Məhkəmə qərarları › İş №1(051)-3/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-3/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-3/2021 13.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi ev 3- A, mənzil 10-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Sadıqov Vasif Niyaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Avropa ölkələrinə işləmək məqsədi ilə getmək üçün viza düzəldəcəyini yalandan vəd verib aldadaraq, ondan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin oktyabr ayının əvvələrində Bakı şəhərində yerləşən H.Cavid adına istirahət parkında əvvəlcə 2000 manat məbləğində pulunu, daha sonra isə 2018-ci ilin oktyabr ayının əvvələrində Mingəçevir şəhərindən Bakı şəhərinə işləyən taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs göndərdiyi 600 manat məbləğində pulunu, sonuncu dəfə isə 2018-ci ilin oktyabr ayının sonlarında Mingəçevir şəhəri, A.Məmmədov küçəsində 14 saylı binanın qarşısında Zərərçəkmiş şəxs məxsus 3400 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 6000 (altı-min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ilkin olaraq Murad adlı şəxslə Bakı şəhərində görüşmüş və onlar birlikdə Bakı şəhəri, H.Cavid adlanan istirahət parkında birlikdə çay süfrəsində oturmuşlar, həmin vaxt Murad ona Avropa ölkələrindən birinə işləmək məqsədi ilə getmək istədiyini və bunun üçün ona viza lazım olduğunu bildirmiş, o, viza məsələsini özü həll edə biləcəyini demişdir. Lakin həmin vaxt maddi imkanı yaxşı olmadığı üçün Murada viza düzəldəcəyini yalandan vəd verərək, Muraddan pul alaraq, şəxsi məqsədləri üçün xərcləmək qərarına gəlmişdir. Bundan sonra Murada Avropa ölkələrinə viza düzəldə biləcəyini, lakin bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. Murad onunla razılaşdıqdan sonra həmin pulları ona hissə-hissə verə biləcəyini demişdir. Bundan sonra Murad ilkin olaraq 2018-ci ilin oktyabr ayının əvvələrində 2000 manat məbləğdə pulu ona Bakı şəhərində yerləşən H.Cavid adına olan istirahət parkında vermişdir. Bir neçə gün sonra isə o, Murada zəng etmiş və Muraddan sənədlərin hazırlanması ilə əlaqədar olaraq 2018-ci ilin oktyabr ayının əvvələrində 600 manat pul istəmiş, Murad həmin gün 600 manat pulu Mingəçevir şəhərindən Bakı şəhərinə işləyən taksi sürücüsü vasitəsi ilə ona göndərmişdir. O, həmin pulu Bakı şəhərində qəbul etmişdir. Bundan sonra isə sonuncu dəfə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində 14 saylı binanın qarşısında Murad ona 3400 manat pul vermişdir. Həmin vaxtdan sonra o, Murada müxtəlif bəhanələr edərək, yaxın vaxtda işinin həll olunacağını bildirsə də, sonuncu dəfə 2019-cu ilin aprel ayında o, Muraddan almış olduğu 6000 manat pulun 3000 manatını Bakı şəhərindən bank vasitəsi ilə ona geri qaytarmışdır. Lakin, Muradan almış olduğu 6000 manat pulun 3000 manatını isə maddi imkanı çətin olduğu üçün qaytara bilməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, göstərmişdir ki, hadisədən sonra Zərərçəkmiş şəxs oğluna dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin oktyabr ayında Avropa öklərindən birinə işləmək məqsədi ilə getmək istəmişdir. Bunun üçün viza almalı olmuşdur. Bu məqsədlə müxtəlif şəxslərdən köməklik göstərmələrini xahiş etmiş, həmin vaxt Mingəçevir şəhər sakini kimi əvvəldən tanıdığı Bəhram Mustafayev adlı şəxslə görüşmüş və onunla ilkin olaraq Bəhramın işlətdiyi “Qapı-pəncərə” sexində görüşərək birlikdə söhbət etmişlər. Bəhram onu yaxın vaxtlarda Avropa ölkələrindən birinə yola salacağına inandırmışdır. Bundan sonra Bəhram onu Bakı şəhərində H.Cavid adına istirahət parkında tanışı Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış etmiş və bundan sonra onlar birlikdə H.Cavid adına istirahət parkında yerləşən çayxanalardan birində oturub çay içmişlər. Həmin vaxt Bəhram onu az önçə tanış etdiyi Təqsirləndirilən şəxs adlı şəxs ilə söhbət söhbət etdiklərini söhybət zamanı Vasif ona hər bir şəxsin avropaya viza alıb keçirmək məqsədi ilə ondan 2200 manat pul istəmiş, onlar birlikdə söhbət etdikdən sonra aralarında razılaşma yarandığını o, Vasif adlı şəxsə ilkin olaraq 2018-ci ilin oktyabr ayının 6-da Bakı şəhərində H.Cavid adına istirahət parkında 2000 manat pulu sayaraq verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan pulu aldıqdan sonra ona 2018-ci ilin noyabr ayının əvvələrinədək viza alacağını demişdir. Eyni zamanda Vasif onu siyasi təpkilərə məruz qalmış şəxs kimi də Avropaya göndərə biləcəyini təklif etmiş, lakin o, buna razılıq verməmişdir. Mingəçevir şəhərinə geri döndükdən sonra Vasif işlətdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə zəng edərək ondan 600 manat pul istəmiş, həmin pulu ona Mingəçevir şəhərindən Bakı şəhərinə işləyən taksi sürücüsü vasitəsi ilə göndərmişdir. Həmin pulu Vasif ondan sənədləri hazırlamaq bəhanəsi ilə almışdır. Bundan bir neçə gün sonra o, Vasifə qalan 3400 manat pulu Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən yaşayış binasının qarşısında vermişdir. Həmin vaxtdan sonra o, Vasiflə əlaqə saxlamış, lakin Vasif ona müxtəlif bəhanələr edərək dekabr ayınadək yalan vədlər verərək aldatmış o, dekabr ayında ondan konkret olaraq vermiş olduğu pulları geri istəmiş, həmin vaxt Vasif ona qardaşı məhkum olduğundan onun işini həll edə bilmədiyini, həmin məsələ həllini tapdıqdan sonra onun da işini həll edəcəyini demişdir. Lakin Vasif onun işini həll etməmiş, 03.04.2019-cu il tarixdə Təqsirləndirilən şəxs «Bank» vasitəsi ilə ondan almış olduğu 6000 manat pulun 3000 manatını geri qaytarmış, Vasif 3000 manat pulu geri qaytarsa da əlavə olaraq ona qaytarmalı olduğu 3000 manat pulu geri qaytarmamışdır. Vasiflə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlasada Vasif hər dəfə müxtəlif bəhanələr etmiş, eyni zamanda o, Bəhramla əlaqə saxladıqda Bəhramın ölkədən cıxaraq Avropaya getdiyini və Bəhram ilə telefonla əlaqə saxladığını Bəhram ona Vasifə vermiş olduğu pullardan məlumatı olmadığını bildirmişdir. Onun Vasifə adlı şəxsə 6000 manat pul verməsini ailə üzvlərinin təsdiq edə biləçəyini və aralarında olan danışıqları telefona çəkdiyini və həmin diski istintaqa təqdim etmişdir. Eyni zamanda Vasifin ona geri qayatrmış olduğu 3000 manat pulun bank sənədinin ksero sürətini istintaqa təqdim etmişdir. Bundan başqa o, öz ifadəsində bildirib ki, sonradan ona məlum olub ki, onu Vasif aldadıb və pulları məhs o, özü ələ keçirib və Bəhramın bu işlə bağlı heç bir günahının olamadığını bu barədə ona sonradan Bəhram ilə telefonla əlaqə saxladıqda məlumatı olduğunu bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Oğlu Murad əvvələr müxtəlif banklarda işləmiş, lakin son zamanlar işdən çıxdıqdan sonra heç bir yerdə işləmir. 2018-ci ilin oktyabr ayında oğlu Murad Avropa öklərindən birinə işləmək məqsədi ilə getmək istəmiş, bunun üçün ona viza açdırmaq lazım olmuş, həmin vaxt oğlu Murad Mingəçevir şəhərində yaşayan tanıdığı Bəhram Mustafayev adlı şəxslə görüşmüş, söhbət zamanı Bəhram oğlunu yaxın vaxtlarda Avropa ölkələrindən birinə yola salacağına inandırmışdır. Bu barədə oğlu Murad evə gəldikdə ona danışmış, o da oğluna etiraz etməmişdir. Bundan sonra Murad Bəhram ilə tez-tez görüşmüş və hər dəfə aralarında olan söhbət barədə ona danışmışdır. 2018ci ilin oktyabr ayının əvvələrində oğlu Murad Bakı şəhərinə getmiş və Bakı şəhərində H.Cavid adına istirahət parkında Bəhramın tanış etdiyi Vasif adlı şəxslə görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs adlı şəxs oğlu Murada onu avropa ölkələrindən birinə yola salacağını söz verib, bunun qarşılığında Muraddan ilkin olaraq 2000 manat pul istəmiş, Murad Vasifə 2000 manat pul vermişdir. Vasif ona 2018-ci ilin noyabr ayının əvvələrinədək viza ala biləcəyini demişdir. Bundan sonra oğlu Mingəçevir şəhərinə geri döndükdən sonra Vasif ona zəng etmiş və oğlundan yenidən 600 manat pul istəmişdir. Oğlu Murad həmin 600 manat pulu Mingəçevir şəhərindən Bakı şəhərinə işləyən taksi sürücüsü vasitəsi ilə göndərmiş, Vasif həmin pulu Muraddan guya ki, ona viza sənədləri düzəltmək məqsədi ilə almışdır. Bundan ber neçə gün sonra Vasif oğlu Muraddan 3400 manat pul istəmiş, oğlu Murad Vasifə 3400 manat pulu Mingəçevir şəhərində yaşadığı evin qarşısında vermişdir. Həmin vaxtdan sonra Bəhram ilə Vasif oğlu Murada müxtəlif bəhanələr edərək yalan vədlər vermiş, dekabr ayında oğlu Murad onlardan konkret olaraq vermiş olduğu pulları geri istəmiş, Vasif ona qardaşının məhkum olduğunu və onun işi həll olunduqdan sonra oğlunun işini həll edəçəyini demişdir. 03.04.2019cu il tarixdə Vasif Bank vasitəsi ilə aldığı 6000 manat pulun 3000 manatını geri qaytarmışdır. Vasif 3000 manat pulu geri qaytarsa da qalan 3000 manat pulu geri qaytarmamışdır. Murad Vasif ilə dəfələrlə telefon əlaqəsi yaratsa da o, hər dəfə müxtəlif bəhanələr etmiş, sonradan onlara məlum olmuşdur ki, həmin pulları Vasif alaraq şəxsi məqsdələr üçün sərf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 Şahid1 izahatına oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 17.09.2019-cu tarixli Elektron diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Mingəçevir ŞPŞ-nin İB-nə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş CD-diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Avropa ölkələrinə yola salmaq adı ilə Zərərçəkmiş şəxs aldatması bir daha təsdiq olunmuşdur. Belə ki, həmin videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs pul aldıqdan sonra öz xətti ilə almış olduğu pulu təsdiq edici kağız yazaraq Zərərçəkmiş şəxs verməsi bir daha təsdiq olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə 23 aprel 2021ci il tarixli qərardan görünür ki, iş üzrə 17.09.2019-cu il tarixdə Mingəçevir ŞPŞ-nin İB-nə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş CD-disk sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DİN BƏSİİ-nin 17.09.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 09 fevral 2021-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ona 6000 AZN-i geri qaytarmışdır. Buna görə də Təqsirləndirilən şəxs oğlundan heç bir şikayəti yoxdur. Məhkəmədən qərar çıxarərkən ondan şikayətinin olmamasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “xxxx” ASC-nin 13.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 1500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Avropa ölkələrinə işləmək məqsədi ilə getmək üçün viza düzəldəcəyini yalandan vəd verib aldadaraq, ondan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin oktyabr ayının əvvələrində Bakı şəhərində yerləşən H.Cavid adına istirahət parkında əvvəlcə 2000 manat məbləğində pulunu, daha sonra isə 2018-ci ilin oktyabr ayının əvvələrində Mingəçevir şəhərindən Bakı şəhərinə işləyən taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs göndərdiyi 600 manat məbləğində pulunu, sonuncu dəfə isə 2018-ci ilin oktyabr ayının sonlarında Mingəçevir şəhəri, A.Məmmədov küçəsində 14 saylı binanın qarşısında Zərərçəkmiş şəxs məxsus 3400 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 6000 (altı-min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla belə, Zərərçəkmiş şəxs oğlu məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs oğlunun ona dəymiş ziyanı tam olaraq ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 6000 manat məbləğində ziyanın iyirmi beş faizini yəni, 1500 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 (iyirmi) gündən sonra qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar