Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-29/2022 19.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə xx.xx.1975-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 04.09.2021-ci il tarixdə qonşusu Şahid4 məxsus, 8 ədəd ayrıayrı bükümlərə ayırılmış və bir ədəd sellofan bükümə qoyulmuş, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,351 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq sol sinə nayihəsində qadın alt paltarının içərisində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin CABnın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2021 -ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivi 5-ci küçənin başlanğıcında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 12:05 radələrində ünvan 2 ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahısının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, onun sol sinə nayihəsində qadın alt paltarının içərisindən bir ədəd sellofan bükümün içərisində 8 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram 0,047 qram, 0,055 qram, 0,048 qram və 0,041 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1 -ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 04 sentyabr 2021-ci il tarixdə axşam saatlarında çörək almaq üçün yaşadığı Şəfa bağ evlərində yerləşən mağazaya gedərkən, yolda qonşuluqda yaşayan Vaqifin oğlu İlkin onu çağırıb və sellofana bükülmüş bükümü verərək saxlamasını və növbəti gün götürəcəyini bildirmişdir. İlkin tələsdiyini deyib yanından uzaqlaşmış və bükümü verərkən onu nəm çəkməyəcək yerdə saxlamasını xahiş etmişdir. O da həmin bükümü götürüb evə gətirmiş, evdə sellofan bükümü açanda içərisində əlavə kağıza bükümlər olmasını görmüşdür. Həmin kağız bükümün birini açanda şüşə kimi olan maddə olmasını görüb onların narkotik vasitə olmasını bilmişdir. 05 sentyabr 2021-ci il tarixdə səhər saatlarında gəlib verdiyi bükümü götürməsi üçün dəfələrlə İlkinin mobil telefonuna zəng etsə də, lakin İlkin ona cavab verməmişdir. Həmin gün saat 11-12 radələrində evindən çıxıb küçə ilə gedən zaman küçədə polis əməkdaşları onu saxlatmış və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə getmişdir. Həmin gün növbədə olan vəkil ona dövlət hesabına müdafiəçi təyin edilmiş, vəkil X4 təqdim edilmiş və o, Adil Abışova etiraz etməmişdir. Videoçəkilişlə üzərinə qadın əməkdaş tərəfindən şəxsi axtarış keçiriləcəyi izah olunmuş, etiraz etməmişdir. Şəxsi axtarış zamanı yaxasında yuxarı alt paltarının içərisində saxladığı İlkinin bir gün əvvəl verdiyi həmin sellofan bükümü polis işçilərinə təqdim etmişdir. Sellofan büküm açılarkən içərisində 8 ədəd kağız bükümlər aşkarlanmış, bükümlər açılarkən içərisindəkinin şüşəyə oxşar psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu polis əməkdaşları aşkar etmişlər. Sorğu zamanı həmin bükümü ona qonşusu İlkinin saxlamaq üçün verdiyini söyləmişdir. Üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman isə əlavə qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə kameraya çəkilmiş, həmçinin bükümün fotoşəkilləri çəkilmişdir. Aşkar olunmuş 8 ədəd narkotik vasitə metamfetaminə bənzər kütlələrin birlikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 0.53 (sıfır tam yüzdə əlli üç) qram olması müəyyən olunmuşdur. Şəxsi axtarış və götürmə barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, həmin protokolu imzalamışdır. Həmçinin kağız içərisindəki 8 ədəd bükümlər qablaşdırılmış və o da imzalamışdır. Üzərindən aşkar olunmuş həmin bükümləri ona saxlamaq üçün qonşusu İlkin vermişdir. Psixotrop maddə metamfetamin olan bükümləri kimsəyə satmaq və ya vermək məqsədi olmamışdır,həmçinin özü də narkotik maddədən istifadə etmir, yalnız həmin bükümləri İlkin sonradan ondan götürməli idi. Üzərindən akşar olunmuş həmin kütlələrdən istifadə etməmiş, ancaq bükümün birini açıb içərisinə baxıb yenidən bağlamışdır. Daha əvvəllər İlkin, həmçinin kimsə ona saxlamaq və ya daşımaq, satmaq üçün narkotik vasitə verməmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin 8 ədəd büküm halında olsa da, lakin həmin bükümlərdə olan psixotrop maddə metamfetamini satmaq məqsədi olmamışdır. Belə ki, İlkin ona büküm halında verdiyi üçün həmin bükümlərə toxunmadan olduğu kimi saxlamışdır. Özü psixotrop maddə metamfetamin istifadə etmir, heç vaxt istifadə etməmişdir, həmçinin psixotrop maddə və narkotik vasitələrin alqı-satqısında iştirak etməmişdir. Hazırda əməlindən peşmandır. Uşaqları yetkinlik yaşına çatsa da, ailənin yeganə qazanc gətirənidir. Çünki əri hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 05 sentyabr 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 05.09.2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nm əməliyyat müvəkkili Şahid2 və şöbənin İTB-nin sahə rəisi Şahid3, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Şəfa massivi 5-ci küçənin girişində küçədə saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı barəsində polis şöbəsinə məlumat daxil olduğu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ona izah olunaraq polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X3 dəvət olunmuş və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında vəkil Adil Abışovun da iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Sevinc Quliyevə qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl, Təqsirləndirilən şəxs qızna üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra vəkilin və digərlər şəxslərin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə qadın əməkdaş tərəfindən şəxsi axtarış və götürmə keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sinə nayihəsində alt paltarının sol hissəsində bir ədəd sellofan bükümdə içərisində 8 ədəd büküm halında psixotrop maddə metamfetamin aşkar olmuşdu və qablaşdırılaraq götürülmüşdür. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş 8 ədəd büküm halında içərisində psixotrop maddə olan metamfetamini bir gün əvvəl qonşuluqda yaşayan İlkin adlı şəxs saxlaması üçün ona vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini onun özünün, müdafiəçisi Adil Abışovun iştirakı ilə elektron tərəzi vasitəsilə çəkilmiş və daha sonra zərfə qoyularaq qablaşdırılmış imzalarla təsdiq edilmiş və möhürlənmişdir. Daha sonra qadın əməkdaş Təranə Abdullayeva tərəfindən Təqsirləndirilən şəxs üzəri və əynində olan geyimləri yoxlanılmış, lakin başqa əşya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CABın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 iş yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Ona görə də məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Sevinci 2018-ci ildən tanıyır. Təxminən 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir həftə əvvəl yaşadığı Mingəçevir şəhəri, bağ massivində hərəkətdə olan zaman 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamini tapmışdır. Özü də psixotrop maddə olan metafetamini istifadə etdiyinə görə onu tanıyıb və şəxsi istifadəsi üçün üzərində gəzdirməyə başlamışdır. 04.09.2021-ci il tarixdə Mingəçevir şəhəri Şəfa bağ massivində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşlarının onu axtarması haqqında məlumat əldə etmişdir. Evdən kifayət qədər aralandığı üçün sellofan bükümü geri qayıdıb evə qoya bilməmiş, yerə atmaq isə istəməmiş və qorxudan nə edəcəyini bilməmişdir. Həmin vaxt da Təqsirləndirilən şəxsi yaşadığı küçənin başında onu görüb və içərisində ayırdığı həmin bükümlər olan sellofanı saxlaması üçün ona vermiş və sonra ondan həmin bükümləri götürəcəyini demişdir. Sabahı gün ona məlum olmuşdur ki, Sevinc polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılarkən üzərindən saxlamaq üçün verdiyi, ona məxsus ayrı-ayı bükümlərdə olmaqla psixotrop maddə metafetamin aşkar olunmuşdur. Bundan sonra o, polis şöbəsində qeyd olunan hadisə ilə əlaqədar olaraq ifadə verən zaman Sevincin üzərindən aşkar olunmuş psixotrop maddə metafetamini onun vermədiyini bildirmişdir. Lakin hazırda isə o, Sevincdən aşkar olunmuş psixotrop maddə metafetamini ona özünün verdiyini səmimi olaraq etiraf etmişdir. Çünki o, Sevincin əri ilə tanışdır. O da hazırda cəzaçəkmə müəssisəsindədir. Ona görə də vicdanı yol vermədi ki, həmin narkotik vasitəni Sevincə verdiyini inkar etsin. Həmin vaxt bunu etiraf etməməyinin səbəbi isə cinayət məsuliyyətinə cəlb olunmaqdan özünü qoruması olmuşdur. Əvvəllər məhkum olunduğu üçün yenə tutulmaqdan qorxmuşdur və düşünüb ki, tutulsa da, üstündə sellofan büküm aşkar olunmasın. Ona görə də sellofan bükümün nə olduğunu demədən Təqsirləndirilən şəxsə saxlaması üçün verib və gəlib götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin tutulması xəbərini eşidəndən sonra evə qayıtmayıb və axtarışda olduğunu düşünüb telefonu söndürmüşdür. Hazırda həmin bükümlərə görə ona ittiham verilmişdir. O, Sevinc Quliyeva ilə heç vaxt narkotik vasitədən birlikdə istifadə etməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə tərtib edilmiş 05.09.2021-ci il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qadının sinə alt paltarının sol hissəsindən bir ədəd sellofan bükümün içərisində 8 ədəd kağız bükümlərdə içərisində psixotrop maddə metamfetamin aşkar edilərək, qablaşdırlaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 17/666 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd sellofan bükümün içərisində olan 08 (səkkiz) ədəd kağız bükümdələrdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qr, 0,028 qr, 0,044 qr, 0,046 qr, 0,047 qr, 0,055 qr, 0,048 qr və 0,041 qr ümumi təmiz çəkiləri 0,351 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamindir. Tədqiqata təqdim edilmiş 08 (səkkiz ) ədəd kağız bükümlərdə olan metamfetaminlər tərkibinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26.11.2021-ci il tarixli 1428 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən 01 dekabr 2021-ci il tarixdə verilmiş “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 05.09.2021-ci il tarixli protokollarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümün içərisində 8 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram 0,047 qram, 0,055 qram, 0,048 qram və 0,041 qram olan ilkin xalis çəkisi 0,351 qram olmaqla psixotrop maddə olan metamfetamindan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,08 qram sərf edildikdən sonra qalan qalıq 0.271 qram olan psixotrop maddə - metamfetamin iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞyə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 25 dekabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında” Qərardan göürünür ki, Şahid4 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,351 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, həmin psixotrop maddə metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram, 0,047 qram, 0.055 qram, 0,048 qram və 0,041 qram çəkilərdə olmaqla 8 ədəd ayrı-ayrı bükümlərə ayırıb, həmin bükümləri bir ədəd sellofan bükümə qoyaraq 04.09.2021-ci il tarixdə satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivi 5-ci küçənin başlanğıcında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 12:05 radələrində üzərində şəxsi axtarış və götürmə keçirilərkən onun bədənin sol sinə nahiyəsində qadın alt paltarının içərisindən Şahid4 verdiyi bir ədəd sellofan bükümün içərisində 8 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram, 0,047 qram, 0.055 qram, 0,048 qram və 0,041 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də Şahid4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən “metamfetamin”i qadının sinə alt paltarının sol hissəsindən saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 04.09.2021-ci il tarixdə qonşusu Şahid4 məxsus, 8 ədəd ayrı-ayrı bükümlərə ayırılmış və bir ədəd sellofan bükümə qoyulmuş, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,351 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq sol sinə nayihəsində qadın alt paltarının içərisində saxlamaqla, Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2021 -ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivi 5-ci küçənin başlanğıcında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 12:05 radələrində ünvan 2 ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahısının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, onun sol sinə nayihəsində qadın alt paltarının içərisindən bir ədəd sellofan bükümün içərisində 8 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram 0,047 qram, 0,055 qram, 0,048 qram və 0,041 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi” haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, narkotik vasitəni əldə etdiyi mənbəni göstərməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən 13 sentyabr 2021–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 02.10.2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə qonşularla mehriban münasibətdə olduğuna görə ondan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 05 sentyabr 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanlanaraq, cəmi 06 gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00-07:00-dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümün içərisində 8 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram 0,047 qram, 0,055 qram, 0,048 qram və 0,041 qram olan ilkin xalis çəkisi 0,351 qram olmaqla psixotrop maddə olan metamfetamindən məhkəməkimyəvi ekspertizasının tədqiqatına 0,08 qram sərf edildikdən sonra, qalan 0.271 qram olan psixotrop vasitə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10(on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0.271 qram olan psixotrop vasitə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 ( on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-29/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-29/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver