Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-22/2022 27.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs- xx xxxxxxx 1955-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 34-də yerləşən X7 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələkeçirmək məqsədilə Zərərçəkmiş şəxs mülkiyyətində olan və"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 oktyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 22.000 manat təşkil edən "Hyundai İX 35" markalı, AZ **-LO-*** qeydiyyat nişanlı avtomobili Şahid1 Mingəçevir şəhərində bankın ödənişlərini ödəmək şərti ilə 2017-ci ilin sentyabr ayının əvvələrində aldıqdan sonra 20 sentyabr 2017-ci il tarixdə istintaqa məlum olmayan şəxslər vasitəsilə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilin "xxxx" Açıq Səhmdar Cəmiyyətində girovda olması barədə xüsusi qeydi sildirməklə, guya avtomobilin sahibi Zərərçəkmiş şəxs tərəfindən Gəncə şəhəri 5 saylı notariat kontorunda 15 iyul 2017-ci ildə ƏN-İ 624726 nömrə blanklı, 7E-17257 reyestr nömrəli avtomobilin bir il müddətində idarə edilməsi və üzərində sərəncam verilməsi barədə saxta etibarnaməni hazırladıb ələ etməklə avtomobili ələ keçirib Zərərçəkmiş şəxs və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan "X12 edilməsi Agentliyi" Açıq Səhmdar Cəmiyyətinə 22.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra ələ keçirdiyi "Hyundai İX 35" markalı, AZ **-LO-*** qeydiyyat nişanlı avtomobili ölkə hüdudlarından kənara çıxarmaq məqsədilə 13 oktyabr 2017-ci ildə saat 09:11-də saxta sənədləri Azərbaycan Respublikasının gömrük sərhədinin "Şıxlı" sərhəd nəzarəti məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təqdim etməklə hüquq verən rəsmi saxta sənədlərdən bilə-bilə istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, qızının əri Şahid1 “Azərbaycan Beynəlxalq Bankın” Sənaye filialında girovda olan “Hyundai İX 35” markalı **-LO-*** qeydiyyat nişanlı avtomobili Fəqan Heydərov adlı Naftalan şəhər sakinindən bankın qalan ödənişlərini ödəmək şərti ilə 4500 manata almışdır. Fəqan Ramilə avtomobili idarə etmək üçün etibarnamə verəcəyini bildirəsədə bunu edə bilməmişdir. Avtomobilə görə banka ödənməli olan kredit təxminən 15.000 manata yaxın idi. Fəqan Ramilə avtomobili idarə etmək üçün etibarnamə verə bilmədiyi üçün Ramil avtomobili qaytarıb pulunu geri tələb edirdi. Lakin Fəqan buna da razı olmadığı üçün Şahid1 demişdir ki, “narahat olma, avtomobili ver mənə, bankla özüm qalan məsələni həll edib, avtomobilin sahibindən özüm etibarnamə alacam”. Ramil də buna razı olaraq avtomobili elə həmin qiyməti, yəni 4500 manat pulu Ramilə hissə-hissə vermək şərti ilə Mingəçevir şəhərində 2017-ci ilin sentyabr ayın əvvələrində götürmüşdür. Ramil avtomobili ona verən zaman avtomobilin açarlarını və qeydiyyat şəhadətnaməsini də vermişdir. Qeydiyyat şəhadətnaməsinin arxasında avtomobilin “Azərbaycan Beynəlxalq Bankın” Sənaye filialında girovda olması qeyd edilmişdir. O, bir müddət avtomobili etibarnaməsiz idarə etmişdir. Sonra avtomobillə Gürcüstana getmək istəmişdir. Bunun üçün ilk əvvəl avtomobili gömrükdən keçirmək üçün etibarnamə lazım idi. Bundan başqa avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin bankda girovda olması qeyd edildiyindən sərhəddən ölkədən buraxmayacaqları üçün avtomobilin ölkədən çıxması üçün ya bankın razılıq məktubu alınmalı, ya da ki, qeydiyyat şəhadətnaməsində avtomobilin bankda girovda olması götürülməli idi. O, bu barədə Mingəçevir şəhərində və Gəncə şəhərində yerləşən maşın bazarından bir az maraqlanmışdır. Mingəçevir şəhərində “Səməd Vurğun” bağında yerləşən çayxanada olan zaman qonşu stolda əyləşən bir cavan oğlana bu barədə danışaraq, avtomobilin bankda girovda olduğunu, qeydiyyat şəhadətnaməsinin arxa hissəsində bu barədə olan qeydi silmək lazım olduğunu, həmçinin avtomobilin sahibindən etibarnamə hazırlamaq lazım olduğunu bildirmişdir. Həmin şəxsin adını tam xatırlamır. Hündür boy, arıq, qarayanız oğlan idi, adı səhv etmirsə Xəyal olmuşdur. Xəyal ona demişdir ki, bu işdə ona kömək edəcək. Bunun üçün avtomobilin qeydiyyat şəhadətnaməsini ondan götürmüş və onun şəxsiyyət vəsiqəsinin şəkilini çəkmişdir. Adını Xəyal kimi xatırladığı həmin şəxs ona demişdir ki, en geci üç gün ərzində sənədi hazırlayıb gətirəcək. O, Xəyaldan əlaqə saxlamaq üçün telefon nömrəsi istəsə də sonuncu verməkdən imtina etmişdir. Heç onun da nömrəsini götürməyib, harada yaşadığını soruşmuşdur. O, həmin şəxsə demişdir ki, X2rşısına gəlib onu soruşsa yaşadığı evini göstərəcəklər. Bundan iki gün, sonra yəni təxminən sentyabr ayın 20-də evdə olan zaman həmin şəxs onun evinə gəlib avtomobilin qeydiyyat şəhadətnaməsini və adına olan etibarnaməni ona vermişdir. O da bunun müqabilində həmin adama 500 manat pul vermişdir. Bundan sonra onunla əlaqə saxlamamışdır. 13 oktyabr 2017-ci ildə avtomobili idarə edərək Gürcüstana gedən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sənədlərə baxış zamanı sənədlərin saxta olduğu aşkar olunmuşdur. O, avtomobilin banka olan kreditinin ödəmək üçün banka getməmiş və avtomobilin sahibi Zərərçəkmiş şəxsla hər hansı bir əlaqə saxlamamışdır. Şahid1 maşını alandan sonra hissə-hissə 4500 manat pulu ödəmişdir. O, avtomobili almaqda özünü təqsirli bilsə də sənədləri özü saxtalaşdırmadığından Cinayət Məcəlləsinin 320.2-ci maddəsində özünü təqsirli bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, Fövqəladə Hallar Nazirliyinin Sabunçu rayon X8 Hissəsinin 22 nömrəli Yanğın mühafizə bölməsinin yanğın söndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işləyir. 2011-ci ilin oktyabr ayının əvvəllərində iş yoldaşı və yaxın dostluq münasibətində olduğu X13 ona müraciət edərək, qardaşı Ramil Cəfərova minik avtomobili almaq istədiklərini, avtomobilin qeydiyyat nişanının "90" rəqəmi ilə başlayan nömrə nişanı olmasını düşündüklərini, lakin rayon qeydiyyatında olduqları üçün "90" rəqəmi ilə başlayan qeydiyyat nişanı ala bilmədiklərini, ona görə də razılığı olduğu halda Bakı şəhər qeydiyyatında olduğu üçün avtomobili onun adına almaq istədiklərini bildirmişdir. Eminlə aralarında olan münasibətə görə etiraz etmədi və ona razılıq verdi. Həmin gün, yəni 07.10.2011 -ci ildə işdən çıxdıqdan sonra Emin və onun qardaşı Ramillə birlikdə "HYUNDAİ" satış mərkəzinin Bakı şəhəri İnqilab küçəsində yerləşən filialına getdilər. Ramil salonda işləyən əməkdaşlarla söhbət edib, "Hyundai İX35" markalı avtomobilin ilkin ödənişi və aylıq kredit ödənişləri ilə maraqlanmış, təklif olunan qiymətlə razılaşdığı üçün avtomobili almaq qərarına gəldi və ondan şəxsiyyət vəsiqəsini alıb salonun əməkdaşına təqdim etdi. İlkin sənədləşmə işləri aparıldı, xatırlamasına görə Ramil ilkin ödəniş kimi təxminən 6000 manat pulu salonun əməkdaşına ödəmiş və salonun içərisində "xxxx" ASC-nin nümayəndələri də lazımi sənədləşmə işləri aparararaq, sənədlərə ona imza etdirmişlər, Emin də zamin kimi imza etmişdir. Aylıq kredit ödənişlərinin cədvəli Ramilə təqdim olundu və Ramil aldığı avtomobilin aylıq kredit ödənişlərini vaxtlı-vaxtında banka ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Xatırlamasına görə, Ramil avtomobili illik faiz dərəcəsi 18% olmaqla 60 ay müddətinə almışdı. Bankdan çıxdıqdan sonra Xətai metrostansiyasının yaxınlığında yerləşən notariat kontorunda Ramil Cəfərovun adına etibarnamə vermişdir. 2012-ci ilin aprel ayının ortalarınadək avtomobili Ramil özü idarə etmiş, 2012-ci ilin aprel ayının ortalarında Ramil onun iş yerinə gələrək, son bir neçə aydır ki, avtomobilin banka olan aylıq kredit ödənişlərini edə bilmədiyini, ona görə də avtomobili tanışı Elçin adlı şəxsə satmaq istədiyini, Elçin onunla əlaqə saxladığı zaman onunla birlikdə notariat kontoruna gedib avtomobili idarə etməsi üçün, eləcə də daşınar əmlakın idarə edilməsi ilə bağlı Elçinə etibarnamə verməsini bildirdi. O, etiraz etmədi 17 aprel 2012-ci ildə Elçin adlı şəxs onun mobil telefonuna zəng edib, Ramildən avtomobili alan şəxs olduğunu və görüşüb ona etibarnamə verməsini bildirdi. O, Elçinlə görüşdü və Nizami rayonu ərazisində yerləşən "Xəzər" universitetinin yaxınlığındakı notariat kontorunda öz adından X3 adına avtomobili idarə edə bilməsi üçün və daşınar əmlakın idarə edilməsi ilə bağlı etibarnamələr vermişdir. 2017-ci ilin avqust ayında Nizami RPİ-nin 24-cü PB-dən ona zəng olunmuş və "xxxx" ASC-nin müraciət edərək, onun adına olan "Hyundai İX35" markalı ** LO *** qeydiyyat nişanlı minik avtomobilinin uzun müddətdir ki, banka olan kredit ödənişlərinin ödənilmədiyini və avtomobilin harada, kimin istifadəsində olması barədə məlumatın olmadığını, bununla bağlı PB-də araşdırma aparıldığını, avtomobili bankın əməkdaşı ilə birlikdə axtarıb Binəqədi rayonu 9-cu mikrorayon ərazisində "Tərlan" şadlıq evinin yanından yuxarı yoxuşa doğru qalxdıqda yerləşən avtomobil dayanacağında tapdıqlarını, dayanacaqda işləyən şəxsin onlara həmin avtomobili tanımadığı bir nəfərin orada saxlayıb, yalnız gecələr saat 02 radələrində dayanacaqdan çıxararaq səhər saat 05- 06 radələrinədək idarə edib, sonra yenidən gətirib orada saxladığını bildirdiyini demişlər və onu həmin avtomobil dayanacağına dəvət etmişlər. O, həmin dayanacağa getmiş və polis əməkdaşlarına, eləcə də bankın ilk dəfə orada gördüyü Cəlal adlı əməkdaşına avtomobili Ramil Cəfərovun aldığını, sadəcə olaraq onun adına rəsmiləşdirildiyini, 17.04.2012-ci ildə isə Ramilin avtomobili X1, Ramilin sözü ilə Elçinin adına etibarnamələr verdiyini, avtomobilin sonrakı aqibəti barədə məlumatının olmadığını bildirmişdir. Həmin avtomobil polis əməkdaşları tərəfindən evakuatorla Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin qarşısına gətirilmiş, o, orada Ramilə zəng edib avtomobillə bağlı 24-cü PB-nə dəvət olunduğunu demişdir. Bir qədər keçmiş Ramil bölməyə gəlmişdir. PB-də ona izah olunmuşdur ki, avtomobilin bankın əməkdaşına təhvil verilməsi üçün PB-nin rəisinin adına rəsmi ərizə ilə müraciət etməlidir. Ona görə də PB-nə ərizə ilə müraciət edərək, adına olan "Hyundai İX35" markalı **-LO-*** qeydiyyat nişanlı minik avtomobilini bankın əməkdaşına təhvil verməsinə köməklik etmələrini xahiş etmişdir. Avtomobil 24-cü PB-nin qarşısında qalmış, o isə Ramillə birlikdə oradan yaşadığı evə getmişdir. Avtomobilin sonrakı aqibəti barədə heç bir məlumatı olmamışdıır. 15.01.2018-ci ildə hazırki iş üzrə istintaqa şahid qismində ifadə verərkən ona məlum olmuşdur ki, onun adına olan "Hyundai İX 35" markalı 90-LO 420 qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs adlı şəxs idarə etməsi üçün saxtalaşdırılmış etibarnamədən aldatma yolu ilə istifadə etməklə 13 oktyabr 2017-ci ildə saat 09:11-də Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət etdirərək, dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirən zaman "Şıxlı" sərhəd nəzarəti məntəqəsində saxlanılmışdır. O, Təqsirləndirilən şəxs tanımır, onun avtomaşını və saxta etibaraməni harada, kimdən və hansı yolla əldə etməsi barədə heç bir məlumatı yoxdur, həmin etibarnamənin və avtomobilin ona verilməsində onun heç bir iştirakı və rolu olmamışdır. O, Ramil Cəfərovdan və Elçin Ağamalıyevdən başqa heç kimin adına etibarnamə verməmişdir. Onu da bildirir ki, hazırda banka olan kredit borcu ödənilməmişdir, eləcə də kreditlə almış olduğu həmin avtomobil onda deyil, harada olduğunu da bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs "xxxx" QSC BOKT-nin nümayəndəsi Nümayəndə məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Kredit təşkilatının nümayəndəsi məhkəməyə teleqram göndərərək onlara vurulmuş zərərin ödənildiyini, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, "xxxx" Acıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə "xxxx" QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə "X12 edilməsi Agentliyi" MMC arasında 16 sentyabr 2016-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini "X12 edilməsi Agentliyi" MMC həyata keçirir. Yuxarıda qeyd olunan xidməti müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Zərərçəkmiş şəxs dair sənədlər 11 dekabr 2017-ci ildə S-AVK-1629 nömrəli akt əsasında "xxxx" QSC-yə verilmişdir. Bununla da Zərərçəkmiş şəxsla "xxxx" ASC arasında olan bütün münasibətlərə xitam verilmiş və Zərərçəkmiş şəxs kredit ödənişini tələb etmək hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə "X12 edilməsi Agentliyi" MMC arasında 16 sentyabr 2016-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən də "xxxx" QSC-yə keçmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini "X12 edilməsi Agentliyi" MMC həyata keçirir. Həmin sənədlərə əsasən Zərərçəkmiş şəxs 07 oktyabr 2011-ci ildə 0205 nömrəli kredit müqaviləsinə əsasən 24.910 ABŞ dolları kredit götürmüş və kreditin təminatı 07 oktyabr 2011-ci il tarixli 205 nömrəli ipoteka müqaviləsinə əsasən “Hyundai İX35” markalı **-OL-*** qeydiyyat nişanlı avtomobildir. 11 dekabr 2017-ci il tarixə Zərərçəkmiş şəxs cəmi 28630.22 ABŞ dolları "xxxx" ASC-yə borcu vardır. Həmin borcun 18.128 ABŞ dolları əsas borc, 10.502,22 ABŞ dolları isə faiz borcudur. Zərərçəkmiş şəxs girov qoyulmuş “Hyundai İX35” markalı **-OL-*** qeydiyyat nişanlı avtomobilin başqa şəxslərə satması və həmin avtomobilin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilərək sənədlərinin, yəni qeydiyyat şəhadətnaməsinin saxtalaşdırılmas nəticəsində bankın qanunla qorunan mənafeyi pozulmuş, bank tərəfindən kredit öhdəliyi icra edilmədiyi üçün tələb vaxtında girov qoyulmuş əmlaka yönəldilə bilməmiş və bunlada banka maddi ziyan dəymişdir. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qayınatasıdır. "Hyundai İX 35" markalı, minik modelli, AZ **-LO-*** qeydiyyat nişanlı avtomobili 2017-ci ilin yay aylarında, təxminən avqust ayında tanışı Fəqan Heydərovdan almışdır. Lakin Fəqan maşına dair ona etibarnamə verməmişdir. X10 4500 manat ilkin ödəniş, qalanı banka ödəmək şərti ilə almışdır. Banka ödənilməmiş kreditin təxminən 12000-16000 manatı qalmışdır. Həmin vaxt avtomobili "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sənaye filialında ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Ona etibarnamə verilmədiyinə görə maşını Fəqana qaytarmaq istədikdə Təqsirləndirilən şəxs demişdir ki, maşını qaytarmasın, ona versin. O da “Hyundai İX 35" markalı, minik AZ **-LO-*** qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs vermişdir. Bir müddət Akif və o, maşını idarə etmişlər. Təqsirləndirilən şəxs maşına sənəd əldə edib-etmədiyini, həmçinin, Təqsirləndirilən şəxs nə üçün həmin maşınla ölkəni tərk edib Gürcüstana getməsini bilməmiş və bu işdə iştirak etməmişdir. Şahid X6 məhkəmə iclasında ifadəsində bildirdi ki, avtomobil alq-satqısında vasitəçilik edib ailəsini dolandırır. Belə ki, Bakı şəhərində yerləşən avtomobil bazarındakı avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər o cümlədən də dost-tanışı avtomobil satan şəxslərə onun istifadəsində olan ***-***-**-** nömrəsini verir və həmin nömrə ilə əlaqə saxlayıb avtomobil alıb-satır. 2017-ci ilin avqust ayının ortalarında Ruslan adlı şəxs onunla əlaqə saxlayıb istifadəsində olan “HyundaılX35” markalı **-LO-*** qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirdi. O, Ruslanı Rusiya Federasiyasında yaşayan tanışları vasitəsilə tanımışdır. Ruslan Rusiya Federasiyası vətəndaşı olsa da, milliyətcə azərbaycanlıdır. Əvvələr çəkilişlər etdiyi üçün ləqəbi “rejissor” Ruslandır. Şəxsin münasibəti olmamışdır. Soyad və ata adını bilməmişdir. O, Ruslanla danışandan sonra bir çox adama, o cümlədən də “Kəşo” ləqəbi ilə tanıdığı Şahid1 bu barədə dedi. Ramil ona zəng edib avtomobilə baxmaq istədiyini bildirdi. O da zəng edib bu barədə Ruslana dedi. Ruslan da şəxsi işləri ilə əlaqədar Gəncə şəhərinə gələ bilməyəcəyini dediyi üçün və həm də o, həmin vaxtı Bakı şəhərində olduğundan Ruslandan avtomobili götürüb Gəncə şəhərinin girəcəyində yerləşən “Zazalı” postuna gətirmişdir. Ramillə əvvəlcədən olan razılığa əsasən orada görüşmüş və Ramil avtomobilə baxıb bəyənmişdir. Sonra Ruslanla danışmış və Ramilə izah edilmişdir ki, Bakı şəhərinə banka getməli, orada kreditlə bağlı problemi həll edib avtomobilin aylıq ödənişlərini ödəməyi rəsmi qaydada üzərinə götürməli, bundan sonra onun adına avtomobilə etibarnamə alınacaqdır. Bu şərtlə avtomobil Şahid1 Ruslanın sözü əsasında verdi. Ramil uzun müddət avtomobili Gəncə, Goranboy və Mingəçevir şəhərlərində idarə etdiyini görürdü. Buna görə də fikirləşdi ki, artıq Ramil avtomobilin sənədləri ilə bağlı işləri qaydasına salıb, ona görə də dəyibdolaşan yoxdur. Yəni Yol polisləri saxlayıb, tədbir görmürlər. Avtomobilin sonra aqibəti barədə məlumatı yoxdur. İşin 1-cild 33-34-cü vərəqlərində olan 13 oktyabr 2017-ci il tarixli saxlanılan avtomaşına və aşkar olunmuş mallara baxış keçirilməsi barədə protokolda göstərilir ki, "Hyundai İX 35" markalı **- LO-*** qeydiyyat nişanlı avtomobil üniversal, gümüşü metal rəngli, 2011-ci il istehsalıdır. Baxış zamanı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında olan etibarnamənin nümunəyə uyğun olmadığı aşkar edilmişdir. Belə ki, AB N 625420 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadəntaməsi və ƏN-İ N624726 nömrəli etibarnamə götürülmüşdür. AB N 625420 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadəntaməsi **-LO-*** qeydiyyat nişanlı, Hyundai İX35, markalı, 2011-ci il buraxılışlı, Zərərçəkmiş şəxs məxsus olub, hər hansı bir xüsusi qeydi olmamışdır. ƏN-İ N624726 nömrəli etibarnamə isə15 iyul 2017-ci ildə Zərərçəkmiş şəxs tərəfindən Hyundai İX35markalı, **-LO-*** qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən idarə edilməsi və üzərində sərəncam verilməsi barədə Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 7E-17257 nömrə ilə qeyd edilmişdir. İşin 1-cild 35-ci vərəqlərində olan avtomaşının təhvil verilməsi barədə 13 oktyabr 2017-ci il tarixli aktdan görünür ki, "Hyundai İX 35" markalı **-LO-*** qeydiyyat nişanlı avtomobil müvəqqəti saxlanmasıüçün “Şıxlı” sərhəd nəzarət məntəqəsinə təhvil verilmişdir. İşin 1-cild 56-59-cu vərəqlərində olan məhkəmə sənədin texniki kriminalistik ekspertizasının 16 noyabr 2017-ci il tarixli, 27392 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş ABN 625420 nömrəli Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin blankı ofset çap üsulu ilə haqzırlanmışdır və “FDS Forensic” proqramında olan şəhadətnamənin nümunəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş ƏN-İ 624726 nömrəli etibarnamənin blankı hər hansı bir növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdəçap edilmişdir. İşin 1-cild 207-209-cu vərəqlərində olan məhkəmə əmtəəşünasılıq ekspertizasının 03 aprel 2018-ci il tarixli, 5501 saylı rəyində göstərilir ki, 2011-ci il buraxılışlı, universal tipli, minik modelli, gümüş metal rəngli, mühərrikin həcimi 1998 sm3 olan bir ədəd “Hyundai İX35” markalı avtomobilin 2017-ci ilin oktyabr ayına normal vəziyyətdə orta bazar qiyməti 22000,0 (iyirmi iki min) manat müəyyən edilmişdir. İşin 2-cild 27-32-ci vərəqlərində olan məhkəmə-texniki ekspertizasının 20 iyul 2018-ci il tarixli, 16826/17275 saylı rəyində göstərilir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs adma olan **-LO- *** qeydiyyat nişanlı “HyundaıİX35” markalı nəqliyyat vasitəsinə verilmiş AB 625420 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin blankının üz hissəsi ofset və hündür çap üsulu ilə mətbəədə hazırlanmışdır, xüsusi mühafizə vasitələri ilə təchiz olunmuşdur, “FDS Forensic” məlumat soraq sistemində olan eyni adlı şəhadətnamənin nümunəsi ilə eynilik təşkil edir. AB 625420 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin blankının arxa hissəsi ofset çap üsulu ilə mətbəədə hazırlanmışdır, xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, “FDS Forensic” məlumat soraq sistemində olan eyni adlı şəhadətnamənin nümunəsi ilə eynilik təşkil etmir. Həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin əsas rekvizitlərini təşkil edən yazıların şriftləri öz aralarında eynidirlər. Təqdim olunan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin üz hissəsində qrafalarda olan yazılar axınlıçap üsulu ilə printerdəçap edilmişdir. Şəhadətnamənin arxa hissəsindəki qrafalarda olan yazılar elektrofotoqrafik üsul ilə lazer printeri vasitəsiləçap edilmişdir. Şəhadətnamənin üz və arxa hissələrində olan printer mətnləri fərqli şriftlərləçap olunmuşdular. Şəhadətnamədə olan möhür əksi bir başa relyef klişe vasitəsilə vurulmuşdur. Həmin möhür əksi AC 859770 və AC 853516 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində olan “Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat İmtahan şöbəsi “G” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Şəhadətnamənin mətnində və möhür əksində hər hansı bir düzəlişlər(mexaniki, üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə edilməmişdir. İşin 2-cild 155-159 vərəqlərində olan məhkəmə-xəttşünaslıq ekspertizasının 01 aprel 2018ci il tarixli, 1629 saylı rəyində göstərilir ki, 15 iyul 2017-ci il tarixli 7E-17257 reyestr nömrəli etibarnamədəimza qrafikasında “Rüstəmov” yazısı və həmin soyadın qarşısındakı imza X14, Zərərçəkmiş şəxs, X13 və X11 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. İşin 4-cild 25-28-ci vərəqlərində olan məhkəmə-xəttşünaslıq ekspertizasının 02 iyul 2021-ci il tarixli, 4/478 saylı rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş ƏN-İ 624726 nömrəli etibarnamədə imza qrafasında “Rüstəmov” yazısı və həmin yazının qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 oktyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qiyməti 22.000 manat təşkil edən "Hyundai İX 35" markalı, AZ **-LO-*** qeydiyyat nişanlı avtomobili Şahid1 Mingəçevir şəhərində bankın ödənişlərini ödəmək şərti ilə 2017-ci ilin sentyabr ayının əvvələrində aldıqdan sonra 20 sentyabr 2017-ci il tarixdə istintaqa məlum olmayan şəxslər vasitəsilə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilin "xxxx" Açıq Səhmdar Cəmiyyətində girovda olması barədə xüsusi qeydi sildirməklə, guya avtomobilin sahibi Zərərçəkmiş şəxstərəfindən Gəncə şəhəri 5 saylı notariat kontorunda 15 iyul 2017-ci ildə ƏN-İ 624726nömrə blanklı, 7E-17257 reyestr nömrəli avtomobilin bir il müddətində idarə edilməsi vəüzərində sərəncam verilməsi barədə saxta etibarnaməni hazırladıb ələ etməkləavtomobili ələ keçirib Zərərçəkmiş şəxs və"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 22.000 manatməbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, bundan sonraələ keçirdiyi "Hyundai İX 35" markalı, AZ **-LO-*** qeydiyyat nişanlı avtomobili ölkəhüdudlarından kənara çıxarmaq məqsədilə 13 oktyabr 2017-ci ildə saat 09:11 -dəsaxta sənədləri Azərbaycan Respublikasının gömrük sərhədinin "Şıxlı" sərhədnəzarəti məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təqdim etməklə hüquq verən rəsmi saxta sənədlərdən bilə-bilə istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən maddələrdə nəzərdə tutulmuş həddə cəza təyin edilməli idi. Lakin məhkəmə hesab edir ki, CM-nin 320.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti keçməsi ilə bağlı o, cəzadan azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət Cinayət Məcəlləsinin 15.2-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qeyd edilənlərə əsasən, məhkəmə, həmçinin, hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində göstərilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-ci maddələrinə əsasən baraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinir. Lakin Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsluyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 2-cild 161-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 607,37 (altı yüz yeddi manat otuz yeddi) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Məhkəməyə göndərilmiş teleqramdan görünür ki, Zərərçəkmiş şəxs məxsus "Hyundai İX 35" markalı, AZ **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC tərəfindən təhvil alınmışdır. İş üzrə maddi sübut olub bir ədəd "Hyundai İX 35" markalı, AZ **-LO-*** qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-yə qaytarılması nəzərə alınmalıdır. "Hyundai İX 35" markalı, AZ **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-yə qaytarılması nəzərə alınaraq həmin avtomobilə aid qeydiyyat şəhadətnaməsi də "xxxx" QSC-yə verilməlidir. İş üzrə maddi sübut olan etibarnamə məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X9 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 570 manat dövlət büdcəsindən tutularaq Bakı şəhər 3 saylı Vəkil Bürosunun “Kapital Bank” Səbail filialında olan VÖEN: ********** Hesab № AZ75AİİB******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri təqsirli bilinsin. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2(iki)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəza təyin edilməsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 607,37 (altı yüz yeddi manat otuz yeddi) manat Təqsirləndirilən şəxs oğlundam alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub bir ədəd "Hyundai İX 35" markalı, AZ **-LO-*** qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-yə qaytarılması nəzərə alınsın. "Hyundai İX 35" markalı, AZ **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-yə qaytarılması nəzərə alınaraq həmin avtomobilə aid qeydiyyat şəhadətnaməsi də "xxxx" QSC-yə verilsin. İş üzrə maddi sübut olan etibarnamə məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X9 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 570 manat dövlət büdcəsindən tutularaq Bakı şəhər 3 saylı Vəkil Bürosunun “Kapital Bank” Səbail filialında olan VÖEN: ********** Hesab № AZ75AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-22/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-22/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver