Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-24/2021 04.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Nemət qızının iştirakı ilə xx.xx.1981-ci ildə Ukrayna Respublikası, Sovetski rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 82/1, mənzil 83-də qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivi, 9-cu küçədə yaşayan, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, ödənilməmiş məhkumluğu olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 140,95 qram olan narkotik vasitə qurudulmuş marixuananı Ağdaş rayonu Pirkəkə kəndində olan zaman kanalın kənarı boyu yabanı halda bitmiş çətənə (marixuana) kollarından yığaraq Mingəçevir şəhərinə gətirmiş və Güllü bağ dairəsinin yaxınlığında yerləşən yarımçıq tikili olan binaya gətirib orada münasib yerə sərib qurutmaqla qanunsuz əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Güllü bağ” dairəsinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılaraq Mingəçevir Şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əlində olan sellofan torbadan Azərbaycan Respublikası xx xxxx 2005–ci il tarixli 961–İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı” ilə müəyyən edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 140,95 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə olan marixuana istifadə etmişdir. Təxminən 20 gün qabaq Ağdaş rayonu Pirkəkə kəndində olan zaman kanalın kənarı boyu yabanı halda çətənə (marixuana) kollarının bitdiyini görmüş və kolları tanıdığı üçün yığıb bir sellofan torbaya doldurmuşdur. Çətənə kollarını Mingəçevir şəhərinə gətirmiş və Güllü bağ dairəsinin yaxınlığında yerləşən yarımçıq tikili olan binaya gətirib orada münasib yerə sərmiş və qurumasını gözləmişdir. O hərdən həmin tikiliyə gedib marixuanaya nəzər salmışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o, marixuananı qurutduğu tikiliyə gəlmiş və quruduğu üçün marixuananı sellofan torbaya doldurub evə aparmaq qərarına gəlmişdir. Belə ki, həmin qurudulmuş marixuananı özü istifadə etmək niyyətində olmuşdur. O, Güllü bağ dairəsinə çatana yaxın ona iki nəfər mülki paltarda polis işçisi yaxınlaşmış, özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Ona vəkillərin siyahısı təqdim olunanda müdafiəçi kimi X2 onun hüquqlarını müdafiə etməsini istəmiş və həmin vəkil ona təqdim edilmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı o, əlində olan sellofan torbanı polis işçilərinə təqdim etmişdir. Sellofan açılarkən polis əməkdaşları içərisindəki kütlənin nə olduğunu soruşmuşlar. O isə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü üçün yığıb qurutduğunu və evinə aparmaq istədiyini demişdir. Üzərinə şəxsi axtarış zamanı isə əlavə heç nə aşkar olunmamışdır. Bütün prosesslər kamera vasitəsilə vodeolentə alınmış, həmçinin bükümün fotoşəkilləri çəkilmişdir. Aşkar olunmuş qurudulmuş marixuana tərəzidə çəkilmiş və çəkisi 156,66 qramla 156,72 (yüz əlli altı tam yüzdə yetmiş iki) qram arasında dəyişkən olmuşdur. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imza etmişdir. Həmçinin sellofan torba içərisindəki qurudulmuş marixauana ilə birlikdə qablaşdırılmış və üzərinə o və müdafiəçisi Kamil Yunusov imza etmişlər. Lakin o, yabanı halda bitən çətənə kollarını tapdığı yerini unutmuşdur. Ona görə də görə həmin yeri göstərə bilməmişdir. Aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək məqsədilə saxlamış, satmaq niyyətində olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edirəm. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri ərazisində 20 Yanvar küçəsi ilə hərəkət etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 20 Yanvar küçəsi 10 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Kərimov X1 ŞPŞ-nə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı Polad Atayev tərəfindən şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini təmin etmək məqsədilə vəkil Kamil Yunusov dəvət olunmuşdur. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan 1 ədəd ağ rəngli sellofan torbanı stolun üzərinə qoymuşdur. Həmin 1 ədəd ağ rəngli sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, həmin bir ədəd içərisində qurudulmuş marixuana olan ağ rəngli sellofan bükümün ümumi çəkisi 156,66 qramla 156,72 qram arasında dəyişkən olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd ağ rəngli sellofan bükümün içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə qurudulmuş marixuananı şübhəli şəxs qismində tutulmamışdan təxninən 20 gün qabaq Ağdaş rayonu Pirkəkə kəndində olan zaman kanalın kənarı boyu yabanı halda çətənə (marixuana) kollarının bitdiyini görüb kolları tanıdığı üçün yığıb bir sellofan torbaya doldurduğunu, çətənə kollarını Mingəçevir şəhərinə gətirdiyini və Güllü bağ dairəsinin yaxınlığında yerləşən yarımçıq tikili olan binaya gətirib orada münasib yerə sərdiyini və qurumasını gözlədiyini, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında marixuananı qurutduğu tikiliyə gedərək quruduğu üçün marixuananı sellofan torbaya doldurub əlində evə apardığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin ekspertizasının məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/467 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış bir ədəd sellofan torbada təmiz çəkisi 140,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanseirinin ambulator məhkəmə–narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 863 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/467 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış bir ədəd sellofan torbada təmiz çəkisi 140,95 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqat üçün 0,05 qramı istifadə edildikdən sonra qalan 140,90 qramı maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nə verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli 1(051)–29/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hazırkı vaxtadək təyin edilmiş cərimə cəzasını icra etməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 140,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq, üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs oğlunun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 140,95 qram olan narkotik vasitə qurudulmuş marixuananı Ağdaş rayonu Pirkəkə kəndində olan zaman kanalın kənarı boyu yabanı halda bitmiş çətənə (marixuana) kollarından yığaraq Mingəçevir şəhərinə gətirmiş və Güllü bağ dairəsinin yaxınlığında yerləşən yarımçıq tikili olan binaya gətirib orada münasib yerə sərib qurutmaqla qanunsuz əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Güllü bağ” dairəsinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılaraq Mingəçevir Şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əlində olan sellofan torbadan Azərbaycan Respublikası xx xxxx 2005–ci il tarixli 961–İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı” ilə müəyyən edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 140,95 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunsa da, hazırkı vaxtadək cərimə məbləğini ödəməmiş, yəni cəzasını həmin hissədə çəkməmişdir. Bununla belə Təqsirləndirilən şəxs yenidən, yəni xx.xx.2020–ci il tarixdə Cinayət Məcəlləsinin həmin maddəsi ilə qəsdən cinayət törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs oğlunun himayəsində dörd nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, şəhid ailəsi olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il tarixdə doğulmuş Ayşən, xx.xx.2012-ci il tarixdə doğulmuş Rufan, xx.xx.2014-cü il tarixdə doğulmuş Aysun və xx.xx.2015-ci il tarixdə doğulmuş Aygün adlı 4 nəfər azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyətiinin Mənzil Kommunal Təsrrüfatı Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yataqxana komendatlığına heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmişölüm haqqında Şəhadətnamədən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İşdə olan doğum haqqında Şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə X6 ilə X5 birgə nikahından doğulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2018–ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 4000 manat məbləğində cərimə cəzasına məhkum edilməsinə, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinib Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün çəkilməmiş 4000 manat məbləğində cərimə cəzasını, həmin Məcəllənin 67.1– ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsini tamamilə birləşdirilməklə azadlıqdan məhrum etmə və cərimə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2–ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilmiş, əvvəlki hökmlə təyin edilmiş, 4000 (dörd min) manat məbləğində cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2020–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəuri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.4–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 140,90 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34,55 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 168 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətiimkan tədbiri həbs qətiimkan tədbiri ilə əvəz edilməli, hazırda həbsdə olmağı nəzərə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2018–ci il tarixli hökmünün çəkilməmiş hissəsi olan 4000 (dörd min) manat cərimə cəzası ilə tam toplanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətiimkan tədbiri həbs qətiimkan tədbiri ilə əvəz edilsin, həbsdə olmağı nəzərə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 0,05 qramı ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 140,90 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34 manat (otuz dörd manat) 55 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 168 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-24/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-24/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver