Məhkəmə qərarları › İş №1(051)-24/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-24/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-24/2023 22.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Ələsgər oğlunun və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi xx.xx.1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Səbail rayonu, N saylı hərbi hissədə qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edib onun oğlu Məmmədəli Nəcəflini «Azəri Qaz» X4 şöbəsinə işə düzəldəcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs1 aldadaraq, xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 cinayətdə iştirakı olmayan Şahid2 adma Mingəçevir şəhərindən Beynəlxalq Bank ASC-yə məxsus kart hesabına göndərdiyi və sonuncunun bankomatdan nəğdləşdirərək ona (Təqsirləndirilən şəxs) verdiyi 4000 (dörd min) manat məbləğdə, 2018ci ilin dekabr ayında isə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" bank ASC-nin Mingəçevir filialınm qarşısında bilavasitə Zərərçəkmiş şəxs1 aldığı 3000 (üç min) manat məbləğdə, ümumilikdə 7000 (yeddi min) manat məbləğdə pulunu alıb ələ keçirərək X10 xeyli miqdarda ziyan vurmaqda dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs3 sonuncunun bacısı X12 Bakı şəhərində yerləşən məktəblərin birinə ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadılmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs3 Mingəçevir şəhərində xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 verdiyi və sonuncunun Mingəçevir şəhəri, "xxxx" ASC-nin Mingəçevir filialı vasitəsi ilə Zərərçəkmiş şəxs1 adından ona göndərdiyi 4985 (dörd min doqquz yüz səksən beş) manat, Zərərçəkmiş şəxs3 xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 verdiyi və sonuncunun Zərərçəkmiş şəxs1 adından "xxxx" ASC-nin Mingəçevir filialı vasitəsi ilə həmin tarixdə ona göndərdiyi 1500 (min beş yüz) manat, eyni qaydada Zərərçəkmiş şəxs3 xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində Zərərçəkmiş şəxs2 verdiyi və sonuncunun həmin tarixdə "xxxx" ASC- nin Mingəçevir filialından Zərərçəkmiş şəxs1 adından ona göndərdiyi 1494 (min dörd yüz doğsan dörd) manat məbləğdə, həmçinin 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" bank ASC-nin Mingəçevir filialının qarşısında 2000 (iki min) manat məbləğdə, ümumilikdə Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs3 aldığı 9979 (doqquz min doqquz yüz yetmiş doqquz) manat məbləğdə pulunu alıb, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib, onu 6000 (altı min) manat müqabilində Mingəçevir şəhəri, Sukanal İdarəsində işə düzəldəcəyini yalandan vəd verib 2018-ci ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin qarşısında 6000 (altı min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən 2016-cı il tarixədək Bakı şəhərində yerləşən N saylı hərbi hissədə Zərərçəkmiş şəxs1 Ələsfər oğlu ilə birgə zabit kimi xidmət etmişlər. 2017-cı ilin may ayında o, təqaüdə çıxmışdır. Həmçinin bildirmişdir ki, o və Bəhruz bir-birilərinin ailəsinə gedişgəlişli olmuşlar. 2018-ci ilin iyul ayında Bəhruz onun istifadəsində olan həmin vaxt işlətdiyi və hazırda xatırlamadığı nömrəni yığaraq oğlu Məmmədəlini hərbi xidmətdən yeni qayıtdığını və oğlu Məmmədəlini Mingəçevir şəhərində Qaz İdarəsinə işə düzəltmək istədiyini bildirdi.O isə Bəhruza ikisinin ortaq tanışı olan Oqtayın kömək edə biləcəyini dedi, Bəhruz isə razılaşdı. Həmin vaxtlar Oqtay onunla Abşeron rayonu Gənclər şəhərciyində qonşuluqda yaşayırdı. Bundan başqa bildirmişdir ki, Oqtay ilə münasibətləri yaxşı olduğu üçün o, Oqtayla tez tez görüşürdülər. 2018-ci ilin iyul ayında o, Oqtayla Bakı şəhəri, Yasamal rayonu, Topçubaşov adma Mərkəzi Cərrahiyyə xəstəxanasının qarşısında görüşdülər. O, X2 Mingəçevir şəhərində Qaz İdarəsinə işə düzəltmək istədiyini bildirdi. Oqtay isə Bəhruza köməklik edə biləcəyini bildirdi. X16 işə düzəltmək üçün 4000 manat pul vermək lazım olduğunu bildirdi. Bundan sonra o, Bəhruzla telefonla danışan zaman Bəhruz oğlunun işi ilə maraqlandığını və o, Bəhruza oğlu Məmmədəlini Mingəçevir şəhərində işə düzəltmək üçün Oqtay ilə görüşdüyünü, Oqtayın Bəhruzun oğlunu işə düzəltmək üçün 4000 manat pul vermək lazım olduğunu dediyini bildirdi. Təxminən 1 həftə sonra yəni 2018-ci ilin iyul ayında Bəhruz ona zəng vurub 4000 manat pulu göndərmək istədiyini bildirdi. Həmin vaxt onun üzərində bank kartı olmadığından o, yaşadığı binanın altında tikinti materialları satan və münasibəti yaxşı olan Şahid2 yanma düşüb üzərində bank kartı olub olmadığını soruşduqda o, ona üzərində Beynəlxalq banka məxsus bank kartı olduğunu bildirdi. O isə Kamrana ona təcili olaraq pul göndərilməli olduğunu və Kamranın bank kartına pul göndərilməsinə icazə verməyini istədi. Kamran isə razılaşdı. Bundan sonra o, Bəhruza zəng vurub Kamranın bank kartının nömrəsini verdi və Bəhruz həmin günü yən xx.xx.2018-ci il tarixdə Kamrana məxsus bank kartına 4000 manat pul yüklədi. O isə Bəhruzun göndərdiyi 4000 manat pulu kartdan çıxartdı və Kamranın bank kartını geri qaytardı və Bəhruza pulu götürdüyünü bildirdi. Həmçinin bildirmişdir ki, Bəhruz oğlunun şəxsiyyət vəsiqəsinin, diplomunun və digər sənədlərin sürətlərini ona Vhatsapp vasitəsi ilə göndərdiyini, oda həmin sənədləri Oqtaya göndərmişdi. O, Bəhruzun göndərdiyi 4000 manat pulu Oqtaya Bakı şəhəri, Yasamal rayonu, Topçubaşov adma Mərkəzi Cərrahiyyə xəstəxanasının qarşısında Bəhruzun oğlunu Mingəçevir şəhərində Qaz İdarəsinə işə düzəltmək məqsədi ilə verdi. Bu zaman onların yanında heç kim olmamışdır. Oqtay isə ona Bəhruzun oğlunun işi alınsa ona müəyyən qədər hörmət edəcəyini bildirdi. Lakin hansı məbləğdə pul verəcəyi barədə heç bir söz demədi. Bundan sonra Oqtayla o, axşam saatlarında görüşən zaman Oqtay ona Bəhruzun oğlunu Mingəçevir şəhərində Qaz İdarəsində işə müqavilə əsasında düzələcəyini lakin müəyyən vaxtdan sonra işdən çıxarılacağını bildirdi. Bundan sonra o, Bəhruza zəng vurub bu barədə məlumat verdi. Sabahsı gün yəni 2018-ci ilin iyul ayının ortalarında Bəhruz ona zəng vurub müqavilə əsasında işlə maraqlandığını və oğlunu müqavilə əsasında yox daimi işə düzəltmək istədiyini bildirdi və ona göndərdiyi 4000 manat pulu geri qaytarmağını istədi. O isə zəng vurub Oqtaya bu barədə məlumat verdi. Həmin günü o, Bakı şəhərində xatırlamadığı yerdə Oqtayla görüşdü və Oqtay Bəhruzun oğlunu işə düzəltməyi üçün verdiyi 4000 manat pulu ona geri qaytardı. Lakin həmin vaxt o, pulu Bəhruza göndərmədi. 2018-ci ilin iyul ayının sonunda Bəhruz Bakı şəhərinə gəldi. Həmin vaxtlar onun arvadı xərçəng xəstəsi olduğu üçün pul lazım idi. O, Bəhruza Bakı şəhərində “20 yanvar” deyilən yerdə 2000 manat verdi. O, Bəhruza arvadının xərçəng xəstəsi olduğu 2000 manat pulu qısa müddət ərzində ona qaytaracağını bildirdi, Bəhruz isə razılaşdı. 2018-ci ilin avqustsentyabr ayında o, 1400 manat pul düzəldib Bəhruzun təqaüd aldğı karta 1400 manat pulu yüklədi. Lakin pulu karta hansı bankomatdan göndərdiyini xatırlamır. O, Bəhruza zəng vurub arvadının müalicəsinə görə ona pul lazım olduğudan qalan 600 manat pulu qısa müddət ərzində göndərəcəyimi bildirdi. Lakin bu günə kimi o, Bəhruzun 600 manat pulunu qaytara bilməmişdir. Bundan başqa bildirmişdir ki, 2018-ci ilin oktyabr ayında Bəhruz onun həmin vaxtlar istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə zəng vurub Mingəçevir şəhərində müəllimə işləyən bir nəfər şəxsi Bakı şəhərində Yasamal rayonunda yerləşən məktəblərin birinə yerdəyişmək lazım olduğunu bildirdi. O isə Bəhruza əlaqələri olan adam olduğunu və həmin adamla danışıb ona xəbər edəcəyimi bildirdi. O isə həmin vaxtlar Dəvəçi və Xızı rayonlarında Kapital Bank ASC-nin keçmiş müdiri hazırda vəfat etmiş tanışı Hakim adlı şəxsə zəng vurub Mingəçevir şəhərində işləyən müəllimənin Bakı şəhərində Yasamal rayonun da yerləşən məkətəblərə yerdəyişmə etməsinə köməklik etməsini xahiş etdi. Hakim adlı şəxs isə belə bir şey edə biləcəyini bildirdi. Daha sonra Hakim ona zəng vurub həmin işi 10 000 manat müqabilində edə biləcəyini bildirdi. Bundan sonra o, Bəhruza zəng vurub dediyi işi 10 000 manat müqabilində həll edə biləcəyimi bildirdi. Bəhruz isə həmin şəxlə danışıb ona razı olduğunu bildirdi. Lakin o, Bəhruza Hakimin şəxsiyyəti barədə məlumat vermədi. 2018-ci ilin oktyabr ayında o, Hakimlə Bakı şəhəri “Şamaxinka” deyilən yerdə görüşdü və o, Hakimə işi görməsini və pulu göndərən kimi verəcəyini bildirdi. Bundan sonra Bəhruz Vhatsapp vasitəsi ilə ona işinə görə yerdəyişmə etmək istəyən xanımın haqqında olan məlumatları göndərdi. O isə həmin məlumatları Hakimə göndərirdi. Bəhruz daha sonra onu həmin işə görə yerdəyişmə etdirmək istəyən xanımın qohumu Vüqarla danışırdı. Bundan sonra o, həm Bəhruz həm Vüqarla telefonla danışdırdı. 2018-ci ilin oktyabr ayının 19-da Bəhruz öz adından onun adma Acces banka ilk dəfə 5000 manat pul göndərdi. Qalan pulu isə qısa müddət ərzində göndərəcəyini deyirdi. O isə etiraz etmirdi. Lakin Bəhruza və Vüqara əgər iş tez alınsa qalan pulu tez bir zamanda göndərməli olduğunu dedi. Onlar isə razılaşdılar. O, Bəhruzun ona göndərdiyi 5000 manat pulu Bakı şəhərində yerləşən Acces bankın xatırlamadığı filialından götürdü və həmin günü axşam saatlarında Hakimlə Bakı şəhəri Şamaxinka deyilən yerdə görüşüb Hakimə verdi. Hakim ona qalan pulun nə vaxt veriləcəyini soruşduqda o, Hakimə narahat olmamağı və işi tezləşdirməyi deyirdi. O, Hakimə 5000 manat pul verən zaman yanlarında heç kim olmamışdır. Həmçinin bildirmişdir ki, Hakim həmin 5000 manat puldan ona heç bir məbləğdə pul verməmişdir. Həmin vaxtlar o, mütamadi olaraq Bəhruz və Vüqarla telefonla danışdırdı və işin qısa müddət ərzində həll olacağını deyirdi, çünki, Hakimlə danışan vaxtı Hakim ona narahat olmamağı və bu işin 4- 5 ay müddətində hazır olacağım deyirdi. Bundan sonra xx.xx.2018-ci il tarixdə Bəhruz öz adından onun adma Acces bank vasitəsi ilə 1500 manat, xx.xx.2018-ci il tarixdə isə yenədə öz adından onun adma Accesbank vasitəsi ilə 1500 manat pulu Vüqarın qohumu Bakı şəhəri Yasamal rayonunda yerləşən məktəbə yerdəyişmə etməsi üçün göndərdi. O, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə Bəhruzun ona göndərdiyi pulları Bakı şəhərində Acces bankdan çıxardıb pulları çıxartdığı tarixdə Hakimlə Bakı şəhərində Şamaxinka deyilən yerdə görüşüb Vüqarın qohumunu Bakı şəhəri Yasamal rayonuna məktəbə yerdəyişmə etməsi üçün verdi. O, hər dəfəsində Hakimə 1500 manat pul verən zaman onların yanında heç kim olmamışdır və Hakim onun xx.xx.2018-ci il tarixdə 1500 manat, xx.xx.2018-ci il tarixdə verdiyi 1500 manat puldan ona heç bir məbləğdə pul verməmişdir. 2018-ci ilin dekbar ayında o, Mingəçevir şəhərinə gələn zaman Bəhruz və Vüqarla görüşdü.Vüqar Mingəçevir şəhəri Mingəçevir şəhər Polis Şöbəsinin yaxınlığında ona məxsus Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobilin salonunda Bəhruzun yanında qohumunun işinin alınması üçün qalan 2000 manat pulu ona verdi. O, Bakı şəhərinə qayıtdıqdan sonra yəni 2018-ci ilin dekabr ayının sonlarında Hakimlə Bakı şəhərində Şamaxinka deyilən yerdə görüşdü və o, Hakimə Vüqarın qohumunun işinin alınması üçün qalan 2000 manat pulu verdi. Həmin vaxt onların yanında heç kim olmamışdır və Hakim həmin puldan ona heç bir məbləğdə pul verməmişdir. Bundan sonra Vüqar və Bəhruz onunla mütamadi olaraq əlaqə saxlayıb işin gedişatı ilə maraglamrdılar. O isə bu işin alınması üçün vaxt lazım olduğunu deyirdi. Lakin bir miidət sonra Vüqar və Bəhruz ondan pullarını istəməyə başladılar. O isə Hakimə zəng vurub Vüqar və Bəhruzun onu incitdiklərini deyirdi. Hakim isə ona yenədə bu işin alınması üçün müəyyən vaxt lazım olduğunu deyirdi. Bundan sonra o, Mingəçevir şəhərində olan tanışı Elgiz adlı şəxsə zəng vurub Vüqar və Bəhruzu sakitləşdirməyi xahiş etdi. Həmin vaxtlar Hakim adlı şəxs ağır ürək xəstəsi olduğu üçün səhhəti pisləşmişdi və bu səbəbdən o, Hakimlə çox əlaqə saxlaya bilmirdi. 2019-cu ili mart ayında Bəhruz, Vüqar və Elgiz Bakı şəhərinə gəldilər. Onlar Bakı şəhərində Yasamal rayonu, Topçubaşov adma Mərkəzi Cərrahiyyə xəstəxanasının qarşısında olan çayxanada görüşdülər. Həmin vaxt Vüqar və Bəhruz ondan 10 000 manat pulu istədikləri üçün o, məcbur qalıb özünə məxsus Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobilin texnikipasport və açarlarını Vüqara Bəhruzun və Elgizin yanında verdi. Həmçinin bildirmişdir ki, o, həmin avtomobili 2018-ci ilin sentyabr ayında almışdı. O, həmin avtomobili alan zaman 24300 manat almışdır. O, həmin avtomobili alan zaman 10300 manat pulum var idi. Qalan 14000 manat pulu isə Bank Respublika vasitəsi ilə ödədi. Yəni avtomobili banka girov qoyaraq 14000 manat pul götürmüşdür. Banka girov qoyulub pul çıxarılması məsələsini Ekolizinq şirkəti elədi. O isə hər ay banka 641 manat pul ödəyirdi və avtomobili Vüqara verənə qədər banka 6 ay 641 manat pul ödəmişdi.Vüqar ondan avtomobili ona verdiyi 10 000 manat müqabilində götürdü və onların arasındakı məsələ bağlandı. Bundan bir ay sonra Vüqar onu yığıb ondan 10000 manat pulu tələb etməyə başladı. O isə Vüqara avtomobil verdiyini və aralarında olan məsələnin bağlandığını bildirdi. Vüqar isə avtomobil lazım olmadığını və 10 000 manat pulu verməyini dedi. O isə Vüqara ona məxsus avtomobili gətirdikdən sonra pulu ona verəcəyini dedi. Vüqar isə avtomobilin olmadığını bildirdi. O Vüqara “necə yəni avtomobil yoxdur” dedikdə Vüqar, ona avtomobili Elgizə verdiyini bildirdi. O isə avtomobili Vüqara verdiyini və avtomobili gətirməsini dedi. Həmin vatxdan aralarında olan mübahisə davam edirdi. Həmin vaxtlar isə o, Hakimin ürək xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etdiyini öyrəndi. Lakin o, Hakimə verdiyi 10 000 manat pulu heç kimdən tələb edə bilmədi. Həmçinin o, ona məxsus avtomobilin yoxa çıxması ilə bağlı olaraq dəfələrlə Mingəçevir ŞPŞ-nə müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra Bəhruz və Vüqar dəfələrlə onunla əlaqə saxlayırdı, Vüqar tanımadığı şəxsləri onun yaşadığı qapıya göndərirdi. Bir müddət sonra Bəhruz ona zəng vurub Vüqarın onu incitdiyini, onunla Vüqarı Bəhruz tanış etdiyinə görə Vüqarın Bəhruzu günahkar bilməsi səbəbindən 3300 manat Vüqara pul verdiyini bildirdi. O isə Bəhruza 600 manat əvvəlcədən borcu olduğunu və 3300 manat sonradan Vüqara verdiyi onun aylıq olaraq Bəhruza pul göndərəcəyini dedim. Bəhruz isə razılaşdı. Lakin onun başqa şəxslərə borcu olduğundan aylıq onun təqaüdündən 951 manat pul tutulduğundan o, Bəhruza aylıq pul göndərə bilmədi. Lakin Vüqar yenədə ona mütamadi olaraq zəng vurub qalan pulunu istəyirdi. Bu barədə dostu Fərhadın xəbəri var idi və 2021-ci ilin sentyabr ayında dostum Fərhad özünə məxsus Birkartdan 4000 manat pul çıxardıb onun yanında Vüqara onun borcundan çxıması üçün verdi.Həmçinin o verilən şullara cavab olara bildirmişdir ki, Bəhruzun oğlu X9 şəhər Qaz İdarəsinə işə düzəltmək adı ilə Bəhruz Nəcəfimin xx.xx.2018-ci il tarixdə ona Şahid2 adma Beynəlxalq bank vasitəsi ilə 4000 manat pul göndərməsini, onun həmin pulu Oqtay adlı şəxsə Məmmədlini Mingəçevir şəhər qaz idarəsinə işə düzəltmək məqsədi ilə verməsini, lakin Oqtay adlı şəxsin Məmmədəli Nəcəflinin müqavilə əsasında işə düzələcəyini bildirdikdən sonra bu barədə Bəhruza məlumat verməsini və Bəhruzun isə buna razı olmadıqdan sonra 4000 manat pulu Oqtaydan alıb 2018-ci ilin iyul ayının sonunda 4000 manatdan 2000 manatını Bakı şəhərində Bəhruza geri qaytarmasını, 1400 manatı isə 2018-ci ilin avqust və sentyabr ayında kartla Bəhruza göndərməsini və hazırda Bəhruza 600 manat borcunun qalmasını bildirmişdir.X3 Nəcəflini qaz idarəsinə işə düzəltmək üçün 2018-ci ilin dekabr ayında Mingəçevir şəhərində Express bankın qarşısında Zərərçəkmiş şəxs2 yanında 3000 manat pul verməsinin yalan olduğunu bildirmişdir.Həmçinin o, Bəhruzun hanıs səbəbdən Sumqayıt şəhərindən Kapital Bankdanm kredit götürməsindən məlumatı olmadığını, Bəhruza heç bir köməklik etmədiyini bildirmişdir. Həmçinin ifadəsində Zərərçəkmiş şəxs2 yalan danışdığını, Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri Sukanal İdarəsinə işə düzəltmək üçün ondan heç bir məbləğdə pul almadığını və aralarında belə bir razılaşma olmadığını bildirmişdir. Bundan başqa ifadəsində Vüqarın dostunun bacısının Bakı şəhərində müəllimə kimi işə düzəlməsi üçün Zərərçəkmiş şəxs2 aldığı 10000 manat pulu hakim adlı şəxsə verdiyini. Hakim adlı şəxsə verdiyi 10000 manatdan ona heç bir məbləğdə pul çatmadığını bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam ödəmişdir. Ona görə də barəsində yüngül qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Mingəçevir şəhər sakini olan X11 uzun müddətdir ki, tanıyır. 2018-ci ilin sentyabr ayında o, Bəhruzla Mingəçevir şəhər ərazisində yas mərasimində olan zaman Bəhruz onun yanında telefon ilə kiminləsə işə düzətmək barədə danışırdı. Həmçinin bildirmişdir ki, həmin ərəfədə onun yaxın dostluq etdiyi Samir adlı şəxs Bakı şəhərində yaşayan bacısını Bakı şəhərində məktəblərin birinə müəllimə kimi işə düzəltmək istəyirdi. Lakin adam tapa bilmirdi və Samir ondan münasib adam olsa bacısını işə düzəltmək istədiyini bildirdi. O, Bəhruzdan işlə bağlı kim ilə danışdığını soruşduqda Bəhruz İlqar adlı tanışının vasitəsi ilə oğlu Məmmədəlini Mingəçevir şəhərində Qaz idarəsinə düzəltmək istədiyini bildirdi. O isə Bəhruza dostu Samirin bacısını müəllimə kimi işə düzəltmək istədiyini bildirdi. Bəhruz isə ona İlqarın mobil nömrəsini verib özünün danışmağını bildirdi. O, Bərhuzdan İlqarın nömrəsini alıb həmin vaxtı istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə İlqarı yığıb Bəhruzun tanışı olduğunu bildirdi və İlqara dostu Samirin bacısını Bakı şəhərində yerləşən məktəblərin birinə ibtidai sinif müəlliməsi kimi işə düzəltməyini xahiş etdi. İlqar isə ona bunu edə biləcəyini lakin bunun müqabilində 10 000 manat pul vermək lazım olduğunu bildirdi. O isə dostu ilə danışıb ona xəbər edəcəyini bildirdi. Həmin günü o, Samirlə axşam saatlarında çayxanada görüşdü. O, Samirə Bakı şəhərində İlqar adlı şəxsin bacısını 10 000 manat müqabilində Bakı şəhərində yerləşən məktəblərin birinə ibtidai sinif müəlliməsi kimi işə düzəldə biləcəyini dedi. Samir isə razılaşdı. Lakin Samir ona hazırda 10 000 manat pul düzəldə bilməyəcəyini, pulu hissə hissə verə biləcəyini dedi. O isə İlqarla danışıb Samirə məlumat verəcəyini dedi. Sabahsı gün o, Samirin istifadəsində olan mobil nömrəyə zəng vurub dostunun bacısını Bakı şəhərində yerləşən məktəblərin birinə ibtidai sinif müəlliməsi kimi işə düzətlmək üçün 10 000 manat pul verməyə razı olduğunu lakin pulun hissə hissə veriləcəyini bildirdi. İlqar adlı şəxs isə razılaşdı. 2018-ci ilin oktybr ayında İlqar ona zəng vurub pulun bir hissəsini göndərmək lazım olduğunu və həmçinin işə düzələsi adamın sənədlərini “Vhatsapp” vasitəsi ilə göndərməyini bildirdi. O isə Samirə zəng vurub məlumat verdi. Bundan sonra xx.xx.2018-ci il tarixdə o Samirlə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Azerkabelin” qarşısında görüşdülər. Samir bacısının işə düzəlməsi üçün ilkin olaraq ona 5000 manat pul verdi. Həmçinin o, Samirin bacısının işə qəbul edilməsi üçün lazım olan sənədlərin (şəxsiyyət vəsiqəsi, diplom və digər) şəklini çəkib həmin günü İlqarın istifadəsinə olan mobil nömrəyə “Vhatsapp” vasitəsi ilə göndərdi. O, Samirdən 5000 manat pulu aldıqdan sonra pulu bank vasitəsi ilə İlqara göndərməli idi. Lakin o, həmin ərəfədə şəxsiyyət vəsiqəni itirdiyindən Bəhruza zəng vurub görüşdü və Bəhruza İlqara göndərəcəyi pulu onun adından göndərməyi xahiş etdi. Bəhruz isə razılaşdı. xx.xx.2018-ci il tarixdə o və Bəhruz Mingəçevir şəhər "xxxx"a getdilər və o, Zərərçəkmiş şəxs1 adından 5000 manat pulu Təqsirləndirilən şəxs adma dostu Samirin bacısını Bakı şəhərində yerləşən məktəblərin birinə ibtidai sinif müəlliməsi kimi düzəltməsi üçün göndərdi. Pulu göndərdikdən sonra İlqarla mobil telefon ilə əlaqə saxladı və İlqar pulu bankdan götürdüyünü bildirdi. Bundan sonra İlqar ona mütamadi olaraq zəng vurub işin hazırlanması üçün qalan puluda vermək lazım olduğunu deyirdi. O, isə Samirə bu barədə məlumat verdi.2018-ci ilin noyabr ayının əvvələrində o, Samirlə görüşdü və Mingəçevir şəhər ərazisində Samirdən 3000 manat pul aldı. xx.xx.2018-ci il tarixdə o, yenədə İlqara pul göndərmək üçün Bəhruza zəng vurub şəxsiyyət vəsiqəni tapmadığını və onun adından pul göndərməyini xahiş etdi. Bəhruz isə razılaşdı. xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində yerləşən “Accesbank”dan Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs adma dostu Samirin bacısının Bakı şəhərində yerləşən məktəbə müəllimə kimi işə düzəltməyi üçün 1500 manat pul göndərdi. Lakin İlqar pul aldıqdan sonra qalan pulu tezləşdirməyini deyirdi. O isə Samirdən aldığı 3000 manat puldan 1500 manatını göndərsədə qalanı 1500 manatı saxladı ki, işlə bağlı nəticə olsun sonra göndərsin.Lakin İlqar ona mütamadi olaraq zəng vurub qalan pulu göndərmək lazım olduğunu deyirdi. Bundan sonra 13 noyabr 2018-ci il tarixdə o, yenə də Zərərçəkmiş şəxs1la Mingəçevir şəhərində yerləşən “Accesbank”dan Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs adına dostu Samirin bacısının Bakı şəhərində yerləşən məktəbə müəllimə kimi işə düzəltməyi üçün 1500 manat pul göndərdi. İlqar qısa müddət ərzində işin düzələcəyini deyirdi. Həmçinin bildirmişdir ki, həmin vaxta qədər Bəhruzun oğlu Məmmədəlini Mingəçevir şəhərində Qaz idarəsinə işə düzəltməyi üçün Təqsirləndirilən şəxs 4000 manat göndərdiyini bildirdi. Bəhruz İlqara 3000 manat pul verməli idi. 2018-ci ilin dekabr ayında İlqar zəng vurub Mingəçevir şəhərinə gələcəyini o və Bəhruzun qalan pulu hazırlamaqlarını dedi. Bundan sonra o, Samirə məlumat verib 2000 manat pulu vermək lazım olduğunu dedi. Samir isə razılaşdı və 2018-ci ilin dekabr ayının əvvəllərində o, Samirlə Mingəçevir şəhər ərazisində görüşüb 2000 manat pulu Samirin bacısının müəllimə kimi işə düzəlməsi üçün aldı. 2018-ci ilin dekabr ayında İlqar özünə məxsus Hundai Sonata markalı avtomobil ilə Mingəçevir şəhərinə gəldi və o, Bəhruzla Mingəçevir şəhəri Express bankın qarşısında İlqarla görüşdülər. O, avtomobildə arxa oturacaqda Bəhruz isə ön oturacaqda əyləşdi. O, İlqara Bəhruzun yanında avtomobilin salonunda dostu Samirin bacısını Bakı şəhərində işə düzəltməsi üçün 2000 manat verdi. Bərhuzda onun yanında oğlunu Mingəçevir şəhərində qaz idarəsində işə düzəltməsi üçün qalan 3000 manat pulu onun yanında verdi. Bundan sonra İlqar onlara 2019-cu ilin yanvar ayında hər ikisinin işinin alınacağını və işə çıxacaqlarını dedi və Bakı şəhərinə geri qayıtdı. Həmçinin bildirmişdir ki, o, İlqarla mütamadi olaraq danışan zaman İlqara onunda işsiz olduğunu və onu işə düzəltməyini xahiş edirdi. 2018-cilin dekabr ayının sonlarında İlqar ona zəng vurub onu Mingəçevir şəhərində Su idarəsinə işə düzəldə biləcəyini lakin bunun müqabilində 6000 manat pul vermək lazım olduğunu bildirdi. O isə ilk olaraq İlqara pulu hissə hissə ödəyəcəyini desədə İlqar onun işə tez qəbul edilməyi üçün 6000 manat pulu tam halda vermək lazım olduğunu dedi. O isə razılaşdı. Bir neçə gün sonra İlqar yanında tanımadığı 2 nəfər şəxslə Mingəçevir şəhərinə gəldi. O, İlqarla Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Ana Dili abidəsinin qarşısında görüşdü və o, İlqara onu Mingəçevir şəhəri Su İdarəsində işə düzəltməyi üçün 6000 manat pul verdi. Bu zaman onların yanlarında heç kim olmamışdır. Həmçinin o, İlqara işə qəbul edilməyi üçün lazım olan sənədlərin şəklini çəkib Vhatsapp proqramı vasitəsi ilə göndərdi. İlqar onun işə qəbul ediləcəyini, lakin ilkin olaraq 15 gün müddətində Su idarəsinə kursa getməli olduğumu deyirdi. 2019-cu ilin yanvar ayı olmasına baxmayaraq İlqarın dedikləri heç biri olmadı. O və Bəhruz İlqara mütamadi olaraq zəng vurub pullarını istəyən zaman İlqar onlara səbirli olmaqlarını deyirdi. Bundan sonra o, dəfərlələ Bakı şəhərinə İlqarın yanma getmiş, İlqar ona qısa müddətdə kredit götürüb pulu verəcəyini desədə pulu geri qaytarmamışdır. Həmçinin, o verilən suallara cavab olaraqo, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 bacısını və Bəhruzun oğlunu işə düzəldəcəyini güman edib əlavə olaraq özünün işə düzəlməsi Təqsirləndirilən şəxs 6000 manat pul verməsini bildirmişdir. Bundan başqa ifadəsində Zərərçəkmiş şəxs3 bacısını işə düzəlməsi üçün Təqsirləndirilən şəxs 8000 manat pulu öz şəxsiyyət vəsiqəsini həmin vaxtlar itirdiyindən Zərərçəkmiş şəxs1 adından göndərdiyini və Zərərçəkmiş şəxs3 bacısının işə düzəlməsi üçün Təqsirləndirilən şəxs vermiş olduğu 10000 manat puldan ona heç bir məbləğdə pul qalmadığını bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, 2012-ci il tarixdən 2016-cı il tarixədək Bakı şəhərində yerləşən N saylı hərbi hissədə Təqsirləndirilən şəxs ilə birgə zabit kimi xidmət etmişlər. 2016- cı il tarixdə o, təqaüdə çıxdı. Təqsirləndirilən şəxs isə 2018-cı il tarixdə təqaüdə çıxmışdır. 2016- cı il tarixdə o, təqaüdə çıxmağına baxmayaraq İlqarla yaxşı münasibəti olduğundan tez tez əlaqə saxlayırdılar və İlqar Mingəçevir şəhərinə gələn zaman onlar görüşürdülər. 2018-ci ilin iyul ayında oğlu Məmmədəli hərbi xidmətdən geri qayıtdı və o, oğlunu münasib yerə işə düzəltmək istəyirdi. Həmin vaxtlar o, İlqar ilə telefon ilə danışan zaman İlqar ona oğlunun işləyib işləmədiyini sorşuqda o, İlqara oğlunu münasib yerə işə düzəltmək istədiyini bildirdi. İlqarla telefon ilə danışan zaman ona oğlu Məmmədəlini Mingəçevir şəhərində qaz idarəsinə işə düzəldə biləcəyini, Azəriqazda tanışı olduğunu bildirdi. Həmçinin bildirmişdir ki, İlqar həmin vaxtlar artıq təqaüdə çıxmış və Bakı şəhəri Abşeron rayonunda icarəyə götürdüyü mağazanı işlədirdi. O, İlqara telefon ilə danışan zaman İlqara hazırda pulu olmadığını bildirdi. İlqar isə ona tanışı ilə danışıb oğlu Məmmədəlini işə düzəltmək üçün nə qədər pul lazım olduğunu öyrənib ona deyəcəyini demişdir. Təxminən 2-3 gün sonra İlqar ona zəng vurub oğlu Məmmədəlini Mingəçevir şəhərində yerləşən qaz idarəsinə işə düzəltmək üçün 7000 manat pul vermək lazım olduğunu bildirdi. O, İlqara yenədə pulu olmadığını bildirən zaman İlqar ona kredit götürməyi məsləhət gördü. Lakin o, İlqara banklarda adma gecikmə olduğu üçün kredit götürə bilmədiyini dedi. İlqar isə ona Sumqayıt şəhərində yerləşən Kapital Bankda tanışı olduğunu və ona kredit götürülməsində köməklik edə biləcəyini bildirdi. xx.xx.2018-ci il tarixdə İlqar ona zəng vurub Bakı şəhərinə gəlməyini və ona kredit götürülməsində köməklik edə biləcəyini bildirdi. xx.xx.2018-ci il tarixdə o, Bakı şəhərinə getdi və İlqarla Bakı şəhərində 20 yanvar deyilən ərazidə görüşdülər. İlqar ona Sumqayıt şəhərində yerləşən Kapital banka getməyini və orada ona köməklik edilib kredit veriləcəyini dedi. Həmin günü o, Sumqayıt şəhərinə getdi və orada o, öz kimliyi barədə məlumat verdikdən sonra ona 7500 manat kredit verildi. Həmin 7500 manat kreditdən bankda xidmət haqqı kimi 75 manat, 375 manat sığorta haqqı tutuldu. O, bankdan çıxdıqdan sonra Bakı şəhərində İlqarla 20 yanvar deyilən yerdə görüşdülər. İlqarla söhbət zamanı İlqar ona Mingəçevir şəhərinə getməyini və dediyi vaxtda ona pul göndərməyini dedi. Həmçinin bildirmişdir ki, o, İlqara pulun hamısını əvvəlcədən verməyəcəyini, pulu hissə-hissə verəcəyini dedi. İlqar isə razılaşmışdı. 2018-cı ilin iyul ayının 16-da İlqar ona zəng vurub Bakı şəhəri Abşeron rayonunda icarəyə götürdüyü mağazada olduğunu, mağazadan çıxa bilmədiyini və bank vasitəsi ilə Şahid2 adına oğlu Məmmədəlini işə düzəltmək üçün ilkin olaraq 4 000 manat pul göndərməyini dedi. xx.xx.2018-ci il tarixdə o, oğlu Məmmədəlini Mingəçevir şəhəri qaz idarəsində işə düzəlməsi üçün İlqarın dediyi Şahid2 adına Mingəçevir şəhərində yerləşən Beynəlxalq bank vasitəsi ilə 4000 manat pul göndərdi.Bankdan İlqarın dediyi adamın adma pul göndərmək üçün o, Mingəçevir şəhərində yerləşən Beynəlxalq banka tək getmişdir. Həmin günü axşam saatlarında o, İlqara zəng vurub pulu götürdüyünü soruşduqda İlqar 4000 manat pulu götüdüyünü bildirdi. Bundan sonra İlqar ona qısa müddət ərzində oğlunun işə düzələcyini bildirirdi. O, İlqarla telefon ilə mütamadi olaraq danışan zaman tanışı Vüqar onun danışıqlarını eşidib İlqarın kim olduğunu soruşdu. O isə Vüqara İlqarın onun keçmiş iş yoldaşı olduğunu bildirib oğlu Məmmədəlini işə düzəldəcəyini bildirdi.Vüqar onada köməklik etməyini bildirdi. O isə İlqarın nömrəsini Vüqara verdi və İlqarla özünün danışmağını bildirdi. Vüqar isə İlqarı onun yanında yığıb tanışılq verdi və dostunun bacısını işə düzəltmək istədiyini bildirdi. İlqar isə Vüqarada köməklik edə biləcəyini dedi. 2018-cı ilin dekabr ayında İlqar Mingəçevir şəhərinə onun və Vüqarın işinə görə gəldi. 2018-cı ilin dekabr ayında o, və X19 şəhəri, "xxxx" bankın qarşısında görüşüdülər. İlqar özünə məxsus Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobil ilə avtomobil ilə gəlmişdi. O və Vüqar İlqarın avtomobilinə əyləşdilər, o, avtomobildə ön oturacaqda Vüqar isə arxa oturacaqda əyləşmişdir. İlqar Mingəçevir şəhərinə tək gəlmişdi. O, İlqara oğlu Məmmədəlini Mingəçevir şəhərində yerləşən Qaz idarəsinə düzəltmək üçün Vüqarın yanında qalan 3000 manat pulu verdi. İlqar 2019-cu ilin yanvar ayında oğlu Məmmədəlinin işə çıxacağını bildirdi. Vüqar isə dostunun bacısının işinə görə onun yanında İlqara 2000 manat verdi. Həmçinin bildirmişdir ki, Vüqar dostunun bacısını işə düzəltməsi üçün xx.xx.2018-ci il tarixdə 5000 manat, xx.xx.2018-cı il tarixdə 1500 manat, xx.xx.2018-ci il tarixdə 1500 manat, ümumilikdə 8000 manat pulu onun adından Mingəçevir şəhərində yerləşən "xxxx" vasitəsi ilə Təqsirləndirilən şəxs adma göndərmişlər. Bundan sonra İlqar Bakı şəhərinə geri qayıtmışdr. 2019-cu ilin yanvar ayında o, İlqara zəng vurub oğlu Məmmədəlinin işə düzəlməsi barədə maraqlandıqda İlqar ona bir müddət gözləməyi iş düzəldən adamın hazırda işdə olmadığını bildirirdi. O və Vüqar İlqarın onların aldatdığını başa düşüb İlqardan pulunu istəməyə başladı. Lakin İlqar onlara bir müddət gözləməyi deyirdi. Bundan sonra o və Vüqar dəfərlərlə Bakı şəhərinə gedib İlqarla görüşsələrdə onlara söz verib onları aldadırdı.Həmçinin o verilən suallara cavab olaraq, o, Təqsirləndirilən şəxs onun oğlu Məmmədəli Nəcəflini işə düzəldəcəyinə inanıb Vüqarın İlqara 8000 manat pul göndərməsinə razılıq verib Vüqarın şəxsiyyət vəsiqəsini itirdiyi üçün öz adından göndərmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur.Odur ki, təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs2 ilə eyni binada yaşamışlar və yaxın münasibətləri olmuşdur. Bildirmişdir ki, bacısı Samirə Bakı şəhərində yaşayır və bacısını Bakı şəhərində məktəblərin birinə işə düzəltməyi üçün Vüqardan köməklik etməyini xahiş etdi. O isə bu barədə Vüqarla Mingəçevir şəhərində oturub çay içən zaman söhbət açmışdı.2018-ci ilin sentyabr ayında Vüqarla yenədə Mingəçevir şəhər ərazisində xatırlmadığı çayxanada çay içən zaman Vüqar ona bacısı Samirəni Təhsil Nazirliyində işləyən tanışının vasitəsi ilə işə düzəldə biləcəyini və bunun müqabilində 10 000 manat pul vermək lazım olduğunu bildirdi. O isə Vüqara razı olduğumu lakin pulu hissə hissə verəcəyini bildirdi. Vüqar isə razılaşdı. xx.xx.2018-ci il tarixdə o, bacısı Samirənin işə düzəlməsi üçün ilkin olaraq 5000 manatı Vüqara Mingəçevir şəhər, H.Əliyev prospektində yerləşən Azərkabelin qarşısında görüşüb verdi. Bu zaman onların yanında heç kim olmamışdır.Həmçinin o, Vüqara bacısı Samirənin diplomunun, şəxsiyyət vəsiqəsinin və digər sənədlərinin şəklini çəkib Vatsap vasitəsi ilə göndərdi. Bundan sonra o, bacısı Samirənin işinin düzəlməsi üçün 2018-ci ilin noyabr ayında 3000 manat, 2018-ci ilin dekabr ayında isə 2000 manat pulu Vüqara Mingəçevir şəhər ərazisində bacısı Samirəninin işinin düzəlməsi üçün verdi.Bu zaman onların yanında heç kim olmamışdır.Vüqarın deməsinə görə 2019-cu ilin yanvar ayında bacısı Samirə Bakı şəhərində məktəblərin birində ibtidai sinif müəlliməsi kimi işə başlayacaqdı. Lakin həmin vaxtdan keçməsinə baxmayaraq bacısı Samirənin işi alınmırdı.O, Vüqardan bu barədə soruşduqda Vüqar onuda aldatdıqlarını deyirdi. Bundan sonra o, Vüqardan pulunu tələb etməyə başladı. Vüqar bu günə kimi Vüqara verdiyi 10 000 manatdan 9450 manat pulunu geri almış, qalan 550 manat pulunu isə hələdə geri qaytarmamışdır. O, bacısı Samirənin işinin alınması üçün yalnız Vüqarla danışımışdır. Bu barədə əlavə heç kimlə danışmamışdır. Həmçinin bildirmişdir ki, o, bacısı Samirənin Bakı şəhərində məktəblərin birində ibtidai sinif müəlliməsi kimi işə düzəlməsi üçün Vüqara verdiyi 10 000 manat ona məxsusdur. Hazırda onun təqsirləndirilən şəxsdən hər hansı bir şikayət və tələbi yoxdur. Ona ödənilməmiş qalan 550 manat pulu tələb etmir və bundan sonra da etməyəcəkdir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Abduəli oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir tanıyır. Təqsirləndirilən şəxs onun dünyasını dəyişmiş atası Abduəlinin dostu İlhamın əmisioğludur. O, Təqsirləndirilən şəxs tanıyan vaxtlar İlqar AR MN-də hərbi xidmətdə polkovnik rütbəsində xidmət edirdi. Daha sonra isə təqaüdə çıxdı. O, Təqsirləndirilən şəxs arvadının onkoloji xəstə olduğunu bilirdi. 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurub Mingəçevir şəhərində Vüqar adlı şəxsə 10 000 manat pul borcu olduğunu və Vüqarla danışıb müddət almağın istəyirdi. Bundan sonra o, Vüqarla telefonla danışıb Vüqarla Mingəçevir şəhəri Asudə kafesində görüşdülər. O, Vüqarla danışıb İlqarın vəziyyətinin hazırda yaxşı olmadığını və bir qədər Vüqarı gözləməyi xahiş etdi. Daha sonra o, Bəhruz və Vüqar Mingəçevir şəhər ərazisində olan zaman Vüqar İlqarla mobil telefonla danışıb borcunu istəyirdi. İlqar isə Vüqara lizing əsasında aldığı Hundai Sonata markalı avtomobil olduğunu. Vüqara gəlib 10 000 manat borca müqabil avtomobili götürməyi bildirdi. Vüqar isə razılaşdı və 2019-cu il mart ayında o, Vüqar və Bəhruz Bakı şəhərinə İlqardan avtomobili götürmək üçün getdilər. Bakı şəhərində tanımadığı çayxanada oturdular və çayxanada olan zaman İlqar avtomobili faizə qoyub Oqtay adlı şəxsdən 3500 manat pul götürdüyünü və 3500 manat faizi ödədikdən sonra avtomobili götürə biləcəyini bildirdi. İlqar Bakı şəhərindən İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Kontakt Home”dan kreditə məişət əşyaları götürüb avtomobili 3500 manat faiz götürdüyü şəxsə verib avtomobili alıb Vüqara verə biləcəyini dedi. Vüqar isə razılaşdı. Bundan sonra X28 gedib oradan bir ədəd soyuducu, bir ədəd televizor və bir ədəd kondisaner kreditə aldı. Həmin məişət əşyaların ümumilikdə qiyməti 8000 manat idi. İlqar həmin məişət əşyalarını əyləşdikləri çayxananın qarşısına gətirdi. Oraya İlqara məxsus avtombilə görə 3500 manat faizə pul verib avtomobili girov saxlayan Oqtay adlı şəxs gəldi. İlqar Oqataya 8000 manat dəyərində olan məişət əşyalarının müqabilində ona məxsus Hundai sonata markalı **-PK-*** d.q.n-li avtomobili geri qaytarmasını bildirdi. Oqtay ilk öncə avtomobili geri qaytarmaq istəməsədə daha sonra razılaşdı. İlqar avtomobili Oqtaydan aldıqdan sonra Vüqara olan 10 000 manat borc müqabilində avtomobili Vüqara verdi. Vüqar isə İlqara məxsus Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobilin sənədlərini və açarlarını götürdü və İlqara 10 000 manat borcunu ödədiyi gün avtomobili ona geri qaytaracağını bildirdi. İlqar isə razılaşdı. Bundan sonra Vüqar, Bəhruz və o, Mingəçevir şəhərinə İlqara məxsus Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobil ilə gəldilər. Mingəçevir şəhərinə çatmağa az qalmış o, avtomobili saxlatdırdı və Vüqara avtomobilin əmanət olduğunu və avtomobili Mingəçevir şəhər ərazisində saxlayacağını bildirdi. Vüqar isə razılaşdı.Həmin vaxtdan o, avtomobili yaşadıqları binanın qarşısında saxladu Bir müddət sonra o, torpaq sahəsi satacaqdı və Vüqarla görüşüb torpaq sahəsini sata bilsə avtomobilin pulunu Vüqara verəcəyini dedi. Lakin onun işim alınmadı. Bir müddət sonra təxminən 5-6 ay sonra İlqar ona zəng vurub Mingəçevir şəhərində olduğunu bildirdi. O, İlqarla Mingəçevir şəhərində görüşdülər. İlqar avtomobili aparmaq üçün gəldiyini dedi. O isə etiraz etmədi. İlqar avtomobili evkatorla aparacağını dedi. O isə etiraz etmədi və avtomobilin açarlarını və sənədlərini İlqara verib çıxıb getdi. İlqarın avtomobili necə aparmasından xəbəri olmamışdır. Həmçinin o verilən suallara cavab olaraq, 2019-cu ilin mart ayında İlqarın ona zəng vurub Zərərçəkmiş şəxs2 10000 manat borcu olmasını və bu səbəbdən Vüqara onu bir qədər gözlməsini xahiş etdiyini, 2019-cu ilin mart ayında İlqarın Vüqara 10000 manat borcunu qaytara bilmədiyi üçün Vüqarla birlikdə Təqsirləndirilən şəxs təklifindən sonra İlqara nıəxssu Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobili götürmək üçün getdiyini, İlqarın onun yanında Vüqara 10000 manat borcu müqabilində Bakı şəhərində Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobili verdiyini bildirmişdir. İş üzrə şahid X13 məhkəməyə teleqram göndərərək məhkəmə prosesində iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildimişdir. Məhkəmə onun, məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəni də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, şahid X13 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2lə 2021-ci ilin sentyabr ayında İlqara görə tanış olmuşlar, o,İlqar və Vüqar çayxanada söhbət edən vaxt Vüqar İlqarın ona borcu olduğunu dedi. Daha sonra o, Kapital Bankdan birkart götürmüş və İlqarın xahişi ilə İlqarın Vüqara olan borcundan çıxılması üçün 2021-ci ilin sentyabr ayında İlqarın yanında Vüqaa 5000 manat pul vermişdir. Vüqar həmin 5000 manatı ondan aldıqdan sonra Bakı şəhərində Bank standarta və İrşad Telekoma gedib borclarını ödədiyini bilir. Daha sonra Vüqar Mingəçevir şəhərinə qayıtdıqdan 10 gün sonra o, Vüqara zəng edərək 200 manat pul istəmiş, odur ki, Vüqar onun əmək haqqı kartına 200 manat pul yükləmişdir. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə onun, məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəni də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Hadisə ilə bağlı bildirmişdir ki, 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayıb bir nəfər tanışının ona 4000 manat pul göndərməli olduğunu, həmin şəxsin onun adına pul göndərməyinə icazə verməyini xahiş etmiş, o isə etiraz etməmişdir. Həmin günü İlqar ondan anket məlumatlarını alıb ona pul göndərməli olan şəxsə göndərdi və həmin tarixdə tanımadığı. Adının sonradan Zərərçəkmiş şəxs1 bildiyi şəxs onun adma Beynəlxalq bank vasitəsi ilə 4000 manat pul göndərdi. Həmin günü yəni 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxsla birgə Abşeron rayonu. Xırdalan şəhərində yerləşən Beynəlxalq banka getdik və Zərərçəkmiş şəxs1 mənim adınma göndərdiyi 4000 manat pulu hesabından çıxardıb Təqsirləndirilən şəxs verdi. Təqsirləndirilən şəxs ona həmin 4000 manatdan heç bir məbləğdə pul verməmişdir. Həmçinin o verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 tanımadığını, onun hansı məqsəd ilə Təqsirləndirilən şəxs 4000 manat pul göndərməsini bilmədiyini və həmin 4000 manatdan ona heç bir məbləğdə pul qalmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, material üzrə cinayət işinin başlanması və işin istintaqının aparılması üçün aidiyyəti üzrə göndərilməsi barədə 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış HK-1/75 və HK-1/76 nömrəli materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə işarə verən dəlillərin olmasına kifayət qədər əsaslar olduğundan,istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Pərviz Ələkbərovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 may 2022-ci il tarixli qərarı ləğv olunaraq materiallar əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. cinayət işinin icraata qəbul edilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilməsi qərara alınmışdır. zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 oktyabr 2022-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışlar zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 oktyabr 2022-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır könüllü təqdim edilən sənədə baxış keçirilməsi və götürülməsi barədə 01 avqust 2022ci il tarixli protokoldan görünür ki, 01 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 oğlu Məmmədəli Nəcəfovu Təqsirləndirilən şəxs vasitəsi ilə Mingəçevir şəhər Qaz İdarəsinə işə düzəltmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri kapital bankdan 36 ay müddətinə 7500 manat krdit pul götürməsi barədə sənədləri Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təqdim etmiş, ərizə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin sənədlərə baxış keçirilmiş və götürülmüşdür. könüllü təqdim edilən sənədə baxış keçirilməsi və götürülməsi barədə 12 avqust 2022ci il tarixli protokoldan görünür ki, 12 avqust 2022-ci ci il tarixdə Zərərçəkmiş şəxs1 oğlu Məmmədəli Nəcəfovu Təqsirləndirilən şəxs vasitəsi ilə Mingəçevir şəhər Qaz idarəsinə işə düzəltmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs tanışı Şahid2 adma Beynəlxalq bank vasitəsi ilə 4000 manat pul göndərməsi barədə qəbz Mingəçevir ŞPŞ- nin İstintaq Bölməsinə təqdim etmiş, həmin qəbz iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin qəbzə baxış keçirilmiş və götürülmüşdür. könüllü təqdim edilən sənədə baxış keçirilməsi və götürülməsi barədə 19 avqust 2022ci il tarixli protokoldan görünür ki, 19 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 bacısını Bakı şəhərinə məktəblərin birinə müllimə kimi işə düzəltmək məqsədi ilə Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə 4985 manat, xx.xx.2018-ci il tarixdə 1500 manat və xx.xx.2018-ci il tarixdə 1494 manat pulun göndərilməsi barədə qəbzləri Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təqdim etmiş, həmin qəbzlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin qəzblərə baxış keçirilmiş və götürülmüşdür cinayət işinin icraatının dayandırılması haqqında 06 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim edilənə kimi ********* saylı cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə istintaq edilən cinayət işinin icraatı dayandırılmışdır. axtarışda olan şəxsin tutulması barədə 15 sentyar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ MSY-ya təhvil verilmişdir. cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilərək davam etdirilmişdir. əməlin tövsif edilməsi barədə 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, CM 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl CM-in 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. qətimkan tədbiri seçmək haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam seçilmiş Əhmədov X14 ŞPŞ MSY-dən azad edilmişdir. 18 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdə oğlu X7 şəhər Qaz İdarəsinə işə düzəltmək üçün 4000 manat pulu Beynəlxalq bank vasitəsi, qalan 3000 manat pulu isə 2018-ci ilin dekabr ayında Mingəçevir şəhəri, Express bankın qarşısında Zərərçəkmiş şəxs2 yanında verdiyini, X5 Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayında Mingəçevir şəhəri, Ana dili abidəsinin qarşısında pul verməsini lakin nə qədər pul verdiyini görmədiyini, həmçinin Təqsirləndirilən şəxs özünə məxsus Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtmobili Vüqara yox, Elgizə verdiyini bildirsədə Təqsirləndirilən şəxs Bəhruz Nəcəfimin üzünə qarşı onun yalan danışdığını, onun oğlu Məmmədəli Nəcəflini işə Mingəçevir şəhər Qaz İdarəsinə işə düzəltmək üçün Bəhruzun ona 4000 manat pul göndərməsini, lakin onun həmin 4000 manatdan 3400 manat pulu geri qaytarmasını, 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 Ana Dili abidəsinin qarşısında pul almadığını və özünə məxsus Elundai Sonata markalı avtomobili Vüqara borcu ola ola hansı səbəbdən Elgizə verməli olduğunu bildirmişdir. 18 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı dostunun bacısının Bakı şəhərində müəllimə kimi işə düzəlməsi üçün 10000 manat, özünün Mingəçevir şəhər Sukanal idarəsinə işə düzəlməsi üçün isə 2018-ci ilin dekabr ayının sonunda Mingəçevir şəhəri, Ana dili abidəsinin qarşısında 6000 manat pul verməsini, həmçinin İlqarın ona olan borcu müqabilində ona Hundai Sonata markalı avtomobil vermədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə X6 üzünə qarşı Zərərçəkmiş şəxs2 dostunun bacısını işə düzəltmək məqsədi ilə Vüqardan 10000 manat pul almasım, lakin 2018-ci ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər Sukanal İdarəsinə işə düzəltmək məqsədi ilə 6000 manat almadığını və Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobili Zərərçəkmiş şəxs2 olan 10 000 manat borcu müqabilində verdiyini bildirmişdir. 22 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 Abduəli oğlu ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirnmə istintaq hərəkəti zamanı Şahid1 2019-cu ilin mart ayında Vüqar Mustaafyev ilə Bakı şəhərinə İlqar X8 10000 manat borcu müqabilində İlqara məxsus Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobili götürmək üçün getdiklərini və Bakı şəhərində Təqsirləndirilən şəxs Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobili açar və sənədlərini onun yanında Zərərçəkmiş şəxs2 verdiyini Vüqar Mustafeyin üzünə qarşı demiş, Zərərçəkmiş şəxs2 isə Şahid1 üzünə qarşı onun yalan dediyi, 2019-cu ilin mart ayında Bakı şəhərinə Təqsirləndirilən şəxs avtomobili almaq üçün deyil, İlqarın ona olan borcunu almaq üçün getdiyini, Təqsirləndirilən şəxs isə Hundai Sonata markalı avtomobili ona deyil Şahid1 verdiyini bildirmişdir. könüllü təqdim edilən sənədə baxış keçirilməsi və götürülməsi barədə 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Nəcəfov X15 İlqar Bəhər oğlunun ona 2018-ci ilin avqust-sentyabr aylarında Kapital Banka məxsus təqaüd kart hesabına 1400 manat pul yükləmədiyini sübut etmək məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 hesab kartına dair çıxarışı Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təqdim etmiş, həmin çıxarış iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən həmin çıxarışa baxış keçirilmiş və tərəfindən götürülmüşdür. könüllü təqdim edilən sənədə baxış keçirilməsi və götürülməsi barədə 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi Kontakt homedən məişət əşyalarının kreditə götürülməsi ilə bağlı sənəd tərəfindən götürülmüş və həmin sənədə baxış keçirilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs ABC TELECOM MMC-nin xeyrinə Samsung markalı LED televizor, soyuducu və paltaryuyan üçün 5967 manat ödənilməmiş hissə, 596 manat dəbbə pulu, İMEİ kodu **********85599 İphone X 64 gb markalı telefon üçün 2826 manat ödənilməmiş hissə, 282 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinmi törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırıması cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırıması cəzası təyin edilmişdir. "xxxx" ASC-nin Mingəçevir ŞPŞ İB-in sorğusuna cavab məktubundan görünür ki, "xxxx" ASC-nin Xızı, Şabran, habelə həmin bölgələri üzrə filiallarında Hakim adlı şəxs işləməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş 15 oktyabr 2022-ci il tarixli məlumatda Təqsirləndirilən şəxs adına ərazi idarəsinin elektron məlumat bazasına əsasən heç bir əmlak olması aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 178.2.4, 32.4, 312.1 və 66.2-ci maddələrinə əsasən 03 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 29, 178.2.4 və 32.4 və 312.1-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixədək cəzasının 01 il 08 ay 10 gün hissəsini çəkmiş, hazırda cəzasının çəkilməmiş hissəsi 01 il 09 ay 20 gün təşkil edir. Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı aldığına görə pensiya alır. 15 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılması və barəsində xx.xx.2022-ci tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvdə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310 və 32.4, 312.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid2 əməllərində cinayət tərkibi olmadığından həmin şəxsin barəsində AR CM-nin 32.5, 178.1 və 178.2.1 -ci maddələri ilə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməlində AR CM-nin 32.5, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, Hundai Sonata markalı **-PK-*** d.q.n-li avtomobilin aqibətinin müəyyən ediməsi ilə bağlı olaraq cinayət işindən material ayrılması və bununla bağlı olaraq araşdırma davam etdirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edirlər. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyandan 550 manat ödənilməmiş qalmışdır. Buna baxmayaraq həmin vəsaiti tələb etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin mahiyyətindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, eyni əməllər təkrar törədildikdə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14) yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, müharibə veteranı olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli plenum qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)457/2021 saylı xx.xx.2021-ci il il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdə davam edir və hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlləri sonuncu hökmdən əvvəl yəni hər bir epizod üzrə 2018-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)457/2021 saylı, xx.xx.2021-ci il il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalı, 15 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün, (CM-nin 69.3) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq və əvvəlki hökm üzrə çəkdiyi 1 il 8 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-66.5), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayon ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)457/2021 saylı xx.xx.2021-ci il il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona qəti olaraq 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması iki gününə bərabər tutularaq 02 (iki) gün və əvvəlki hökm üzrə çəkdiyi 1 il 8 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşadığı ünvanı tərk etməmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minəndək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut və digər məhkəmə məsrəfləri yoxdur. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar