Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-27/2024 09.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evlihimayəsində 1 nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir N.Nərimanov prospekti 45№li evin 34№-li mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə çəkisi 0,378 qram olan narkotik vasitə heroindən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,137 qram olan hissəsini üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibində saxlayaraq daşımış, həmçinin həmin narkotik vasitə heroindən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,241 qram olan hissəsini isə yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin 34№-li mənzilində yataq otağındakı paltar dolabının üst rəfində saxlamış və xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 45№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20:20-də 20:31-dək olan müddətdə üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,137 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibindən, 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,241 qram olan narkotik vasitə heroin isə həmin gün saat 20:46-dan 21:00-dək olan müddət ərizində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin 34№-li mənzilinə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən mənzilin yataq otağındakı paltar dolabının üst rəfindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. Bildirmişdir ki, təxminən 3 ay əvvəl Anar adlı şəxslə sosial şəbəkələr vasitəsi ilə tanış olmuşdur. Anar ona öz kart hesabının nömrəsini vermişdir. O da Anar adlı şəxslə tanışlarına məxsus mobil telefonların Whatsapp tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq Anara məxsus kart hesabına pul köçürdükdən sonra həmin şəxs də narkotik vasitəni gizlətdiyi yerin şəklini və ərazinin lokasiyasını telefon vasitəsi ilə ona göndərdikdən sonra o, həmin yerdən narkotik vasitəni götürmüşdür. O, Anarla şəxsən görüşməmiş və Anara şəxsən pul verməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Anar adlı şəxslə tanışlarına məxsus mobil telefonların Whatsapp tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq Anardan 0,8 qram narkotik vasitə heroin almaq barədə razılaşmışdır. Razılığıa əsasən Anar adlı şəxsin kart hesabına 50 manat məbləğdə puldan Mingəçevir şəhəri ərazisində quraşdırılmış elektron ödəmə sistemləri vasitəsi ilə 35 manat məbləğdə pul göndərmişdir. Anar da ona narkotik vasitəni gizlətdiyi yerin şəklini çəkib və lokasiyasını da göndərmişdir. Bundan sonra o, Yevlax rayonu Aran qəsəbəsinə gedib oradan Anar adlı şəxsin narkotik vasitəni gizlətdiyi yerdən narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitə heroindən bir qədərini istifadə etmiş, qalan hissəsini isə 2 bölümə ayırmışdır. Bir bölümünü yaşadığm evdə yataq otağında dolabın üzərinə qoymuş, digər hissəsini isə qızılı-ağ rəngli kağız bükümünə qablaşdırıb əynindəki göy cins rəngli şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin yaxınlığı ilə piyada hərəkət edərkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd Prima markalı siqaret qutusunu, 1 ədəd alışqanı, sağ yan cibindən Tara markalı mobil telefonu, arxa cibindən açarları, sağ yan iç cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan siqaretin qızılı-ağ rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd qızılı-ağ rəngli kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli kəskin iyə malik, kristallik kütlə yəni narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və kağız bükümü ilə birlikdə narkotik vasitə heroinin çəkisi 0,21 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu Anar adlı şəxsdən almışdır. Həmin narkotik vasitədən bir qədərini istifadə etmiş, bir qədərini isə 2 ədəd kağız bükümə qablaşdırıb bir hissəsini üzərində bir hissəsini isə yaşadığı mənzildə gizələdərək saxlayır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o də imza etmişdir. Bundan sonra Mingəçevir ŞPŞ-nin əməkdaşları Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı mənzilə baxış keçiriləcəyini bildirmişlər. O da etiraz etməmişdir. Daha sonra yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45№-li evin 34№-li mənzilinə gedilmişdir. Mənzilə baxış keçirilərkən yataq otağındakı dolabın üst hissəsindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə narkotik vasitə heroin, 1 ədəd şpris, limon duzu və 1 ədəd başı kəsik şüşə ampula aşkar edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və kağız bükümü ilə birlikdə narkotik vasitə heroinin çəkisi 0,30 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin büküm, 1 ədəd şpris, limon duzu və 1 ədəd başı kəsik şüşə ampula onun və digər şəxslərin iştirakı ilə zərflərə qoyularaq möhürlənmişdir. Zərflərin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri mənzilə baxış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Evlidir. Himayəsində bir nəfər az yaşlı uşağı vardır. Atası və anası əlilldir və onlarda onun himayəsindədirlər. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərinin N.Nərimanov küçəsi 45№-li yaşayış binasının yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. X6 İmamverdiyevə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 qutu “Prima” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd mobil telefonu, şalvarın arxa sol cibindən açarları, əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan siqaretin qızılı kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzrəindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 1 ədəd siqaretin qızılı kağız büküm digər iştirakçıların yanında açılarkən içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə oxşar kristallik kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bir ədəd siqaretin qızılı kağız bükümündə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, qızılı kağız bükümü ilə birlikdə ümumi çəkisi 0,21 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu Anar adlı şəxsdən aldığını, Anar adlı şəxs Təqsirləndirilən şəxs öz kart hesabının nömrəsini verdiyini, Anar adlı şəxslə tanışlarına məxsus mobil telefonların Whatsapp tətbiqi vasitəsi ilə əlaqə saxladıqdan sonra Anara məxsus kart hesabına pul köçürdükdən sonra həmin şəxs də narkotik vasitəni gizlətdiyi yerin şəklini və ərazinin lokasiyasını telefon vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdikdən sonra Təqsirləndirilən şəxs də həmin yerdən narkotik vasitəni götürdüyünü, Anar adlı şəxslə şəxsən görüşmədiyini və Anar adlı şəxsə şəxsən pul vermədiyini, əldə etdiyi narkotik vasitə heroinin bir qədəirini üzərində qalan hissəsini isə yaşadığı mənzildə gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİNnin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45№-li evin 34№-li mənzilinə gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə saxlaması və Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin 34№-li mənzilinə baxış keçirilərkən mənzilin qonaq otağındakı paltar dolabının üstə rəfindən 1 ədəd şpris, 1 ədəd başı kəsik ampula, 1 ədəd içərisində narkotik vasitə heroin olan siqaretin qızılı kağız bükümü aşkar edilmışdir. Aşkar edilmiş 1 ədəd siqaretin qızılı kağız bükümü digər şəxslərin yanında açılıb baxılarkən içərisində olan kütlənin qəhvəyi rəngli kəskin iyə malik, kristallik kütlə yəni narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və siqaretin qızılı kağız bükümü ilə birlikdə narkotik vasitə heroinin çəkisi 0,30 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra baxış keçirilən zamanı yazılmış protokol oxunmuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarların sağ yan iç cibində gizlədərək saxladığı 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümündə ümumi təmiz çəkisi 0,137 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin 34№-li mənzilinə baxış keçirilərkən mənzilin qonaq otağındakı dolabın üstə rəfində gizlədərək saxladığı 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümündə ümumi təmiz çəkisi 0,241 qram olan narkotik vasitə-heroin, 1ədəd başı kəsik ampula və 1 ədəd şpris aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü tarixdə müstəntiq tərəfindən Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə müstəntiq tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü tarixdə müstəntiq tərəfindən Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin 34№-li mənzilinə baxış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə müstəntiq tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin 34№-li mənzilinin qonaq otağındakı paltar dolabının üst rəfindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroin, 1ədəd şpris və 1 ədəd başı kəsik ampula aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/590 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,137 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindır. Tədqiata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə və bir ədəd qırıq ampula...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,241 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindır. 01 (bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisində olan cüzi miqdarda maddə hissəcikləri narkotik vasitə olan heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, ayrı-ayrı zərflərdəki 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Tədiqata təqdim edilmiş 01 (bir) ədəd şüşə ampulanın içərisindəki heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə olan heroinlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı ”na daxildir. (İ siyahı). Aparılmış tədqiqatın dəyəri 71,94 manatdır. Cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1685 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 13 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 2 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata hər obyektdən sərf olunan 0,050 qram narkotik vasitə kütləsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,087 qram və 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd başı kəsik şüşə ampula, 1 ədəd şpris iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan DİN yanında BƏSİİ-in xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan 4 saylı MİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə dost və qonşular tərəfindən 4 saylı MİS-ə haqqında heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşağı vardır. Cinayət işi materiallarında olan AZ-İİ seriyalı, 110073 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında nikah xx.xx.2016cı ildə bağlanmışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə çəkisi 0,378 qram olan narkotik vasitə heroindən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,137 qram olan hissəsini üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibində saxlayaraq daşımış, həmçinin həmin narkotik vasitə heroindən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,241 qram olan hissəsini isə yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin 34№-li mənzilində yataq otağındakı paltar dolabının üst rəfində saxlamış və xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 45№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20:20-də 20:31-dək olan müddətdə üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,137 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibindən, 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,241 qram olan narkotik vasitə heroin isə həmin gün saat 20:46-dan 21:00-dək olan müddət ərizində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 45№-li evin 34№-li mənzilinə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən mənzilin yataq otağındakı paltar dolabının üst rəfindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən və törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin evli olmaqla himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 71 manat 94 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,087 qram və 0,191 qram olan narkotik vasitə heroin, 1 ədəd başı kəsik şüşə ampula və 1 ədəd şpris Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,087 qram və 0,191 qram olan narkotik vasitə heroin, 1 ədəd başı kəsik şüşə ampula və 1 ədəd şpris Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-27/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-27/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver