Məhkəmə qərarları › İş №1(051)-21/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-21/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-21/2025 23.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–nin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə xx.xx.1984-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–nin 178.2.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər "Bağçılıq" yaşayış massivində yerləşən torpaq sahəsinə «çıxarış» almaqda köməklik edəcəyini yalandan vəd verib aldadaraq, aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs2 2023-cü ilin aprel ayının əvvəllərində sonuncunun yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivi, 7-ci küçədə yerləşən nömrəsiz evdə 1200 manat, həmin ilin may ayında dövlət rüsumu verəcəyi adı ilə eyni ünvanda 125 manat, qeyd edilən ilin iyul ayında sənədlərin əldə edilməsi üçün zəruri ödənişləri edəcəyi bəhanəsi ilə göstərilən ünvanda iki dəfəyə 158 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 1483 (bir min dörd yüz səksən üç) manat məbləğdə pul vəsaitini vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək fərdi yaşayış evi almaq məqsədi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs1 aldadaraq cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 özünə məxsus fərdi yaşayış evini satmaq istədiyini söyləyib, guya sonuncuya məxsus olan istintaqa məlum olmayan fərdi yaşayış evini Zərərçəkmiş şəxs1 göstərdikdən sonra cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq, satmağı vəd verdiyi fərdi yaşayış evinə görə alacağı pulu onunla böləcəyini deyərək, alıcının ona zəng edəcəyi təqdirdə evin özünə məxsus olduğunu və satmaq istədiyini təsdiq etməsi barədə təlimatlandıraraq cinayət əlaqəsində olduğu şəxsin telefon nömrəsini Zərərçəkmiş şəxs1 vermiş, sonuncu Təqsirləndirilən şəxs1lə danışaraq fərdi yaşayış evinin ona məxsus olduğuna və satdığına əmin olduqdan sonra Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mərkəzi Bazar”ın yaxınlığında 2500 (iki min beş yüz) manat məbləğdə pul alaraq cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1lə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat məbləğində pulunu ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən eyni niyyətlə cinayətin törədilməsinə aidiyyəti olmayan Mingəçevir şəhər sakini X2 Şahid3 təxminən 25-30 il əvvəl aldığı, sonuncuya 1988-ci ildən 2008-ci ilədək Mingəçevir şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsində işlədiyi dövrdə Mingəçevir şəhər "Muğan Bağçılıq" təsərrüfatının ərazisi kimi tanınan, hazırda Mingəçevir şəhər “Energetik” küçəsindən ayrılmış 0,05 ha torpaq sahəsinin, həmçinin qeyd edilən torpaq sahəsinə bitişik olan Mingəçevir şəhər sakini Yeganə Əhmədovaya məxsus 0,05 ha torpaq sahəsinin, yəni ümumilikdə 0,10 ha torpaq sahəsinin 2022-ci ilin yay fəslində yenidən Mingəçevir şəhər sakini Şahid6 alqı-satqısı zamanı, həmin torpaq sahələrinə məxsus texniki pasportları sonuncuya torpağa dair mülkiyyət sənədi düzəltmək məqsədi ilə götürüb, Yeganə Əhmədovaya məxsus 0,05 ha torpaq sahəsinə mülkiyyət sənədi düzəldərək Şahid6 məlumat vermədən cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid3 məxsus torpaq sahəsinə dair 1993-cü il tarixli, 118 nömrəli texniki pasportu özündə saxlamış, 2023-cü ilin avqust ayında torpaq sahəsi almaq məqsədi ilə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs3 həmin texniki pasportu göstərərək qeyd edilən 0,05 ha torpaq sahəsinin satıldığını deyərək, koordinatları Şahid3 adına olan texniki pasportda göstərilən torpaq sahəsi ilə eynilik təşkil etməyən Mingəçevir şəhəri "Muğan Bağçılıq" massivində yerləşən istintaqa məlum olmayan şəxsə məxsus 0,05 ha boş torpaq sahəsini Zərərçəkmiş şəxs3 göstərib, alacağı təqdirdə torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini vəd verməklə aldadıb, sonuncunun ona olan etibarından sui-istifadə edib xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mingəçevir "ASAN" xidmət mərkəzinin inzibati binasında Zərərçəkmiş şəxs3 2500 manat məbləğdə pul alaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 2500 (iki min beş yüz) manat məbləğində pulunu ələ keçirib təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girib, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən ünvanı istintaqa bəlli olmayan fərdi yaşayış evini göstərdikdən və həmin evi ona sata biləcəyini dedikdən sonra, o, göstərilən fərdi yaşayış evinin ona mənsub olmadığı və bunu yəqin bildiyi halda Zərərçəkmiş şəxs1 alacağı pulun yarı hissəsini ona verəcəyini vəd verən Təqsirləndirilən şəxs2 təlimatına əsasən Zərərçəkmiş şəxs1lə telefon danışığı zamanı həmin fərdi yaşayış evinin özünə məxsus olduğunu və satmaq niyyətində olduğunu bildirib, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, onu Təqsirləndirilən şəxs2la birlikdə aldadaraq 21 iyul 2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mərkəzi Bazar”ın yaxınlığında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 şəxsən aldığı 2500 manat məbləğdə pulu aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat məbləğində pulunu ələ keçirib dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır. Əvvəllər Şəfa bağ massivi 7-ci küçədə yaşayarkən Mehriban ilə həmin vaxtlar qonşu olmuş, lakin sonradan o, həmin evi sataraq hazırda yaşadığı şəhərin Energetik küçəsinə köçmüşdür. Münasibətləri qonşu olaraq normal olmuşdur. Aralarında ədavət və ya narazılıq olmamışdır. Əvvəllər mənzillərin alqı-satqısı ilə məşğul olmuş, hazırda isə müxtəlif günəmuzd işlərdə işləyir və 2-ci qrup əlilliyi vardır. 2023-cü ilin aprel ayında maddi vəziyyəti yaxşı olmadığından borca pul lazım olmuş, buna görə də əvvəllər qonşuluqda yaşamış Zərərçəkmiş şəxs2 müraciət edərək, ondan 1400 manat məbləğdə borc pul istəmişdir. Dəqiq xatırlamadığı tarixdə borcla bağlı müraciəti üzrə Zərərçəkmiş şəxs2 1400 manat pulu 1200 manat hissəsini bir dəfə yaşadığı evdə, daha sonra əlavə 200 manat borc pulu təxminən bir ay sonra Mehribandan onun yaşadığı evdə almışdır. Hər iki dəfə pulu onun yaşadığı evdə özündən şəxsən almışdır. Daha sonra Mehribandan almış olduğu 1400 manat puldan 200 manat hissəsini qaytarsa da, 1200 manat hissəsini qaytara bilməmiş, ona görə də Zərərçəkmiş şəxs2 ondan polis şöbəsinə şikayət etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 şəhər sakini kimi tanıyır, münasibətləri normal olmuşdur. 2023-cü ildə mənzillərin alqı-satqısı ilə məşğul olarkən, həmin ilin iyul ayında Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq həyat yoldaşının xəstə olduğunu, pul lazım olduğu üçün yaşadığı mənzili təcili satdığını, evin satılmasında ona köməklik olunmasını xahiş etmişdir. O da mənzil alqı-satqısı ilə məşğul olduğu üçün müştəri tapacağını bildirmişdir. Bir neçə gün sonra onun vasitəsilə müştəri tapılmış və həmin müştəri Zərərçəkmiş şəxs1 mənzilini almaqla bağlı razılaşmışlar. Növbəti gün də Zaurla həmin müştəri arasında alqısatqı rəsmiləşdirilmişdir. Daha sonra Zaur ondan ucuz qiymətə torpaq sahəsi, yaxud mənzil tapmağı və almaqda ona köməklik etməyini xahiş etmişdir. O da soraqlaşıb, Bərdə rayon sakini olaraq tanıdığı Fərhad adlı şəxslə danışarkən sonuncu qohumuna məxsus Mingəçevir şəhəri, Şəfa bağ massivində içərisində fərdi yaşayış evi olan torpaq sahəsinin olduğunu, həmin evin satıldığını, qiymətinin isə 3000 manata bərabər olduğunu demişdir. O da bu haqda Zərərçəkmiş şəxs1 məlumat vermiş, Zərərçəkmiş şəxs1 həmin evə baxmaq üçün mobil telefon vasitəsi ilə Fərhadla danışaraq, evə baxmağa getmişlər. Evə və torpaq sahəsinə baxdıqdan sonra Zaur həmin torpaq sahəsini üzərindəki evlə almaq istədiyini bildirmişdir. Bundan sonra Fərhad evə görə beh istəmiş o da 500 manat pulu özünə zəhmət haqqı kimi, yəni ev dəllallığı ilə məşğul olduğu üçün, 2000 manat pulu isə Fərhada beh olaraq göndərmək məqsədilə Zərərçəkmiş şəxs1 almışdır. 2023-cü ilin iyul ayının 21-də Mingəçevir şəhərində «Mərkəzi Bazarın» yaxınlığında Zaurdan 2000 manat alıb, Fərhadın təqdim etdiyi plastik bank kart hesabına göndərmişdir. Daha sonra Fərhad dəfələrlə müxtəlif bəhanələrlə Mingəçevir şəhərinə gəlməyi yubatmış, həmçinin sonda evi satmadığını bildirib, behi qaytaracağını bildirsə də sonda qaytarmamışdır. Fərhadla Zauru tanış etdiyi üçün Zaur pulu ondan tələb etmişdir. Ona görə də, Zərərçəkmiş şəxs1 polis şöbəsinə ondan şikayət etmişdir. Bundan başqa, Mingəçevir şəhəri, Energetik küçəsində yaşadığı evin qarşı tərəfində sağ tərəfdə 5 sot torpaq sahəsini Bağır adlı qonşusundan 2022-ci ildə 1000 manata satın almışdır. Həmin torpaq sahəsinin çıxarışı olmamışdır. Lakin dövlət sənədi olaraq Şahid3 adına pasport var və həmin pasporta əsasən “Muğan Bağçılıq”a aid fiziki şəxslərə verilmiş torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini heç bir dövlət orqanında rəsmiləşdirmədən öz aralarında şifahi razılıq əsasında pulu Bağır adlı qonşusuna vermiş, sonuncu da Məhəmmədin adına olan həmin pasportu ona verməklə aralarında formal alqı-satqı baş tutmuşdur. Bundan sonra Bağır onu Məhəmmədin yanına aparmış və torpaq sahəsini ona satdığını bildirmişdir. Bundan sonra həmin torpaq sahəsini gələcəkdə öz adına rəsmiləşdirərək, yaxud da çıxarış olmadan aldığı qaydada başqa şəxsə satmağı planlaşdırmışdır. Zərərçəkmiş şəxs3 vəkil fəaliyyəti ilə məşğul olur və onunla tanışlıqları sonuncunun ona göstərdiyi hüquqi yardımla bağlı olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs3 ondan ucuz qiymətə satılan torpaq sahəsinin olub-olmamasını soruşduqda o, Vüqara qonşuluğunda ucuz qiymətə çıxarışı olmayan torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin faktiki olaraq özünə məxsus olduğunu, həmin torpaq sahəsini sata biləcəyini Zərərçəkmiş şəxs3 demişdir. Bundan sonra aralarında olan razılaşmaya əsasən Vüqar torpaq sahəsini ondan 2500 manata ala biləcəyini demiş, o da Vüqarla razılaşmışdır. Belə ki, həmin torpaq sahəsinə çıxarışın məhkəmə qaydasında həll oluna biləcəyini bildiyi üçün və həmin işlərə baş qoşmaması üçün adı çəkilən torpaq sahəsini Zərərçəkmiş şəxs3 2500 manata satmağa razılaşmışdır. Bundan sonra 2023-cü ilin avqust ayının 23-də pasport üzrə torpaq sahəsinin adına olduğunu Şahid3 tapmış və ona torpaq sahəsini satacağını bildirib, həmin torpaq sahəsinə dair satacağı şəxsə etibarnamə verməsini xahiş etmişdir. Məhəmməd də öz növbəsində buna etiraz etməmişdir. Beləliklə, 18 avqust 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs3 və Məhəmməd birlikdə Mingəçevir «ASAN» xidmət mərkəzinə getmişlər. Qeyd olunan torpaq sahəsinin çıxarışı olmadığı üçün Məhəmməd ümumiyyətlə mülkiyyətində olan bütün daşınmaz əmlaka dair Zərərçəkmiş şəxs3 baş etibarnamə vermiş, bundan sonra o, Zərərçəkmiş şəxs3 2500 manat məbləğdə pul almış, «şirinlik» kimi isə Məhəmmədə 250 manat məbləğdə pul verib, onu yola salmışdır. Daha sonra Zərərçəkmiş şəxs3 torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədikdə, ondan pulunu tələb etməyə başlamışdır. Lakin o, torpaq sahəsini satdığı halda, 2500 manat pulu qaytara bilmədiyini, torpağa dair sənədləri geri verməsini və başqa şəxsə sataraq onun pulunu qaytarmağı təklif etsə də Zərərçəkmiş şəxs3 onun təklifini qəbul etməmiş, sonra isə ondan polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən tam şəkildə imtina edərək ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, işə məhkəmədə baxılan zaman o, zərərçəkmiş şəxslərlə razılıq əldə edərək barışmış, onlara vurduğu ziyanı tamamilə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş də etmişdir. Odur ki, məhkəmədən cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs2 Eldar oğlu ilə təxminən 3 ilə yaxın müddətdir ki, tanışdır, münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs1 isə tanımır, onunla mobil telefon vasitəsilə bir neçə dəfə əlaqə saxlasa da, onunla görüşməmiş və şəxsən tanımamışdır. 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs2 ona məxsus mobil telefona zəng edərək danışarkən Mingəçevir şəhəri, Şəfa bağ massivində satışda olan mənzil olmasını, həmin mənzili almaq istəyən şəxsin olduğunu, həmin şəxsi inandırmaq məqsədilə onun nömrəsini həmin torpaq sahəsini almaq istəyən şəxsə verdiyini, torpaq sahəsini almaq istəyən şəxsin ona zəng edəcəyi təqdirdə özünü həmin şəxsə mənzilin sahibi kimi təqdim etməsini xahiş etmişdir. Buna cavab olaraq Təqsirləndirilən şəxs2 yalan danışmaqda yaxşı etmədiyini bildirdikdə Təqsirləndirilən şəxs2 ona da 500 manat məbləğdə pul verə biləcəyini bildirdikdə, ona zəng edəcək şəxslə uydurma torpaq sahəsinin sahibi kimi danışmaq barədə Təqsirləndirilən şəxs2 təklifini qəbul etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona məxsus mobil nömrəyə zəng edib, almağı düşündüyü ev barədə danışdıqda Təqsirləndirilən şəxs2 təlimatına əsasən evin su borcununun olmasını və qaz təchizatının olmadığını, tezliklə açılacağını Zərərçəkmiş şəxs1 yalandan demişdir. Zərərçəkmiş şəxs1 yalan danışdığına görə Təqsirləndirilən şəxs2 ona 300 və 200 manat olmaqla, ümumilikdə 500 manat məbləğdə pul vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1lə əlaqəni kəsmişdir. Onun 4000 manata torpaq sahəsi satılmasını Təqsirləndirilən şəxs2 ifadəsində bildirməsi xüsusatı yalandır, belə ki, onun həmin torpaq sahəsi və ev barədə əvvəlcədən məlumatı olmamış, Təqsirləndirilən şəxs2 özü ondan evlə bağlı Zərərçəkmiş şəxs1 yalan danışmasını xahiş edərək təlimatlandırmışdır. Buna görə də, Təqsirləndirilən şəxs2 ona 500 manat məbləğdə pul vermiş, Təqsirləndirilən şəxs2 ona 2000 manat məbləğdə pul verməsi barədə göstərdikləri yalandır. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2 təlimatına əsasən aldatmış, bunu isə Təqsirləndirilən şəxs2 ona verdiyi 500 manata görə etmişdir. Özü isə Zərərçəkmiş şəxs1 hər hansı bir torpaq sahəsi göstərməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı məhkəməyədək verdiyi ifadəsindən qismən imtina edərək ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və göstərdi ki, işə məhkmədə baxılan vaxt ərzində zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, ona vurduğu ziyanın payına düşən hissəsini tamamilə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, məhkəmədən cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, ev-alqı satqısı ilə məşğul olan şəxs kimi tanıyır. Uzun müddət tanışlıqları olsa da, onunla ev, yaxud torpaq sahəsi alqı-satqısına dair aralarında hər hansı iş baş tutmamışdır. Mingəçevir şəhəri, Şəfa massivi 11-ci küçədə özünə məxsus 6 sot torpaq sahəsi və içərisində yarımçıq tikili halında üstü şiferlə bağlanmış yaşayış evi olmuşdur. Həmin evdə təmir işləri aparmaq istədikdə Sədi bundan xəbər tutmuş və onunla görüşərək, evi təmir etmək əvəzinə, həmin evi yaxşı qiymətə sata biləcəyini və əvəzində ucuz qiymətə 6 sot torpaq sahəsi və içərisində 2 otaqlı eyvanı və mətbəxi olan ev ala biləcəyini demişdir. O da Sədiyə inanaraq razılaşmış və Sədinin vasitəsilə öz evini satmağa və onun vasitəsilə digər ev almağa razılaşmışdır. Təqsirləndirilən şəxs2 danışıq zamanı, həmçinin bildirmişdir ki, evini alqısatqı edəcəyi gün alacağı evin sahibinin də gələcəyini və həmin evin də alqı-satqısını eyni gündə edəcəklərini bildirmişdir. O da Təqsirləndirilən şəxs2 tam inanmış və buna görə də 17 iyul 2023-cü il tarixdə öz evini Mingəçevir şəhər «Asan» Xidmət mərkəzində 8500 manat müqabilində Nurlan adlı şəxsə satmışdır. Bundan sonra onun almaq istədiyi ev üçün Təqsirləndirilən şəxs2 əvvəlcədən 3000 manat məbləğdə pul verməli olduğunu, belə ki, evi sata bilmək üçün müəyyən sənədləşmənin qabaqcadan aparılmalı olduğunu, həmçinin həmin sənədləşmənin birbaşa onun adına aparılacağını bildirmişdir. Bundan sonra o, Sədiyə ev sahibi ilə özü danışmaq istədiyini dedikdə, Təqsirləndirilən şəxs2 özünü ev sahibi kimi təqdim edən Fərhad adlı şəxslə onu mobil telefonla danışdırmışdır. Danışıq zamanı Fərhad adlı şəxs qardaşının narkoman olduğunu və evin sənədlərini girov qoyduğunu, həmin sənədləri girovdan çıxartmaq üçün 1800 manat məbləğdə pul vəsaitinin lazım olduğunu dedikdə o da Sədi və Fərhada inanmış və pulu verməyə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 ondan özünün də əziyyətinin olduğunu bildirib, ondan ümumilikdə 2500 manat məbləğdə pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər mərkəzi bazarının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə görüşərək, 2500 manat məbləğdə pulu sayaraq ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 birdaha tezliklə evin alqı-satqısının baş tutacağım bildirmişdir. Həmin vaxtdan etibarən dəfələrlə Təqsirləndirilən şəxs2 və Fərhadla əlaqə saxlayaraq, evin alqı-satqısının nə vaxt rəsmiləşdiriləcəyini soruşsa da, Sədi və Fərhad müxtəlif bəhanələrlə yubadaraq onu gözlətmiş, daha sonra isə pulu qaytarmayaraq aradan çıxmışlar. Aldadıldığını anladıqdan sonra şikayət etmişdir. Onun öz mənzilini sataraq başqa mənzili almaqda Təqsirləndirilən şəxs2 vasitəçilik edəcəyinə dair vəd verməsini, Fərhad adlı şəxsin özünü ev sahibi kimi təqdim edərək evi satmaqla bağlı vədlər verməsini, habelə həmin yalan vədlərlə ondan 2500 manat pulun alınmasının şahidi tanışı Ramil olmuşdur. Bununla belə işə məhkəmədə baxılan vaxt ərzində ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Vəkil Bürosunun üzvüdür. Təqsirləndirilən şəxs2 barəsində Mingəçevir şəhər polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs2 ev alqısatqısı ilə məşğul olduğu üçün hüquqi məsələlərlə bağlı yardım üçün ona vəkil olaraq müraciət etmiş və münasibətləri bu zəmində yaranmışdır. 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs2 onunla söhbət edərkən Mingəçevir şəhəri, Energetik küçəsində (Svalka adlanan ərazi) boş torpaq sahəsinin olduğunu, özünün yaşadığı mənzillə üz-üzə yerləşdiyini bildirib, satıldığını, əgər istəyərsə həmin torpaq sahəsini almaqda vasitəçilik edə biləcəyini ona təklif etmişdir. O da həmin torpaq sahəsinin ölçülərini və qiymətini soruşduqda Təqsirləndirilən şəxs2 0.05 ha torpaq sahəsinin olduğunu, köhnə sənədlər əsasında həmin torpaq sahəsini 3000 manata ala biləcəyini bildirmişdir. Qiymətin münasib olduğunu görüb, həmin torpaq sahəsini almaq niyyətində olduğunu demiş və torpaq sahəsini satan şəxslə görüşüb söhbət etmək istədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 onu arxayın salaraq, həmin şəxsin etibarlı şəxs olduğunu, onunla özünün danışıb, hər şeyi həll edəcəyini və «ASAN» xidmət mərkəzində etibarnamə vermək üçün həmin şəxs gələcəyi vaxt onunla tanış ola biləcəyini demişdir. Bundan sonra torpaq sahəsinin qiymətini bir qədər də aşağı salmasını xahiş etdikdə, Təqsirləndirilən şəxs2 ona 500 manat da endirim edəcəyini, 2500 manata torpaq sahəsini ala biləcəyini bildirmişdir. O Sədidən torpaq sahibinin məlumatı olmadan qiyməti özü müəyyənləşdirməsini, hətta endirim etməsinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsinin satılmasına görə alınan pulun əsas hissəsinin özünə çatacağını bildirib, buna görə də qiymətdə endirimin özü tərəfindən edildiyini demişdir. Torpaq sahəsinə dair pasportu da ona göstərdikdə, həmin torpaq sahəsini 2500 manata ondan almağa razılaşmışdır. 2023cü ilin avqust ayının 18-dək o, torpaq sahəsini satan şəxslə görüşə bilməmiş, belə ki, Sədidən hər dəfə bu haqda soruşduqda sonuncu müxtəlif yalanlar deyərək, gah torpaq sahəsini özünün əvvəllər həmin şəxsdən aldığını və hazırda satış üçün etibarnamə verməli olduğunu, ona görə də görüşməyin hər hansı nəticə verməyəcəyini, gah da torpaq sahəsini satacaq şəxsin etibarnamə verməsi qarşılığında əlavə pul alacağını bildirmişdir. O da Sədiyə inandığı üçün onu aldadacağını güman etməmişdir. Beləliklə, 18 avqust 2023-cü il tarixdə o, Sədi ilə birlikdə Mingəçevir «Asan» Xidmət mərkəzinə getmişlər. Orada olarkən əvvəllər tanımadığı Şahid3 da oraya gəlmişdir. Notarial qaydada Şahid3 ona həmin pasport əsasında 0.05 ha ərazisi olan torpaq sahəsini, habelə adında olan digər daşınmaz əmlakla bağlı satmağa, bağışlamağa və sair hüquqlarını həyata keçiməyə 3 ay müddətinə etibarnamə vermişdir. Həmin gün 2500 manat pulu Təqsirləndirilən şəxs2 sayaraq vermiş və torpaq sahəsinin sənədləşməsi ilə bağlı hər şeyin qaydasında olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs2 da Məhəmmədlə görüşmüş, onların arasında hər hansı söhbətin, razılaşmanın və sövdələşmənin olmasından məlumatı olmamışdır. Bundan sonra Məhəmmədlə birlikdə Mingəçevir «Asan» Xidmət mərkəzində olduğu vaxt ərzində Sədi onunla dialoqa girməmiş, belə ki, müxtəlif bəhanələrlə həmsöhbət olmaqdan yayınmışdır. Daha sonra həmin etibarnamə və torpağa dair pasport əsasında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidmətinə müraciət edərək, həmin əraziyə çıxarış almaq istəmiş, ona müsbət cavab gəlmişdir. Həmin prosedura uyğun olaraq növbəti günlərdə kadastr ölçüləri müəyyən edilməsi üçün əlavə rüsum ödənməli və torpaq sahəsinə gedilərək koordinatları vurulması ilə bağlı ona bildiriş gəlmişdir. O da sonra Təqsirləndirilən şəxs2 zəng edərək koordinatlarının vurulması üçün kadastr xidmətinin əməkdaşları ilə birlikdə torpaq sahəsinə gedilməli olmasını və birlikdə getməyi demişdir. Lakin Təqsirləndirilən şəxs2 ona telefonla danışıq zamanı ora getməməyi, belə ki, pasport üzrə olan ərazi ilə özünün qonşuluğunda yerləşən ona göstərdiyi boş torpaq sahəsinin eyni yer olmamasını bildirmişdir. Bundan sonra ona aydın olub ki, Təqsirləndirilən şəxs2 ona başqa torpaq sahəsini göstərərək satmaq adı ilə aldadıb, 2500 manat məbləğdə pulunu ələ keçirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona göstərdiyi torpaq sahəsi pasportda olan ərazi olmasa da, pasport üzrə olan ərazini ona Məhəmmədlə birlikdə göstərməyi, əgər yaxşı olarsa həmin yeri almağa razılaşa biləcəyini desə də, Sədi ilə Məhəmməd həmin vaxtdan yoxa çıxmışlar. Ona nə torpaq sahəsinin yeri göstərilmiş, nə də pulunu qaytarmışlar. Etibarnamə 3 ay müddətinə verildiyi üçün o, həmin pasport üzrə olan ərazini müəyyənləşdirib, almaq məqsədilə prosedurlar aparmaq istəsə də mümkün olmamış, ona əlavə etibarnamə də verilməmişdir. Bundan sonra tam əmin olub ki, Təqsirləndirilən şəxs2 və hesab edir ki, Şahid3la birləşərək ona qarşı dələduzluq edib, 2500 manat məbləğdə pulunu ələ keçirmişlər. Daha sonra Sədini yaşadığı mənzilin yaxınlığında görüb, onunla söhbət edərək pulu qaytarmasını tələb etdikdə Sədi həmin sənədi başqasına sataraq pul əldə edib ona verəcəyini bildirmiş, lakin o, razılaşmamışdır, bundan sonra ona naməlum şəxs tərəfindən zəng gəlmiş, özünü Bərdə rayon sakini və xeyriyyəçi kimi təqdim edən şəxs telefonla danışıq zamanı torpaq sahəsini özü alacağını bildirmiş, ona həmin şəxsə torpaq sahəsinin reallıqda olmadığını, lakin sənəd üzərində olmasını bildirdikdə həmin şəxs onun üçün vacib olmamasını, yeri alacağını bildirmişdir. Lakin sonradan həmin şəxs də yoxa çıxmışdır. Bundan sonra polis şöbəsinə şikayət ünvanlamışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 əlavə ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ona satdığı torpaq sahəsini öz adma rəsmiləşdirmək məqsədilə Daşınmaz Əmlak üzrə idarəyə rəsmi müraciət etmişdir. Həmin müraciətə cavab olaraq ona bildiriblər ki, ilkin sənədləşmə torpaq sahəsinə gedərək faktiki istifadədə olan ərazini ölçməklə başlanılır. Buna görə də torpaq sahəsinin koordinatlarını vurmaqla əlaqədar həmçinin yerin faktiki ərazisini müəyyənləşdirməklə bağlı əraziyə getmək lazım olmasını Təqsirləndirilən şəxs2 bildirdikdə Sədi ona göstərdiyi ərazi ilə verdiyi pasportda göstərilən ərazinin eyni yer olmamasını bildirib həmin əraziyə getməkdən imtina etmişdir. Bundan sonra o, Sədinin yaşadığı Energetik küçəsinə getmiş və orada tanımadığı qonşulardan Sədinin ona satmaq üçün göstərdiyi torpaq sahəsini sahibi olub-olmamasını soraqlamışdır. Həmin vaxt qonşular da Sədinin ona göstərdiyi torpaq sahəsinin və onun yanında olan digər iki boş torpaq sahəsinin faktiki başqa şəxslərin çıxarış əsasında mülkiyyətində olmasını demişlər. O da Daşınmaz Əmlak idarəsindən həmin ərazilərə dair maraqlananda oradan da bildiriblər ki, həmin yerlər çıxarış üzrə başqa şəxslərin mükiyyətindədir. Bununla belə işə məhkəmədə baxılan vaxt ərzində ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə əvvəllər qonşuluqda yaşamış, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs2 onun həyat yoldaşına özünü ev dəllalı, mənzil, yaxud hər hansı bir torpaq sahəsinə hüquqi sənəd düzəldən şəxs kimi tanıtmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evi satıb, başqa əraziyə köçmüşdür. Yaşadığı evin sənədləri, yəni torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən «çıxarışı» olmadığı üçün, həmin torpaq sahəsinə «çıxarış» almaq istəmişdir. Belə ki, əri Elşən Məmmədov ölmüş, 2023-cü aprel ayında yaşadığı evin yerləşdiyi torpaq sahəsinə öz adına, yaxud da oğlunun adına çıxarış almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 da əvvəllər torpaq sahəsi ilə bağlı sənədləri düzəltməsini eşitdiyi üçün ondan köməklik istəmək qərarına gəlmişdir. Bundan sonra 2023-cü il aprel ayında oğlu Məhəmmədlə Təqsirləndirilən şəxs2 yaşadığı evə çağırıb, ona torpaq sahəsini göstərib, sənədlərini düzəltdirmək niyyətində olduğunu bildirmişdir. Sədi özü evin sənədlərini düzəltdirəcəyini bildirib, qarşılığında ondan 1500 manat məbləğdə pul istəmişdir. İlkin olaraq razılaşmamış və xalası Şahid4 ilə məsləhətləşib, sonra fikir bildirəcəyini Təqsirləndirilən şəxs2 demişdir. Bundan sonra xalası Nəzakət ilə danışıb məsləhətləşmiş, Nəzakət isə özü gələcəyini və Təqsirləndirilən şəxs2 ilə danışacağını bildirmişdir. 2023-cü ilin aprel ayında xalası Nəzakət yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs2 da həmin vaxt onun evinə gəlmişdir. Söhbət əsnasında xalası Nəzakət Təqsirləndirilən şəxs2 onları aldatmamasını xahiş etmiş, Təqsirləndirilən şəxs2 da onları aldatmadığını təkidlə bildirmiş, torpaq və evin sənədlərini düzəldəcəyinə dair vəd verib, onları inandırmışdır. Bundan sonra həmin gün o, yaşadığı evdə ilk olaraq 1200 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 pulu aldıqdan sonra çıxıb getmiş, bir neçə gün sonra tanımadığı bir şəxslə gəlib, torpaq sahəsinin ölçülərini götürmüşdür. Daha sonra 2023-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 sənədlərin düzəldilməsi üçün rüsum ödəmək adı ilə ondan əlavə 125 manat pulu yaşadığı evdə almış, sonra isə xalası Nəzakət və Sədi birlikdə Yevlax şəhərinə «əmlak» idarəsinə getmişlər. O və xalası Nəzakət idarənin qarşısında çöldə gözləmiş, bir qədər sonra Sədi geri qayıtmış və işin düzələcəyini bildirmişdir. Daha sonra 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs2 yaşadığı evdə əlavə olaraq ondan 108 manat bir, 50 manat da bir olmaqla sənədlərin hazırlanma xərcləri adı ilə pul almışdır. Bununla da Təqsirləndirilən şəxs2 torpaq sahəsinin sənədlərinin düzəldilməsi adı ilə ondan ümumilikdə 1483 manat məbləğdə pul almışdır. Sonradan dəfələrlə sənədləşmənin düzəlib-düzəlmədiyini Sədidən soruşduqda, sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış, bir müddət sonra isə o, «əmlak» idarəsindən öz torpaq sahəsinin sənədləşməsinə dair hər hansı müraciətin daxil olub-olmamasını soruşduqda, ona sənədləşdirmək istədiyi torpaq sahəsi ilə bağlı əmlak idarəsinə hər hansı bir müraciətin daxil olmaması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 onu aldadaraq, hər hansı əməli iş görmədiyini və pulunu qarşılıqsız olaraq ələ keçirdiyini anlamışdır. Bundan sonra pulunun geri qaytarılmasını Təqsirləndirilən şəxs2 tələb etdikdə sonuncu ona cəmisi 200 manat pul qaytarmışdır. Pulun qalan hissəsini Təqsirləndirilən şəxs2 ala bilmədiyi üçün polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayında onun yaşadığı evdə evin sənədlərini düzəltdirmək barədə və qarşılığında pul almasına dair söhbətləri xalası Nəzakətlə də müzakirə etmiş, həmçinin oğlu Məhəmməd də həmin söhbətlərin şahidi olmuşdur. Ona görə də, xalası və oğlu da təsdiq edə bilər ki, Təqsirləndirilən şəxs2 ondan 1200 manat pulu yaşadığı evdə sənədləri düzəltdirmək adı ilə almışdır. Təqsirləndirilən şəxs2 ondan 1400 manat pulu borc olaraq almamış, bununla bağlı onun dedikləri yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 və onun barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavəti və ya narazılıq olmamışdır. Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 1 dəfə 2023-cü ilin sentyabr ayında Mingəçevir «ASAN» xidmət mərkəzində görmüşdür. Ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, «AzDress» qəsəbəsində «Vaqonlar» qəsəbəsi adlanan qəsəbədə yaşayır. Həmin yaşayış evinə dair rəsmi dövlət sənədləri yoxdur. Əvvəllər 1988-ci ildən 2008-ci ilədək Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsində işləmişdir. Təxminən 1993cü ildə işlədiyi idarənin işçilərinə torpaq sahəsi paylanılmışdır. Mingəçevir şəhər “Muğan Bağçılıq” təsərrüfatının ərazisi indiki Mingəçevir şəhər “Energetik” küçəsində yerləşən əraziləri işçilərə sotla bölüb paylamışlar. Ona da 5 sot ölçüdə boş torpaq sahəsi verilmişdir. Lakin həmin ərazidə olan torpaq sahəsində hər hansı yaşayış yeri, yaxud tikili tikdirməmiş və ümumiyyətlə həmin əraziyə gedib-gəlməmişdir. Təxminən 2003, yaxud 2004-cü ildə həmin torpaq sahəsini Sabir adlı şəxsə şifahi qaydada, yəni torpağa dair verilmiş pasportla birlikdə 100 ABŞ dolları müqabilində satmışdır. Həmin vaxtdan etibarən Sabir adlı şəxs həmin torpaq sahəsinə sahiblik etməsindən, yaxud satmasından məlumatı olmamışdır. Həmin ərazilərdə daha sonralar yaşayış evləri tikilmiş, ona görə də həmin ərazini hazırda da tanımaqda çətinlik çəkir. 2023-cü ilin sentyabr ayında əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs ona zəng edərək, özünü təqdim edib həmin torpaq sahəsini hazırda özünün satın aldığını və öz adına sənədləşdirmək istədiyini bildirib, ondan həmin torpaq sahəsinə dair etibarnamə verməsini xahiş etmişdir. O da buna etiraz etməmiş və 15 sentyabr 2023-cü il tarixdə Mingəçevir «Asan» xidmət mərkəzinə getmişdir. Həmin gün Təqsirləndirilən şəxs2 və onunla birlikdə gələn Zərərçəkmiş şəxs3 onunla görüşmüşlər və Təqsirləndirilən şəxs2 ona torpaq sahəsini Vüqarla birlikdə aldıqlarını bildirib, ondan həmin torpaq sahəsinə etibarnamə verməsini xahiş etmişdir. O da həmin gün Zərərçəkmiş şəxs3 adında olan daşınmaz əmlakın etibar edilməsinə dair ümumi etibarnamə vermiş, sonra isə çıxıb getmişdir. Sonradan Təqsirləndirilən şəxs2 ilə tanışı Vüqar arasında narazılığın yarandığını bilmişdir. Həmin yeri əvvəllər Sabir adlı şəxsə satmış, yenidən 2023-cü ilin sentyabr ayında ondan Təqsirləndirilən şəxs2 etibarnamə verməyi xahiş etdikdə o, həmin yerin yeni sahibinin Təqsirləndirilən şəxs2 olacağını güman edib, ona sənədləşdirmə aparması üçün etibarnamə vermişdir. Buna görə də, hər hansı maddi maraq güdmədən etibarnamə vermişdir. Həmin torpaq sahəsinə 25 ildən artıq müddət olar ki getməmiş, həmçinin həmin ərazilərdə yeni evlər tikilmişdir, ona görə də həmin ərazini göstərməkdə çətinlik çəkir. Həmin torpaq sahəsi paylanarkən xatırlayır ki, ona verilmiş qonşu torpaq sahələri yəni sağ və sol tərəfində X5 adlı və X6 adlı şəxslərə aid torpaq sahələri yerləşmişdir. Təqsirləndirilən şəxs2 ona zəng edərkən, habelə «ASAN» xidmət mərkəzində onunla görüşərkən torpaq sahəsini özünün alacağını, yəni Vüqarla birlikdə alacaqlarını bildirib, ondan etibarnamə verməyi xahiş etmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 adı çəkilən torpaq sahəsini satmasına dair vəd verməsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona pul verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə uzun müddətdir ki, ailəvi dostluq münasibətləri vardır. Barələrində şikayət olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, onlarla aralarında hər hansı ədavəti və ya düşmənçilik olmamışdır. 2023-cü ilin yay aylarında Zərərçəkmiş şəxs1 arvadı Məkkə Rzayeva xəstəliyi ilə əlaqədar qulluq lazım olduğu üçün onların yaşadığı evdə qalmış, həmin ərəfədə Zərərçəkmiş şəxs1 də mütəmadi olaraq onun evinə gəlib-getmişdir. Həmin vaxtlarda Zaurla söhbət edərkən o, Sədi adlı ev dəllallığı ilə məşğul olan şəxs onun Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşayış evini sataraq Mingəçevir şəhərində daha ucuz qiymətə başqa ev almaqda köməklik edəcəyini vəd etmiş, Zərərçəkmiş şəxs1 də ona inanmışdır. Buna görə də 2023-cü ilin yay aylarında Zərərçəkmiş şəxs1 öz yaşadığı mənzili Təqsirləndirilən şəxs2 gətirdiyi alıcıya satmış, daha sonra isə Təqsirləndirilən şəxs2 almaqda vasitəçilik edəcəyi mənzili Zərərçəkmiş şəxs1 göstərərək sahibi kimi özünü təqdim edən Fərhad adlı şəxslə danışdırmışdır. Bundan sonra 21 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1lə birlikdə Mingəçevir şəhər mərkəzi bazarın yaxınlığına gedərək Təqsirləndirilən şəxs2 ilə görüşmüşlər və həmin söhbət zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 mənzili alaraq adına rəsmiləşdirəcəyini vəd edərək qarşılığında 2500 manat pul almışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələrlə ev alqı-satqısını yubatmış, daha sonra isə aradan çıxmışlar. Həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əslində satılmayan və sahibi başqa şəxs olan mənzili Zərərçəkmiş şəxs1 göstərməklə, aldadaraq 2500 manat məbləğdə pulunu ələ keçirmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid4 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bacısı qızıdır. Mingəçevir şəhərində yaşayır. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs2 əri Elşən Məmmədov vəfat etmişdir. Buna görə də Mehriban yaşadıqları mənzili torpaq sahəsi ilə birlikdə özünün, yaxud oğlunun adma sənədləşdirmək istəmişdir. 2023-cü ilin aprel ayının ilk günlərində Mehriban ona zəng edərək Sədi adlı şəxslə evin sənədlərinin düzəlməsinə dair danışdıqlarını, lakin böyük olaraq onun da razılığını almaq üçün Mingəçevir şəhərinə gəlməyini xahiş etmişdir. Həmçinin əgər o da razılaşacağı halda Təqsirləndirilən şəxs2 veriləcək pulu da borc olaraq ondan istəmişdir. Bundan sonra Mingəçevir şəhərinə Mehribanın yaşadığı evə gəlib, Mehriban və onun oğlu Məhəmmədlə birlikdə Sədi ilə söhbət etmişlər. Təqsirləndirilən şəxs2 ilkin olaraq üzündən düzgün insana oxşamadığı qənaətinə gəldiyi üçün ondan dönə-dönə onları aldatmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 isə onları evin və torpaq sahəsinin sənədlərini düzəltdirəcəyinə dair inandırmışdır. Daha sonra o, 1200 manat pulu Mehribana vermiş, o da həmin gün onların iştirakı ilə həmin pulu Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 pulu sayıb aldıqdan sonra çıxıb getmişdir. Daha sonra o, Mehribandan mütəmadi olaraq işin nə yerdə olmasını soruşduqda sonuncu Sədinin düzəldəcəyinə dair vədlərini ona da demişdir. 2023-cü ilin may ayında Mehriban ona zəng edərək, Sədi ilə birlikdə Yevlax rayonuna daşınmaz əmlak idarəsinə getməli olduğunu bildirib, tək getməməsi məqsədilə onun da gəlməsini xahiş etmiş, o da xahişə əsasən Mingəçevir şəhərinə gəlmişdir. Həmin gün Təqsirləndirilən şəxs2 əlavə rüsum haqqı olaraq 125 manat pul Mehriban vermiş və birlikdə Yevlax şəhərinə getmişlər. Daşınmaz əmlak idarəsinin qarşısında onlar çöldə gözləmiş, Təqsirləndirilən şəxs2 içəri girib-çıxmış və işin düzəlmək üzrə olduğunu bildirmişdir. Bundan sonra geri qayıtmışlar. X4 Əhmədovun ondan əlavə olaraq 108 və 50 manat da pul aldığını eşitmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq Sədi vəd etdiyi işləri görməmiş, Mehriban onun adından hər hansı müraciət edilməməsini öyrəndikdə Təqsirləndirilən şəxs2 pulu geri tələb etsə də 200 manat puldan başqa qalan 1283 manatını ala bilməmiş, buna görə də Təqsirləndirilən şəxs2 polis şöbəsinə şikayət etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid5 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, onun Təqsirləndirilən şəxs2 barəsində etdiyi şikayətin məzmunu aydındır. Təqsirləndirilən şəxs2 onunla əvvəllər qonşuluqda yaşamışdır. Belə ki, əvvəllər Mingəçevir şəhər Energetik küçəsində nömrəsiz evdə yaşamış və Təqsirləndirilən şəxs2 da həmin küçədə yaşayır. X1 təxminən 25-30 il əvvəl Mingəçevir şəhər Energetik küçəsində yanaşı olmaqla hər birinin ölçüsü 5 sot olan boş torpaq sahəsi satın almışdır. Həmin torpaq sahələrindən biri Yeganə adlı qadının adına pasportla məxsus olmuş, digəri isə Məhəmməd adlı şəxsin adına pasportla məxsus olmuşdur. Həmin torpaq sahələrini atası Sabir Məhəmməd və Yeganədən satın alarkən hər hansı notarial qaydada deyil, aralarında olan şifahi razılıq əsasında almışdır. Belə ki, torpaq sahəsini qiymətini ödədikdən sonra həmin torpaq sahələrinin pasportlarını təhvil almış və həmin vaxtdan torpaq sahələri faktiki istifadələrinə keçmişdir. Təxminən 15 il əvvəl həmin torpaq sahələrindən Yeganənin adına olan sahədə fərdi yaşayış evi tikdirmiş, həyətyanı sahəni Məhəmmədin adına olan torpaq sahəsinədək çardaqla üstünü bağlamış və həmin torpaqda da əlavə tikili tikdirmişlər. Hər iki torpaq sahəsi satın aldıqdan etibarən vahid çəpər daxilində olmuşdur. 2022-ci ilin yay aylarında o, torpaq sahəsini və içərisində olan tikili ilə birlikdə satıb oradan köçmək qərarına gəlmişdir. Evi satmaq istədiyini yaxınlığında yaşayan qonşulara və ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs2 bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 Aləmzər adlı qadın oğlu Zaur adlı şəxslə birlikdə onun satmaq istədiyi evinə gəlmişlər. Həmin mənzili torpaq sahəsi ilə birlikdə almaq istədiklərini bildirmişlər. Söhbət zamanı o, Aləmzər və oğlu Zaura torpaq sahəsinin 10 sot olmasını və iki nəfərdən satın aldıqlarını lakin torpaq sahələrini öz adına rəsmiləşdirmədiyini bildirmişdir. Aləmzər adlı qadınla aralarında razılığa əsasən, o, fərdi yaşayış evini və 10 sot torpaq sahəsini satın almağa razılaşmış və torpaq sahələrinin onun adına rəsmiləşdirilməsinin xərclərini isə evi satan şəxsin öhdəsinə düşməsini bildirmiş, o, həmin şərtlə razılaşmışdır. 17000 manat müqabilində sənədləri rəsmiləşdirmə xərclərini özü ödəmək şərtilə razılaşmışlar. Bir neçə gün sonra Təqsirləndirilən şəxs2, Zaur və Aləmzərlə yenidən ev alqı-satqısına dair görüşməyə gedəndə, o, üzərində pul ilə tək olmamaq məqsədilə qonşusu Nazir adlı şəxsdən onunla birlikdə getməsini xahiş etmişdir. Nazirlə birlikdə Aləmzər Sədi və Zaurla görüşmüşlər. Aləmzər 10 sot torpaq sahəsini içərisində olan tikili ilə birlikdə satın almağın qarşılığında 17000 manat pul verəcəyini, o da 10 sot torpaq sahəsini içərisindəki tikili ilə birlikdə satmağı və gələcəkdə həmin torpaq sahələrinin Aləmzərin adına rəsmiləşdirilməsini xərclərini ödəməyi və hər iki torpağın pasportlarını təhvil verməyə razılaşmışdır. Nazirin də iştirakı ilə o, 17000 manat pulu Aləmzərdən təhvil alıb pasportları ona təhvil vermişdir. Söhbət zamanı o, Aləmzərə evin və torpağın sənədlərini düzəltdirəcək adam tapmasını onun da xərclərini ödəyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin torpaq sahələrini Aləmzərin adına rəsmiləşdirilməsində köməklik edəcəyini və qarşılığında pul alacağını bildirmişdir. O da Aləmzərdən Təqsirləndirilən şəxs2la həmin işin görülməsinə razı yaxud narazı olmasını soruşanda Aləmzər Təqsirləndirilən şəxs2 inandığını və evin sənədlərinin Təqsirləndirilən şəxs2 tərəfindən onun adına düzəldilməsinə köməklik etməsinə razı olmasını bildirmişdir. O da bundan sonra Təqsirləndirilən şəxs2 10 sot torpaq sahəsinin rəsmiləşdirilməsinin qarşılığında 1000 manat pul lazım olmasını, yəni hər torpaq sahəsi üçün 500 manat lazım olmasını bildirmişdir. Yenidən o, Aləmzərə pulu Təqsirləndirilən şəxs2 verib-verməməyini, pulu verdikdən sonra Sədi ilə onun arasında baş tutacaq işlərə bir daha qarışmayacağını demiş və hər ikisi də razılaşmışlar. Bundan sonra cəmi 1000 manat pulu Təqsirləndirilən şəxs2 sayıb vermişdir. Təqsirləndirilən şəxs2 da həm Yeganənin, həm də Məhəmmədin adına olan pasportları təhvil almışdır. Həmin vaxtdan oradan köçüb getmişdir. Daha sonra 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs2 onu yenidən taparaq bildirib ki, 2500 manat pul versə, ona Məhəmmədin adına olan torpaq sahəsini çıxarışla birlikdə adına ala biləcəcək. O da torpaq sahəsini Aləmzərə satdığını bildirdikdə Sədi bildirib ki, Aləmzərin oğlu Zaur hazırda torpaq sahəsini satmaq istəyir. O isə Sədinin təklifini qəbul etməmişdir. Bundan sonra öyrənib ki, Təqsirləndirilən şəxs2 Aləmzərin almış olduğu torpaq sahəsindən 5 sot Məhəmmədin adına olan hissəni başqa şəxsə satmış və aralarında narazılıq yaranmışdır. İstifadəsində faktiki sahibliyində olmuş həmin torpaq sahələrini o, 10 sot şəklində Aləmzərə satmışdır. Satarkən pasportları da təhvil vermişdir. X9 və qonşusu Nazir də təsdiq edə bilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid7 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 da Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid6 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, eyni küçədə yaşayırlar və qonşudurlar. 2022-ci ilin may ayında o, ev almalı olduğu üçün alqı-satqısı ilə məşğul olan şəxslərdən ev soraqlamışdır. Oğlu Zaur soraqladıqda ev-alqı satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və onun vasitəsilə Mingəçevir şəhər Energetik küçəsində satışda olan ev olmasını öyrənmişlər. Daha sonra 2022-ci ilin yay aylarında o və oğlu Zauru Təqsirləndirilən şəxs2 almaq istədikləri həmin evə aparmışdır. Ev Mingəçevir şəhər Energetik küçəsində yerləşir, 10 sot torpaq sahəsində yerləşir və içərisində fərdi yaşayış evi vardır. Həmin evi satan şəxs Şahid5 da həmin vaxt tanımışdır. Şahid5la söhbət edərkən, o, bildirib ki, həyətyanı sahə 2 hissədən ibarətdir, hər iki sahənin ölçüsü 5 sot olmaqla ümumilikdə 10 sot təşkil edir. Həmin torpaq sahələrinin rəsmi çıxarışı olmamasını bildirib torpaq sahələrinin pasportlarını ona göstərərək fərdi yaşayış evi tikilmiş 5 sot ölçüsü olan torpaq sahəsi Yeganə adlı qadının qalan 5 sot torpaq sahəsi isə Məhəmməd adlı şəxsin adına pasportla aid olmasını, Yeganə adlı qadının adına olan sahəni Bağır Yeganə adlı qadının özündən satın almasını və alarkən pasortu da təhvil alıb özündə saxladığını, Məhəmmədin adına olan torpaq sahəsini isə atası X10 adlı şəxsin xeyli müddət əvvəl satın aldığını, satın alarkən də torpağın pasportunu da aldığını bildirmişdir. Daha sonra onlar Bağırla evin qiymətinə dair söhbətləşmiş 18 min manata 10 sot torpaq sahəsini Bağırdan satın almağa razılaşmışlar. Bağır isə Təqsirləndirilən şəxs2 həmin söhbət zamanı 10 sot torpaq sahəsinin sənədləşdirilməsinin mümkün olub-olmamasını soruşanda Təqsirləndirilən şəxs2 mümkün olmasını bildirmişdir. Bir neçə gün sonra onlar evi almaq qərarına gəlmiş və yenidən Şahid5 satdığı fərdi yaşayış evində yenidən görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs2, Bağır və onların tanışı Nazir adlı şəxs də birlikdə gəlmişlər. Onlar 18 min manat pulu sayıb Bağırova təhvil vermiş və Bağır da həmin puldan 1000 manat pulu sayıb onların yanında Təqsirləndirilən şəxs2 verərək Məhəmməd və Yeganənin adına olan torpaq pasportlarını da təhvil vermişdir ki, həmin torpaq sahələrinin onun adına sənədləşmə etdirib çıxarış almaqda köməklik etsin. Həmin vaxtdan təxminən 1 il sonra həmin evə dair çıxarış sənədləri hazır olanda özü ASAN xidmət mərkəzinə gedərək evinə aid sənədləri təhvil almışdır. O, Təqsirləndirilən şəxs2 onu və oğlu Zauru aldadacağını düşünmədiyi üçün evin sənədlərində torpaq sahəsinin neçə sot olmasına baxmamış və evə aid sənədləri gətirib evdə saxlamışdır. Daha sonra bu barədə polis şöbəsində araşdırma aparılanda ona məlum olub ki, Təqsirləndirilən şəxs2 ümumilikdə 5 sot torpaq sahəsinə çıxarış almış, digər yəni Məhəmmədin adına olan torpaq sahəsini isə başqa şəxsə satmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan 28 avqust 2023-cü il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs1 pul göndərməsinə dair ödəniş qəbzlərindən görünür ki, Ş**Y**M** oğlunun adına olan 416973***3691 seriya nömrəli kapital banka məxsus plastik karta xx.xx.2023-cü il tarixdə saat 13:31-də ünvan 5 ünvanda quraşdırılmış “Milliön” ödəmə terminalından 300 manat, Ə***E***E***oğlunun adına olan 416973***4400 seriya nömrəli kapital banka məxsus plastik karta xx.xx.2023-cü il tarixdə saat 13:27-də ünvan 5 ünvanda quraşdırılmış “Milliön” ödəmə terminalından 500 manat pul göndərilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş **********85-11301 reyestr nömrəli texniki pasport əsasında ünvan 6 ünvanda yerləşən 5 sot torpaq sahəsi olan, içərisində tikili yerləşən bağ evi Şahid6 Həbilhəsən qızının adına mülkiyyəti kimi təsdiq olunmuşdur. Cinayət işi materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkir. Hadisəni törədən zaman Təqsirləndirilən şəxs2 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri nevrotik səviyyədə və hal-hazırda kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərinə qiymət vermək, hərkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsir altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan 14 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şahid3 əməlində AR CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid6 aldadılaraq 500 manat pulunun ələ keçirilməsi xüsusatı üzrə Təqsirləndirilən şəxs2 barəsində CM-nin 178.1-ci maddəsinin tərkibi əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmçinin onun əməlində xırda talama inzibati xətasının tərkibi əlamətləri mövcud olsa, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraat açılması rədd edilmiş və Şahid6 Həbilhəsən qızı ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaması qərara alınmış, Şahid5 barəsində CM-nin 178.1 və 178.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs2 ifadələri özünü müdafiə xarakterli olduğundan və digər sübutlarla təsdiq olunduğundan rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 1483 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 2500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmələri, həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 2500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etməsi və onların əməllərində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 1483 manat məbləğində ziyan vurmaqla, Zərərçəkmiş şəxs3 2500 manat məbləğində ziyan vurmaqla, həmçinin Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 2500 manat məbləğində ziyan vurmaqla bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 2500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 vurduğu 1483 manat məbləğdə maddi ziyanı tam şəkildə ödəmişdir və zərərçəkmiş şəxs Goranboy rayon notariat ofisində 8İ-5406 nömrəli reyetrdə qeydə alınmış ərizəni məhkəməyə ünvanlayaraq ondan şikayət və tələbinin olmadığını bildirmiş, zərərçəkmiş şəxsə vurulmuş 1483 manat məbləğində maddi ziyanın 25 faizi faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 vurduqları 2500 manat məbləğdə maddi ziyanın payına düşən 1250 manat məbləğində hissəsini tam şəkildə ödəmişdir və zərərçəkmiş şəxs ərizə tədim edərək ondan şikayət və tələbinin olmadığını bildirmiş, zərərçəkmiş şəxsə vurulmuş 2500 manat məbləğində maddi ziyanın payına düşən hissəsinin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş, həmçinin Zərərçəkmiş şəxs3 vurduğu 2500 manat məbləğdə maddi ziyanı da tam şəkildə ödənmişdir və zərərçəkmiş şəxs ərizə təqdim edərək ondan şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin zərərçəkmiş şəxsə vurulmuş 2500 manat məbləğində maddi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Bundan əlavə məhkəmə istintaqında, həmçinin sübuta yetirildi ki, təqsirləndirilən şəxs Musayev X3 Sədi Xalid oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 vurduqları 2500 manat məbləğdə maddi ziyanın payına düşən 1250 manat məbləğində hissəsini tam şəkildə ödəmiş və zərərçəkmiş şəxs ərizə tədim edərək ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş 2500 manat məbləğində maddi ziyanın payına düşən 1250 manat məbləğində hissəsinin 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs2 Goranboy rayon notariat ofisində 8İ-5406 nömrəli reyetrdə qeydə alınmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs2 şikayəti, tələbi və iddiası yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. Onlar barışmışlar. Odur ki, onun Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Onlar barışmışlar. Odur ki, onun Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizədən görünür ki, ona vurulmuş 2500 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur, həmçinin aralarında barışıq olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 1308.25 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 314 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar, zərərçəkmiş şəxslərlə barışmışlar və onlara dəymiş ziyanı və həmin ziyanın 25 faizi məbləğində vəsaiti Dövlət büdcəsinə tam şəkildə ödəmişlər. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barələrində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməllərində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmələrini və onlar barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxslər hazırkı vaxta qədər CM-in 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişlər. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–347, 356, 384–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar