Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-3/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi Dövlət ittihamçısı, X2, Təqsirləndirilən şəxs və müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Yevlax rayonu Gülövşə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o,qanunsuz olaraq satış məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd qırmızı rəngli sellofan torbada ümumi təmiz çəkisi 50,92 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi Vaz 2107 markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının alt hissəsində gizlədib saxlayaraq daşımış, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan satış məqsədilə 1 ədəd kibrit qutusuna yığıb, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri “Qələbə” meydanı yaxınlığında həmin bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 6,62 qram olan qurudulmuş marixuananı əməliyyat aparatı ilə könüllü sürətdə əməkdaşlıq edən şəxs Şahid1 qanunsuz olaraq 90 manat məbləğində pula satmış, bir ədəd qırmızı rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı isə öz istifadəsi üçün qanunsuz olaraq idarə etdiyi avtomobildə gizlədib saxlayaraq daşımış, xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət–Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Qələbə” meydanının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən Elmin Yəhyayeva narkotik vasitə qurudulmuş marixuananı sataraq əldə etdiyi 2 ədəd 5 manatlıq (C 20691112 və C 25197317 serialı) əskinazlardan ibarət 10 manat pul onun əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən, bir ədəd qırmızı rəngli sellofan torbada təmiz çəkisi 44,30 qram olan narkotik vasitə qurudulmuş marixuana isə idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. Özünü Fərid kimi təqdim edən, lakin istintaq zamanı əsl adının Şahid1 olduğunu öyrəndiyi şəxs o “Qələbə” meydanı adlanan ərazidə digər taksi sürücüləri ilə dayanıb müştəri gözlədiyi zaman ona yaxınlaşaraq onu İspanaq kafesinə aparmağını bildirmişdir. Bundan sonra aralarında münasibətlər yaranmış və bundan sonra hər dəfə lazım olan yerlərə Fərid onunla gedirdi. Fərid onun daimi müştərisi olduğu üçün onu sərnişin kimi apardığı vaxt çox vaxt ona pul vermirdi. Beləliklə ona 30 manat borcu yaranışdır. Sonuncu dəfə Fərid borcundan 10 manat qaytarmaq istəmiş o borcu götürmək istəmədikdə Fərid pulu maşına zorla atmış və o da pulu götürmüşdür. Aradan bir neçə dəqiqə keçdikdən sonra 41-45 adlı abidənin yanında olduğu zaman iki nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq müştəri kimi onu aparmalarını xahiş etmişlər. Maşında getdikləri zaman həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmiş, telefonunu əlimdən almış və onu polis şöbəsinə gətirmişlər. Ona narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmiş, o isə buna qəti formada etiraz etmişdir. Ona polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlər olunmuşdur. Vəkil Kamil Yunusova onun avtomobilinə narkotik vasitə qoyulduğunu bildirsə də Kamil müəllim buna reaksiya verməmişdir. Onun üzəri yoxlanarkən üzərində Fəridin ona borclu olduğu və borcunu qaytardığı 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq olmaqla cəmi 12 manat pul çıxmışdır. Bundan sonra polis əməkdaşları onunla birlikdə gətirilmiş avtomobilinə baxış keçirilmiş və o da buna etiraz etməmişdir. Baxış zamanı onun avtomobilinin arxa sağ oturacağının sağ hissəsindən içərisində narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Avtomobildə olan narkotik vasitələrdən onun xəbəri olmamışdır. Həmin narkotik vasitənin kim tərəfindən qoyulmasından xəbəri yoxdur. Belə ki, avtomobilə baxış onun polis şöbəsinə gətirilməsindən xeyli sonra olmuş və avtomobilin açarları polis əməkdaşları tərəfindən o polis şöbəsinə gətirildiyi zaman götürülmüşdür. Bu hal video çəkilişdədə açıq-aydın müşahidə olunur. Avtomobilə baxış keçirilməsi barədə protokolda və narkotikanın qablaşdırılmış zərfin üzərində olan imza ona aid deyil. İstintaq zamanı polis əməkdaşlarının təzyiqi ilə əməlini etiraf etməsinə baxmayaraq o heç bir vaxt heç kimə narkotik maddə satmamış və avtomobilində narkotik vasitə saxlamamışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində təqsirli bilmir o heç bir vaxt narkotik vasitələrdən istifadə etməmiş və onun satışı ilə məşğul olmamışdır. Odur ki, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edir. Şahid X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Mingəçevir şəhər sakini kimi əvvəldən tanımış, belə ki, Röyal Mingəçevir şəhərində «Vaz 2107» markalı avtomobillə taksi kimi işləyirmiş. Ona Röyalın narkotik vasitələrin satışı ilə də məşğul olması məlum olmuş, onu da Röyalın narkotik vasitə satması narahat edirmiş. Çünki gələcəkdə digərlərinin narkotik vasitələrə yoluxmasına səbəb ola bilərmiş. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasını dəqiqləşdirdikdən sonra Mingəçevir şəhər polis şöbəsinə gələrək könüllü olaraq narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər tanıdığı Röyal adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana alınmasında könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaş kimi iştirak etmək istəməyi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılmışdır. Əməliyyat tədbirində, belə ki, Röyaldan narkotik vasitə olan qurudulmuş marixuana almaqda istifadə etmək üçün 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 90 manat pul kserosürətləri çıxarıldıqdan sonra ona verilmişdir. Bundan sonra həmin gün yəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında o Röyalın mobil telefonuna zəng edib narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demiş və narkotik vasitə almaq üçün sonuncuya pul təklif etmişdir. O, Röyala ona bir kibrit qutusu qurudulmuş marixuana lazım olduğunu demiş və sonuncu ona bir kibrit qutusu marixuananı 90 manata satmağa razılaşmışdır. O, Röyalla Mingəçevir şəhəri Qələbə meydanının yaxınlığında görüşməyə razılaşmışdır. Bir qədər sonra saat təxminən 20 radələrində o, Röyalla həmin yerdə görüşmüşdür. Həmin zaman Röyal tək imiş. O, Röyalla görüşüb, əvvəlcədən razılaşdığı kimi 5 manatlıq əskinazlardan ibarət ümumilikdə 90 manat pulu Röyala verərək sonuncudan 1 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuna almışdır. Bundan sonra o Röyaldan aralaşıb dərhal Mingəçevir şəhər polis şöbəsinə gələrək Röyaldan aldığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Röyaldan alaraq könüllü olaraq təqdim etdiyi 1 ədəd kibrit qutusunda olan kütləyə açılıb baxış keçirilərkən onun yaşıl rəngli, ot şəlklində, spesifik iyli olan narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd zərfdə qablaşdırılmışdır. Baxış zamanı video və foto çəkilişdən istifadə olunmuş və o da tərtib olunmuş protokolun doğruluğunu imzalamışdır. Şahid2 məhkəmə iclasında eyni məzmunlu ifadə vetmiş, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nın rəisi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə X1 şəhər polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ərizə ilə məlumat vermiş və Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana alıb gətirib polisə təqdim etməklə həmin şəxsi ifşa etmək fikrində olduğunu bildirmişdir. Bununla bağlı raportla əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsi üçün şöbənin rəhbərliyinə müraciət edilmişdir. 1988-ci il təvəllüdlü Yevlax rayonu Gülövşə kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılmışdır. Əməliyyat tədbirində, belə ki, Röyaldan narkotik vasitə olan qurudulmuş marixuana almaqda istifadə etmək üçün 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 90 manat pulun kserosürətləri çıxarıldıqdan sonra Elmin Yəhyayevə təhvil verilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Bundan sonra həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 20 radələrində X8 şəhər polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs aldığı 1 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Elmin Yəhyayevin təqdim etdiyi ədəd 1 ədəd kibrit qutusuna baxış keçirilmiş, həmin bükümün içərisindəkinin narkotik tərkibli olması güman edilən yaşıl rəngli, ot şəklində olan marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlə tərəzidə çəkilərək və zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbiri əsnasında saat təxminən 22 radələrində Mingəçevir şəhər “Qələbə” meydanının yaxınlığında Röyalı idarə etdiyi «Vaz 2107» markalı avtomobillə dayanarkən görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs İdarə etdiyi «Vaz 2107» markalı avtomobillə birlikdə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilib üzərinə şəxsi axtarış keçiriləcəyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis şöbəsinə onun tərəfindən seçilmiş vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin də iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 2 ədəd 5 manatlıq pul əskinazları aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid1 Təqsirləndirilən şəxs almış olduğu narkotik vasitəni könüllü sürətdə polis şöbəsinə gətirib təqdim etməsi barədə sonuncuya bildirildikdə, sonuncu səmimi olaraq törətmiş olduğu əməli, belə ki, Elminə 90 manat qarşılığında bir kibrit qutusu marixuana satdığını və üzərindən çıxan 2 ədəd 5 manatlıq əskinazların Elminin narkotik qarşılığında vermiş olduğu pullardan qalanı olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd 5 manatlıq əskinazlar əvvəlcədən əməliyyat tədbiri ilə bağlı sürətləri çıxardılmış pullar ilə eyniləşdirildikdə eyni seriya nömrəli olması müəyyən olunmuşdur. Şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə olunmuş və tərtib olunmuş protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla birlikdə polis şöbəsinin həyətinə gətirilib saxlanılmış avtomobilə baxış keçirilməsi təklif edilmiş və o da etiraz etməmişdir. ŞPŞ-nin həyətində avtomobilə baxış zamanı arxa sağ oturacağın alt hissəsindən bir ədəd qırmızı rəngli selllafon torba aşkar edilərək götürülmüşdür. Həmin sellofan torbaya açılıb baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki tərkibli kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan sellofan torbanın içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 2018-ci ildə yaşadığı kəndin ərazisində meşəlik ərazidə yabanı halda bitmiş çətənə kolundan yığıb qurudaraq saxladığını və Şahid1 satmış olduğu marixuananın da, həmin marixuanadan olduğunu bildirmişdir. Avtomobilə baxış zamanı da video çəkilişdən istifadə olunmuşdur. Daha sonra avtomobilə baxış zamanı yazılmış protokol oxunmuş və həmin protokolun düzgünlüyünə digər iştirakçılarla barabər o da imza etmişdir. Məhkəmə iclasında şahidlər X6 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərilən halları bir daha təstiq etmişlər. Mingəçevir şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X9 məhkəmə iclasında sözügedən hadisədən xeyli vaxt keçməsi səbəbindən heç nə yadında olmadığını bildirmişdir. Məhkəmə müdafiə tərəfinin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdiki,o Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Röyal isə özünə məxsus VAZ 2107 markalı maşınla onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olur. Fəridi bir neçə dəfə Röyalın yanında görmüş və Röyalın daimi müştərisi olduğunu bilmişdir. Röyalın deməsinə görə Fərid Qresdə hansısa lahiyə üzrə işləyir və səhv etmirsə əslən Salyandandır. Onlar çay içdikləri zaman Fərid onların stoluna yaxınlaşmış və Röyala borclu olduğu 30 manat puldan 10 manat qaytarmaq istəmişdir. Röyal eybi yox qalsın maaş alanda hamısını birdən qaytararsan deyərək pulu əlinin tərsi ilə itələmişdir. Həmin vaxt Fərid çayxananın yaxınlığında olan Röyala məxsus olan avtomobilə iki ədəd beş manatlıq olmaqla cəmi on manat pulu Röyalın maşınınnın tarpedinin üzərinə ataraq maşından ayrılaraq özünün idarə etdiyi göy rəngli niva markalı əyləşmiş, abtomobili işə salmaq istədikdə avtomobil işləməmiş və onlar yəni həmin vaxt orada olan taksi şoferlərinin köməyi ilə Fəridin (Elminin) avtobilinin itələyərək işə salmışlar. Fərid həmin yerdən uzaqlaşdıqdan sonra təxminən 5 dəqiqə sonra iki nəfər mülki geyimli şəxs Röyalın avtomobilinə yaxınlaşmış və onları müştəri kimi aparmalarını bildirmişlər. Bundan sonra o, Röyalı görməmiş, səhəri gün Röyalın polis şöbəsində saxlanması ona məlum olmuşdur. O, heç bir vaxt Röyalın narkotik vasitələrdən istifadə etməsini və satmasını nə görməmiş nə də eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdiki,Röyal onun qonşusudur və uşaqlıqdan birlikdə böyüyüblər. Hazırda isə Röyallar birlikdə taksi fəaliyyəti ilə məşğul olurlar. Hadisə olduğu gün o da orada olmuşdur. Röyalın müştərisi kimi tanıdığı Fərid adlı şəxs Röyala 2 ədəd 5 manat olmaqla cəmi 10 manat pul vermişdir. Röyal əlinin tərsi ilə pulu itələyərək maaş aldıqda verməsini bildirdi. Həmin vaxt Fərid çayxananın yaxınlığında olan Röyala məxsus olan avtomobilə iki ədəd beş manatlıq olmaqla cəmi on manat pulu Röyalın maşınınnın tarpedinin üzərinə ataraq maşından ayrılaraq özünün idarə etdiyi göy rəngli niva markalı əyləşmiş, abtomobili işə salmaq istədikdə avtomobil işləməmiş və onlar yəni həmin vaxt orada olan taksi şoferlərinin köməyi ilə Fəridin (Elminin) avtobilinin itələyərək işə salmışlar. Fərid həmin yerdən uzaqlaşdıqdan sonra təxminən 5 dəqiqə sonra iki nəfər mülki geyimli şəxs Röyalın avtomobilinə yaxınlaşmış və onları müştəri kimi aparmalarını bildirmişlər. O hər zaman Röyalla birlikdə kəndə getdiyi üçün Röyalı gözləmiş, lakin Röyalın gəlmədiyini gördükdə kəndə tək getmişdir. Səhər işə gəldikdə Rəşad adlı şəxsdən Röyalın tutulmasını eşitmiş və o dərhal polis şöbəsinə getmişdir. Həmin vaxt orada Röyalın atası və Fərid də olmuşdur. Fərid onların yanında olduğu vaxt polis şöbəsinə girib-çıxmasa da özünü şübhəli apararaq tez-tez maşında əyləşib kiminləsə gizlincə telefonla danışdığını görmüşdür. Fərid Röyala pul verdiyi zaman Röyal bunun qarşılığında ona heç nə verməmişdir. O, heç bir vaxt Röyalın narkotik vasitələrdən istifadə etməsini və satmasını nə görməmiş nə də eşitməmişdir İşə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 241 №-li rəyinə əsasən, tədqiqata təqdim olunmuş üzərində “vət. X3 könüllü təqdim etdiyi.....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 6,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus…avtomobildən aşkar olunaraq götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı rəngli sellofan torbada, təmiz çəkisi 44,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan (bax səhifə 19-20) könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaşın təlimatlandırılması barədə və müşahidə edilmə barədə xx.xx.2019-cu il tarixli protokollarda Mingəçevir şəhər PŞ-nin CAB-ın əməkdaşları 20:00da könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaş Şahid1 təlimatlandırmışlar, 21:40 radələrində isə Şahid1 Mingəçevir şəhər PŞ-nin inzibati binasının qarşısında Mingəçevir şəhərində yerləşən “1941-1945” adlanan yenə əməliyyat müvəkkillərinin müşahidəsi ilə istiqamətləndirilmişdir. Müşahidə olunan obyektə 5 dəqiqəyə çatmışdır. Həmin ərazidə Şahid1 Röyal adlı şəxsin taksi kimi sürdüyü Vaz 21074 markalı, **-SU-*** nömrə nişanlı avtomobilə yaxınlaşmış və Röyal adlı şəxs ona əlində olan əşyanı Şahid1 vermiş və Şahid1 həmin yerdən uzaqlaşaraq Polis şöbəsi istiqamətində hərəkət etməsi göstərilmişdir. Cinayət işinin materiallarında olan (bax səhifə 21, 23) xx.xx.2019-cu il tarixli Mingəçevir ŞPŞ-nin CAB-ın rəisi Şahid2 Mingəçevir ŞPŞ-nin rəisi Teymur Hacıyevə ünvanlandığı raportunda və könüllü təqdim etmə bəxış barədə protokolda, Elmir Yahyayev Təqsirləndirilən şəxs 90 manata aldığı bir kibrit qutusunda yaşıl rəngdə spesifik iyə malik olan yaşıl kütləni Mingəçevir şəhər ərazisində yerləşən “1941-1945” dairəsi deyilən ərazidən alaraq, həmin günü saat 20:00-da polis şöbəsinə gəlməsi və 20:15-də həmin kütləni polis şöbəsinə könüllü təqdim etməsi göstərilmişdir. İşdə olan Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2019-cu il tarixli 158-26081-1219 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs əməlliyyat aparatı ilə könüllü olaraq əməkdaşlıq edən şəxs X3 ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə olunduğu üçün saxlanılmışdır. İşdə olan Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2019-cu il tarixli 158-24786-1219 saylı məktubundan görünür ki, polis şöbəsinin inzibati binasında və həyətyanı sahəsində qurlaşdırılmış kameralarda xx.xx.2019-cu il tarixə olan video görüntülər yaddaşda qalmadığından həmin video görüntülərin kameralarının yaddaşından çıxarılaraq məhkəməyə təqdim olunması mümkün olmamışdır. İşdə olan Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2019-cu il tarixli 158-26081-1219 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində ŞPŞ-də əməliyyatqeydiyyat işi açılmamışdır, əməliyyat aparatı ilə könüllü olaraq əməkdaşlıq edən şəxs X3 ərizəsi və digər sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(008)-305/2018 saylı hökmünün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(001)-101/2019 saylı hökmlərindən və Mingəçevir şəhər Məhkəməsinin 4(051)-64 saylı, xx xxx 2020-ci il tarixli həbs qətimkan tədbirinin uzadılması haqqında qərardan görünür ki, X5 həmin işlərdə şərti alıcı və şahid qismində dindirilmişdir. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3101 saylı rəyindən görünür ki, cinayət işinin 47-48-ci vərəqələrində olan xx xxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə keçirilmə barədə protokolunun 1-ci səhifəsində 4-cü rəqəmi qarşısındaki imza, 2-ci vərəqəsində “imzalar” qrafasında “4” rəqəmi önündə “Təqsirləndirilən şəxs” yazıları qarşısındaki imza, xx xxxxx 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi barədə protokolunun (İ.V. 52-53) 2-ci səhfəsində “imzalar” qrafasında “5” rəqəmi önündə “Təqsirləndirilən şəxs” yazıları qarşısındaki imza və təqsirləmdirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişlər (i.v. 75) “bildirişi aldım: təqsirləndirilən şəxs:” qrafasındaki imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim olunmuş, 51-52ci vərəqələrində olan xx xxxxx 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi barədə protokolunun birinci səhifəsinin aşağı sağ küncündə “5” rəqəmi önünüdəki imza və maddi sübutun qablaşdırılmış zərfin üzərində “imza” qrafasında “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmuş sübutları məhkəmə iclasında müəyyən olunmuş sübutlarla müqayisəli şəkildə təhlil edib bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham sübuta yetirilmir. Odur ki, ilk növbədə məhkəmə qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə, cinayət prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-nin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosesual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması(CPM-nin 33.2-ci maddəsi) eləcə də subutlara və sair materallara qərəzli münasibet bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyet verilməsi yolveriləzdir. (CPM-nin 33.4-cü maddəsi) CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatini aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanilmiş sübutları tam hərtələfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmiş sübutlar təhlil və bir-biri ilə müqayisə edilir,yeni toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1 ci maddəsini əsasən,hər bir sübut mənsubiyyəti,mümkülüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir.Cinayət təqibi üzrə toplanmış bütün sübutlarin məcmusuna işə ittihamın həlli üçün onlarin kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldımaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPMnin145.3-cü maddəsi) Cinayət təqibi üzrə toplanmış sübutlarin kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübut etmə pretmetinin müəyyən edilməsi ücün mötəbər və yekun neticəyə gəlməyə imkan versin (CPM-nin146.1-ci maddəsi). Beləliklə, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin həmin əməli törətməsini və təqsirlini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Halbuki, təqsirləndirilən şəxsin ictimai təhlükə törətməsini və təqsirini sübut etmək ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfinin gətirdiyi sübutlara məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda təhlil və müqayisə edildikdə müəyyən olundu ki, ittiham tərəfinin gətirdiyi həmin sübutlar obyektiv və həqiqətə uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsi onun məhkəmə istintaq zamanı təqsirini sübuta yetirilməsi kimi qiymətləndirilməsi yolverilməzdir və onun ziyanına şərh edilə bilməz. İttiham tərəfinin sübut kimi qəbul etdiyi şahid ifadələri, ancaq polis əməkdaşları olmaqla təqsirləndirilən şəxsi şübhəli şəxs kimi tutmuş, əməliyyat müvəkkilləri olmuş, həmin ifadələr digər hallarla müqayisə edilməyərək və həmin sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməyərək ibtidai araşdırma onunla kifayətlənmişdir. Bundan başqa ittiham tərəfinin əsas sübut kimi gətirdiyi Şahid1 ifadəsinin aşağıdaki dəlillərə görə inandırıcı hesab etməyərək tənqidi yanaşır; -ilk növbədə ibtidai araşdırma vaxtı (bax səhifə 27) Şahid1 ifadəsində bildirmişdir ki, Röyaldan narkotik vasitə olan qurudulmuş marixuana almaqda istifadə etmək üçün 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 90 manat pul kserosürətləri çıxarıldıqdan sonra ona verilmişdir. Bundan sonra həmin gün yəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında o Röyalın mobil telefonuna zəng edib narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demiş və narkotik vasitə almaq üçün sonuncuya pul təklif etmişdir. O, Röyala ona bir kibrit qutusu qurudulmuş marixuana lazım olduğunu demiş və sonuncu ona bir kibrit qutusu marixuananı 90 manata satmağa razılaşmışdır. O, Röyalla Mingəçevir şəhəri Qələbə meydanının yaxınlığında görüşməyə razılaşmışdır. Bir qədər sonra saat təxminən 20 radələrində o, Röyalla həmin yerdə görüşmüşdür. Həmin zaman Röyal tək imiş. O, Röyalla görüşüb, əvvəlcədən razılaşdığı kimi 5 manatlıq əskinazlardan ibarət ümumilikdə 90 manat pulu Röyala verərək sonuncudan 1 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuna almışdır. Bundan sonra o Röyaldan aralaşıb dərhal Mingəçevir şəhər polis şöbəsinə gələrək Röyaldan aldığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Lakin ibtidai istintaq zamanı Şahid1 verdiyi ifadəni həqiqətə uyğun olub-olmamasını yoxlamamış, cinayət işində Şahid1 bütün hərəkətləri Mingəçevir şəhər PŞ-nin əməkdaşlarının müşahidəsi altında hərəkət etməsi göstərilsə də məhkəmə istintaqı zamanı bir sıra şübhələr yaranmışdır. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs 90 manat pul verməsi və dərhal da bir kibrit qutusu narkotik vasitə olan marixuananı alması və bütün bu hərəkətlər polisin müşahidəsi altında olmasına baxmayaraq 90 manatdan 80 manatın hara xərclənməsi müəyyən edilməmişdir. Halbuki sözügedən 80 manat pul əməliyyat puludur və əvvəlcədən nömrələnmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilir ki, bu qısa zamanda Təqsirləndirilən şəxs həmin puldan 80 manatının hara xərcləməsi asanlıqla aşkar oluna bilərdi. Belə ki, şahid ifadələrindən və polis şöbəsi tərəfindən tərtib edilmiş protokollardan da müəyyən olunur ki, Şahid1 pulu Təqsirləndirilən şəxs verdikdən təxminən 5-10 dəqiqə keçdikdən sonra əməliyyat müvəkkilləri Röyala yaxınlaşmış və onun idarə etdiyi avtomobilə oturmuşlar. Buradan da belə şübhə yaranır ki, Şahid1 Təqsirləndirilən şəxs 90 manat deyil 10 manat pul vermişdir. Əgər 90 manat versə belə o, həmin pulları xərcləməyə imkanı olmazdır. Bu anlaşılmamazlıqları və şübhələri aradan qaldırmaq məqsədi ilə məhkəmə öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində Mingəçevir ŞPŞ-də əməliyyat-qeydiyyat işinin açılıb-açılmaması və əməliyyat hərəkətlərinin mənbəyi aşkar edilməmək şərti ilə nəticələri barədə məhkəməyə məlumat verilməsi sorğu edilmiş və Mingəçevir ŞPŞ-nin məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şəhər polis şöbəsində əməliyyat qeydiyyat işinin açılmaması bildirilmişdir. Həmçinin həmin anlaşılmazlıqlar aradan qaldırmaq üçün məhkəmə iş üzrə əlavə şahidlər dindirmişdir. Belə ki, məhkəmədə dindirilmiş şahid X12 və X10 ifadələrində Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olmalarını, Röyalın da özünə məxsus VAZ 2107 markalı maşınla onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olamsını, Fərid (Şahid1) bir neçə dəfə Röyalın yanında görmələrini, Röyalın daimi müştərisi olduğunu, xx.xx.2019-cu il tarixdə onlar çay içdikləri zaman Fərid (Şahid1) onların stoluna yaxınlaşmasını, Röyala borclu olduğu 30 manat puldan 10 manat qaytarmaq istəməsini, “Röyal eybi yox qalsın maaş alanda hamısını birdən qaytararsan deyərək” pulu almamasını, bundan sonra Fərid (Şahid1) çayxananın yaxınlığında olan Röyala məxsus olan avtomobilə iki ədəd beş manatlıq olmaqla cəmi on manat pulu Röyalın maşınınnın tarpedinin üzərinə ataraq maşından ayrılaraq özünün idarə etdiyi göy rəngli niva markalı əyləşməsini, avtomobili işə salmaq istədikdə isə avtomobil işləməməsini, onların yəni köməyi ilə Fəridin (Şahid1) avtobilinin itələyərək işə salınmasını, Fərid (Şahid1) həmin yerdən uzaqlaşdıqdan sonra təxminən 5 dəqiqə sonra iki nəfər mülki geyimli şəxs Röyalın avtomobilinə yaxınlaşmasını və bundan sonra Röyalı görməmələrini, səhəri gün isə Röyalın polis şöbəsində saxlanması onlara məlum olmasını göstərmişlər. Bundan başqa Cinayət işinin materiallarında olan (bax səhifə 19-20) könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaşın təlimatlandırılması barədə və müşahidə edilmə barədə xx.xx.2019-cu il tarixli protokollarda Mingəçevir şəhər PŞ-nin CAB-ın əməkdaşları 20:00-da könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaş Şahid1 təlimatlandırmışlar, 21:40 radələrində isə Şahid1 Mingəçevir şəhər PŞ-nin inzibati binasının qarşısında Mingəçevir şəhərində yerləşən “1941-1945” adlanan yenə əməliyyat müvəkkillərinin müşahidəsi ilə istiqamətləndirilmişdir. Müşahidə olunan obyektə 5 dəqiqəyə çatmışdır. Həmin ərazidə Şahid1 Röyal adlı şəxsin taksi kimi sürdüyü Vaz 21074 markalı, **-SU-*** nömrə nişanlı avtomobilə yaxınlaşmış və Röyal adlı şəxs ona əlində olan əşyanı Şahid1 vermiş və Şahid1 həmin yerdən uzaqlaşaraq Polis şöbəsi istiqamətində hərəkət etməsi göstərildiyi halda cinayət işinin materiallarında olan (bax səhifə 21, 23) xx.xx.2019-cu il tarixli Mingəçevir ŞPŞ-nin CAB-ın rəisi Şahid2 Mingəçevir ŞPŞ-nin rəisi Teymur Hacıyevə ünvanlandığı raportunda və könüllü təqdim etmə bəxış barədə protokolda, Elmir Yahyayev Təqsirləndirilən şəxs 90 manata aldığı bir kibrit qutusunda yaşıl rəngdə spesifik iyə malik olan yaşıl kütləni Mingəçevir şəhər ərazisində yerləşən “1941-1945” dairəsi deyilən ərazidən alaraq, həmin günü saat 20:00-da polis şöbəsinə gəlməsi və 20:15-də həmin kütləni polis şöbəsinə könüllü təqdim etməsi göstərilmişdir. Şahid1 20:00-da Mİngəçevir ŞPŞ-da təlimatlandırılaraq 21:40 radələrində müşahidə altında Təqsirləndirilən şəxs olduğu yerə 5 dəqiqəyə yəni 21:45-də çatması göstərilsə də digər sənədlərdə isə Şahid1 narkotik vasitəni artıq Təqsirləndirilən şəxs alaraq 20:00-da polis şöbəsinə gəlməsi, 20:15-də isə həmin kütləni polis şöbəsinə təqdim etməsi göstərilmişdir. Sözügedən sənədlərin bir-birinə zidd olması ona dəlalət edir ki, ittiham aktı və digər sənədlər formal olaraq tərtib edilmişdir. Bu ziddiyyətlərə görə də məhkəmə təqsirləndirilən şəxs və məhkəmədə dindirilmiş əlavə şahidlər X12 və X10 ifadələrini daha inandırıcı hesab edir. Həmçinin məhkəmə Şahid1 özünün şəxsiyyətini səciyyələndirən halları müəyyən etmək üçün müvafiq sorğular vermiş və müəyyən etmişdir ki, Şahid1 polis əməkdaşları ilə əməliyyat axtarış işlərində sıx əməkdaşlıq edir. Belə ki, məhkəmə sorğusu əsasında alınmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(008)-305/2018 saylı hökmünün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(001)-101/2019 saylı hökmlərindən və Mingəçevir şəhər Məhkəməsinin 4(051)-64 saylı, xx xxx 2020-ci il tarixli həbs qətimkan tədbirinin uzadılması haqqında qərardan görünür ki, Şahid1 həmin işlər üzrə şahid və şərti alıcı kimi işlərdə iştirak etmişdir. Bu səbəbdən də məhkəmə Şahid1 halhazır ki, iş üzrə verdiyi ifadəyə tənqidi yanaşır. Cinayət işi materiallarında olan, sübut kimi qəbul edilmiş məhkəmə-bioloji və məhkəmə-narkaloji ekspertizasının rəylərini məhkəmə araşdırması zamanı mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, həmin rəylər əvvəlcədən şəxsin narkotik maddələri qanunsuz olaraq əldə edib saxlamasına və satmasına dəlalət etmir. Həmçinin ibtidai araşdırma vaxtı istintaq orqanı bir sıra qanun pozuntusuna yol vermişdir. Belə ki, avtomobilə baxış keçirmə barədə video görüntü olan diskə məhkəmə iclasında baxılan zaman həmin videonun yarımçıq və axıra kimi çəkilmədiyi aşkar olunmuşdur. Həmçinin video görüntüdə narkotik vasitənin qablaşdırılması və kimlər tərəfindən imzalanması göstərilməmişdir. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirmə protokolunun birinci səhifəsində və narkotik vasitə qablaşdırılmış zərfin üzərindəki imzaların onun tərəfindən icra etməməsini bildirmişdir. Bu anlaşılmazlığı aradan qaldırmaq məqsədi ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 3101 saylı rəyindən müəyyən edilmişdir ki, Belə ki, xx.xx.2019-cu il tarixli avtomobilə baxış keçirmə haqqında protokolun birinci səhifəsinin aşağı sağ küncündə “5” rəqəmi önünüdəki imza və maddi sübutun qablaşdırılmış zərfin üzərində “imza” qrafasında “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-ci maddəsinə əsasən Bu Məcəllənin 125.2ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə qeyd edir ki, həmin şübhlərin məhkəmə istintaqı zamanı aradan qaldırmaq mümkün olmadı və Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əssən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması(CM-nin 234.1), qanunsuz olaraq narkotik maddənin satmasında (CM-nin 234.2) təqsiri sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CMP-nin 42.1.2 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda şəxsin əməlində cinayət tərkibi olmadıqda və təqsirliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.3-cü maddəsinə görə Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Azərbaycan Respublikası CPMnin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə ibtidai araşdırma zamanı, habelə məhkəmə istintaqında toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarıldığı üçünbarəsindəseçilmişpolis nəzarəti altına vermə qətimkan tədbiriləğvedilməli və 158,35manat ekspertizaxərciDövlətbüdcəsihesabınaaidedilməlidir. İş üzrə maddi sübut, 6,57 və 44,25 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı və iki ədəd 5 manatlıq C20691112 və C25197317 seriya nömrəli pul əskinaslarının Mingəçevir şəhər Polis Şöbəsində saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 346-350, 352-353, 356 və 385-ci maddələrini rəhbər tutub məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan RespublikasıCM-nin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. 158,35 manat ekspertiza xərci Dövlət büdcəsi hesabına aid edilsin. İş üzrə maddi sübut, 0,742 qram narkotik vasitə olan heroin qalığı Mingəçevir şəhər Polis Şöbəsində saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-3/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-3/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver