Məhkəmə qərarları › İş №1(051)-26/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-26/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-26/2023 20.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi– Mingəçevir şəhər, Konsensus vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1962-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 69-71ci maddələrinin tələblərinə zidd olaraq məhkəmə proseslərində nümayəndə qismində iştirak edə bilməyəcəyini yəqin bildiyi halda, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 «1 Qarabağ müharibəsində» xəsarət alması faktının təsdiq olunmasına, bunun nəticəsində onun aldığı pensiyanın məbləğinin artırılmasına köməklik edəcəyini, zərurət yaranarsa, bu məsələ ilə bağlı məhkəmədə onu nümayəndə qismində təmsil edəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 28 noyabr 2019-cu il tarixdə fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən ofisdə 1000 (bir min) manat məbləğdə, habelə 29 noyabr 2019-cu il tarixdə fəaliyyət göstərdiyi həmin ofisdə 500 (beş yüz) manat məbləğdə, ümumilikdə 1500 manat məbləğdə pulunu alıb ələ keçirərək və cinayətkar niyyətini pərdələmək məqsədi ilə Zərərçəkmiş şəxs1la arasında hüquqi yardımın göstərilməsinə dair «tapşırıq müqaviləsinin» bağlanması görüntüsünü yaradaraq 21 sentyabr 2021-ci il tarixdə hüquq verən rəsmi sənəd hesab olunan, belə bir müqaviləni istifadə etmək məqsədi ilə qanunsuz olaraq hazırlayıb, həmin müqavilədə 10 oktyabr 2020-ci il tarixi qeyd etməklə, lakin müqaviləni faktiki olaraq 21 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 imzalatdırıb, ona məxsus 1500 (bir min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 qardaşı X1 Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmünün qüvvədə saxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2020ci il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verərək həmin qərarın kassasiya qaydasında dəyişdiriləcəyinə, Elman Hüseynova təyin olunmuş cəzanın 2 (iki) il azaldılacağına və 2 (iki) ildən sonra azadlığa buraxılacağına köməklik edəcəyini onun cinayətkar niyyətindən xəbərdar olmayan və cinayətin törədilməsinə heç bir iştirakı olmayan Şahid1 vasitəsi ilə yalandan vəd verib, Zərərçəkmiş şəxs2 aldadılmasına nail olduqdan sonra, Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 11.000 (on bir min) manat məbləğdə pulunu xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə bilavasitə Şahid1 alaraq, habelə cinayətkar niyyətini pərdələmək məqsədi ilə hüquq verən rəsmi sənəd hesab olunan, hüquqi yardım göstərilməsi barədə Şahid1la arasında «tapşırıq müqaviləsi» bağlanma görüntüsünü yaradan 17 noyabr 2020-ci il tarixli «tapşırıq müqaviləsini» tərtib etdikdən sonra, həmin müqavilənin özünün adı qeyd olunan «Sahibkar hüquqşünas» qrafasının qarşısında şəxsən özü imza edib, Şahid1 adı qeyd olunmuş «Müraciət edənin imzası» qrafasının qarşısındakı imzanı istintaqa məlum olmayan şəraitdə saxtalaşdırmaqla və bununla da onunla Şahid1 arasında olan pul mübahisəsinin tapşırıq, yəni mülki öhdəlikdən irəli gələn mübahisə kimi qələmə vermək hüququnu verən qeyd olunan xx.xx.2020-ci il tarixli «tapşırıq müqaviləsini» istifadə etmək məqsədi ilə həmin tarixdə Mingəçevir şəhərində qanunsuz hazırlayaraq, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 11000 (on bir min) manat məbləğdə pulu etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək və Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış və qanunsuz hazırlamışdır. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 69-71-ci maddələrinin tələblərinə zidd olaraq məhkəmə proseslərində nümayəndə qismində iştirak edə bilməyəcəyini yəqin bildiyi halda ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 qardaşı Elsevər Məmmədovun adına olan ünvan 6 ünvanında yerləşən 15 nömrəli mənzili anası Şahid2 adına sənədləşdirilməsinə köməklik edəcəyini və məhkəmədə onu nümayəndə kimi təmsil edəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq və cinayətkar niyyətini pərdələmək məqsədi ilə sonuncunun anası Şahid2 ilə arasında hüquqi yardımın göstərilməsinə dair «tapşırıq müqaviləsinin» bağlanması görüntüsünü yaradaraq 03 noyabr 2021-ci il tarixdə hüquq verən rəsmi sənəd hesab olunan, belə bir müqaviləni istifadə etmək məqsədi ilə qanunsuz olaraq hazırlayıb, həmin müqaviləni 10 noyabr 2021ci il tarixdə Şahid2 imzalatdırıb, faktiki olaraq isə həmin müqaviləni tərtib etməmişdən 1 (bir) gün əvvəl, yəni 02 noyabr 2021-ci il tarixdə fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs3 məxsus 2500 (iki min beş) manat məbləğdə pulunu alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, Şahid1 vasitəsi ilə sonuncunun qohumu Zərərçəkmiş şəxs2 alıb, ələ keçirdiyi 11.000 (on bir min) manat məbləğdə pulu tapşırıq müqaviləsi əsasında aldığını və bununla da aralarında olan münasibətlərin mülki öhdəlikdən irəli gələn münasibətlərə aid olduğunu isbat etmək və cinayətkar niyyətini pərdələmək üçün hüquq verən rəsmi sənəd hesab olunan, hüquqi yardım göstərilməsi barədə Şahid1la arasında, özünün adı qeyd olunan «Sahibkar hüquqşünas» qrafasının qarşısında şəxsən özü imza etdiyi, Şahid1 adı qeyd olunmuş «Müraciət edənin imzası» qrafasının qarşısındakı imzanı isə istintaqa məlum olmayan şəraitdə saxtalaşdırdığı və bununla da onunla Şahid1 arasında olan pul mübahisəsinin tapşırıq müqaviləsindən irəli gələn mübahisə kimi qələmə vermək hüququnu verən 17 noyabr 2020-ci il tarixdə istifadə etmək məqsədi ilə hazırladığı «tapşırıq müqaviləsini», Zərərçəkmiş şəxs2 onun barəsində Mingəçevir şəhər polis şöbəsinə ünvanladığı şikayəti əsasında haqqında Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılarkən 17 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında istintaq bölməsinə təqdim edərək saxtalaşdırdığı və qanunsuz hazırladığı həmin «tapşırıq müqaviləsindən» bilə-bilə istifadə etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.4,320.1 və 320.2-ci maddələri ittiham elan edilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs ilkin məhkəmə iclası zamanı ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ali təhsilli hüquqşünasdır. xx.xx.2001-ci ildən etibarən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub vətəndaşlara hüquqi xidmət göstərir. Bu xidməti həyata keçirmək üçün 2004-cü ildə müvafiq sertifikat və şəhadətnamə almaqla həmin əsasda fəaliyyət göstərir. xx.xx.2004-cü ildən etibarən isə vergi ödəyicisidir. Fəaliyyəti üçün nizamnamə tələb olunmur. Çünki mülki qanunvericiliyin tələblərinə əsasən fərdi qaydada sahibkarlıqla məşğul olan şəxsə nizamnamə tələb olunmur. Nizamnamə yalnız MMC, ASC və QSC yaradılarkən zəruridir. Özü isə şəhadətnamə və seritifakt əsasında fəaliyyət göstərir, rəsmi qaydada vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 20 ildən çoxdur ki, vergi ödəyicisi və sahibkar hüquqşünas kimi fəaliyyət göstərməklə vətəndaşlara pullu xidmət göstərir. Əqli mülkiyyət hüququndan istifadə edərək göstərdiyi xidmətlə əlaqədar olaraq pul alır və aldığı pulu da rəsmi olaraq qəbzə qeyd edir. Bundan əlavə müraicət edən vətəndaşla arasında tapşırıq müqaviləsi bağlanır. Müraciət edən şəxs tapşırıq müqaviləsinin şərtləri ilə tanış olduqdan sonra müqaviləni imzalayır və qeydlər edir. Rəsmi olaraq ofisi, hətta VÖEN-i də vardır. VÖEN ********** nömrəlidir. Sahibkarlıq fəaliyyəti haqqında qanuna görə hər bir Azərbaycan vətəndaşı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyisi kimi qeydiyyata alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Həmin qanuna əsasən sahibkar məbləğində məhdudiyyət qoyulmadan şəxsi gəlir əldə edə bilər. Bundan əlavə sahibkarlıq fəaliyyəti mülki məcəllə ilə də təmzinlənir və həmin məcəllə də də tapşırıq müaqviləsi öz əksini tapır. Tərəflərlə bağlanmış müqavilələr əsasında öhdəliklər götürür. Fəaliyyətinin istiqamətləri vətəndaşlara hüquqi məsləhətlərin verilməsi, iddia ərizələrinin hazırlanması, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması, iki tərəfli razılaşmaya əsasən işin xüsiyyətindən asılı olaraq müraciət edən şəxsi vəkillə təmin edilməsinə köməklik etməkdən ibarətdir. Zərərçəkmiş şəxs1 2019-cu ilin noyabr ayından etibarən tanımışdır. Belə ki, həmin ərəfədə Fikrət ona müraciət edərək İ Qarabağ müharibəsində hərbi xidmətdə olduğu müddətdə xəsarət alması ilə bağlı faktın təsdiqlənməsində ona hüquqi yardım göstərməyini xahiş etmişdir. Həmçinin o, fakt təsdiqlənəndən sonra bunun əsasında dövlət orqanlarına zəruri sənədləri təqdim edib pensiya alacağını demişdir. Həmin vaxt ona faktın təsdiqlənməsinə hüquqi yardım göstərəcəyini dedikdə o da razılaşmışdır. İlk zamanlar müharibə veteranı olduğundan ona pulsuz xidmət göstərmiş, lakin, sonradan isə işin məsrəfli olmasını görüb onunla 10 oktyabr 2020-ci il tarixdə tapşırıq müqaviləsi bağlamışdır. Zərərçəkmiş şəxs1 bunun müqabilində ona 1500 (min beş yüz) manat pul vermiş, həmin məbləğdə pula dair qəbz yazmışdır. Lakin sonralar məhkəmə prosesləri keçsə də, nəticə əldə olunmadığı üçün Zərərçəkmiş şəxs1 ondan pulunu istəməyə başlamışdır. Əvvəlcə Zərərçəkmiş şəxs1 hissə-hissə olaraq 1100 (min yüz) manat məbləğində pulu qaytarmış, o, bununla bağlı qəbz imzalamışdır. Yekun olaraq onunla 400 (dörd yüz) manat pulu qaytarmamağı barədə razılaşmışlar. Sonradan Zərərçəkmiş şəxs1 ondan 400 (dörd yüz) manat məbləğində pulu da istəmişdir. Ona 400 (dörd yüz) manatın xidmət haqqı olmasını dedikdə o, sonradan bununla razılaşmayıb barəsində polis şöbəsinə şikayət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, yalnız Şahid1 tanımışdır. Belə ki, 17 noyabr 2020-ci il tarixdə Şahid1 onun ünvan 11 ünvanında yerləşən ofisinə gələrək qayını Elman Hüseynovun Azərbaycan Respublikası CM- nin 234 və 237-ci maddələri ilə məhkum olunmasını, onun işinə dair kassasiya şikayəti verilməli olmasını demiş, zəruri sənədləri və Gəncə Apellyasiya məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarını da vermişdir. Şahid1 vəkil olaraq cinayət işlərinə çıxmadığını, lakin, işlərlə tanış olandan sonra hüquqi məsləhətlər verərək vəkillə təmin olunmanı həyata keçirə biləcəyini demişdir. Şahid1 vəkil xidməti üçün azı 2000 manat pul lazım ola biləcəyini, göstərdiyi xidmətlə bağlı sərf etdiyi vaxta görə xidmət haqqının 9000 (doqquz min) manat təşkil etməsini bildirmişdir. Müqavilənin 1 il müddətinə bağlanmasını, əgər hüquqi xidmətdən imtina edərsə, ödədiyi 9000 (doqquz min) manat məbləğində pulun 40 %-i ona geri qaytarılmasını izah etmişdir. Razılaşandan sonra Şahid1la müqavilə bağlayarkən pulu verənin Gəncəli qadın olmasını, müqavilənin şərtlərinin onunla razılaşıdırılmalı olmasını deyəndə ona müqaviləni vermiş, o, isə müqaviləni götürüb həmin qadınla razılaşdırılmalı olmasını əsas gətirərək ofisdən getmiş, səhəri gün ofisə gələrək qadının razı olmasını demişdir. Həmin vaxt isə artıq müqavilədə onun adı olan yerdə imza olmasını göstərmişdir. Bundan sonra müqavilənin yuxarıda qeyd etdiyi şərtlərini ona izah edəndən sonra müqaviləni imzalayıb ştamp və möhürü vurmuşdur. Müqavilənin əslini Şahid1 verib surətini isə özündə saxlamışdır. Bundan sonra hüquqi xidmətlə bağlı verilən 9000 (doqquz min) manatla bağlı qəbz yazaraq həmin pulun 2 faizini vergiyə ödəmişdir. Həmçinin artıq kassasiya şikayəti verilməsini biləndən sonra işə başlamışdır. 2 dəfə işlə bağlı Bakı şəhərinə getmişdir. X7 və adını xatırlamadığı qadın vəkillə görüşmüşdür. Müdafiəçilərə ümumilikdə 1300 (min üç yüz) və ya 1500 (min beş yüz) manat arası ödənilməsini təmin etmişdir. Ali Məhkəmədə proses təxminən 8 ay davam etməsinə baxamayaraq, nəticə əldə olunmamışdır. xx.xx.2021-ci il tarixdə Elman Hüseynovun barəsində olan Gəncə Apellyasiya məhkəməsinin qərarı qüvvədə qalmış, məhkəmədən sonra Şahid1 pulu geri qaytarmağını istəyəndə ona müqavilənin şərtinə uyğun olaraq vəkillərə ödənilən məbləği çıxmaq şərti ilə 9000 (doqquz min) manatın 40 faizini, yəni, 3600 (üç min altı yüz) manat və yerdə qalan 800 (səkkiz yüz) manat pulu yəni, cəmi 4400 (dörd min dörd yüz) manat pulu ona geri qaytara biləcəyini demişdir. Lakin Şahid1 qəti surətdə verdiyi 11.000 (on bir min) manat pulu tam istəmişdir. Ona müqavilənin şərtlərinə əsaslanaraq həmin məbləği ödəmək fikrində olmadığını açıqladıqda, o, baldızı Zərərçəkmiş şəxs2 ilə danışıb fikir bildirəcəyini demişdir. Bundan sonra artıq Zərərçəkmiş şəxs2 mobil telefonuna zənglər edərək pulunu istəməyə başlamışdır. Ona işə çəkilən xərcləri çıxmaqla pulu qaytaracağını bildirib ondan müddət istəmişdir. O, müddət versə də, 11.000 (on bir min) manatı Zərərçəkmiş şəxs2 tam istədiyi üçün onunla aralarındakı sövdələşmə pozulmuşdur. 20 noyabr 2021- ci il tarixdə Şahid1 zəng edərək Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadığı mənzilə gəlmişlər. Araralarındakı sözlə mübahisədən sonra mənzildən çıxıb getmişlər. Sonradan Zərərçəkmiş şəxs2nm ondan şikayət etməyini öyrənmişdir. Bir müddət sonra Şahid1 adına poçtdan 4300 manat pul göndərmişdir. Bunlardan başqa 2021 noyabr ayının əvvəlində ofisinə bir nəfər qadın daxil olaraq özünü Məsimə kimi təqdim etmiş, mənzildə gəlinləri ilə aralarında problemləri olmasını, gəlinini anası ilə dəfələrlə ev üstündə mübahisə yaratmasını, həmçinin danışıq zamanı anasının evi qardaşına bağışladığını, indi isə qardaşından alınaraq anasına verilməsinə köməklik edilməsini istədiyini demişdir. Ona mübahisədə tərəf olan Şahid2 özünün də gəlməsini, müqavilə bağlanmalı olduğunu, aralarında olan razılaşmaya əsasən pul keçirilməsini və məhkəməyə qədər hüquqi xidmət göstərilməsi üçün etibarnamə verilməli olduğunu bildirmişdir. İşin çətinliyi ilə əlaqədar olaraq dəfələrlə Yevlax rayonuna Daşınmaz Əmlakın Dövlət Reyesteri İdarəsinə gedib-gəlməyini, vaxtım sərf etməyini nəzərə alaraq ödənişin 2500 (iki min beş yüz) manat olduğunu demişdir. Sonra xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 və anası Şəhla Məmmdova ofisə gəlmişlər. Orada onlara bir daha görəcəyi işlər barədə məlumat vermiş və hüquqi xidmət üçün 2500 (iki min beş yüz) manat pul verilməli olduğunu onların nəzərinə çatdırmışdır. Zərərçəkmiş şəxs3 müqavilənin şərtləri ilə tanış olduqdan sonra anasına imza etdirmiş və şərtlərlə tanış olduğunu bildirmişdir. Anası da müqaviləni imzalamış və sonra Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğində pulu ödəmişdir. Yevlax rayonuna gedəcəyini nəzərə alaraq bu məqsədlə etibarnamə lazım olduğunu onların nəzərinə çatdırmışdır. 10 noyabr 2021-ci il tarixdə ona Mingəçevir Asan Xidmət Mərkəzində etibarnamə verilmişdir. Bundan sonra evin hüquqi vəziyyətinin hansı halda olması ilə bağlı Yevlax rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr İdarəsinə Şahid2 adından ərizə göndərmişdir. Məktuba vaxtında cavab ala bilmədiyi üçün bir neçə dəfə Yevlax rayonuna özü getmişdir. Onlara sonra dəfələrlə hüquqi məsləhətlər vermişdir. Yevlax rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr İdarəsindən sənədləri aldıqdan sonra Zərərçəkmiş şəxs3 yanlış məlumat verməsini bilmişdir. Belə ki, heç bir bağışlama olmamış, mənzil rəsmi olaraq evdə qeydiyyatda olanların, o, cümlədən Şəhla və Zərərçəkmiş şəxs3ların razılığı əsasında notariat qaydada təsdiq olunmuş ərizə əsasında Elsevər Məmmədovun adına sənədləşdirilmişdir. Bunu bildikdən sonra hüquqşünas kimi Zərərçəkmiş şəxs3 və anasının gəlinlərinə kompensasiya ödənərək qeydiyyatdan çıxarıldıqdan sonra Elsevər Məmmədovun mənzili istədiyi adamın adına sənədləşdirə biləcəyini demişdir. İlk əvvəl onlar razılıq versələr də, sonradan gəlinləri Hafizə Məmmədova tərəfindən mənzilə yenidən köçməsi ilə bağlı məhkəmədə iddia qaldırması barədə iddia ərizəsinin surətini gətirmişlər. Hafizə Məmmədovanın məhkəmədə qaldırdığı iddiadan sonra Zərərçəkmiş şəxs3 ilə aralarında həmin ilin mart ayında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs3 gəlinlərinə kompensasiya verməli olduğunu bir daha dedikdə, o, bundan imtina etmiş və pulu geri qaytarmağını tələb etmişdir. Ona fərdi qaydada hüquqi xidmət göstərdiyini, bunun üçün müqavilə bağlandığını, sərf etdiyi vaxtı, göstərdiyi xidməti belə qiymətləndirib razılığa gəldiyini nəzərinə çatdırmış, ona müqaviləyə əsasən pulun 25 faizini yəni, 625 (altı yüz iyirmi beş) manat pulu geri qaytara biləcəyini demişdir. Lakin, o, razılaşmayaraq pulun hamısını istəmişdir. Daha sonra isə o, polis şöbəsindən çağırıldıqda Zərərçəkmiş şəxs3 barəsində şikayət etdiyini bilmişdir. Sonradan Zərərçəkmiş şəxs3 istədiyi 2500 (iki min beş yüz) manat məbləğində pulu onun özünə qaytarmışdır. Şahid1 onunla hər hansı tapşırıq müqaviləsi bağlamaması və müqavilədə olan imzanın ona məxsus olmaması, imzanın onun tərəfindən saxtalaşdırılmasını bildirməsi ilə razı deyildir. Şahid1 onun yanında müqavilə imzalamamış, imzasız müqaviləni özü ilə aparıb imzalanmış vəziyyətdə gətirmişdir. İmzanın kim tərəfindən icra edilməsini bilmir.O, sadəcə olaraq diqqətsizlik etmişdir. Ona görə də bilmədən həmin müqavilədən istintaq zamanı istifadə etmişdir. Həmin vaxt o, müqavilənin Zərərçəkmiş şəxs2 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığını bilməmişdir. Bununla belə təqsirləndirilən şəxs növbəti məhkəmə iclasları zamanı ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və Şahid1 11.000 (on bir min) manat məbləğində pulu Elman Hüseynovun cəzasının azaldılması və azadlığa tez buraxılması müqabilində almış, lakin ondan asılı olmayan səbələrə görə nəticə əldə edə bilməmişdir. Bununla belə o, müqavilənin şərtlərinə uyğun olaraq 1500 (min beş yüz) manat məbləğində vəkillərə pul xərcləmişdir. O, Zərərçəkmiş şəxs3 məhkəmə prosesində xidmət göstərməyini deyil, kənardan hüquqi yardım göstərəcəyini demişdir. O, Zərərçəkmiş şəxs3 nümayəndə qismində yalnız yaxın qohumlar iştirak edə biləcəyini izah etmişdir. Zərərçəkmiş şəxs3 və anası Şahid2 Elsevər Məmmədovun adında olan mənzili Şahid2 adına keçirəciyini, əvvəlcədən gəlinləri ilə bağlı məsələni həll edəcəyini vəd etməmiş, yazdığı ərizə əsasında Daşınmaz Əmlakın Resyestr Xidmətindən aldığı sənədlərlə tanış olduqdan sonra onların gəlinə kompensasiya verdikdən sonra mənzili Elsevər Məmmədovun adından istədikləri şəxsin adına keçirə biləcəklərini demişdir. Onlar isə evi adlarına qeyd-şərtsiz sənədləşdirməyi təkid etmişlər. O isə həmin vaxt əlində hər hansı tutarlı sənəd olmadığına görə həmin halın mümkün olmadığını demişdir. Ona görə də aralarında mübahisə yaranmışdır. Ondan sonra o, Zərərçəkmiş şəxs3 hüquqi xidmətlə bağlı aralarında bağlanmış müqaviləyə əsasən aldığı 2500 (iki min beş yüz) manat məbləğində pulu anasının xəstə olmasını nəzərə alaraq pulunu tam olaraq qaytarmışdır. Zərərçəkmiş şəxs1 da pensiyasının məbləğinin artırılması ilə bağlı məhkəmə prosesində ona hüquqi yardım göstərəcəyini və işinin qanuni olduğunu demişdir. Lakin sonradan aralarında olan anlaşılmazlığa görə Zərərçəkmiş şəxs1 ondan pulunu tələb etmiş, o da 1500 manatı qaytarmışdır. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəmişdir. İşə məhkəmədə baxılan vaxt Zərərçəkmiş şəxs2 ilə razılıq əldə edərək barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş, digər cinayətlər üzrə isə müddət keçmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, İ Qarabağ müharibəsi veteranıdır, İİ qrup əlildir, dövlətdən 470 manat pensiya alıb həmin müavinətin hesabına ailəsini saxlayır. Müraciətdə adını qeyd etdiyi Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayından etibarən tanıyır. Belə ki, həmin ərəfədə döyüş yoldaşlarından hərbi xidmət illərinə uyğun olaraq pensiyasının məbləğinin artırılmalı olmasını eşitmişdir. Lakin sənəd işindən anlayışı olmadığından bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs nüfuzlu tanışlarının köməkliyi ilə İ Qarabağ müharibəsi zamanı aldığı xəsarət faktının təsdiqlənməsi, pensiyasının məbləğinin artırılmasında köməklik edəcəyini və məhəkəmə onu nümayəndəsi qismində təmsil edəcəyini vəd etmişdir. O, həmin məsələni həll edərək pensiyasının məbləğinin 155-160 manat arası artırılması üçün 1500 (min beş yüz) manat pul istəmiş, həmin pulun 1300 manatı işi aparan Şəki İnzibati məhkəməsinin hakimi İlqar adlı şəxsə 200 manat isə xidmət haqqı olaraq özünə çatacağım bildirmişdir. Onun şərtlərini qəbul edərək razılaşmışdır. Bu minvalla 28 noyabr 2019-cu il tarixdə səhər saatlarında öz pensiya kartının hesabından 1000 (min) manat məbləğində pul çıxarıb apararaq Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən diş poliklinikasının yanındakı ofisində Təqsirləndirilən şəxs vermiş, o, işin həll olunması üçün yerdə qalan 500 (beş yüz) manat məbləğində pulun da çatmalı olmasını bildirdiyinə görə də, səhəri gün yəni, 29 noyabr 2019-cu il tarixdə yerdə qalan 500 (beş yüz) manat məbləğində pulu «Bir kart» kredit kartından çıxarmaqla aparıb Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən diş poliklinikasının yanındakı ofisində Təqsirləndirilən şəxs vermişdir. O, pulu alandan sonra məsələnin 2020-ci ilin yanvar ayının 10-15-i arası həll olunacağına söz vermişdir. Lakin, sonradan «pandemiya» başlamış, işi həll olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Şəki İnzibati Məhkəməsində də iştirakdan boyun qaçırmışdır. Həmin məhkəmə də iddiasını əsassız sayaraq təmin etməmişdir. Bundan sonra Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsində işinə baxılan zaman Təqsirləndirilən şəxs yenə də məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmədə işləyənlər sənədlərin düzgün toplanmadığını bildirərək vəkil tutmağı məsləhət görəndə onlara Tahir adlı vəkilin olmasın demişdir. Onlar isə Təqsirləndirilən şəxs vəkil olmadığını demişlər. Onları dinləyib Təqsirləndirilən şəxs qanuni vəkil deyil, sadəcə olaraq dələduz olmasını və onun aldatdığını anlamışdır. Təqsirləndirilən şəxs işini həll etməsini ya da ki, pulu qaytarmasını tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən və işi düzəltməkdən boyun qaçırmışdır. Son nəticədə pensiyasının məbləği də artmamışdır. Sonradan ona barəsində şikayət edəcəyini bildirəndə 21 sentyabr 2021-ci il tarixdə görüşüb pulunun 900 (doqquz yüz) manatını verəcəyini demiş, lakin, ondan əvvəl o, 10 oktyabr 2020- ci il tarixə olan tapşırıq müqaviləsinin sənədlərini ortaya qoyaraq həmin sənədlərə imza etməyini xahiş etmişdir. Ona tarixi düz yazmadığını bildirəndə sənədlərə imza etməyəcəyi halda problem yaranacağını, özünün tutulacağını, pulunun isə verilməyəcəyini demişdir. Sənədlərin məzmunu ilə tanış olanda orada Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat məbləğində pul verməyinin təsdiq olunmasını görüb sənədlərin hamısına imza etmiş, həmçinin ondan sənədlərin kserosurətlərini də almışdır. Bundan sonra o, pul verməsi barədə qəbzlərə imza etdirmişdir. Sonuncu dəfə 28 yanvar 2022-ci il tarixdə o, 200 (iki yüz) manat pul verərək qəbzə imza etdirmişdir. O vaxtdan bu yana 400 (dörd yüz) manat pul verəcəyi qalsa da, o, pulunu verməmişdir. Ondan pulunu isə bu günədək almamış, pensiyanın məbləğinin artmaması üstəlik Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı səbəbindən onun barəsində «102 xidməti»nə zəng etmişdir. Təqsirləndirilən şəxs ona imza etdirdiyi sənədlərin və məhkəməyə müraciət eiməyimə dair sənədlərin kserosurətini istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs 28 noyabr 2019-cu il tarixdə 1000 (min) manat və 29 noyabr 2019-cu il tarixdə səhər saatlarında 500 (beş yüz) manat olmaqla, cəmi 1500 (min beş yüz) manat məbləğində pulu Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən diş poliklinikasının yanındakı ofisində pensiyasının məbləğinin artırılması üçün məhkəmədə onu təmsil etməsi üçün vermişdir. Hazırda təqsirləndirilən şəxsdən 400 manat pulunu və dəymiş mənəvi ziyanını tələb edir. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərər alaraq, təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qardaşı X4 11 iyul 2019-cu il tarixdə Goranboy rayon polis şöbəsi tərəfindən Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü və 237.2.3-ci maddələri ilə təqsirli bilinərək həbs edilmişdir. Sonradan onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Məhkəmə qardaşını 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Qardaşı hökmlə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi qardaşının cəzasını 1 (bir) il azaltmaq istəsə də, qardaşı buna razı olmamışdır. Qardaşının cəzasının azaldılmasını mümkün olmasını görüb onun cəzasının əhəmiyyətli dərəcədə azaldılması və ya tezliklə azadlığa buraxılmasını təmin etmək üçün yaxşı vəkil axtarmağa başlamışdır. Bu barədə yeznəsi Şahid1 da məlumat verəndə o, da vəkil axtarmağa başlamışdır. Sonradan Şahid1 zəng edərək Mingəçevir şəhərində vəkilliklə məşğul olan Təqsirləndirilən şəxs kimi tanınan şəxs olmasını bildirdikdə ondan işlə bağlı ətraflı olaraq Təqsirləndirilən şəxsla müzakirə aparmasını xahiş etmişdir. Şahid1 onun Təqsirləndirilən şəxsla söhbət etməyini zərurət olaraq görməmiş, 2020-ci ilin noyabr ayının əvvəllərində xahişinə əsasən Təqsirləndirilən şəxsla sonuncunun ofisində söhbət edib ona zəng edərək kassasiya şikayəti veriləndən sonra formal olaraq vəkil tutulacağını, qardaşının cəzasının 2 (iki) il müddətinə azaldıla və 2 (iki) ildən sonra da tam azadlığa buraxıla biləcəyini demişdir. Bunun isə 11.000 (on bir min) manat pulun müqabilində baş tuta biləcəyini deyəndə ona həmin məbləği toplamağa gücü çatmadığını açıqlamışdır. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs 5000 (beş min) manat pulun əvvəl, yerdə qalan 6000 (altı min) manatını isə iş düzələndə verilməsini təklif etsə də, Təqsirləndirilən şəxs bununla razılaşmamış və pulun bir yerdə onun əlində çatmadığı halda, işin düzəlməyəcəyini demişdir. Şahid1 zəng edərək bu barədə danışanda əlacsız qalıb razılaşmışdır. Aradan 1 həftədən çox vaxt keçmiş pulu düzəltmiş, Şahid1 zəng edib xəbər vermişdir. Şahid1 pulu götürüb Mingəçevir şəhərinə qayıtmış, 17 noyabr 2020-ci il tarixdə ona verdiyi 11.000 (on bir min) manat məbləğində pulu aparıb Təqsirləndirilən şəxs vermişdir. Sonra isə zəng edərək ona məlumat vermişdir. 2021-ci ilin iyun ayının əvvələrində qardaşının işinə Ali Məhkəmə də baxılmasını və cəzasının azaldılmayaraq Gəncə Apellyasiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını eşidib Şahid1 zəng edərək məsələ ilə maraqlanmasını tapşırmışdır. Həmin vaxt Şahid1 zəng edərək işin alınmadığını, Təqsirləndirilən şəxs isə pulu geri qaytarmadığını dedikdə Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alaraq ona zəng etmişdir. Təqsirləndirilən şəxs özünü təqdim edəndən sonra qardaşının işinin aqibəti ilə maraqlanmışdır. Ona qardaşının işi ilə bağlı Kassasiya şikayəti verməli olmağını deyəndə Təqsirləndirilən şəxs Kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamasını demişdir. Ondan pulunu geri qaytarmasını tələb edəndə, o, az vaxta pulu geri qaytaracağını bildirmişdir. Lakin sonradan məsələni uzatmağa başlayanda, onu aldatmasını başa düşərək mobil telefon danışığı aparan zaman səsləri yazmağa başlamışdır. Onunla aralarında baş tutan telefon danışığı zamanı əvvəlcə pulu verəcəyi vaxtı demək üçün 2 saat vaxt istəmiş, sonra isə zəng etməmişdir. Ona zəng edəndə pul tapmaq üçün əvvəlcə əslən olduğu Göyçay rayonuna getməsini, sonradan isə Banka müraciət etsə də, krediti olmasını əsas gətirərək bankdan kredit götürə bilmədiyini, ona verilən pulun cəmi 9000 (doqquz min) manatını qəbzə işlədiyini, 2000 (iki min) manatı isə vəkillərə xərclədiyini bildirmişdir. O, isə Təqsirləndirilən şəxs pulu tam verməli olmasını dedikdə sonuncu razılaşmışdır. Sonrakı telefon danışıqlarında 6500 (altı min beş yüz) manat pul hazır olmasını dedikdə pulu tam istəmişdir. Təqsirləndirilən şəxs danışıqlar zamanı pul verəndə qəbz tərtib edəcəyini demişdir. Bununla razılaşıb pulu verməyəcəyi halda evinə gedəcəyini bildirəndə, onun evinə gedəcəyi halda, pulu verməyəcəyini demişdir. Sonradan isə o, müxtəlif bəhanalər gətirəndə onu aldatmasını başa düşərək 20 noyabr 2021-ci il tarixdə səhər saatlarında yeznəsi Şahid1la birlikdə onun yaşadığı mənzilə getmişdir. Mənzildə o, «COVİD 19» virusuna yoluxmasını bildirib onları çox hörmətsiz tərzdə qarşılamışdır. O, pulu verməyəcyini deyib barəsində şikayət olunmasından narahat olmadığını dedikdə, isə əsəbiləşərək elə həmin gün Mingəçevir şəhər polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Sonradan isə Təqsirləndirilən şəxs barəsində şikayət olunmasını biləndə, yeznəsi Şahid1 adından saxta tapşırıq müqaviləsi tərtib edərək onun əvəzinə imza edərək guya ki, ona hüquqi yardım göstərilməsi ilə bağlı Şahid1 onunla müqavilə bağlamasını demişdir. Lakin həmin müqavilə saxtadır. X3 vəkil olmadığını, onlara hüquqi yardım da göstərə bilmədiyini və onları aldadıb pulu ələ keçirmələrini öyrənmişdir. Təqsirləndirilən şəxs qardaşı X5 Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın azaldılaraq qardaşının azadlığa buraxılması məsələsini həll edilməsi üçün 11000 (on bir min) manat məbləğində pulu 17 noyabr 2020-ci il tarixdə yeznəsi Raşad Qasımovla göndərmişdir. O həmin pulun müqabilində qardaşı Elman Hüseynovun cəzasının azaldılmasına dair Kassasiya şikayəti verəcəyini, onun cəzasının 2 (iki) il azaldılacağını və bundan sonra azadlığa buraxılacağını öz üzərinə götürsə də, həmin istiqamətdə heç bir iş görməmişdir. Ali Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. İşə məhkəmədə baxılan zaman təqsirləndirilən şəıxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2012-ci il tarixdə anası Şahid2 məxsus ünvan 12 ünvanını anasının adından kiçik qardaşı Elsevər Məmmədovun adına keçirməyə razılaşmışlar. Mənzil qardaşının adına keçirdikdən sonra gəlinləri Hafizə Məmmədova mütəmadi olaraq evlə əlaqəli mübahisə etməyə başlamışdır. Mübahisələr zamanı Hafizə Məmmədova anasını və onu mənzildən qeydiyyatdan çıxarmaq, qardaşı Elsevər Məmmədovdan boşanmaq istəməsini və ondan aliment alacağını demişdir. Bu səbəbdən də onunla qardaşı arasında narazılıq yaranmışdır. Bütün bunları qardaşı Elsevər Məmmədov onlara açıqlamışdır. Həmin mübahisələr mütəmadi olaraq davam etdiyi üçün anası ilə o, mənzili qardaşı Elsevər Məmmədovunn adından çıxarıb anasının adına keçirmək qərarına gəlmişlər. Sonra bu barədə qardaşı Elsevər Məmmədova da dedikdə, o, onun üçün problem olmadığını bildirmişdir. Bundan sonra sənəd işindən anlayışı olmadığından anası ilə məhkəmədə işə kömək etməsi üçün vəkil axtarmağa başlamışlar. 2021-ci ilin noyabr ayının 1-də anası ilə o, Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən diş poliklinikasından çıxıb evə gələrkən yaxınlıqda üzərinə «vəkil» söz yazılan ofis görmüşdür. Təqsirləndirilən şəxs adlı və soyadlı şəxsin nömrəsini ofisin qapısının üzərindən götürüb ona zəng etmiş, o, ofisdə olmadığını bildirib səhəri gün gəlməyi xahiş etmişdir. Sonra xx.xx.2021-ci il tarixdə anası ilə birgə Təqsirləndirilən şəxs ofisinə getmişlər. Orada olarkən Təqsirləndirilən şəxs nə köməklik lazım olduğunu soruşduqda, ona qardaşına verdiyi evi yenidən anasının adına keçirmək istədiyini və məhkəmədə hüquqlarını müdafiə etməsini və məhkəməni udmaq istədiklərini demişlər. Təqsirləndirilən şəxs əvvəlcə bütün məsələləri soruşmuşdur. Ona mənzildə qeydiyyatda olan şəxslər barədə məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs onları məhkəmədə təmsil etməyə razılaşmış, bu işdə vəkil olacağına və hakimlə danışıq aparacağına görə məhkəmədə hüquqlarını qorumaq üçün 2500 (iki min beş yüz) manat ödəniş etməli olmaqlarını, məhkəməyə çağırılacaqlarını və işin xeyirlərinə həll olunacağını bildirdikdə onunla razılaşmışlar. Təqsirləndirilən şəxs pulu həmin gün çatdırmağı tapşırdıqlan sonra oradan evə gəlmiş, anasını evə qoyaraq həmin gün yəni, xx.xx.2022-ci il tarixdə "xxxx"ASC-nin Mingəçevir şəhər filialına gedərək oradan 2500 (iki min beş yüz) manat məbləğində pul krediti götürüb Təqsirləndirilən şəxs zəng edərək pulun hazır olduğunu dedikdə, o, pulu gətirməyini tapşırdığı üçün pulla birgə onun ofisinə getmişdir. Orada ona 2500 manat pulu vermiş, o da bir daha narahat olmamağını bildirərək işin düzəldəcəyini demişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə onları Mingəçevir Asan Xidmət Mərkəzinə aparmış, orada anasından Yevlax rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində və sair idarələrdə təmsil etmək üçün etibarnamə almış, həmçinin ofisinə qayıdaraq anasına 02 noyabr 2021-ci il tarixli tapşırıq münaviləsinə imza etdirmişdir. O, isə bütün bunlara gələcəkdə pul verməyini Təqsirləndirilən şəxs sübut etmək üçün razılaşmışdır. Sonradan mənzil işinin tezliklə həll olunacağını, bunun üçün bəzi idarələrə gedəcəyini, bunun isə vaxt aparacağını demişdir. Lakin, aradan bir ay keçməsinə baxmayaraq, ortada heç bir nəticə olmamış, məhkəmədən zəng və ya bildiriş gəlməmişdir. Hər dəfə Təqsirləndirilən şəxs zəng edərək işdən nə xəbər olduğunu soruşduqda da müxtəlif bəhanələr gətirərək gah Şəkidə, gah da Yevlaxda olmasını, tezliklə işin həll olunacağını deyib vaxtı uzatmışdır. Zənglə kifayətlənməyib onun ofisinə də getmişdir. Təqsirləndirilən şəxs onu yenə arxayın salmağa çalışmış, həmçinin görüş zamanı onları müdafiə etməsinin heç kimin bilməməsi və bu işdə adının hallandırmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs onun üçün vəkillik edəcəyinə söz verdiyini dedikdə, o, bir az səbirli olmağı heç kimin pul verməyini bilməli olmadığını və bu işdə vəkil olmayacağını bildirmişdir. İşdə vəkil olacağına və hakimlə danışıq aparacağına görə pul verdiyini xatırladanda müxətlif bəhanələrlə onu sakitləşdirməyə çalışmışdır. Bir müddət gözləsə də, nəticə hasil olmadığı üçün yenə də Təqsirləndirilən şəxsla əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs hər dəfə bir cür bəhanə gətirərək işi yenə də, ləngitmişdir. Son nəticədə o, heç bir iş görmədiyi üçün 2021-ci ilin mart ayında qəti olaraq pulunu geri almaq qərarına gəlmişdir. Ondan pulu istədikdə gəlinləri Hafizə Məmmədovaya kompensasiya ödəyəcəyi halda evin anasının adına keçə biləcəyini demişdir. Artıq onun kələk gəlməsini və pulu ələ keçirib heç bir iş görməyəcəyini başa düşərək ona əvvəlki razılaşmada belə bir şərt olmadığını, problemsiz evi anasının adına sənədləşdirəcəyinə söz verməsini demişdir. Lakin Təqsirləndirilən şəxs yenə dəqiq bir söz deməmiş, məsələni tezliklə həll edəcəyini bildirmişdir. Bir müddət gözləmiş, lakin Tahi Qurbanovun onu aldatdığını anladığından onun barəsində məcbur qalıb xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə bu barədə müraciət etmiş, daha sonra isə xx.xx.2021-ci il tarixdə ərizə ilə Mingəçevir ŞPŞ-yə müraciət etmişdir. Qardaşının adına olan mənzili anasının adına keçirmək istədiyi üçün Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etməsi və vəkil olması üçün 2021-ci ilin noyabr ayının 2-də "xxxx"ASC-dən götürüb 2500 (iki min beş yüz) manat pul kreditini götürüb Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən diş poliklinikasının yanındakı ofisində özünə vermiş, lakin, pulun verilməsindən uzun müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən mənzildə qeydiyyatda olan Hafizə Məmmədovaya kompensasiya ödənilməsi barədə heç bir söz deməmiş, onu mənzildən qeydiyyatdan çıxarmağa söz versə də, onu aldabıb pulunu ələ keçirmiş, amma heç bir iş görməmiş, verilən puldan 25 faizini yəni, 625 (altı yüz iyirmi beş) manatını qaytarmağı təklif etsə də, qəti razı olmamışdır. Çoxsaylı şikayətlər etdikdən sonra iş istintaqda olan vaxt təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də hazırda ondan şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 da zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə eyniməzmunlu ifadə verərərk onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ərizədə adını qeyd edilən Təqsirləndirilən şəxs artıq 1 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs2 baldızıdır və o, ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. 11 iyul 2019-cu il tarixdə Goranboy rayonu Xoylu kəndində yaşayan qaynı X4 narkotik vasitə istifadə etdiyinə, həmçinin narkotik tərkibli bitkilər əkib-becərdiyinə görə Goranboy rayon polis şöbəsi tərəfindən Azərbaycan Repsbulikası CM-in 234.4.3-cü və 237.2.3-ci maddələri ilə təqsirli bilinərək həbs edilmişdir. Sonradan onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Məhkəmə qaynına 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qayını hökmlə razılaşmayaraq apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsi də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi qaynının cəzasını 1 (bir) il azaltmaq istəsə də, qayını buna razı olmamışdır. Həmin ərəfədə Elman Hüseynovun işinə görə baldızı Zərərçəkmiş şəxs2 ona zəng etmişdir. Bu işə köməklik məqsədi ilə münasib vəkil axtardığını bildirib tanıdığı vəkil olarsa, bu barədə vəkillə söhbət etməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs tanıdığından onunla söhbət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ofisinə getmiş və ona qayını Elman Hüseynovun işi barədə məlumat verib bu işdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs əminliklə qayınının işini həll edəcəyinə söz vermişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs qaynının cəzasının 2 (iki) il azaldıla biləcəyini, formal olaraq vəkil tutulacağını bildirib bunun müqabilində 11.000 (obn bir min) manat məbləğində pul istəmişdir. Onun vədinə görə Elman Hüseynovun cəzası 2 (iki) il azaldılmalı, 2 (iki) il 2 (iki) ay həbs olunmalı, sonradan isə tam azadlığa buraxılmalı olmuşdur. Bu barədə baldızı Zərərçəkmiş şəxs2 telefonla zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs2 da həmin məbləğdə pulu tapa bilmədiyini demişdir. Təqsirləndirilən şəxs əvvəlcə 5000 (beş min) manat məbləğində, iş düzələndə isə 6000 (altı min) məbləğində pul verməyi təklif edəndə, o, pulun hamısının verilməyəcəyi halda işi yoluna qoya bilməyəcəyini demiş, bu barədə baldızı ilə danışanda, o, həmin məbləğlə razılaşdığını bildirmişdir. Aradan 1 həftə keçəndən sonra baldızı zəng edərək Gəncə şəhərinə gəlib ondan pulu götürməyini xahiş etdiyindən, o, Gəncə şəhərinə getmiş, baldızından 11.000 (on bir min) manat məbləğində pulu götürüb Mingəçevir şəhərinə Təqsirləndirilən şəxs diş poliklinkasının yanında yerləşən ofisinə getmişdir. Ofisdə pulu sayıb Təqsirləndirilən şəxs vermiş, o, yenə də qayını Elman Hüseynova köməklik olunacağına əmin etmişdir. Pulu verəndən sonra zəng vurub baldızına məlumat vermişdir. Lakin Ali Məhkəmənin qərarı ilə qaynı Elman Hüseynova 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs hesabat tələb edəndə, narahatçılığa əsas olmadığını və Konstitusiya məhkəməsi tərəfindən cəzanın yüngüləşdiriləcəyini demişdir. Lakin aradan müəyyən vaxt keçsə də, nəticə olmadığından Tahir Qurbanvoun bu işdə onlara köməklik edə bilmədiyini başa düşmüşdür. O və baldızı Təqsirləndirilən şəxs verdikləri 11.000 (on bir min) manat məbləğində pulu geri tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirmiş, gah bankdan kredit götürüb pulu qaytaracağını, gah avtomobili satıb pulu verəcəyinir demişdir. Beləcə Təqsirləndirilən şəxs onları aylarla gözləməyə vadar etmişdir. Buna görə də, 2021ci ilin noyabr ayının əvvəllərində o və baldızı Zərərçəkmiş şəxs2 Tahir Qurbanvoun mənzilinə getmişlər. Belə ki, sonuncu telefon danışığı zamanı Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə pulu tam qaytaracağını demişdir. Ona görə də 20 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə birlikdə onun ofisinə gəlmişlər. Ofis bağlı olduğundan evinə getmişlər. Təqsirləndirilən şəxs «Covid-19» virusuna yoluxduğunu, buna görə də bayıra cıxa bilmədiyini və pulu əldə edə bilmədiyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onları aldatmasını başa düşərək, həmin gün Zərərçəkmiş şəxs2 ilə birlikdə Mingəçevir SPS-yə getmişlər. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində ŞPS-yə şikayət ərizəsi yazmışdır. Həmçinin baldızı ilə Təqsirləndirilən şəxs arasında pulun qaytarılmasını tələbi ilə bağlı dəfələrlə telefon danışığı olmuşdur və həmin danışıqlarda Təqsirləndirilən şəxs 11.000 (on bir min) manat pulu qaytarmamaq üçün bəhanələr gətirmişdir. Guya pulun 1500 (min beş yüz) manatın başqa vəkillərə verdiyini, 9.0 (doqquz min) manatı qəbzə işlədiyini bildirmişdir. Hətta 6500 manat özündə olduğunu, qalan pulları da cəmləyib verəcəyini vəd etmişdir. Bu danışıqlar telefona yazılmış və həmin səs yazıları olan bir ədəd CD diski təhqiqata təqdim etmişdir. Sonradan isə Təqsirləndirilən şəxs barəsində şikayət olunmasını biləndə adından saxta tapşırıq müqaviləsi tərtib edərək onun əvəzinə imza edərək guya ki, ona hüquqi yardım göstərilməsi ilə bağlı onunla müqavilə bağlanmasını demişdir. Təqsirləndirilən şəxs qaynı X5 Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın azaldılaraq azadlığa buraxılması məsələsini həll edilməsi üçün 17 noyabr 2020-ci il tarixdə baldızı Vüsalən Hüseynovanın tapışırığı əsasında 11.0 (on bir min) manat məbəlğində pulu Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən diş poliklikinasmm yanındakı ofisində vermiş, Təqsirləndirilən şəxs həmin məbləğdə pulun müqabilində qayını Elman Hüseynovun cəzasının azaldılmasına dair Kassasiya şikayəti verəcəyini, onun cəzasının 2 (iki) il azaldılacağını və bundan sonra azadlığa buraxılacağını öz üzərinə götürsə də, heç bir iş görməmişdir. Ali Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. 17 noyabr 2020-ci il tarixdə tapşırıq müqaviləsinə imza etməsinə gəldikdə isə o, heç bir sənədə imza etməmişdir. Təqsirləndirilən şəxs onun imzasını saxtalaşdırmışdır. O, öz dələduzluq əməlini ört-basdır etmək üçün etmişdir. Onunla arlarında sənədləşmə söhbəti olmamışdır. Təqsirləndirilən şəxs onunla tapşırıq müqaviləsi bağlamamışdır. Ona evə aparmağa hər hansı sənəd verməmişdir. Onun tapşırıq müqaviləsi verməsindən sonradan xəbərdar olmuşdur. O, məsuliyyətinin ağırlaşmasını başa düşərək imzanın saxtalaşdırılmasını onun üzərinə atmaq istəmişdir. Təqsirləndirilən şəxs onun imzasını özü saxtalaşdırmışdır. Saxta tapşırıq müqaviləsi isə onun işidir. Onun həmin müqavilənin tərtib olunmasına heç bir aidiyyəti yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspert rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan xx.xx.2004-cü il tarixli ********** nömrəli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görürünür ki, o, həmin tarixdə 11 saylı Ərazi Vergilər idarəsindən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 17 noyabr 2020-ci il tarixli tapşırıq müqaviləsindən və qəbzlərdən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə aralarında cinayət işi üzrə hüquqi xidmətin göstərilməsi ilə bağlı 9000 (doqquz min) manat məbləğində pulla bağlı razılaşma olmuşdur. Cinayət işinin materiallarınada olan, xx.xx.2022-ci il tarixli baxış keçirilmə haqqında protokoldan görünür ki, istintaq zamanı Şahid1 təqdim etdiyi 1 ədəd CD diskə 31 oktyabr 2022-ci il tarixdə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, diskdə 5 ədəd audio formatda materiallar vardır. Danışlıqların müddəti 06:20, 06:25, 0.20, 05:00 və 5:00 dəqiqə ərzindədir. Həmin diskdə olan bütün formatlar eyni danışığı əks etdirir. Danışıqlardan məlum olur ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında baş tutan telefon danışığı zamanı Təqsirləndirilən şəxs əvvəlcə pulu ondan deyil, yeznəsi Rəşad Qamısovdan aldığını demiş, onunu səsini birinci dəfədir ki, eşitdiyini demiş, pulu verəcəyi vaxtı demək üçün 2 saat vaxt istəmiş, sonra isə zəng etməmişdir. Ona zəng edəndə pul tapmaq üçün əvvəlcə əslən olduğu Göyçay rayonuna getməsini, sonradan isə Banka müraciət etsə də, krediti olmasını əsas gətirərək bankdan kredit götürə bilmədiyini, ona verilən pulun cəmi 9000 (doqquz min) manatını qəbzə işlədiyini, 2000 (iki min) manatı isə vəkillərə xərclədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulu tam verməli olmasını dedikdə, sonuncu razılaşmışdır. Sonrakı telefon danışıqlarında 6500 (altı min beş yüz) manat pulun hazır olmasını dedikdə, Zərərçəkmiş şəxs2 pulu tam istəmişdir. Təqsirləndirilən şəxs danışıqlar zamanı vəkilələrə çəkilən xərcin ondan istənilməməsini xahiş etmiş, ona pul verəndə qəbz tərtib edəcəyini demişdir. Bununla razılaşıb Zərərçəkmiş şəxs2 özü və Şahid1 onun yaşadığı mənzilə gələcəklərini bildirdikdə, pulu Şahid1 ofisdə olmasını, evinə gələcəkləri halda pulu verməyəcəyini demiş və müvafiq orqanlara müraciət eməsini məsləhət bilmişdir. Təqsirləndirilən şəxs həmin səs yazılarına qulaq asdıqda səs yazılarını özünə məxsus olmasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 03 noyabr 2021-ci il tarixli tapşırıq müqaviləsindən və qəbzlərdən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə aralarında bağışama müqaviləsinin ləğv edilməsi, Çıxarışın etibarsız sayılması və mülkiyyətin geri qaytarılması ilə bağlı hüquqi xidmətin göstərilməsi üçün 2500 (iki min beş yüz) manat məbləğində pulla bağlı sövdələşmə baş tutmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Asan Xidmət Mərkəzində 10 noyabr 2021-ci il tarixdə verilmiş AR-İİ seriyalı 472026 nömrəli etibarnamədən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs onu bütün dövlət orqanlarında, idarə və müəssisələrədə təmsil etmək imza etmək və sair hüquqlarını həyata keçirməyi etibar etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 10 oktyabr 2020-ci il tarixli tapşırıq müqaviləsindən və qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə aralarında müharibə dövrüdə xəsarət alma faktı ilə bağlı hüquqi xidmətin göstərilməsi üçün 1500 (bir min beş yüz) manat məbləğində pulla bağlı sövdələşmə olmuşdur. Cinayət işinin materiallarına olan məhkəmə-xəttşünaslıq ekpertizasmm 24 may 2022ci il tarixli 4/543 N°-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs ilə Şahid1 arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli tapşırıq müqaviləsinin kserosurətində «Sahibkar Hüquqşünas» qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs ilə Şahid1 arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli tapşırıq müqaviləsinin kserosurətində «Müraciət edənin imzası» qarfasındakı imza-Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs ilə Şahid1 arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli tapşırıq müqaviləsinin kserosurətində «Sahibkar Hüquqşünas» və «Müraciət edənin imzası» qarfalarındakı imzaların eyni şəxs və ya müxtəlif şəxs tərəfindən, «Müraciət edənin imzası» qrafasmdakı imzanın isə Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən icra olunub-olunmamsını tədqiqat prosesinin təsviri hissəsindəki bəndində göstərilən səbəbə görə müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında cinayət işi xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312, 178.2.1 və 178.2.3 və 310-cu maddələri və Şahid1 barəsində isə CM-in 32.5, 178 və 312-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs1 1500 (bir min beş yüz) manat məbləğində, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda və xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, həmçinin cinayətkar niyyətini pərdələmək məqsədi ilə hüquqi yardımın göstərilməsinə dair «tapşırıq müqaviləsinin» bağlanması görüntüsünü yaradaraq, Zərərçəkmiş şəxs1la 21 sentyabr 2021-ci il tarixdə, Şahid1la xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs3 ilə xx.xx.2021-ci il tarixdə hüquq verən rəsmi sənəd hesab olunan, müqaviləni istifadə etmək məqsədi ilə qanunsuz hazırlaması və məsuliyyətdən yayınmaq üçün Zərərçəkmiş şəxs2 şikayəti əsasında Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılarkən, xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan şəraitdə saxtalaşdırdığı və qanunsuz hazırladığı “tapşırıq müqaviləsi”ni xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nin inzibati binasında istintaq bölməsinə təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 «İ Qarabağ müharibəsində» xəsarət alması faktının təsdiq olunmasına, bunun nəticəsində onun aldığı pensiyanın məbləğinin artırılmasına köməklik edəcəyini, zərurət yaranarsa, bu məsələ üzrə məhkəmədə onu nümayəndə qismində təmsil edəcəyini yalandan vəd verərək, xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs1 1500 (bir min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qardaşı X1 Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli hökmünün qüvvədə saxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verərək həmin qərarın kassasiya qaydasında dəyişdiriləcəyinə, Elman Hüseynova təyin olunmuş cəzanın 2 (iki) il azaldılacağına və 2 (iki) ildən sonra azadlığa buraxılacağına köməklik edəcəyini onun cinayətkar niyyətindən xəbərdar olmayan və cinayətin törədilməsinə heç bir iştirakı olmayan Şahid1 vasitəsi ilə yalandan vəd verərək, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs2 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 69-71-ci maddələrinin tələblərinə zidd olaraq məhkəmə proseslərində nümayəndə qismində iştirak edə bilməyəcəyini yəqin bildiyi halda, Zərərçəkmiş şəxs3 qardaşı Elsevər Məmmədovun adına olan ünvan 6 ünvanında yerləşən 15 nömrəli mənzili anası Şahid2 adına sənədləşdirilməsinə köməklik edəcəyini və məhkəmədə onu nümayəndə kimi təmsil edəcəyini yalandan vəd verərək, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs cinayətkar niyyətini pərdələmək məqsədi ilə hüquqi yardımın göstərilməsinə dair «tapşırıq müqaviləsinin» bağlanması görüntüsünü yaradaraq, Zərərçəkmiş şəxs1la 21 sentyabr 2021-ci il tarixdə, Şahid1la xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs3 ilə xx.xx.2021-ci il tarixdə hüquq verən rəsmi sənəd hesab olunan, müqavilələri istifadə etmək məqsədi ilə saxtalaşdırmış və qanunsuz hazırlamış, həmçinin məsuliyyətdən yayınmaq üçün mübahisənin Şahid1la onun arasında olan tapşırıq müqaviləsindən irəli gələn pul mübahisəsi, yəni mülki mübahisə olması kimi göstərmək üçün Zərərçəkmiş şəxs2 şikayəti əsasında Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılarkən,xx.xx.2020-ci il tarixdə saxtalaşdırığı və qanunsuz hazırladığı “tapşırıq müqaviləsi”ni xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nin inzibati binasında istintaq bölməsinə təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edilməsinə dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə və qeyd olunan epizodlar üzrə özünü təqsirli bilərək icraata xitam verilməsinə razılıq verdiyindən, həmin epizodlar üzrə cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli və CM-nin 178.2.2-ci maddəsi Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs dələduzluq əməllərində cinayətin təkrarlıq əlamətinin olmaması ilə bağlı öz mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə 1500 (bir min beş yüz) manat məbləğində, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda və Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Belə olan halda vurulmuş ziyanın məbləğinə münasibətdə dələduzluğa daxil olan hər bir cinayətə müstəqil cinayət kimi baxılmalı və hər bir əməl müstəqil qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 1500 (bir min beş yüz) manat məbləğində və Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etdiyindən, yəni zərərçəkmiş şəxslərə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğuna görə həmin epizodlar üzrə ayrı-ayrılıqda onun əməlində böyük ictimai təhlükə törətməyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcuddur. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edilməsi epizodlarına münasibətdə həmin əməllərin başa çatdığı vaxtdan iki ildən artıq müddət keçməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi istisna edilir. Ona görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq əməli həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyində xüsusilə qeyd etmişdir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında daha sonra vurğulamışdır ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi, xx.xx.2021-ci tarixdə CM-in 320.2-ci maddəsi ilə törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə iki ildən artıq müddət keçməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə və qeyd olunan cinayətlər üzrə özünü təqsirli bilərək icraata xitam verilməsinə razılıq verdiyindən CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə xitam veriməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin heab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsində vurduğu 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda maddi ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, həmçinin zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirmiş, eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş 11.000 (on bir min) manat məbləğində maddi ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs2 tərfindən məhkəmə iclası zamanı verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənilmiş, onunla barışmışdır. Odur ki, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin Mingəçevir filalında yerləşən KO129001 nömrəli terminaldan xx.xx.2023-cü il tarixdə verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın 25 faizi, yəni 3375 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs2 ilə barışmış və ona dəymiş ziyanı, həmçinin həmin ziyanın 25 faizi məbləğində vəsaiti Dövlət büdcəsinə tam şəkildə ödəmişlər. Eləcə də CM-in 178, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Ona görə də hər iki əsas üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədidiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxs hazırkı vaxta qədər CM-in 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 11.000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi ziyanın alınıb ona verilməsi tələbinə dair mülki iddiasına münasibətdə qeyd edir ki, aşağıda göstərilən əsaslara görə mülki iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, mülki cavabdeh mülki iddiaçıya dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Ondan başqa həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaitin Dövlət büdcəsinə ödənilməsini də təmin etmişdir. Ona görə də cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi artıq mülki iddiaçının pozulmuş hüququ bərpa edildiyindən, onun mülki cavabdehə qarşı maddi ziyan tələbi təmin edilmişdir. Bununla yanaşı, mülki iddianın mənəvi ziyan tələbinə dair hissəsi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 cinayət nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə də əsaslı deyildir. Bu da onu deməyə əsas verir ki, mülki iddianın təmin edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 112 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.1.2, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edilməsi ilə bağlı epizodlar üzrə cinayət təqibini istisna edən hallar olduğuna, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə cinayət təqibini istisna edən hallar olduğuna, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia tələbi təmin edilməsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 112 (bir yüz on iki) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar