Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-27/2020 08.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs və müdafiəçisi- Müdafiəçi Nemət qızının iştirakı ilə, xx xxxx 1997-ci ildə Yevlax rayonun Qaroğlan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olan və yaşayan, barəsindəpolis nəzarəti altına vermə qətimkantədbiriseçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 1.84 qram olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən “Ağbaba” marketin yanında əvvəldən tanıdığı Şahid4 qanunsuz olaraq 10 manata satmış, xx.xx.2019-cu il tarixdə 18 radələrində Mingəçevir ŞPŞ-nin X1 və PPBX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 70 saylı binanın bərabərliyində yerləşən “Lalə” çay evində saxlanılıb Mingəçevir ŞPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs satmış olduğu narkotik vasitə isə Şahid4 üzərinə şəxsi-axtarış keçirilərkən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 17:45 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 70 saylı binanın bərabərliyində yerləşən Lalə çay evində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onu zorla aparmışlar. Sonradan onu polis maşınına mindirdikdə ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır. Polis maşınında olduğu zamn həmin şəxslər ona narkotik vasitəni uzatmış və həmin narkotik vasitənin guya ona məxsus olmasını hədə-qorxu ilə təkid etmişlər. Ona polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlər olmuşdur. Bu səbəbdən də narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. Şahid4 əvvəllər ətir satan şəxs kimi tanımış və münasibətləri normal olmuşdur. xx.xx.2019-cu ildə Ceyhun ona zəng etmiş və ondan narkotik vasitə olan qurudulmuş marixuana tapmasını xahiş etmişdir. O isə Ceyhuna birdə belə bir şeydən ötrü onu narahat etməməsini bildirmişdir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb və onun əməlində sözügedən maddənin tərkibi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bəraət hökmünün çıxarılmasını xahiş edir . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid1 və o, Mingəçevir şəhərində yaşayan Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid4 Mingəçevir şəhəri, Nizami küçəsi, 1 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman o, kənarda dayanıb gözləmiş,Şahid1 və Şahid2 oğli Şahid4 görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Şahid4 onun iştirakı ilə Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X4 dəvət olunmuş və vəkilin iştirak ilə Şahid4 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir.Təhqiqatçı tərəfindən Şahid4 izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Şahid4 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Şahid4 təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Şahid4 könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb təqim etmişdir Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Şahid4 üzərinə baxış keçirilmiş və baxış zamanı X6 üzərindən əlavə olaraq heç bir şübhəli əşya aşkar olunmamışdır. Şahid4 tərəfindən könüllü olaraq təqdim olunmuş həmin bir ədəd ağ kağıza bükülmüş Şahid4 və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar 1(bir) ədəd ağ kağıza bükülmüş bükümün içindəki kütlələnin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. İçərisində narkotik vasitəyə oxşar kütlə bir ədəd ağ kağız büküm ilə birlikdə çəkisi 7.0 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Şahid4 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Şahid4 üzərindən aşkar edilib götürülmüş 1(bir) ədəd ağ kağız bükümdə olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə təxminən saat 21 radələrində Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 1 saylı tam orta məktəbin yaxınlığında olan Ağbaba marketin yaxınlığında 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyənləşdirmək üçün həmin günü saat 18 radalərində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid1, Şahid2 və o, Mingəçevir şəhəri, Ş.i.Xətai küçəsi ev 2, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti 70 saylı binanın bərbarəliyində yerləşən “Lalə” adlı çayxanada olan zaman o, yenədə kənarda dayanmış və digər iki polis əməkdaşı Təqsirləndirilən şəxs Lalə çay evində yaxınlaşıb, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onun və digər iki polis əməkdaşlarının işitrakı ilə Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş və onun üzərində heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində, Mingəçevir şəhəri 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən Ağbaba marketin yaxınlığında xx.xx.2019cu il tarixdə tapdığı bir ədəd ağ rəngli kağız bükümün içərisində olan qurudulmuş marixuananı Şahid4 10 manata satmışdır. Məhkəmədə şahidlər Şahid1 və Şahid2 Şahid3 ifadəsinə uyğun məzmunda ifadə verərək həmin faktları bir daha təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir.Bildirmişdir ki, o 2019-cu ilin may ayından Mingəçevir şəhəri, Mingəçevir şəhər Dövlət Universitenin qarşısında fərdi qaydada ətir satışı ilə məşğul olurmuş. Həmin ərəfədə onun çoxlu sayda müştərilərim var imiş və Təqsirləndirilən şəxs da mütamadi olaraq ondan ətir alımış. Beləliklə Ruhin ilə onun münasibəti yaranmış və aralarındakı münasibət çox yaxşı olmuşdur. O, Ruhini tanıdıqdan sonra Ruhinin narkotik vasitə olan marixuana istifadəçisi olduğunu bilirmişdir. 2019-cu ilin oktyabr ayının 26-da saat 21 radələrində o, Ruhinə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurub özünə narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Ruhin isə ona özündə narkotik vasitə olan marixuanın olduğunu və əgər istəsə ona 10 manata sata biləcəyini demişdir. O,isə razılaşmış və Ruhinlə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən Ağbaba marketin qarşısında görüşməyə qərara gəlmişdir. 26 oktyabr saat 21 radələrində o, Ruhin ilə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığında olan Ağbaba marketin qarşısında görüşmüş və Ruhin ona bir ədəd ağ kağıza bükülmüş bükümdə mariuxnanı vermişdir. O isə bunun müqabilində Təqsirləndirilən şəxs 10 manat pul vermişdir. Daha sonra Ruhinlə sağollaşıb oradan uzaqlaşmışlar. O, Ruhindən uzaqlaşan kimi ona məxsus olan Samsung markalı telefonun zəng tarixçəsindən Ruhinlə danışıq zəngini silmişdir. O, Ruhindən aldığı narkotik vasitəni çəkmək üçün uyğun vaxt gözlədiyindən çəkməmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlayırmışdır. xx xxxxxx 2019-cu il tarixdə o və qardaşı Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən Mingəçevir şəhəri mərkəzi xəstəxanasının qarşısında dayandıqları zaman iki nəfər mülki geyimli polis əməkdaşları onlara yaxınaşaraq barəsində Mingəçevir şəhəri, Polis şöbəsində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirmiş və onları Mingəçevir şəhər polis şöbəsinə dəvət etmişlər. Qardaşı Elvin və o polis əmədaşları ilə birlikdə gəlmişlər. Həmin gün polis şöbəsinin MSY-də hüquqlarını müdafiə etmək üçün vəkil X4 iştirakı ilə üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O video çəkiliş aparmaqla baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədə ağ kağıza bükülmüş bükümdə içərisində qurudulmuş marixuana olan bükümü könüllü olaraq təqdim etmişdir. Daha sonra onun üzərimə baxış keçirilmiş və onun üzərindən əlavə olaraq qanunla saxlanılması qadağan olunan hər hansı bir əşya çıxmamışdır. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-qurudulmuş marixuana oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra o polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığda olan Ağbaba adlı marketin qarşısında Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi müayinə zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan əlavə Şahid4 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini dəyişdirməsi ilə əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs valideynləri ondan kömək etməsini istəmiş və o da onlara yazığı gəldiyi və Ruhinə kömək etmək istidiyi üçün ifadəsini dəyişmişdir. Lakin o yalan ifadə verməsi ilə əlaqədar məsuliyyət daşımasını anlamış və hazırda qəti olaraq bildirir ki, narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 570 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi-1.84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 887 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Cinayət işində olan xx.xx.2019-cu il tarixli, 3(051)-672/2019 saylı qərarına əsasən Şahid4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.11-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 1.84 qram olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən “Ağbaba” marketin yanında əvvəldən tanıdığı Şahid4 qanunsuz olaraq 10 manata satmış, xx.xx.2019-cu il tarixdə 18 radələrində Mingəçevir ŞPŞ-nin X1 və PPBX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 70 saylı binanın bərabərliyində yerləşən “Lalə” çay evində saxlanılıb Mingəçevir ŞPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs satmış olduğu narkotik vasitə isə Şahid4 üzərinə şəxsiaxtarış keçirilərkən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunan sübutlara, yəni şahid ifadələri, ekspert rəyi və digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs narkotik vasitələr satmadığını bildirsə də bu şahid ifadələri, ekspert rəyi və məhkəmə baxışında toplanmış sübutlarla öz təstiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs almasını birbaşa göstərmişdir. Təqsirləndirilən şəxs bunu etiraf etməsə də özünündə ifadəsində bildirdiyi kimi Şahid4la hər hansı bir ədavəti olmamasına baxmayaraq Şahid4 polis əməkdaşları tərəfindən saxlanıldığı zaman narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirməsi və heç bir təzyiq olmadan məhkəmədə bunu bir daha təstiq etməsi təqsirləndirilən şəxsin həqiqətən də Şahid4 narkotik vasitə satmasına dəlalət edir. Məhkəmə bütün bunları müqayisəli şəkildə nəzərdən keçirərkən və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli şahid ifadələri, ekspert rəyi və digər sübutlarla tam sübut olunur. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclası zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 34,55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,82 qram qurudulmuş marixuana məhv edilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu tarixədək 02 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1,82 qram qurudulmuş marixuana qalığı məhv edilsin. İş üzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-27/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-27/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver