Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-28/2022 11.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1978-ci ildə Ağdam rayonu Saybalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Saybalı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri H.Əliyev prospekti bina 5 mənxil 24də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 465,32 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananı özü ilə daşıyaraq 460 qram olan hissəsini bir ədəd qara rəngli torbanın içərisində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 12 nömrəli orta məktəbin yaxınlığındakı dəmir borunun içərisində gizlədərək saxlamış 5.32 qram hissəsini isə bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindəki ağ rəngli kağız bükümü əynindəki göy rəngli gödəkçənin içəri sol cibindən saxlayaraq, özü ilə daşımış, 30 sentyabr 2021-ci il tarixdə saat 16:00 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, H.Əliyev pr.-də yerləşən 13 nömrəli orta məktəbin yaxınlığında saxlanıldıqdan sonra 16:40 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindəki ağ bükümdə təmiz çəkisi 5.32 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki göy rəngli gödəkçənin içəri sol cibindən, həmçinin Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 12 nömrəli orta məktəbin yaxınlığındakı dəmir boruya baxış keçirilərkən 460 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana oradan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2021-ci il sentyabr ayının ortaları Yevlax rayonu, Qaraqoyunlu kəndinda olarkən arxın kənarında çətənə bitkisinin bitdiyini gördü şəxsi istifadəsi üçün qayıdıb 30.09.2021-ci il tarixdə saat 16:00 radələrində Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən 13 nömrəli məktəbin yaxınlığında Mingəçevir ŞPŞ-nin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Şəxsi axtarış zamanı onun üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, küt alət, narkotik vasitə və s. varsa könüllü olaraq təqdim etməli olduğu bildirildi. Üzərində olan göy rəngli gödəkçənin içəri sol cibindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində bir ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitəni təqdim etdi. Sorğu zamanı cibindən aşkar olunmuş narkotik vasitəni 10 gün əvvəl Yevlax rayonu, Qaraqoyunlu kəndində olarkən arxın kənarından yığıb qurutduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, başqa yerdə də həmin narkotik vasitədən gizlədib saxladığını bildirdi. Bundan sonra narkotik vasitəni gizlədib saxladığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 12 nömrəli orta məktəbin yaxınlığındakı əraziyə baxış keçirildi. Baxış keçirilən zaman həmin ərazidə dəmir borunun içərisində gizlədib saxladığı qara rəngli torbanın içərisində narkotik vasitəni təqdim etdi. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkildi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30.09.2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 ilə birikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 13 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirildi və o polis şöbəsinə dəvət edildi. Bundan sonra Məmmədov X4 ŞPŞ-nə gətirildi. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olması bildirildi və onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi bildirildi. Təqsirləndirilən şəxs üzərində olan göy rəngli gödəkçənin içəri sol cibindən bir ədəd kağız bükümünü təqdim etdi. Təqsirləndirilən şəxs üzərində olan kağız bükümü Təqsirləndirilən şəxs yanında açılmış içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kağız bükümün içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu,, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 10 gün əvvəl Yevlax rayonu, Qaraqoyunlu kəndində olarkən arxın kənarından yığıb qurutduğunu və həmin qurudulmuş marixuanın bir hissəsinidə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 12 nömrəli tam orta məktəbin yaxınlığında gizlətdiyini bildirdi. Həmin əraziyə baxış keçirilən zaman dəmir borunun içərisindən çıxararkən torba cırıldığı üçün başqa bir göy rəngli torbanın içərisinə qoyuldu. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilib götürdü. Şahidlər Mingəçevir şəhər PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 oğlu da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşin 27-28-ci vərəqlərində olan 30 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs Fazil oğlunun üzərində olan göy rəngli gödəkçənin içəri sol cibindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində bir ədəd kağız bükümün içərisində narkotik vasitəni təqdim etdi. Eyni zamanda əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret dənəsini, sol yan cibindən bir ədəd kibrit qutusunu, əynindəki qara rəngli şalvarın sol yan cibindən açarları və arxa sağ cibindən bir ədəd darağı təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu əynindəki göy rəngli gödəkçənin içəri sol cibindən aşkar olunmuş narkotik vasitəni 10 gün əvvəl Yevlax rayonu Qaraqoyunlu kəndində olarkən arxın kənarından yığıb qurutduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, başqa yerdə də həmin narkotik vasitədən gizlədib saxladığını bildirdi. İşin 41-44-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 30 sentyabr 2021ci il tarixli, 17/722 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə.» sözləri və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-5,32 qram olan bitki mənşəli kütlə təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs gizlədib saxladığı yerdə aşkar olunmuş narkotik vasitə.”sözləri və imzalar yazılmış 01(ədəd) şəffaf sellofan torbanın içərisindəki 01(bir) ədəd qara rəngli göy rəngli sellofan torbanın içərisində olan 01(ədəd) qara rəngli sellofan torbada, təmiz çəkisi 460,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların təmiz çəkisi-465,32 qram, tədqiqata sərf edildi 0,10 qram(hər obyektdən 0,05), qalıq 465,22 qram. Tədqiqata təqdim olunmuş 01 ədəd kağız bükümdə və 01 ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 107-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1445 saylı 01 dekabr 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 465,32 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananı özü ilə daşıyaraq 460 qram olan hissəsini bir ədəd qara rəngli torbanın içərisində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 12 nömrəli orta məktəbin yaxınlığındakı dəmir borunun içərisində gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 5.32 qram hissəsini isə bir ədəd kağız bükümü əynindəki göy rəngli gödəkçənin içəri sol cibindən saxlayaraq, özü ilə daşımış, 30 sentyabr 2021-ci il tarixdə saat 16:00 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 13 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindəki ağ bükümdə təmiz çəkisi 5.32 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki göy rəngli gödəkçənin içəri sol cibindən, həmçinin Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 12 nömrəli orta məktəbin yaxınlığındakı dəmir boruya baxış keçirilərkən 460 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana oradan aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 95-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 85-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19.02.2009-cu il təvəlüdlü Samiq adlı bir nəfər azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdən 02 oktyabr 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan saxlanılan 465.22 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdən 02 oktyabr 2021-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxsm alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 465.22 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-28/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-28/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver