Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-25/2022 14.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda 04 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində tanışı Şahid6 Yevlax şəhərində 50 manat məbləğində pul verdikdən sonra, sonuncunun istintaqa məlum olmayan mənbədən Yevlax şəhərində qanunsuz olaraq əldə etdiyi və ona Yevlax şəhərində verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,619 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikdən dərhal sonra həmin çəkidə olan psixotrop maddənin 0,301 qram hissəsini heç bir qazanc və şəxsi maraq güdmədən Yevlax şəhərində tanışı Şahid4 qızına pay vermiş, qalan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,318 qram olan hissəsini isə satış məqədi olmadan üzərində gizlədib saxlayaraq Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımış, həmin gün saat 19:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Ala qapı” adlandırılan ərazidə Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Mingəçevir şəhər Polis şöbəsinə gətirildikdən sonra üzərində saxladığı və daşıdığı 0,318 çəkidə psixotrop maddə metamfetaminin 0,283 qram hissəsi üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf sellofan bükümünün içərisində onun əyinindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar olunaraq götürülmüş, 1 ədəd lampa şüşəsinin içərisində saxladığı və polis əməkdaşları tərəfindən saxlanıldığı zaman Şahid5 idarə etdiyi “VAZ 2107” markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ qabaq oturacağının ayaqaltısının üzərinə atdığı qalan 0,035 qram çəkidə olan hissəsi isə həmin gün saat 20 radələrində şəhər polis şöbəsində avtomobilə baxış keçirilən zaman oradan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, X3 təxminən 3-4 ildir ki, tanımışdır. Şahid4 Vladimirovanı isə şəhər sakini kimi tanıdı, onunla hər hansı yaxın münasibəti olmamışdır. 04.09.2021-ci il tarixdə saat 14 radələrində o, Ümidə zəng edərək gəlib yaşadığı ünvandan onu götürüb yeyib-içməyə getmək istədiyini dedi. Ümid də razılıq verdikdən sonra Ümidin yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən məcburi köçkünlər üçün inşa olunmuş qəsəbəyə getdi. Ümid gəldikdən sonra məqsədi “Səməni” restoranına getmək olmuşdur. Yolda Ümidlə psixotrop maddə olan metamfetamin barədə söhbət zamanı metamfetaminin istifadəçisi olduğundan hazırda da metamfetamin istifadə etmək istədiyini bildirdi. Ümidin Yevlax şəhərində metamfetamin satan tanışının olduğunu və ondan metamfetamin almasını bildiyindən Yevlax şəhərinə gedib metamfetamin almalarını dedi. Həmin yerə gedən zaman yolda Ümid telefonla metamfetamin almalı olduğu tanışı ilə danışdı və o, Ümidə 50 manatlıq metamfetamin almasını dedi. Lakin o, həmin şəxsin kim olmasını bilmədi. Əvvəllər tanıdığı Şahid5 idarə etdiyi “VAZ-2107” markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə şəhərdən çıxan zaman yolda metamfetamini istifadə etmək üçün mağazadan 2 ədəd lampa aldı. Yolda Ümid tanışı Viktoriyanın da “Şirvangöl” istirahət mərkəzindən şəhər istiqamətində gəldiyini, onlarla Yevlaxa getmək istədiyini dedi. Viktoriya Yevlax rayonu ərazisində avtomobilə əyləşdi. Avtomobildə o, qabaq sağ oturacaqda əyləşdi, onun arxasında Ümid, onun yanında isə Viktoriya əyləşdi. Onlar Yevlax şəhərinə daxil olub Kür çayı üzərində yerləşən körpünü də keçdikdən sonra, Ümidin verdiyi istiqamət ilə İlkin avtomobili sürdü. O, Yevlax şəhərini tanımadığından İlkinin hansı istiqamətdə avtomobili idarə etməsini bilmədi. Avtomobil dayandıqdan sonra o, Ümidə 2 ədəd 20 manatlıq əskinaz və 1 ədəd 10 manatlıq əskinaz olmaqla 50 manat pulu verdi. Ümid avtomobildən düşərək küçəyə daxil oldu. Təxminən 2 dəqiqədən sonra Ümid qayıdaraq avtomobilə əyləşdi. Qayıdan zaman Ümid əlində 1 ədəd sellofan torbanın içərisində olan psixotrop maddə olan metamfetamini ona verdi. O, həmin metamfetamini özündə olan 2 ədəd lampa şüşələrində istifadə üçün hazırladı. Yolda istifadə üçün metamfetaminin bir hissəsinin olduğu sellofan torba onda qaldı, metamfetaminin bir hissəsi Viktoriyada qaldı. Sonra isə həmin şüşələrdən birini o, istifadə etdi, digərini Ümid və Viktoriyanın istifadəsi üçün arxaya verdi. Mingəçevir şəhərinə gələn zaman şəhərin girişində “Ala qapı” adlanan yerdə polis əməkdaşları tərəfindən saxlanıldı və saxlanılan zaman o, əlində istifadə etdiyi içərisində metamfetamin olan lampa şüşəsini yerə, oturduğu oturacağın ayaqaltısının üzərinə qoydu. Onlar polis şöbəsinə gətirdilər. Polis şöbəsində ona vəkil təyin olundu və ona hüquqlarını müdafiə edəcəyi izah olundu. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. O da etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirildi. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən içərisində metamfetamin olan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Əməlindən peşimandır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04.09.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və Şahid4 qızının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və Şahid4 qızını Mingəçevir şəhərinin girişindəki “Ala qapı” adlandırılan ərazidə marketin qarşısında Şahid5 idarə etdiyi “VAZ 2107” markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman yaxınlaşaraq barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğu bildirilib onları polis şöbəsinə dəvət etdilər. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və Butsıkina X1 ŞPŞ-nə gətirildilər. Polis şöbəsinə onların hər birinin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə vəkilər dəvət olundu və vəkillərin iştirakı ilə onların hər birinə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərlərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və Şahid4 üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədilər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən şəffaf sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin aşkar olundu. Həmin şəffaf rəngli büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar olan kütlə olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş şəffaf rəngli bükümündə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 04.09.2021ci il tarixdə tanışları ilə birlikdə Yevlax şəhərinə getdiyini və həmin psixotrop maddəni almaq üçün Ümidlə 50 manat pul verdiyini, avtomobilə əyləşdikdən sonra aldığı psixotrop maddəni böldüklərini və qalan psixotrop maddə metamfetamini isə avtomobildə istifadə etdiklərini bildirdi. Daha sonra Şahid5 idarə etdiyi “Vaz 2107” markal ** FP *** d.q.n.n avtomobilə baxış keçirilmiş və avtomobilin qabaq sağ oturacağından 1 ədəd lapma şüşəsinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şahid5 həmin şüşənin içərisindəki metamfetaminin Təqsirləndirilən şəxs tərəfindən istifadə edildiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, həmin şüşəni avtomobilin ayaqaltısının üzərinə qoyduğunu bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş polis əməkdaşı Şahid3 da Şahid2 oğlunun ifadəsinə uyğun ifadə verdi. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, X3 bir neçə ay bundan əvvəl tanımışdı. 04.09.2021-ci il tarixdə o, Ümidə vatsapda mesaj yazaraq nə iş görməsi haqqında soruşduqda, təxminən 5 dəqiqə sonra Ümid ona zəng edərək harada olduğunu soruşdu, o, “Şirvangöl” istirahət mərkəzindən çıxdığını və şəhər istiqamətində gəldiyini dedi. Ümid taksi ilə Təqsirləndirilən şəxsla birlikdə “o tərəfə getdiyini” dedi. Ümidin dediyi o tərəf ifadəsi isə Yevlax şəhərinə psixotrop maddə olan metamfetamin almaq üçün getməsi demək idi. Emin və Ümidin psixotrop maddə olan metamfetamindən istifadə etmələri haqqında qabaqcadan məlumatı olmuşdur. Belə ki, o, əvvəllər də Ümidlə birlikdə metamfetamindən istifadə etmişdir. O da həmin psixotrop maddədən istifadə etdiyi üçün, həmin psixotrop maddədən istifadə etmək məqsədilə Ümidə Yevlax rayonu, Xaldan qəsəbəsi ərizəsindən onu da götürmələrini xahiş etdi. 20 dəqiqə sonra Ümid və Emin onun əvvəllər də tanıdığı Şahid5 idarə etdiyi “VAZ-2107” markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə gəldilər. O, da avtomobilə əyləşdi. Onlar Yevlax şəhərinə daxil olub Kür çayı üzərində yerləşən körpünü də keçdikdən sonra küçədə İlkin avtomobili saxladı. Ümid Emindən pul istədi. Emin də 2 ədəd 20 manatlıq əskinaz və 1 ədəd 10 manatlıq əskinaz olmaqla 50 manat pulu Ümidə verdi. Ümid avtomobildən düşərək küçəyə daxil oldu. Təxminən 2 dəqiqədən sonra Ümid qayıdaraq avtomobilə əyləşdi. Qayıdan zaman Ümid əlində 1 ədəd sellofan torbanın içıərisində olan psixotrop maddə olan metamfetamini Eminə verdi. Emin həmin metafetanimi özündə olan 2 ədəd lampa şüşələrinə istifadə üçün hazırladı. Yolda Emin istifadə üçün metamfetaminin bir hissəsinin olduğu sellofan torbanı ona verdi və o da metafetanimi cibinə qoydu. Sonra isə Emin həmin şüşələrdən birini ona verdi, digərini isə özündə saxladı. Yolda gələn zaman o, Ümid və Emin həmin metamfetamindən istifadə etdilər. Mingəçevir şəhərinə gələn zaman şəhərin girişində “Ala qapı” adlanan yerdə polis əməkdaşları tərəfindən saxlanıldı və saxlanılan zaman o, əlində istifadə etdiyi içərisində metamfetamin olan lapma şüşəsini yerə vuraraq sındırdı. Digər şüşə isə Emində olmuşdur. Onları polis şöbəsinə apardılar. Polis şöbəsində ona vəkil təyin olundu və vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. Həmçinin ona bildirildi ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirildi. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol arxa cibimdən içərisində metamfetamin olan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid1, Şahid5 və Şahid6 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 29-30-cu vərəqlərində olan 04 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ kiçik yan cibindən aşkar edilmiş şəffaf sellofan bükümdə içərisində ümumi çəkisi 0,283 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin 88-90-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 05 sentyabr 2021-ci il tarixli, 17/663 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik ....” sözləri yazılmış zərfin içərisindəki, ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 0,283 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid4 qızının üzərindən aşkar olunmuş narkotik...” sözləri yazılmış zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,301 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid5 məxsus avtomobildən aşkar olunmuş şüşə qap....” sözləri yazılmış zərfin içərisindəki, başlığına 1 manatlıq əskinazdan hazırlanmış boruşəkilli bükülü keçirilmiş 01 (bir) ədəd şüşə lampanın içərisində, təmiz çəkisi – 0,035 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminlərin ümumi təmiz çəkisi-0,619 qram, tədqiqata sərf edildi -0,120 qram(uyğun olaraq 1,2,3 №li ob.-0,050 qr., 0,050 qr., 0,050 qr.,0,020 qr.,), qalıq-0,499 qram Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 02 ədəd (iki) sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 02 (iki) ədəd sellofan bükümlərdə olan metamfetaminlər ilə digər 01 (bir) ədəd zərfdəki başlığına 1 manatlıq pul əskinazından hazırlanmış boruşəkilli bükülü keçirilmiş 01 (bir) ədəd şüşə lampanın içərisində olan metamfetamin tərkiblərinə görə eynidirlər. İşin 173-175-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 28 sentyabr 2021-ci il tarixli, 587 №li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs şəxsiyyətin dissosiativ-konversion pozuntusu, özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən, yəni 04.09.2021-ci il tarixdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İşin 176-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1321 saylı 02 noyabr 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda 04 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində tanışı Şahid6 Yevlax şəhərində 50 manat məbləğində pul verdikdən sonra, sonuncunun istintaqa məlum olmayan mənbədən Yevlax şəhərində qanunsuz olaraq əldə etdiyi və ona Yevlax şəhərində verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,619 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikdən dərhal sonra həmin çəkidə olan psixotrop maddənin 0,301 qram hissəsini heç bir qazanc və şəxsi maraq güdmədən Yevlax şəhərində tanışı Şahid4 qızına pay vermiş, qalan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,318 qram olan hissəsini isə satış məqədi olmadan üzərində gizlədib saxlayaraq Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımış, həmin gün saat 19:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Ala qapı” adlandırılan ərazidə Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Mingəçevir şəhər Polis şöbəsinə gətirildikdən sonra üzərində saxladığı və daşıdığı 0,318 çəkidə psixotrop maddə metamfetaminin 0,283 qram hissəsi üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf sellofan bükümünün içərisində onun əyinindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar olunaraq götürülmüş, 1 ədəd lampa şüşəsinin içərisində saxladığı və polis əməkdaşları tərəfindən saxlanıldığı zaman Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ qabaq oturacağının ayaqaltısının üzərinə atdığı qalan 0,035 qram çəkidə olan hissəsi isə həmin gün saat 20 radələrində şəhər polis şöbəsində avtomobilə baxış keçirilən zaman oradan aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 198-202-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 1(051)-140/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019–cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) ay hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1(bir) ay müddət hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanmaqla ona qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Nizami rayon məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 7(044)-3/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilmiş və ona Mingəçevir şəhər məhkəməsinin 08.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay hissəsi tamamilə azaldılaraq həmin cəzadan azad edilmişdir. İşin 185-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerdən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 26-cı vərəqində olan şübhəli şəxsi tutma haqqında 04.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 127-128-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 06 sentyabr 2021ci il tarixli, 4(051)-108/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 04 sentyabr 2021–ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, 04 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,248 qram psixotrop maddə-metafetamin məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10(on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, 04.09.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,248 qram psixotrop maddə-metafetamin məhv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-25/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-25/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver