Məhkəmə qərarları › İş №1(051)-26/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-26/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-26/2025 23.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)- 282/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə təqsirli bilinib 2 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayonu, Havarlı ərazi dairəsi, Əkşəm kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə barəsində cinayət işinin istintaqı aparıldığı Zərərçəkmiş şəxs, sonuncunun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrindən CM-in 237.1-ci maddəsinin ittihamdan xaric olunmasına köməklik edəcəyini, sonradan isə ümumiyyətlə təqsirləndirildiyi maddələr üzrə barəsində olan iş üzrə icraata xitam verilməsinə nail olacağını vəd verib, onu aldadaraq, 18 may 2023-cü il tarixdə Yevlax rayonu, Əkşəm kəndinin giriş hissəsində yerləşən kafedə Zərərçəkmiş şəxs ilkin olaraq 1.500 (min beş yüz) manat, 20 may 2023-cü il tarixdə yenə də həmin kafedə 500 (beş yüz) manat, habelə 2023-cü ilin may-iyul ayları ərzində onun (Təqsirləndirilən şəxs) istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş, adına olan 4169 7388 4732 2249 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs Mingəçevir şəhəri ərazisində olan, istintaqa bəlli olmayan ödəmə terminallarından hissə-hissə olmaqla, ümumilikdə göndərdiyi 2.975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində pul vəsaitini, ümumilikdə Zərərçəkmiş şəxs 4975 (dörd min doqquz yetmiş beş) manat məbləğdə pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, təxminən 2021-ci ilin may ayının ortalarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərində «agent» kimi iştirak etmişdir. Onun həmin regional şöbə ilə əməkdaşlıq etməsi barədə Mingəçevir şəhər sakinlərinin məlumatı olmuşdur. Zərərçəkmiş şəxs təxminən 2023-cü ilin may ayında tanımışdır. Belə ki, Mingəçevir şəhərində yaşayan və hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Ramazan Hüseynov və onun tanışı Zərərçəkmiş şəxs oğlu Ceyhun ona zəng edərək, Alı Səfəralıyevin narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını, həmçinin Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin seçildiyini, Alı Səfəralıyevin barəsində olan cinayət işinin məhkəməyə verilənədək ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin xaric olunmasına köməklik göstərilməsini xahiş etmişlər. Onlarla söhbət edərkən Alı Səfəralıyevə köməklik göstərə biləcəyini bildirmişdir. Həmin ərəfələrdə ona pul lazım olduğundan Alı Səfəralıyevə kömək etmək adı ilə ondan müəyyən məbləğdə pul vəsaiti alıb, ələ keçirmək fikrinə düşmüşdür. 2023-cü ilin təxminən may ayının ortalarında X1 ona zəng edərək Alının onunla görüşmək və həmin işlə bağlı olaraq danışmaq istədiyini demişdir. O da Ceyhuna Yevlax rayonu, Xaldan kəndində yerləşən kafedə olduğunu, Alının oraya gələ biləcəyini demişdir. Həmin gün Alı ilə birlikdə Yevlax rayonu, Xaldan kəndində yerləşən kafedə görüşmüşdür. Orada Alı ilə arasında danışıq baş tutmuş və Alıya işini həll edə biləcəyini, yəni barəsində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin ittihamdan xaric olunmasına köməklik edə biləcəyini bildirmişdir. Belə ki, o, Alıya «Rüfət» adlı tanışının olduğunu, həmin şəxsin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində çalışdığını, prokurorluq orqanlarında da tanışlarının olduğunu və bu işdə ona yardımçı ola biləcəyini demişdir. Orada o, Alıya «Rüfət» adlı şəxslə danışdığını deyərək, telefonu qulağına qoyub, «Rüfət» adlı şəxslə danışıq görüntüsünü yaradaraq, həmin şəxsin vasitəsi ilə Alıya köməklik göstərəcəyini demişdir. Alı Səfəralıyevin ona inandığını görüb, işin həlli üçün 2.000 manat məbləğdə pulun lazım olduğunu demişdir. Sonradan Alıdan əlavə pul almaq ehtimalının olduğunu anlayıb, söhbət əsnasında işin tam olaraq xitam olunması üçün də köməklik edə biləcəyinə dair də vəd vermişdir. X9 işin xitam olunmasını istəmədiyini, əlil olduğu üçün onsuz da məhkum olunmayacağını bildirmişdir. Alı ilə aralarında danışıq olduqdan 1 gün sonra yaşadığı Yevlax rayonu, Əkşəm kəndinin girişindəki kafedə Alı ilə görüşmüşdür. Həmin vaxt Alı ona 1.500 manat məbləğdə pul vermiş, qalan pulu isə hissə-hissə verəcəyini demişdir. Bir neçə gündən sonra Alı ona zəng edərək, 500 manat pulu gətirib vermək istədiyini demişdir. Həmin kafedə olan zaman Alı 500 manat pulu gətirib ona vermişdir. Artıq Alının onun istədiyi pul məbləğini verdiyini görüb, yenidən onunla əlaqə saxlayaraq əlavə olaraq 2.500 manat məbləğdə pul vəsaitinin lazım olduğunu demişdir. Həmin vaxt Alı pulun məbləğinin hansı səbəbdən artdığını soruşmamış və əlavə 500 manat pulu da verəcəyini, lakin həmin vaxt 500 manat pulunun olmadığını, həmin məbləği hissə-hissə verəcəyini demişdir. Bundan sonra o, istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 4732 2249 saylı plastik kart hesabını Alıya göndərərək, pulu həmin kart hesabına göndərməsini istəmişdir. Buna görə də 2023-cü ilin may ayının sonuna kimi Alı onun istifadəsində olan qeyd etdiyi kart hesabına hissə-hissə olmaqla, ümumilikdə 500 manat məbləğdə pul vəsaiti göndərmişdir. Alıdan istədiyi 500 manat pulu da aldığını görüb, ondan əvvəl də qeyd etdiyi kimi, işin xitamına köməklik etmək adı ilə əlavə pul vəsaitini alıb, ələ keçirmək üçün öz adına qeydiyyatda olan ***-***- **-** digər mobil telefon nömrəsi ilə «Rüfət» adlı şəxsin adından, lakin şəxsən özü Alının istifadəsində olan hazırda xatırlamadığı telefon nömrəsinə zəng edərək, bu dəfə yalandan özünü «Rüfət» adlı şəxs kimi təqdim edib, Alı onu tanımasın deyə səsini dəyişərək, Alıya barəsində istintaqı aparılan cinayət işi məhkəməyə verildikdən sonra yenidən ekspertiza təyin edərək, həmin narkotik vasitənin rəyini dəyişdirmək yolu ilə işin xitam olunmasına köməklik edəcəyini bildirmişdir. İşin icraatına xitam olunmasına köməklik etməklə bağlı Alı ilə aralarında ilkin olaraq danışıqlar zamanı da söhbət olmuş və o, Alının pul verdiyini görüb, yenidən ondan pul almaq üçün işin xitamı ilə bağlı olan məsələni yenidən Alının diqqətinə çatdırmış və beləliklə işin icraatına xitam verilməsi adı ilə Alıdan əlavə olaraq 2.000 manat da pul istəmişdir. Alı ilə danışıb razılaşdıqdan sonra ona işin xitamı üçün verilməli olan 2.000 manatı ona əvvəl verdiyi adına olan kart hesabına göndərməsini istəmişdir. Təxminən 2023-cü ilin iyun-iyul ayları ərzində Alı onun istifadəsində olan kart hesabına, bu dəfə artıq işin icraatına xitam verilməsi düşüncəsi ilə hissə-hissə olmaqla ümumilikdə 2.000 manat məbləğdə pul vəsaiti göndərmişdir. Həmçinin pul göndərdiyi ərəfələrdə Alıya işini həll etdiyinə görə özünə də əziyyət haqqı kimi əlavə pul verməli olduğunu demişdir. Alı da işinin müsbət qaydada xeyrinə həll olunduğunu zənn edib, hissə-hissə olmaqla ümumilikdə 475 manat pulu onun istifadəsində olan yuxarıda qeyd etdiyi Kapital Banka məxsus kart hesabına göndərmişdir. Alıdan aldığı pul vəsaitini öz ehtiyaclarına sərf etmişdir. Lakin bir müddət sonra Alı, onun tərəfindən aldanıldığını anlayıb, verdiyi pulu ondan tələb etməyə başlamışdır. Alının şikayət edəcəyini görüb, tanışı Şahid2 öz telefonunu verərək, Şahid2 Alı ilə danışmasını, pulu qaytarmaq üçün isə Alıdan vaxt istəməsini xahiş etmiş, lakin Şahid2 Alıdan vaxt istəsə də, Alının pulunu tapıb qaytara bilməmişdir. Alıdan pul alan vaxt Rəşidin bu haqda, habelə onun tərəfindən Alıdan pulun nə adla alınması barədə məlumatı olmamışdır. Alıdan aldığı pulu geri qaytara bilmədiyi üçün Alı ondan şikayət etmişdir. Bununla belə hazırda qohumları zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 09 may 2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, Füzuli küçəsi, 20 saylı evdə olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya etməsi ilə bağlı Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, xx.xx.2023-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Həmin vaxt Mingəçevir şəhər sakini olan bir neçə tanışı ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin Təqsirləndirilən şəxs adlı əməkdaşının olduğunu, həmin şəxsin onun işini yüngülləşdirməyə köməklik edə biləcəyini demişlər. Belə ki, o, təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin ittihamdan xaric olunması və barəsində aparılan cinayət işinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilməsinə köməklik edə biləcək şəxs olub-olmadığını tanışlarından soruşmuş və Elgün adlı şəxsin ona kömək edə biləcək şəxs olduğunu demişlər. Sonra onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini onunla əlaqə saxlaması üçün Elgünə vermişlər. Elgün istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə onunla əlaqə saxlamışdır. Danışıqlar zaman o, Elgünə, barəsində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin ittihamdan xaric olunmasına köməklik etməsini xahiş etmişdir. Elgün də onunla görüşüb danışmaq istədiyini bildirmişdir. 16 may 2023-cü il tarixdə Yevlax rayonu, Əkşəm kəndinin girişində olan kafedə Elgünlə görüşmüşdür. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitələrin kultivasiyası və istifadəsi ilə məşğul olmaqla bağlı olaraq ona ittihamın elan olunduğunu, kultivasiya hissəsini ittihamdan çıxarmağa köməklik etməsini Elgündən xahiş etmişdir. Elgün ona tanışı Rüfət adlı şəxsin Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində, idarə rəisinin köməkçisi vəzifəsində, polis kapitanı rütbəsində xidmət etdiyini və həmin şəxsin vasitəsilə ona köməklik göstərə biləcəyini bildirmişdir. Həmin vaxt Elgün «Rüfət» adlı şəxsə zəng edərək danışmışdır. Lakin o, Rüfət adlı şəxsin kim olduğunu bilməmişdir. Elgün işin həllinə Rüfətin köməklik edəcəyini, nə qədər pul lazım olacağını, növbəti dəfə görüşəndə deyəcəyini demişdir. Həmin günün ertəsi Elgün ona zəng edərək, Yevlax rayonu, Xaldan kəndində yolun kənarında yerləşən kafelərdən birində olduğunu, həmin yerə gəlməsini, qeyd olunan məsələ ilə bağlı olaraq danışmaq istədiyini demişdir. O, həmin yerə getmiş və Elgünlə görüşmüşdür. Görüş zamanı Elgün Rüfət adlı tanışı ilə danışdığını və işin həlli üçün, yəni Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin ittihamdan çıxarılmasına köməklik etmək üçün 2.000 manat pul lazım olduğunu demişdir. O, həmin məbləği Elgünə verməyə razılaşmış və bir neçə gün ərzində pulu verəcəyini deyərək Mingəçevir şəhərinə qayıtmışdır. Mingəçevir şəhərində tanışı olan Qarabağ Müharibəsi veteranı, şəhid atası Şahid1 ilə görüşmüş və ona işini həll etməyə köməklik edən Elgün adlı şəxsin 2.000 manat pul istədiyini demişdir. Əmir də həmin məbləğin normal olduğunu, 2.000 manat pulu verib, işi həll etməsinin məsləhət olduğunu ona demişdir. Lakin pulu olmadığı üçün Əmirdən borc istəmiş, Əmir də ona 1.500 manat məbləğdə borc pul vermişdir. Təxminən 18 may 2023-cü il tarixdə Elgünlə Yevlax rayonu, Əkşəm kəndinin girişində yerləşən kafedə görüşmüş və işin həlli üçün Elgünə 1.500 manat məbləğdə pul vermişdir. Qalan 500 manat pulu isə bir neçə gündən sonra verəcəyini Elgünə demişdir. Elgün də buna etiraz etməmişdir. Həmçinin pulu Elgünə verən zaman sonuncu bu işdə köməklik edən «Rüfət» adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini ona vermiş və həmin şəxslə telefon vasitəsilə danışmışdır. Təxminən bir neçə gündən sonra qalan 500 manat pulu əldə edib, Yevlax rayonu, Əkşəm kəndinin girişində olan kafedə görüşüb şəxsən Elgünə vermişdir. 500 manatı Elgünə verən zaman sonuncu yenə də «Rüfət» adlı şəxslə danışmışdır. Elgün həmin vaxt ona işin həll olunması üçün əlavə olaraq 500 manat pul verməli olduğunu, işini ümumilikdə 2.500 manata həll edəcəyini demişdir. O da işin həlli xatirinə buna razı olmuşdur. Bundan sonra 2023-cü ilin may ayının sonunda hissə-hissə olmaqla 2-3 dəfəyə ümumilikdə 500 manat pulu Elgünün verdiyi, öz adına olan və hazırda xatırlamadığı "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərmişdir. Təxminən 2023-cü ilin iyun ayının əvvəlində gecə saat 23 radələrində «Rüfət» adlı şəxs ona zəng edərək, idarə rəisinin yanında olduğunu, o, veteran olduğu üçün ayağına elektron nəzarət cihazı olan qolbağın vurulmasının məsləhət olmadığını, əlavə olaraq 2.000 manat məbləğdə pul verəcəyi təqdirdə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsində köməklik edəcəyini bildirmişdir. Danışıq zamanı özünü «Rüfət» kimi təqdim edən şəxsə artıq pulunun olmadığını, həm də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmayacağını, ona görə də CM-nin 234.1-ci maddəsinin ona təhlükə törətmədiyini bildirmişdir. Təxminən bir neçə gündən sonra yenidən «Rüfət» adı ilə özünü təqdim edən şəxs ona zəng edərək, işin xitam olunmasına razı olub-olmadığını soruşmuşdur. O, Rüfətə işlə bağlı olaraq təyin olunmuş məhkəmə-narkoloji ekspertizasından keçmək üçün Gəncə şəhərinə getməli olduğunu demişdir. Rüfət ona heç bir yerə getməyə ehtiyacın olmadığını, üzərindən aşkar olunan narkotik vasitəyə görə yenidən ekspertiza təyin olunacağını, həmin kütlənin narkotik vasitə olmaması barədə yenidən rəy veriləcəyini demişdir. O da buna görə həmin şəxsin dediklərinə inanmışdır. Bundan sonra «Rüfət» adlı şəxs ona verməli olduğu 2.000 manat məbləğdə pulu Elgünün istifadəsində olan və onun əvvəllər də pul köçürdüyü "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərməsini istəmişdir. O da 2023-cü ilin iyun-iyul ayları ərzində hissəhissə olmaqla ümumilikdə 2.000 manat məbləğdə pulu Elgünün istifadəsində olan "xxxx" kartına göndərmişdir. Eyni zamanda Elgünün özünə zəhmət haqqı kimi hissə-hissə olmaqla, həmin ərəfədə ümumilikdə 475 manat pul göndərmişdir. Beləliklə, o, Elgünə şəxsən verməklə və Elgünün istifadəsində olan Kapital Bank kartına göndərməklə ümumilikdə 4.975 manat pul vermişdir. Həmin məbləğdə pulu verməsinə baxmayaraq, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Beləliklə, Elgün və özünü «Rüfət» kimi təqdim edən tanımadığı şəxs ona verdikləri vədə əməl etməmişlər. Eyni zamanda aldığı pulları geri qaytarmamışlar. Hazırda işə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs ondan aldığı pulu tam şəkildə qaytarmışdır. Onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1991- 1993-cü illərdə Qarabağ Müharibəsində iştirak etmişdir. 1993-cü ildə xəsarət almış, Qarabağ Müharibəsi qazisi və İİ qrup əlildir. Zərərçəkmiş şəxs da elə Qarabağ Müharibəsi vaxtlarından tanımışdır. Alı ilə yaxın dost kimi münasibəti vardır. Alı 09 may 2023-cü il tarixdə narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi il məşğul olduğu üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində saxlanılmışdır. Sonradan isə Mingəçevir ŞPŞ-də Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, müvəqqəti saxlama yerindən buraxılmışdır. Həmin ərəfələrdə Alı onun evinə gələrək Elgün adlı şəxslə tanış olduğunu, həmin şəxsin onun barəsində olan cinayət işi üzrə narkotik vasitələrin kultivasiyası ilə məşğul olma hissəsini ittihamdan çıxarmağa köməklik etməyə söz verdiyini, buna görə ondan 2.000 manat məbləğdə pul istədiyini demişdir. O da Alıya buna razı olmasının məsləhət olduğunu bildirmişdir. Həmin vaxt Alı pulunun olmadığını, ona borc pul verməsini xahiş etmişdir. O da Alıya 1.500 manat məbləğdə pulunun olduğunu, həmin pulu verə biləcəyini demişdir. Ah da razı olduğundan həmin 1.500 manat pulu Alıya vermişdir. Alı pulu aparıb Elgünə verdikdən sonra işin həll olunacağını demişdir. Sonradan isə Alı Elgünə hissə-hissə olmaqla pul vəsaiti verdiyini də demişdir. Bundan sonra Alı Elgünün onun tanışı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşının işin xitamı barədə söz verdiyini və əlavə pul istədiyini demişdir. O da məhkumluq həyatı yaşamaması, həmçinin səhhətində olan problemlərə görə həmin pulu verməsini məsləhət bilmişdir. Bundan sonra Alı Elgün adlı şəxsə hissə-hissə olmaqla, ümumilikdə 5.000 manata yaxın, yəni 4.975 manat pul vəsaiti verməsini demişdir. Lakin buna baxmayaraq Alı Mingəçevir şəhər məhkəməsinin hökmü ilə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra Alıya dəfələrlə onunla birlikdə gedib Elgündən pulu almağa köməklik etməsini desə də, hər hansı mübahisə yaranmasın deyə Alı onu Elgünün yanma aparmamışdır. İndiki vaxta qədər də Elgün Alıdan 4.975 manat məbləğdə pul almasına baxmayaraq, verdiyi vədinə əməl etməmiş və eyni zamanda aldığı pulu geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə həmkəndli olduğundan, Elgünü kiçik yaşlarından tanıyır. Elgünlə yaxın münasibəti olmuşdur. Elgün bəzi şəxslərdən dələduzluq yolu ilə pul vəsaitini alıb, ələ keçirdikdən sonra ondan həmin şəxslərlə əlaqə saxlayaraq Elgünün aldığı pulları qaytaracağı ilə bağlı müddət aldığını bildirmişdir. Belə ki, o və atası Mingəçevir şəhəri ərazisində düzgün və etibarlı şəxs kimi tanındığından Elgün ona köməklik etməsini istəmişdir. O da Elgünün pis vəziyyətdə qalmaması üçün heç bir qarşılıq güdmədən Elgünün zəng etdiyi şəxslərlə danışmışdır. Zərərçəkmiş şəxs əvvəlcədən tanımamışdır. Alı ilə hər hansı düşmənçiliyi və ədavəti olmamış, həmçinin həmin şəxslə əlaqə saxlaması və danışmasını tam şəkildə xatırlamadığını bildirmişdir. O, Elgünün yaxını kimi borclarını qaytarması üçün vaxt istəmişdir. Zərərçəkmiş şəxslə telefon danışığı zamanı heç adını deməmişdir. Borcun məbləğini Elgün deməmiş, sadəcə borcunun hissə-hissə ödənilməsi üçün vaxt istəmişdir ki, ondan şikayət etməsin. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 4732 2249 kart hesabına dair xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddəti əhatə edən əməliyyatların qeyd olunduğu «çıxarışı» təqdim edərək, Zərərçəkmiş şəxs hissə-hissə olmaqla, onun kart hesabına göndərdiyi ümumilikdə 2975 manat məbləğdə pul vəsaitini qəbul edərək, həmin pulu öz ehtiyacları üçün xərclədiyini, Zərərçəkmiş şəxs tərəfindən edilən köçürmələrin 2023-cü ilin may ayının sonu, habelə həmin ilin iyun-iyul aylarına təsadüf etdiyini, lakin konkret olaraq Zərərçəkmiş şəxs tərəfindən köçürmələrin hansı tarixə təsadüf etdiyini və hissə-hissə olan məbləğlərini xatırlamadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2024cü il tarixli 3-13-16/2-71950/2024 saylı məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-7818/2024 saylı məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli portal sistemindən çıxarışdan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2023-cü il tarixdən Yevlax rayonu, Havarlı ərazi Dairəsi, Əkşəm kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. Cinayət işinin materiallarında olan 02 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 310, 32.4, 312-ci maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1,194.1, 32.5, 178.2.1 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Qusar Rayon Məhkəməsinin 1(029)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.1,178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 may 2022-ci il tarixdə tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmış və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 3 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-282/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 1(029)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş qalan 02 (iki) il 05 beş ay 07 (yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökmlə təyin olunmuş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir ŞPŞ-də AR CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına xx.xx.2020-ci il tarixdə AR CPM-nin 40.3-cü (73-1.1) maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 127.1, 178.2.3, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması və 5500 manat cərimə cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cərimə cəzası 1 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.4, 312.1, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun ümumilikdə 4975 (dörd min doqquz yetmiş beş) manat məbləğdə pul vəsaitini ələ keçirməklə, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayında Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrlə barəsində cinayət işinin istintaqı aparıldığı Zərərçəkmiş şəxs, sonuncunun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrindən CM-nin 237.1-ci maddəsinin ittihamdan xaric olunmasına köməklik edəcəyini, sonradan isə ümumiyyətlə təqsirləndirildiyi maddələr üzrə barəsində olan iş üzrə icraata xitam verilməsinə nail olacağını vəd verib, onu aldadaraq, 18 may 2023-cü il tarixdə Yevlax rayonu, Əkşəm kəndinin giriş hissəsində yerləşən kafedə Zərərçəkmiş şəxs ilkin olaraq 1.500 (min beş yüz) manat, 20 may 2023-cü il tarixdə yenə də həmin kafedə 500 (beş yüz) manat, habelə 2023-cü ilin may-iyul ayları ərzində onun (Təqsirləndirilən şəxs) istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş, adına olan 4169 7388 4732 2249 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs Mingəçevir şəhəri ərazisində olan, istintaqa bəlli olmayan ödəmə terminallarından hissə-hissə olmaqla, ümumilikdə göndərdiyi 2.975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğdə pul vəsaitini, ümumilikdə Zərərçəkmiş şəxs 4975 (dörd min doqquz yetmiş beş) manat məbləğdə pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.1–ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən, onun niyyəti zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsin pul vəsaitini ələ keçirib onu aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrlə barəsində cinayət işinin istintaqı aparıldığı Zərərçəkmiş şəxs, sonuncunun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrindən CM-nin 237.1-ci maddəsinin ittihamdan xaric olunmasına köməklik edəcəyini, sonradan isə ümumiyyətlə təqsirləndirildiyi maddələr üzrə barəsində olan iş üzrə icraata xitam verilməsinə nail olacağını vəd verib, aldadaraq, 2023-cü ilin may-iyul ayları ərzində onun pul vəsaitlərini almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əlverişsiz vəziyyətə salmaqla, onun etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək onunla razılıq əldə edib barışmasını və himayəsində bir nəfər azyaşlı uşağının olmasını, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il tarixdə doğulmuş Amal adlı yetkinlik yaşına çatmayan və xx.xx.2011-ci il tarixdə doğulmuş Nuray adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında 15 sentyabr 2006-cı il tarixdə Mingəçevir şəhəri Nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 230 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. Cinayət işinin materiallarında olan Yevlax şəhər İHB-nın Havarlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-282/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, hazırkı cinayət əməlini hökm çıxarılmazdan əvvəl törətmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs 2023-cü ilin mayiyul ayları ərzində Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin baxılan cinayət işi üzrə cinayət əməlini hökm çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl törədildiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həmin cəzanı AR CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsinə baxmayaraq, ona cəza təyin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırır ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilsə də, hazırda təqsirləndirilən şəxsin cinayət məsuliyyətin azad edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, cinayət işi materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir ŞPŞ-də AR CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına AR CPM-nin 40.3-cü (73-1.1) maddəsinə əsasən xitam verilmişdir. Ona görə də təqsirləndirilən şəxsin CM-in 72–73-2 və 74-1-ci maddələri üzrə cinayət məsuliyyətindən azad olunması istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, AR CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilməsi üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, o, AR CM-nin 178.1-ci maddəsi ilə barəsində olan hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilə bilməz. Bununla belə təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini məhkəmə onun barəsində cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və cəza təyin edərkən nəzərə almışdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-282/2024 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Ona görə də hazırkı cinayət işi üzrə həmin müddət nəzərə alınmalıdır. Eləcə də Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-134/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə özünü könüllü olaraq Mingəçevir Şəhər polis Şöbəsinə təqdim etmişdir. Bununla da təqsirləndirilən şəxsin hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət 4 ay 12 gün təşkil edir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəmi 4 ay 14 gün müddət təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 4 ay 14 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 8 ay 28 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut yoxdur, həmçinin müsadirə edilməli olan əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda, şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)- 282/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 3 (üç) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət, hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay 12 gün, cəmi 4 ay 14 gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar