlər və 30 manat dəyərində taxta meydançlar olmaqla ümumilikdə 1.500 manat dəyəri olan ayaqaltıları götürdüyünü, lakin geri qaytarmadığını, həmçinin ayaqaltıların icarəsi üçün razılaşdıqları məbləği də ödəmədiyindən ona əlavə olaraq 1.000 manat da maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin o ilkin müraciətində Təqsirləndirilən şəxs ona 1.350 manat maddi ziyan vuduğunu bildirdiyi halda, sonradan ona 1.500 manat maddi ziyan vurduğunu bildirməsi ilə bağlı göstərmişdir ki, ilkin müraciətində ona 1.350 manat dəyərində maddi ziyan dəyməsini qeyd etdiyi halda sonradan dəymiş ziyanı hesablayan zaman ümumilikdə ona 1.500 manat dəyərində maddi ziyan dəyməsini müəyyən etdiyini bildirmişdir. Hal-hazırda da Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmiş məhkəmədən qanuna müvafiq qərar qəbul etməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən “Ərəş” inşaat materialları mağazası ona məxsusdur. Şahid1 da həmin mağazada təxminən 5 ildir ki, satıcı kimi çalışır. İnşaat materialları mağazasında evlərin təmiri və tikintisi üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqların satışı ilə məşğul olmuşlar. Eyni zamanda təmir və tikintidə istifadə olunan müxtəlif dəzgah və aparatların icarəsini də həyata keçirmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işlətdiyi mağazada olan zaman evlərin təmiri ilə məşğul olan və əvvəllər də bir neçə dəfə mağazadan alış-veriş etmiş tanıdığı Təqsirləndirilən şəxs mağazaya gəlib satıcı Şahid1 evlərin taxta döşəmələrini yonan dəyəri təxminən 2.500 manat olan “Şilifmaşın” markalı dəzgahı 1 günlük icarəyə götürmək istədiyini bildirmişdir. Niyazi ona Aydının 1 günlük həmin dəzgahı icarəyə götürmək istəməsini dedikdən sonra o, Aydının dəzgahı götürməsinə razılıq vermişdir. Bundan sonra Niyazi həmin döşəmə yonan dəzgahı 1 günü 10 manata Aydına icarəyə vermişdir. Belə ki, Aydın dəzgahla 1 günlük işi olduğunu, növbəti gün həmin dəzgahı gətirib qaytaracağını bildirmişdir. Aydın dəzgahı apardıqdan bir neçə gün keçməsinə baxmayaraq gətirib dəzgahı təhvil verməmişdir. Buna görə də o, Niyaziyə Aydına zəng etməsini və gətirib dəzgahı təhvil verməsini istəmişdir. Niyazi Aydının istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək götürdüyü dəzgahı qaytarmasını istədikdə, Aydın evdə olan işinin bir neçə gün çəkəcəyini, işini tez bir zamanda bitirərək və gündəlik qiymətə uyğun olaraq pullarını verəcəyini bildirmişdir. Aydını 10 gün də gözləsələr də, o, dəzgahı gətirib qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə o, Niyazini dəzgahı götürüb gəlməsi üçün Aydının yaşadığı ünvana göndərmişdir. Həmin vaxt Aydın onlardan icarə adı ilə götürdüyü dəzhahı Gəncə şəhərində X4 570 manata satdığını bildirmiş, həmçinin Niyazidən həmin dəzgahı qaytarıb gətirməsi üçün vaxt istəmişdir. Lakin üzərindən bir müddət keçməsinə baxmayaraq Aydın gətirib dəzgahı vermədiyindən, polis şöbəsinə ərizə ilə müraciət etmişdir Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ondan 1 ədəd taxta yonan dəzgahı icarə adı ilə götürməsi və geri qaytarmaması nəticəsində ona 2.500 manat maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin o, Mingəçevir ŞPŞ-nə verdiyi ərizədə taxta yonan dəzgahı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə icarəyə verdiyini bildirdiyi halda, izahat və ifadəsində dəzgahı xx.xx.2022-ci il tarixdə verdiyini qeyd etməsi ilə bağlı ziddiyyəti ərizədə tarixi dəqiqləşdirmədən yazdığından bu şəkildə zidiyyət yarandığını, həqiqətdə isə dəzgahı Aydına xx.xx.2022-ci il tarixdə verdiyini bildirmişdir. Aparılmış istintaq zamanı verdiyi əlavə ifadəsində iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində dəzgahın dəyərinin 800 manat olması qeyd olunması ilə bağlı ekspertiza rəyi ilə razılaşdığını, rəylə bağlı heç bir etirazı olmadığını, lakin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmədiyini bildirmişdir. Hal-hazırda da Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmiş məhkəmədən qanuna müvafiq qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinin həyətində saxlanc yeri kimi istifadə etdiyi yerdə əmisi oğlu Zərərçəkmiş şəxs1 məxsus dəmir materialdan olan və təmir-tikinti işlərində istifadə olunan ayaqaltıların icarəyə verilməsi ilə məşğul olurlar. Arzu həmin yerdə olmadığı müddətdə isə ona zəng edib razılıq alaraq icarə üçün gələn şəxslərə həmin ayaqaltıları təhvil verirmiş. xx.xx.2022-ci il tarixdə günorta saatlarında sonradan adını bildiyi Təqsirləndirilən şəxs gələrək Arzudan əvvəlcədən ayaqaltı götürdüyünü, hazırda işinin yarımçıq qaldığını və ona əlavə olaraq 5 ədəd ayaqaltı lazım olduğunu bildirmişdir. O da Arzuya zəng edərək Aydın adlı şəxsin gələrək 5 ədəd ayaqaltı istəməsi haqqında məlumat vermişdir. Arzu ayaqaltıları verməsini dedikdən sonra o, 5 ədəd ayaqaltını, o cümlədən onun komplekt hissələri olan dəmir boruları, çərçivələri, boltları Aydına vermiş və əşyaları götürməsi ilə bağlı olaraq tərtib etdiyi qəbzə Aydın imza çəkərək əşyaları götürüb getmişdir. Bundan sonra da Aydın Arzunun özündən bir neç dəfə icarə üçün ayaqaltı götürmüşdür. Bundan sonra keçən müddət ərzində Aydın Arzuya icarə üçün verməli olduğu pulu verməmişdir. Təxminən 10 gündən sonra Aydın yenidən gələrək ayaqaltı istədikdə Arzu olmadığından Arzuya zəng edərək bu haqda məlumat verdim. Həmin vaxt Arzu Aydının 145 manat borcu olduğunu və ona heç nə verməməsini demişdir. O da Aydına heç nə verməmiş və Aydın çıxıb getmişdir. Lakin sonradan Arzu dəfələrlə Aydına zəng edərək ayaqaltıları və icarə üçün verməli olduğu pulu verməyini tələb etsə də Aydın nə icarə haqqını vermiş, nə də ayaqaltıları təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Ərəş”inşaat materialları mağazasında satıcı kimi çalışmışdır. Həmçinin bildirmişdir ki, qardaşı Niyazi də həmin mağazada hal-hazırda satıcı kimi çalışır. Zərərçəkmiş şəxs2 mağazada olmayan müddətdə isə o, müdir kimi Elbrusu əvəz edirmiş. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs gəlib mağazadan 1 ədəd taxta yonan dəzgahı gündəlik 10 manat müqabilində icarəyə götürmüş, lakin sonradan həmin dəzgahı qaytarmamışdır. Aydın dəzgahı alan zaman o, mağazada olmamışdır. Sonradan bu barədə məlumatı olmuş və eyni zamanda Aydından maraqlanan zaman həmin dəzgahı Gəncə şəhərində tikinti avadanlıqlarının satşın həyata keçirən X1 demişdir. İlkin olaraq həmin şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs satdığı dəzgahın onlara məxsus olması haqqında məlumat verib dəzgahı qaytarmasını tələb etmişdir. Firdovsi dəzgahı almaq üçün Aydına 570 manat pul verdiyini, pulu verdikdən sonra gəlib dəzgahı götürə biləcəklərini demişdir. Buna görə də o, 2023-cü ilin fevral ayının sonlarında dəzgahı götürmək üçün Gəncə şəhərinə getmişdir. Orada bazarın yanında tikinti materiallarının satışı ilə məşğul olan Firdovsi adlı şəxsi tapmış və dəzgahı götürmək üçün gəldiyini bildirmişdir. Həmin vaxt Firdovsi ilə 550 manata razılaşmışlar və o, həmin məbləğdə pulu Firdovsiyə verdikdən sonra Firdovsi dəzgahı ona təhvil vermişdir. O, dəzgahı təhvil aldıqdan sonra onu mağazaya gətirmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş, iş üzrə ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Ərəş”inşaat materialları mağazasında təxminən 5 ildir ki, satıcı kimi çalışmışdır. İnşaat materialları mağazasında evlərin təmiri və tikintisi üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqların satışı ilə məşğul olmuşlar. Eyni zamanda təmir və tikintidə istifadə olunan müxtəlif dəzgah və aparatların icarəsini həyata keçirmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işlədiyi mağazada olan zaman evlərin təmiri ilə məşğul olan və əvvəllər də bir neçə dəfə mağazadan alış-veriş etmiş şəhər sakini kimi tanıdıqları Təqsirləndirilən şəxs mağazaya gəlib evlərin taxta döşəmələrini yonan dəyəri təxminən 2500 manat olan “Şilifmaşın” markalı dəzgahı 1 günlük icarəyə götürmək istədiyini bildirmişdir. O Aydının 1 günlük həmin dəzgahı icarəyə götürmək istəməsi barədə mağazanın sahibi Elbrusa dedikdən sonra Elbrus Aydının dəzgahı götürməsinə razılıq vermişdir. Bundan sonra həmin döşəmə yonan dəzgahı 1 günü 10 manata Aydına icarəyə vermişdir. Belə ki, Aydın dəzgahla 1 günlük işi olduğunu, növbəti gün həmin dəzgahı gətirib qaytaracağını bildirmişdir. Aydın dəzgahı apardıqdan bir neçə gün keçməsinə baxmayaraq gətirib dəzgahı təhvil verməmişdir. Buna görə də Elbrus ona Aydına zəng edib gətirib dəzgahı təhvil verməsini istəmişdir. O, Aydının istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək götürdüyü dəzgahı qaytarmasını istədikdə, Aydın evdə olan işinin bir neçə gün çəkəcəyini, işini tez bir zamanda işini bitirərək və gündəlik qiymətə uyğun olaraq pulllarını verəcəyini bildirmişdir. Aydını 10 gün də gözləsələr də, Aydın dəzgahı gətirib qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə dəzgahı götürmək üçün Aydının yaşadığı ünvana getmişdir. Həmin vaxt Aydın icarə adı ilə götürdüyü dəzgahı Gəncə şəhərində X6 570 manata satdığını demiş, həmçinin həmin vaxt Aydın ondan taxta yonan dəzgahı qaytarıb gətirmək üçün 1 həftə vaxt istəmişdir. Lakin üzərindən bir müddət keçməsinə baxmayaraq Aydın gətirib dəzgahı vermədiyindən, polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsi də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. 17 aprel 2023-cü il tarixli cinayət işinin digər cinayət işinə birləşdirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. 25 fevral 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 01 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. 17 aprel 2023-cü il tarixli əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. 05 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 25 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1069 saylı arayışdan görünür ki, Kərimov X7 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 856 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. 28 fevral 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Ağbala oğluna məxsus 1 ədəd taxta yonmaq üçün istifadə olunan dəzgah maddi sübut kimi tanınmışdır. Cinayət işinə əlavə olunmuş 14 mart 2023-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1648 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd üzərində “maşina parketohlifovalğnaə CO-206” yazıları olan taxta yonmaq üçün istifadə olunan dəzgahın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 800,00 manat müəyyən edilir. İşdə olan zərərçəkən Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. İşdə olan zərərçəkən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. İşdə olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmişlərə olan borcunu ödəmiş, lakin maddi imkanın olmadığından cinayət nəticəsində vurulmuş ziyanın 25 %-i miqdarında dövlət büdcəsinə ödəniş edəniş edə bimir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və ziyanının ödənilməsi CM-nin 59.1-ci maddəsinə əsasən, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Mingəçevir şəhər ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd taxta yonmaq üçün istifadə olunan dəzgah Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün Azərbaycan Rerspublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 4 gün ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 08:00-dək yaşayış yerini və Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd taxta yonmaq üçün istifadə olunan dəzgah Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-21/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-21/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver