Məhkəmə qərarları › İş №1(051)-23/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-23/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-23/2021 15.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 37\13-də qeydiyyatda olan, Mingəçevir şəhəri Şəfa küçəsi 14-cü döngə ev 10 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsində yerləşən həyət evinin toyuq hinində 04 (dörd) ədəd dibçəkdə hər birində 01 (bir) ədəd olmaqla, xeyli miqdarda cəmi 04 (dörd) ədəd əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş və həmin çətənə bitkilərindən təmiz çəkisi 1,52 qram olan qurudulmuş marixuananı toplayıb, həmin qurudulmuş marixuananı ağ rəngli salfet kağızına bükərək, qara rəngli şalvarının sağ yan cibinə qoyub satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 20:10-da Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri M.Fərruxov küçəsində saxlanılıb Mingəçevir ŞPŞ-yə dəvət edilərək həmin gün saat 20:55-də üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün saat 21:30-da yaşadığı evə baxış keçirilərkən onun tərəfindən kultivasiya edilmiş hündürlükləri 50 sm-dən 175 sm-dək, təmiz çəkiləri 1905 qram olan çətənə (kannabis) bitkiləri və evin mətbəxindəki soyducunun arxa hissəsindən, çətənə bitkilərindən topladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4,69 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş çəkisi 1,52 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana ilə evindən aşkar edilmiş çəkisi 4,69 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın birlikdə cəmi çəkisi 6,21 qram olmaqla ondan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 20:10 radələrində o, yaşadığı Mingəçevir şəhəri M.Fərruxov küçəsində dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli salfetkaya bükülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümü təqdim etdi. Həmin narkotik vasitənin özü istifadə etmək üçün üzərində gəzdirdiyini, yaşadığı evdə dibçəklərdə əkib qulluq etdiyi çətənə kollarından əldə etdiyini, yaşadığı evdə də gələcəkdə istifadə etməyi üçün narkotik vasitə olduğunu bildirdi. Sonra kirayədə yaşadığı Mingəçevir şəhəri M.Fərruxov küçəsində yerləşən həyət evinə baxış keçirildi və baxış zamanı o, evinin həyətindəki toyuq hinində olan 04 ədəd dipçəklərdə, hər birində bir kol olmaqla cəmi 4 kol və evin mətbəxindəki soyuducunun arxa hissəsində gizlətdiyi qurudulmuş marixuana aşkar edilib götürüldü. Sorğu zamanı bildirdi ki, həmin çətənə kollarının toxumlarını 2020-ci ilin əvvəllərində Mingəçevir su anbarının sahilində balıq tutan zaman sellofana bükülmüş halda tapmışdı. 2020-ci ilin aprel ayının əvvəllərində isə həmin toxumları yaşadığı evin həyətindəki toyuq hinində 04 ədəd dibçəkdə əkib, həmin toxumlara qulluq göstərmiş, yəni diblərini yumşaldaraq, alaqalarını təmziləmiş, yetişdirmişdi. Evinin mətbəxindən aşkar edilmiş olan kibrit qutusundakı qurudulmuş marixuananı da əkibbecərdiyi çətənə kollarından toplamışdır. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2lə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri M.Fəruxov küçəsində olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə vəkil də dəvət olundu. Təqsirləndirilən şəxs izah edildi ki, vəkilin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs etiraz etmədi. Bundan sonra vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli salfetkaya bükülmüş büküm aşkar olundu. Aşkar olunmuş həmin bir ədəd ağ rəngli salfetkaya bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən yaşıl rəngli xüsusi iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdəki kütlənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsindəki həyət evindəki toyuq hinin içində 04 ədəd dibçəklərdə əkib qulluq etdiyi çətənə kollarından əldə etdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri M.Fəruxov küçəsindəki evin həyətində girişdən 20-30 metr aralıda yerləşən toyuq hinin içində olan və 4 ədəd dibçəklərdə - hər birində bir ədəd kol olmaqla cəmi dörd ədəd kol aşkar edildi. Sonra isə evə baxış keçirilən zaman mətbəxdəki soyuducunun arxa hissəsində gizlədilmiş içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd kibrit qutusu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin çətənə kollarının toxumlarını 2020-ci ilin əvvəllərində Mingəçevir su anbarının sahilində balıq tutan zaman sellofana bükülmüş halda tapmışdı. 2020-ci ilin aprel ayının əvvəllərində həmin toxumları yaşadığı evin həyətindəki toyuq hinində 04 ədəd dibçəklərdə əkmiş və həmin toxumlara qulluq göstərərək yetişdirmişdi. Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 26-27-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli salfetkaya bükülmüş bükümdə narkotik vasitəni təqdim etdi. Eyni zamanda əynindəki qara qəngli şalvarın sağ arxa cibindən bir ədəd tibbi maskanı təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs Xudaverdi oğlu əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş narkotik vasitəni yaşadığı evin həyəyətində dibçəklərdə qulluq etdiyi çətənə kollarından əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. İşin 32-ci vərəqində olan xx.xx.2020-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs Xudaverdi oğlun yaşadığı ev 3 otaq, 1 mətbəx və 1 satinar qovşaqdan ibarətdir. Həyətyanı sahədə giriş qapısından içəri daxil olduqda təxminən 20- 30 metr aralıda sağ tərəfdə toyuq hini vardır. Toyuq hininə baxiş keçirilən zaman 4 ədəd dibçəkdə olan yaşıl rəngli bitki aşkar olundu ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin dibçəklərdə olan bitkilərin narkotik vasitə olan çətənə kolları olduğunu, şəxsi istifadə üçün təxminən 3 ay əvvəl əkib qulluq etdiyini bildirdi. Daha sonra evə baxış keçirildi və mətbəxdə olan soyuducunun arxa tərəfindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə aşkar olundu. İşin 45-48-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/457 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə…..” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli salfet kağızı bükümündə, təmiz təmiz çəkisi-1,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə…..” sözləri yazılmış zərfin içərisindəki, 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi -4,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qurudulmuş marixuanaların ümumi təmiz çəkisi-6,21 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 6,11 qram. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd salfet kağızı bükümündə və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eydidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə…..” sözləri yazılmış sintetik kisenin içərisindəki, 04(dörd) ədəd, hündürlükləri 50 sm-dən 175 sm-dək, ümumi təmiz çəkisi -1 kq 905 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Çətənə bitkilərinin ümumi təmiz çəkisi-1 kq 905 qram, tədqiqata sərf edildi 0,20 qram, qalıq 1 kq 904,80 qram. Tədqiqata təqdim olunmuş,04(dörd) ədəd çətənə (kannabis) bitkiləri tərkibləri görə eynidirlər. X6 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd salfet kağızı bükümündə və 01(bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar ilə 04(dörd) ədəd çətənə (kannabis) bitkiləri tərblərinə görə eynidirlər. İşin 103-cü vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 835 saylı xx xxxxxxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsində yerləşən həyət evinin toyuq hinində 04 (dörd) ədəd dibçəkdə hər birində 01 (bir) ədəd olmaqla, xeyli miqdarda cəmi 04 (dörd) ədəd əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş və həmin çətənə bitkilərindən təmiz çəkisi 1,52 qram olan qurudulmuş marixuananı toplayıb, həmin qurudulmuş marixuananı ağ rəngli salfet kağızına bükərək, qara rəngli şalvarının sağ yan cibinə qoyub satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 20:10-da Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri M.Fərruxov küçəsində saxlanılıb Mingəçevir ŞPŞ-yə dəvət edilərək həmin gün saat 20:55-də üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, baxış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün saat 21:30-da yaşadığı evə baxış keçirilərkən onun tərəfindən kultivasiya edilmiş hündürlükləri 50 sm-dən 175 sm-dək, təmiz çəkiləri 1905 qram olan çətənə (kannabis) bitkiləri və evin mətbəxindəki soyducunun arxa hissəsindən, çətənə bitkilərindən topladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4,69 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana edilmiş çəkisi 4,69 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın birlikdə cəmi çəkisi 6,21 qram olmaqla ondan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 94-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 97-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 96-cı vərəqində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki azyaşlı uşaqları var. Cinayət işinə əlavə edilmiş ******* №li hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs vətən uğrunda gedən İİ Qarabağ müharibəsində iştirak etmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları olması, yaşayış yerində müsbət xarakterizə olunması, vətən müharibəsi iştirakçısı olması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, himayəsində iki nəfər azyaşlı uşaqları olmasını, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 20-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 80-81-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1 kq 904,80 (4 ədəd) qram çəkidə narkotik tərkibli kannabis bitkiləri və narkotik vasitə hesab edilən 6,11 qram çəkidə qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə ekspertiza xərci olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1 kq 904,80 (4 ədəd) qram çəkidə narkotik tərkibli kannabis bitkiləri və narkotik vasitə hesab edilən 6,11 qram çəkidə qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********.Hesab № AZNAZ521BAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar