Məhkəmə qərarları › İş №1(051)-26/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-26/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-26/2021 19.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X11, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, X17, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs19 iştirakı ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 24.10.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci madəsi iıə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.06.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 №-li evin 85 №-li mənzilində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-in 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 185.2.2, 234.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Rüstəmov X13 şəhər Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cazaına məhkum edilib, 14 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunduqdan sonra islah olunmayaraq tamah məqsədi olmadan 22 may 2020-ci il tarixdən 23 may 2020-ci il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 17/35№-li yaşayış binasının qarşısında saxladığı Vaz 21011 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını açar seçmə yolu ilə açıb avtomobilin salonuna əyləşib açarseçmə yolu ilə mühərriki işə salaraq Elşad Şıxıyevin icazəsi olmadan Mingəçevir şəhəri Nizami küçəsi 23/2№-li saylı yaşayış binasının yaxınlığınadək sürüb qaçıraraq həmin avtomobili ələ keçirmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 27 may 2020ci il tarixdən 28 may 2020-ci il tarixə keçən gecə saat 06 radələrində yaşayış sahəsi hesab olunan Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 14-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətyanı sahəsində saxladığı sonuncuya məxsus 1 ədəd 300 (üç yüz) manat dəyərində “Stels Sport” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 may 2020-ci il tarixdə saat 07 radələrində Yevlax rayonu Havarlı kənd sakini Zərərçəkmiş şəxs19 yaşayış yeri hesab edilən evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd 400 manat dəyərində 32-lik, 82 dioqanallı “Arçelik” markalı televizoru və bir ədəd 60 manat dəyərində “EDİFİER R 401” markalı səs gücləndirici qurğunu gizli talayaraq Zərərçəkmiş şəxs19 ümumilikdə 460 (dörd yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 may 2020-ci il tarixdən 30 may 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 Mövsüm qızına məxsus yaşadığı Mingəçevir şəhəri Təbriz küçəsi 11№-li yaşayış binasının qarşısında yerləşən saxlanc yeri hesab edilən mağazanın pəncərəsini əli ilə açıb oradan mağazanın giriş qapısının kilidini açdıqdan sonra həmin yerdən mağazaya qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 1 ədəd 180 (yüz səksən) manat dəyərində “Belorussiya” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı gizli olaraq talama məqsədi ilə 30 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixə keçən gecə saat 05 radələrində Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6a№-li yaşayış binasının qarşısında saxladığı Vaz 2104 markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb əvvəlcədən özündə olan açarla avtomobilin qapısını açıb həmin yerdən avtomobilin salonuna daxil olub, avtomobilin salonundan 200 manat dəyərində 1 ədəd “HP” markalı “2000-2d80sr” modelli notebooku, 200 manat dəyərində təmir alətləri dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 may 2020-ci il tarixdə saat 19:30 radələrində Yevlax şəhəri H.Əliyev prospekti 99 ünvanda yerləşən X30 İdarəsinin inzibati binasının qarşısında saxlanılmış həmin idarəyə məxsus xidməti VAZ-21214 (NİVA) markalı, ** AV *** dövlət nömrə nişanlı avtomobilə qabaq sol qapını açamaqla daxil olaraq avtomobilin salonundan və yük yerindən təxminən 1000 manat dəyərində qiymətli əşya oğurlamaq istəmiş, lakin avtomobilin salonunda və daxili yük yerində hər hansı bir qiymətli əşya tapa bilmədiyinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib zərərçəkmiş X30 İdarəsinə 1000 (min) manat maddi ziyan vurmaqla nəticələnə biləcək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 may 2020-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri, H.Əliyev prospekti ev 99-da yaşayan Zərərçəkmiş şəxs18 həmin prospektə yerləşən X30 İdarəsinin inzibati binasının qarşısında saxladığı Mersedes Benz E-240 markalı, ** CP *** dövlət nömrə nişanlı avtomobilinə qabaq sol qapısını açıb avtomobilin salonuna daxil olaraq əşya qutusunu açıb oradan bir ədəd 120 manat dəyərində qeyd olunan avtomobilin ehtiyyat açarını, bir ədəd 300 manat dəyərində “AMBER MUSK AJMAL” markalı kişi ətirini gizli talayaraq Zərərçəkmiş şəxs18 ümumilikdə 420 (dörd yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 may 2020-ci il tarixdə saat 21 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1, mənzil 48-də yaşayan Zərərçəkmiş şəxs16 yaşadığı binanın qarşısında saxladığı “VAZ-21074” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını açar seçmə yolu ilə açmış, daha sonra qeyd olunan avtomobili açar seçmə yolu ilə işə salıb idarə etməklə talayaraq Zərərçəkmiş şəxs16 ümumilikdə 6000 (altı min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 iyun 2020-ci il tarixdə saat 14 radələrində Kəlbəcər rayonundan məcburi köçkün düşməklə Yevlax rayonu Havarlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs17 yaşadığı evə giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq evdə olan bir ədəd 150 manat dəyərində “Partner professional” markalı yanacaq mühərrikli ot biçən mişarı, bir ədəd 120 manat dəyərində “UÇPB-620-500” markalı yanacaq mühərrikli mişarı, bir ədəd 30 manat dəyərində “ROYCE W10-125” markalı elektrik mühərrikli mişarı (laqonda), hər birinin ayrı-ayrılıqda qiyməti 10 manat olan üç ədəd bıçaqları götürərək oğurlamağa çalışmış, lakin ev sahibi Zərərçəkmiş şəxs17 qayıdıb gəldiyini görərək evin qapısından qaçıb uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 330 (üç yüz otuz) manat maddi ziyan vurmaqla nəticələnə biləcək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədilə 01 iyun 2020-ci il tarixdə saat 15 radələrində Yevlax rayonu Havarlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs17 yaşadığı evin qarşısında saxladığı VAZ-2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobilə qabaq sol qapını açaraq daxil olub avtomobilin üzərində olan açarla mühərriki işə salmaqla qeyd olunan avtomobili idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, tamah niyyəti ilə rəsmi sənədləri talama məqsədi ilə 01 iyun 2020-ci il tarixdə saat 15:30 radələrində Kəlbəcər rayonundan məcburi köçkün düşməklə Yevlax rayonu Havarlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs17 məxsus VAZ-2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobilin daxili yük yerindən rəsmi sənədlər olan həmin avtomobilə məxsus AD 488509 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, Zərərçəkmiş şəxs17 məxsus Mersedes Benz C-180 markalı, ** CX *** dövlət nömrə nişanlı avtomobilin AC 441766 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və Zərərçəkmiş şəxs17 15721231 nömrəli şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədi olan 405845 nömrəli sürücülük vəsiqəsini talamışdır. Bundan başqa o, 01.06.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisində təmiz çəkisi 1,002 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gizlədib saxlayaraq daşıyıb yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 №-li yaşayış binasının 85№-li mənzilinə aparıb mənzildəki televizor altının rəfindəki şüşə qabda gizlədərək saxlamış və 02.06.2020-ci il tarixdə saat 14 radələrində onun yaşadığı mənzilə baxış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 №-li yaşayış binasının 85№-li mənzilindəki televizor altının rəfindəki şüşə qabdan aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ittiham olunduğu cinayət hadisələrindən ancaq bir epizod üzrə yəni, Yevlax rayonu Havarlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs17 yaşadığı evə qanunsuz daxil olub oradan oğurluq etməyə cəhd etməsi və daha sonra hadisə yerindən uzaqlaşmaq məqsədilə Zərərçəkmiş şəxs17 məxsus VAZ-2106 markalı avtomobilə əyləşib idarə etməsində özünü təqsirli bilir. Belə ki, 01 iyun 2020-ci il tarixdə saat təxminən 14 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxıb Mingəçevir şəhərinin Xaldan qəsəbəsi istiqamətində çıxış hissəsinə getmiş, oradan da piyada Yevlax rayonu Havarlı kəndinə getməyə başlamışdır. Bir qədər məsafə qət edəndən sonra yol üzərində fermanın olduğunu görüb fermanın ərazisində olan yaşayış evinə yaxınlaşmışdır. Evin qarşı tərəfində taxta materialdan hündür olmayan hasar, evin giriş qapısı taxta materialdan olmuş, qapıda qıfıl asılmışdır. O, qıfılı görərək evdə heç kəsin olmadığını başa düşmüş, bu səbəbdən də həmin evdən oğurluq etmək qərarına gəlib, hasardan aşaraq evin həyətinə daxil olub, həyətdən dəmir lom tapıb giriş qapısının qıfılını həmin lomla qırıb, qapını açıb evə daxil olmuşdur. Evin içərisini gəzərək oğurlulamaq üçün qiymətli əşyalar axtarmağa başlamışdır. Evdən bir ədəd yanacaqla işləyən ot biçən maşın, bir ədəd yanacaqla işləyən ağac kəsən mişar, bir ədəd elektriklə işləyən dəmir kəsən mişar (laqonda), üç ədəd bıçaq tapıb evdə bir kənara yığmışdır. Həmin əşyaları oğurlayaraq aparmaq üçün kisə axtarmağa başlamış, həmin vaxt evin qarşısına avtomobil gələrək dayanmasının səsini eşidib qapıdan çölə baxanda evin qarşı tərəfində VAZ-2106 markalı avtomobil dayandığını, həmin avtomobildən bir nəfər düşərək evin həyət qapısına yaxınlaşdığını görmüşdür. O, gələn şəxsin evin sahibi olduğunu düşünərək evin giriş qapısından həyətə çıxıb qaçmaq istəyərkən başqa bir şəxslə qarşılaşmışdır. Həmin şəxs və evin həyətinə yaxınlaşan şəxs onu görüb arxası ilə qaçmışlar. O da həmin şəxslərdən qaçmaq üçün qonşu həyətə tullanıb oradan da küçəyə atılıb çıxaraq evin sahibi sandığı şəxsin avtomobilinə tərəf qaçıb avtomobilin açarının kilidin üzərində olduğunu görüb avtomobilin salonuna əyləşərək açar vasitəsilə avtomobili işə salmışdır. Həmin vaxt evin sahibi sandığı şəxs və digər şəxs avtomobilə tərəf qaçdıqlarını görüb avtomobili sürüb həmin yerdən uzaqlaşmağa çalışmış, təxminən 200 metr məsafədə həmin fermaya giriş üçün qoyulmuş dəmir barmaqlıqdan ibarət darvazanın bağlı olduğunu görüb, avtomobili saxlayıb darvazanı açmağa vaxt olmadığını, onu tuta biləcəklərini fikirləşib bu səbəbdən darvazanı avtomobillə vuraraq açmaq qərarına gəlmişdir. Avtomobilin sürətini artırıb qabaq tərəfi ilə bağlı vəziyyətdə olan darvazanı vurmuş qapı yerindən qoparaq irəliyə düşmüşdür, o, təxminən avtomobillə 300-350 metr hərəkət edərək avtomobili saxlamış və avtomobildən düşərək piyada şəkildə oradan uzaqlaşmışdır. Avtomobildən isə heçnə götürməmişdir. Təqsirləndirilən şəxs bundan başqa göstərmişdir ki, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiqlər olunduğu üçün törətmədiyi cinayət hadisələrinin də onun tərəfindən törədilməsi barədə ifadələr vermişdir. Həmçinin, özünü yaşadığı evdən narkotik vasitənin aşkar olunması epizodu üzrə də təqsirli bilmir, narkotik vasitə onun evinə polis əməkdaşları tərəfindən əvvəlcədən qoyulmuş və o, polis əməkdaşlarının təzyiqlərinə görə ibtidai istintaq zamanı qeyd olunan narkotik vasitənin də ona məxsus olması barədə yalan ifadə vermişdir. Hazırda törətmiş olduğu yuxarıda qeyd etdiyi cinayət əməllərinə görə peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayında tanışı Elxan adlı şəxsdən 1300 manata Vaz 2102 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin avtomobil Elxanın qardaşına məxsus olubdur. Həmin avtomobil vasitəsi ilə şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq yük daşıma xidməti göstərir. 29.05.2020-ci il tarixdə saat təxminən 22 radələrində idarə etdiyi avtomobillə yaşadığı binanın qarşısına gedib avtomobili binanın qarşısında saxlayıb qonşuluqada yaşayan Zaur adlı şəxslə yaxınlıqdakı çayxanaya getmişlər. Təxminən 1 saat sonra yaşadığı binanın qarşısına qayıtdıqda avtomobil saxladı yerdə olmuşdur. Saat təxminən 23 radələrində yaşadığı mənzilə qalxmış, 30.05.2020-ci il tarixdə saat 10 radələrində yuxudan oyanıb həyətə düşdükdən sonra avtomobili saxladığı yerdə olmadığını görmüşdür. Dərhal bur barədə polis Şöbəsinə məlumat vermişdir. Sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Həmin avtomobil göy rəngli olub 1982-ci il buraxılışdır. Avtomobilin kuzovunun sağ qabaq qənədində həmçinin sağ arxa qənədində əziklər olub və həmin əziklər kustar üsulla təmir olunaraq rənglənibdir. Sonradan avtomobil Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ilə M.Maqomayev küçəsinin qarşısında yerləşən yaşayış binalarının qarajların aralığından aşkar edilmiş, avtomobilə hər hansı ziyan dəyməmişdir. Lakin o həmin avtomobili oğurlayanın Təqsirləndirilən şəxs olduğundan əmin deyil. Belə ki, əvvəldə dediyi kimi avtomobili o gecə evində olarkən oğurlanmışdır. Avtomobilinin oğurlandığından yalnız səhər xəbərdar olmuşdur. O, avtomobilini oğurlayarkən Təqsirləndirilən şəxs görməmişdir. Onun polisə müraciət etməkdə məqsədi oğurlanmış avtomobilinin tapılması, oğrunun tutularaq cəzalandırılması, yəni ədalətin bərqərar olması olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, Vaz 21011 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Özü "xxxx" MMC-də fəhlə işləyir. İşi növbəli xarakter daşıyır. Əksərən gecə növələrində olur, çünki şirkətə daxil olan malları boşaldır. 22.05.2020-ci il tarixdə axşam saatlarında avtomobili yaşadığı binanın qarşısında saxlayıb işə getmişdir. 23.05.2020-ci il tarixdə saat 05 radələrində arvadı Zümrüd ona zəng edərək avtomobilin saxladığı yerdə olmadığını, avtomobili sürüb işə gedib getmədiyini soruşduqda, o da avtomobili yaşadığı binanın qarşısında saxlayıb işə getdiyini arvadına bildirmişdir. Ona məlum olmuş ki, avtomobili yaşadığı binanın qarşısından qaçırıblar. Dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonra yaşadığı evin qarşısına getmişdir. Orada hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilərkən yaşadığı binanın yaxınlığındakı küçələrarası avtomobil yolunun kənarında avtomobilin saxlandıldığını görmüşdür. Hadisə zamanı avtomobilə hər hansı zərər vurulmamışdır. Eləcə də avtomobildən hər hansı əşya oğurlanmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, nəvəsi Cavanşir onunla birlikdə yaşayır. 2019-cu ilin sentyabr ayında nəvəsinə 380 manata təzə velosiped almışdır. Həmin velosiped 28-lik ölçülü olmuşdur. Velosipedi nəvəsi yaşaıqları evin həyətində sürüb binanın qarşısında yerləşən onlara məxsus əvvəllər gündəlik tələbat malları mağazası kimi işlətdikləri hazırda isə saxlanc yeri kimi istifadə edilən tikilidə saxlamışdır. 29.05.2020-ci il tarixdə nəvəsi yaşadıqları binanın həyətində velosipedi sürüb axşam saatlarında binanın qarşısındakı saxlanc yeri kimi istifadə edilən tikilidə velosipedi saxlayıb mənzilə qalxmışdır. Ertəsi gün yəni 30.05.2020-ci il tarixdə saat 08 radələrində həyətə düşdükdə həmin tikilinin qapısının açıq olduğunu, velosipedin isə yerində olmadığını görüb, velosipedin oğurlandığını başa düşüb polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyanı tam ödəmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, özünə məxsus Vaz 2104 markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili yaşadığı binanın qarşısında açıq sahədə saxlayır. Özü həvəskar olaraq elektrotexnika avadanlıqlarının təmiri ilə məşğul olur. Buna görə də daim özünə məxsus təmir alətlərini avtomobildə saxlayır. 30.05.2020-ci il tarixdə axşam saatlarında avtomobili yaşadığı binanın qarşısında saxlayıb mənzilə qalxmışdır. 31.05.2020-ci il tarixdə saat təxminən 07 radələrində yaşadığı mənzildən çıxıb binanın qarşısına düşərək avtomobilə yaxınlaşıb, avtomobilin qapısını açıb salona daxil olarkən salonda olan 1 ədəd HP markalı notebookun və təmir alətləri olan çantanın yerində olmadığını görmüşdür. Avtomobilin yük yerinə də baxdıqdan sonra həmin əşyaların oğurlandığını fikirləşib DİN-in 102-xidmətinə avtomobildən oğurluq edilməsi barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayında özünə Mingəçevir şəhər “Əşya Bazarı”-ndan 500 manata “Stels sport” markalı velosiped almışdır. Həmin velosipedi özü istifadə etmişdir. Yaşadıqları evin hasarı tam hazır olmadığından velosipedi evin həyətində saxlamışdır. 27 may 2020-ci il tarixdə yenə də velosipedi sürüb yaşadığı evə gedərək həyətdə saxlamışdır. Evin həyətinin hasarı yarımçıq tikilmişdir. Yəni 3-4 mişar daşı hündürlüyündə olmuşdur. 27 may 2020-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb həyətə çıxdıqda velosipedi həyətdə olmadığını görüb əvvəlcə tanışlarından kimisə sürüb apardığını fikirləşmişdir. Buna görə də tanışları ilə əlaqə saxlayaraq velosipedin onlar tərəfindən sürmək məqsədi ilə götürüldüyünü öyrənmişdir. Sonra ətraf kəndlərdə yaşayan tanışlarına zəng edib maraqlandıqda tanışları Yevlax rayonu Havarlı kəndi ərazisində bir nəfər şəxsin qeyd etdiyi əlamətlərdə velosiped atıb qaçdığını bildirmişdir. O da həmin ünvana gedib velosipedi görüb tanıdıqdan sonra yaşadığı ünvana aparmışdır. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri “Əşya Bazarı”ndan oğlu Anara 160 manata “Stels” markalı velosiped almışdır. Həmin velosiped göy rəngli 24-lükdür. Velosiped saz vəziyyətdə olmuşdur. Daim istifadə edilmişdir. Oğlu Anar velosipedi yaşadıqları binanın həyətində sürüb yaşadıqları padyezdə 4-cü mərtəbə ilə 5ci mərtəbənin aralığında yerləşən boş sahədə saxlamışdır. 08.05.2020-ci il tarixdə saat 23 radələrində oğlu Anar velosipedi daim saxladığı yəni yaşadıqları binanın pdayezində 4-cü mərtəbə ilə 5-ci mərtəbənin aralığındakı sahədə saxlamışdır. O, 09.05.2020-ci il tarixdə saat 10 radələrində anası ilə birlikdə yaşadıqları mənzildən çıxarkən velosipedin saxladıqları yerdə olmadığını görüb oğurlandığını bilərək DİN-in 102 xidmətinə məlumat vermişlər. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Lakin o, velosipedinin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından əmin deyil. Belə ki, əvvəldə dediyi kimi velosipedi o gecə evində olarkən oğurlanmışdır. Velosipedinin oğurlandığından yalnız səhər xəbərdar olmuşdur. O, velosipedini oğurlayarkən Təqsirləndirilən şəxs görməmişdir. Onun polisə müraciət etməkdə məqsədi oğurlanmış velosipedinin tapılması, oğrunun tutularaq cəzalandırılması, yəni ədalətin bərqərar olması olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2019-cu ilin iyul ayında Mingəçevir şəhəri “Əşya Bazarı”ndan oğlu Hüseynə 550 manata “Start” markalı velosiped almışdır. Həmin velosiped sarı rəngli 24lük olmuşdur. Velosiped saz vəziyyətdə olmuşdur. Daim istifadə edilmişdir. Oğlu Hüseyn velosipedi yaşadıqları binanın həyətində sürüb yaşadıqları blokda 2-ci mərtəbə ilə 3-cü mərtəbənin aralığında yerləşən boş sahədə qaz borusuna bağlayaraq saxlamışdır. 25.05.2020-ci il tarixdə axşam saatlarında oğlu Hüseyn velosipedi daim saxladığı yəni yaşadıqları binanın blokunda 2-ci mərtəbə ilə 3-cü mərtəbənin aralığındakı sahədə qaz borusuna bağlayaraq saxlamışdır. 26.05.2020-ci il tarixdə saat 08 radələrində o, işə getmək üçün yaşadıqları mənzildən çıxarkən velosipedin saxladığı yerdə olmadığını görüb oğurlandığını bilərək DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Lakin o, velosipedinin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından əmin deyil. Belə ki, əvvəldə dediyi kimi velosipedi o gecə evində olarkən oğurlanmışdır. Velosipedinin oğurlandığından yalnız səhər xəbərdar olmuşdur. O, velosipedini oğurlayarkən Təqsirləndirilən şəxs görməmişdir. Onun polisə müraciət etməkdə məqsədi oğurlanmış velosipedinin tapılması, oğrunun tutularaq cəzalandırılması, yəni ədalətin bərqərar olması olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, özünə məxsus “Shaolin SL” markalı ** BK *** markalı mikroavtobusu var. Həmin avtobus 8 saylı marşrut xətti üzrə işləyir. Həmin avtobusu qardaşı Pərviz idarə edir. Pərviz hər gün səhər saatlarında avtobusla marşrut xəttinə çıxır, axşam saatlarında isə avtobusu yaşadığı binanın qarşısında saxlayır. 21.04.2020-ci il tarixdə saat 19 radələrində Pərviz iş vaxtı bitdiyi üçün avtobusu yaşadığı Koroğlu küçəsi 23 saylı yaşayış binasının qarşısında saxlamışdır. 22.04.2020-ci il tarixdə saat 07 radələrində işə getmək üçün avtobusa yaxınlaşarkən avtobusun sürücü tərəfdən qapısnın açıq olduğunu görmüb, dərhal avtobusun salonuna daxil olub içəridəki əşyalara nəzər yetirdikdə avtobusun salonundan 1 ədəd 3 ay əvvəl 150 manata təzə vəziyyətdə aldığı “peeoner” markalı maqnitafonunun və qapının cibində saxladığı 50 manat məbləğdə pulun yerində olmadığını görmüşdür. O, avtobusdan naməlum şəxs və ya şəxslərin oğurluq etdiyini başa düşüb DİN-in 102-xidmətinə avtomobildən oğurluq edilməsi barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Lakin o, avtobusundan “peeoner” markalı maqnitafonunun və qapının cibində saxladığı 50 manat məbləğdə pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından əmin deyil. Belə ki, əvvəldə dediyi kimi həmin oğurluq hadisəsi o gecə evində olarkən baş vermişdir. Velosipedinin oğurlandığından yalnız səhər xəbərdar olmuşdur. O, velosipedini oğurlayarkən Təqsirləndirilən şəxs görməmişdir. Onun polisə müraciət etməkdə məqsədi oğurlanmış əmlaklarının tapılması, oğrunun tutularaq cəzalandırılması, yəni ədalətin bərqərar olması olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, onun iki övladı var. Övladları azyaşlıdır. 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri “Əşya Bazarı”ndan övladlarına 95 manata bir ədəd 20-lik “Şkolnik” markalı yaşıl rəngli velosiped, digər oğluna isə, 75 manata üç təkərli kiçik velosiped almışdır. Velosipedləri binanın yaşadıqları mənzil yerləşən blokunda mənzilin giriş qapısının yaxınlığında saxlamışlar. 09.05.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı mənzilə qalxdıqda velosipedlərin qapının qarşısında olduğunu görmüşdür. Lakin, 10.05.2020-ci il tarixdə saat 06 radələrində yaşadığı mənzildən çıxıb işə gedərkən velosipedlərin yerində olmadığını görüb oğurlandığını bilərək DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Lakin o, velosipedlərin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından əmin deyil. Belə ki, əvvəldə dediyi kimi velosipedləri o gecə evində olarkən oğurlanmışdır. Velosipedlərin oğurlandığından yalnız səhər xəbərdar olmuşdur. O, velosipedləri oğurlayarkən Təqsirləndirilən şəxs görməmişdir. Onun polisə müraciət etməkdə məqsədi oğurlanmış velosipedlərin tapılması, oğrunun tutularaq cəzalandırılması, yəni ədalətin bərqərar olması olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, özünə məxsus “Jeep” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobili yaşadığı binaının qarşısında saxlayır. Özü sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yataq dəstləri və digər ev əşyalarının satışı ilə məşğul olur. 09.04.2020ci il tarixdə axşam saatlarında yenə də avtomobili yaşadığı binanın qarşısında saxlamışdır. Avtomobilin salonuna, yəni arxa oturacağın üzərinə və arxa yük yerində müxtəlif yataq dəstləri, dəsmalları yığmışdır. Həmin əşyalar təzə vəziyyətdə paketlərdə olmuşdur. 10.04.2020-ci il tarixdə saat 11 radələrində yaşadığı mənzildən çıxıb binanın qarşısına düşüb avtomobilə yaxınlaşarkən avtomobilin arxa pəncərəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. Ona məlum olmuş ki, avtomobilin salonundan 3 ədəd “Bomonti” markalı yataq dəstləri, dəsmallar oğurlanıbdır. Bu barədə DİN-in 102-xidmətinə avtomobildən oğurluq edilməsi barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Lakin o, 3 ədəd “Bomonti” markalı yataq dəstləri və dəsmalların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından əmin deyil. Belə ki, o, avtomobilinə yaxınlaşanda artıq oğurluq hadisəsi bitibmiş. O, avtomobilindən 3 ədəd “Bomonti” markalı yataq dəstləri və dəsmalları oğurlayarkən Təqsirləndirilən şəxs görməmişdir. Onun polisə müraciət etməkdə məqsədi oğurlanmış 3 ədəd “Bomonti” markalı yataq dəstlərinin və dəsmalların tapılması, oğrunun tutularaq cəzalandırılması, yəni ədalətin bərqərar olması olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, o, 2018-ci ilin yanvar ayında Mingəçevir şəhəri “Əşya Bazarı”ndan özünə 200 manata “Stels” markalı velosiped almışdır. Həmin velosiped yaşıl rəngli, 28-lik ölçüdə saz vəziyyətdə olmuş, uzun müddət istifadə edilmişdir. Yaşadıqları bina yataqxana tipli olduğundan ümumi istifadə üçün nəzərdə tutulmuş mətbəxi də var. Velosipedi daim yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən mətbəxdə saxlamışdır. 18.05.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı mənzilə gələrək velosipedi 1-ci mrtəbədə yerləşən mətbəxdə saxlamışdır. Velosipedi heç bir yerə hər hansı vasitə ilə bağlamamışdır. Ertəsi gün yəni, 19.05.2020-ci il tarixdə saat 07 radələrində yaşadığı mənzildən çıxıb mətbəxə düşüb velosipedin yerində olmadığını görüb, oğurlandığını başa düşərək dərhal DİN-in 102 xidmətinə velosipedinin oğurlanması ilə əlaqədar müraciət etmişdir. Lakin o, velosipedinin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından əmin deyil. Belə ki, əvvəldə dediyi kimi velosipedi o gecə evində olarkən oğurlanmışdır. Velosipedinin oğurlandığından yalnız səhər xəbərdar olmuşdur. O, velosipedini oğurlayarkən Təqsirləndirilən şəxs görməmişdir. Onun polisə müraciət etməkdə məqsədi oğurlanmış velosipedinin tapılması, oğrunun tutularaq cəzalandırılması, yəni ədalətin bərqərar olması olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərdi ki, Kəlbəcər rayonu Almalıq kəndində daimi qeydiyyatdadır və əvvəllər həmin kənddə yaşamışdır. 1993-cü il tarixdə Almalıq kəndi erməni hərbi birləşmələri tərəfindən işğal olunduqdan sonra məcburi köçkün düşmüş, həmin vaxtdan ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailəmisini dolandırmaq üçün Yevlax rayonu Havarlı kəndinin ərazisində yerləşən fermada heyvandarlıq təsərrüfatı ilə məşğul olur. Fermanın yerləşdiyi təxminən 22 hektar torpaq sahəsini yeznəsi X2 bələdiyyəsindən icarəyə götürmüşdür. Həmin torpaq sahəsində əvvəllər X25 yardımçı təsərrüfatı yerləşmişdir. Hazırda, torpaq sahəsində üç məcburi köçkün ailəsi məskunlaşmışdır. Mehman da həmin fermada heyvandarlıq təsərrüfatı ilə məşğul olur. Fermada bir otaqlı yaşayış evi, iki ədəd tövlə vardır. Tövlələrdə heyvanları saxlayır. Yaşayış evində isə bir ədəd televizor, televizora qoşulu olan bir ədəd rəqəmsal aparat, bir ədəd soyuducu, iki ədəd çarpayı yataq əşyaları ilə birlikdə, qab-qacaq, balçəkən maşın, bir ədəd benzinlə işləyən odunkəsən mişar aparatı, bir ədəd benzinlə işləyən otbiçən mişar, bir ədəd laqonda vardır. Özü gün ərzində fermada olur və heyvanlara qulluq edir. Fermanın kənarları içərisində su olan kanalla əhatələnmişdir. Fermaya bir yol gedir və giriş hissədə darvaza vardır. “VAZ-21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən bir il əvvəl Bərdə şəhərində yerləşən “maşın bazarı”ndan 3500 manata almışdır. Avtomobil bacısı oğlu X23 adınadır. “VAZ-21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin sahibinin X36 olduğu qeyd edilmişdir. Lakin, avtomobil faktiki olaraq özünün mülkiyyətimdədir. Avtomobili idarə etmək üçün etibarnamsi vardır. Bundan başqa özünə məxsus “Mercedes” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin ona məxsus olduğu qeyd edilmişdir. Fermaya “VAZ-21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedir. 01 iyun 2020-ci il tarixdə saat 14 radələrində idarə etdiyi “VAZ-21063” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə atası Mirzə ilə birlikdə fermaya getmişdir.Avtomobili fermada yerləşən evin qarşısında dayandırmışdır. Həmin vaxt atasl ona bir nəfər şəxsin evdən çıxdığını, evin arxa tərəfinə keçdiyini gördüyünü dediyi üçün o, avtomobildən tələsik düşüb evin arxa tərəfinə getmişdir. Ətrafa baxmış, lakin, heç kimi görməmişdir. Bir neçə dəqiqə sonra evin yaxınlığında yerləşən hamamın yanında bir nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxslə onun arasında təxminən 60-70 metr məsafə olduğu üçün həmin şəxsi dəiqiq görə bilmədiyi üçün həmin şəxsin yeznəsi Mehman olduğunu Zənn etmişdir. Bir neçə dəqiqə sonra həmin yerə yenidən baxmış, oradan təxminən 20 metr məsafədə su kranının yanında Mehmanı görmüşdür. Mehmandan hamamın yanında olan şəxsin o, olub-olmadığını soruşaraq, orada bir nəfər şəxsin olduğunu gördüyünü demişdir. Mehman ona hamamın yanında olmadığını bildirmişdir. Naməlum şəxs hamamın yanında yenidən peyda olmuşdur. Həmin vaxt Mehman həmin şəxsin arxası ilə qaçmağa başlamışdır. O da həmin istiqamətdə qaçmağa başlamışdır. Naməlum şəxs dönərək yenidən fermaya qayıtmışdır. Mehman həmin şəxsə çata bilmənişdir. Həmin şəxs dərhal “VAZ-21063” markalı avtomobilimə əyləşmişdir. Avtomobilin açarı açar yerində olduğundan həmin şəxs avtomobili işə salaraq döndərmək üçün əvvəlcə təxminən 30-40 metr geriyə idarə edib avtomobili döndərib Mingəçevir şəhəri istiqamətində hərəkətini davam etdirmişdir. Həmin şəxs avtomobili fermanın girişində yerləşən darvazaya vurmuş, zərbənin təsirindən darvaza yerindən çıxmış və həmin şəxs avtomobillə hərəkətini davam etdirmişdir. Həmin şəxs avtomobili yüksək sürətlə idarə edib gözdən itmişdir. O da Mehmanla birlikdə həmin şəxsin avtomobili hərəkət etdirdiyi istiqamətdə getmişlər. Onlar avtomobili Mingəçevir avtovağzalından təxminən 200 metr məsafədə torpaq yolda aşkar etmişlər. Həmin zaman avtomobilin ön və arxa tərəfinin əzildiyini görmüşdür. Avtomobilin salonuna baxmış bu zaman məlum olmuş ki, avtomobili qaçıran şəxs salonda olan yük yerinin içərisinə qoyduğu həmin avtomobilin qeydiyyat şəhadətnaməsini, ona məxsus olan digər Mersedes Benz C-180 markalı, ** CX *** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini, onun şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və idman gödəkçəsini oğurlamışdır. O da DİN-in 102 zəng xidmətinə zəng edərək naməlum şəxsin avtomobili qaçırdığını və sonra avtomobili tapdığını bildirmişdir. Əvvəlcə hadisə yerinə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisənin onların inzibati ərazisində baş vermədiyini bildirib getmişlər. Bundan sonra hadisə yerinə Yevlax rayon polis şöbəsinin əməkdaşları gəlmiş və o da avtomobilinin qaçırılması və sənədlərinin oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Sonra Polis əməkdaşları ilə birlikdə fermada yerləşən evə getmişlər. Evin giriş qapısında olan qıfılların sındırıldığını görüb, evə baxmış və əşyaların axtarıldığını, dağıdıldığını, səliqəsiz vəziyyətə salındığını görmüşdür. O, naməlum şəxsin bir ədəd benzinlə işləyən odunkəsən mişar aparatını, bir ədəd benzinlə işləyən otbiçən mişar aparatını, evin otağındakı çarpayının altından çıxarıb giriş qapısının yanına qoyduğunu, masanın altında olan bir ədəd laqondanı və üç ədəd bıçaqları da oraya qoyduğunu görmüşdür. Naməlum şəxsin həmin əşyaları oğurlamaq üçün götürdüyünü, fermaya gəldiyini görüb oğurlaya bilmədiyini, əşyaları orada qoyub qaçıb getdiyini başa düşmüşdür. Həmçinin o, ifadəsində “VAZ-21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ili 1986-cı il, rəngi bej, qiymətinin təxminən 4000 manat olduğunu, hadisə zamanı avtomobilin ön alın şüşəsi sındığını, ön və arxa kapotları, sağ və sol krellər, beli əzildiyini, güzgüləri yerindən qopduğunu avtomobilə hadisə zamanı təxminən 1000 manat maddi ziyan dəydiyini, naməlum şəxsin oğurlamaq istədiyi bir ədəd odunkəsən mişar aparatını təxminən bir il əvvəl mağazadan 150 manata, bir ədəd otbiçən mişar aparatını təxminən 1 il 6 ay əvvəl mağazadan 180 manata, laqondanı təxminən 8-9 ay əvvəl mağazadan 45 manata aldığını, üç ədəd bıçaqların hər birini 10 manata, gödəkçəni isə təxminən bir il əvvəl 15 manata aldığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərdi ki, onun həm Mingəçevir şəhərində, həm də ki, Yevlax rayonu Havarlı kəndində evim var. Övladı Əli xəstə olduğuna görə tez-tez övladını müayinə etdirmək üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparır. Bu səbəbdən mən çox vaxtlar Mingəçevir şəhərində olan evində qalır. Sonuncu dəfə Havarlı kəndində olan evinə 27 may 2020-ci il tarixdə axşam saatlarında getmişdir. Həmin vaxt evdə heç bir dəyişiklik olmamış, evin bütün əşyaları yerində olmuş, səliqə-səhmanı pozulmamışdır. Həmin gün saat təxminən 22 radələrində Havarlı kəndində olan evinin qapısını bağlayaraq Mingəçevir şəhərində olan evinə getmişdir. Ertəsi gün, yəni 28 may 2020-ci il tarixdə, saat təxminən 08 radələrində Havarlı kəndində olan evinə getmiş, evin qapısını açarla açıb evə daxil olduqda evin əşyalarının dağınıq vəziyyətdə olduğunu görüb evə oğurluq məqsədi ilə kiminsə daxil olduğunu başa düşmüşdür. Bu səbəbdən evin bütün əşyalarının yerində olub-olmadığını yoxlamış, bu zaman ona məlum olmuş ki, bir ədəd 32-lik (82 dioqanallı) “Arçelik” markalı televizor və “EDİFİER R 401” markalı, üç ədəd dinamiklərdən ibarət səs gücləndirici qurğunun yerində yoxdur. Oğurluq edən şəxs və ya şəxslərin evə haradan daxil olduqlarını müəyyən etməyə çalışaraq evin qapı və pəncərələrini yoxlamışdır. Bu zaman görmüş ki, evin arxa tərəfində olan pəncərənin həşaratlardan qorunmaq üçün salınmış toru cırılmış vəziyyətdədir, həmin pəncərə isə açıqdır. Bu səbəbdən də naməlum şəxs və ya şəxslərin həmin yerdən oğurluq etmək məqsədi ilə evə daxil olduqlarını başa düşmüşdür. Belə ki, evin digər pəncərələri bağlı olmuş, qapını isə o, özü açarla açaraq evə daxil olmuş, giriş qapısı o, evə gələn ana qədər bağlı vəziyyətdə olmuş kilid yerləri də işlək vəziyyətdə olmuşdur. Bundan başqa toru cırılan açıq pəncərənin çöl tərəfində, həyətdə ustaların evin yüksək, əl çatmayan yerlərdə iş görmələri üçün taxtadan hazırlanmış qurğu qoyulmuşdu. Evə daxil olan şəxs həmin taxta qurğudan pilləkən kimi istifadə edərək rahat şəkildə pəncərəyə qalxaraq evə daxil ola bilərmiş. Bundan sonra Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. Daha sonra yaşadığı evə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları gələrək baxış keçirmişlər. Polislər ətraf əraziləri gəzərkən yaxınlıqda olan yarımçıq tikilmiş, yaşayış olmayan evin həyətindən evdən oğurlanmış televizor və səs gücləndirici qurğu tapılmışdır. O da həmin avadanlıqlara baxaraq televizorun ekranının sındırılaraq yararsız vəziyyətə salınmış, səs gücləndirici qurğu da sındırıldığı üçün yarasız vəziyyətdə olmuşdur. Həmin televizor və səs gücləndirici qurğu saxlanılması üçün ona təhvil verilmişdir. Həmçinin o, ifadəsində evdən bir ədəd 32-lik (82 dioqanallı) “Arçelik” markalı televizor və “EDİFİER R 401” markalı, üç ədəd dinamiklərdən ibarət səs gücləndirici qurğu oğurlandığını, həmin əşyaları təxminən bir ay əvvəl Mingəçevir şəhərində olan “Arçelik” adlanan mağazadan televizoru 400 manata, səs gücləndirici qurğunu isə 60 manata aldığını, televizor və səs gücləndirici qurğu tam təzə olduğunu yəni, istifadə olunmadığını, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 460 (dörd yüz altmış) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X27 verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayında nəvəsinə Mingəçevir şəhəri “Əşya Bazarı”-ndan 390 manata “Stels” markalı velosiped almışdır. Həmin velosipedi nəvəsi istifadə etmişdir. Velosipedi nəvəsi yaşadıqları evin qarşısında yerləşən küçələr arası yolda idarə etmişdir. 22 may 2020-ci il tarixdə nəvəsi velosipedi bayıra çıxarıb qonşu uşaqlarla birlikdə ara yolda bir qədər sürdükdən sonra qonşuluqda yaşayan evə getmişdir. Həmin zaman velosipedi də qonşunun darvazasının qarşısında hasara söykəmişdir. Bir müddət qonşunun evində olub bayıra çxarkən velosipedin yerində olmadığını görüb yaşadıqları evə qayıdıb ona bu barədə məlumat vermişdir. O da velosipedin qonşulardan kiminsə sürmək üçün götürdüyünü fikirləşib ilkin olaraq hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Lakin bir neçə gün keçdikdən sonra velosipedin oğurlandığı ona tam aydın olduqdan sonra polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizədə isə göstərmişdir ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mayının əvvəllərində Mingəçevir şəhəri “Əşya Bazarı”ndan özünə 180 manata “Start” markalı velosiped almışdır. Həmin velosiped 28-likdir. Velosiped saz vəziyyətdə olmuşdur. Təxminən 7 gün istifadə etmişdir. Velosipedi yaşadıqları binanın 5-ci blokunda 4-ci mərtəbədə pilləkənin dəmir əl tutacağına xüsusi “tros”la bağlayaraq saxlamışdır. 25.05.2020-ci il tarixdə özü Ağdaş rayonuna getmişdir. Həmin gün saat 21 radələrində anası ona zəng edərək velosipedin oğurlandığını bildirmişdir. O da Mingəçevir şəhərinə qayıtdıqdan sonra bu barədə polis şöbəsinə məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə Mingəçevir şəhəri “Əşya Bazarı”ndan özünə 220 manata “Stels” markalı velosiped almışdır. Həmin boz-yaşıl rəngli velosiped 28-likdir. Velosiped saz vəziyyətdə olmuşdur. Uzun müddət istifadə etmişdir. Velosipedi yaşadığı binanın 1-ci blokunda 5-ci mərtəbədə pilləkənin dəmir əl tutacağına xüsusi “tros”la bağlayaraq saxlamışdır. 03.05.2020-ci il tarixdə saat 21 radələrində yaşadığım mənzilə qalxaraq velosipedi 5-ci mərtəbədə açıq sahədə saxlamışdır. Lakin, həmin zaman velosipedi heç bir yerə hər hansı vasitə ilə bağlamamışdır. Saat təxminən 23 radələrində yaşadığı binanın blokundan səs gəldiyini eşidib bloka çıxmış, görmüş ki, velosiped yerində yoxdur. Buna görə də dərhal DİN-in 102 xidmətinə velosipedinin oğurlanması ilə əlaqədar müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri “Əşya Bazarı”ndan oğlu Süleymana 270 manata “Stels” markalı velosiped almışdır. Həmin velosiped göy-qara rəngli 26-lıq ölçüdə saz vəziyyətdə olmuş, daim istifadə edilmişdir. Oğlum Süleyman velosipedi yaşadıqları binanın həyətində sürüb yaşadıqları blokda 4-cü mərtəbədə boruya bağlayaraq saxlamışdır. 18.01.2020-ci il tarixdə axşam saatlarında oğlu Süleyman velosipedi daim saxladığı yəni, yaşadıqları binanın blokunda 4-cü mərtəbənin aralığındakı sahədə qaz borusuna bağlayaraq saxlamışdır. 19.01.2020-ci il tarixdə saat 16 radələrində o yaşadığı mənzildən çıxarkən velosipedin saxlanıldığı yerdə olmadığını görüb oğurlandığını bilərək DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, “VAZ-21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən beş il əvvəl 7000 manata almışdır. Həmin avtomobil özünə məxsusdur. Avtomobilin qeydiyyat şəhadətnaməsində oğlu X28 məxsus olmasının yazılması formal xarakter daşıyır. Belə ki, avtomobil faktiki olaraq ona məxsusdur. Avtomobili idarə etmək üçün etibarnamə sənədi və “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Sutkanın gündüz vaxtı avtomobillə Yevlax şəhəri ərazisində taksi xidməti ilə məşğul olur, gecə saatlarında avtomobilini yaşadığı binanın qarşı tərəfində, yolun kənarında dayandırır. Yaşadığı mənzilin pəncərəsindən və balkonundan baxdıqda avtomobili görür. Avtomobilin siqnalizasiya sistemi yoxdur. 31 may 2020-ci il tarixdə saat 20:30 radələrində “VAZ-21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısına gedib avtomobili binanın qarşısında dayandırıb qapılarını açarla bağlayıb yaşadığı mənzilə getmişdir. Saat 22 radələrində arvadı Ofeliya ilə birlikdə yaşadığı mənzildə olarkən Ofeliya ona mənzilin balkonundan çölə baxdığını və avtomobilin daimi olaraq dayandırdığı yerdə olmadığını demiş, o da telefon vasitəsi ilə Yevlax şəhərində yaşayan kürəkəni X10 zəng edərək avtomobilin yaşadığı binanın qarşısında dayandırdığı yerdə olmadığını demişdir. Bundan sonra Azər onun yaşadığı evə getmiş və DİN-in “102”-yə zəng edərək “VAZ-21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilimin binanın qarşısından oğurlanması barədə məlumat vermişdir. Sonra o, Yevlax rayon polis şöbəsinə gedərək avtomobilin naməlum şəxs tərəfindən oğurlanması barədə şikayət ərizəsi yazmışdır. 01 iyun 2020-ci il tarixdə saat 02 radələrində Yevlax rayon polis şöbəsinin əməkdaşı zəng edərək ona məxsus “VAZ-21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mingəçevir şəhəri ərazisində aşkar edildiyini bildirmişdir. O da Yevlax rayon polis şöbəsinin polis əməkdaşları və kürəkəni Azərlə birlikdə Mingəçevir şəhərinə getmişdir. Avtomobilinin Mingəçevir şəhəri QRES qəsəbəsində, yaşayış binalarının birinin qarşısında dayandırıldığını görmüşdür. Avtomobilinə baxaraq avtomobildə hər hansı bir çatışmamazlığın olmadığını görmüşdür. Avtomobilim bütün avadanlıqları üzərində olmuş, hər hansı bir hissəsi əzilməmiş, şüşələri sındırılmamış vəziyyətdə idi. Polis əməkdaşları avtomobilə baxış keçirib, fotoşəkillər çəkib, əl-barmaq izləri götürmüşlər. Bundan sonra avtomobili idarə edərək Yevlax şəhərinə gedərək avtomobili Yevlax rayon polis şöbəsinin müvəqqəti saxlama meydançasına təhvil vermişdir. Həmçinin o, ifadəsində avtomobilin qiymətinin təxminən 6000 manat olduğunu göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Münasibətləri normaldır. Elmin əvvəllər də oğurluq etdiyi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb olunubdur. Elminin narkotik vasitələrdən istifadə etməsi barədə qonşulardan eşitmişdir. 02.06.2020-ci il tarixdə günorta saatlarında polis əməkdaşları yaşadıqları binaya gəlmişlər. Həmin zaman Elmində polis əməkdaşları ilə birlikdə olmuşdur. O da həmin zaman yaşadığı mənzil yerləşən dəhlizdə olmuşdur. Həmin zaman polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısını döyüb onun anasına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də vətəndaşlara məxsus əşyaları oğurlayıb yaşadığı mənzildə gizlətməsi barədə polis şöbəsində məlumat olduğunu bildirib onun razılığı ilə yaşadığı mənzilə baxış keçiriləcəyi bildirmişlər. Təqsirləndirilən şəxs anası Sevil də yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədi. Həmçinin o da həmin zaman dəhlizdə olduğu üçün polis əməkdaşları onu da prosesdə iştirak etmək üçün dəvət etmişlər. O da prosesdə iştirak etməyə etiraz etməmişdir. Baxış keçirlməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzildə hər hansı narkotik vasitə, saxlanılması qanunla qadağan edilmiş əşya eləcədə cinayət yolu ilə əldə etdiyi əşya vardırsa çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs da yaşadığı mənzildə cinayət yolu ilə əldə etdiyi hər hansı əşya olmadığını bildirmişdir. Lakin, yaşadığı mənzildə yerləşən televizor altının rəfində şüşə qənd qabının içərisində olan bir ədəd siqaretin gümüşü kağız bükümündəki narkotik vasitə heroini, bir ədəd şprisi, və həmin qabda olan limon duzunu təqdim etmişdir. Təqdim etdiklərindən başqa yaşadığı mənzildə hər hansı əşya olmadığını bildirdikdən sonra onun yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış keçirilərkən təqdim etdiyi əşyalardan başqa digər əşya və ya saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyim bir ədəd siqaretin gümüşü kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdə çəkisi 1,43 qram olmuşdur. Bundan sonra mən polis əməkdaşlarının sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs bildirmiş ki, həmin narkotik vasitəni 01.06.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı yaşayış binasının yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağız bükümündə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Daha sonra polis işçiləri baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da də imza etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, o, X30 İdarəsində inspektor vəzifəsində işləyir. İşlədiyi X30 İdarəsinin İnzibati Binasında yaşayır, həmin binada Yevlax rayonundan olmayan, yəni başqa ərazidən gəlmiş əməkdaşların yaşamaları üçün yataqxana vardır. Özünün şəxsi evi Qazax rayonu Daşsalahlı kəndindədir. Yevlax rayonunda işlədiyinə görə həmin yataqxanada ona mənzil verilmişdir. 31 may 2020-ci il tarixdə, saat təxminən 20 radələrində Miqrasiya İdarəsinin rəisi Zərərçəkmiş şəxs18 ona özünə məxsus Mersedes markalı avtomobili saxlanıldığı yerdə olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs18 adətən avtomobilini Miqrasiya İdarəsinin inzibati binasının qarşısında saxlayır. O, Zərərçəkmiş şəxs18lə birlikdə binanın qarşısına çıxmışlar, həqiqətən də avtomobil saxlanıldığı yerdə yolmamışdır. Ətrafa göz gəzdirib avtomobilin təxminən 100-150 metr kənarda dayandığını görmüşlər. Zərərçəkmiş şəxs18 avtomobilə yaxınlaşaraq qabaq sol qapısını açıb salonuna əyləşmiş sonra avtomobilindən ehtiyyat açarı və bir ədəd kişi ətirinin yerində olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs18 arxa yük yerini açmış, orada olan əşyalar da dağınıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs18 əşyalara göz gəzdirib hamısının yerində olduğunu görmüşdür. Bundan sonra İdarənin nəzarət-mühafizə kameralarının qeydlərinə baxmışlar, görmüşlər ki, bir nəfər şəxs İdarənin inzibati binasının qarşısına yaxınlaşaraq ilkin olaraq orada saxlanılmış idarəyə məxsus xidməti VAZ-21214 (NİVA) markalı, ** AV *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşaraq sol qapısını açıb salonuna əyləşir, həmin şəxs bir müddət sonra həmin avtomobilin salonundan düşərək Zərərçəkmiş şəxs18 məxsus olan Mersedes markalı avtomobilin salonuna qabaq sol qapını açaraq əyləşib bir müddət sonra avtomobili idarə edərək görüntü kamerasının müşahidə zonasından çıxaraq getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs18 baş verənlər barədə Yevlax rayon Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayından başlayaraq Mingəçevir şəhər sakinləri polis şöbəsinə ərizə ilə müraciət edərək, özlərinə məxsus velosipedlərin oğurlandığnı, avtomobillərin qaçırıldığını, eləcə də avtomobillərindən oğurluq edildiyini bildirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 may 2020-ci il tarixdən 09 may 2020-ci il tarixə keçən gecə şəhərin Nizami küçəsi 5 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd “Stels” maraklı velosipedi oğurlayıb Yevlax rayonu Havarlı kəndinin girişində bir nəfər şəxsə 40 manata satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə saat təxminən 16 radələrində Mingəçevir şəhəri İ.Qasımov küçəsi 12 b saylı evdə yaşayan Zərərçəkmiş şəxs9 nəvəsinə məxsus velosipedi qonşu evin darvazasının qarşısından oğurlayaraq Yevlax rayonu Varvara kəndinin girişində avtobus dayanacağında tanımadığı şəxsə 50 manata satmışdır. Bundan başqa o, 22.05.2020-ci il tarixdən 23.05.2020-ci il tarixə keçən gecə şəhərin N.Nərimanov küçəsi 38 saylı yaşayış binasının blokundan X7 övladına məxsus 1 ədəd “Desna” maraklı velosipedi oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 22.05.2020-ci il tarixdən 23.05.2020-ci il tarixə keçən gecə X17 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 17/35 saylı yaşayış binasının qarşısında Elşad Şıxıyevə məxsus Vaz 21011 markalı ** BJ *** dövlət qeydiyyat nişalı avtomobili qaçırıb Nizami küçəsində yerləşən küçələr arası avtomobil yolunda saxlamışdır. Bundan başqa o, 25 may 2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 6b saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd “Stels” markalı velosipedi oğurlayın Mingəçevir şəhər avtovağzalının yaxınlığında tanımadığı şəxsə 60 manata satmışdır. Bundan başqa o, 25 may 2020-ci il tarixdə 26 may 2020-ci il tarixə keçən gecə Mingəçevir şəhəri. H.Əliyev prospekti 70/1 saylı yaşayış binasının blokundan Səmədli Azər Şahid oğlunun övladına aldığı “Star” markalı velosipedi oğurlayıb Yevlax rayonu Xaldan qəsəbəsində tanımadığı şəxsə 70 manata satmışdır. Bundan başqa 27 may 2020ci il tarixdən 28 may 2020-ci il tarixə keçən gecə Mingəçevir şəhərinin Günəşli bağ massivi 14-cü küçədə yaşayan Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd “Stels Sport” markalı velosipedi oğurlayıb oğurluq etmək məqsədi ilə Yevlax rayonu Havarlı kəndinə gedərək oradan da oğurluq etdikdən sonra velosipedi tanımadığı şəxsə satmaq istəmiş, lakin velosipedi həmin şəxsə sata bilmədiyi üçün velosipedi həmin ərazidə ataraq qaçmışdır. Bundan başqa 29.05.2020-ci il tarixdən 30 05 2020-ci il tarixə keçən gecə Mingəçevir şəhərin Təbriz küçəsində yerləşən 11 saylı yaşayış binasının qarşısında yerləşən tikilidən Zərərçəkmiş şəxs3 nəvəsinə aldığı 1 ədəd vloeipedi oğurlayaraq Təbriz küçəsində yerləşən yaşayış evlərinin yaxınlığındakı qamışlıqda gizlətmişdir. Bundan başqa o, 29.05.2020-ci il tarixdən 30.05.2020-ci il tarixə keçən gecə şəhərin Təbriz küçəsində yerləşən 3 saylı yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs1 məxsus Vaz 2102 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili sürüb qaçıraraq Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsi ilə M.Maqomayev küçəsində yerləşən binaların qarşısındakı avtomobil qarajlarının arasında saxlamışdır. Bundan başqa o, 30 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixə keçən gecə X18 yaşadığı Koroğlu küçəsi 28a saylı ayaşyış evinin darvazasının qarşısında saxladığı Sərxan Göyüşova məxsus Vaz 21011 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan da pul və ətirləri oğurlamışdır. Bundan başqa o, 30.05.2020-ci il tarixdən 31.05.2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs4 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6a saylı yaşayış binasının qarşısında saxladığı Vaz 2104 markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1 ədəd notebook və təmir alətlərini oğurlamışdır. Bundan başqa o, 01 iyun 2020-ci il tarixdə X24 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 51 saylı yaşayış binanın qarşısında saxladığı 1 ədəd velosipedi də oğurlamışdır. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu və oğurladığı əşyaları yaşadığı mənzildə gizlətməsi barədə daxil olmuş məlumat əsasında onun və anasının razılığı ilə yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilinə 02 iyun 2020-ci il tarixdə saat 14 radələrində baxış keçirilərkən mənzildə yerləşən televizor altının rəfində şüşə qənd qabının içərisində olan bir ədəd siqaretin gümüşü kağız bükümündəki narkotik vasitə heroin, bir ədəd şpris, və həmin qabda olan limon duzunu aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdə çəkisi 1,43 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 01.06.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı yaşayış binasının yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağız bükümündə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri baxış zamanı yazmış olduqları protokolu oxudular və həmin protokolun düzgünlüyünə mən də imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şöhərddin oğlu Şahid4 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayından başlayaraq Mingəçevir şəhər sakinləri polis şöbəsinə ərizə ilə müraciət edərək, özlərinə məxsus velosipedlərin oğurlandığnı, avtomobillərin qaçırıldığını, eləcə də avtomobillərindən oğurluq edildiyini bildirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Bu barədə polis şöbəsinin əməkdaşlar təlimatlandırılaraq Təqsirləndirilən şəxs yerinin müəyən edilməsi eləcə də onun cinayətkar əməllərinin qarşısının alıması barədə göstəriş verilmişdir. 01 iyun 2020-ci il tarixdən 02 iyun 2020-ci il tarixə keçən gecə şəhər ərazisində xidmətdə olarkən şəhərin Füzüli küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmaq istəyərkərkən Təqsirləndirilən şəxs polis əməkdaşlarının yaxınlaşmaq istədiyini görüb qaçmağa başlamışdır. O da polis əməkdaşları birlikdə Təqsirləndirilən şəxs arxasınca qaçmağa başlamışlar. Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsi ilə qaçaraq Ü.Hacıbəyov küçəsi ilə M.Maqomayev küçəsində yerləşən yaşayış evlərinin qarşısındakı uşaq bağçasına daxil olmuşdur. O da polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs arxasıyla həmin bağçaya daxil olmuşdur. Bir qədər qaçdıqdan sonra Təqsirləndirilən şəxs ayağı büdrəyərək yıxılmış və başı asfalta dəymişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb yaxalamışlar. Həmin zaman Təqsirləndirilən şəxs yaxınlığında yerdə bir ədəd notebook olmuşdur. Həmin notebookun Təqsirləndirilən şəxs məxsus əlində olub olmadığını soruşub o da həmin notebookun yıxılarkən əlindən düşdüyünü bildirdiyi üçün həmin notebooku götürmüşlər. Təqsirləndirilən şəxs xəarət aldığını görüb onu həmin yerdən birbaşa Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Orada Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərildikdən sonra onu polis şöbəsinə gəirib Bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 Şahid7 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsində PPXB-nün polis nəfəri vəzifəsində işləyir. Bildirmişdir ki, 2020-ci ilin yanvar ayından başlayaraq Mingəçevir şəhər sakinləri polis şöbəsinə ərizə ilə müraciət edərək, özlərinə məxsus velosipedlərin oğurlandığnı, avtomobillərin qaçırıldığını, eləcə də avtomobillərindən oğurluq edildiyini bildirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Bu barədə polis şöbəsinin əməkdaşlar təlimatlandırılaraq Təqsirləndirilən şəxs yerinin müəyən edilməsi eləcə də onun cinayətkar əməllərinin qarşısının alıması barədə göstəriş verilmişdir. 01 iyun 2020-ci il tarixdən 02 iyun 2020-ci il tarixə keçən gecə şəhər ərazisində xidmətdə olarkən şəhərin Füzüli küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmaq istəyərkərkən Təqsirləndirilən şəxs polis əməkdaşlarının yaxınlaşmaq istədiyini görüb qaçmağa başlamışdır. O da polis əməkdaşları birlikdə Təqsirləndirilən şəxs arxasınca qaçmağa başlamışlar. Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsi ilə qaçaraq Ü.Hacıbəyov küçəsi ilə M.Maqomayev küçəsində yerləşən yaşayış evlərinin qarşısındakı uşaq bağçasına daxil olmuşdur. O da polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs arxasıyla həmin bağçaya daxil olmuşdur. Bir qədər qaçdıqdan sonra Təqsirləndirilən şəxs ayağı büdrəyərək yıxılmış və başı asfalta dəymişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb yaxalamışlar. Həmin zaman Təqsirləndirilən şəxs yaxınlığında yerdə bir ədəd notebook olmuşdur. Həmin notebookun Təqsirləndirilən şəxs məxsus əlində olub olmadığını soruşub o da həmin notebookun yıxılarkən əlindən düşdüyünü bildirdiyi üçün həmin notebooku götürmüşlər. Təqsirləndirilən şəxs xəarət aldığını görüb onu həmin yerdən birbaşa Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Orada Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərildikdən sonra onu polis şöbəsinə gəirib Bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində İTB-nin sahə müvəkkili vəzifəsində işləyir. 19.05.2020-ci il tarixdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 1-də yaşayan Cəfərov X8 ŞPŞ-nə ərizə ilə müraciət edərək 18.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixə keçən gecə yaşadığı binanın blokundan özünə məxsus 200 manat dəyərində velosipedin oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs15 müraciəti əsasında Mingəçevir ŞPŞ-in TB-in təhqiqatçısı Şahin İmanov tərəfindən araşdırma aparılaraq 20.05.2020-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş naməlum şəxsin müəyyən edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-in İTB-nə göndərilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixə keçən gecə şəhərin A.Məmmədov küçəsi 1 saylı yaşayış binasının ümumi istifadə edilən mətbəxindən Zərərçəkmiş şəxs15 məxsus 1 ədəd “Stels” maraklı velosipedi oğurlayıb Yevlax rayonu ərazisində tanımadığı şəxsə 45 manata satmışdır. Qeyd olunan xüsusatları Təqsirləndirilən şəxs öz izahatında da təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində İTB-nin sahə müvəkkili vəzifəsində işləyir. 10.05.2020-ci il tarixdə Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 40 mənzil 33-də yaşayan İsayev X14 ŞPŞ-nə ərizə ilə müraciət edərək 09.05.2020-ci il tarixdən 10.05.2020-ci il tarixə keçən gecə yaşadığı binanın blokundan özünə məxsus 2 ədəd 170 manat dəyərində velosipedin oğurlandığını bildirmişdir.Zərərçəkmiş şəxs13 müraciəti əsasında Mingəçevir ŞPŞ-in TB-in baş təhqiqatçısı Vaqif Əliyev tərəfindən araşdırma aparılaraq 20.05.2020-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş naməlum şəxsin müəyyən edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-in İTB-nə göndərilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 may 2020-ci il tarixdən 10 may 2020ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs13 şəhərin N.Nərimanov küçəsi yaşayış binasının blokunda saxladığı 2 ədəd velosipedləri oğurlayıb şəhər ərazisində tanımadığı şəxsə satmışdır. Qeyd olunan xüsusatları Təqsirləndirilən şəxs öz izahatında da təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş, lakin iştirak etməmiş Şahid2 Məhiyyəddin oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 2020-ci ilin yanvar ayından başlayaraq Mingəçevir şəhər sakinləri polis şöbəsinə ərizə ilə müraciət edərək, özlərinə məxsus velosipedlərin oğurlandığnı, avtomobillərin qaçırıldığını, eləcə də avtomobillərindən oğurluq edildiyini bildirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 may 2020-ci il tarixdən 09 may 2020-ci il tarixə keçən gecə şəhərin Nizami küçəsi 5 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd “Stels” maraklı velosipedi oğurlayıb Yevlax rayonu Havarlı kəndinin girişində bir nəfər şəxsə 40 manata satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə saat təxminən 16 radələrində Mingəçevir şəhəri İ.Qasımov küçəsi 12 b saylı evdə yaşayan Zərərçəkmiş şəxs9 nəvəsinə məxsus velosipedi qonşu evin darvazasının qarşısından oğurlayaraq Yevlax rayonu Varvara kəndinin girişində avtobus dayanacağında tanımadığı şəxsə 50 manata satmışdır. Bundan başqa o, 22.05.2020-ci il tarixdən 23.05.2020-ci il tarixə keçən gecə şəhərin N.Nərimanov küçəsi 38 saylı yaşayış binasının blokundan X7 övladına məxsus 1 ədəd “”Desna” maraklı velosipedi oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 22.05.2020-ci il tarixdən 23.05.2020-ci il tarixə keçən gecə X17 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 17/35 saylı yaşayış binasının qarşısında Elşad Şıxıyevə məxsus Vaz 21011 markalı ** BJ *** dövlət qeydiyyat nişalı avtomobili qaçırıb Nizami küçəsində yerləşən küçələr arası avtomobil yolunda saxlamışdır. Bundan başqa o, 25 may 2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 6b saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd “Stels” markalı velosipedi oğurlayın Mingəçevir şəhər avtovağzalının yaxınlığında tanımadığı şəxsə 60 manata satmışdır. Bundan başqa o, 25 may 2020-ci il tarixdə 26 may 2020-ci il tarixə keçən gecə Mingəçevir şəhəri. H.Əliyev prospekti 70/1 saylı yaşayış binasının blokundan Səmədli Azər Şahid oğlunun övladına aldığı “Star” markalı velosipedi oğurlayıb Yevlax rayonu Xaldan qəsəbəsində tanımadığı şəxsə 70 manata satmışdır. Bundan başqa 27 may 2020-ci il tarixdən 28 may 2020-ci il tarixə keçən gecə Mingəçevir şəhərinin Günəşli bağ massivi 14-cü küçədə yaşayan Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd “Stels Sport” markalı velosipedi oğurlayıb oğurluq etmək məqsədi ilə Yevlax rayonu Havarlı kəndinə gedərək oradan da oğurluq etdikdən sonra velosipedi tanımadığı şəxsə satmaq istəmiş, lakin velosipedi həmin şəxsə sata bilmədiyi üçün velosipedi həmin ərazidə ataraq qaçmışdır. Bundan başqa 29.05.2020-ci il tarixdən 30 05 2020-ci il tarixə keçən gecə Mingəçevir şəhərin Təbriz küçəsində yerləşən 11 saylı yaşayış binasının qarşısında yerləşən tikilidən Zərərçəkmiş şəxs3 nəvəsinə aldığı 1 ədəd vloeipedi oğurlayaraq Təbriz küçəsində yerləşən yaşayış evlərinin yaxınlığındakı qamışlıqda gizlətmişdir. Bundan başqa o, 29.05.2020-ci il tarixdən 30.05.2020-ci il tarixə keçən gecə şəhərin Təbriz küçəsində yerləşən 3 saylı yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs1 məxsus Vaz 2102 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili sürüb qaçıraraq Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsi ilə M.Maqomayev küçəsində yerləşən binaların qarşısındakı avtomobil qarajlarının arasında saxlamışdır. Bundan başqa o, 30 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixə keçən gecə X18 yaşadığı Koroğlu küçəsi 28a saylı ayaşyış evinin darvazasının qarşısında saxladığı Sərxan Göyüşova məxsus Vaz 21011 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan da pul və ətirləri oğurlamışdır. Bundan başqa o, 30.05.2020-ci il tarixdən 31.05.2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs4 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6a saylı yaşayış binasının qarşısında saxladığı Vaz 2104 markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1 ədəd notebook və təmir alətlərini oğurlamışdır. Bundan başqa o, 01 iyun 2020-ci il tarixdə X24 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 51 saylı yaşayış binanın qarşısında saxladığı 1 ədəd velosipedi də oğurlamışdır. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu və oğurladığı əşyaları yaşadığı mənzildə gizlətməsi barədə daxil olmuş məlumat əsasında onun və anasının razılığı ilə yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilinə 02 iyun 2020-ci il tarixdə saat 14 radələrində baxış keçirilərkən mənzildə yerləşən televizor altının rəfində şüşə qənd qabının içərisində olan bir ədəd siqaretin gümüşü kağız bükümündəki narkotik vasitə heroin, bir ədəd şpris, və həmin qabda olan limon duzunu aşkar edilmişdir.Aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdə çəkisi 1,43 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 01.06.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı yaşayış binasının yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağız bükümündə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri baxış zamanı yazmış olduqları protokolu oxudular və həmin protokolun düzgünlüyünə o da imza atdı. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 və Şahid3 Şahid2 ibtidai istintaq zamanı vermiş olduğunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsini təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsində İTBnin sahə müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 19.01.2020-ci il tarixdə Mingəçevir şəhəri Nizami küçəsi ev 12 mənzil 51-də yaşayan İsgəndərli X9 ŞPŞ-nə ərizə ilə müraciət edərək 16.01.2020-ci il tarixdə yaşadığı binanın blokundan özünə məxsus 250 manat dəyərində velosipedin oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs11 müraciəti əsasında Mingəçevir ŞPŞ-in TB-in təhqiqatçısı Şahin İmanov tərəfindən araşdırma aparılaraq 29.01.2020-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Azərbaycan respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş naməlum şəxsin müəyyən edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-in İTB-nə göndərilmişdir. Qərar əsasında Mingəçevir ŞPŞ-in İTB-in sabiq sahə rəisi Ramil Ağayev tərəfindən 31.01.2020-ci il tarixdə inzibati icraat açılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisənin Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 yanvar 2020-ci il tarixdən 19 yanvar 2020-ci il tarixə keçən gecə şəhərin Nizami küçəsi 12 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs11 1 ədəd “Stels” maraklı velosipedi oğurlayıb şəhər ərazisində tanımadığı şəxsə 40 manata satmışdır. Qeyd olunan xüsusatları Elmi Rüstəmov öz izahatında da təsdiq etmişdir. Bundan başqa, 08.01.2020-ci il tarixdə Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 8 mənzil 3-də yaşayan X1 ŞPŞ-nə ərizə ilə müraciət edərək 08.01.2020-ci il tarixdə qardaşı arvadı X5 yaşadığı H.Əliyev prospekti ev 84/2-dən 70 manat dəyərində velosipedin oğurlandığını bildirmişdir.X6 müraciəti əsasında Mingəçevir ŞPŞ-in TB-in təhqiqatçısı Qənimət Muradlı tərəfindən araşdırma aparılaraq 18.01.2020-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Azərbaycan respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş naməlum şəxsin müəyyən edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-in İTB-nə göndərilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin də Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 yanvar 2020-ci il tarixdən 09 yanvar 2020-ci il tarixə keçən gecə şəhərin H.Əliyev prospekti ev 84/2-dən 1 ədəd velosipedi oğurlayıb Yevlax rayon ərazisində tanımadığı şəxsə 20 manata satmışdır. Qeyd olunan xüsusatları Elmi Rüstəmov öz izahatında da təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid11 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində İTB-nin sahə müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 10.04.2020-ci il tarixdə Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 3 mənzil 35-də yaşayan Zərərçəkmiş şəxs14 Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək 10.04.2020-ci il tarixdə yaşadığı binanın qarşısında saxladığı “Jeep” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 345 manat dəyərində yataq dəstlərinin oğurlandığını bildirmişdir. Cümhur Erentürkün müraciəti əsasında Mingəçevir ŞPŞ-in TB-in təhqiqatçısı Şahin İmanov tərəfindən araşdırma aparılaraq 10.05.2020-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Azərbaycan respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş naməlum şəxsin müəyyən edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-in İTB-nə göndərilmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 aprel 2020-ci il tarixdən 10 aprel 2020-ci il tarixə keçən gecə şəhərin N.Nərimanov küçəsi 3 saylı yaşayış binasının qarşısında saxladığı İeep markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs14ə məxsus yataq dəstləri və dəsmalları oğurlayıb Mingəçevir şəhər Mərkəzi Bazarında tanımadığı şəxsə 70 manata satmışdır. Qeyd olunan xüsusatları Təqsirləndirilən şəxs öz izahatında da təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid14 verdiyi ifadəsində göstərmişdir ki, o Mingəçevir şəhər Polis Şöbəsində İTB-nin sahə müvəkkili vəzifəsində işləyir. 22.04.2020-ci il tarixdə Mingəçevir şəhəri Koroğlu küçəsi ev 23 mənzil 46-da yaşayan Hüseynov X15 ŞPŞ-nə ərizə ilə müraciət edərək 22.04.2020-ci il tarixdə yaşadığı binanın qarşısında saxladığı “Shaolin” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildən 150 manat dəyərində “Peeoner” markalı maqnitafonun və 50 manat məbləğdə pulun oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs12 Mahmud oğlunun müraciəti əsasında Mingəçevir ŞPŞ-in TB-in baş təhqiqatçısı Ruzi Həsənov tərəfindən araşdırma aparılaraq 02.05.2020-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Azərbaycan respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş naməlum şəxsin müəyyən edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-in İTB-nə göndərilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs12 Mahmud oğlunun şəhərin Koroğlu küçəsi ev 23 saylı yaşayış binasının qarşısında saxladığı “Shaolin” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildən 150 manat dəyərində “Peeoner” markalı maqnitafonun və 50 manat məbləğdə pul oğurlayıb, “Peeoner” markalı maqnitafonu Yevlax rayon avtovağzalında tanımadığı şəxsə 60 manata satmışdır. Qeyd olunan xüsusatları Təqsirləndirilən şəxs öz izahatında da təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid15 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində İTB-nin sahə müvəkkili vəzifəsində işləyir. 03.05.2020-ci il tarixdə Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 46 mənzil 9-da yaşayan Xəlilov X16 ŞPŞ-nə ərizə ilə müraciət edərək 03.05.2020-ci il tarixdə yaşadığı binanın blokundan özünə məxsus 200 manat dəyərində velosipedin oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs10 müraciəti əsasında Mingəçevir ŞPŞ-in TB-in baş təhqiqatçısı Vaqif Əliyev tərəfindən araşdırma aparılaraq 13.05.2020-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş naməlum şəxsin müəyyən edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-in İTB-nə göndərilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 may 2020-ci il tarixdən 03 may 2020-ci il tarixə keçən gecə şəhərin Naxçıvan küçəsi 46 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs10 1 ədəd “Stels” maraklı velosipedi oğurlayıb Yevlax rayonu ərazisində tanımadığı şəxsə 50 manata satmışdır. Qeyd olunan xüsusatları Təqsirləndirilən şəxs öz izahatında da təsdiq etmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 əmlaklarını oğurlaması və Zərərçəkmiş şəxs1 avtomobilini qaçırması ilə bağlı istinad etdiyi dəlillər ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilməmiş, həmçinin həmin sübutlar təqsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayəti törətməkdə təqsirli olması üçün kifayət etməmişdir. Belə ki, istintaq orqanı mötəbərliyi şübhə doğurmayan digər sübutlar əldə etmədən, yalnız təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirini etiraf edərək verdiyi ifadəsinə istinad etmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs ifadəsinin bir hissəsindən imtina etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 əmlaklarını oğurlaması və Zərərçəkmiş şəxs1 avtomobilini qaçırması ilə bağlı öz təqsirini etiraf etməsi, məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsinin həmin hissəsini ittihamın düzgün həll edilməsi zamanı sübut növü kimi qəbul etmir və nəzərə almır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 19.01.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 12 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs11 məxsus velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 10.04.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs14ün yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 3 saylı yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs14ə məxsus “Jeep” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən müxtəlif yataq dəstləri oğurlanmışdır. Cinayət işinin materiallarında olan 22.04.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 Mahmud oğluna məxsus Mingəçevir şəhəri Koroğlu küçəsi 23 saylı yaşayış binasının qarşısında saxladığı “Shaolin” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildən 150 manat dəyərində “Peeoner” markalı maqnitafon və 50 manat məbləğdə pul oğurlanmışdır. Cinayət işinin materiallarında olan 03.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs10 məxsus velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 10.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 40 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs13 məxsus 2 ədəd velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 19.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs15 yaşadığı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 1 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs15 məxsus velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 22.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri İ.Qasımov küçəsi 12a saylı yaşayış evinin yaxınlığından Zərərçəkmiş şəxs9 məxsus velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 23.05.2020-ci il tarixli protokoldan görünür ki, X17 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 17/35 saylı yaşayış binasının qarşısında saxladığı Elşad Şıxıyevə məxsus Vaz 21011 markalı 30 BJ-372 dövlət qeydiyyat nişanlı avtomobil qaçırılmışdır. Cinayət işinin materiallarında olan 26.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6B saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs8 məxsus velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 26.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 yaşadığı Mingəçevir şəhəri H.Əliyev küçəsi 70/1 saylı yaşayış binasının blokundan Zərərçəkmiş şəxs7 məxsus velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 02.06.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 14-cü küçədə yerləşən evin həyətindən Zərərçəkmiş şəxs5 məxsus velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 30.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri Təbriz küçəsi 11 saylı yaşayış binasının qarşısında yerləşən tikilidən Zərərçəkmiş şəxs3 məxsus velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 30.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri Təbriz küçəsi 11 saylı yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs1 məxsus Vaz 2102 markalı 85 BH-217 dövlət qeydiyyat nişanlı avtomobil qaçırılmışdır. Cinayət işinin materiallarında olan 31.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6a saylı yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs4 məxsus Vaz 2104 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edilmişdir. Cinayət işinin materiallarında olan 01.06.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən fermadan oğurluq edilməyə cəhd edilmiş, Zərərçəkmiş şəxs17 məxsus Vaz 21063 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil qaçırılmış və həmin avtomobilin əşya qutusundan müxtəlif sənədlər oğurlanmışdır. Cinayət işinin materiallarında olan 28.05.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs19 məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən evdən oğurluq edilmişdir. Cinayət işinin materiallarında olan 31.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 məxsus Mercedes Benz markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edilmişdir. Cinayət işinin materiallarında olan 09.06.2020-ci il tarixli protokoldan görünür ki, X30 İdarəsinə məxsus Vaz 21214 dövlət qeydiyyat nişanlı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edilməyə cəhd edilmişdir. Cinayət işinin materiallarında olan 23.05.2020-ci il tarixli protokoldan görünür ki, X22 məxsus Vaz 21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhəri Nizami küçəsində yerləşən yaşayış binalarının aralığındakı avtomobil yolunun kənarından aşkar edilmişdir. Vaz 21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Elşad Şıxıyevə qaytarılmışdır. Cinayət işinin materiallarında olan 31.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Vaz 2102 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ilə M.Maqomayev küçəsində yerləşən yaşayış binalarının qarşısındakı qarajların yaxınlığından aşkar edilmişdir. Vaz 2102 markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işinin materiallarında olan 02.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı 1 ədəd “HP” markalı notebook Təqsirləndirilən şəxs götürülmüşdür. Odur ki, Zərərçəkmiş şəxs4 məxsus “HP” markalı notebook iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Cinayət işinin materiallarında olan 02.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus Mingəçevir şəhəri Təbriz küçəsi 11 saylı yaşayış binasının qarşısında yerləşən tikilidən oğurladığı velosiped Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən yaşayış evlərinin yaxınlığındakı qamışlıq sahədən aşkar edilərək götürülmüşdür. Həmin “Belorusiyya” markalı velosiped iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılmışdır. Cinayət işinin materiallarında olan 02.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 yaşadığı evdən oğurladığı velosiped Zərərçəkmiş şəxs5 götürülmüşdür. “Stels sport” markalı velosiped iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs5 qaytarılmışdır. Cinayət işinin materiallarında olan 19.06.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 oğurlanmış “Belorissiya” markalı velosipedi ona təqdim edilmiş velosipedlərin arasından tanıyaraq göstərmişdir. Cinayət işinin materiallarında olan 25.06.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 oğurlanmış “HP” markalı notebooku ona təqdim edilmiş notebookların arasından tanıyaraq göstərmişdir. Cinayət işinin materiallarında olan 02.06.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs16 təqdim etdiyi VAZ-21074 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs16 götürülmüşdür. VAZ-21074 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs16 qaytarılmışdır. Cinayət işinin materiallarında olan 05.06.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 təqdim etdiyi VAZ-2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobil, bir ədəd “Partner professional” markalı yanacaq mühərrikli ot biçən maşın, bir ədəd “UÜPB-620-500” markalı yanacaq mühərrikli mişar, bir ədəd “ROYCE W10-125” markalı elektrik mühərrikli mişar (laqonda), üç ədəd bıçaq Zərərçəkmiş şəxs17 götürülmüşdür. VAZ-2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobil, bir ədəd “Partner professional” markalı yanacaq mühərrikli ot biçən maşın, bir ədəd “UÜPB-620-500” markalı yanacaq mühərrikli mişar, bir ədəd “ROYCE W10-125” markalı elektrik mühərrikli mişar (laqonda), üç ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs17 qaytarılmışdır. Cinayət işinin materiallarında olan 06.06.2020-ci il tarixli protokoldan görünür ki, X30 İdarəsinin inzibati binasının ətrafında qurlaşdırılmış video müşahidə kameralarının yaddaşında əks olunmuş görüntülərin surəti olan disk X29 götürülmüşdür. Həmin disk sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 08.06.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs19 təqdim etdiyi “Arçelik” markalı televizor və bir ədəd “EDİFİER R 401” markalı səs gücləndirici qurğu Zərərçəkmiş şəxs19 götürülmüşdür.“Arçelik” markalı televizor və bir ədəd “EDİFİER R 401” markalı səs gücləndirici iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs19 qaytarılmışdır. Cinayət işinin materiallarında olan 02.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı evin 85 saylı mənzilinə baxış keçirilərkən mənzildəki televizorun altındakı rəfindəki qənd qabından 1(bir) ədəd siqaretin gümüşü kağız bükümünün içərisində ümumi təmiz çəkisi 1,002 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 18.05.2020-ci il tarixli 9/866 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən təzə vəziyyətdə olan malların 2020-ci ilin aprel ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən 285 manat müəyyən edilir. O cümlədən: 3 ədəd Türkiyə istehsalı olan “Bomonti” markalı ölçüləri 240x260sm olan yataq dəsti-270 manat (3ədəd x 90man); 1 ədəd türkiyə istehsalı olan “Bomonti” markalı, ölçüləri 160x220sm olansüfrə-15 manat. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 08.06.2020-ci il tarixli 9/1425 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən təzə vəziyyətdə olan, qara-yaşıl rəngli, 24 ölçülü “Stels” markalı velosipedin orta bazar qiyməti nəzəri qaydada təxminən 160 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 02.10.2020-ci il tarixli 9/3933 saylı rəyindən görünür ki, 1 ədəd “Stels Navigator” markalı, 26-lıq, 2019-cu ilin avqust ayında 270 manata alınmış istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2020-ci ilin yanvar ayı üçün qiyməti-180 manat, 1 ədəd 2020-ci ilin yanvar ayında 150 manata alınmış istifadə edilmiş, işlək vəziyyətdə “Peeoner” markalı avtomobil üçün maqnitafonun 2020-ci ilin aprel ayı üçün qiymətini müəyyən etmək mümkün deyil, 1 ədəd “Stels” markalı, 28-lik, 2012-ci ildə 220 manata alınmış istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2020-ci ilin may ayı üçün qiyməti-120 manat, 1 ədəd “Şkolnik” markalı, 20-lik, 2019-cu ilin avqust ayında 95 manata alınmış, istifadə edilmiş, saz vəziyyətdə, 1 ədəd “Şkolnik” markalı 16-lıq qiyməti-60 manat, 2019-cu ilin avqust ayında 75 manata alınmış, istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2020-ci ilin may ayı üçün qiyməti 50 manat, 1 ədəd “Stels” markalı 28-lik, 2018-ci ildə 200 manata alınmış, istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2020-ci ilin may ayı üçün qiyməti 130 manat, 1 ədəd “Start” markalı 28-lik, 2020-ci ilin may ayında 180 manata alınmış 1 həftə istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2020-ci ilin may ayı üçün qiyməti-150 manat, 1 ədəd “Start” markalı, 24-lük, 2019-cu ilin iyul ayında 550 manata alınmış, saz vəziyyətdə velosipedin 2020-ci ilin may ayı üçün qiyməti-250 manat, 1 ədəd “Belorussiya” markalı, 28-lik, 2019cu ilin sentyabr ayında 380 manata alınmış, istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2020-ci ilin may ayı üçün qiyməti 180 manat, 1 ədəd “Stels” markalı, 28-lik 2020-ci ildə 100 manata alınmış istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2020-ci ilin iyun ayı üçün qiyməti-80 manat, 1 ədəd “Stels” markalı 28-lik, 2020-ci ilin yanvar ayında 390 manata alınmış istifadə edilmiş, saz vəziyyətdə olan velosipedin 2020-ci ilin may ayı üçün qiyməti 200 manat, 1 ədəd “Stels Sport” markalı 26-lıq, 2019-cu ilin sentyabr ayında 500 manata alınmış, istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2020-ci ilin may ayı üçün qiyməti-300 manat, 1 ədəd “Vaz 2102” markalı, 1982-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş, kuzov hissəsində müxtəlif detallarında zədələr olan, istifadəyə yararlı vəziyyətdə avtomobilin 2020-ci ilin may ayı üçün qiyməti-2300 manat, 1 ədəd “Vaz 21013” (21011) markalı, 1984-cü ildə Rusiya Federasiyasında istehsal olunmuş, kuzov hissəsində müxtəlif detallarında zədələr olan istifadəyə yararlı vəziyyətdə olan avtomobilin 2020-ci ilin may ayı üçün qiyməti-2300 manat, 1 ədəd 2014-cü ildə 685 manata alınmış səliqəli istifadə edilmiş, istifadəyə yararlı, saz vəziyyətdə “HP” markalı 2000-2d80sr modelli notebookun 2020-ci ilin may ayı üçün qiyməti-200 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların istifadə olması nəzərə alınmaqla normal vəziyyətdə, cədvəldə qeyd edilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 6500,00 manat müəyyən edilir. 1 adda mal (maqnitafon) haqqında kifayət qədər məlumat (modeli, texniki göstəriciləri, texniki vəziyyəti və sair) olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan 04.06.2020-ci il tarixli ƏQ-98/2020saylı mütəxəssis rəyindən görünür ki, “Arçelik” markalı televizorun 400 (dörd yüz) manat, 1 ədəd “EDİFİER R 401” markalı səs gücləndirici qurğuun 60 manat, 1 ədəd Mersedes Benz E-240 markalı avtomobilə məxsus ehtiyyat açarın 120 (yüz iyirmi) manat, 1 ədəd “AMBER MUSK AJMAL” markalı kişi ətirinin 300 (üz yüz) manat, Vaz markalı 21074 modelli 2010-cu il buraxılışlı minik avtomobilinin 6000 (altı min manat), 1 ədəd “Partner professional” markalı yanacaq mühərrikli ot biçən mişarın 150 (yüz əlli) manat, 1 ədəd “UÜPB-620-500” markalı yanacaq mühərrikli mişarın 120 manat, 3 ədədlaqonda üçün bıçaq (böyük) 30 (otuz) manat, 1 ədəd “ROYCE W10-125” markalı elektrik mühərrikli mişarının (laqonda)- 30 (otuz) manat, ümumi real bazar dəyəri 7210 (yeddi min iki yüz on) manat təşkil edir. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 02.06.2020-ci il tarixli 17/335 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş narkotik....” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-1,002 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd 2ml-lik şprisdə aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 01 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi-2,634 qram olan maddə narkotik tərkibə malik olmayan sitrat (limon) turşusudur. Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,952 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-in maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 03.10.2020-ci il tarixli 865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı heroin qəbul etdiyini və aşkar olunan narkotik vasitəni tapdığını bildirmişdir. Ekspertiza zamanı isə müayinədən imtina etmişdir. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxmayaraq ki, ekspertiza zamanı müayinələrdən imtina etmişdir, lakin istintaq zamanı narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş 13.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Rüstəmov X13 şəhər Məhkəməsinin 24.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib 14.06.2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cinayət işinin materiallarında olan 03 oktyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 1 (bir) ədəd siqaretin gümüşü kağız bükümündə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 0,952 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd “Belorissiya” markalı və 1 ədəd “Stels Sport” markalı velosipedlər, 1 ədəd Vaz 2102 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı, 1 ədəd Vaz 21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər, 1 ədəd HP markalı “2000-2d80sr” modelli notebook iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-in maddi sübutların saxlanc otağına verilmişdir. Yevlax RPŞ-in İB-in müstəntiqi polis kapitanı Şamil Nəcəfov tərəfindən qəbul edilmiş 02.06.2020-ci il tarixli qərarla VAZ-2074 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs16 qaytarılmışdır. 05.06.2021-ci il tarixli qərarla VAZ-2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobil, bir ədəd “Partner professional” markalı yanacaq mühərrikli ot biçən maşın, bir ədəd “UÇPB-620-500” markalı yanacaq mühərrikli mişar, bir ədəd “ROYCE W10-125” markalı elektrik mühərrikli mişar (laqonda), üç ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs17a qaytarılmışdır. 08.06.2020-ci il tarixli qərarla “Arçelik” markalı televizor və bir ədəd “EDİFİER R 401” markalı səs gücləndirici qurğu cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs19 qayatarılmışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutuması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 4(051)-69/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri selmiş, həbsdə saxlama müddəti 3 (ay) həddində müyyən edilmiş və həbsdə saxlama müddətinin əvvəli 02 iyun 2020-ci ildən hesablanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-150/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 15 iyun 2017-ci il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs5 məxsus “Stels Sport” markalı velosipedi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs19 məxsus yaşayış evindən oğurluq etməklə, Zərərçəkmiş şəxs3 Mövsüm qızına məxsus “Belorussiya” markalı velosipedi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs4 məxsus avtomobildən oğurluq etməklə, X30 İdarəsinə məxsus avtomobildən oğurluq etməyə cəhd etməklə, Zərərçəkmiş şəxs18 məxsus avtomobildən oğurluq etməklə, Zərərçəkmiş şəxs16 məxsus avtomobili oğurlamaqla, Zərərçəkmiş şəxs17 məxsus evdən oğurluq etməyə cəhd etməklə, Zərərçəkmiş şəxs17 məxsus avtomobili qanunsuz olaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs17 məxsus avtomobildən rəsmi sənədlərini oğurlayıb talamaqla, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,002 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməllləri törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 353.2.4–cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri–əsaslandırıcı hissəsində ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları göstərilməlidir. Məhkəmə, istinad olunan prosessual normaların tələblərinə uyğun olaraq, məhkəmə istintaqında sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, 18 yanvar 2020-ci il tarixdən 19 yanvar 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs11 məxsus velosipedi oğurlaması, 09 aprel 2020-ci il tarixdən 10 aprel 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs14 Hüseyn oğluna məxsus avtomobildən oğurluq etməsi, 21 aprel 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs12 Mahmud oğluna məxsus avtomobildən oğurluq etməsi, 03 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs10 məxsus velosipedi oğurlaması, 08 may 2020-ci il tarixdən 09 may 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs6 məxsus velosipedi oğurlaması, 09 may 2020-ci il tarixdən 10 may 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs13 məxsus velosipedləri oğurlaması, 18 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs15 məxsus velosipedi oğurlaması, 22 may 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs9 məxsus velosipedin oğurlanması, 25 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus velosipedin oğurlanması, 25 may 2020-ci il tarixdən 26 may 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs7 məxsus velosipedi oğurlaması və 29 may 2020-ci il tarixdən 30 may 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus Vaz 2102 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb qaçırması ilə əlaqədar irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli olması ilə bağlı aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr olduğundan, həmin epizodlar əsassız hesab edilərək, onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət–prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 18 yanvar 2020-ci il tarixdən 19 yanvar 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 12 saylı yaşayış binasının bloku ilə 4-cü mərtəbəyə qalxıb, həmin mərtəbədə Zərərçəkmiş şəxs11 yaşadığı 51 saylı mənzilin giriş qapısının yaxınlığındakı dəmir boruya dəmir tros qıfıl ilə bağladığı velosipedin qıfılını əli ilə dartıb qıraraq sonuncuya məxsus 1 ədəd 180 (yüz səksən) manat dəyərində “Stels Naviqator” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 09 aprel 2020-ci il tarixdən 10 aprel 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs14 Hüseyn oğlunun yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 3 saylı yaşayış binasının qarşısında saxladığı “Jeep” markalı **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin sol arxa pncərəsinin şüşəsini əli ilə vurub sındırıb arxa qapısını açıb avtomobilin salonunda arxa oturacağın üzərində olan 1ədədnin qiyməti 90 manat olan 3 ədəd 270 manat dəyərində Türkiyə istehsalı,“Bomonti” markalı 240x260sm ölçüdə yataq olan yataq dəstlərini, 1 ədəd 15 manat dəyərində Türkiyə istehsalı olan “Bomonti” markalı, 160x220sm ölçüdə süfrəni, ümumilikdə 285 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs14ə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 21 aprel 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs12 Mahmud oğlunun yaşadığı Mingəçevir şəhəri Koroğlu küçəsi 23 saylı yaşayış binasının qarşısında saxladığı “Shaolin SL” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin sol qabaq qapısını açarseçmə yolu ilə açıb avtomobilin salonuna daxil olaraq salondan 150 manat dəyərində 1 ədəd “Peoneer” markalı maqnitafonu, 50 manat məbləğdə pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 200 (iki yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 03 may 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı yaşayış binasının bloku ilə 5-ci mərtəbəyə qalxıb, həmin mərtəbədə Zərərçəkmiş şəxs10 yaşadığı 9 saylı mənzilin giriş qapısının qarşısında saxladığı sonuncuya məxsus 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 08 may 2020-ci il tarixdən 09 may 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı yaşayış binasının bloku ilə 5-ci mərtəbəyə qalxıb, həmin mərtəbədə Zərərçəkmiş şəxs6 yaşadığı 50 saylı mənzilin giriş qapısının yaxınlığındakı dəmir boruya dəmir tros qıfıl ilə bağladığı velosipedin qıfılını əli ilə dartıb qıraraq sonuncuya məxsus 1 ədəd 160 (yüz atmış) manat dəyərində “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 09 may 2020-ci il tarixdən 10 may 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs13 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 40 saylı yaşayış binasının bloku ilə 5-ci mərtəbəyə qalxıb, həmin mərtəbədə Zərərçəkmiş şəxs13 yaşadığı 33 saylı mənzilin giriş qapısının qarşısında saxladığı sonuncuya məxsus 1 ədəd 60 (atmış) manat dəyərində “Şkolin” markalı, 1 ədəd 50 (əlli) manat dəyərində 3 təkərli velosipedləri, gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 110 (yüz on) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 18 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs15 yaşadığı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 40 saylı yaşayış binasının bloku ilə keçib ümumi istifadə edilən mətbəxə daxil olaraq orada Zərərçəkmiş şəxs15 saxladığı sonuncuya məxsus 1 ədəd 130 (yüz otuz) manat dəyərində “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 22 may 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri İ.Qasımov küçəsi 12a saylı yaşayış evinin yaxınlığıda küçə tərəfdən hasara söykənmiş vəziyyətdə olan sonuncuya məxsus 1 ədəd 200 (iki yüz) manat dəyərində “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 25 may 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6b saylı yaşayış binasının bloku ilə 5-ci mərtəbəyə qalxıb, həmin mərtəbədə Zərərçəkmiş şəxs8 yaşadığı 59 saylı mənzilin giriş qapısının yaxınlığındakı pilləkənin dəmir məhəccərinə dəmir tros qıfıl ilə bağladığı velosipedin qıfılını əli ilə dartıb qıraraq sonuncuya məxsus 1 ədəd 150 (yüz əlli) manat dəyərində “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla oğurluq etmişdir.Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 25 may 2020-ci il tarixdən 26 may 2020-ci il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Mingəçevir şəhəri H.Əliyev küçəsi 70/1 saylı yaşayış binasının bloku ilə 3-ci mərtəbəyə qalxıb, həmin mərtəbədə Zərərçəkmiş şəxs7 yaşadığı 25 saylı mənzilin giriş qapısının yaxınlığındakı dəmir boruya dəmir tros qıfıl ilə bağladığı velosipedin qıfılını əli ilə dartıb qıraraq sonuncuya məxsus 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində “Start” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 29 may 2020-ci il tarixdən 30 may 2020-ci il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri Təbriz küçəsi 3№-li yaşayış binasının qarşısında saxladığı Vaz 21012 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını açar seçmə yolu ilə açıb avtomobilin salonuna əyləşib açarseçmə yolu ilə mühərriki işə salıb Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78№li saylı yaşayış binasının yaxınlığınadək sürüb qaçıraraq həmin avtomobili ələ keçirmişdir. Bu halları təqsirləndirilən ibtidai araşdırma zamanı ifadəsində etiraf etmişdir, lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ifadəsindən qismən imtina edərək, qeyd olunan epizodlar üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə istintaqında tədqiq edilən sübutlar isə təqsirləndirilən şəxsin həmin epizodlar üzrə təqsirli hesab edilməsi üçün yetərli olmamışdır. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs həmin əşyaları təsvir edə bilməmiş və onlar haqqında məlumat verməmiş, hətta həmin əşyaları oğurlamadığını bildirmişdir. Təsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayət törətməsini təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. İstintaq orqanı yalnız təqsirləndirilən şəxsin etirafına və şahidlərin ifadələrinə əsalanaraq ittiham vermişdir. Məhkəmə isə iş üzrə dindirilmiş bütün şahidlərin polis olmasını və həmin şahidlərin iş üzrə “maraqlı” olmalarını nəzərə alaraq şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Etiraf isə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Çünki təqsirləndirilən şəxs ibitdai istintaq zamanı həmin əməlləri “etiraf” etsə də, məhkəmə istintaqı zamanı etmədiyini bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayətin törədilməsinə aidiyyətinin olması sübuta yetirilməmişdir. Ona görə də həmin epizodlar Təqsirləndirilən şəxs oğluna verilmiş ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında təqsiri sübuta yetirildiyi epizodlar üzrə isə öznü təqsirli bilməməsini, məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir, onun gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla, şahid ifadələri ilə, məhkəmə istintaqı zamanı nümayiş etdirilmiş video çəkilişlərlə təkzib olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Rüstəmov X13 şəhər Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cazaına məhkum edilib, 14 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunduqdan sonra islah olunmayaraq tamah məqsədi olmadan 22 may 2020-ci il tarixdən 23 may 2020-ci il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 17/35№-li yaşayış binasının qarşısında saxladığı Vaz 21011 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını açar seçmə yolu ilə açıb avtomobilin salonuna əyləşib açarseçmə yolu ilə mühərriki işə salaraq Elşad Şıxıyevin icazəsi olmadan Mingəçevir şəhəri Nizami küçəsi 23/2№-li saylı yaşayış binasının yaxınlığınadək sürüb qaçıraraq həmin avtomobili ələ keçirmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 27 may 2020ci il tarixdən 28 may 2020-ci il tarixə keçən gecə saat 06 radələrində yaşayış sahəsi hesab olunan Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 14-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətyanı sahəsində saxladığı sonuncuya məxsus 1 ədəd 300 (üç yüz) manat dəyərində “Stels Sport” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 may 2020-ci il tarixdə saat 07 radələrində Yevlax rayonu Havarlı kənd sakini Zərərçəkmiş şəxs19 yaşayış yeri hesab edilən evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd 400 manat dəyərində 32-lik, 82 dioqanallı “Arçelik” markalı televizoru və bir ədəd 60 manat dəyərində “EDİFİER R 401” markalı səs gücləndirici qurğunu gizli talayaraq Zərərçəkmiş şəxs19 ümumilikdə 460 (dörd yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 may 2020-ci il tarixdən 30 may 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 Mövsüm qızına məxsus yaşadığı Mingəçevir şəhəri Təbriz küçəsi 11№-li yaşayış binasının qarşısında yerləşən saxlanc yeri hesab edilən mağazanın pəncərəsini əli ilə açıb oradan mağazanın giriş qapısının kilidini açdıqdan sonra həmin yerdən mağazaya qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 1 ədəd 180 (yüz səksən) manat dəyərində “Belorussiya” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı gizli olaraq talama məqsədi ilə 30 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixə keçən gecə saat 05 radələrində Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6a№-li yaşayış binasının qarşısında saxladığı Vaz 2104 markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb əvvəlcədən özündə olan açarla avtomobilin qapısını açıb həmin yerdən avtomobilin salonuna daxil olub, avtomobilin salonundan 200 manat dəyərində 1 ədəd “HP” markalı “2000-2d80sr” modelli notebooku, 200 manat dəyərində təmir alətləri dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 may 2020-ci il tarixdə saat 19:30 radələrində Yevlax şəhəri H.Əliyev prospekti 99 ünvanda yerləşən X30 İdarəsinin inzibati binasının qarşısında saxlanılmış həmin idarəyə məxsus xidməti VAZ-21214 (NİVA) markalı, ** AV *** dövlət nömrə nişanlı avtomobilə qabaq sol qapını açamaqla daxil olaraq avtomobilin salonundan və yük yerindən təxminən 1000 manat dəyərində qiymətli əşya oğurlamaq istəmiş, lakin avtomobilin salonunda və daxili yük yerində hər hansı bir qiymətli əşya tapa bilmədiyinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib zərərçəkmiş X30 İdarəsinə 1000 (min) manat maddi ziyan vurmaqla nəticələnə biləcək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 may 2020-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri, H.Əliyev prospekti ev 99-da yaşayan Zərərçəkmiş şəxs18 həmin prospektə yerləşən X30 İdarəsinin inzibati binasının qarşısında saxladığı Mersedes Benz E-240 markalı, ** CP *** dövlət nömrə nişanlı avtomobilinə qabaq sol qapısını açıb avtomobilin salonuna daxil olaraq əşya qutusunu açıb oradan bir ədəd 120 manat dəyərində qeyd olunan avtomobilin ehtiyyat açarını, bir ədəd 300 manat dəyərində “AMBER MUSK AJMAL” markalı kişi ətirini gizli talayaraq Zərərçəkmiş şəxs18 ümumilikdə 420 (dörd yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 may 2020-ci il tarixdə saat 21 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1, mənzil 48-də yaşayan Zərərçəkmiş şəxs16 yaşadığı binanın qarşısında saxladığı “VAZ-21074” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını açar seçmə yolu ilə açmış, daha sonra qeyd olunan avtomobili açar seçmə yolu ilə işə salıb idarə etməklə talayaraq Zərərçəkmiş şəxs16 ümumilikdə 6000 (altı min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 iyun 2020-ci il tarixdə saat 14 radələrində Kəlbəcər rayonundan məcburi köçkün düşməklə Yevlax rayonu Havarlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs17 yaşadığı evə giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq evdə olan bir ədəd 150 manat dəyərində “Partner professional” markalı yanacaq mühərrikli ot biçən mişarı, bir ədəd 120 manat dəyərində “UÇPB-620-500” markalı yanacaq mühərrikli mişarı, bir ədəd 30 manat dəyərində “ROYCE W10-125” markalı elektrik mühərrikli mişarı (laqonda), hər birinin ayrı-ayrılıqda qiyməti 10 manat olan üç ədəd bıçaqları götürərək oğurlamağa çalışmış, lakin ev sahibi Zərərçəkmiş şəxs17 qayıdıb gəldiyini görərək evin qapısından qaçıb uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 330 (üç yüz otuz) manat maddi ziyan vurmaqla nəticələnə biləcək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədilə 01 iyun 2020-ci il tarixdə saat 15 radələrində Yevlax rayonu Havarlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs17 yaşadığı evin qarşısında saxladığı VAZ-2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobilə qabaq sol qapını açaraq daxil olub avtomobilin üzərində olan açarla mühərriki işə salmaqla qeyd olunan avtomobili idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, tamah niyyəti ilə rəsmi sənədləri talama məqsədi ilə 01 iyun 2020-ci il tarixdə saat 15:30 radələrində Kəlbəcər rayonundan məcburi köçkün düşməklə Yevlax rayonu Havarlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs17 məxsus VAZ-2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobilin daxili yük yerindən rəsmi sənədlər olan həmin avtomobilə məxsus AD 488509 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, Zərərçəkmiş şəxs17 məxsus Mersedes Benz C-180 markalı, ** CX *** dövlət nömrə nişanlı avtomobilin AC 441766 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və Zərərçəkmiş şəxs17 15721231 nömrəli şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədi olan 405845 nömrəli sürücülük vəsiqəsini talamışdır. Bundan başqa o, 01.06.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisində təmiz çəkisi 1,002 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gizlədib saxlayaraq daşıyıb yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 №-li yaşayış binasının 85№-li mənzilinə aparıb mənzildəki televizor altının rəfindəki şüşə qabda gizlədərək saxlamış və 02.06.2020-ci il tarixdə saat 14 radələrində onun yaşadığı mənzilə baxış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2 №-li yaşayış binasının 85№-li mənzilindəki televizor altının rəfindəki şüşə qabdan aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 185.2.2, 234.1, 326.1 və 326.2-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 185.2.2, 234.1, 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını qanunsuz daxil olmaqla təkrarən gizli olaraq xeyli miqdarda ziyan vurmaqla talamada ifadə olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan təkrarən qanunsuz ələ keçirmədə ifadə olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə ifadə olunan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə ilə ifadə olunan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama ilə əlaqədar olaraq qəsdən törədilən cinayətlərdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlər etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işi materiallarında olan zərərəçəkmiş şəxslər X22, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən yazılmış ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ondan heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan 5 saylı MİS tərəfindən verilmiş 04.06.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Rüstəmov X13 şəhər Ü.Hacıbəyov küçəsi ev 2 mənzil 85 ünvanında yaşadığı müddət ərzində qonşulardan 5 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işində olan tələbnamədən və hökmdən görünür ki, Mingəçevir şəhər məhkəməsinin 24.10.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,14.06.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3cü, 177.2.4-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü, 185.2.2-ci, 234.1-ci, 326.1-ci və 326.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrıayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayətlərin residivi nəzərə alınmaqla təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02.06.2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 02.06.2020-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 03.06.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02.06.2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə iş üzrə maddi sübut olan VAZ-21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Elşad Şıxıyevə qaytarılmasını, VAZ-2102 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmasını, “HP” markalı notebook-un iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs4 qayatrılmasını, “Belorusiyya” markalı velosipedin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılmasını, “Stels sport” markalı velosipedin iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs5 qaytarılmasını, VAZ-21074 markalı **- BJ-*** qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs16 qaytarılmasını, VAZ-2106 markalı **-BG-*** qeydiyyat nişanlı avtomobilin, bir ədəd “Partner professional” markalı yanacaq mühərrikli ot biçən maşın, bir ədəd “UÇPB-620- 500” markalı yanacaq mühərrikli mişarın, bir ədəd “ROYCE W10-125” markalı elektrik mühərrikli mişar (laqonda), üç ədəd bıçağın iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs17 qayatarılması və “Arçelik” markalı televizorun və bir ədəd “EDİFİER R 401” markalı səs gücləndiricinin iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs19 qaytarılmasını nəzərə almalıdır. Bundan əlavə maddi sübut olub Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 0,952 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. İş üzrə mülki iddia verilməmişdir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 221,94 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X19 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 540 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi saxlanılan Vaz 21011 **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Elşad Şıxıyevə qaytarılması, Vaz 2102 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması; “HP” markalı notebookun Zərərçəkmiş şəxs4 qaytarılması, “Stels sport” markalı velosipedin Zərərçəkmiş şəxs3 qaytarılması, Vaz- 21074 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs16ya qaytarılması, Vaz-2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobil, bir ədəd “Partner professional” markalı yanacaq mühərrikli otbiçən maşın, bir ədəd “UÜPB-620-500” markalı yanacaq mühərrikli mişar, bir ədəd “ROYCE W10-125” markalı elelktrik mühərrikli mişar (laqonda), üç ədəd bıçaq kimi əşyaların Zərərçəkmiş şəxs17aya qaytarılması və “Arçelik” markalı televizor və bir ədəd “EDİFİER R 4010” markalı səs gücləndiricinin Zərərçəkmiş şəxs19 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 0,952 qram heroin qalığı məhv edilsin. İş üzrə 221,94 (iki yüz iyirmi bir manat doxsan dörd qəpik) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X19 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 540 (beş yüz qırx) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar