Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-215/2021 28.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04.12.2021-ci il tarixdə saat 14:00 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 14/2 saylı binanın qarşısında bacısının əri Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərkən, sonuncunun sifət, baş və bədəninin digər nahiyələrinə bir neçə dəfə yumruqla zərbələr endirməklə, onun sol mil bilək oynağında sıyrıq, alt dodağında qansızma və başın təpə və tüklü hissəsində hematomalar ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, bacısı Şahid2 Zərərçəkmiş şəxsla 2012-ci ildə ailə həyatın qurmuşdur və onların birgə nikahdan 2 azyaşlı uşaqları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra bacısı Şahid2 həyat yoldaşı Zərərçəkmiş şəxsla birgə sonuncunun valideyinlərinə məxsus mənzildə yaşamağa başlamışdırlar. Onlar ailəli olduqları dövr ərzində mehriban yaşamış, lakin son bir ayda Zərərçəkmiş şəxs yaşadığı mənzili satıb həyət evinə köçmək istədiyini bildirmiş, lakin bacısı Şahid2 həyat yoldaşı Zərərçəkmiş şəxs bu fikirləri ilə razılaşmamış, ancaq yeznəsi Zərərçəkmiş şəxs konkret olaraq yaşadığı mənzili satışa çıxarmaq istədiyini bildirmişdir. Bu səbəbdən yeznəsi Zərərçəkmiş şəxs onun bacısı Şahid2 özünə və uşaqlarına məxsus paltar və əşyaları yığıb müvəqqəti olaraq atası evinə aparmasını tələb etmişdir. Bundan sonra bacısı Şahid2 bu barədə atası Tahir Abdullayevə məlumat vermiş, atası Tahir Abdullayev isə bu səbəbdən bacısı Şahid2 yaşadıqları evin yaxınlığından bir otaqlı mənzil kirayələmişdir. 03.12.2021 -ci il tarixdə bacısı Şahid2 özünə aid əşyaları yaşadığı evdən çıxararaq kirayələdiyi evə aparıb yerləşdirmişdir. 04.12.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evin mətbəxtində nahar edən zaman yeznəsi Zərərçəkmiş şəxs onun anası Şahid1 həyətdən səsləməsini eşitmiş və həmin vaxt anası Şahid1 eyvana çıxan zaman yeznəsi Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Bundan sonra eyvana çıxıb yeznəsi Zərərçəkmiş şəxs orada dayanıb onu gözləməsini söyləmiş, daha sonra dərhal həyətə düşüb yeznəsi Zərərçəkmiş şəxs yaxınlaşaraq qəsdən bir neçə dəfə onun sifət və baş nahiyyələrinə zərbələr vurmuş, həmin vaxt yeznəsi Zərərçəkmiş şəxs onun vurduğu zərbələrdən xəsarət alıb başını tutaraq yerə yıxıldığını və bundan sonra Zərərçəkmiş şəxs anası Şahid3 davadalaş müdaxilə edərək onları ayırmışdır. Bu zaman anası Şahid1 da dava-dalaş yerinə gələrək onu sakitləşdirərək evə aparmışdır. Bundan sonra yeznəsi Zərərçəkmiş şəxs şəhər polis şöbəsinə gedərək onun barəsində rəsmi ərizə ilə şikayət etməsini öyrənmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qaynıdır. Təqsirləndirilən şəxs bacısı Şahid2 ilə 2012-ci ildə ailə həyatı qurmuşlar, birgə nikahdan iki azyaşlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra Şahid2 ilə valideyinlərinə məxsus, hazırda yaşadıqları ünvan 2 ünvanında yaşamağa başlamışdırlar. Ailəli olduqları dövr ərzində həyat yoldaşı Şahid2 ilə münasibətləri normal olmuş, ailə üzvlərinin sayı artdıqca yaşadıqları mənzilin onlara darlıq etməsini hiss etmiş, bu səbəbdən 2021-ci ilin noyabr ayının ortalarında konkret olaraq yaşadıqları mənzili satıb əvəzinə həyət evi almaq istədiyini bildirmişdir. Bu səbəbdən 03.12.2021-ci il tarixdə həyat yoldaşı Şahid2 yaşadıqları mənzildə olan özlərinə məxsus əşyaları müvəqqəti olaraq yığıb atası evinə aparmasını tövsiyyə etmişdir. Həmin gün həyat yoldaşı Şahid2 özünə və uşaqlarına məxsus əşyaları atası Tahir Abdullayev vasitəsi ilə yığıb mənzildən çıxarmış, 04.12.2021 ci il tarixdə saat 12:00 radələrində anası Şahid3 həyat yoldaşı Şahid2 bir gün əvvəl özünə məxsus əşyaları atası evinə deyil, kirayələdiyi mənzilə aparıb yerləşdirməsini öyrənmişdir. Bundan sonra həyat yoldaşı Şahid2 ilə hadisəni aydınlaşdırmaq üçün onun valideyinlərinə məxsus ünvana getmək qərarına gəlmişdir. Həmin gün saat 14:00 radələrində anası Şahid3 ilə birgə həyat yoldaşı Şahid2 valideyinlərinin yaşadığı binanın qarşısına getmiş və həyətdən onları səsləməyə başlamışdır. Bu zaman qaynanası Şahid1 eyvana çıxaraq onunla xoşagəlməz tərzdə danışmış, bu səbəbdən əsəbləşib qaynanası Şahid1 ünvanına nəlayiq ifadələr işlətmişdir. Bundan sonra qaynı Təqsirləndirilən şəxs həmin söyüşləri eşidib eyvana çıxaraq ona oradaca gözləməsini söyləmiş və daha sonra qaynı Təqsirləndirilən şəxs həyətə düşərək ona yaxınlaşıb qəsdən bir neçə dəfə onun sifət və baş nahiyyələrinə zərbələr vuraraq ona başın tüklü hissəsinin çox sayda hemotoması ilə nəticələnən, sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Bundan sonra yaranmış dava-dalaşa müdaxilə edən anası Şahid3 onları ayırmışdır. Dava-dalaşdan sonra üzərində olan mobil telefonla DİN-nin 102 zəng mərkəzinə döyülməsi ilə bağlı məlumat vermiş və həmin gün Mingəçevir ŞMX-nın Acil şöbəsində həkim müayinəsinə getmişdir. Müayinə zamanı başın tüklü hissəsində çoxlu sayda hemotoma xəsarəti aldığını öyrənmiş və daha sonra həmin gün şəhər polis şöbəsinə gedərək qaynı Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. Lakin hadisədən sonra o, Səbuhini bağışlayaraq onunla barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsi də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Zərərçəkmiş şəxsla 2012-ci ildə ailə həyatı qurmuşlar, onunla olan birgə nikahdan iki az yaşlı övladının dünyaya gəlmişdir. Zərərçəkmiş şəxsla ailə həyatı qurduqdan sonra onun valideyinlərinə məxsus şəhərin Ş.İ.Xətai küçəsi ev 6 mənzil 14 ünvanında yaşamağa başlamışdırlar. Son bir aydır ki, həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları mənzili satıb həyət evi almaq istədiyini bildirmiş, lakin onun xoşuna gələn həyət evinin şəraiti yaxşı olmadığı üçün yaşadıqları mənzilin satılmasına etiraz etmişdir. Lakin həyat yoldaşı Zərərçəkmiş şəxs onun fikirləri ilə hesablaşmayaraq, mənzili qəti surətdə satmaq istədiyini, ona mənzildə olan özünə və uşaqlarına məxsus paltar və əşyalarını atası evinə aparıb yığmasını tövsiyyə etmişdir. O, da bu barədə atası Tahir Abdullayevə məlumat vermiş, bundan sonra atası Tahir Abdullayev yaxın ərazidə ona bir otaqlı mənzil kirayələmişdir. 03.12.2021-ci il tarixdə özünə və uşaqlarına məxsus əşyaları atası Tahir Abdullayevin vasitəsi ilə kirayələdiyi mənzilə aparıb yerləşdirmiş, lakin bu barədə unudub həyat yoldaşı Zərərçəkmiş şəxs məlumat verməmişdir. Zərərçəkmiş şəxs isə bundan əsəbləşərək 04.12.2021 -ci il tarixdə saat 14:00 radələrində onun valideyinlərinin yaşadığı binanın qarşısına gələrək anası Şahid1 ünvanına nəlayiq ifadələr işlətmiş, bu zaman evdə olan qardaşı Səbuhi Raminin onun anasına söyməsini eşidib həyətə düşmüşdür. Daha sonra isə qardaşı Səbuhi qəsdən bir neçə dəfə yumruqla Raminin sifət və baş nahiyyələrinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra orada olan anası Mətanət dava-dalaşa müdaxilə edərək onları ayırmağa başlamış, qaynanası Şahid3 isə onun həyat yoldaşı Zərərçəkmiş şəxs sakitləşdirərək ayırmışdır. Daha sonra həyat yoldaşı Ramin istifadəsində olan mobil telefonla qardaşı Səbuhi tərəfindən döyülməsi ilə bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsi də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs isə onun gəlini Şahid2 qardaşıdır. Oğlu Zərərçəkmiş şəxsla gəlini Şahid2 2012-ci ildə ailə həyatı qurmuşdurlar. Birgə nikahdan onların iki az yaşlı övladlarının dünyaya gəlmişdir. Oğlu Raminlə gəlini Səbayət ailə qurduqdan sonra ona məxsus şəhərin Ş.İ.Xətai küçəsi ev 6 mənzil 14 ünvanında yaşamağa başlamışdırlar. Lakin ailə üzvlərinin çoxalması səbəbindən oğlu Zərərçəkmiş şəxs hazırda yaşadıqları mənzili satıb yeni həyət evi almaq istədiyini bildirmiş, lakin gəlini Şahid2 oğlu Zərərçəkmiş şəxs bu fikirlərinə qarşı çıxmış və bu səbəbdən onların arasında bəzən mübahisələr yaranmışdır. Oğlu Zərərçəkmiş şəxs yaşadıqları mənzili satmaq istəməsi səbəbindən həyat yoldaşı Şahid2 özünə və uşaqlarına məxsus bəzi əşyaları yığıb müvəqqəti olaraq atası evinə qoymasını tövsiyyə etmişdir. Lakin gəlini Şahid2 həyat yoldaşı Zərərçəkmiş şəxs xəbəri olmadan özünə atası Tahir Abdullayev vasitəsi ilə bir otaqlı mənzil kirayələmişdir. 03.12.2021 -ci il tarixdə isə yaşadıqları mənzildən çıxardığı paltar və əşyaları kirayələdiyi evə aparıb yerləşdirmişdir. 04.12.2021 -ci il tarixdə saat 12:00 radələrində oğlu Zərərçəkmiş şəxs evə gələn zaman onun həyat yoldaşı Şahid2 hər kəsdən xəbərsiz özünə bir otaqlı mənzil kirayələməsi barədə məlumat vermiş, bundan sonra oğlu Zərərçəkmiş şəxs əsəbləşərək gəlini Şahid2 valideyinlərinə məxsus ünvana bunu aydınlaşdırmaq üçün getmək istəməsini görmüşdür. Bu səbəbdən oğlu Raminlə birgə onların yaşadıqları binanın qarşısına gəlmişlər, bu zaman oğlu Ramin həyətdən qaynanası Mətanəti səsləmiş, sonuncu isə eyvana çıxaraq oğlu Raminə kobud cavab vermişdir. Bu səbəbdən oğlu Ramin də öz qaynanasının ünvanına nəlayiq ifadələr işlətmiş, bundan sonra gəlini Səbayətin qardaşı Səbuhi evdən həyətə düşərək onun oğlu Raminin sifət və baş nahiyyələrinə qəsdən bir neçə dəfə yumruqla zərbələr vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o yaranmış dava-dalaş müdaxilə edərək onları ayırmağa cəhd etmiş bundan sonra oğlu Ramini sakitləşdirib oradan uzaqladırmışdır. Həmin vaxt oğlu Ramin istifadəsində olan mobil telefonla qaynı Səbuhi tərəfindən döyülməsi ilə bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsi də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə onun qızı Şahid2 həyat yoldaşıdır. Onlar 2012-ci ildə ailə həyatı qurmuşlar və birgə nikahdan 2 az yaşlı övladları doğulmuşdur. Onlar ailə qurduqdan sonra qızı Şahid2 kürəkəni Zərərçəkmiş şəxs valideyinlərinə məxsus şəhərin Ş.İ.Xətai küçəsi ev 6 mənzil 14 ünvanında yaşamağa başlamışdırlar. Bir yerdə yaşadıqları dövr ərzində qızı Səbayətlə kürəkəni Ramin xoşbəxt yaşamışlar. Lakin son bir aydır ki, kürəkəni Zərərçəkmiş şəxs yaşadığı mənzili satıb həyət evinə köçmək istədiyini bildirmişdir. Lakin qızı Şahid2 onun bu fikirləri ilə razılaşmayaraq evin satılmasına öz narazılığını bildirmişdir. Ancaq kürəkəni Zərərçəkmiş şəxs konkret olaraq yaşadığı mənzili satışa çıxardığını, bu səbəbdən onun qızı Şahid2 özünə və uşaqlarına məxsus əşyaları yığıb ata evinə aparmasını tələb etmişdir. Buna görə də həyat yoldaşı X1 Yusibova və onun övladları üçün yaxınlıqda bir otaqlı mənzil kirayələmişdir. 03.12.2021-ci il tarixdə qızı Şahid2 özünə və uşaqlarına aid paltar və əşyaları yaşadığı evdən çıxararaq kirayələdiyi evə aparıb yerləşdirmişdir. 04.12.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evin mətbəxtində oğlu Təqsirləndirilən şəxslə birgə nahar edən zaman kürəkəni Zərərçəkmiş şəxs onu həyətdən səsləməsini eşidib eyvana çıxmış, həmin vaxt kürəkəni Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadələr işlədərək təhqir etmişdir. Bu zaman onunla birgə nahar edən oğlu Səbuhi kürəkəni Raminin onu təhqir etməsini eşitmiş, bundan sonra oğlu Səbuhinin qaçaraq evdən çıxıb həyətə düşmüşdür. Daha sonra kürəkəni Raminə yaxınlaşaraq qəsdən bir neçə dəfə yumruqla onun baş və sifət nahiyyələrinə zərbələr vuraraq xəsarət yetirmiş, həmin vaxt o dərhal dava-dalaş yerinə gələrək onları ayırmağa başlamışdır. Bundan sonra oğlu Səbuhini sakitləşdirib evə aparmış, qudası Şahid3 isə öz oğlu Zərərçəkmiş şəxs sakitləşdirərək oradan uzaqlaşdırmışdır. Daha sonra kürəkəni Ramin həmin gün şəhər polis şöbəsinə gedərək Səbuhi tərəfindən döyülməsi ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. İşdə olan 11.12.2021-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 14/2 saylı binanın qarşısıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, 04.12.2021-ci il tarixdə saat 14:00 radələrində yeznəsi Zərərçəkmiş şəxs ilə aralarında düşən mübahisə zamanı, sonuncunun sifət, baş və bədəninin digər nahiyələrinə bir neçə dəfə yumruqla zərbələr endirməklə, ona sol mil bilək oynağında sıyrıq, alt dodağında qansızma və başın təpə və tüklü hissəsində hematomalar ilə nəticələnən xəsarətlər yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin 04.12.2021 -ci il tarixli, 778 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol mil bilək oynağında sıyrıq, alt dodağında qansızma və başın tüklü hissəsində hematomalar, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən 04.12.2021 -ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sol mil bilək oynağında sıyrıq, alt dodağında qansızma sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, başın təpə və tüklü hissəsində hematomalar sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 07.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs 04.12.2021-ci il tarixdə saat 14:00 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 14/2 saylı binanın qarşısında yeznəsi Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, Zərərçəkmiş şəxs ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra barışmışdır. Bu mənada Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və işin icraatına xitam verilməsi gələcəkdə başqa neqativ halların aradan qalxmasına səbəb ola bilər. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-215/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-215/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver