Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-3/2022 16.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-X1 iştirakı ilə xx.xx.1988-ci iltarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 4, mənzil 21-də qeydiyyatda olan, Mingəçevir Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən 1 il 6 ay müddətə nəqliyyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda həmin hökmə əsasən Azərbaycan Respublikası ƏN-nin PXnin Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İbtidai araşdırma orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06.10.2020-ci il tarixdə saat 07:30 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 2 saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq 1 metrinin dəyəri 5 manat 63 qəpik olmaqla ümumi dəyəri 67 manat 56 qəpik olan 12 metr uzunluğunda TPP 100x2 kabelini və bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 110 manat 16 qəpik olan 36 metr uzunluğunda TPP50x2 kabelini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-na 177 manat 72 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakının gizli olaraq talamaq məqsədilə 14.10.2020-ci il və 19.10.2020-ci il tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə Mingəçevir şəhəri, Nizami küçəsi 6A saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 306 manat olan 100 metr uzunluğunda TPP50x2 kabelini, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 52 manat 8 qəpik olan 30 metr uzunluğunda TPP30x2 kabelini və bir metrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 48 manat olan 50 metr uzunluğunda TPP 10x2 kabelini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-na 406 manat 8 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakının gizli olaraq talamaq məqsədilə 03.11,2020-ci il tarixdə Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 122 manat 40 qəpik olan 40 metr uzunluğunda TPP50x2 kabelini, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 52 manat 8 qəpik olan 30 metr uzunluğunda TPP30x2 kabelini, bir metrinin dəyəri 1 manat 34 qəpik olmaqla ümumi dəyəri 26 manat 8 qəpik olan 20 metr uzunluğunda TPP20x2 kabelini və bir metrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 38 manat 40 qəpik olan 40 metr uzunluğunda TPP 10x2 kabelini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-na 240 manat 4 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakının gizli olaraq talamaq məqsədilə 07.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 5A saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq 1 metrinin dəyəri 5 manat 63 qəpikolmaqla ümumi dəyəri 281 manat 50 qəpik olan 50 metr uzunluğunda TPP 100x2 kabelini, bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 153 manat olan 50 metr uzunluğunda TPP50x2 kabelini, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 167 manat 20 qəpik olan 95 metr uzunluğunda TPP30x2 kabelini, bir metrinin dəyəri 1 manat 34 qəpik olmaqla ümumi dəyəri 67 manat olan 50 metr uzunluğunda TPP20x2 kabelini və bir metrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 48 manat olan 50 metr uzunluğunda TPP 10x2 kabelini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-na 716 manat 70 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2–ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək göstərdi ki, o, heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş və cəzasını çəkmişdir. Sonuncu dəfə CM-in 263.1-2-ci maddəsi ilə məhkum olunmuş və məntəqə tipli cəza müəssisəsində cəza çəkmək üçün göndərilsə də, getməmişdir. Ona görə də barəsində axtarış verilmişdir. 05.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsində olarkən, polis əməkdaşları ona yaxınlaşmış və axtarışda olduğunu bildirib onu Mingəçevir ŞPŞ-yə aparmışlar. Onu 1 gün növbətçi hissədə saxlamışlar. Həmin vaxt Mingəçevir ŞPŞ-nin CAB-in rəisinin xahişi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Zərərçəkmiş şəxs Mingəçevir Telekommunikasiya qovşağına məxsus kabel oğurluğunu üzərinə götürmüşdür. Belə ki, ona həmin işin xırda talama olduğunu və barəsində yalnız inzibati qaydada məsuliyyət nəzərdə tutulduğunu demişlər. O da inanmışdır. Həmin etirafın cinayət məsuliyyəti kimi qiymətləndirilməsi ona sonradan məlum olmuşdur. Halbuki, o, həmin oğurluq əməlini törətməmiş, nə də telefon kabelini təmir edən “AZTELEKOM" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarını görməmişdir. Metal qəbulu məntəqəsinə də yanmış məftillər, mator sarğısı təhvil vermişdir. O, metal qəbul məntəqəsinə kabeldən alınmış mis kütlə verməmişdir. Onun kabel oğurluğundan xəbəri olmamışdır. Yuxarıda qeyd etdiyi kimi o, 05 noyabr 2020-ci il tarixdə tutulmuş, 1 gün saxlandıqdan sonra 06.11.2020-ci il tarixdə günün birinci yarısı ŞPŞ-nin ikinci mərtəbəsindən ayaqyolu adı ilə qaçmış, 7 noyabr 2020-ci il tarixdə təkrar həmin axtarış işi üzrə tutulmuşdur. 15.11.2020-ci il tarixdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilmişdir. O, tutulduğu vaxta qədər isə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə axtarışda olmuşdur. O, axtarışda olduğu halda kabel oğurlayıb sərbəst şəkildə metal qəbulu məntəqəsinə getməsi inandıcı deyildir. Çünki onun özü də daima polislərdən qaçıb gizlənmişdir. Ondan istintaq zamanı alınan bütün ifadələri təzyiq altında imzalamışdır. O heç vaxt könüllü ifadə verib cinayəti etiraf etməmişdir. Yuxarıda qeyd etdiyi kimi əvvəlcə polislər onu aldatmış ki, xırda talamadır, etiraf et, qorxusu yoxdur. Lakin sonradan isə onun üzərinə bir neçə yüz metr kabel yazmışlar. Ondan sonra o, etiraz etmişdir. Onda da ona fiziki və psixoloji təzyiqlər başlamışdır. Çünki həmin vaxt onun barəsində istintaqda başqa bir cinayət işi də olmuşdur. Həmin cinayət işi də oğurluq hadisəsi ilə əlaqədar olduğundan, bu cinayət əməlini də onun törətməsini etiraf etməyi təkid etmişlər. Halbuki, o, qanunsuz daxil olmaqla ev əşyaları oğurlamış, o, heç vaxt kabel oğurluğu etməmişdir. O, həmin cinayət işi üzrə özünü təqsirli bilmiş və məhkəmə tərəfindən də onun barəsində ittiham hökmü çıxarılmışdır. Lakin hazırkı cinayət əməlini o, törətməmiş, lakin ona edilən fiziki və psixoloji təzyiqlər nəticəsində həmin cinayət əməllərini də o, öz üzərinə götürmüşdür. Halbuki, o, 07.11.2020-ci il tarixdə tutulmuş və Mingəçevir ŞPŞ-nin növbətçi hissəsində saxlanmışdır. Belə olan halda onun 07.11.2020ci il tarixdə oğurluq etməsi mümkün deyildir. Hesab edir ki, onun hazırkı cinayətə aidiyyəti yoxdur. Ona qarşı qərəzli münasibət olmuşdur. Ona görə də özünü təqsirli hesab etmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, həm də mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 06.10.2020-ci il tarixdə təxminən saat 12 radələrində Mingəçevir şəhəri D.Əliyev küçəsi 2 saylı binadan bir neçə abonent qovşağa zəng edərək telefon və internetlərin işləməməsi ilə bağlı narazılıq etmişdir. Bu səbəbdən TKQ-nın əməkdaşları həmin binanın zirzəmisinə gedib baxış keçirtmiş və müxtəlif ölçülərdə telefon kabellərinin naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar etmişlər. Sonra həmin günü binanın telefon və internet kabelləri yenisi ilə bərpa edilmişdir. Bundan başqa, 14.10.2020-ci il tarixdə təxminən saat 11-radələrində Mingəçevir şəhəri Nizami küçəsi 6 saylı binadan bir neçə abonent qovşağa zəng edərək telefon və internetlərin işləməməsi ilə bağlı narazılıq etmişlər. Bu səbəbdən də qovşağın əməkdaşları həmin binanın zirzəmisinə gedib baxış keçirtmiş və baxış zamanı zirzəmidən müxtəlif ölçüdə telefon kabellərinin naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar etmişlər. Daha sonra həmin gün binanın telefon və internet kabelləri bərpa edilmişdir. Lakin, 19.10.2020-ci il tarixdə təxminən saat 09:30-radələrində Mingəçevir şəhəri Nizami küçəsi 6 saylı binadan bir neçə abonent yenidən qovşağa zəng edərək yenə də telefon və internetlərin işləməməsi ilə bağlı narazılıq etmişlər. Qovşağın əməkdaşları yenə də həmin binanın zirzəmisinə gedib baxış keçirtmiş və yenidən zirzəmidən müxtəlif ölçüdə telefon kabellərinin naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar etmişlər. Bundan əlavə 03.11.2020-ci il tarixdə təxminən saat 09- radələrində Mingəçevir şəhəri Vidadi küçəsi 6 saylı binadan bir neçə abonent qovşağa zəng edərək telefon və internetlərin işləməməsi ilə bağlı narazılıq etmiş, bu səbəbdən də qovşağın əməkdaşları həmin binanın zirzəmisinə gedib baxış keçirtmiş və zirzəmidə olan müxtəlif ölçüdə telefon kabellərinin naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar etmiş, sonra binanın telefon və internet kabelləri bərpa edilmişdir. Bu səbəbdən də Mingəçevir Telekommunikasiya qovşağının rəisi Mahir Mürsəlov 05.11.2020ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa 07.11.2020-ci il tarixdə təxminən saat 09-radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 5a saylı binadan bir neçə abonent qovşağa zəng edərək telefon və internetlərin işləməməsi ilə bağlı narazılıq etmişlər. Qovşağın əməkdaşları həmin binanın zirzəmisinə gedib baxış keçirəndə müxtəlif ölçüdə telefon kabellərinin naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar etmiş, sonra həmin binanın telefon və internet kabelləri bərpa edilmişdir. Bu səbəbdən Mingəçevir Telekommunikasiya qovşağının rəisi Mahir Mürsəlov 11.11.2020-ci il tarixdə yenidən Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rabitə avadanlıqlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmiş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan tarixlərdə (TPP 100x2 ölçüdə 50metr, TPP50x2 ölçüdə 50 metr, TPP 30x2 ölçüdə 95metr, TPP 200x2 ölçüdə 50metr, TPP 10x2 ölçüdə 50metr cəmi 295 metr) kabellər oğurlanmış, bunula da törədilmiş cinayət hadisəsi nəticəsində təmsil etdiyi hüquqi şəxsə cəmi 8263,91 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təmsil etdiyi hüquqi şəxsə dəymiş ziyan ödənilməmişdir. Ona görə də təmsil etdiyi hüquqi şəxsin adından təqsirləndirilən şəxsə qarşı 8263,91 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddia vermişdir. Odur ki, məhkəmədən mülki iddianın təmin edilməsi, təqsirləndirilən şəxsə isə qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsi haqda ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o 1986-cı il tarixdən Mingəçevir telekommunikasiya qovşağında işləyir. Hal-hazırda həmin qovşaqda mühəndis vəzifəsində çalışır. 06.10.2020-ci il tarixdə təxminən saat 12 radələrində Mingəçevir şəhəri D.Əliyev küçəsi 2 saylı binadan, 14.10.2020-ci il tarixdə təxminən saat 11 radələrində Mingəçevir şəhəri Nizami küçəsi 6 saylı binadan, 19.10.2020- ci il tarixdə təxminən saat 09:30-radələrində Mingəçevir şəhəri Nizami küçəsi 6 saylı binadan, 03.11.2020-ci il tarixdə təxminən saat 09 radələrində Mingəçevir şəhəri Vidadi küçəsi 6 saylı binadan bir neçə abonent qovşağa zəng edərək telefon və internetlərin işləməməsi ilə bağlı narazılıq etmişlər. Bu səbəbdən də o, qovşağın mantyoru Zaur Tanrıverdiyev və Şahid3 ilə birlikdə həmin binanın zirzəmisinə gedib baxış keçirəndə müxtəlif ölçüdə telefon kabellərinin naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar etmişdirlər. Sonra həmin günü binanın telefon və internet kabelləri yenisi ilə bərpa edilmişdir. Bu səbəbdən də Mingəçevir Telekommunikasiya qovşağının rəisi Mahir Mürsəlov 05.11.2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa 07.11.2020-ci il tarixdə təxminən saat 09-radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 5a saylı binadan bir neçə abonent qovşağa zəng edərək telefon və internetlərin işləməməsi ilə bağlı narazılıq etmiş, qovşağın mantyorları Zaur Tanrıverdiyev və Şahid3 onunla birlikdə həmin binanın zirzəmisinə gedib baxış keçirəndə müxtəlif ölçüdə telefon kabellərinin (TPP 100x2 ölçüdə 50metr, TPP50x2 ölçüdə 50 metr, TPP 30x2 ölçüdə 95metr, TPP 200x2 ölçüdə 50metr, TPP 10x2 ölçüdə 50metr cəmi 295 metr) naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar etmiş, yəni həmin günü binanın telefon və internet kabelləri bərpa etdildiyi zaman kabelin digər tərəfindən dartıldığını görmüş və bu barədə Polis Şöbəsinə məlumat verilmişdir, bundan sonra polis əməkdaşları gəlib həmin şəxsi yaxaladılar. Bundan sonra Mingəçevir Telekommunikasiya qovşağının rəisi Mahir Mürsəlov 11.11.2020-ci il tarixdə yeniden Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, kabelləri oğurlayan şəxsi polis əməkdaşları yaxaladığı zaman onu aralıdan görmüşdür, hündür boylu bir şəxs olduğunu, ancaq üz cizgilərinin yadında qalmamışdır. Digər binaların kabellərinin kimin oğurladığını o, bilməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman onun yanında kabel kəsimləri olmamışdır. O, internet kabellərini bərpa etdiyi zaman kabelin digər tərəfindən dartan şəxsin təqsirləndirilən şəxs olduğunu görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 1986-cı ildən Mingəçevir telekommunikasiya qovşağında mühəndis vəzifəsində işləyir. 06.10.2020-ci il tarixdə təxminən saat 12 radələrində Mingəçevir şəhəri, D.Əliyev küçəsi 2 saylı binadan, 14.10.2020-ci il tarixdə təxminən saat 11-radələrində Mingəçevir şəhəri, Nizami küçəsi 6 saylı binadan, 19.102020- ci il tarixdə təxminən saat 09:30-radələrində Mingəçevir şəhəri, Nizami küçəsi 6 saylı binadan, 03.11.2020-ci il tarixdə təxminən saat 09-radələrində Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı binadan, 03.11.2020-ci il tarixdə təxminən saat 09-radələrində Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı binadan bir neçə abonent qovşağa zəng edərək telefon və internetlərin işləməməsi ilə bağlı şikayət etmişlər. Bu səbəbdən də o, qovşağın mantyoru Zaur Tanrıverdiyev ilə birlikdə həmin binanın zirzəmisinə gedib baxış keçirəndə müxtəlif ölçüdə telefon kabellərinin naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar edilmişdir, ancaq elə həmin gün binanın telefon və internet kabelləri yenisi ilə bərpa edilib. Bu səbəbdən də Mingəçevir Telekommunikasiya qovşağının rəisi Mahir Mürsəlov 05.11.2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra yenidən 07.11.2020-ci il tarixdə təxminən saat 09-radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 5a saylı binadan bir neçə abonent qovşağa zəng edərək telefon və internetlərin işləməməsi ilə bağlı narazılıq etmiş, qovşağın mantyoru Zaur Tanrıverdiyev və mühəndis Şahid2 ilə birlikdə o da həmin binanın zirzəmisinə gedib baxış keçirəndə müxtəlif ölçüdə telefon kabellərinin (TPP 100x2 ölçüdə 50metr, TPP50x2 ölçüdə 50 metr, TPP 30x2 ölçüdə 95metr, TPP 200x2 ölçüdə 50metr, TPP 10x2 ölçüdə 50metr cəmi 295 metr) naməlum şəxs tərəfindən gizli yolla kəsilərək oğurlandığını aşkar etmişlər. Həmin günü binanın telefon və internet kabelləri bərpa edilən zaman kabelin digər tərəfindən dartıldığını gördükdə, bu barədə Polis Şöbəsinə məlumat vermiş, polis əməkdaşları gəlib həmin şəxsi tutmuşlar. Lakin o, həmin şəxsi görməmişdir. Bundan sonra Mingəçevir Telekommunikasiya qovşağının rəisi Mahir Mürsəlov 11.11.2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, o, 2 ildir Mingəçevir şəhəri, Samux küçəsində 8 sot ərazidə fəaliyyət göstərən “Şamil MMC” adlı müəssisəsini icarəyə götürüb tullantı metal qırıntıları qəbul edib, şirkətə satmaqla məşğuldur. Belə ki, şəhər ərazisində müxtəlif insanlar və idarələr istifadədən çıxmış tullantı metalları gətirib MMC-yə çəki ilə satır, o da həmin metalları Bakstel kompaniya şirkətinə satıb faizlə gəlir əldə edir. 06.10.2020-ci il tarixdə təxminən saat 12radələrində adı və soyadı ona sonradan məlum olan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs təxminən 800 qram çəkidə diametri müxtəlif ölçüdə olan metal simlərdən ibarət mis təhvil vermişdir. Elbrus ona şəhər ərazisində tullantı metal yığımı ilə məşğul olduğunu, həmin yanmış misləri şəhərin müxtəlif ərazisindən bir neçə vaxta yığıb gətirəciyini bildirmişdir. O, yanmış misləri təqdim edəndə əvəzində ona 20 manat pul vermişdir. Ondan başqa Elbrus ona mis metal kütləsi gətirməmiş, nə də onun ərazisində kabel yandırmamışdır. Cinayət işinin materiallarında olan və İbtidai istintaq zamanı onun adından verildiyi qeyd olunan ifadədəki sözlər onun tərəfindən deyilməmiş, və də həmin ifadəni təsdiq edən imzalar onun tərəfindən icra olunmamışdır. Onunla Təqsirləndirilən şəxs arasında yalnız bir dəfə mis alqı-satqısı olmuşdur. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin İTB-nin sahəsi rəisi vəzifəsində işləyir və Təqsirləndirilən şəxs şəhər sakinidir. Hadisə təxminən 2020-ci ilin yay ayının sonunda baş vermişdir. Belə ki o, telefon və internet kabeli oğurluğu ilə əlaqədar Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 5 saylı binanın zirzəmisində baş verən hadisə yerinə zəng əsasında getmişdir. Hadisə haqqında məlumat naməlum şəxs tərəfindən daxil olmuşdur. Həmin vaxt hadisə yerinə yaşayış binasının sakinləri yığılmışdır. O, gedən zaman təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs binanın zirzəmisində gizlənmişdir. Həmin vaxt o, Elbrusu 5 saylı binanın zirzəmisindən çıxarmış və ŞPŞ-yə təhvil vermişdir. Elbrus binanın zirzəmisində tutulan vaxt kabelləri kəsib kənara yığmışdır. Lakin oğurlanmış kabellərin ölçüsü onun yadında qalmamışdır. Bununla belə o, həmin kabelləri təqsirləndirilən şəxslə birlikdə ŞPŞ-yə təhvil vermişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-də polis nəfəri işləyir. Təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır, onunla heç bir qohumluğu, dostluğu və ədavəti olmamışdır. Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 5 saylı binanın sakinləri zirzəmidən naməlum şəxsin kabelləri çəkib kəsdiyini bildirmişlər. Bu məlumat əsasında o və sahə rəisi 2 dəqiqə ərzində hadisə yerinə, yaşayış binasının qarşısına getmişlər. Belə ki, sahə polis məntəqəsi ilə hadisə baş verən binanın arası 100 metr məsafədə olmasına baxmayaraq, onlar dərhal sakinlərin şikayətinə reaksiya vermişlər. Hadisə karantin dövründə, həm də Vətən müharibəsi ərəfəsində baş vermişdir. Həmin vaxt sakinlər və kənar şəxslər binanın qarşısına yığılmışdır. O, zirzəmiyə daxil olanda, təqsirləndirilən şəxs qaça bilməmişdir. Ona görə də o, təqsirləndirilən şəxsi yaxalamışdır. Təqsirləndirilən şəxsin axtarışda olması barədə xəbərləri olmamışdır. O , Elbrusu binanın zirzəmisində görsə də, onun kabeli kəsdiyini görməmişdir. Ona yalnız sakinlər o barədə məlumat vermişlər ki, kabellərini kəsən şəxs binanın zirzəmisindədir. O, zirzəmidə gizlənmiş sonradan adını bildiyi Elbrus Ağayevi oradan çıxarmış və kəsilmiş kabellərlə birlikdə ŞPŞ-yə təhvil vermişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi şəhər sakini kimi üzdən tanıyır. Kabelləri oğurlanmış binanın yaxınlığında çayxana işlədir. Təxminən noyabr ayının əvvəlləri idi, müharibə hələ davam edən vaxt polislərin kabelləri oğurlayan şəxsi tutduqlarını eşitmişdir. Belə ki, o, evdən işə gələn vaxt həmin binaya çatan zaman binanın sakinlərinin həyətdə toplandığını görmüşdür. Həmin vaxt oraya toplaşan şəxslə polis əməkdaşlarının kabel oğurlayan şəxsi apardıqlarını demişlər. Lakin həmin şəxsin kim olduğu barədə ona heç kim məlumat verilməmişdir. O, həyətə çatanda artıq polislər getmişdir. Ona görə də o, nə polisləri, nə də tutulan şəxsi görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi şəhər sakini kimi üzdən tanıyır. Aztelekomun işçiləri həyətdə kabelləri bərpa etdikləri üçün onlara çay gətirdiyi zaman, işçilər ona deyiblər ki, kabellərin oğrusunu binanın zirzəmisindən tapıb aparıblar. Kim olduğunu onlar da bilməmişlər. Yay aylarında kabeli oğurlayan şəxslər başqaları olmuşdur. Təqsirləndirilən şəxs Elbrusu isə evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar gətirdikləri üçün tanıyır. Bununla yanaşı, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 07.11.2020-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Mingəçevir şəhəri D.Əliyeva küçəsi 2 saylı binanın zirzəmisində müxtəlif ölçülü kəsilmiş telefon kabellərinin üz qabıqları aşkar olundu. Baxışda iştirak edən Mingəçevir telekommunikasiya qovşağında mühəndis işləyən Şahid2 06.10.2020-ci il tarixdə həmin binanın zirzəmisində olan TPP 100x2 ölçüdə 12 metr və TPP50x2 ölçüdə 36 metr telefon kabellərinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmiş, həmçinin baxışda iştirak edən Şahid2 Mingəçevir şəhəri, Nizami küçəsi 6a saylı binanın zirzəmisinə baxış keçirilən zaman 14.10.2020-ci il tarixdə həmin binanın zirzəmisində olan TPP 50x2 ölçüdə 70 metr və TPP 10x2 ölçüdə 50 metr, 19.10.2020-ci tarixdə isə həmin binanın zirzəmisindən yenidən TPP 30x2 ölçüdə 40 metr və TPP50x2 ölçüdə 30 metr telefon kabellərinin naməlum şəxs tərəfindən oğurlandığım bildirdi. Bundan başqa, Şahid2 Mingəçevir şəhəri Vidadi küçəsi 6 saylı binanın zirzəmisinə baxış keçirilən zaman 2020-ci ilin oktyabr ayının 2-dən 3-nə keçən gecə həmin binanın zirzəmisində olan TPP 50x2 ölçüdə 40 metr, TPP30x2 ölçüdə 30 metr, TPP 20x2 ölçüdə 20 metr və TPP 10x2 ölçüdə 40 metr telefon kabellərinin naməlum şəxs tərəfindən oğurlandığım bildirmişdir. Baxışda iştirak edən Şahid2 ümumilikdə 3 binanın zirzəmisindən 4 dəfə ayrı ayrılıqda edilməklə cəmi 368 metr müxtəlif ölçülü telefon kabellərinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmiş və həmin binaların zirzəmilərindən kəsilmiş və yerə düşüb qalmış telefon kabellərinin üz qabıqlarını göstərmişdir. 11.11.2020-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Mingəçevir şəhəri, A.Məmmədov prospekti 5a saylı binanın zirzəmisində müxtəlif ölçülü kəsilmiş telefon kabellərinin üz qabıqları aşkar olunmuşdur. Baxışda iştirak edən Mingəçevir telekommunikasiya qovşağında mühəndis işləyən Şahid2 2020-ci ilin oktyabr ayının 6-dan 7-nə keçən gecə həmin binanın zirzəmisində olan TPP100x2 ölçüdə 50metr, TPP50x2 ölçüdə 50 metr, TPP30x2 ölçüdə 95metr, TPP 200x2 ölçüdə 50 metr, TPP 10x2 ölçüdə cəmi 295 metr telefon kabellərinin naməlum şəxs tərəfindən oğurlandığı bildirmiş və həmin binanın zirzəmisində kəsilmiş və yerə düşüb qalmış telefon kabellərinin üz qabıqlarını göstərmişdir. Cinayət işinin materiallarında olan 14.11.2020-ci il tarixdə ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.10.2020-ci il tarixdə saat 07:30 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 2 saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq 12 metr uzunluğunda TPP100x2 kabelini və 36 metr uzunluğunda TPP50x2 kabelini ,14.10.2020-ci il tarixdə və 19.10.2020-ci il tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə Mingəçevir şəhəri, Nizami küçəsi 6A saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq 100 metr uzunluğunda TPP50x2 kabelini, 30 metr uzunluğunda TPP30x2 kabelini 50 metr uzunluğunda TPP 10x2 kabelini, 03.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq 40 metr uzunluğunda TPP50x2 kabelini, 30 metr uzunluğunda TPP30x2 kabelini, 20 metr uzunluğunda TPP20x2 kabelini və 40 metr uzunluğunda TPP 10x2 kabelini, 07.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 5A saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq 50 metr uzunluğunda TPP 100x2 kabelini, bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 153 manat olan 50 metr uzunluğunda TPP50x2 kabelini, 95 metr uzunluğunda TPP30x2 kabelini 50 metr uzunluğunda TPP20x2 kabelini və 50 metr uzunluğunda TPP 10x2 kabelini gizli olaraq taladığını bildirməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.02.2021-ci il tarixli 9/158 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olunmuş müxtəlif markalı kabellərinin 2020-ci ilin noyabr ayına, qərarın təsviri hissəsində göstərilən və təqdim edilmiş smeta sənədlərində olan məlumatlara əsasən, nəzəri hesablama yolu ilə müəyyən edilmiş köhnəlmiş faizinin nəzərə alaraq respublikadaxili orta satış qiyməti təxminən 1541.62 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə istintaqı zamanı təyin edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə-əmtəəşünaslıq və kimyəvi ekspertizasının 13.07.2021-ci il tarixli 6/2343 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş paket 1-in içərisində olan əsasını diametri təxminən 0.4 mm olan metal simlər təşkil edən, bundan əlavə içərisində diametri təxminən 1.7 mm olan metal məftillərə də rast gəlinən ümumilikdə 0.55 kq kütləli metal kütlə mis əsaslı ərintidən hazırlanmışdır. Paket 2-nin içərisində olan diametri təxminən 0.4 mm olan metal simlərdən ibarət (2 top şəklində) ümumilikdə 2.75 kq kütləli metal kütlə mis əsaslı ərintisən hazırlanmışdır. Hər iki paketdə olan mertal simlər mis əsaslı ərintidən hazırlanmışdır və diametrinə görə uyğunluq təşkil edirlər. Təqdim edilmiş metal kütlələrin soyuducu mühərrikinin dolabında və telefon kabellərinin tərkibində olan mis qalığına aid olub-olmaması və AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ”AZTELEKOM” MMC-nin Mingəçevir telekomunukasiya qovuşağına məxsus TPP 100 x2 , TPP 50x2 , TPP 30x2, TPP 20x2 və TPP 100x2 markalı telefon kabellərinin tərkində olan mis qalığının tərkibi ilə eyni olub-olmaması məsələsinin həlli ekspertin səlahiyyətlərinə aid olmadığındam həmin suallar cavablandırılmamışdır. Məhkəmə istintaqı zamanı təyin edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə-xətşünaslıq ekspetizasının 06.09.2021-ci il tarixli 4/11450 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 62-65 -ci vərəqələrində Şahid1 adından olan 20.12.2021-ci il tarixli şahidi dindirmə prtokolunun 1-ci vərəqinin aşağı hissəsində “İmza” qrafasındakı imza, 2-ci vərəqində “Şahid” qrafasındakı “E.Fizyliyev” yazısı və imza, “İmza” qrafasındakı imza, 3-cü vərəqin aşağı hissəsindəki imza, 4-cü vərəqində “ imza: Şahid1” qrafasındakı imza- Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş 16.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir Şəhər Məhkəməsinin 04.08.2020-ci il tarixli hökmü ilə CM-in 263-1.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə nəqliyyat vasitələrin idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli 1(051)-30/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan 24 fevral 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, cinayət işi üzrə götürülmüş kabellərin mis qalığı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Zərərçəkmiş şəxs Mingəçevir Telekommunikasiya qovşağına 1541.62 manat mbələğində maddi ziyan vurmaqla gizli olaraq təkrar oğurluq edilməsi, sübut olunsa da, lakin həmin ictimai təhlükəli əməlin törədilməsində Təqsirləndirilən şəxs təqsirli olması kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Bu da o qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 06.10.2020-ci il tarixdə saat 07:30 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 2 saylı binanın ümumi istifadədə olan zirzəmisindən,14.10.2020-ci il tarixdə və 19.10.2020-ci il tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə Mingəçevir şəhəri, Nizami küçəsi 6A saylı binanın ümumi istifadədə olan zirzəmisindən, 03.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı binanın ümumi istifadədə olan zirzəmisindən, 07.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 5A saylı binanın ümumi istifadədə olan zirzəmisindən gizli yolla zərərçəkmiş şəxsə 1541,62 manat məbləğində ziyan vurmaqla 226 metr kabel oğurlaması ilə bağlı irəli sürülmüş ittihamı təsdiqləyən kifayət qədər sübutların olmaması və olan sübutların qeyri-mötəbərliyi, başqa sözlə, ibtidai istintaq orqanının iş üzrə toplayaraq təqdim etdiyi sübutlarla təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslılığının təsdiqini tapmaması, istintaq orqanının müəyyən etdiyi halların işin faktiki hallarına uyğun gəlməməsi, onu deməyə əsas verir ki, iş üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxsin təqsirli olmasının sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr vardır. Belə ki, istintaq orqanı irəli sürülmüş ittihamı yalnız təqsirləndirilən şəxsin etirafı ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı məhkəməyədək verdiyi ifadəsindən imtina edərək özünü təqsirli bilməmişdir. İşdə olan digər sübutlar isə təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün yetərli olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq təkrar talama kimi müəyyən etmişdir. Talama isə özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd yolla və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirmədir. Bu cinayətin obyektiv cəhətini təşkil edən götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əmələ cinayət-hüquqi qiymət verilməsi üçün böyük əhəmiyyət kəsb edir. Cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Oğurluq cinayəti maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti olan ictimai təhlükəli nəticənin, yəni əmlakın mülkiyyətçisinə real maddi zərərin vurulmasının mövcud olmasıdır. Oğurluq cinayəti fəal hərəkətlə törədildiyindən, təqsirkarın hərəkəti ilə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan arasında səbəbli əlaqə olmalıdır. Eləcə də oğurluq cinayətinin başa çatması üçün şəxs talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etməlidir. Göründüyü kimi oğurluq cinayətinin törədilməsində şəxsin təqsirli olmasını şərtləndirən hallar ondan ibarətdir ki, şəxs özgənin əmlakını qanunsuz və əvəzssiz olaraq götürdüyünü, özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk etməli, həmçinin əmlakın mülkiyyətçisinə və ya başqa sahibinə real maddi ziyan vuracağını qabaqcadan görməli və belə nəticənin baş verməsini arzu etməlidir. Bu əlamətlər məcmu halında mövcud olduqda, şəxs oğurluq cinayətinin törədilməsində təqsirli sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət– prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3–cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə ki, istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yalnız təqsirləndirilən şəxsin etirafı və Şahid1 ifadəsi ilə əsaslandırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərilənləri qəbul etməyərək, istinad olunan ifadənin onun sözləri ilə yazılmadığını və imzaların da onun tərəfindən icra olunmadığını bildirərək, həmin ifadədən imtina etdi. Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində təsirləndirilən şəxsin yalnız bir dəfə 06.11.2020-ci il tarixdə ona 800 qram mis qalığı satdığını bildirdi. Polis əməkdaşları tərəfindən maddi sübut kimi onun istifadəsində olan metal toplama məntəqəsindən götürülmüş mis qalıqları isə Təqsirləndirilən şəxs tərəfindən verilməmişdir. O, polis əməkdaşlarının xahişi ilə topladığı mis qalıqlarından təxminən 2-3 kq həcmində mis qalığı vermişdir. Keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyində isə ibtidai istintaq zamanı alınmış və cinayət işinin materiallarına əlavə edilmiş, həlledici sübut olan Şahid1 ifadəsindəki imzaların onun tərəfindən icra olunmadığı öz təsdiqini tapmışdır. Belə olan halda maddi sübut kimi götürülmüş mis qalığının təqsirləndirilən şəxs tərəfindən təhvil verilməsi də inandırıcı görünmür. Belə ki, maddi sübut kimi götürülmüş mis qalığının çəkisi 2.75 kq. və 0.55 kq. təşkil edir, lakin Şahid1 isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsin cəmi bir dəfə ona 0.8 kq. mis qalığı təhvil verdiyini, əvəzində isə onun təqsirləndirilən şəxsə 20 manat pul ödədiyini bildirmişdir. Görünüdüyü kimi maddi sübutun çəkisi də işdə olan digər sübutlarla təsdiq edilmir. Bu isə sübutun mötəbərliyi barədə aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaradır. Bundan başqa, təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyində də maddi sübut kimi götürülmüş mis qalıqları ilə cinayətin predmeti olan kabellərin tərkiblərinin eyni olmasını müəyyən etmək mümkün olmamış, həmçinin məhkəmə istintaqında dindirilmiş şahidlərin əksəriyyəti də öz ifadələrində oğurluq faktını təsdiq etsələr də, həmin kabellərin məhz Təqsirləndirilən şəxs Məhəmməd oğlu tərəfindən oğulandığını və yaxud binanın zirzəmisində onun həmin kabelləri kəsdiyini görmədiklərini bildirmişlər. Göründüyü kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsin təqsirliyini təsdiq etməmişdir. Bununla yanaşı, məhkəmə ittiham tərəfindən əlavə şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyən X4 və Mingəçevir ŞPŞ-nin polis nəfəri X10 ifadələri də ittihamın qanuni həll edilməsi üçün digər sübutlarla birlikdə qiymətləndirərək qeyd edir ki, həmin şahidlər öz ifadələrində Elbrus Ağayevi binanın zirzəmidə gizlənməsini, onu zirzəmidən çıxardıqlarını və həmin vaxt yanında kəsilmiş kabellər olduğunu gördüklərini və təqsirləndirilən şəxslə birlikdə həmin kabelləri ŞPŞ-yə təhvil verdiklərini bildirmişlər.Lakin həmin şahidlərin ifadələri işdə olan sübutlarla və digər şahidlərin ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında mis qalıqları maddi sübut kimi Şahid1 icarə əsasında işlətdiyi metal qırıntıları qəbulu məntəqəsindən götürülmüşdür. Lakin hadisə yerindən kabel kəsiklərinin maddi sübut kimi götürülməsi ilə bağlı cinayət işinin materiallarında heç bir rəsmi sənəd və ya məlumat yoxdur. Göründüyü kimi şahid ifadələrində qeyd olunan hallar cinayət işinin materialları ilə ziddiyyət təşkil edir. Bu da onu deməyə əsas verir ki, əlavə şahid ifadələrində istinad olunan məlumatlar cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və məhkəmənin müəyyən etdiyi hallara uyğun olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün yetərli deyildir. Məhkəmə, həmçinin nəzərə alır ki, həmin şahid ifadələri işdə olan digər sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində yaranan şübhələrin aradan qaldırılması üçün kifayət etməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cinayətin törədilməsinə təqsirli olası sübut olunmur. Ona görə də hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində bu əsaslardan hər hansı biri üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıaxrılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 58-ci bədində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.1-ci maddəsinə əsaən bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə, həmçinin qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən, həmin əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləlilklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar onun təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etmədiyindən, təqsirliliyi sübuta yetirilməməsi əsası ilə o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, bəraət hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dərhal ləğv edilməsi, məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə, görülmüş tədbirlərin ləğv edilməsi, habelə cinayətprosessual qanunda müəyyən edilən digər məsələlər öz əksini tapmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 74-cü bədində göstərilmişdir ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarıldığından, zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanmalıdır. İş üzrə maddi sübut olan 11.11.2020-ci il tarixdə Şahid1 Sahib oğlundan götürülmüş kabellərin mis qalığı araşdırma sona çatanadək Mingəçevir ŞPŞ-nin saxlancında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materialları Mingəçevir şəhər prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 226 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda Cinayət Prosessual Məcəlləsinin 353.5.2-ci naddəsinin tələbləri baxımından, məhkəmə nəzərə alır ki, Ağayev X2 Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən 1 il 6 ay müddətə nəqliyyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və hazırkı cinayət işinin istintaqı aparılan vaxt həbsdə olduğundan, onun barəsində qətimkan tədbiri seçilməmişdir. Mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görülməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM E T D İ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin . Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, lakin 06.10.2020-ci il tarixdə saat 07:30 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 2 saylı binanın ümumi istifadədə olan zirzəmisindən 1 metrinin dəyəri 5 manat 63 qəpik olmaqla ümumi dəyəri 67 manat 56 qəpik olan 12 metr uzunluğunda TPP 100x2 kabelini və bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 110 manat 16 qəpik olan 36 metr uzunluğunda TPP50x2 kabelin, 14.10.2020-ci il və 19.10.2020-ci il tarixlərdə Mingəçevir şəhəri, Nizami küçəsi 6A saylı binanın ümumi istifadədə olan zirzəmisindən bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 306 manat olan 100 metr uzunluğunda TPP50x2 kabelin, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 52 manat 8 qəpik olan 30 metr uzunluğunda TPP30x2 kabelin və bir metrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 48 manat olan 50 metr uzunluğunda TPP 10x2 kabelin, 03.11,2020-ci il tarixdə Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı binanın ümumi istifadədə olan zirzəmisindən bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 122 manat 40 qəpik olan 40 metr uzunluğunda TPP50x2 kabelin, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 52 manat 8 qəpik olan 30 metr uzunluğunda TPP30x2 kabelin, bir metrinin dəyəri 1 manat 34 qəpik olmaqla ümumi dəyəri 26 manat 8 qəpik olan 20 metr uzunluğunda TPP20x2 kabelinin və bir metrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 38 manat 40 qəpik olan 40 metr uzunluğunda TPP 10x2 kabelin, 07.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 5A saylı binanın ümumi istifadədə olan zirzəmisindən 1 metrinin dəyəri 5 manat 63 qəpik olmaqla ümumi dəyəri 281 manat 50 qəpik olan 50 metr uzunluğunda TPP 100x2 kabelin, bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 153 manat olan 50 metr uzunluğunda TPP50x2 kabelin, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 167 manat 20 qəpik olan 95 metr uzunluğunda TPP30x2 kabelin, bir metrinin dəyəri 1 manat 34 qəpik olmaqla ümumi dəyəri 67 manat olan 50 metr uzunluğunda TPP20x2 kabelin və bir metrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 48 manat olan 50 metr uzunluğunda TPP 10x2 kabeli gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-yə 1541 manat 62 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq edən şəxsin müəyyən edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut olan 11.11.2020-ci il tarixdə Şahid1 Sahib oğlundan götürülmüş kabellərin mis qalığı araşdırma sona çatanadək Mingəçevir ŞPŞ-nin saxlancında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 226 (iki yüz iyirmi altı) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Mülki iddia baxılmamış saxlansın. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 (doxsan ) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-3/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-3/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver