Məhkəmə qərarları › İş №1(051)-26/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-26/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-26/2022 03.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Mülki iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, X.Şuşinski küçəsi, ev 23-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarımn sənaye ovu qaydaları»nm 2ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 21 sentyabr 2021-ci il tarixdə saat 18:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gələrək 01 ədəd rezin kombinezondan istifadə edərək suya girib hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 22 sentyabr 2021-ci il saat 09:30-dək 15 ədəd hər biri 11 manat olmaqla 165 manat dəyərində çapaq və 27 ədəd hər biri 33 manat olmaqla 891 manat dəyərində sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 09:30-da sahilə çıxarkən X4 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 27 ədəd sıf və 15 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 21 sentyabr 2021-ci il tarixdə saat 18:00-da balıq tutmaq məqsədi ilə Mingəçevir su anbarının sahilinə gəlib özünə məxsus 1 ədəd rezin kombinezondan istifadə edərək suya girdi, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 2 ədəd torları suda qurub yaşadığı evə qayıtdı. 22 sentyabr 2021-ci il tarixdə, saat 07:00-da yenidən Mingəçevir su anbarının sahilinə gəldi, 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib qurduğu torları yığarkən gördü ki, 15 ədəd çapaq və 27 ədəd sıf balıqları tutmuşdur. Torları tutduğu balıqlarla birlikdə yığıb sahil istiqamətində hərəkət etməyə başladı. Sahilə çıxarkən X4 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxladılar. Sorğu zamanı polis və ekologiya əməkdaşlarına bildirdi ki, Mingəçevir su anbarında torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. İstifadə etdiyi ona məxsus 01 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 2 ədəd torlar və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 15 ədəd çapaq və 27 ədəd sıf balıqları polis əməkdaşları tərəfindən götürülmüşdür. Əməlindən peşimandır. Mülki iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən 1056 manat zərər vurmuşdur. 1056 manat məbləğində pul alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməsi barədə 8 saylı RETSİ iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda cavabdeh təbiətə dəymiş ziyandan 500 manat pulu ödəmiş və 556 manat borcu qalmışdır. İddianın təmin olunmasını, 556 manat borcun Təqsirləndirilən şəxs tutulub 8 saylı RETSİ-nin hesabına ödənilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, X4 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin polis nəfəri vəzifəsində işləyir. 22 sentyabr 2021-ci il tarixdə Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 09:30-da Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 2 ədəd torlar və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 15 ədəd çapaq və 27 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 15 ədəd çapaq və 27 ədəd sıf balıqlarını 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 2 ədəd torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir XPM-da polis nəfərləri Şahid3, Şahid4 da Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 22 sentyabr 2021-ci il tarixdə X4 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirin nəticəsi ilə əlaqədar hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuşdur ki, saat 09:30-da Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 2 ədəd torlar, 15 ədəd çapaq və 27 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş bahqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Onun yanımda aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 15 ədəd çapaq və 27 ədəd sıf balıqlarını 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 2 ədəd torların vasitəsi ilə Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid1 və Şahid6 Firiddin oğlunun ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə təsdiq olunur. İşin 17-ci vərəqində olan 22 senbtyabr 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə arayışda göstərilir ki, 27 ədəd sıf balığının və 15 ədəd çapaq balığının qanunsuz tutulmaları ilə balıq ehtiyatlarına vurulan ziyanlar 1056(bir min əlli altı) manat təşkil edir. İşin 8-ci vərəqində olan mədaxil qəbzindən görünür ki, qanunsuz tutulmuş 27 ədəd sıf və 15 ədəd çapaq balıqları Tam Ortaqlı “HABACO AG” müəssisəsinə təhvil verilmişdir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 1056 manat məbləğində dəymiş zərərdən 500 manat ödəmişdir. İşin 15-ci vərəqində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında bioloji müxtəlifliyin qoruması xidmətinin 24 sentyabr 2021-ci il il tarixli 21/541 nömrəli məktubundan görünür ki, 24 sentyabr 2021-ci il tarixə kimi Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir su anbarında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarımn sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 21 sentyabr 2021-ci il tarixdə saat 18:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gələrək 01 ədəd rezin kombinezondan istifadə edərək suya girib hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 22 sentyabr 2021-ci il saat 09:30-dək 15 ədəd hər biri 11 manat olmaqla 165 manat dəyərində çapaq və 27 ədəd hər biri 33 manat olmaqla 891 manat dəyərində sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 09:30-da sahilə çıxarkən X4 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 27 ədəd sıf və 15 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı, mülki iddiaçının, şahidlərin ifadələri, iş materialı ilə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarını nəzərə almaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 21-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 32-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması, dəymiş zərərin bir qismini ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, cəzanı yüngülləşdirən digər halları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Mingəçevir şəhər icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə vurulmuş ziyandan 500 manat ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə mülki iddia qismən təmin olunmalı, 556 manat Təqsirləndirilən şəxs oğlundan alınıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməlidir. İş üzrə maddi sübut olan 27 ədəd sıf və 15 ədəd çapaq balıqların tez xarab olan ərzaq məhsulu olması nəzərə alınaraq balıq dükanına təhvil verilməsi nəzərə alınmalıdır. Digər maddi sübut olub və saxlanılması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 verilmiş 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 354, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 320 saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin olunsun, 556 manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlundan alınıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilsin. İş üzrə maddi sübut olan 27 ədəd sıf və 15 ədəd çapaq balıqların tez xarab olan ərzaq məhsulu olması nəzərə alınaraq balıq dükanına təhvil verilməsi nəzərə alınsın. Digər maddi sübut olub və saxlanılması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 verilmiş 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 27 ədəd sıf və 15 ədəd çapaq balıqları məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protest verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar