Məhkəmə qərarları › İş №1(051)-23/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-23/2020

11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-23/2020 11.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X4 Təqsirləndirilən şəxs1, müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs X10, müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3, müdafiəçisi Müdafiəçi3, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs1- xx xxxxxxxx 1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 58 mənzil 15-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, X10 -xx.xx.1993-cü ildə Sabirabad rayonu Azədkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Azədkənd kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 xx.xx.1994-cü ildə Sabirabad rayonu Azədkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Azədkənd kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində X10 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Sərxan Quliyev və o, çöldə pusquda dayanaraq ətraf gozətləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20 №li mənzilinə yerləşən mənzilə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzük-sırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.7xx xxxx 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.88xx xxxx 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs X10 xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 və o, çöldə pusquda dayanaraq ətraf gozətləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20 №li mənzilinə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzük-sırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.7xx xxxx 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.88xx xxxx 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində X10 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Sərxan Quliyev və Təqsirləndirilən şəxs1 çöldə pusquda dayanaraq ətraf gozətləmiş, o isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20№li mənzilinə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzük-sırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.7xx xxxx 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.88xx xxxx 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda heç bir yerdə işləmir. Əvvəllər Az.İES-də fəhlə işləmişdir. Belə ki, o, “Mitsubishi” firmasının işçisi kimi Az.İES-də kondisioner quraşdırırdı. O, xx xxxx 2019-cu il tarixdə işdən çıxmışdır. X10 yaşadığı binanın yan tərəfində yerləşən binada yaşamışdır. Təqsirləndirilən şəxs3 isə Sərxanın vasitəsilə tanımışdır. Mahmud Sərxanın qohumudur. Oğurluq etdikləri vaxtdan yəni, xx.xx.2019-cu il tarixdən təxminən 3-4 gün əvvəl Sərxan ilə birlikdə yaşadığı binanın arxa tərəfində parkda gəzirdilər. Söhbət əsnasında Sərxan ona pula ehtiyacı olduğunu dedi. O da Sərxana maddi vəziyyətinin yaxşı olmadığını, işləmədiyini dedi. Sərxan bundan sonra ona oğurluq etmək üçün uyğun olan ev yeri bilibbilmədiyini soruşdu. O isə bilmədiyini dedi. Bundan sonra onlar gəzişməyə davam etdilər. Sərxan ona yaşadığı binada yaşayan Zabit adlı şəxsə məxsus mənzili göstərdi və həmin mənzildən oğurluq edə bilib-bilməyəcəyini soruşdu. O isə Sərxana Zabit adlı şəxsin maddi cəhətdən yaxşı imkana malik olduğunu, xx.xx.2019-cu il tarixdə Zabitin oğlu Fərhadın toy məcilisi olacağını bildirdi. Sərxan ona qohumu olan Mahmudun həmin evə oğurluğa girə biləcəyini dedi. Bundan sonra Sərxan Mahmuda zəng etdi. Mahmudla razılaşdılar ki, toy məclisinin olduğu gün, yəni xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhərinə Zərərçəkmiş şəxs məxsus mənzilə girib oğurluq etsinlər. Mahmud Mingəçevir şəhərinə xx.xx.2019-cu il tarixdə gəldi. Zərərçəkmiş şəxs onların qonşusu olduğu üçün onu da ailəsi ilə birlikdə toya dəvət etmişlər. Təxminən saat 19:30 radələrində Sərxan ona zəng edərək Mahmudun artıq şəhərdə olduğunu, aptekin qarşısından önu gözlədiyini dedi. O, toydan çıxıb Mhmudun yanına gəldi və birlikdə yaşadığı binanın yanına getdilər. Sonra Sərxanda onların yanına gəldi. O, Sərxan və Mahmudla 5 dəqiqə söhbət edib özünü pis hiss etdiyi üçün evə getdi və yatdı. Təxminən saat 22 radələrində o, yuxudan oyandı. O, Sərxana zəng edərək harada olduqlarını soruşdu. Sərxan ona yaxınlıqda olan çayxanada oturub çay içdiklərini dedi. O, Sərxanla Mahmudun yanına getdi və sonra birlikdə yaşadığı binanın yaxınlığına gəldilər. Binaya çatanda onlar razılaşdılar ki, o, binanın baş tərəfində, Sərxan isə “Bank Respublika”-ın yaxınlığında pusquda dayanacaqdır. Mahmud binanın yan tərəfində yerləşən mağazanın arxa tərəfindəki ağaca dırmaşaraq oradan mağazanın üstünə çıxdı. Daha sonra mənzilin binanın yan tərəfinə olan pəncərəsinə tullanaraq mənzilə daxil oldu. Təxminən yarım saat sonra Mahmud ona zəng edərək mənzildən çıxdığını dedi. Mahmud onun yanına gəldi. O, Mahmuddan evdən nə qədər pul tapdığını soruşduqda Mahmud ona çoxlu pul tapdığını dedi. Sərxan da onların yanına gəldi. Onlar bundan sonra birlikdə “Dostluq parkı” ərazisinə getdilər. Orada Mahmud pulları pul qabında çıxardı və ona hissə-hissə pul verdi. Onun payına dəqiqliklə nə qədər pul düşməsini bilmir. Çünki tələsik pulları bölüşdürdülər və o, payına düşən pulları tez cibinə qoydu. Bundan sonra onlar Mahmudu taksi ilə Bakıya yola saldılar. O öz payına düşən pulu evə aparıb evin zal otağındakı divanın altında olan idman çantasının cibinə qoydu.Əməlindən peşimandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişlər, ondan üzr istəyir. Təqsirləndirilən şəxs X10 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, “NAXM” boya şirkətində işləyirdi. Mingəçevir şəhərində yerləşən Az.İES-də boya işlərini aparırdılar və bu səbəbdən Mingəçevir şəhərində yaşayırdı. Təqsirləndirilən şəxs1 onunla qonşuluqda yaşadığı üçün tanıyırdı. Zərərçəkmiş şəxs isə tanımırdı. Tehran ilə birlikdə yaşadığı binanın arxa tərəfində parkda gəzərkən söhbət əsnasında Tehran ona yaşadığı binada mənzil olduğunu, mənzil sahibinin maddi vəziyyətinin yaxşı olduğunu, xx.xx.2019-cu il tarixdə mənzil sahibinin oğlunun toy məclisinin olacağını, həmin gün mənzilə oğurluğa girə biləcəklərini, həmin mənzildən oğurluq edə bilib-bilməyəcəyini soruşdu. Tehran ona binanın ikinci mərtəbəsində yerləşən həmin mənzili göstərdi. O, Tehrana oğurluq edə bilməyəcəyini dedi. Bundan sonra Tehran ona mənzildən oğurluq edə biləcək adam tapmağını dedi. O bundan sonra Bakı şəhərində işləyən və orada yaşayan dayısı oğlu Mahmuda zəng etdi və Mingəçevir şəhərində yerləşən mənzildən oğurluq edə bilib-bilməyəcəyini soruşdu. Mahmud onunla razılaşdı. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Tehran ona zəng edərək işdən nə vaxt çıxacağını soruşdu. O, Tehrana işdən gec çıxacağını dedi. Tehran isə işdən tez çıxmağını, axşam iş görməli, yəni oğurluq etməli olduqlarını dedi. Axşam saat 18 radələrində o, işdən çıxıb yaşadığı binanın qarşısına getdi. Tehran və Mahmudun onu gözlədiklərini gördü. O, Mahmudla Tehrana yaxınlaşıb salamlaşdı. Daha sonra o, Mahmudla birlikdə çay içməyə, Tehran isə evlərinə getdi. Təxminən saat 22 radələrində Tehran ona zəng edərək harada olduqlarını soruşdu. O, Tehrana çay içdiklərini dedi. Bundan sonra Tehran onların yanına gəldi və onlar birlikdə oğurluq etdikləri mənzilin yerləşdiyi binaya tərəf getdilər. Binanın qarşısına gedən döngəyə çatanda Tehran ona “Bank Respublik”-nın yaxınlığına gedib orada pusquda dayanmağını, əgər kimsə gələrsə xəbər verməyini dedi. O, Tehranla razılaşdı və “Bank Respublik”-nın yaxınlığına gedib orada pusquda dayandı. Bir qədər orda dayandıqdan sonra o, yaşadığı binanın qarşısına gəldi. Təxminən 20 dəqiqə sonra Tehran və Mahmud onun yanına gəldilər və onlar birlikdə “Dostluq park”-ına getdilər. Orada Mahmud oğurladığı pulları üçünün arasında bölüşdürdü. O, payına düşən pula orada baxmamışdır. Daha sonra o, Tehranla birlikdə Mahmudu taksi ilə Bakı şəhərinə yola saldılar. O bundan sonra yaşadığı mənzilə getdi. Mənzildə payına düşən pulları sayarkən payına 2200 ABŞ dolları və 900 avro pul düşdüyünü gördü. O, həmin pulun bir hissəsini şəxsi ehtiyacları üçün xərclədi. Onun oğurluq nəticəsində payına düşən puldan qalan 900 ABŞ dolları və 450 avronu, kirayədə yaşadığı ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzildə, yatdığı çarpayının üzərindəki döşəyin altında saxlamışdır. Dəymiş ziyanı ödəmişlər. Əməlindən peşimandır, zərərçəkmiş şəxsdən üzr istəyir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində Mingəçevir şəhərində yaşayan bibisi oğlu Sərxan ona zəng vurub Mingəçevir şəhərində iki mərtəbəli binanın ikinci mərtəbəsinə oğurluğa girilməli olan bir ev olduğunu bildirdi. Bibisi oğlu Sərxan ev yiyəsinin evində toy olduğunu və evdə heç kim olmayacağını dedi. O, razılaşdı. Həmin gün yəni xx.xx.2019-cu il tarixdə o, Bakı şəhərindən Mingəçevir şəhərinə gəldi. Təxminən saat 18 radələrində Mingəçevir şəhərinə çatdı. Bibisi oğlu Sərxan ona adını sonradan bildiyi Tehran adlı şəxsin mobil nömrəsini verdi. Həmin gün axşam saat 18 radələrində o, Mingəçevir şəhərinə çatdıqda onu Tehran şəxs qarşıladı və onlar birlikdə oğurluğa girilməli olan evin qarşısına gəldilər. O, Mingəçevir şəhərinə birinci dəfə gəlirdi. Tehran oğurluğa girilməli olan mənzilin yerləşdiyi binanın qarşısına çatdıqda ona girilməli olan ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzili göstərdi. Təxminən yarım saat sonra bibisi oğlu Sərxan onların yanına gəldi. Tehran ona və bibisi oğlu Sərxana mənzilə girməmişdən öncə özünün binanın məhlə tərəfdən nəzarət edəcəyini, park tərəfdən Sərxanın nəzarət edəcəyini, onun isə iki mərtəbəli binanın ikinci mərtəbəsinə eyvandan daxil olmağı barədə olan fikirlərini bildirdi. Sərxan və o, razılaşdılar. Həmin günü saat təxminən saat 22 radələrində o, ikimərtəbəli binanın ikinci mərtəbəsinə eyvandan daxil olmaq üçün binanın qarşısında olan mağazanın üzərinə çıxıb oradan da Tehranın göstərdiyi mənzilə eyvandan daxil oldu. Sərxan binanın park tərəfi olan hissədən, Tehran isə binanın ön tərəfi olan hissədən nəzarət edirdi. O, eyvandan otağa daxil olan kimi yataq otağına daxil oldu. Yataq otağına baxdıqda otağın sol tərəfində geyim dolabı, ön hissədə iki nəfərlik yataq dəsti və yataq dəstinin hər iki tərəfində isə iki sürməli dolab olduğunu gördü. O, birinci çarpayının sol tərəfində olan dolabın birinci sürməsinə baxdıqda dolabın birinci sürməsinin açarla bağlı olduğunu gördü. Cibində olan cib bıçağı ilə çarpayının sol tərəfində olan dolabın arxadan mismarlarını çıxardıb əlini həmin sürməyə saldı. Sürməyə əlini saldıqda orda bir ədəd pul qabı olduğunu görüb götürdü. O, əlini pul qabına vurduqda pul qabının dolu olduğunu görüb bundan sonra heç bir yeri axtarmadan evdən çıxdı. O, eyvandan yenidən binanın yanında olan mağazanın üstünə, oradan isə yerə düşdü. Daha sonra o, Sərxan və Tehran oradan uzaqlaşıb yaxınlıqda olan parkların birinə getdilər. Orada pul qabını açdıqda pul qabında bir bağlamada ABŞ doları və bir bağlamada avro olduğunu gördülər. Tehran pul qabını ondan alıb orada olan dollar və avro olan pul bağlamalarını üçünün arasında böldülər. Bu zaman onun payına 29 ədəd 100 dollarlıq əskinaslardan ibarət olmaqla 2900 dollar və 11 ədəd 50 avroluq pul düşdü. Pulu böldükdən sonra Tehran və Sərxan onu taksi ilə Bakı şəhərinə yola saldılar. O, Bakı şəhərinə gəldikdən sonra həmin pulun bir hissəsi ilə borclarını geri qaytardı. Bakı şəhərində olarkən o, mənzildən oğurladığı bir ədəd pul qabının içərisində qalan pulları boşaldıb pul qabını yerə tulladı. O, pul qabını yerə atdıqdan sonra içərisindən bir ədəd üzərində 5 ədəd briliyant olan qızıl kişi üzüyünün yerə düşdüyünü gördü. O, həmin qızıl üzüyü yerdən götürüb özünə məxsus pul qabının içərisinə qoydu. Əməlindən peşimandır. Dəymiş ziyanı ödəmişlər, zərərçəkmiş şəxsdən üzr istəyir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2019-cu il tarixdə oğlu Fərhadın toy məclisi keçirildi. Onlar saat təxminən 17 radələrində evdən çıxıb tədbir keçirilən saraya getdilər. Saat təxminən 23 radələrinə kimi onlar toyda oldular. Toy məclisindən sonra yaşadığı binanın qarşısında toy şənliyi davam etdi. O, gözləri görmədiyi və səs-küyə tab gətirə bilmədiyi üçün yaşadığı binanın birinci mərtəbəsində yerləşən özünə məxsus digər mənzilə gedib orada gözləməyə başladı. Orada olduğu vaxt oğlu Fərhad onun yanına gələrək mənzilin yataq otağındakı siyirməli şkafın arxa hissəsinin yerindən çıxarıldığını, şkafın içərisində olan 8500 ABŞ dolları, 4500 avro, iki ədəd qızıl üzük və bir ədəd qızıl üzük-sırğa dəstinin oğurlandığını dedi. O bundan sonra yaşadığı mənzilə getdi. Mənzildə həyat yoldaşı ona toyda olduqları vaxt kiminsə mənzilə daxil olduğunu, yataq otağındakı şkafın içərisində olan pul qabından 8500 ABŞ dolları, 4500 avro, iki ədəd qızıl üzük və bir ədəd qızıl üzük-sırğa dəstini pul qabı ilə birlikdə oğurladığını dedi. Bundan sonra onlar mənzili axtarmağa başladılar. Mənzili axtaran zaman pulun və qızıl-zinət əşyalarının oğurlandığı şkafın içərisində olan pul qabının içərisində olan 2000 manat pulla birlikdə yerində olduğunu, həmin pul qabının oğurlanmadığını bildilər. Daha sonra o, DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat verdi. Hadisə yerinə polis əməkdaşları gəldilər.Onun evinə daxil olub oğurluq edən şəxslər məlum oldu. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir tələbi yoxdur. Onlara qanun daxilində cəza verilməsini xahiş edir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 12 radələrində Mahmud işlədiyi avtomobil yuma məntəqəsinə gəldi. Mahmud ona VAZ 21011 markalı avtomobil almaq istədiyini, lakin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün öz adına avtomobil ala bilmədiyini, avtomobili onun adıma almaq istədiyini dedi. O, Mahmudla razılaşdı. Mahmud ona avtomobili avtomobil satışı saytından tapdığını, avtomobili 3000 manata alacağını dedi. O, Mahmuddan pulu hardan əldə etdiyini soruşduqda Mahmud ona işləyib hissə-hissə topladığını dedi. Bundan sonra onlar birlikdə Zirə qəsəbəsinə getdi və avtomobili 3000 manata aldılar. Avtomobilin əvvəlki sahibi ona ümumi etibarnamə verdi. Onlar bundan sonra birlikdə Sabirabad rayonuna gəldilər. xx.xx.2019-cu il tarixdə Mahmuda yeni şəxsiyyət vəsiqəsi almaq üçün birlikdə Sabirabad rayon “Asan-Xidmət” mərkəzinə gedən zaman yolda Şirvan şəhər polis şöbəsinin əməkdaşları onları saxladı və Şirvan şəhər polis şöbəsinə apardılar. Həmin güm ona məlum oldu ki, Mahmud Mingəçevir şəhərində yerləşən mənzildən oğurluq edib. Onun Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq edilməsi ilə bağlı heç bir məlumatı yoxdur. İşin 1-ci cild 6-7-ci vərəqlərində olan xx xxxxxx 2019-cu il tarixli “Baxış keçirilməsi barədə” protokolda göstərilir ki, hadisə Mingəçevir şəhəri H.Əliyev prospekti ev 58 mənzil 20 –də yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermişdir. Hadisə baş verən yer binanın 2-ci mərtəbəsində yerləşir. Mənzil 3 otaq, sanitar qovşağı və mətbəxdən ibarətdir. Mənilin giriş qapısı dəmirdəndir. Oğurluq hadisəsinin baş verdiyi yataq otağına keçid mənzilin dəhlizinin sol tərəfində yerləşən yataq otaqlarında ikincisindədir. Həmin yataq otağının giriş qapısı taxtadandır. Yataq otağının giriş qapısı mənzilin dəhlizinə açılan yataq otağının giriş qapısı ilə üzbəüzdür. Zərərçəkmiş şəxs məxsus pul və qızıl-zinət əşyaları yataq otağındakı çarpayının sağ tərəfindən yerləşən iki siyirməli şakafın arxa tərəfindən oğurlamışdır. Şkafın arxa tərəfinə bərkidilmiş taxta parçası kənar təsir nəticəsində aralanmış vəziyyətdədir. Oğurluq hadisəsini baş verdiyi yataq otağından balkona çıxışı vardır. Balkonun pəncərəsi açıq vəziyyətdədir. Baxış zamanı oğurluq hadisəsinin baş verdiyi yataq otağındakı çarpayının sağ tərəfində yerləşən şkafın siyirməsində olan pul qabının içərisində 2000 manat pul, çarpayının sol tərəfindəki şkafın siyirməsində olan pul qabından isə 500 manat pul, 2 ədəd qızıl-boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 cüt qızıl sırğa aşkar olundu. Baxış zamanı oğurluq hadisəsinin baş verdiyi yataq otağının pəncərəsində bir ədəd barmaq izi aşkar olunaraq götürüldü. İşin 1-ci cild 37-38-ci vərəqlərində olan xx xxxxxx 2019-cu il tarixli “Götürmə və baxış keçirilməsi barədə” protokolda göstərilir ki, X8 məxsus pul qabı qara rənglidir, “BOVİS COLLECTİON” markalıdır. Baxış zamanı pul qabının içərisində 300 ABŞ dolları, 450 avro məbləğdə pul, bir ədəd X2 məxsus son dörd rəqəmi 0451 olan “Kapitalbank” –a məxsus karta “Milliön” ödəniş terminalı vasitəsi ilə 1000 manat pul göndərilməsini təsdiq edən qəbz, bir ədəd X2 məxsus son dörd rəqəmi 0451 olan “Kapitalbank” –a məxsus karta “Milliön” ödəniş terminalı vasitəsi ilə 220 manat pul göndərilməsini təsdiq edən qəbz aşkar olunaraq götürüldü. Aşkar olunmuş 450 avro bir ədəd 100 avroluq və 7 ədəd 50 avroluq əskinaslardan ibarətdir. Aşkar olunmuş 300 ABŞ dolları 3 ədəd 100 dollarlıq əskinaslardan ibarətdir. İşin 1-ci cild 52-53-cü vərəqlərində olan xx xxxxxx 2019-cu il tarixli “Götürmə və baxış keçirilməsi barədə” protokolda göstərilir ki, Təqsirləndirilən şəxs3 məxsus pul qabı qara rənglidir. Pul qabının içərisinə baxış zamanı pul qabının içərisində 400 ABŞ dollar, 145 manat məbləğində pul, 1 ədəd qızıl kişi üzüyü aşakar olunaraq götürüldü. Aşkar olunmuş 145 manat 2 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq əskinazlardan ibarətdir. Aşkar olunmuş 450 ABŞ dolları 4 ədəd 100 dollarlıq əskinazlardan ibarətdir. Aşkar olunmuş bir ədəd qızıl üzük üzərində 5 ədəd qaş olan yumru formalı qızıl kişi üzüyüdür. İşin 1-ci cild 57-58-ci vərəqlərində olan xx xxxxxx 2019-cu il tarixli “Götürmə və baxış keçirilməsi barədə” protokolda göstərilir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus mənzildən etdiyi oğurluq nəticəsində əldə etdiyi 2700 ABŞ dolları və 850 avro pulu yaşadığı mənzilin zal otağında yerləşən divanın altındakı idman çantasının yan cibinə qoymuşdur. 2700 ABŞ dolları 27 ədəd 100 dollarlıq, 850 avro isə 1 ədəd 200 avroluq və 13 ədəd 50 avroluq əskinaslardan ibarətdir. İşin 1-ci cild 192-193-cü vərəqlərində olan xx xxxxxxxx 2019-cu il tarixli “Götürmə və baxış keçirilməsi barədə” protokolda göstərilir ki, X3 Zabit Fərhad oğluna məxsus mənzildən etdiklərini oğurluq nəticəsində əldə etdiyi pulun 900 ABŞ doları və 450 avro hissəsini kirayədə yaşadığı ünvan 2 mənzil 12 ünvanında yerləşən mənzildə yatdığı çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. Sərxan Quliyevin gizlətdiyi pullar 9 ədəd 100 dollarlıq, 1 ədəd 100 avroluq və 7 ədəd 50 avroluq əskinaslardan ibarətdir. Baxış zamanı, həmçinin Sərxan Quliyevə məxsus 1650 manat pul da həmin yerdən aşkar olunaraq götürüldü. İşin 1-ci cild 242-245-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 26762/26763 saylı rəyində göstərilir ki, 750 əyarlı, briliyant qaşlı, 7,53 qram çəkidə olan üzüyün 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti 920,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim olunmayan məlumatların 2019-cu ilin avqust ayına olan nəzəri qiyməti: - bir ədəd 583 əyarlı, 10 qram çəkidə, üzərində 1 ədəd qara rəngli qaş və iki ədəd sadə qaşlar olan üzük- 500,0 manat - bir ədəd 750 əyarlı, 7 qram çəkidə üzük-sırğa dəsti-560, manat müəyyən olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində X10 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Sərxan Quliyev və o çöldə pusquda dayanaraq ətraf gozətləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20 № li mənzilinə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzük-sırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.7xx xxxx 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.88xx xxxx 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. X1 Cümşüd oğlu xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 və o çöldə pusquda dayanaraq ətraf gozətləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20 №li mənzilinə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzüksırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.7xx xxxx 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.88xx xxxx 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində X10 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Sərxan Quliyev və Təqsirləndirilən şəxs1 çöldə pusquda dayanaraq ətraf gozətləmiş, o isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20 №li mənzilinə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzüksırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.7xx xxxx 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.88xx xxxx 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs3 həmin əməli törətmələri özlərinin etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 1-ci cild 205-ci vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşin 1-ci cild 221-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 valideyini tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 dəymiş ziyanın ödəməsi, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 1-ci cild 110-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-ci cild 175-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cild 218-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 2-ci cild 78-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığında saxlanma müddəti xx xxxxxx 2019-cu ilə kimi uzadılmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ev dustaqlığında saxlandığı 3 ay 15 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dən 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İşin 1-ci cild 204-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 62-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs3 dəymiş ziyanın ödəməsi, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 1-ci cild 72-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-ci cild 173-cü vərəqində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cild 76-cı vərəqində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsdə saxlanılma müddəti xx xxxxxx 2019-cu ilə kimi uzadılmışdır. Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxladığı 3 ay 15 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 üzərinə saat 22:00-dən 06:00-dək yaşayış yerini və Sabirabad rayonunun ərazi hüdudlarını tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İşin 1-ci cild 203-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X10 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 63-cü vərəqində olan xasiyyətnamədən görünür ki, X10 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X10 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 dəymiş ziyanın ödəməsi, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 1-ci cild 91-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, X10 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-ci cild 171-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarında görünür ki, X5 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında görünür ki, X5 barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. X5 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ev dustaqlığında saxlandığı 3 ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxarılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dən 06:00-dək yaşayış yerini və Sabirabad rayonunun ərazi hüdudlarını tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan istifadə olunmuş, 1 ədəd qızıl üzük, 3400 ABŞ dolları və 1750 avro məbləğdə pul əskinaları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 109,50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınıb dövlət büdcəsinə keçirilməlidir. Vəkil Müdafiəçi3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 156 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 162 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ev dustaqlığında saxlandığı müddət 3 ay 15 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 ay 15 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Sabirabad rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X5 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ev dustaqlığında saxlandığı müddət 3 ay CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə X5 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Sabirabad rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 156 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 162 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut olan istifadə olunmuş, 1 ədəd qızıl üzük, 3400 ABŞ dolları və 1750 avro məbləğdə pul əskinaları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 109,50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınıb, dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar