Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-28/2025 28.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Ağdam rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 21 noyabr 2023-cü il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixtarop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 11 siyahının 118-ci bəndinə əsasən psixatrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0.15 qram müəyyən edildiyi halda xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib öncədən 5 ədəd sellafon bükümlərdə ümümi çəkisi 5 qram (təmiz çəkisi 1.320 qram) psixotrop maddə olan metamfetamini ondan 200 manat müqabilində almaq barədə razılaşdıqdan sonra Şahid4 həmin günü yəni, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Azər Optika"nın arxasında yerləşən yaşayış binasının qarşısında onunla görüşmüş və o, 5 ədəd sellofon bükümlərdə hər birinin çəkisi 0.243 qram, 0.282 qram, 0.299 qram, 0.246 qram və 0.250 qram olmaqla ümumilikdə 1.320 qram psixotrop maddə metamfetamini 200 manat müqabilində qanunsuz olaraq Şahid4 satmış, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, Nizami küçəsi, 19/1 saylı binanın blokunda saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 13:30-dan 13:47-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı təmiz çəkisi 0.181 qram olan psixotrop maddə metamfetamin əynindəki qara rəngli uzun qol gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamın mahiyyəti üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 26 may 2024-cü il tarixdə saat 12:50 radələrində yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 19/1 saylı binanın blokunda olarkən iki nəfər şəxs özlərini təqdim etmədən ona yaxınlaşmış və aralarında münaqişə yaranmış, münaqişə zamanı onu yumruqla vurub yerə yıxmışlar, daha sonra isə onu binanın qarşısında zorla ağ nivanın içinə yerləşdirmiş və onu polis şöbəsinə gətirmişlər. O, şəhər polis şöbəsinin inzibati binasına daxil olan zaman üzərinə şəxsi axtarış keçirilməsi üçün oraya vəkil çağırılmışdır. Bundan sonra ona vəkil Hüseyn Əsgərovun hüquqlarını müdafiə edəcəyi bildirilmiş və təqdim edilmişdir. Video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli uzunqol gödəkçənin sol yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür.Onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd qızılı-ağ rəngli bükümün içərisinə baxış keçirən zaman narkotik vasitəyə oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlənin ona məxsus olmadığını bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə onun və vəkil X3 iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.20 (sıfır tam yüzdə iyirmi) qram olmuşdur. Şəxsi axtarış və götürmə barədə polis əməkdaşları protokol tərtib etmiş, polis əməkdaşları və müdafiəçi Hüseyn Əsgərov həmin protokolu imzalamışdır. O isə protokolu imzalamaqdan imtina etmiş, sonra isə həmin büküm boş zərfə qoyularaq qablaşdırılmış, daha sonra DİN-in 76 nömrəli möhürlə möhürlənmiş və proses iştirakçıları zərfin üzərini imzalasalar da, o yenə də imzalamaqdan imtina etmişdir. Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsus deyil və Şahid4 psixtrop maddə metamfetamin satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə saat 19:30 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində əşya bazarının yaxınlığındakı binalardan birinin baş tərəfində olarkən polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə gətirmişlər. O şəhər polis şöbəsinin inzibati binasına daxil olan zaman üzərinə şəxsi axtarış keçirilməsi üçün oraya vəkil çağırılmışdır. Bundan sonra ona vəkil Kamil Yunusovun hüquqlarını müdafiə edəcəyi bildirilmiş və təqdim edilmişdir. Video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, o isə etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən beş ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş beş ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxış keçirən zaman narkotik vasitəyə oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitələri təxminən 2-3 saat əvvəl əşya bazarının yanında binalardan birinin qarşısında yerdən tapdığını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə onun və vəkil X4 iştirakı ilə elektron tərəzidə çəkilmiş, hər birinin ayrı-ayrılıqda ümumi çəkiləri 0.34 (sıfır tam yüzdə otuz dörd), 0.26 (sıfır tam yüzdə iyirmi altı), 0.27 (sıfır tam yüzdə iyirmi yeddi), 0.31 (sıfır tam yüzdə otuz bir) və 0.29 (sıfır tam yüzdə iyirmi doqquz) qram, beş ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə oxşar kütlələrin birlikdə ümumi çəkisi isə 1.46 (bir tam yüzdə qırx altı) qram olmuşdur. Şəxsi axtarış və götürmə barədə polis əməkdaşları protokol tərtib etmiş, polis əməkdaşları, o və müdafiəçi Kamil Yunusov həmin protokolu imzalamışlar. Sonra isə həmin büküm boş zərfə qoyularaq qablaşdırılmış, daha sonra DİN-in 76 nömrəli möhürlə möhürlənmiş və onlar həmin zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs əvvəldən tanıdığını və münasibətlərinin olduğunu bildirmişdir. Elxanın evində təmir işlərini görmək üçün ustanı o tapmışdır. Özü də başqa yerdə usta kimi işlədiyi üçün onun ünvanına hərdən gedib baxmışdır. Həmin vaxt pul məsələsi ilə bağlı Elxanın yanına getmişdir. Lakin o, ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni həmin binanın yaxınlığında zibil qabından tapdığını bildirmişdir. Buna səbəb olaraq da Elxanın Müvəqqəti saxlama yerində saxlanılan zaman onun əleyhinə ifadə verməsidir. Belə ki, Elxan MSY-də saxlanılan zaman onun ustasına Bəxtiyarın gəlib narkotik vasitə satmasını bildirmiş, bundan sonra o da Elxanın əleyhinə ifadə vermişdir. xx.xx.2024-cü il tarixdə həqiqətən də Elxanın ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng vurub danışmış, onun harada olduğunu soruşmuş, ancaq aralarında mesajlaşma olmamışdır. O, həqiqətən də Elxanın kartına 160-170 manat məbləğində pul göndərdiyini qəbul edərək, aralarındakı pul məsələsinə görə göndərdiyini bildirmişdir. Həmin məsələnin isə, usta işi ilə bağlı olduğunu, əvvəlcədən Elxandan 230 manat pul aldığını, lakin işi görmədiyindən həmin puldan qeyd olunan məbləği ona qaytardığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid4 bildirmişdir ki, 25 may 2024-cü il tarixdə saat 19:30 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində əşya bazarının yaxınlığındakı binalardan birinin baş tərəfində olarkən polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə gətirmişlər. O, şəhər polis şöbəsinin inzibati binasına daxil olan zaman üzərinə şəxsi axtarış keçirilməsi üçün oraya vəkil çağırılmışdır. Bundan sonra ona vəkil Kamil Yunusovun hüquqlarını müdafiə edəcəyi bildirilmiş və təqdim edilmişdir. Video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, o isə etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən beş ədəd şəlfaf rəngli sellofan büküm aşkar edilərək götürülmşüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş beş ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxış keçirən zaman narkotik vasitəyə oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitələri təxminən 2-3 saat əvvəl əşya bazarının yanında binalardan birinin qarşısında yerdən tapdığını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə onun və vəkil X4 iştirakı ilə elektron tərəzidə çəkilmiş, hər birinin ayrı-ayrılıqda ümumi çəkiləri 0.34 (sıfır tam yüzdə otuz dörd), 0.26 (sıfır tam yüzdə iyirmi altı), 0.27 (sıfır tam yüzdə iyirmi yeddi), 0.31 (sıfır tam yüzdə otuz bir) və 0.29 (sıfır tam yüzdə iyirmi doqquz) qram, beş ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə oxşar kütlələrin birlikdə ümumi çəkisi isə 1.46 (bir tam yüzdə qırx altı) qram olmuşdur. Şəxsi axtarış və götürmə barədə polis əməkdaşları protokol tərtib etmiş, polis əməkdaşları, o və müdafiəçi Kamil Yunusov həmin protokolu imzalamışlar. Sonra isə həmin büküm boş zərfə qoyularaq qablaşdırılmış, daha sonra DİN-in 76 nömrəli möhürlə möhürlənmiş və onlar həmin zərfin üzərini imzalamışlar.Lakin o, ilkin olaraq izahatı alınan zaman etiraf etdiyi kimi bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ- də üzərindən 5 ədəd sellofon bükümlərdə aşkar edilmiş psixotrop maddələr olan metamfetamini həmin günü, yəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Vatsapp ani sosial mesajlaşma proqramı vasitəsi ilə Mingəçevir şəhərində narkotik və psixotrop maddələrin satışı ilə məşğul olan Elxan adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng vurub psixotrop maddə olan metafetamin istəmiş, Elxan isə ona həmin psixotrop maddənin qramını 40 manatdan satdığını bildirmiş, o isə Elxandan 5 qram psixotrop maddə metamfetamin istəyən zaman Elxan ona psixotrop maddə metamfetamini 200 manat müqabilində satacağım bildirmiş və ona pul göndərməyi üçün 4098 5844 6402 4247 bank plastik kart hesabına pul göndərməyini bildirmişdir. O, özü Zərdab rayonunda Kür çayı sahilində krivetka tutub satdığı və Ucar rayonunda yaşayan Rəşid adlı şəxs ondan nisyə 80 manat dəyərində krivetka almışdır. O, Elxanla danışdıqdan sonra Rəşidə zəng vurub təcili olaraq 80 manat borcunu verməsini istəmiş və Rəşidə Elxanın ona atmış olduğu bank kart hesabının nömrəsini göndərmişdir. Rəşid ona olan 80 manat borcunu göndərdiyi bank hesabına göndərmiş, bundan sonra o, Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən Qədiroğlu marketdən həmin hesaba 10 manat pul yükləmişdir. Həmçinin istifadəsində olan Misli proqramından da 10 manat Elxanın göndərmiş olduğu bank hesabına yükləmişdir. Bundan başqa o, Mingəçevir şəhəri, Sağ sahil tərəfdə yaşayan Yamən adlı şəxsə zəng vurub ondan nisyə almış olduğu 7 manatlıq krivetkanın pulunu həmçinin əlavə 8 manat da, yəni ümumilikdə 15 manat pul verməsini,Yamənə 8 manatlıq krivetka verəcəyini bildirmiş və Elxanın göndərdiyi bank kart hesabını Yamənə göndərmiş, Yamən isə həmin hesaba 15 manat pul yükləmişdir. Bundan sonra o, həmin günü yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Elxanla, Elxanın yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Azər optikanın arxasında yaşayış binasının qarşısında görüşmüş, o Elxana onun dediyi hesaba 115 manat pul göndərdiyini bildirmiş və 60 manat da əlbəəl vermişdir. Elxan ondan qalan 25 manatı nə vaxt verəcəyini soruşduqda o, qısa müddətdə 25 manatı verə biləcəyini demişdir. Elxan ondan 60 manatı aldıqdan sonra ona 5 ədəd sellafon bükümdə psixotrop maddə metamfetamin vermişdir. O, bükümləri əynindəki qısaqol gödəkçənin içəri sağ cibinə qoyub oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində göstərdi ki, xx.xx.1968-ci il tarixdə Ağdam rayonu, İlxıçı kəndində anadan olmuş, hazırda Mingəçevir şəhəri, Sağ sahildə yerləşən mədəniyyət evində yaşayır. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, aralarındakı münasibət yaxşı olmuşdur. Hadisə olan vaxtı orada yerləşən mağazanın yanında olmuş, Elxan onun yanından keçmiş və yaşadığı binanın blokuna daxil olmuşdur. Daha sonra Elxan blokdan çıxdıqdan sonra arxasında 2 nəfər mülki geyimli şəxslərin getdiyini görmüşdür. Bir qədər keçdikdən sonra səs-küy olduğunu eşitmiş və 3-4 nəfər mülki geyimli şəxsin Elxanı zor tətbiq etməklə ağ rəngli maşına mindirdiklərinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kiçik leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Vəliyev X6 şəhərində yaşayan Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid4 Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, Əşya bazarı yaxınlığında olan zaman görüb, ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Əliyev X2 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X7 dəvət olunmuş və sonuncunun iştirakı ilə Şahid4 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olduğunu bildirib, onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Həmçinin şəxsi axtarışı keçirilən təhqiqatçı tərəfindən Şahid4 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah edilmişdir. Şahid4 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Şahid4 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid4 üzərinə baxış zamanı əynindəki qara əngli qısaqol gödəkçənin içəri sağ cibindən 5 ədəd sellafon büküm aşkar edilmişdir.Həmin 5 ədəd sellafon bükümlər açıldıqda içərisindən psixotrop maddə olan metaıufetaminə oxşar kütlələr aşkar edilmişdir. Sorğu-sual zamanı Şahid4 üzərindən aşkar edilib götürülmüş 5 (beş) ədəd sellafon bükümlərdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddələri 2-3 saat əvvəl əşya bazarının yaxınlığında yerdən tapdığımlı bildirmişdir.Həmin bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş və onların ümumi çəkisi 1.46 bqrarn olmuşdur. Aparılmış araşdırma zamanı Şahid4 üzərindən aşkar edilmiş psixtrop maddələr olan metamfetamini xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs 200 manat ıuqabilində aldığını bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şirəliyev X12 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Nizami küçəsi 19/1 saylı binanın qarşısında görüb, ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Məmmədov X9 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X8 dəvət olunmuş və sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olduğunu bildirib, onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Həmçinin şəxsi axtarışı keçirilən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki qara rəngli uzunqol gödəkçənin sol yan cibindən bir ədəd qızılı ağ rəngli kağız bükümdəiçərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Sorğu- sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd qızılı ağ rəngli kağız bükümdə olan kütlənin ona məxsus olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid1 və polis leytenantı Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə xx.xx.2024-cü il tarixdə, saat 13:35-dən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (i.v. 59). xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli uzunqol gödəkçənin sol yan cibində bir ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində narkotik vasitəyə oxşar kütlənin olması müəyyən edildi. Üzərindən götürülmüş bir ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitəyə oxşar kütlənin çəkisi 0.20 qram olmuşdur (i.v. 65-66). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/478 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0.181 qram olan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.131 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v. 85- 86). Şəxsi axtarış və götürmənin keçirilməsi haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 əynində olan qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən təmiz çəkiləri 5 ədəd sellafon bükümlərdə hər birinin çəkisi 0.243 qram, 0.282 qram, 0.299 qram, 0.246 qram və 0.250 qram olmaqla ümumilikdə 1.320 qram narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür (i.v. 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/476 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “vət. Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitələr...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 05 (beş) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,243 qr., 0,282 qr., 0,299 qr., 0,246 qr. Və 0,250 qr., ümumi çəkiləri – 1,320 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v. 78-79). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-73/2025 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid4 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefonun “Vatsapp” ani mesajlaşma proqramından görünür ki, Şahid4 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 17:40-da “Qaqa.melim” kimi qeyd etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 33 saniyə danışıq olduğu, həmçinin aralarında olan yazışmadan ***-***-**-** saylı mobil nömrədən 4098 58-44 6402 4247 bank kart nömrəsini Şahid4 göndərilməsi, Şahid4 isə ona “5 dənə olacaq ha” ,“bil” sözlərini yazması qeyd edilmişdir (i.v. 99-100). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan edilməsi və həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir (i.v. 117-118). xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, ondan 5 ədəd sellafon bükümdə ümumilikdə təmiz çəkisi 1.320 qram psixotrop maddə olan metamfetamini 200 manat müqabilində razılaşıb 175 manat pulunu verdiyini, 25 manat isə borcu qaldığını bildirmişdir (i.v. 129-131). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(051)-38/2024 saylı qərarından görünür ki, təqdimat və vəsatət təmin edilərək Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 151-153). xx.xx.2024-cü il tarixli “vəsatətə baxılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə xüsusat vəsatət kimi qiymətləndirilib, əsassız hesab edilərək rədd edilməsi qərara alınmışdır (i.v 164). xx.xx.2024-cü il tarixli 488a saylı arayışa əsasən Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün düşmüş, ünvan 3 ünvanında qeydiyyatsız yaşayır (i.v. 172). xx.xx.2024-cü il tarixli 488 saylı arayışa əsasən Məmmədov X9 şəhəri, Nizami küçəsi, 21, mənzil 25 ünvanında ailə üzvləri həyat yoldaşı X11, X13 və X14 ilə birlikdə yaşayır (i.v. 173). Dövlətqaçqınkomu tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 174). AZ-İİİ 925192 №li xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, atası – Təqsirləndirilən şəxs, anası – X5r (i.v. 175). AZ-İİİ 133983 №li xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, atası – Təqsirləndirilən şəxs, anası – X5r (i.v. 176). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə cinayət təqibinə müddətin keçməsi ilə bağlı xitam verilmişdir. Mingəçevir ŞPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə CMnin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü ildə CPM-nin 40.3 və CM-nin 73.2-ci maddələrilə əsasən xitam edilmişdir (i.v. 177-178). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid4 üzərindən aşkar olunmuş ilkin xalis çəkisi 1.320 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.820 qram - psixotrop maddə olan metamfetamin və bir ədəd Samsung markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (179-180). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0.131 qram olan psixotrop maddə - metamfetamin maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v. 182-183). Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsi, həmin narkotik vasitə və psixotrop maddəni haradan əldə etməsi barədə əməliyyat tapşırığı verilmiş, cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetamini haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə edilməmişdir (i.v. 185). Məhkəmə-Tibbi Ekspertiza və X10 X25 xx.xx.2024-cü il tarixli, 280 №li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində sağ baldırında sıyrıq küt əşyanın təsirindən əmələ gələ bilərdi,xəsarətin müqavimət göstərmə zamanı əmələ gələ bilməsi inkar olunmur, sağ ayağın baş barmağında bütün səthlərində şişkinlik fonunda qançır, xarakterinə görə məqsədyönlü şəkildə hər hansı bir küt alətə vurmaqla və kənar şəxsin tərəfindən məqsəqyönlü şəkildə onun baş barmağının uc hissəsindən zərbə endirməklə əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin olunmur (i.v. 203-204). xx.xx.2024-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, 99/C-24 nömrəli araşdırma materialının istintaq aidiyyəti üzrə Mingəçevir ŞPŞnin İstintaq bölməsinə göndərilməsi qərara alınmışdır (i.v. 207-208). xx.xx.2024-cü il tarixli, 1894 saylı Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Məmmədov X9 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v.233). xx.xx.2024-cü il tarixli 1893 saylı Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli Ağdam rayon X1 kabinetində qeydiyyatdadır (i.v. 234). xx.xx.2024-cü il tarixli 1215 nömrəli arayışa əsasən Məmmədov X9 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (i.v. 236). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, № 1380 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v.255-256). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci, Şahid4 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarından sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə ayrıca icraata ayrılmışdır (i.v. 260-261). Cinayət işinə əlavə edilmiş diskə baxış keçirilmiş, həmin diskdə Mingəçevir Şəhər Məhkəməsində icraatda olan 1(051)-73/2025 saylı cinayət işində məhkəmə hazırlıq iclasında ifadə vermiş Şahid4 ona verilən suala cavab olaraq bildirmişdir ki, 5 ədəd sellafon bükümdə ümumilikdə təmiz çəkisi 1.320 qram psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs 200 manat müqabilində razılaşıb almış və 175 manat pulunu vermiş, 25 manat isə borcu qalmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməməsi, saxlamaması, daşımaması, habelə Şahid4 satmaması ilə bağlı göstərdikləri özünü müdafiə xarakterli kimi qiymətləndirilib rədd edilmiş, şahid ifadələri, baxış və götürmə protokolu, iş materiallarına əlavə edilmiş 4 ədəd DVD disk, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz qalıq çəkisi 0.131 qram çəkidə olan psixotrop maddə metamfetaminin sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 268-275). xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmə, qətimkan tədbirinin seçilməsi barədə qərarların ləğv edilməsi və əlavə istintaqı aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə barəsində qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittihamın elan edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunduğu qeyd olunan külli miqdarda, yəni 3.92 qram çəkidə narkotik vasitə metadonun əldə edilməsi mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə olan cinayət işinin şəhər polis şöbəsinin İstintaq bölməsinə qaytarılması və Təqsirləndirilən şəxs tətbiq edilmiş DİN-in “İAMAS” sistemi üzrə “Saxla” statusunun onun üzərindən götürülməsi qərara alınmışdır (İİ cild) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 17.3-cü maddəsinə görə şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.1-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzsını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 0,131 qram psixotrop maddə olan metamfetamin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. İş üzrə maddi sübutlar Şahid4 üzərindən aşkar olunmuş və tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,820 qram olan psixotrop maddə- metamfetaminin Şahid4 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən məhv edilməsi, Şahid4 məxsus 1 ədəd Samsung markalı mobil telefonun isə həmin hökmlə Şahid4 qaytarılması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, təmiz qalıq çəkisi 0,131 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar Şahid4 üzərindən aşkar olunmuş və tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,820 qram olan psixotrop maddə- metamfetaminin Şahid4 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən məhv edilməsi, Şahid4 məxsus 1 ədəd Samsung markalı mobil telefonun isə həmin hökmlə Şahid4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-28/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-28/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver