Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-22/2025 21.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2007-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Resublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnu verən sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, buna əməl etməyərək sürücülük hüququ olmadan, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Hundai Sonata” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə şəhərin «Heydər Əliyev adına Park» istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən idarə etdiyi “Hundai Sonata” markalı ** BN *** dövlət qeydiyyat nömrəli avtomobil ilə öz hərəkət zolağı ilə idarə etməli olduğu halda əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxmamalı və hərəkət üçün təlükə yaratmamalı olduğu halda, buna əməl etməyərək xx.xx.2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi “Hundai Sonata” markalı **-BN-*** d.q.n-li avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman yolu sağdan sola piyada keçən Zərərçəkmiş şəxs avtomobilin sağ ön hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun hər birinin ayrı ayrılıqda sağlamlığa az ağır bədən xəsarəti, ümumlikdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır bədən xəsarətimüştərək travma, QKBT-si, hər iki bud sümüklərinin orta lx3-nin qapalı yerdəyişən sınıqları, sol iç və bayır topuqların qapalı yerdəyişən sınıqları, sol aşıq-baldır oynağının sınığı-çıxığı, burun sümüyünün qapalı yerdəyişən sınığı- xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında anası Şahid özünə Hundai Sonata markalı **- BN-*** d.q.n-liu avtomobil almışdır. Həmin avtomobil anasına məxsus olsada o, anasının icazəsi ilə Mingəçevir şəhər əraisində həmin avtomobili idarə edirmiş. Lakin onun yaşı çatmadığı üçün sürücülük vəsiqəsi yoxdur. O, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində anasından ona məxsus Hundai Sonata markalı **-BN-*** d.q.n-li avtomobili sürmək üçün icazə alıb avtomobil ilə Mingəçevir şəhər ərazisində idarə etməyə başladı. Saat 21 radələrində o, Mingəçevir şəhəri, Kür çayı sahili yaxınlığında yerləşən Azpetrolun qarşısında işıqforun qırmızı işığında dayanmış, həmin vaxt işıqforun qırımızı işığında tanışı Sərxan adlı şəxs özünə məxsus BMW markalı avtomobil ilə dayanmışdır. Sərxan avtomobili sürətlə hərəkətə gətirən zaman o da Sərxanın arxasınca avtomobili sürətlə hərəkətə gətirmiş və Mingəçevir şəhəri, Asan xidmətin qarşısında olan işıqforu qırımızı işıqda keçmiş, üzü Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə hərəkət edən zaman kür çayı körpüsünü Sərxan öndə o isə arxada, qarşıdan avtomobil gəldiyi üçün aşağı sürətlə keçmişlər. Kür çayı dairəsini keçdikdən sonra yenidən sürətlənmiş, Mingəçevir şəhəri, üzü Heydər parkı istiqamətdə Sərxanın idarə etdiyi BMW markalı avtomobilin arxasınca hərəkətdə olan zaman Mingəçevir şəhəri, Araz supermarketin qarşısında Sərxanın idarə etdiyi BMW markalı avtomobili sol yola keçib ötən zaman anidən olaraq yolu soldan sağa keçən piyadanı ehtiyatsızlıqdan vurmuş və dərhal avtomobili saxlamışdır. O dərhal avtomobildən düşüb avtomobil ilə vurmuş olduğu piyadanın yanma gəlmiş, bir neçə dəqiqə sonra isə təcili yardım avtomobili və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmçinin verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs əvəllər tanımadığını, onunla heç bir ədavəti və düşmənçiliyi olmadığını, həmin günü heç bir spirtli içki qəbul etmədiyini, lakin yaşının az olduğu üçün sürücülük hüququnun olmadığını bildirmişdir. Odur ki, məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasında Mersin şəhərdə Mersin universitetində tələbədir. Tətil ilə bağlı olaraq 2024-cü ilin fevral ayında Mingəçevir şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, H.Əliyev prospekti Azza şirniyyat mağazası tərəfdən yolu piyada keçib qarşı tərəfə keçib evə getmək istəmiş və yolu piyada keçməyə başlamışdır. İlk öncə yolu piyada keçən zaman sol tərəfdən gələn avtomobillərin keçməsini gözləyib yolu qarşı tərəfə keçən zaman iki tərəfli yolun ortasında olan qoşa xətdə yaxınlaşan zaman yolun əks istiqamətindən yəni sağ tərəfdən sürətlə avtomobil gələrək qoşa xəttin üzərinə çıxıb qarşısındakı avtomobili keçərkən onu ehtiyatsızlıqdan avtomobilin sağ ön hissəsi ilə vıırmuş, zərbənin təsirindən o, bir neçə metr havaya qalxıb yerə yıxılmış və huşunu itirmişdir. O daha sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında gözünü açmış və hər iki bud sümüyümün və ayağlarının sınmasını bilmişdir. Həmçinin bildirmişdir ki, Hundai Sonata markalı avtomobil onu vuran zaman bir həftə öncə 3100 manata almış olduğu İphone 15 pro cibində olmuş və zərbənin təsirindən həmin mobil telefon sınaraq yarasız hala gəlmişdir. Bundan başqa bildirmişdir ki, o, Türkiyədə Mersin Universitetində oxuyur və illik 2000 manat ora pul ödəyir, lakin hazır kı vəziyyəti ilə bağlı olaraq universtitete gedə bilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onula heç bir düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 mülki iddia ərizəsi ilə müraciət edərək, eyni zamanda ifadəsində bildirmişdir ki, icraatda olan cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlu AR Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi tanınmışdır. Təqsirləndirilən şəxs oğlunun cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarət yetirilmişdir. Hadisə baş verən gündən indiyədək Zərərçəkmiş şəxs yataq xəstəsidir, sağlamlıq durumu çox ağır vəziyyətdədir və daim müalicə və müayinə olunmaqla, demək olar ki, hər gün həkim nəzarəti altında saxlanılır. Hadisədən sonra zərərçəkmiş şəxs Uğurluyev X4, Gəncə və Bakı şəhərlərində yerləşən müxtəlif xəstəxana və klinikalara əməliyyat olunmuş və müvafiq müalicə və müayinələri aparılmışdır. Həmin xəstəxanalardakı həkimlər uşağın vəziyyətinin ifrat ağır olması və ümumiyyətlə bu növ xəstəliyin tam şəkildə müalicə olunmasının qeyri-mümkün olmasını bildirmişlər. AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Məhkəmə Tibbi Ekspertizasının 24 aprel 2024-cü il tarixli 224 nömrəli Rəyinə əsasən Zərərçəkmiş şəxs hər iki bud sümüklərinin yerdəyişən sınığı, sol iç və bayır topuqların qapalı yerdəyişən sınığı, sol aşıq-baldır oynağının sınığı-çıxığı, burun sümüyünün qapalı yerdəyişən sınığı diaqnozu ilə sağlamlığa ağır zərər vurulması rəyi verilmişdir. Hadisə baş verəndən bəri təqsirləndirilən şəxs, onun anası və yaxınları ona müalicə xərclərində köməklik etmirlər, maddi kömək göstərmirlər. Yalnız bir dəfə, mübahisə etməklə, ailəvi dostu olan İnqilaba 2600 manat pul veriblər. Yəni həmin pulu da vermək istəmirdilər, məsələ burasındadır ki, ona təcili implant qoyulması zərurəti yarandı və əməliyyat olunmalı idi, Talehin anası gülnar əvvəlcə bu əməliyyata razılıq verdi, sonra isə narazılıq etməyə başladı. Bir sözlə o, həmin vaxt əlavə narkoz aldı, səhhəti bir qədər də pisləşdi, travmaları artıb. Onun rəsmi iş yeri yoxdur, anası ilə birgə yaşayır və maddi durum aşağı səviyyədədir. İndiyə kimi onun müalicə xərcləri yalnız anası, bəzi qohumlar və dostlar köməklik edib. Qeyd edir ki, 2022-ci ilin sentyabr ayından Türkiyə Respublikasının Mersin şəhərində yerləşən Mersin Universitetinin tələbəsidir. İllik 2000 manat təhsil haqqı ödəyir, bundan əlavə kirayə, ərzaq və digər xərclərim minimum ayda 300 manat edir. Bu hadisədən sonra həm 3-cü tədris ili üçün ödədiyi 2000 manat pul batmış, həm də həmin 3cü tədris ilini yenidən oxumalıdır. Hadisə baş verən zaman bir həftə öncə 3100 manata aldığı İphone 15 PRO markalı Mobil Telefon cibində olmuş və zərbənin təsirindən həmin mobil telefon sınıb yararsız hala düşmüşdür, buna baxmayaraq o, həmin telefonun kreditini ödəməkdə davam edir. Onun müalicə və müayinələri bu gün də davam edir və gələcəkdə də davam edəcək. Bütün bunlar kifayət qədər maddi xərc tələb edir. Hadisə baş verən gündən indiyə kimi aşağıdakı maddi xərcləri çəkib: “X3”da əməliyyat, müalicə və müayinə xərciləri – 2900 manat (ödəniş qəbzləri əlavə olunub);“MedEra Hospital”da əməliyyat, müalicə və müayinə xərciləri – 1190 manat (ödəniş qəbzləri əlavə olunub); Mingəçevir, Gəncə və Bakı şəhərlərində yerləşən müxtəlif (Vitamin, SonaFarm, Samirə Aptek, AzeriMed, Dokta) apteklərdən alınan dərmanlar – 650.82 manat (ödəniş qəbzləri əlavə olunub); Bakı şəhərində müalicə-bərpa proseduru zamanı marketlərdən alınan qida və yemək xərcləri – 253.06 manat (ödəniş qəbzləri əlavə olunub); “X10”ndə reabilitasiya xərcləri – 120 manat (ödəniş qəbzləri əlavə olunub); Əməliyyat, müalicə və müayinəsi ilə bağlı Bakı və Gəncə şəhərlərinə aparılıb gətirilməsi üzrə nəqliyyat xərcləri – 310 manat, “İphone PRO 15” markalı mobil telefonun sənədləri – 3099.96 manat (ödəniş qrafiki əlavə olunub); İllik təhsil haqqı – 2000 və ayda 300 manat (sığorta, kirayə, ərzaq) xərclər olmaqla cəmi 4700 manat cəmi 13223,84 manat və mənəvi zərər üçün 40.000 manat olmaqla, cəmi 53223,84 manat pulun Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə mülki iddianı təmin edilməsi tələb olunmuşdur. Zərərçəkmiş şəxsin səhhətində isə indiyədək müsbət bir dəyişiklik yoxdur, əksinə müalicə və müayinə xərcləri davam edir. Müalicə ilə yanaşı, nəqliyyat və ərzaq xərcləri də davamlıdır. Bu səbəbdən iddia tələbində zəruri dəyişikliklərin edilməsi və iddia tələbinin artırılması qərarına gəldilər. “MedEra Hospital”da müayinə (fizioterapiya) xərciləri – 60 manat (ödəniş qəbzləri əlavə olunub); “Lanset” Cərrahlıq Klinikasında müayinə (fizioterapiya) xərciləri – 760 manat (ödəniş qəbzləri əlavə olunub); Mingəçevir və Bakı şəhərlərində yerləşən müxtəlif (Zeytun, Dokta) apteklərdən xx.xx.2024-xx.xx.2024 tarixlərində alınan dərmanlar – 100.90 manat (ödəniş qəbzləri əlavə olunub); Bakı şəhərində müalicə-bərpa proseduru zamanı, xx.xx.2024 - xx.xx.2024 tarixlərində marketlərdən (Bravo və Neptun) alınan qida və yemək xərcləri – 342.22 manat (ödəniş qəbzləri əlavə olunub); Bakı şəhərində müalicə-bərpa proseduru zamanı, xx.xx.2024 xx.xx.2024 tarixlərində kafe və restoranlardan (KFC, McDonalds, BurgerKing) sifariş olunan yemək xərcləri – 266.45 manat (ödəniş qəbzləri əlavə olunub); cəmi 1529,57 manat. Zərərçəkmiş şəxs müalicə xərclərinə çəkilən maddi zərər üçün 14753.41 manat və mənəvi zərər üçün 40 000 manat olmaqla, cəmi 54753.41 (əlli dörd min yeddi yüz əlli üç manat qırx bir qəpik) manat pulun Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə mülki iddianı təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında o, özünə Hundai Sonata markalı **-BN-*** d.q.n-li avtomobil almışdır. Oğlu Talehin sürücülük hüququ olmasada arabir avtomobili idarə etmək üçün o, avtomobili Talehə verirmiş. xx.xx.2024-cü il tarixdə o, özünə məxsus Hundai Sonata markalı ** BN *** d.q.n-li avtomobili yaşadığı binanın qarşısında saxlayıb avtomobilin açarlarını evə qoyaraq Ağdam rayonuna qohumlarının yaşadığı evə qonaq getmişdir. Həmin günü saat 20 radələrində oğlu Taleh onun istifadəsində olan mobil telefona zəng vurub dərslərini oxuduğunu və asudə vaxtını ehtiyatla ona məxsus Hundai Sonata markalı **-BN-*** d.q.n-li avtomobili Mingəçevir şəhər ərazisində sürmək üçün icazə istəmişdir. O isə Talehə ona məxsus avtomobili Mingəçevir şəhər ərazisində sürmək üçün icazə vermiş və ehtiyatlı olmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində oğlu Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefona zəng vurub Mingəçevir şəhər ərazisində avtomobil ilə piyada vurduğunu bildirmişdir.Bundan sonra o, təcili olaraq Mingəçevir şəhərinə gəlmiş və dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gedərək xəsarət almış piyada Zərərçəkmiş şəxs səhhəti ilə maraglanmışdır. O, mülki iddia ilə bağlı etirazında bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixdə X1 müalicə üçün 2700 manat, “MedERA» hospitalda xx.xx.2024-xx.xx.2024-cii il tarixdə müayinə üçün 1190 manat, X8 21.05-xx-xx.2024-cü il tarixdə müayinə üçün 120 manat pul ödənilmişdir. Qeyd edir ki, hadisədən sonra Təqsirləndirilən şəxs valideyni tərəfindən zərərçəkmişin müalicəsi üçün cəmi 0 manat (450 + 2600) pul ödənilərək çəkilmiş xərclər qarşılanmışdır. Bu faktı iddiaçı iddia ərizəsində də təsdiq etmişdir. İddia ərizəsində qeyd edilir ki, zərərçəkmiş şəxs Türkiyə Respublikasının Mersin şəhərində yerləşən Mersin Universitetinin tələbəsi olmaqla illik 2000 manat təhsil haqqı ödəyir, bundan başqa kirayə, ərzaq və digər xərclərə hər ay 300 manat sərf edir. Hadisə ilə əlaqədar 3-cü kursu başa vurmamış və buna görə də həmin kursu yenidən oxumalı və təhsil haqqı ödəməlidir. Buna görə də təhsil haqqı, kirayə, ərzaq və s. xərc kimi 4700 manat pul tələb edilir. Qeyd edirik ki, Universitetdə təhsil haqqı 2000 manat olmaqla Zərərçəkmiş şəxs 3-cü kurs üçün həmin pulu ödəməsini göstərmişdir. Nəzərə almaq lazımdır ki, təhsil ilinin sonlarına yaxın hadisə baş vermişdir. Belə bir vəziyyətdə müvafiq sənədləri təqdim etməklə təhsilə davam edilə bilər və yenidən təhsil haqqı ödəməyə ehtiyac qalmır. Ümumiyyətlə, Universitetin təhsil haqqını yenidən tələb edib-etməyəcəyi barədə məlumat əlavə edilməmişdir. Bundan başqa kirayəyə, qidaya və s. xərcləri təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. İddia ərizəsində göstərilir ki, hadisədən əvvəl 3100 manata aldığı 15 PRO markalı mobil telefon cibində olmuş və zərbənin təsirindən mobil telefon sınıb yararsız hala düşmüşdür. Məhkəmə baxışı zamanı məlum oldu ki, mobil telefon kreditə götürülmüşdür. Əvvəla, mobil telefona vurulmuş ziyanın məbləği istər mütəxəssis, istərsə də ekspert tərəfindən müəyyən edilməmiş və bu barədə hər hansı sənəd yoxdur. Həmçinin mobil telefonun avtomobil qəzası baş verən zaman yararsız hala düşməsini təsdiq edən hər hansı sübut yoxdur. Buna baxmayaraq, təqsirləndirilən şəxs tərəf təklif edir ki, əgər telefon aparatının hadisə vaxtı zərərçəkmişin üzərində olması və hadisə ilə bağlı yararsız hala düşməsi sübut olunarsa mobil telefon onlara verilsin, zərərçəkmiş şəxsin ödədiyi kredit ödəniləcək və bundan sonra da kredit təqsirləndirilən şəxs tərəfindən ödənilməkdə davam etdiriləcəkdir. İddia ərizəsində qeyd edilir ki, Mingəçevir, Bakı, Gəncə şəhərlərində yerləşən müxtəlif apteklərdən alman dərmanlara 650 manat 82 qəpik xərc çəkilmişdir. Təqdim edilən ödəniş çeklərindən bəzilərində dərmanın adı yoxdur. Çeklərə əsasən həmin dərmanların həqiqətənmi Uğurluyev tərəfindən və ya onun müalicəsi üçün alınması təsdiq olunmur. Sübut etmək iddiaçının üzərinə düşür. İddia ərizəsində göstərilir ki, Bakı şəhərində müalicə-bərpa proseduru zamanı marketlərdən alınan qıda və yemək xərcləri kimi 253.06 manat sərf olunmuşdur. Əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, Bakı şəhərinin Ə.Cavad, Z.Xəlilov, C.Cabbarlı, M.Əliyev küçələrində olan kafe, MMC, restoran və s iaşə müəssisələrindən, McDonalds-dan şaurma, tost, Limuzin dönər, alman dönər, təndir toyuq dönər, meqa lüks, Sezar pizza, Meksikana pizza, Biq tastu, ekstra ranç və s. yeməklər alınmışdır. Həmçinin müxtəlif supermarketlərdən xiyar, soğan, kartof, pomidor, diş məcunu, yumurta, freş, cillet, nestle, doyaruşka yağı, xrustal, tualet kağızı, konfetlər, snikers, cizi krelcer, kaster, süd, ayran, meyvələr, bostan bitkiləri, banduel kukuruz, içkilər və s. əşyalar dəfələrlə alınmışdır. Lakin həmin əşyaların Uğurluyev tərəfindən və ya onun üçün alımb-almmaması sənədlərdən görünmür və hesab edir ki, bunlar xəstəyə veriləsi yeməklər deyil və onların Uğurluyev üçün alınması təsdiq olunmur. İddia ərizəsində göstərilir ki, Uğurluyevin Bakı, Gəncə şəhərlərinə aparılıb- gətirilməsi üzrə nəqliyyat xərci 310 manat təşkil edir və həmin məbləğ də təqsirləndirilən şəxsdən tələb olunur. Lakin həmin xərclərin çəkilməsini təsdiq edən hər hansı bir sənəd yoxdur. Beləliklə, iddia ərizəsində maddi ziyan kimi tələb edilən məbləğin əsassız olduğu görünür. Qeyd etdiyimiz kimi ziyanın ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxs tərəfindən ödənilmiş məbləğdən başqa razılaşdığımız digər məbləğlər də ödəniləcəkdir (telefon və s.). Maddi ziyanla bağlı iddia qalan hissədə təmin edilməməlidir. Mənəvi ziyanla bağlı tələb olunan ziyan məbləği də qeyri-realdır və xeyli şişirdilmiş məbləğdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Mənəvi ziyana görə tələb olunan məbləğ də təsdiq olunmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərəçəkmiş şəxs kimi tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl həmin məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs avtoqəza törədərkən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurduğu “Hundai Sonata” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlıavtomobil maddi sübut kimi tanınmış, “Hundai Sonata” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil iltizamı alındıqdan sonra saxlanılması üçün mülkiyyətçi Şahid geri qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, H.Əliyev küçəsi ilə quru hava şəraitində asfalt yolda idarə etdiyi «Hundai Sonata» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada yolu sağdan sola keçən Zərərçəkmiş şəxs vuraraq sonuncunun bədən xəsarəti almasına səbəb olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 233 nömrəli protokolundan göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müayinədən keçirilən zaman Ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi ekspertiza və X6 X11 Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 224 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlən-müştərək travma, QKBT-si, hər iki bud sümüklərinin orta 1x3-nin qapalı yerdəyişən sınıqları, sol iç və bayır topuqların qapalı yerdəyişən sınıqları, sol aşıq-baldır oynağının smığı-çıxığı, burun sümüyünün qapalı yerdəyişən sınığı nəticəsində inkişaf edən travmatik şok, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində mələ gələ bilər, ağırlıq dərəcələrinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi yolnəqliyyat hadislərinin məhkəmə ekspertizasının xx.xx.2021 -ci il tarixli, 8/1254 nömrəli rəyinə əsasən istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Hyundai Sonata markalı 45-BN187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobil sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mingəçevir şəhər polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi İnformasiya sistemindən göründüyü kimi xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük hüququ aşkar edilməmişdir. 17 may 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu avtoqəzanın görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi “Hundai Sonata” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən dairədən Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə şəhərin «Heydər Əliyev adına Park» istiqamətində hərəkətdə olarkən qarşısındakı avtomobili ötmə əməliyyatı edərək əks istiqamətdə olan yola çıxan zaman yolu sağdan sola piyada keçən Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq əyləci basmış və Zərərçəkmiş şəxs avtomobilin ön hissəsinə çırpıldı qdan sonra zərbənin təsirindən havaya qalxıb yerə çırpılmışdır. 15 iyun 2024-cü il tarixdə “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mustafayev X7 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1056 saylı arayışdan görünür ki, Mustafayev X7 şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur. Mingəçevir şəhər 9 №li Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 277 saylı arayışdan görünür ki, Mustafayev X2, ev 15/1, mənzil 31 ünvanında yaşayır və aşağıdakı ailə üzvləri vardır: Şahid. Mingəçevir şəhər 9 №li Mənzil İstismar Sahəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə 9№li MİS-ə heç bir yazılı və şifahi şikayət daxil olmayıb. Sübutların qiymətləndirilməsi haqqında 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, MTE və PAB-nın 224№li, xx.xx.2024-cü il tarixli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1254 №li rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli, 233 № li tibbi müayinə protokolu sübut növü kimi tanınmış, “Hyundai Sonata” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli Regional Hospital tərəfindən məhkəməyə təqdim edilmiş məktuba əsasən xidmətlər zərfinə uyğun olaraq, İTS tərəfindən 3700 AZN hesaba ödəniş olunmuşdur. Lakin İTS-in xidmətlər zərfi paketinə daxil olmayan əlavə göstərdiyimiz tibbi xidmətlərə görə xəstə yaxınları tərəfindən 1900 AZN ödəniş edilmişdir. Klinika daxili proqram dəyişikliyi ilə əlaqədar olaraq qəbz təqdim edilməsi mümkün deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1– ci hissəsinin 3–cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. AR CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CPM-in 435-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmuş, onun təqsirləndirildiyi maddənin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cəza tədbiri seçərkən məhkəmə cinayətin halları, təqsirləndirilən şəxsin vəziyyəti və tələbatı ilə yanaşı cəmiyyətin tələbatını da nəzərə alır. Həmçinin, qanunvericiliyin tələbindən göründüyü kimi ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Lakin məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməl üçün azadlıqdan məhrum etmədən başqa alternativ cəza nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Belə ki, məhkəmə cəzanı yüngülləşdirən hallar kimi CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmaması, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, dəymiş ziyandan qismən ödəniş etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü olan azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzasının icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış “Hundai Sonata” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid geri qaytarılması nəzərə alınmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, belə ki, - “X3”da əməliyyat, müalicə və müayinə xərciləri – 2600 manat (ödəniş qəbzləri əlavə olunub); (iddia ərizəsində bu məbləğ 2900 manat göstərilsə də, təqdim edilən qəbzlərdə 2600 manatdır, həmçinin Regional Hospitalın təqdim etdiyi məktubda xəstə yaxınları tərəfindən 1900 azn ödənilməsi öz təsdiqini tapmışdır), “MedEra Hospital”da əməliyyat, müalicə və müayinə xərciləri – 1190 manat (ödəniş qəbzləri əlavə olunub); Mingəçevir, Gəncə və Bakı şəhərlərində yerləşən müxtəlif (Vitamin, SonaFarm, Samirə Aptek, AzeriMed, Dokta) apteklərdən alınan dərmanlar – 650,82 manat (ödəniş qəbzləri əlavə olunub); “X10”ndə reabilitasiya xərcləri – 120 manat (ödəniş qəbzləri əlavə olunub); “MedEra Hospital”da müayinə (fizioterapiya) xərciləri – 60 manat (ödəniş qəbzləri əlavə olunub); “Lanset” Cərrahlıq Klinikasında müayinə (fizioterapiya) xərciləri – 760 manat (ödəniş qəbzləri əlavə olunub); Mingəçevir və Bakı şəhərlərində yerləşən müxtəlif (Zeytun, Dokta) apteklərdən xx.xx.2024-xx.xx.2024 tarixlərində alınan dərmanlar – 100,90 manat maddi zərər cəmi 5481,72 manat təşkil edir. Məhkəmə iclası zamanı mülki iddiaçı, mülki cavabdeh tərəfindən mülki iddiaçıya verilmiş 3050 manatın 2600 hissəsini qəbul etmiş, ona görə də həmin məbləğ ümumi məbləğdən çıxılmalı (5481,72-2600=2.881,72) və 2.881,72 manat hissəsində mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Mülki iddia maddi ziyanla bağlı qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin digər hissələri ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə mülki iddianın mənəvi zərərə aid hissəsi ilə bağlı qeyd edir ki, mülki iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində uzun müddət müalicə və müayinə olunmuşdur. Bu da onu deməyə əsas verir ki, zərərçəkmiş mülki iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020–ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin 1097.1,1097.3 və 1099-cu normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Məhkəmə mülki iddianın mənəvi zərərə görə pul tələbinə dair hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mülki iddiaçı uzun müddət müalicə və müayinə olunduğundan, iztirab və sarsıntı keçirmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, mülki iddiaçı mənəvi zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, mülki cavabdehlərin maddi, əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 3000 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Ona görə də məhkəmə hesab edir ki, mülki iddianın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 40000 manat məbləğində ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə mülki cavabdehdən 3000 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hundai Sonata” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid qaytarılması nəzərə alınsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 2.881,72 (iki min səkkiz yüz səksən bir manat, yetmiş iki qəpik) manat və mənəvi zərərə görə 3000 (üç min) manat pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-22/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-22/2025
21.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver