Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-22/2021 30.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağaişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 10.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələrinə əsasən 1 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir şəhəri Nizami küçəsi ev 15 mənzil 4 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 3 ədəd göy-ağ rəngli kağız bükümlərin içərisində təmiz çəkiləri ayrı-ayrılıqda 0,742 qram, 0,563 qram və 0,043 qram olmaqla ümumi təmiz çəkisi 1,348 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satş məqsədi ilə üzərində saxlayaraq daşımış, 27.06.2020-ci il tarixdə saat 13:00 radələrində həmin narkotik vasitə olan heroindən 2 ədəd göy-ağ rəngli kağız bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,742 qram və 0,563 qram olmaqla, ümumi təmiz çəkisi 1,305 qram olan narkotik vasitə heroini Mingəçevir şəhər Nizami küçəsində yerləşən “5+” supermarketin qarşısında tanışı Şahid5 Rafiq oğluna 18 manat qanunsuz olaraq satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Müşfiqə narkotik vasitə satmadığını, 27.06.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərək polis şöbəsində döyüldükdən , ona fiziki təsir göstərildikdən sonra Şahid5 narkotik maddə satdığını etiraf etdiyini bildirdi. Ona zor tətbiq edilməklə narkotik maddə satması barədə ifadə alınmasını bildirmək üçün də məhkəməyə çıxarılacağı günü gözlədi. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, 26.06.2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir şəhəri RT zavodunun yanında yerdən 3 ədəd siqaretin göy rəngli kağızına bükülmüş büküm tapdı. Həmin 3 ədəd bükülü diqqətini cəlb etdiyi üçün onları açaraq içərisinə baxdıqda içərisindəki kütlələrin görünüşündən və iyindən heroin olmasını bildi və öz istifadəsi üçün 3 ədəd siqaretin göy kağızına bükülmüş heroini üzərində saxladı. 27.06.2020-ci il tarixdə səhər saatlarında bükümlərdən birinin içərisində olan narkotik vasitə heroinin bir hissəsini istifadə etdi. Həmin gün saat 13:00 radələrində tanışı Müşfiq ona zəng vuraraq heroin istifadə etmək istədiyini və onda heroin olub-olmadığını soruşdu. Onun da pula ehtiyacı olduğu üçün Müşfiqə 18(on səkkiz) manat müqabilində 2 büküm heroin verə biləcəyini bildirdi. Onlar Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşdülər. O, Müşfiqə 2 ədəd siqaretin göy kağızına bükülmüş heroin verdi. Müşfiq də bunun müqabilində ona 18(on səkkiz) manat pul verdi. Sonra o, həmin yerdən uzaqlaşaraq çıxıb getdi. Tapdığı narkotik vasitə heroindən qalan digər bükümü isə əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyub şəxsi istifadəsi üçün saxladı. 27.06.2020-ci il tarixdə təxminən saat 23:30 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən “Kosmos” şadlıq sarayının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onun polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsinə vəkil dəvət edib, onun iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Onun üzərinə baxış keçirilərkən üzərində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin göy-ağ rəngli kağızma bükülmüş bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürüldü. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili işləyir. 27.06.2020-ci il tarixdə saat 23:25 radələrində radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Mingəçevir ŞPŞ-nin İTB-nin YYÇPİTQnin inspektoru polis baş leytenantı Şahid3lə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən “Kosmos” şadlıq sarayının qarşısında olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Kosmos” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Əzizov X3 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm aşkar olunaraq götürüldü. Həmin büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar, kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs, həmçinin, həmin narkotik vasitə olan heroindən 27.06.2020-ci il tarixdə 18 manat pul müqabilində tanışı Müşfiqə 2 büküm satdığını, əldə etdiyi 18 manat pulu şəxsi ehtiyacları üçün istifadə etdiyini bildirdi. Şahid X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 27.06.2020-ci il tarixdə saat 23:25 radələrində radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Mingəçevir ŞPŞ-nin İTB-nin YYÇPİTQ-nin inspektoru polis baş leytenantı Şahid2lə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən “Kosmos” şadlıq sarayının qarşısında olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən “Kosmos” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə onun Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göyağ rəngli kağıza bükülmüş büküm aşkar olunaraq götürüldü. Qeyd olunan büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs, həmçinin, həmin narkotik vasitə olan heroindən 27.06.2020-ci il tarixdə 18 manat pul müqabilində tanışı Müşfiqə 2 büküm satdığını, əldə etdiyi 18 manat pulu şəxsi ehtiyacları üçün istifadə etdiyini bildirdi. Şahid4 Tofiq oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, 27.06.2020-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Həsənoğlu” inşaatın yanında əmisi oğlu Şahid5 narkotik vasitə heroin alması üçün 18 manat pul verdi. Şahid5 gedib bir nəfər şəxsdən iki büküm narkotik vasitə heroin alıb təxminən 20 dəqiqə sonra ona gətirdi. O, bir bükümdə olan narkotik vasitəni Şahid5la birlikdə istifadə etdi. Digər bükümdə olan narkotik vasitəni isə şəxsi istifadəsi üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladı. 27.06.2020-ci il tarixdə təxminən saat 19:25 radələrində Mingəçevir şəhəri Puşkin küçəsində yerləşən “Asan” marketin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Vəkilin iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olundu. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Onun üzərinə baxış keçirilərkən Müşfiqdən aldığı içərisində narkotik vasitə olan bir ədəd büküm əynində olan qara rəngli şalvarın cibindən götürüldü. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. 27 iyun 2020-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Həsənoğlu” inşaat mağazasının yanında əmisi oğlu Şahid4 Tofiq oğlu ilə görüşən zaman Babək ona 18 manat pul verdi ki, narkotik maddə alsın. O, 18 manat pulu Babəkdən alıb Yevlax rayonuna getdi, oradan tanımadığı bir adamdan 2 büküm heroin alıb qayıtdı və narkotik maddə heroindən bir bükümünü Babək götürdü, bir bükümdən isə birlikdə istifadə etdilər, qalanını özü istifadə etmək üçün cibinə qoydu. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 27.06.2020-ci il tarixdə təxminən saat 21:30 radələrində Mingəçevir şəhəri Puşkin küçəsində yerləşən “İspanaq” kafesinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Mingəçevir şəhər polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirmək istədiklərini və ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, küt alət, narkotik vasitə və s. varsa könüllü olaraq təqdim etməyini bildirdilər. O, üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin göy- ağ rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə heroini təqdim etdi. Sorğu zamanı27.06.2020-ci il tarixdə saat 13:00 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Həsənoğlu” inşaat mağazasının yanında əmisi oğlu Şahid4 ona 18 manat pul verdiyini, gedib Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “5+” marketin yanında Zaur adlı şəxsə 18 manat pulu verib ondan iki büküm narkotik vasitə heroin aldığını, təxminən 20 dəqiqə sonra Şahid4 yanına qayıdaraq bir bükümü Babəkə verdiyini, digər bükümdə olan narkotik vasitə heroindən birlikdə istifadə etdiklərini, daha sonra isə həmin bükümü cibinə qoyub və şəxsi istifadə üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 40-41-ci vərəqlərində olan 27 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin göy-ağ rəngli kağızına bükülmü bükümdə narkotik vasitəni təqdim etdi. Eyni zamanda əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qapalı şəkildə olan “Bakı blue” markal siqaret qutsunu, sağ arxa cibindən bir ədəd cib dəsmalını çıxarıb təqdim etdi. Sorğu zamanı Əzizov Zaur Qurban oğlu üzərində aşkar olunmuş narkotik vasitəni təxminən 8 ay əvvəl Mingəçevir şəhəri RT zavodunun yanında yerdən tapdığını, şəxsi istifadə üçün üzərində saxladığını, həmçinin 27.06.2020-ci il tarixdə saat 13:00 radələrində Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “5+” marketin yanında Müşfiq adlı tanışından 18 manat pul alıb qarşılığında ona iki büküm narkotik vasitə verdiyini bildirdi. İşin 6-7-ci vərəqlərində olan 27 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Şahid4 Tofiq oğlunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd göy-ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid4 Tofiq oğlu 27.06.2020-ci il tarixdə 13 radələrində əmisi oğlu Şahid5 18 manat pul verdiyini və sonuncunun gedib 20 dəqiqə sonra iki büküm narkotik vasitə alıb gətirdiyini, üzərindən aşkar olunmuş bükümün həmin bükümlərdən biri olduğunu, digərini Müşfiqlə birlikdə istifadə etdiyini bildirdi. İşin 12-13-cü vərəqlərində olan 27 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Şahid5 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd göy-ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid5 27.06.2020-ci il tarixdə 13 radələrində əmisi oğlu Şahid4 Tofiq oğlunun ona 18 manat pul verdiyini və Zaur adlı şəxsə həmin pulu verib iki büküm narkotik vasitə aldığını, təxminən 20 dəqiqə sonra Babəkin yanına qayıdıb bükümün birini ona verdiyini, digərini onunla birlikdə istifadə edərək qalanını cibinə qoyub şəxsi istifadəsi üçün saxladığını bildirdi. İşin 49-50-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2020-ci il tarixli, 17/423 saylı rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Şahid4 Tofiq oğlunun üzərindən aşkar olunmuş…kütlə” sözləri yazılmış zərfin içərisindəki bir ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,742 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi -0,742 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,692 qram. Tədqiqata təqdim olunmuş üzərinə “Vət. Şahid5 üzərindən aşkar olunmuş narkotik…” sözləri yazılmış zərfin içərisindəki bir ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,563 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi -0,563 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,513 qram. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik…” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroinin təmiz çəkisi - 0,043 qram, tədqiqata sərf edildi-0,020 qram, qalıq-0,023 qram. İşin 140-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 775 saylı 05 sentyabr 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. İşin 166-cı vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 05.08.2020-ci il tarixli, 648 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 21.12.2016-cı ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 06 may 2021-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə Şahid5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM–in 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM–in 66.5, 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 3 ədəd göy-ağ rəngli kağız bükümlərin içərisində təmiz çəkiləri ayrı-ayrılıqda 0,742 qram, 0,563 qram və 0,043 qram olmaqla ümumi təmiz çəkisi 1,348 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satş məqsədi ilə üzərində saxlayaraq daşımış, 27.06.2020-ci il tarixdə saat 13:00 radələrində həmin narkotik vasitə olan heroindən 2 ədəd göy-ağ rəngli kağız bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,742 qram və 0,563 qram olmaqla, ümumi təmiz çəkisi 1,305 qram olan narkotik vasitə heroini Mingəçevir şəhər Nizami küçəsində yerləşən “5+” supermarketin qarşısında əvvəllər tanıdığı Şahid5 Rafiq oğluna 18 manat pula qanunsuz olaraq satmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və şahid ifadələri, işdə olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaq zamanı ifadəsini polis şöbəsində polis əməkdaşlarının ona fiziki təsiri, onu döymələri nəticəsində verdiyini, ona fiziki təsir, zor işlədilməklə ifadə alınmasını bildirməsi üçün də məhkəməyə çıxarılacağı günü gözlədiyini bildirdi. İşin 96-cı vərəqində olan Mingəçevir şəhər məhkəməsinin 4(051)-78/2020№li 29 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan iki gün sonra barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılması üçün məhkəməyə çıxarılmış, o, məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşiman olduğunu bildirmişdir. Bundan əlavə “Mingəçevir şəhər PŞ MSY-də saxlanılan şəxslərin uçotu kitabı”na müdafiə tərəfin vəsatəti ilə məhkəmə iclasında baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs MSY-nə qəbulu zamanı onun üzərində hər hansı bir xəsarət olması qeyd edilməsi müəyyən edilməmişdir. Həmçinin, “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabına baxış zamanı müəyyən edildi ki, 28.06.2020-ci ildə MSY-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində xəsarət olmaması qeyd edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Penitensiar Xidməti 2 saylı İstintaq təcridxanasına etapla daxil olan zaman üzərində xəsarətlər aşkar edilməsi, həmin xəsarətlərin 27.06.2020-ci il tarixdə Mingəçevir şəhər PŞ-nin MSY-də olarkən polis əməkdaşları tərəfindən alması barədə izahatı araşdırılmaq üçün 2 saylı İstintaq təcridxanası tərəfindən Mingəçevir şəhər prokurorluğuna göndərilmiş, bununla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri və ya MSY-də polis əməkdaşları tərəfindən hər hansı fiziki zor tətbiq edildiyi öz təsdiqini tapmamış, ona görə də Mingəçevir şəhər prokurorluğunun müstəntiqi X1 30 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsini də məhkəmə inandırıcı və əsaslı hesab etmir. Belə ki, şahid Şahid5, eləcə də digər şahid Şahid4 ifadələrində göstərdilər ki, Şahid4 Şahid5 narkotik vasitə istəmiş, Müşfiq də razılaşaraq 20 dəqiqəyə həmin narkotik vasitəni gətirib Şahid4 vermişdir. Şahid5 məhkəmə iclasında, həmçinin, bildirdi ki, Babəkə verdiyi narkotik maddəni o, Təqsirləndirilən şəxs deyil, Yevlax rayonunda tanımadığı bir adamdan almışdır. Lakin 20 dəqiqə müddətində Yevlax rayonunda tanımadığı adamdan narkotik maddə alıb gətirmək inandırıcı deyil. Müşfiq Muradov həm ibtidai istintaq zamanı verdiyi həm də barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə çıxaırılmış hökmdəki ifadəsində gösətrmişdir ki, o, narkotik maddəni Təqsirləndirilən şəxs almışdır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs və şahid Müşfiq Muradovun məhkəmə iclasında verdikləri ifadələri deyil,ibtidai istintaq zamanı verdikləri ifadələri sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs əməli eləcə də digər şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi İşin 134-136-cı vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 1(051)-88/2020 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 31 mart 2020-ci il tarixdən 02 aprel 2020-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 1(bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər məhkəməsinin 1(051)-37/2016 №li 12 aprel 2016-cı il tarixli hökmü və Qaradağ rayon Məhkəməsinin 7(002)-716/2018 №li 27 mart 2018-ci il tarixli qərarı ilə təyin olunmuş 4000 manat məbləğində cərimə cəzasının Mingəçevir şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə əvəz edilmiş 300 saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günə 8 saat hesablamaqla 1(bir) ay 7 ( yeddi) gün CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplama yolu ilə birləşdirməklə üzərində qəti olaraq 1(bir) il 8(səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 34-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 27 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 27 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,023 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 10.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə çəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, 27.06.2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,023 qram narkotik vasitə –heroin məhv edilsin. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-22/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-22/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver