Məhkəmə qərarları › İş №1(051)-211/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-211/2025

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-211/2025 02.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-28/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində xx.xx.2025-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə - qurudulmuş marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq islah olunmayıb, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, xeyli miqdarda, təmiz çəkisi 410 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 12:23-də Mingəçevir ŞPŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivi, Bakıxanov küçəsində saxlanılıb həmin tarixdə, həmin ünvanda saat 12:24-dən 12:30-dək olan müddətdə üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sağ əlindəki qara rəngli sellafon torbanın içərisində aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir. xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, Şəfa bağ massivində səhər saatlarında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, daha sonra isə üzərində polis əməkdaşlarının özlərinin qoyduğu narkotik vasitə qurudulmuş marixuana aşkarlandığı üçün Mingəçevir ŞPŞ-ə gətirilmişdir. Lakin Mingəçevir ŞPŞ-nin əməkdaşları Mingəçevir şəhəri, Şəfa bağ massivi adlanan ərazidə onu saxlayarkən dialoq nəticəsində ona qurudulmuş marixuananı boynuna almağı, əks halda isə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə barəsində cinayət işi açacaqları ilə təhdid edərək onu seçim qarşısnda qoymuşlar. Bu səbəbdən ibtidai istintaq zamanı qurudulmuş marixuananın onun olduğuna dair ilkin ifadə vermişdir. Təqsirləndirildiyi cinayət işi materiallarına əlavə olunmuş yaşadığı ünvanda müsbət xarakterizə olunduğu qeyd olunmuşdur. Lakin həmin ünvanda 2012-ci il tarixdən yaşamır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəfa bağ massivində piyada hərəkət edərkən Samux küçəsi, “Zərif” şadlıq sarayının yaxınlığında polis əməkdaşlarının ona yaxınlaşdığı qeyd olunmuşdur. Lakin ümumiyyətlə həmin tarixdə “Zərif” şədlıq sarayının yaxınlığında olmamışdır. Saxta əməliyyat tədbirindən təqribən 20 dəqiqə əvvəl saxlanılmışdır. Toplanmış sübutları mötəbər hesab etmədiyi üçün şahid qismində qeyd edilən polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3, eləcə də ona aid telefonların anten dairəsinin və saxlanıldığı ərazinin kamera görüntülərini çıxarılmasını bildirmişdir. Kannabinoid adlanan narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Odur ki, məhkəmə-narkoloji ekspertizasının rəyi əsassızdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət vermişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis maayoru rütbəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 12:23-də o, Mingəçevir ŞPŞ- nin əməkdaşları Şahid2 və Məmmədli X2 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Şəfa bağ massivi, Bakıxanov küçəsində piyada gedən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu, bu səbəbdən üzərinin yoxlanılanacağını və üzəri video çəkiliş aparılmaqla yoxlanılarkən videoçəkilişdən istifadə edildiyi üçün hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərinin yoxlanılmasına etiraz etmədi və üzəri yoxlanılmazdan öncə Təqsirləndirilən şəxs sağ əlindəki qara rəngli sellafon torbanı könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzəri yoxlanılarkən qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd qara rəngli torbaya baxış keçirilən zaman içərisində qırmızı rəngli bağlama aşkar edilmiş və həmin bağlama açılarkən spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra prosses iştirakçılarının yanında həmin bir ədəd qırmızı rəngli torbada olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 435 qram olmuşdur. Daha sonra həmin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri ərazisində yerdən tapdığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Əkbərov X1 ŞPŞ-nə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə AR CM 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şahidlər Şahid2 və X4 da məhkəmə istintaqında digər Şahid1 ilə eyni məzmunda ifadə vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanın içərisində olan qırmızı rəngli sellefon bağlamadan ümumi çəkisi 435 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (i.v. 10-11). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:20-dən tutulmuş hesab edilmişdir (i.v. 25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/779 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki təmiz çəkisi - 410 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v. 39-40). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 59-60). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(051)-103/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 76-79). Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Əkbərov X3 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şərti maliyyə vahidinin 400 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, MM xx.xx.2009-cu il tarixli amnistiya qərarı əsasında cərimə cəzasından azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə şərti azad edilmiş, xx.xx.2017-ci ildə cəza müddəti başa çatmış, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 04 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib 02 il cəza təyin edilmiş, xx.xx.2021-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 86-87). “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” 02 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 410 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 409,80 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v. 90-91). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-28/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. (i.v. 94-97). Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 1440 №-li xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əkbərov X1 Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir. (i.v. 113). Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 5761 №-li xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. (i.v. 114). Məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2025-ci il tarixli, 1928 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i.v.118). xx.xx.2025-ci il tarixli 318 №li 7 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. (i.v. 120). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və xx.xx.2025-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, şahid ifadələri, baxış və götürmə protokolu, məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/779 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1928 saylı rəylərin sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. (i.v. 122-127). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 410 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1 siyahının 109.1--ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq islah olunmayıb, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, xeyli miqdarda, təmiz çəkisi 410 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 12:23-də Mingəçevir ŞPŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivi, Bakıxanov küçəsində saxlanılıb həmin tarixdə, həmin ünvanda saat 12:24-dən 12:30-dək olan müddətdə üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sağ əlindəki qara rəngli sellafon torbanın içərisində aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına şikayət daxil olmadığını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan 7 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 7 saylı MİS-ə şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Əkbərov X1 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2025-ci il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəlindən, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası CM–in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 409,8 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71,86 (yetmiş bir manat səksən altı qəpik) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-da məsul saxlanca verilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 409,8 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71,86 (yetmiş bir manat səksən altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar