Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-25/2023 16.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs– xx xxxxxxx 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci ilin iyul ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş, həmin komissiyanın xx.xx.2022-ci il tarixli rəyi ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilmiş, 2022-ci ilin iyul çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixli fərdi çağırış vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə gəlməli olduğu barədə lazimi qaydada xəbərdar olunmuş, lakin buna baxmayaraq heç bir üzürlü səbəblər və qanuni əsaslar olmadan 2022-ci ilin iyul çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə getməmiş, bununla da, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 14 yanvar 2005-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində hərbi uçota alındı. Həqiqi hərbi xidmət yaşı, yəni 18 yaşı 2007-ci ildə tamam olsa da, Qafqaz Universitetində ali təhsil aldığı üçün ona müəyyən müddətə möhlət hüququ verildi. Daha sonra 2013-cü ildə təhsil aldığı Qafqaz universitetindən xaric olundu, 2014-cü ildə işləmək məqsədilə Rusiya Federasiyasına getdi və xx.xx.2022-ci il tarixdə oradan Azərbaycan Respublikasına qayıtdı. Sərhədi keçən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun axtarışda olmağını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə yaxınlaşmağını bildirdilər. 31,03.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə gəldi və həkim komissiyasından keçirildi. Müayinə nəticəsində hərbi xidmətə yararlı hesab edildi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə təyin edildi və ona çağırış vərəqəsi verilərək məsuliyyət barədə xəbərdar olundu. Lakin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Əfəndiyev adına “X2” xəstəxanasında “kəskin qanqrenoz perforativ affendisit” diaqnozu ilə cərrahi əməliyyat olundu və buna görə də ona bir çağırış üzrə möhlət hüququ verildi. Daha sonra xx.xx.2022-ci il tarixdə həkim müayinəsindən keçirilməsi üçün göndəriş vərəqəsi verildi. Həkim rəyinə əsasən hərbi xidmətə yararlı hesab edildi, həmin tarixdə ona çağırış vərəqəsi verilərək xx.xx.2022-cı il tarixdə hərbi xidmətə göndəriləcəyi izah edildi. Lakin qeyd olunan tarixdə hərbi xidmətə getmək üçün gəlməmiş, hərbi xidmətə gedəcəyi halda ailənin maddi ehtiyaclarını ödəməyi mümkün olmayacağından o, hərbi xidmət keçməkdən boyun qaçırmışdır. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2019-cu ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində işləyir. Mingəçevir şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 14 yanvar 2005-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində hərbi uçota alınmışdır. Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət yaşı, yəni 18 yaşı 2007-ci ildə tamam olsa da, o, Qafqan Universitetində ali təhsil aldığı üçün ona müəyyən müddətə möhlət hüququ verilmişdir. Daha sonra 2015-ci ildə Təqsirləndirilən şəxs təhsil aldığı Qafqaz universitetindən xaric olunduğundan onun yenidən çağırışa cəlb olunması üçün müvafiq işlər görülmüş, lakin Təqsirləndirilən şəxs tapılmadığından onun gətirilməsi üçün şəhər polis şöbəsinə məktubla müraciətlər edilmiş, bu da nəticə vermədiyindən onun adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”-na daxil edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında Azərbaycan Respublikasına daxil olması barədə məlumat aldıqdan sonra onu şöbəyə dəvət etmişlər. 31,03.2022-ci il tarixdə Təqsirləndirilən şəxs həkim komissiyasından keçirilmiş, müayinə nəticəsində hərbi xidmətə yararlı hesab edilmiş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə təyin edilmiş və ona çağırış vərəqəsi verilərək məsuliyyət barədə xəbərdar olunmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri əfəndiyev adına “X2” xəstəxanasında “kəskin qanqrenoz perforativ affendisit” diaqnozu ilə cərrahi əməliyyat olunmuş və buna görə də onun hərbi xidmətə göndərilməsi mümkün olmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Mingəçevir ŞMX-nın Cərraiyyə şöbəsində həkim müayinəsindən keçirilməsi üçün göndəriş vərəqəsi verilmiş və ona “Appendekomiyadan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Həkim rəyinə əsasən Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmiş, həmin tarixdə ona çağırış vərəqəsi verilərək xx.xx.2022-ci il tarixdə hərbi xidmətə göndəriləcəyi izah edilmiş və müvafiq sərəncamla Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmişdir. Lakin Təqsirləndirilən şəxs qeyd olunan tarixdə hərbi xidmətə getmək üçün gəlməmiş və hərbi xidmət keçirməkdən boyun qaçırmışdır. Şahidlər Şahid2 və Şahid3 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşin 55-ci vərəqində olan xx.xx.2022-ci il tarixli hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. İşin 56-cı vərəqində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə çağırış vərəqəsinə imza edərək xx.xx.2022-ci tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə gəlməyi öhdəsinə götürmüşdür. İşin 146-cı vərəqində olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1248 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3304 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müvafiq sərəncamına əsasən Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci ilin iyul ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş, həmin komissiyanın xx.xx.2022-ci il tarixli rəyi ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilmiş, 2022-ci ilin iyul çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixli fərdi çağırış vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə gəlməli olduğu barədə lazimi qaydada xəbərdar olunmuş, lakin buna baxmayaraq heç bir üzürlü səbəblər və qanuni əsaslar olmadan 2022-ci ilin iyul çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə getməmiş, bununla da, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 166-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 47-48-ci vərəqlərində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Amid və xx.xx.2020-ci il təvəllüdlü Aslan adlı iki nəfər azyaşlı uşaqları var. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olması, əməlində peşiman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallardır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 98-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 118-121-ci vərəqlərində olan Mingəçevir şəhər Prokurorluğunun 26 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(051)- 25/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşin 189-cu “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut,ekspertiza xərci yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-25/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-25/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver