Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-23/2022 21.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri M.Maqomayev prospetki ev 4, mənzil 49-da qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri Ə.Vahid küçəsi ev 6, mənzil 49-da yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 431,51 qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 6,51 qramını əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlayaraq daşımış, qalan 425,00 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan Mingəçevir şəhəri Z.Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə daşın altında gizlədərək saxlamış, 25.09.2021-ci il tarixdə saat 17:20 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada 25.09.2021-ci il tarixdə saat 17:55 dəqiqədə üzərində şəxsi axtarış və götürmə keçirilərkən 6,51 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuana onun əynində olan qara rəngli rəngli gödəkçənin sol iç cibindən, davam edən tədbirlər zamanı həmin gün saat 18:40 radələrində onun bir ədəd göy rəngli sellofan torbanın içərisində saxladığı təmiz çəkisi 425,00 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuana isə Mingəçevir şəhəri Z.Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan əraziyə baxış zamanı keçirilərkən həmin ərazidəki daşın altından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. Fərdi işlərlə məşğul olaraq ailəsini dolandırır. Bərdə rayonu ərazisində tanışı Ramin Cəfərovla birlikdə oğurluq etdiyinə görə Bərdə rayon polis şöbəsinini istintaq bölməsində barəsində cinayət işi istintaq edilərək mahiyyəti üzrə baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Tutulmazdan təxminən 20 gün əvvəl şəxsi işi ilə əlaqdar Ağdaş rayonuna getmiş, Ağdaş rayonunun mərkəzinə çatmamış adını bilmədiyi kənd ərazisində, boş sahədə ayaq yoluna getmək üçün taksi sürücüsündən orada avtomobilini saxlamasını xahiş etmişdir. Avtomobildən düşüb ayaq yoluna getmək üçün boş əkin sahəsinə daxil olduqda orada yola yaxın yerdə 6-7 ədəd yabanı halda bitmiş çətənə bitkiləri görüb onlara toxunmayaraq, avtomobilin yanına geri qayıtmış və avtomobilə minərək yola davam etmişdir. Təxminən 2 saat sonra Ağdaş rayonunda işlərini yekunlaşdırıb oradan başqa bir taksi ilə həmin yerə, yəni, çətənə bitkilərini gördüyü əraziyə gəlmişdir. Orada avtomobildən düşüb taksi sürücüsünə gediş haqqını verərək getməsini xahiş etmişdir. Taksi sürücüsü avtomobilini sürüb getdikdən sonra əvvəl gördüyü həmin yerə gedərək çətənə bitkisinin yarpaqlarından toplayıb, Ağdaş rayonundan aldığı qara rəngli sellofan torbaya yığmışdır. Daha sonra yolun kənarına çıxıb yoldan keçən avtomobillərdən birini saxladıb həmin avtomobilə minərək Mingəçevir şəhərinə qayıtmışdır. Daha sonra isə Mingəçevir şəhəri Z.Əliyeva küçəsində yerləşən “Karxana yolu” adlanan əraziyə gedərək orada qamışlıq sahənin yanındakı daşın arxasında yaş vəziyyətdə olan marixuananı torbadan çıxarıb quruması üçün günəş şüası düşən yerə sərmişdir. 3 (üç) gün sonra həmin bitkilərə baş çəkmək üçün oraya gedəndə artıq qurumalarının şahidi olmuşdur. Bundan sonra kütlənin üzərindən öz şəxsi istifadəsi üçün götürmüşdür. Daha sonra isə özü ilə apardığı göy rəngli sellofan torbaya həmin qurudulmuş marixuana kütləsini yığaraq yağış yağacağı halda islanmaması üçün yapışqan lentlə sellofanı sarımışdır. Tutulmazdan təxminən 8-9 gün sonra bir dəfə də gedib, həmin qurudulmuş marixuanadan öz istifadəsi üçün bir qədər götürmüş, yerdə qalanını isə orada daşın altında gizlətmişdir. 25.09.2021-ci il tarixdə saat 17:20 radələrində Mingəçevir şəhəri 20 Yanvar və M.Ə.Sabir küçələrinini kəsişməsində yerləşən parkda gəzişən zaman həmin narkotik vasitə qurudulmuş marixuanadan götürüb ağ rəngli kağız bükümə qoyub istifadə üçün saxladığı narkotik vasitə də üzərində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X8 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində 25.09.2021-ci il tarixdə saat 17:55 dəqiqədə vəkil X3 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli köynəyin sağ döş cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, sol yan cibindən bir ədəd bükülmüş şəkildə, içərisi tünd qəhvəyi rəngdə ləkələr olan bir ədəd 1 ABŞ dolları pul əskinası, qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd ağ rəngli kağız bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyini, tutulmazdan təxminən 20 gün əvvəl Ağdaş rayonunun adını xatırlamadığı kəndinin ərazisində yabanı halda bitən çətənə bitkisindən toplayıb Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə günün altına sərib qurutmaqla əldə etdiyini, “qurudulmuş marixuana”nı bir hissəsini özü istifadə etmək məqsədi ilə üstündə digər hisəssini isə Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd qurudulmuş marixuana kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8.53 (səkkiz tam yüzdə əlli üç) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Bundan sonra saat 18:40 dəqiqdə video çəkiliş tətbiq etməklə Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan əraziyə baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş qurudulmuş marixuanın bir hissəsi olan, ərazidə olan daşın arxasında gizlətmiş olduğu içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd göy rəngli, üzərində isə qırmızı rəngin içərisində “LEVİS” sozləri yazılmış, üzəri yapışqanla bağlanmış sellofan torbanın içərisində ovuntu halında olan tünd yaşıl, rəngli spesifik iyə və xarici görünüşə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. 1 ədəd qırmızı rəngli sellofan torbanın içərisinə polis əməkdaşları tərəfindən baxılarkən içərisindəkinin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmidir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildikdə kütlənin ümumi çəkisi 475 (dörd yüz yetmiş beş) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmişdir. Zərfin üzəri, bu barədə tərtib olunmuş protokol özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Qurudulmuş marixuana narkotik vasitəsini əldə etmək üçün Ağdaş rayonunun ərazisndə yabanı halda bitmiş çətənə kollarının yarpaqlarının topladığı ərazini dəqiq xatırlamadığından bilavasitə göstərə bilmir. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edildiyi bildirmişdir. Azərbaycan Repsublikasının Ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi”ndə iştirak etmişdir. Müharibə veteranıdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona cəza təyin edərkən ifadəsində göstərdiyi halları nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 25 sentyabr 2021-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 25.09.2021-ci il tarixdə saat 17:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları: Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı İsayev X5 şəhəri 20 Yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində piyada hərəkətdə olan zaman avtomobili saxladıb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsinə vəkil X6 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli köynəyin sağ döş cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, sol yan cibindən bir ədəd bükülmüş şəkildə, içərisi tünd qəhvəyi rəngdə ləkələr olan bir ədəd 1 ABŞ dolları pul əskinası, qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd ağ rəngli kağız bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 8.53 (səkkiz tam yüzdə əlli üç) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nın bir hissəsini özü istifadə etmək məqsədi ilə üstündə, digər hisəssini isə Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə saxladığını bildirdiyindən həmin gün saat 18:40 dəqiqdə video çəkiliş tətbiq etməklə Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan əraziyə baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş qurudulmuş marixuanın bir hissəsi olan, ərazidə olan daşın arxasında gizlətmiş olduğu içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd göy rəngli, üzərində isə qırmızı rəngin içərisində “LEVİS” sozləri yazılmış, üzəri yapışqanla bağlanmış sellofan torbanın içərisində ovuntu halında olan tünd yaşıl, rəngli spesifik iyə və xarici görünüşə malik narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 1 ədəd göy rəngli sellofan torbanın içərisinə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxılarkən içərisindəkinin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildikdə kütlənin ümumi çəkisi 475 (dörd yüz yetmiş beş) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilib götürülmüş 01 (bir) ədəd qırmızı rəngli kağız sellofan torbanın içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 20 gün əvvəl Ağdaş rayonunun adını xatırlamadığı kəndinin ərazisində yabanı halda bitən çətənəbitkisindən toplayıb Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə günün altına sərib qurutmaqla əldə etdiyini, bir hissəsini özü istifadə etmək məqsədi ilə üstündə digər hisəssini isə Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə gizlədərək saxladığını bildirmişdir. Məkəmə iclası zamanı Şahid2 verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, öz ifadəsi ilə onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Şahid3 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 sentyabr 2021-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 25.09.2021-ci il tarixdə saat 17:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları: Şahid2 və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı İsayev X5 şəhəri 20 Yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində piyada hərəkətdə olan zaman avtomobili saxladıb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsinə vəkil X9 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli köynəyin sağ döş cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, sol yan cibindən bir ədəd bükülmüş şəkildə, içərisi tünd qəhvəyi rəngdə ləkələr olan bir ədəd 1 ABŞ dolları pul əskinası, qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd ağ rəngli kağız bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 8.53 (səkkiz tam yüzdə əlli üç) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nın bir hissəsini özü istifadə etmək məqsədi ilə üstündə, digər hisəssini isə Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə saxladığını bildirdiyindən həmin gün saat 18:40 dəqiqdə video çəkiliş tətbiq etməklə Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan əraziyə baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş qurudulmuş marixuanın bir hissəsi olan, ərazidə olan daşın arxasında gizlətmiş olduğu içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd göy rəngli, üzərində isə qırmızı rəngin içərisində “LEVİS” sozləri yazılmış, üzəri yapışqanla bağlanmış sellofan torbanın içərisində ovuntu halında olan tünd yaşıl, rəngli spesifik iyə və xarici görünüşə malik narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 1 ədəd göy rəngli sellofan torbanın içərisinə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxılarkən içərisindəkinin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildikdə kütlənin ümumi çəkisi 475 (dörd yüz yetmiş beş) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilib götürülmüş 01 (bir) ədəd qırmızı rəngli kağız sellofan torbanın içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 20 gün əvvəl Ağdaş rayonunun adını xatırlamadığı kəndinin ərazisində yabanı halda bitən çətənəbitkisindən toplayıb Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə günün altına sərib qurutmaqla əldə etdiyini, bir hissəsini özü istifadə etmək məqsədi ilə üstündə digər hisəssini isə Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə gizlədərək saxladığını bildirmişdir. Cinayət işi materiallarında olan 25 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında və baxış haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli köynəyin sağ döş cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, sol yan cibindən bir ədəd bükülmüş şəkildə, içərisi tünd qəhvəyi rəngdə ləkələr olan bir ədəd 1 ABŞ dolları pul əskinası, qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd ağ rəngli kağız bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli 8.53 (səkkiz tam yüzdə əlli üç) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, o cümlədən Mingəçevir şəhəri Zərifə Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan əraziyə də baxış keçirilən zaman üzərindən aşkar edilmiş qurudulmuş marixuananın bir hissəsi olan, ərazidə olan daşın arxasında gizlədib 1 ədəd göy rəngli, üzərində isə qırmızı rəngin içərisində “LEVİS” sozləri yazılmış, üzəri yapışqanla bağlanmış sellofan torbanın içərisində ovuntu halında olan tünd yaşıl, rəngli spesifik iyə və xarici görünüşə malik 475 (dörd yüz yetmiş beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 26.09.2021-ci il tarixli 17\714 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ….kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 6,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə ….» sözləri və imzalar yazılmış 01 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi, 425.00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20.11.2021-ci il tarixli 1403 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Mingəçevir şəhəri Z.Əliyeva küçəsində yerləşən “AZ YOLMAŞ” zavodunun arxa hissəsindəki “Karxana yolu” adlanan əraziyə baxış zamanı keçirilərkən həmin ərazidəki daşın altından aşkar olunaraq götürülmüş 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və 1 (bir) ədəd göy rəngli sellofan torbada ilkin xalis çəkisi təmiz çəkisi 431.51 qram olmaqla çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,10 qram sərf edildikdən sonra qalan qalıq 431.41 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut qismində tanınaraq saxlanca verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan DİN yanında BƏSİİ tərəfindən verilmiş 02.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 14 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İsayev X5 şəhəri Ə.Vahid küçəsi 6 saylı binanın mənzil 49 ünvanında yaşayır. Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Bərdə rayon məhkəməsinin 24.11.2021-ci il tarixli, 1(021)-178/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qəti olaraq 01 (bir) il 11 (on bir ay) 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 21 yanvar 2021-ci il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 1 il 11 ay 18 günü icra olunmamış qalmışdır. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X7 tərəfindən verilmiş 81862 №-li Vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X2 Mingəçevir şəhər Şöbəsində üzv kimi qeydiyyatdadır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 431,51 qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 6,51 qramını əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlayaraq daşımış, qalan 425,00 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan Mingəçevir şəhəri Z.Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan ərazidə daşın altında gizlədərək saxlamış, 25.09.2021-ci il tarixdə saat 17:20 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada 25.09.2021-ci il tarixdə saat 17:55 dəqiqədə üzərində şəxsi axtarış və götürmə keçirilərkən 6,51 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuana onun əynində olan qara rəngli rəngli gödəkçənin sol iç cibindən, davam edən tədbirlər zamanı həmin gün saat 18:40 radələrində onun bir ədəd göy rəngli sellofan torbanın içərisində saxladığı təmiz çəkisi 425,00 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuana isə Mingəçevir şəhəri Z.Əliyeva küçəsində yerləşən «AZ YOLMAŞ» zavodunun arxa hissəsindəki «Karxana yolu» adlanan əraziyə baxış zamanı keçirilərkən həmin ərazidəki daşın altından aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, müharibə veteranı olmasını və əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 2021-ci ilin sentyabr ayı tarixində, yəni Bərdə rayon məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin ediməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini belə ki, ilk dəfə az ağır cinayət törətməsini, Bərdə rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli, 1(021)-178/2021 saylı hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək azadlığın məhdudlaşdırılması növündə 1 il 11 ay 26 gün müddətinə cəzaya məhkum olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 24 noyabr 2021 -ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 11 ay 18 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. İş materillarında olan “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən 27 sentyabr 2021-ci il tarixdə azad edilmişdir. barəsində 27 sentyabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilərək buraxılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Cəza çəkmə müddətinin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 34 manat 55 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 431,41 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 11 ay 18 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 431,41 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-23/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-23/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver