Məhkəmə qərarları › İş №1(051)-29/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-29/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-29/2023 17.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Azərbaycan Respublkası Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 11 ay 10 gün vaxtdından əvvəl şərti azad edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apelliyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilib əməli AR CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzasının çəkilməmiş 11 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilməsi haqqında Bakı şəhər Xətai rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərarı ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 aprel 2010-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 11 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 3-də qeydiyyatda olmaqla həmin ünvadna yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqıda” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellafon torbanın içərisində olan bir ədəd yaşıl rəngli sellafon torbanın içərisində təmiz çəkisi 425 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “çörək sexinin” qarşısından piyada keçən zaman saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində olan bir ədəd ağ rəngli sellafon torbanın içərisində olan bir ədəd yaşıl rəngli sellafon torbanın içərisində həmin çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən hərdən istifadə edir. Təxminən 4 ay bundan əvvəl Mingəçevir şəhərində yerləşən svalka adlanan ərazidə metal tullantıları toplamaq məqsədilə getmişdir. Həmin vaxt sellofan torba tapmış və içərisinə açıb baxanda narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. İyindən və rəgindən həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanan olmasını bilmişdir. Əvvəllər də bir neçə dəfə istifadə etdiyi üçün həmin kütləni tanımış və özü istifadə etmək məqsədilə həmin torbanı svalka adlanan ərazinin yaxınlığında gizlətmişdir. Həmin vaxtdan sonra bir neçə dəfə həmin narkotik vasitədən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin kütləni saxladığı yerdən götürüb öz yaşadığı yerə yaxın əraziyə aparmaq istəmiş, saat təxminən 16 radələrində torbanı da götürüb Mingəçevir şəhər M.Ə. Sabir küçəsi ilə piyada gedərkən polis əməkdaşları onu saxlatmışlar. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gətirildikdən sonra ona Mingəçevir şəhər Vəkil Bürosundan dövlət büdcəsi hesabına vəkil təyin edilmiş və X6 ona dövlət büdcəsi hesabına vəkil təyin edilərək təqdim edilmişdir. Bundan sonra üzərinə vəkil Vüqar Rəhimlinn iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edildiyi üçün hal şahidlərin iştirakının məcburi olmaması izah olunmuş, şəxsi axtarış və götürmə keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməsi bildirilmiş, daha sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən əlində saxladığı sellofan torbanı təqdim edib bildirib ki, içərisində olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Mingəçevir şəhər ərazisində svalka adlanan ərazidən tapmış, özü istifadə etmək məqsədilə saxlamışdır. Sonra özünün və digər iştirakçıların yanında aşkar edilmiş sellofan torbanın içərisində olan kütlə elektron tərəzidə çəkilmiş, həmin bir ədəd sellafon torba içərisində olan kütlə birlikdə qablaşdırılıb götürülmüşdür. Qablaşdırmanı özü də imzası ilə təsdiq etmişdir. Sellofada torbada saxladığı narkotik vasitə qurudulmuş marixuanadan başqa hər hansı narkotik vasitə saxlamır, həmin sellofan torbanı içərisindəki narkotik vasitə qurudulmuş marixuana kütləsi ilə birlikdə təxminən 4 ay əvvəl Mingəçevir şəhər ərazisində svalka adlanan yerdən tapmışdır. Narkotik vasitə qurudulmuş marixuanadan satmamış, satmaq məqsədi olmadan saxlamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin PPX-nün manqa komandri vəzifəsində xidmət edir, 20 avqust 2022-ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar Mingəçevir ŞPŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid1la birlikdə keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsində yerləşən çörək bişirmə sexinin yaxınlığında küçədə Təqsirləndirilən şəxs əlində sellofan torba ilə piyada gedərkən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ona izah olunaraq polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Hüseynov X4 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs raportla təqdim edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X6 dəvət olunmuş və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında təhqiqatçı tərəfindən vəkil Vüqar Rəhimlinin də iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Elçin Hüsyenova izah olunub ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Elçin Hüsyenova təklif olunub ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra o və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd sellofan torbanı təqdipı edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin sellofan torabmn içərisində olan kütləyə baxıldıqda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan torbanın içərisində olan qurudulmuş marixuananı bir neçə ay əvvəl taparaq əldə etdiyini, özü istifadə etmək məqsədilə saxladığını, həmin kütlədən heç kimə satmadığını və sellofan torbanı saxladığı yerdən götürüb özünə yaxın yerə gətirmək məqsədilə üzərində gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsnə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı onun özünün, müdafiəçisi Vüqar Rəhimlinin iştirakları ilə elektron tərəzi vasitəsilə çəkilmiş və daha sonra zərfə qoyularaq qablaşdırılmış imzalarla təsdiq edilmiş və möhürlənmişdir. Tərtib olunmuş protokolu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclası zamanı elan olunmuş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun sağ əlində olan ağ rəngli sellofan torbanın içərisindən 425 qram narkotik vasitə qurudulmu marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2022-ci tarixli Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Rəşad Cəfərov tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD-diskə baxış keçirilmiş, DVD-ə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əlində olan ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, soğru zamanı Təqsirləndirilən şəxs həmin torbanın içərisindəki kültənin narkotik vasitə qurudulmuş marixuana olmasını, taparaq əldə etməsini və özü istifadə emtək məqsədilə üzərində saxlamasını bildirməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2022-ci il tarixli 17/667 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində olan sellofanda...” sözləri və imzalar yazılmış ağ rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli sellofan torbada, təmiz çəkisi 425,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 425,0 qram, tədqiqatı sərf edilib 0,05 qram, qalıq- 424,95 qarmdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1597 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, yaşadığı müddətdə yataqxana komendantlığına heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan arayışdan görünür ki, Hüseynov X4 şəhəri H.Əliyev prospekti ev 84, mənzil 37 ünvanda yaşayır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X3 valideyinləri X7 və X2r. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqmda” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellafon torbanın içərisində olan bir ədəd yaşıl rəngli sellafon torbanın içərisində təmiz çəkisi 425 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “çörək sexinin” qarşısından piyada keçən zaman saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində olan bir ədəd ağ rəngli sellafon torbanın içərisində olan bir ədəd yaşıl rəngli sellafon torbanın içərisində həmin çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələrini dinləyib işə əlavə olunmuş ekspert rəylərini, DVD diskə baxış protokollarını və digər sənədləri təhlil edib belə qənaətə gəlir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət işi materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 11 ay 10 gün vaxtdından əvvəl şərti azad edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apelliyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilib əməli AR CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzasının çəkilməmiş 11 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilməsi haqqında Bakı şəhər Xətai rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərarı ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 aprel 2010-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 11 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün cəzadan azad edlmişdir. Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər bir dəfə qəsdən ağır və bir dəfə də qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, hər iki cinayətə görə məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluqları ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-in 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşə əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşə əlavə olunmuş qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs məcburi mülaicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. Basrəsində seçilmiş həbs qətimakn tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 424,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Basrəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 424,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar