Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-216/2021 29.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Şikayət vermiş və Zərərçəkmiş şəxs, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 07.12.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən «Miraj» restoranının yaxınlığında olan yolda Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, ev 6/1, mənzil 10-da yaşayan tanışı Zərərçəkmiş şəxs ilə söhbət edərkən sonuncunun onun birgə işlədikləri Mingəçevir şəhərində yerləşən «Riverside» otelində işlədiyi yerdən çıxarılmasında səbəbkar olduğunu əsas gətirib, bununla bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədilə onun sifət və baş nahiyələrinə yumruq və təpiklə zərbələr vurub, ona sağ qaşında sıyrıq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, sol sifətində və sol gicgah nahiyəsində isə böyük ölçülü hematoma fonunda qançır səhhətin qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, onlar birlikdə uzun müddət işləmişlər. Əvvəllər münasibətləri normal olsada sonradan iş yerində aralarında problem yaranmışdır. Belə ki, o, və Zərərçəkmiş şəxs “River Side” otelində gəmi sürücüsü işləmiş, orada iki gəmi olmuşdur. Bir müddət işlədikdən sonra Vasif onun işə gecikdiyini deyərək özü tək işləyib faiz ona çox qalsın deyə oranın rəhbərliyi ilə danışmış və o, Vasifə görə 2021-ci ilin yay aylarında işini itirmişdir. Bundan sonra da bu səbəbə görə Vasiflə aralarında olan münasibət pisləşmişdir. 07.12.2021-ci il tarixdə isə axşam saat 21 radələrində Azpetrolun yaxınlığında olan çayçıya getmiş, orada Vasifi görmüş, onunla salamlaşmış və sonra Vasif onun avtomobil5inə əyləşmiş və onlar Kainat şadlıq sarayının yanında yerləşən Miraj restoranında çay içib söhbət edərkən əvvəlki söhbət açılmış və o, Zərərçəkmiş şəxs etdiyinin düzgün olmadığını demiş, sonuncu isə ona kobud tərzdə cavab verdiyi üçün onun danışığı xoşuna gəlmədiyi üçün çox adam olmayan yerə onunla söhbət etmək qərarına gəlmiş və ona çölə çıxamalarını demişdir. Çölə çıxdıqdan sonra o, yaxınlıqda yerləşən mağazanın yanında qardaşı Pərvizin və bir neçə tanışının olduğunu görmüş, onlar da onunla Vasifi görmüş, o, Vasiflə söhbət edərkən sonuncu yenə də kobud danışdığı üçün dalaşmaq fikrinə düşmüş və heç kim müdaxilə etməsin deyə ona kənara keçmələrini demiş, həmin yerin yaxınlığında Vasifə Əliyevə “sən kimsən ki məni işimdən edirsən” deyərək onun üzünə yumruqla zərbə vurmuş, sonuncu da bu zaman onun köynəyindən tutmuş, həmin vaxt kənarda olan qardaşı onların yanına gələrək onları aralaşdırmaq istəsə də o, acıqlı şəkildə heç kimin müdaxilə etməməsini demiş, daha sonra isə ona yenə də yumruqla zərbələr vurduğu üçün Zərərçəkmiş şəxs geriyə getmiş və divara dayanmış, sonra isə o, Vasifin arxasına keçib ona badalağ vermiş və sonuncu dizi üstə yerə yıxıldıqdan sonra onun başına və bədəninə yumruqla zərbələr vurmuş, sonra isə qardaşı Pərviz onları aralaşdırarkən Vasif ayağa qalxmaq istəyərkən təpiklə də bir dəfə onun baş nahiyəsinə zərbə vurmuş və o, qardaşı geri çəkdiyi üçün müvazinətini saxlaya bilməyib yerə yıxılmış, Zərərçəkmiş şəxs isə oradan qaçıb getmiş, qardaşı Pərviz isə onu saxlayaraq evə aparmış, daha sonra isə o, polis şöbəsindən çağırılarkən Vasifin ondan şikayət etdiyini bilmişdir. Həmçinin o, izahatında hadisənin baş verməsinə səbəbin Zərərçəkmiş şəxs onu işindən etdirməsi ilə əlaqədar ona acıqlı olması, onunla kobud danışdığı üçün əsəblərinin dözməməsi olduğunu, Zərərçəkmiş şəxs yumruq və təpiklə başına, üzünə bədəninə zərbələr vurduğunu, Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirmədiyini, hadisəyə qardaşı Pərvizin, Cavid və Samir adlı şəxslərin şahidlik etdiyini, ondan başqa heç kimin Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, hadisənin 5-10 dəqiqə davam etdiyini, hadisə vaxtı ucadan səs küy olmadığını, hadisə zamanı ətrafda olan hər hansı əmlak zədələnmədiyini bildirmişdir. Daha sonra zərərçəkmiş şəxslə barışdığını bildirmiş və məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 07.12.2021-ci il tarixdə DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-nə ərizə ilə o, müraciət etmişdir. Belə ki, həmin gün axşam o, bir neçə tanışı ilə Azpetrolun yanında yerləşən kafedə yemək yeyərkən tanışı Pərvin içəriyə daxil olmuş, sonra söhbət zamanı Pərvin ona onun işlədiyi yerdə otelin yiyəsi olması barədə kənarda söhbət etməsini bildirmiş, sonuncu isə ona elə bir şey olmadığını demişdir. Sonra Pərvin ona gəl gedək Mirajda dəqiqləşdirək dediyi üçün onlar birlikdə Miraj adlı kafeyə getmişlər. Onlar Mirajda bir qədər söhbət etdikdən sonra Pərvin ona onu işdən çıxartdırdığını, səbəbkar olduğunu demiş, o, isə ona gəminin sahibinin onu işdən çıxartdığını, bu işlə əlaqəsi olmadığını demiş, bu zaman Pərvin ona çıxıb çöldə söhbət etmələrini demişdir. Onlar çölə çıxdıqdan sonra bir qədər irəlidə Pərvin ona “səni mən işə gətirmişəm” dedikdə, o, elə danışmamasını evində çörək kəsdiyini bildirmiş, bu zaman Pərvin onu söyüb təhqir edərək, onun üzünə yumruqla zərbə vurmuşdur. Həmin vaxt kənardan gələn qardaşı Pərviz onları aralaşdırmaq məqsədilə ona getməsini dedikdə, elə bu zaman Pərvin acıqlı şəkildə heç kimin müdaxilə etməməsini bildirmiş, o, Pərvindən 3-4 metr aralaşarkən sonuncu onun yaxasından tutaraq onun çörəyinə dəydiyini deyib, ona yumruqla zərbələr endirməyə davam etmiş, o, isə bu zaman divara söykənmişdir. Həmin vaxt Pərvin onun arxasına keçib ona badalağ verdiyi üçün dizi üstə yerə yıxılmış, bundan sonra da Pərvin Nehmətov onun başına üzünə zərbələr endirməyə davam etmiş, sonra isə qardaşı Pərviz yaxınlaşıb onu aralaşdırmış, bu zaman Pərvin bir dəfə də təpiklə onun başına zərbə vurmuş, həmin vaxt qardaşı onu geri çəkdiyi üçün hər ikisi yıxılmış və o, oradan çıxıb getmiş və polisə müraciət etmişdir. Həmçinin o, izahatında Pərvin Nehmətovdan başqa heç kimin onu vurmadığını, hadisənin 5-10 dəqiqə davam etdiyini, hadisəni baş verməsinə səbəbin isə Pərvin Nehmətovun işdən çıxmasında onu günahkar bilməsi səbəbindən ona kin saxlaması olduğunu, özünün ona heç bir xəsarət yetirmədiyini, hadisə vaxtı ucadan səs küy olmadığını, hadisə zamanı ətrafda olan hər hansı əmlak zədələnmədiyini bildirmişdir. Daha sonra aşkar cinayət əməli törətmiş şəxs onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 07.12.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən «Miraj» restoranının yaxınlığında olan yolda Zərərçəkmiş şəxs oğlunu vuraraq onun sifət və baş nahiyələrinə yumruq və təpiklə zərbələr vurub, ona sağ qaşında sıyrıq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, sol sifətində və sol gicgah nahiyəsində isə böyük ölçülü hematoma fonunda qançır səhhətin qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08.12.2021-ci il tarixli, 794 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sağ qaşında sıyrıq, sol sifətində və sol gicgah nahiyəsində hematoma fonunda qançırlar bərk küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən 07.12.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə: sağ qaşında sıyrıq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, sol sifətində və sol gicgah nahiyəsində böyük ölçülü hematoma fonunda qançır sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan DİN-in BƏSİİ-dən alınmış 17.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 66 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 73.2-ci, CPM-in 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-216/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-216/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver