Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-3/2023 05.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Mingəçevir şəhər, Konsensus vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi–Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1974-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə xx.xx.1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–nin 178.2.1–ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 Zaqatala rayonunda yerləşən fındıq zavodundan fındıq almaqda köməklik edəcəyini yalandan vəd verib, onu aldadaraq 2021ci ilin aprel ayında Zaqatala rayonu ərazisində yerləşən çayxanada 3500 (üç min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid5 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən X6 "xxxx" MMC-nin əməkdaşları Şahid1 və Zərərçəkmiş şəxs1 istifadəsində olan, lakin heç bir şəxsin adına qeydiyyatdan keçməyən ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edib, özünü onlara «Ramin» kimi təqdim edərək, "xxxx" MMC-dən 9.500 manat dəyərində «Addinol» markalı avtomobil üçün nəzərdə tutulmuş mühərrik yağlarını şifariş etmək istədiyini, həmin yağları xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində qəbul edəcəyini bildirmiş, bundan sonra o, Elşən Nəbiyev və Şahid5 həmin tarixdə sonuncunun idarə etdiyi « Nexia Ravon » markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşmüş və yol boyu onlar istifadələrində olan, lakin heç kimin adına qeydiyyatdan keçməyən ***-***-**-** saylı mobil nömrədən Şahid1 və Zərərçəkmiş şəxs1 zəng edərək, habelə o, həqiqi adının Təqsirləndirilən şəxs1 olduğunu onlardan gizlədərək və özünü hər ikisinə «Rüstəm» kimi təqdim edib, mühərrik yağlarını Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində yerləşən, «Sevgi» şadlıq sarayının qarşısında təhvil götürəcəyini dedikdən sonra, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində yerləşən «Sevgi» şadlıq sarayının qarşısında cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid2 idarə etdiyi «Ford Transit» markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib, orada Şahid1 və Zərərçəkmiş şəxs1 gətirdikləri ümumi dəyəri 9.500 manat olan «Addinol» markalı mühərrik yağlarından 1 ədədinin qiyməti 65 manat olmaqla 45 ədədinin qiyməti 2925 manat olan 5 litr həcmində 0530-C3DX Premium “Addinol”, 1 ədədinin qiyməti 48 manat olmaqla 36 ədədinin qiyməti 1728 manat olan 4 litr həcmində SUPER LİGHT MV 0546 - 5w40 “Addinol” markalı, 1 ədədinin qiyməti 39 manat olmaqla 18 ədədinin qiyməti 702 manat olan 5 litr həcmində SEMİ SYNTH MV 10w40 “Addinol” markalı mühərrik yağları olmaqla ümumi dəyəri 5355 (beş min üç yüz əlli beş manat) manat məbləğdə olan hissəsini Şahid2 idarə etdiyi «Ford Transit» markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib, həmin yağların qalan hissəsinin Bərdə rayonunda onlardan təhvil götürüləcəyini və ödənişin də tam olaraq Bərdə rayonunda ediləcəyini Şahid1 və Zərərçəkmiş şəxs1 vəd verib, onların yanından uzaqlaşdıqdan sonra o və Elşən Nəbiyev istifadələrində olan mobil nömrələri deaktiv edib, mühərrik yağlarının qalan hissəsini Bərdə rayonunda təhvil götürmədən, habelə Mingəçevir şəhərində etibarlarından sui-istifadə edib və aldatma yolu ilə aldığı 1 ədədinin qiyməti 65 manat olmaqla 45 ədədinin qiyməti 2925 manat olan 5 litr həcmində 0530-C3DX Premium “Addinol”, 1 ədədinin qiyməti 48 manat olmaqla 36 ədədinin qiyməti 1728 manat olan 4 litr həcmində SUPER LİGHT MV 0546 - 5w40 “Addinol” markalı, 1 ədədinin qiyməti 39 manat olmaqla 18 ədədinin qiyməti 702 manat olan 5 litr həcmində SEMİ SYNTH MV 10w40 “Addinol” markalı olmaqla ümumilikdə 5355 (beş min üç yüz əlli beş) manat məbləğdə mühərrik yağlarını ələ keçirərək, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 Zaqatala rayonunda yerləşən fındıq zavodundan fındıq almaqda köməklik edəcəyini yalandan vəd verib, onu aldadaraq 2021ci ilin aprel ayında Zaqatala rayonu ərazisində yerləşən çayxanada 3500 (üç min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Şahid5 təxminən 2 ildir ki, tanıyır. Belə ki, o, Bakı şəhərində 3-cü mikrorayon ərazisində «Papanin körpüsü» adlanan ərazidə yerləşən qul bazarı kimi tanınan yerdə gündəlik işləri görmək müqabilində günəmuzdçu kimi işləmişdir. Həmin vaxtlarda o, gündəlik evlərdə qalan zaman Sadiq adlı Şəki rayonundan olan həmyerlisi ilə tanış olmuşdur. Həmin Sadiqlə münasibəti yarandıqdan sonra Sadiq onu Vəfa adlı dostu ilə tanış etmişdir. Vəfa ilə bir müddət münasibəti yaranmış və söhbətlərin birində o, Vəfaya uzun müddətdir ki, Rusiya Federasiyası ərazisində kababçı kimi işləməsindən bəhs etmişdir. Həmin ərəfədə havalar getdikcə soyuduğundan Vəfa dostu Elşən adlı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində kafedə kababçı kimi işləməsini təklif etmişdir. O da Vəfa ilə razılaşmış və təxminən 5-6 ay həmin kafedə işləmişdir. Bu müddət ərzində bir neçə dəfə aralarında anlaşmazlıq olduğundan işdən ayrılmış, sonra isə yenidən Elşən və Vəfa ilə birlikdə işləməyə başlamışdır. Zərərçəkmiş şəxs2 təxminən 2021-ci ilin yaz aylarından tanımağa başlamışdır. Belə ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində Elşən adlı şəxsin kafesində kababçı kimi çalışan zamandan tanımışdır. Belə ki, o, orada işləyən vaxtdan onların arasında normal münasibət olmuşdur. Elşənin kafesində işləyən zaman Zərərçəkmiş şəxs2 yaxşı imkanının olmasını bilmişdir, ona görə də dələduzluq yolu ilə Elmirin pulunu ələ keçirmək istəmişdir. Bu məqsədlə tanışı Şahid5 Elmirin pulunu necə ələ keçirə biləcəyini soruşmuşdur. Vəfa Elmirgilin şirniyyat sexinin olduğunu və bundan istifadə edib, ondan pul ala biləcəklərini demişdir. Vəfa əvvəlcə bir neçə fikirlər səsləndirsə də, sonradan Elmirə fındıq satmaq adı ilə pul almalarını demişdir. Bundan sonra o, Elmir kafede olan zaman şirniyyat sexində işlətmək üçün fındıq sata biləcəyini, Zaqatala rayonunda fındıq zavodunda işləyən tanışının nə qədər lazım olsa nisyə fındıq təşkil edə biləcəyini demişdir. Sonra Elmir fındığın hansı kalibrda olduğunu soruşmuş, o isə bu haqda məlumatı olmadığından Vəfadan bu barədə soruşmuşdur. Vəfa isə fındığın kalibrları, yəni ölçüləri olduğunu, həmin ölçülərə görə fındığın qiymətlərinin dəyişdiyini və hər kalibrə görə qiymətlərlə maraqlanmasını demişdir. O da Bakı şəhərində Əhmədli metrostansiyasının yaxınlığında yaşayan həmyerlisi, Cavid adlı tanışına zəng edərək özünə almaq üçün fındıq lazım olduğunu və fındığın kalibrlərinin qiymətini maraqlanmasını ondan xahiş etmişdir. Cavid də onların qiymətini öyrənərək ona demişdir. O da qiymətlər barədə Elmirə dedikdən sonra Elmir ondan nümunə istəmişdir. Fındığın nümunəsini Vəfa ilə birlikdə Biləcəri qəsəbəsinin ərazisindən mağazadan alaraq Elmirə vermişlər. Təxminən 1 həftə sonra Elmirlə birlikdə Zaqatalaya getmiş, Zaqatalada onları Cavid qarşılamışdır. Çayxanada o, Elmirdən 3.500 manat pul alaraq 18.000 manatlıq fındıq alıb, qalan pulu da işlədikcə qaytaracağını demişdir. Bundan sonra Elmir ona 3.500 manat pul vermişdir. O, pulu götürdükdən sonra Vəfaya zəng edib nə etməli olduğunu soruşmuş, Vəfa isə pulu götürüb aradan çıxmasını, Qax yolu ilə deyil, dördyolla Şəkiyə getməsini məsləhət bilmişdir. O da Cavidlə Şəki şəhərinə getmiş, Şəkidə isə Caviddən ayrılmışlar. Sonra Vəfaya zəng edərək Elmirdən pulu aldığını demiş, Vəfa isə ona 300 manat pul göndərməsini demiş, o da Vəfanın qızının bankomat kart hesabına 300 manat pul göndərmişdir. O da pulu Vəfaya göndərdikdən sonra pulun 400 manatını «Topaz»da uduzmuşdur. Sonra Elşənin kafesinə getmiş və həmin vaxt cibində 1600 manat pul qalmışdır. Oradan Rusiya Federasiyasına getmək istədiyini demişdir. Sonra aldığı puldan Elşənə 100 ABŞ dolları pul vermişdir. Qalan pulu isə yeyib içməyə və şəxsi məsrəflərinə xərcləmiş, həmin puldan Cavidə hər hansı məbləğdə pul verməmişdir. Bundan başqa, 2021-ci ilin yaz aylarında işlədikləri kafedə iş çox zəif olmuşdur. Bir gün Vəfa və Ramin kafedə əyləşib söhbət edən zaman avtomobil yağlarının alqı-satqısı ilə məşğul olduqlarını və onun da zirək adam olduğundan onlara kömək etməsini istəmişlər. Belə ki, Vəfa və Ramin avtomobil yağı şirkətlərinin dostlarına müəyyən məbləğdə pul borclu olduqlarını və həmin borcun əvəzində həmin şəxslərin onlara avtomobil yağları verdiklərini, buna görə də onlara fəhlə kimi kömək etməsini istəmişlər. Bunun müqabilində isə hər dəfəsində ona 250-300 manat pul verəcəklərini bildirmişlər. O da həmin təkliflə razılaşmışdır. Bundan sonra təxminən 2021-ci ilin may ayında Vəfa istifadə etdiyi mobil telefonla ona zəng edərək 1-2 günə onu götürəcəklərini demişlər. 20 may 2021-ci il tarixdə Vəfa idarə etdiyi «Daiwoo» markalı, **-PU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığından götürmüşlər. Həmin vaxt avtomobilin ön oturacağında Ramin oturmuşdur. Ramin adlı şəxsi də bir neçə dəfə Vəfanın yanında görmüş, Raminin nə işlə məşğul olması, harada yaşaması haqqında məlumatı yoxdur. Onlar birlikdə Mingəçevir şəhərinə saat 08-09 radələrində çatmışlar. Onlar yolda olan müddətdə "xxxx" şirkətinin nümayəndləri ilə Ramin danışmış, bəzi hallarda isə Vəfa da onlarla danışmışdır. Ramin həmin şirkətin işçilərinə avtomobil yağlarını Mingəçevir şəhərində yerləşən «Sevgi» şadlıq sarayının qarşısına gətirmələrini və işçisinin, yəni onun həmin yağları götürəcəyini demişlər. Lakin nə qədər avtomobil yağlarını götürəcəyini bilməmişdir. Çünki şirkətin nümayəndələri ilə Ramin əlaqə yaratmışdır. Onlar aralarında razılaşdıqdan sonra ona yük avtomobili və həmin yağların avtomobilə yüklənməsi üçün fəhlə danışmasını tapşırmışlar. Həmçinin Ramin və Vəfa ilə gələn zaman mühərrik yağlarını yolda Yevlax rayonu, Əkşəm kəndinin yaxınlığında yerləşən “Sedmoy” adlanan yerə boşaldacaqları barədə qabaqcadan danışmışlar. Vəfa və Ramin onu yük avtomobili tapmaq üçün Mingəçevir şəhərində «Heydər» məscidinin yaxınlığında yük avtomobillərinin saxlanıldığı yerdə düşürmüşlər. Həmin vaxt o, Vəfa və Ramindən haraya getdiklərini soruşduqda, sonuncular ona Bərdə rayonuna getdiklərini, ona isə mühərrik üçün nəzərdə tutulmuş yağları yük avtomobilinə yükləyib razılaşdıqları yerə gətirib, orada boşaltmalarını, qalan yağı isə özlərinin Bərdə rayonundan alıb, orada müştəriləri paylayacaqlarını ona demişlər. Vəfagil onu düşürən zaman, həmçinin telefonunun batareyası tükəndiyindən ona 1 ədəd mobil telefon, yük avtomobilinə və fəhləyə vermək üçün isə 25 manat məbləğdə pul vermişlər. O, avtomobil yağlarının Mingəçevir şəhərində «Sevgi» şadlıq sarayının qarşısından yükləyib Yevlax rayonu, Əkşəm kəndinin yaxınlığına boşaltmağa görə 25 manat müqabilində razılaşmışdır. Sonra o, «Sevgi» şadlıq sarayının qarşısına çatdıqda, artıq yağ şirkətinin nümayəndələrinin orada olduğunu görmüşdür. Həmin şəxslərdən biri hündür, sağlam bədən quruluşlu olmuş, digər şəxsin xarici görünüşünü isə xatırlamır. Həmin şəxslərin yanına gəlməmişdən öncə yük avtomobilinin nömrəsini Raminə vermiş, Ramin də həmin yağ şirkətinin nümayəndələrinə onun gəldiyi yük avtomobilinin nömrəsini vermişdir. Oraya çatdıqda həmin şəxslərə Raminin sifariş etdiyi yağı götürən şəxs olduğunu demişdir. Həmin şəxslər Raminlə telefonda danışdıqdan sonra mühərrik yağlarını şirkətin nümayəndələrinin gəldiyi avtomobildən onun tapdığını yük avtomobilinə yükləməyə başlamışlar. Həmin avtomobil yağlarını gətirdiyi yük avtomobilinə yüklədikdən sonra Yevlax rayonu, Əkşəm kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Həmin şirkətin işçiləri isə əks istiqamətdə, yəni Yevlax rayonu, Aran qəsəbəsi istiqamətində hərəkət etmişlər. O isə mühərriki yüklədiyi yük avtomobil ilə Yevlax rayonu, Əkşəm kəndinin yaxınlığında «Sedmoy» adlanan əraziyə çatmış, orada avtomobili saxlatdırmış və mühərrik yağlarını boşaltmağa başlamışdır. Bundan sonra Vəfaya zəng etmiş, bir müddət keçmiş Vəfa ilə Ramin Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində gəlib 4-5 qutu avtomobil yağlarını öz avtomobillərinə yükləyib, Mingəçevir şəhəri «Qələbə Meydanının» yaxınlığına gedib-qayıdacaqlarını, qalan yağı isə Bakı şəhərinə göndərmək üçün avtomobil çağırmasını ondan istəmişlər. Bundan sonra o, Mingəçevir şəhərində taksi sürücüsü kimi tanıdığı Azər adlı şəxsə zəng edərək Yevlax rayonu, Əkşəm kəndində «Sedmoy» adlanan ərazidə olduğunu və onda olan avtomobil yağlarını Bakı şəhərinə aparmaq üçün taksi lazım olduğunu demişdir. Azər isə tanışını göndərəcəyini demiş və təxminən 15 dəqiqə sonra Azərin Eldar adlı tanışı «Ford» markalı avtomobil ilə oraya gəlmişdir. O, Eldarla birlikdə təxminən 20-25 qutu avtomobil yağlarını sonuncunun avtomobilinə yüklədikdən sonra Vəfaya zəng edib yağları avtomobilə yüklədiyini bildirmişdir. Cavabında Vəfa avtomobili yola salmağı və Eldarı Bakı şəhəri, Hökməli dairəsində qarşılayacaqlarını deyib onları «Sedmoy» adlanan ərazidə gözləməsini istəmişdir. Vəfa və Ramin gəldikdən sonra onlar birlikdə Bakı şəhərinə yola düşmüşlər. Onlar Xocahəsən qəsəbəsində yerləşən Vəfanın kirayə yaşadığı evinə getmiş, həmin vaxt Mingəçevir şəhərindən götürdükləri «Addinol» yağları Vəfanın evində olmuşdur. Həmin vaxt o, Vəfadan ona iş müqabilində verməli olduğu pulunu tələb etdikdə Ramin ona 30 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə Vəfaya zəng edib ona verməli olduqları pulunu tələb etmiş, Vəfa və Ramin ona Bakı şəhərində «Tərlan» şadlıq sarayının qarşısında bir dəfə 100 manat məbləğdə pul vermiş, 3-4 gün sonra isə əlavə olaraq 50 manat pul vermişlər. Bundan sonra Vəfa ilə bir neçə dəfə görüşmüş, sonra isə Vəfa ilə əlaqə saxlamamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi «Ramin» kimi təqdim etdiyi şəxsin tanışı Abşeron rayonu, Masazır qəsəbəsində kafe işlədən, Şəki rayonunda qeydiyyatda olan X6 olduğunu bildirmişdir. Həmin hadisədə o yalnız fəhlə kimi iştirak etmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərlə razılıq əldə edərək barışmış, onlara vurduğu ziyanı tamamilə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. Adəmə uşaq vaxtlarından «Amil» deyərək müraciət etmişlər. Əvvəllər Şəki rayonu, Böyük Dəhnə kəndində yaşasa da, 2010-cu ildən hazırkı vaxta qədər Mingəçevir şəhərində yaşayır. 2021-ci ilin mart-aprel aylarında Mingəçevir şəhərində olan zaman Adəm ona zəng edərək tanışının olduğunu və tanışı ilə birlikdə fındıq alveri ilə məşğul olmaq istədiklərini, buna görə də fındıq almaq üçün adam tapmasını xahiş etmişdir. O da internet vasitəsilə fındıqların qiymətləri, ölçülərinə baxmış, Zaqatala rayonunda uyğun qiymətə fındıq olması haqqında Adəmə məlumat vermişdir. Adəm isə onunla əlaqə saxlayacağını demişdir. Təxminən 15 gün sonra Adəm ona zəng edərək ondan Zaqata rayonuna getməsini xahiş edib, fındıq alveri ilə məşğul olmaq istəyən şəxslə birlikdə Bakı şəhərindən Zaqatala rayonuna gəldiklərini demişdir. Təxminən saat 13-14 radələrində Zaqatala dairəsində «Bayraq» meydanının yanı adlandırılan ərazidə görüşmüşlər. Həmin vaxt Adəmin yanında bir nəfər tanımadığı şəxs olmuş və onlar birlikdə yaxınlıqda olan çayxanada oturmuşlar. Həmin vaxt o, orada oturan zaman fındıqların ölçüləri (kalibri) və qiymətləri barədə məlumat vermişdir. Belə ki, onun dediyi fındığın kiloqramı 9-10 manat arasında dəyişmişdir. Lakin o, fındığın alışı ilə bağlı hər hansı fındıq satışını həyata keçirən şəxslə danışıqlar aparmamışdır. Orada fındığın bir hissəsinin pulunu həmin vaxt, qalan hissəsini isə hissə-hissə verə biləcəklərini izah etmişdir. Həmçinin qabaqcadan Adəmə zavoddan fındıq alanda qiymətin üzərinə 5-10 qəpik də özünün qoyacağını və oradan da qalan xeyrin ona çatacağ ını demişdir. Adəmin yanında olan şəxs hər biri 100 manatlıq əskinazlar olmaqla xatırladığı qədəri ilə 3000-3500 manat pulu Adəmə vermişdir. O, Adəmlə birlikdə çayxanadan çıxmış və fındıq almaq üçün getməli olmuşlar. Bir qədər oradan aralaşdıqdan sonra Adəm mobil telefonla danışmış, daha sonra işinin düzəldiyini və çıxıb gedəcəyini demişdir. Adəmdən həmin şəxsdən aldığı pulu ona qaytarmasını istəmiş, Adəm isə pulu qaytaracağını deyərək taksiyə əyləşib çıxıb getmişdir. Həmin vaxt Adəm ona heç bir məbləğdə pul verməmişdir. Sonra o, Adəmlə əlaqə saxlamış, Adəm Şəkidə olduğunu və bu səbəbdən də oraya gəlməsini xahiş etmişdir. O Adəmin yanına Şəki şəhərinə getmişdir. Adəmlə görüşmüş, yemək yeyib sonra birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərində olan zaman Adəmin qızı zəng edərək polis əməkdaşlarının evlərinə gəldiyini, kimdən pul alıbsa aparıb qaytarmasını və evə verdiyi 200 manat pulu da gəlib götürməsini demişdir. Getməzdən əvvəl Adəmə pulu qaytarmasını demiş, Adəm aldığı pulu Bakı şəhərində həmin şəxsə qaytaracağına söz vermişdir. Bundan sonra o, Adəmlə əlaqə yaradaraq pulu qaytarıb-qaytarmadığını soruşmuş, Adəm isə pulu qaytardığını demişdir. Bundan sonra isə həmin məsələ haqqında məlumatı olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 pul verdikdən sonra Adəm həmin pulu götürüb getmiş və ona hər hansı məbləğdə pul verməmişdir. Həmçinin zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs1 “Amil buxalteriyaya biraz hörmət edin sizə 25-30 min manat məbləğində fındıq verə bilər, 5-6 ay ərzində pulu verə bilərsiniz, Zaqatala yoxsa Qəbələ fındığı almaq istəyirsiniz bizdə hər ikisindən var” deməsi ilə bağlı səs yazısının həqiqətən ona aid olmasını, lakin fındığın qiymətləri ilə bağlı heç kimlə danışmasa da, fındıq alanda pulun bir qismini verdikdən sonra, bir qismini sonradan verməyin mümkün olması və fındıqların qiymətləri haqqında da internetdən məlumat almışdır. Səs yazısında qeyd olunan Təqsirləndirilən şəxs1 işin hazır olduğunu, nə zaman gələcəklərini, həmçinin fındığın alqı satqısı üçün onlara nümunə göndərməsi ilə bağlı olaraq qeyd etmişdir ki, Zaqatalada bazardan 1,5-2 kiloqram çəkidə 2 növ fındıq alaraq baxması üçün Bakıya Adəmə göndərmiş, fındıqların qiymətinin 9-10 manat arasında dəyişdiyini, Adəmin həmin fındıqları götürdükdən sonra hər iki növün yaxşı olduğunu, ona xəbər edəcəyini dediyini bildirmişdir. Zərəçəkmiş şəxsin ifadəsində Təqsirləndirilən şəxs1 onu fındıq zavodunun işçisi kimi təqdim etməsi və buna görə də Adəmə inandığını bildirməsi ilə bağlı olaraq qeyd edir ki, o, özünü heç kimə fındıq zavodunun işçisi kimi tədqim etməmiş və Adəmin onu bu şəkildə təqdim etməyindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 pul aldıqdan sonra taksiyə əyləşərək getməsi barədə fındığın alınması ilə bağlı çayxanada xəbər gözləyən Zərərçəkmiş şəxs2 xəbər verməməsi ilə əlaqədar göstərmişdir ki, o, Adəm getdikdən sonra zəng edərək gəlib pulu sahibinə qaytarmasını istəmiş, Adəm gələcəyini həmin yerdə gözləməsini demiş, o da Elmirin mobil telefon nömrəsi olmadığından bu haqda Elmirə məlumat verə bilməmiş, sonra Adəm ona Şəkiyə gəlməsini oradan Bakıya gedəndə pulu Elmirə qaytaracağını demişdir. Həmçinin o, fındıq almaqla bağlı danışıqlar gedən zaman birbaşa Zərərçəkmiş şəxs2la əlaqə yaratmamış, Elmiri 1 dəfə Zaqatalada görmüş, 1 dəfə də ona zəng edərək pulunu qaytarmasını istəmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, "xxxx" MMC şirkətində çilingər vəzifəsində çalışır. Onun çalışdığı şirkət avtomobil yağlarının, avtomobil ehtiyat hissələrinin satışı və avtomobillər üçün təmir xidmətləri ilə məşğuldur. Onun orada əsas vəzifəsi Azərbaycan Respublikasının müxtəlif yerlərindən şirkətə gələn sifarişləri ünvanına çatdırmaqdır. Belə ki, əvvəlcə sifarişi verən fiziki və ya hüquqi şəxslər şirkətlə əlaqə yaradır, daha sonra isə şirkət həmin şəxsləri onunla əlaqələndirir və o, sifarişləri razılaşdırdıqdan sonra lazımı ünvanlara çatdırır. Təxminən xx.xx.2021-ci il tarixdə özünü Bərdə sakini kimi təqdim etmiş Ramin adlı şəxs ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Ramin Bərdə şəhərində topdan avtomobil üçün nəzərdə tutulmuş mühərrik yağlarının alqı-satqısı ilə məşğul olduğunu və Bərdə şəhərində H.Əliyev parkının yaxınlığında ofisinin olduğunu bildirmişdir. Ramin ondan avtomobil yağlarının qiymətlərini soruşmuş, o da hər birinin qiyməti haqqında məlumat vermişdir. Yekunda isə Ramin adlı şəxs 9500 (doqquz min beş yüz) manat dəyərində 4 və 5 litrlik tutumları olan “Addinol” markalı avtomobil yağlarının sifarişini vermişdir. Razılaşmaya əsasən, o, həmin yağın bir hissəsini Mingəçevir şəhərinə, yerdə qalan hissəsini isə Bərdə şəhərinə aparmalıymış və ödənişi də Bərdə şhərində qəbul etməli olmuşdur. Özünü Ramin kimi tanıdan şəxs “şəki ləhcəsi” ilə danışmışdır. xx.xx.2021-ci il tarixdə o, Şahid1 idarə etdiyi “Ford Transit” markalı, **-JB-*** dövlət nömrə nişanlı avtomobillə əvvəlcə Bərdə şəhərinə getmişlər ki, həm pullarını götürsünlər həm də yağların yarısını əvvəlcə oraya təhvil verib, yerdə qalanını isə Mingəçevir şəhərinə təhvil versinlər. Lakin Ramin adlı şəxs əvvəlcə Mingəçevirə şəhərinə gedib, sonra Bərdəyə gəlmələrini xahiş etmişdir. Söhbət əsnasında Ramin Mingəçevir şəhərində onları Rüstəm adlı şəxsin gözləcəyini demiş və Rüstəmin ***-***-**-** mobil nömrəsini ona vermişdir. Lakin, həmin vaxt Rüstəmə zəng etsələr də, ona zəng çatmamışdır. Sonra isə Ramin ona “Sevgi” şadlıq sarayının yanında Rüstəmi gözləmələrini xahiş etmişdir. Onlar da həmin yerdə Rüstəm adlı şəxsi gözləmiş, təxminən 30-40 dəqiqə ərzində gözlədikdən sonra, onlar şəhər istiqamətindən “Ford Transit” markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobildə 3 nəfərin olduğunu görmüşdür. Onlardan biri sürücü, digəri yükləri daşıyan fəhlələr olmuşdur. Digər şəxs isə özünü Rüstəm kimi təqdim edən şəxs olmuşdur. Həmin şəxsin boyu təxminən 1.70 sm, arıq, başında dimdikli papaq, əynində geniş tünd qəhvəyi rəngli şalvar, üç düyməli, tünd rəngli qolu qısa kofta, ayağında deşikli tünd ayaqqabı olmuşdur. Həmin şəxs yağların bir qismini gəldikləri avtomobilə yükləməli olduğunu demiş və sürücü ona siyahı gətirib vermişdir. Bundan sonra 45 ədəd 5 litr həcmində 0530-C3DX Premium “Addinol” markalı, 36 ədəd 4 litr həcmində SUPER LİGHT MV 0546 - 5w40 “Addinol” markalı, 18 ədəd 5 litr həcmində SEMİ SYNTH MV 10w40 “Addinol” markalı avtomobil yağları olmaqla 5355 manat dəyərində olan yağları fəhlə avtomobilə yükləmişdir. Bu proses təxminən 15 dəqiqə ərzində çəkmişdir. Bundan sonra Rüstəm adlı şəxs və yanındakı fəhlə avtomobilə əyləşərək Mingəçevir şəhəri istiqamətində hərəkət etmişlər. Onlar isə şəhərin arxa çıxış hissəsindən çıxaraq Bərdə şəhərinə yollanmışlar. Orada Ramin adlı şəxsi gözləmiş, lakin Ramin gəlməmişdir. Daha sonra Ramin və Rüstəm adlı şəxslərə zəng etmişlər. Əvvəl həmin şəxslərlə danışa bilsələr də, sonradan əlaqə yarada bilməmiş və polisə müraciət etmişlər. Bununla belə işə məhkəmədə baxılan zaman Mİngəçevir şəhər Polis Şöbəsində istintaqı aparılan Şahid5 və X3 barəsində olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Şahid5 və X6 tərəfindən təmsil etdiyi zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 1 il əvvəl tanımışdır. Belə ki, onun yaşadığı evin yaxınlığında Elşən adlı tanışının kafesində Adəm kababçı kimi çalışmışdır. Həmçinin onun atası şirniyyat sexi işlətdiyindən, ona həmin sexdə işlətmək üçün fındıq lazım olduğunu demişdir. Ona görə də o, tanıdığı şəxslərdən fındığı hardan əldə edə biləcəyi ilə maraqlanmışdır. 2021-ci ilin aprel ayında Elşənin kafesində tanışları ilə əyləşən zaman orada haradan fındıq əldə edib-edə bilməyəcəyini soruşduqda, Adəm ona yaxınlaşaraq Zaqatala rayonunda tanışının olduğunu və həmin şəxsin vasitəsilə nisyə fındıq ala biləcəyini demişdir. O isə fındığı görmək istədiyini, bəyənəcəyi təqdirdə onun dəyərini nəğd şəkildə ödəyəcəyini bildirmişdir. Adəmdən fındıq zavodunun sahibinin kim olduğunu soruşmuş, Adəm isə fındıq zavodunun Kamran adlı şəxsə məxsus olduğunu bildirmişdir. O, maraqlandıqda həqiqətən də Zaqatalada Kamrana aid fındıq zavodunun olduğunu öyrənmişdir. Adəmlə danışdıqdan sonra təxminən 10 gün sonra xx.xx.2021 -ci il tarixdə Adəm və o, tanışı Nicatla birlikdə Zaqatala rayonuna yola düşmüşlər. Zaqatala rayonunda onları Adəmin Cavid kimi təqdim etdiyi şəxs qarşılamışdır. Cavid də özünü fındıq zavodunun işçisi kimi təqdim etmiş və lazım olsa nisyə fındıq verə biləcəyini bildirmişdir. O isə nisyə lazım olmadığını, aldığı məhsulun pulunu nəğd şəkildə verəcəyini bildirmişdir. O ibtidai istintaq dövründə Zaqatala rayonunda çayxanada oturan zaman 12.500 manat pulu sayıb tanışı Nicatın yanında Cavid və Adəmə verdiyini bildirsə də, lakin Adəmə həmin məbləğdə pul verməmişdir. Belə ki, əvvəllər Adəmə müxtəlif vaxtlarda pul vermiş və Adəm həmin pulları ona qaytarmamışdır. Ona görə də fındıq məsələsində onu aldatdığına görə digər borclarını da hesablayaraq ümumilikdə 12500 manat məbləğində pulu Adəmə verdiyini bildirmiş, əslində isə Adəm ondan fındıq satmaq adı ilə 3500 manat məbləğində pul almışdır. Adəm pulu götürüb cibinə qoymuş və onların hər ikisi fındığı zavoddan çıxaracaqlarını demişlər. Razılaşmalarına əsasən, Adəm fındığı yük avtomobilinə yükləyib gətirməli və onlar birlikdə Bakı şəhərinə qayıtmalı olmuşlar. O, Adəm və Cavidi gözləyən zaman tez-tez Adəmlə əlaqə yaradıb gəlib-gəlmədiyini soruşmuş, Adəm isə 230 manata yük avtomobili danışdığını, fındığı yükləyib gələcəyini demişdir. O, həmin gün ərzində Zaqatala rayonunda olmuş və Adəmi gözləmiş, lakin Adəm gəlib çıxmamışdır. Adəmin onda olan nömrələri ilə əlaqə saxlamış, lakin Adəmə zəng çatmamışdır. Həmçinin Adəmin istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə vatsap vasitəsilə fındıq alqı-satqısı ilə bağlı olan səs yazıları göndərmişdir. Sonuncu dəfə isə Adəm ona ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sms yazaraq kartını atmasını və ona pul köçürəcəyini demiş, lakin pulu göndərməmişdir. Bununla belə ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhərində «Dostluq» parkında yerləşən «Qədirxum» kafesinin yaxınlığında özünə məxsus «Ford Transit» markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobillə gündəlik olaraq verilən sifariş əsasında yük daşıması ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində o, yenə də həmin ərazidə dayanan zaman «Dostluq» parkı istiqamətindən bir nəfər şəxs gəlib onun avtomobilinə yaxınlaşaraq yük daşınması üçün avtomobilin lazım olduğunu demiş və ondan avtomobil yağlarının Mingəçevir şəhəri «Sevgi» şadlıq sarayının qarşısından Yevlax rayonu, Gülövşə kəndinin girəcəyinə qədər gediş haqqının məbləğini soruşmuşdur. O, həmin şəxsdən bunun müqabilində 20 manat pul istəmişdir. Həmin vaxt yanında dayanan Şahid3 fəhlə lazım olub-olmadığını soruşmuşdur. Onlar aralarında razılığa gəlmişlər və həmin şəxs Rəhmana 10 manat verməli olmuşdur. Həmin şəxs təxminən 40-45 yaşlarında, 1.70 boyunda, əynində qara rəngli şalvar olmuşdur. Lakin həmin şəxsin adını bilməmişdir. Həmin şəxsi birinci dəfə idi ki, şəhər ərazisində görmüşdür. Onlar avtomobilə əyləşmiş və «Sevgi» şadlıq sarayının qarşısına getmişlər. Orada «Ford» markalı avtomobil və 2 nəfər şəxs onları gözləmişdir. Həmin şəxslərlə görüşmüşlər və Rəhmana yağları daşımasını demişlər. Rəhman yağları daşımış və onun gətirdiyi şəxs kağız qələm istəmiş və o, maşından kağız qələm gətirib həmin şəxsə vermişdir. Yağları avtomobilə yüklədikdən sonra Yevlax rayonu, Gülövşə kəndi istiqamətində hərəkət etməyə başlamışdır. «Kür» çayı üzərində yerləşən körpünü keçdikdən sonra «arxa yol» adlanan yolla hərəkət etmişdir. Yolda həmin şəxs 100 manata xırdasının olub-olmadığını soruşmuş, onlarda xırda olmadıqdan sonra dəniz yolunda yerləşən «Qarabağ» marketdə həmin şəxs 100 manatı xırdaladıqdan sonra, onlar hərəkətə davam etmişlər. Həmin puldan 20 manatı ona, 10 manatı Rəhmana vermişdir. Sonra isə onlar şəhərdən çıxmış, yolda həmin şəxs telefonla danışmış və kiməsə görüş yerinə çatdığını bildirmişdir. Əkşəm kəndini keçdikdən sonra “Sedmoy” adlandırılan ərazinin yaxınlığında həmin şəxsə yenidən zəng gəlmiş və həmin şəxs ona avtomobili saxlamasını və digər maşının çatdığını bildirmişdir. O da “Sedmoy” adlandırılan ərazidə plakatın yanında avtomobili saxlamış, Rəhman da qutuları boşaltmışdır. Həmin vaxt orada heç kim olmamışdır. Rəhman qutuları boşaltdıqdan sonra onlar oradan birbaşa Mingəçevir şəhərinə gəlmiş və həmin şəxsin orada hansı avtomobilə minməsini, ümumiyyətlə ora başqa şəxslərin gəlib-getməsini görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 iə eyniməzmunlu ifadə verərək, onu göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, 1996-cı il tarixdə yanıq xəsarətləri almışdır, həmin vaxtdan o, bir gözünün görmə qabiliyyətini itirmişdir. Ciddi dərəcəli yanıq xəsarətlərinə görə 2-ci qrup əlillik dərəcəsi vardır. Yanıq xəsarətlərinə görə 10 dəfə ağır əməliyyat keçirmişdir. Ona görə də səhhətində ciddi problemlər vardır. Onun ümumiyyətlə Mingəçevir şəhəri ərazisində xx.xx.2021-ci il tarixdə baş vermiş dələduzluq hadisəsi haqqında məlumatı olmamışdır. Belə ki, o, Mingəçevir şəhərinə hazırki vaxta qədər gəlmədiyini, qeyd olunan hadisədən xəbəri olmadığını bildirmişdir. Ona görə də məhkəmə Şahid4 ifadəsini iş üçün əhəmiyyəti olan hallara aid olmadığı üçün sübut növü kimi qəbul etmir və ittihamın həlli zamanı nəzərə almır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Bakı şəhərində yaşayır və şəhərdə taksi sürücüsü kimi fəaliyyət göstərir. Eyni zamanda gələn sifarişlər ilə əlaqədar olaraq Azərbaycan Respublikasının şəhər və rayonlarına da müştəri aparır. O, Təqsirləndirilən şəxs1 təxminən 30 il əvvəldən tanımışdır. Həmin vaxtdan sonra Adəmin Rusiya Federasiyası ərazisində çalışdığını bilmişdir. 2020-ci ilin yanvar ayında Bakı şəhərində kafelərdən birində Adəmin kababçı kimi işlədiyini görmüşdür. Həmin vaxtdan sonra bir-birilərinin nömrələrini almış, bir müddət Adəmlə əlaqə saxlamışlar. Bildiyi qədəri ilə həmin ərəfələrdə Adəm Bakı şəhəri, Nəsimi rayonunda yaşamışdır. Sonradan isə Adəmin spirtli içki aludəçisi olduğuna görə həmin kafedə işdən çıxarıldığını öyrənmişdir. Adəmlə Bakı şəhərində «Şamaxinka» adlandırılan ərazidə təsadüfən rastlaşmış, həmin vaxt Adəm Binəqədi rayonu ərazisində yaşadığını bildirmişdir. Təxminən 1 hətfə 10 gün sonra ona zəng edib görüşmək istədiyini demişdir və «Şamaxinka» adlanan ərazidə görüşüb çay içən zaman Adəm Yevlax şəhərinə gedəcəyini, təxminən yarımsaatlıq işinin olduğunu demişdir. Onlar aralarında qiymətlə də razılaşdıqdan sonra Adəmi 120 manat müqabilində Yevlax şəhərinə gətirmişdir. Yevlax şəhərinə gələndə H.Əliyev parkının yaxınlığında Adəm avtomobildən düşüb digər bir avtomobilə əyləşib getmişdir. Təxminən 30-40 dəqiqədən sonra gəlmiş və ona avtomobili Xaldan qəsəbəsi istiqamətində idarə etməsini istəmişdir. O da həmin istiqamətdə hərəkət etmiş və Xaldan qəsəbəsi ərazisində məktəbin yaxınlığında avtomobili saxlatdırmış və məktəb istiqamətində getmiş, o isə mağazadan siqaret almışdır. Təxminən 40 dəqiqə sonra Adəm gəlmiş və Adəmi Bakı şəhərində “Şamaxinka” adlandırılan ərazidə düşürmüşdür. Bu hadisədən 15-20 gün sonra, təxminən 2021-ci ilin may ayında Yevlax RPŞ- nin əməkdaşları onu Bakı şəhərində saxlayaraq avtomobil yağlarının ələ keçirilməsində şübhəli olduğundan polis şöbəsinə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, o, Adəmi Yevlaxa gətirən zaman Adəm Yevlaxda hansısa avtomobil yağı şirkətinə məxsus 2500 manat dəyərində avtomobil yağlarını ələ keçirmiş və onun avtomobili də kameraya düşdüyündən onu da şöbəyə dəvət etmişlər. Həmçinin Adəmin ona 600 manat borcu olduğundan o, Adəmlə bir neçə dəfə əlaqə saxlamış, Adəm əvvəlcə onun telefonlarına cavab vermiş və zənglərinin birində Mingəçevir şəhərində olduğunu, Bakıya gələndə onunla əlaqə saxlayacağını demişdir. Sonradan isə Adəmə məxsus mobil telefon nömrəsinə zəng çatmadığından onun nömrəsini silmiş və bir daha Adəmlə görüşməmişdir. Həmçinin bildirmişdir ki, onun ümumiyyətlə Mingəçevir şəhəri ərazisində xx.xx.2021-ci il tarixdə baş vermiş dələduzluq hadisəsi haqqında məlumatı yoxdur. Belə ki, o, həmin ərəfələrdə Mingəçevir şəhərinə gəlməmiş və qeyd olunan hadisə barədə xəbəri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin oktyabr ayından hazırkı vaxta qədər özünə məxsus “Mercedes Vito” markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhərindən Bakı şəhəri istiqamətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 da taksi fəaliyyətinə başladığı ərəfələrdən tanıyır. Belə ki, Adəm Bakı şəhərində Biləcəri dairəsinin yaxınlığında yerləşən oteldə həm aşpaz kimi, həm də qonaqları qəbul edən şəxs kimi çalışmışdır. O da bəzi hallarda axşam oteldə qalmalı olduğundan oraya gedişlərinin birində Adəmin ***-***-**-** saylı mobil telefon nömrəsini götürmüşdür ki, otelə getməzdən əvvəl orada özü üçün yer saxlatdırsın. Adəm əslən Şəkinin Dəhnə kəndindən olsa da, “bizimkilər” Mingəçevir şəhərində yaşayır deyərmiş. Adəm özü də bir neçə dəfə onunla Mingəçevir şəhərinə gəlmişdir. Həmçinin Adəm tanışlarının avtomobilə ehtiyacı olduqda ona müraciət edərmiş və o, Adəmin tanışlarını Bakı şəhərindən Mingəçevir şəhərinə gətirərmiş. Təxminən 2021-ci ilin may ayında saat 11-12 radələrində Adəm ona zəng edərək Mingəçevir şəhərində olub-olmadığını soruşmuşdur. O da Mingəçevir şəhərində olmadığını, Bakı şəhəri istiqamətində yolda olduğunu demişdir. Adəm ondan Xaldanda “mal” olduğunu və həmin malın Bakı şəhərinə Hökməli qəsəbəsinin ərazisinə aparmasını xahiş etmişdir. O isə tanışı Eldar adlı şəxsin ***-***-**-** saylı mobil telefonuna zəng edib Eldara Adəmin ona etdiyi təklifi demişdir. Eldar razı olduqdan sonra Eldara Adəmin nömrəsini vermişdir. Lakin, Eldarın həmin malları hara aparması haqqında dəqiq məlumatı olmamışdır. Bu hadisədən bir müddət sonra Adəm yenə istifadəsində olan həmin mobil nömrədən ona zəng edərək Yevlax şəhərində mal olduğunu və həmin malı Hökməli qəsəbəsinə aparmaq lazım olduğunu və bunun müqabilində 250 manat pul verəcəyini demişdir. Həmin vaxt o, işi olmadığından Adəmlə razılaşmış və Yevlax şəhərinə gedib Qarxun kəndi yaxınlığında Adəmi görmüşdür. Adəmin yanında təxminən 30-40 qutu avtomobil yağları olmuşdur. Həmin yağları onlar Adəmlə ikisi avtomobilə yükləmişlər. Adəm avtomobilə əyləşdikdən sonra Qarxun körpüsünün yaxınlığında düşmüşdür. Kürdəmir rayonunda “ASAN” xidmət mərkəzinin yaxınlığında Adəm ona zəng edib avtomobili saxlamasını istəmişdir. Avtomobili saxlayan zaman Adəm yolun kənarında dayanmış və onun avtomobilindən 4 qutu yağ götürmüşdür. Həmin yağları **-PU-*** dövlət nömrə nişanlı avtomobilə qoymuşdur. Sonra o, Qaradağ postunu keçəndə yenidən Adəm ona zəng edib harada olduğunu soruşmuş, o isə artıq çatdığını demişdir. Hökməli qəsəbəsində “Al market’’lə üzbəüz küçədə yerləşən həyət evinin qarşısına avtomobili saxlamasını demişdir. O, yağları qapının yaxınlığında çölə boşaltmışdır. Sonra Adəm və yanında 1 nəfər qaraşın, özü kimi orta boylu şəxslə birlikdə gəlmişdir. Həmin vaxt Adəm ona 100 manat pul vermiş və 1 qutu avtomobil yağı verib qalan pulu sonra verəcəyini demişdir. Həmin günün səhəri X9 əməkdaşları onunla əlaqə saxlayaraq həmin məsələ ilə bağlı soruşmuşlar. O da Adəmin mobil telefon nömrəsini və digər məlumatları polis əməkdaşlarına vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Adəmgil həmin yağları cinayət yolu ilə ələ keçirmişdirlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" şirkətinin rəhbəri İlham Eyyubov onun qohumudur və o, Zərərçəkmiş şəxs1 Qələndar oğlu ilə birlikdə sürücü kimi Respublikanın müxtəlif yerlərindən şirkətə gələn sifarişləri ünvanına çatdırmaqda kömək etmişdir. xx.xx.2021-ci il tarixdə özünü Bərdə sakini kimi təqdim etmiş Ramin adlı şəxsin sifarişi əsasında 9500 (doqquz min beş yüz) manat dəyərində 4 və 5 litrlik tutumları olan «Addinol» markalı avtomobil yağları əvvəlcə Migəçevir şəhərinə sonra isə qalanını Bərdə şəhərinə aparmalı olmuşdur. xx.xx.2021-ci il tarixdə onun idarə etdiyi «Ford Transit» markalı, **-JB-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 ilə birlikdə əvvəlcə Bərdə şəhərinə getmişlər ki, həm pulu götürsünlər, həm də yağların yarısını əvvəlcə ora təhvil verib, yerdə qalanını isə Mingəçevir şəhərinə təhvil versinlər. Lakin Ramin adlı şəxs əvvəlcə Mingəçevir şəhərinə gedib, sonra Bərdəyə gəlmələrini xahiş etmişdir. Mingəçevir şəhərində onları Rüstəm adlı şəxsin qarşılayacağını bildirmiş və Rüstəmin istifadəsində olan ***-***-**-** mobil nömrəni Kamilə vermişdir. Lakin, Rüstəmə zəng çatmamışdır. Sonra isə Ramin onlara Mingəçevir şəhərində «Sevgi» şadlıq sarayının yanında Rüstəmi gözləmələrini, Rüstəmin gələcəyini demişdir. Onlar da həmin yerdə Rüstəmi gözləmişlər, təxminən 30-40 dəqiqə ərzində gözlədikdən sonra onlar şəhər istiqamətindən «Ford Transit» markalı, **- SR-*** dövlət nömrə nişanlı avtomobillə gəlmişlər. Avtomobildə 3 nəfər olmuşdur. Onlardan biri sürücü, digəri isə yük daşıyan fəhlə olmuşdur. Digər şəxs isə özünü onlara Rüstəm adlı şəxs kimi təqdim edən şəxs olmuşdur. Özünü Rüstəm kimi təqdim edən şəxsin boyu təxminən 1.70 sm, arıq, başında dimdikli şapka, əynində geniş tünd qəhvəyi rəngli şalvar, üç düyməli, tünd rəngli qolu qısa kofta, ayağında deşikli tünd ayaqqabı olmuşdur. Həmin şəxs yağların bir qismini gəldikləri avtomobilə yükləməli olduğunu demiş və sürücü həmin şəxsə siyahı gətirib vermişdir. Bundan sonra 45 ədəd 5 litr həcmində 0530-C3DX Premium “Addinol” markalı, 36 ədəd 4 litr həcmində SUPER LİGHT MV 0546- 5w40 “Addinol” markalı, 18 ədəd 5 litr həcmində SEMİ SYNTH MV 10w40 “Addinol” markalı 5355 manat dəyərində olan avtomobil yağlarını fəhlə avtomobilə yükləmişdir. Bu proses təxminən 15 dəqiqə çəkmişdir. Bundan sonra həmin şəxslər Mingəçevir şəhəri istiqamətində hərəkət etmişlər. Onlar isə şəhərin arxa çıxış hissəsindən çıxaraq Bərdə şəhərinə yollanmışlar. Bərdə rayonunda Ramin adlı şəxsi gözləmişlər, lakin Ramin gəlməmişdir. Daha sonra Raminə və Rüstəm adlı şəxsə zəng etmişlər. Əvvəl onlarla danışa bilsələr də sonradan onlarla əlaqə yarada bilməmiş və polisə müraciət etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid7 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, özünə məxsus “Mercedes Vito” markalı avtomobillə sifariş əsasında Mingəçevir şəhərindən Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olur. O, daimi olaraq taksi fəaliyyəti ilə məşğul olmur. Belə ki, İ Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Ona gön də dostları Bakı şəhərinə gedən müştəri olandan olana ona demişlər və o, Bakıya müştəri aparmışdır. 2021-ci ilin may ayında avtovağzalda olan zaman yanındakı sürücülərdən biri onun Bakıya gedib-getməsini soruşmuşdur. O, avtomobilində sərnişinlər olduğundan tezliklə Bakı şəhəri istiqamətində yola çıxacağını demişdir. Sonra ona Azərlə əlaqə yaratmasını demişlər. Azərlə əlaqə yaratmış və Azər də ona bir nəfərin nömrəsini verərək Yevlax rayonu ərazisində “Sedmoy” adlanan ərazidə yağ olduğunu və onu Bakı şəhərinə Hökməli qəsəbəsinin ərazisinə boşaltmalı olduğunu demişdir. O da həmin şəxslə razılaşmışdır. Sedmoy adlanan ərazidə onu 1 nəfər qabaqcadan tanımadığı şəxs qarşılamış və yanında təxminən 10-15 qutu avtomobil yağlarının olmasını görmüşdür. Həmin şəxs ona usta olduğunu, aldığı yağların yararsız olduğunu və ona görə də onları dəyişdirmək üçün Bakıya apardığını demişdir. Həmçinin ona qutuları yükləməsini təklif etmiş, lakin onun beli ağrıdığından həmin şəxsə kömək etməmişdir. Sonra həmin şəxs ona kağıza yazılmış mobil telefon nömrəsi vermişdir. Lakin hazırda həmin nömrəni xatırlamır. O, avtomobili işə salıb getmiş, həmin şəxs isə orada qalmışdır. Həmçinin həmin şəxs onun mobil telefon nömrəsini də götürmüşdür. Həmin şəxsin oradan hansı istiqamətdə getdiyini dəqiq görməmiş, lakin o, yolun kənarında dayanmışdır. O, Bakı şəhərinə çatanda ona verilmiş telefon nömrəsinə zəng etmişdir. Zəng etdiyi şəxs özünün gələ bilməyəcəyini, başqa şəxsə zəng edəcəyini və həmin şəxsin onunla əlaqə yaradıb, onu qarşılayacağını demişdir. Sonra onu Bakıda Hökməli qəsəbəsinin dayanacağında 1 nəfər Şəki ləhcəsi ilə danışan şəxs qarşılamışdır. Həmin şəxs bu yağların ona aid olmadığını, başqalarının işini gördüyünü demiş və deyinə-deyinə avtomobil yağlarını boşaltmağa başlamışdır. Yağı boşaldıb qutardıqdan sonra ona xidmət haqqı kimi 80 manat pul vermişdir. O da çıxıb getmiş, sonra isə həmin şəxsləri bir daha görməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid8 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Şəki rayonu, Böyük Dəhnə kəndində eyni küçədə yaşamışdır. Həmçinin Adəmin qızı onun böyük qardaşının gəlinidir. Adəm uzun müddət Rusiya Federasiyasında işləmiş, lakin aliment borcu olduğuna görə Azərbaycan Respublikasından çıxışına məhdudiyyət qoyulduqdan sonra ölkəni tərk edə bilməmişdir. Adəm ilə çox da yaxın münasibəti olmasa da, tanışlığı olduğuna görə hərdən bir onunla əlaqə yaratmışdır. 2020-ci ilin may ayında Adəm onunla əlaqə yaradaraq Bakı şəhərində olduğunu, avtomobil yağı firmalarından birində çalışdığını, hal-hazırda uzuc qiymətə yağ satdığını bildirmişdir. O da həmin ərəfələrdə avtomobilinin yağını dəyişdirmiş və Adəmdən nə yağı olduğunu soruşmuşdur. Adəm də həmin yağın qutusu ilə birlikdə şəklini çəkdikdən sonra ***-***-**-** saylı mobil telefon nömrəsinin “Vatsap” ani mesajlaşma sistemi vasitəsilə ona göndərmiş və yağı öz qiymətinə, yəni 25 manata satdığını demişdir. O da Mingəçevir şəhərində olan yağ dəyişən ustalardan həmin yağın necə olmasını, almağa dəyib-dəyməməsini soruşmuşdur. Həmin vaxt ustalar həmin yağın yaxşı yağ olmadığını, onlara həmin yağı 17-18 manata təklif etsələr də, keyfiyyətsiz olduğuna görə almadıqlarını bildirmişlər. O da ustalar tərəfindən ona deyilən sözü Adəmə demiş və yağı almayacağını bildirmişdir. Bundan sonra isə o, Adəmlə əlaqə yaratmamış və Adəmin harada olması haqqında məlumatı olmamışdır. Məhkəmə, həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında olan ziddiyyəti, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, həmin zərərçəkmiş şəxsin ifadəsi təqsirləndirilən şəxslərin təqsirli olmasını və əməllərinin tövsif edilməsini təsdiq edən həlledici sübut olduğu üçün onun digər sübutlarla məcmu halında qiymətləndirilməsi ittihamın qanuni həll edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində, Zaqatala rayonunu ərazisində yerləşən çayxanada oturan zaman tanışı Nicatın yanında Cavid və Adəmə 12.500 manat pulu sayıb verdiyini və Adəmin pulu götürüb cibinə qoyduğunu göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində ibtidai istintaq dövründə ona vurulmuş ziyanın məbləğinin 12500 manat deyil, Təqsirləndirilən şəxs1 fındıq satması üçün 3500 manat məbləğində pul verdiyini göstərmişdir. Qeyd olunan ziddiyyəti isə Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda pul verməsi və həmin pulları sonuncunun qaytarmaması, ən başlıcası isə Adəmin fındıq məsələsində onu aldatdığına görə əsəbləşdiyi üçün digər borcları da hesablayıb göstərmişdir. Əslində isə ona 3500 manat məbləğində ziyan dəymişdir. Bununla yanaşı məhkəmə, həmçinin cinayət işi materiallarını nəzərdən keçirən zaman müəyyən etdi ki, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə Zaqatala rayon Polis Şöbəsinə verdiyi şikayət ərizəsində Təqsirləndirilən şəxs1 ondan 4500 manat, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə verdiyi ərizəsində isə Təqsirləndirilən şəxs1 ondan fındıq satmaq adı ilə 5500 manat məbləğində pulunu alaraq ona qarşı dələduzluq etdiyini göstərmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsində verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs1 12500 manat məbləğində pul verdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı isə dəymiş ziyanın məbləğinin 3500 manat olduğunu göstərmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ifadələr arasında kəskin ziddiyyətlər mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın miqdarına münasibətdə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında mövcud ziddiyyətlər təqsirləndirilən şəxslərə verilmiş ittihamın həcminə münasibətdə əsaslı şübhələr yaradır. Bu şübhələr isə təqsirləndirilən şəxslərin xeyrinə təfsir edildiyindən, Zərərçəkmiş şəxs2 ziyanın miqdarına münasibətdə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi sübut növü kimi qəbul edilməli və ittihamın qanuni həll edilməsi zamanı nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri, Z.Əliyeva küçəsi «Sevgi» şadlıq sarayının qarşısından "xxxx" şirkətinin nümayəndələri Şahid1 və Zərərçəkmiş şəxs1 şirkətə məxsus olan 45 ədəd 5 litr həcmində 0530-C3DX Premium «Addinol» markalı, 36 ədəd 4 litr həcmində SUPER LİGHT MV 0546 - 5w40 «Addinol» markalı, 18 ədəd 5 litr həcmində SEMİ SYNTH MV 10w40 «Addinol» markalı avtomobil yağları özlərini onlara Ramin və Rüstəm adı ilə təqdim edən şəxslər tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 və Şahid3 Yevlax rayonu, Əkşəm kəndinin girişində «Sedmoy» adlandırılan ərazini göstərək xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində «Sevgi» şadlıq sarayının qarşısında avtomobil yağlarını tanımadıqları şəxslə onun sifarişi əsasında götürdükdən sonra həmin yerə düşürdüklərini bildirmişlər. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, qeyd olunan ***-***-**-** və ***-***-**-** saylı mobil telefonların kimə məxsus olması müəyyən edilməmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinin yerdəyişməsi ilə bağlı anten məlumatlarında mobil nömrənin anteninin xx.xx.2021-ci il tarixdə saat 00:36:12-dən saat 06:13:56-dək müddətə Absheron rayonu, Masazir kəndində, xx.xx.2021-ci il tarixdə saat 06:14:55-dən saat 06:52:30-dək Bakı şəhərində, xx.xx.2021-ci il tarixdə saat 07:29:14-dən saat 08:02:55-dək Hacıqabul rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 08:06:40-dan Kürdəmir-Ucar rayonları ərazisində, xx.xx.2021-ci il tarixdə saat 09:09:01-dən saat 09:21:14-dək Ağdaş rauonu ərazisində xx.xx.2021-ci il tarixdə saat 09:24:00-dan saat 09:36:38-dək Yevlax rayonu ərarzisində, xx.xx.2021 -cil tarixdə saat 09:54:41-dən saat 10:28:28-dək Mingəçevir şəhəri ərazisində, xx.xx.2021-ci il tarixdə saat 10:35:59-dan saat 10:41:51 -dək Yevlax rayonu, Əkşəm kəndinin ərazisində, xx.xx.2021-ci il tarixdə saat 10:51:35-dən saat 10:55:36-dək Mingəçevir şəhəri ərazisində, xx.xx.2021-cı il tarixdə saat 11:04:17-dən saat 11:10:33-dək Yevlax rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 11:14:30-dan saat 11:47:08-dək Ağdaş rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 11:47:24-dən saat 12:13:17-dək Göyçay rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 12:16:21-dən saat 12:18:03-dək İsmayıllı rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə 12:25:57-dən saat 13:52:03-dək Ağsu rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 14:19:37-dən saat 14:23:54-dək Qobustan rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 15:01:26-da Abşeron rayonu ərazisində olması göstərilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinin yerdəyişməsi ilə bağlı anten məlumatlarında mobil nömrənin anteninin xx.xx.2021-ci il tarixdə saat 08:03:06-dan saat 08:04:03-dək Hacıqabul rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 08:06:08-dən saat 08:08:03-dək Hacıqabul-Kürdəmir yolunda, xx.xx.2021-ci il tarixdə saat 9:09:15-dən saat 09:09:35-dək Ağdaş rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 09:23:59-dan saat 09:39:09- dək Yevlax rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 09:47:34-dən saat 10:18:37-dək Mingəçevir şəhəri ərazisində, xx.xx.2021-ci il tarixdə saat 10:24:57-dən saat 10:47:54-dək Yevlax rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 11:17:01-də Ağdaş rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 11:40:05-dən saat 12:21:12-dək Göyçay və İsmayıllı rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 12:25:32-dən saat 14:18:35 Ağsu Şamaxı rayonları ərazisində, xx.xx.2021-ci il tarixdə saat 14:19:13-dən saat 15:00:46-dək Qobustan rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 15:01:28-də Abşeron rayonu ərazisində olması göstərilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, iş üzrə zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində təyin edilmiş Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş şəxslərin arasından Təqsirləndirilən şəxs1 göstərərək xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində «Sevgi» şadlıq sarayının qarşısında ondan avtomobil yağlarını qəbul edən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli CD diski götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərəçəkmiş şəxsin təqdim etdiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan fındıq satmaq adı ilə danışdıqları barədə səs yazılarının əks olunduğu 01 ədəd CD diskə baxış keçirilmiş və aşağıdakı məzmunda səs yazılar aşkar olunmuşdur: Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Cavid haqqında göndərdiyi 08 saniyəlik səs yazısında qeyd olunmuşdur ki, ”özün də görəssən salidni, mərfətli uşaqdı o, hardasa bir 45- 46 yaşlarında mərfətli, səndən yaxşı olmasın yaxşı qardaşdı.” Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 müraciətlə göndərilmiş 31 saniyəlik səs yazısında qeyd olunmuşdur ki, “Amil söhbətimin yekunu budur ki, qardaş bir 4.000 pulnan gəlin, 3500-4000 pulnan gəlin, hardasa sizə 25-27-28 min civarında mal verəcəm aparıb verib çıxıb gedərsiz, amma 5-6 ay ərzində inşallah pulumu qaytararsız, problem yoxdu mən sənə inanıram, yanı mən sənə görə bu jesti eliyirəm, yəni belə mənə son söz deyin mən də işimi bilim, heç nə oldu qardaş sağ olun. ” Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 göndərdiyi 24 saniyəlik səs yazısında qeyd olunmuşdur ki, “A qardaş sabahın xeyir nağayrırsan, nəvar-nə yox?, nolub həftənin birinci günü deyib balamın canı heç sabaha da işlərim çoxdu deyir, özüm də deyir orda olmasam yaramır, ə bu oranın 1 nömrəli adamıdı eeşidirsənmi?, deyir birinci günü gəl. fikirləş də ağrın alım birinci gün gedək tapaq baxaq görək” Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 göndərdiyi 28 saniyəlik səs yazısında qeyd olunmuşdur ki, ”Elmir orda heç zad yoxdu, fındıq həmənki fındıqdı nə Zaqatala olacaq, nə Qəbələ olacaq, amma o, adam da bir cür mal verəcək sənə, nə Zaqatala desən Zaqatala verəcək Qəbələ mah desən Qəbələ mah verəcək da 500 kilo bundan 500 kilo ondan elə söhbət yoxdu, səhər saat 10-da 11-də olsaq günortaya 2-yə 3-ə malımız hazırdı, maşınımıza vurub çıxıb gəlirik, maşını da özü ordan təşkil eliyəcək”. Təqsirləndirilən şəxs2 Adəm Məmmədzadyə göndərdiyi 25 saniyəlik səs yazısında qeyd olunmuşdur ki, “Salam Amil nətərsiz, nə var-nə yox qardaş, Amil ancaq həftənin birinci günü çatdıra bilərəm, çünki mənim biraz işlərim zadım var onnan bağlı yanı bu həftə həll eliyə bilmirəm, ancaq həftənin birinci günü gəlin səhər-səhər mənim gözlərim üstə verim aparın çıxın gedin problem, söz demişəm sözümün ağasıyam, narahatçılıq yoxdu” Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göndərdiyi 1 dəqiqə 1 saniyəlik səs yazısında qeyd olunmuşdur ki, “Amil o gün də mənə zəng vurmuşdun, fındığın ölçülərini istiyirdin, kalibrlərini, mən də onun sa hamısını qeydlərin atdım, sonra ləpəsini dedin iki cür ləpə göndərdim, heç bir məlumat olmadı siz gələssizgəlin gəlmiyəssiz deyin mən də vaxtında işimi görüm, mən sa dedim gələrsən 20-25 min manatlıq mal verərəm 5-6 aydan sonra da mənim pulumu verərsən intahası biraz ödəniş eləmək lazımdı ödənişi də mən indi sizə deyərəm da ki nə qədər eləmək lazımdı, əgər gəlsəniz belə mən də bu jesti sənə görə eliyirəm ki, yanı sən mənim pulumu qaytararsan, adam adamın əlini tutar adama ehtiyacı olar, köməyi olar, yanı tanıdığım bir adamsa problem yoxdu ma vaxtında bir söz deyin işimi bilim, gəlisinizsə ma deyin mal saxlayım, gəlmirsinizsə deyin malı verəcəm başqasına, heç nə belə oldu sağol” Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 göndərdiyi 18 saniyəlik səs yazısında qeyd olunmuşdur ki, ”Mən meşoklara zada atvişatam bu mənim qoinşumdu eşidirsənmi? Biz qonşu oğlanlarıq eşidirsənmi? Orda işdiyir mən sa demişəm dərdimi, biz qonşu oğlanlarıq orda işdiyirik, orda xarab mal ola bilməz həyatı boyu, yanı deyirəm maldı da çıxardaq da jest eliyib da mənə jest eliyir da başa düşürsənmi? ” Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göndərdiyi 52 saniyəlik səs yazısında qeyd olunmuşdur ki, “Nətərsiz nə var-nə yox qardaş, Amil nətər oldu mən siz bəs gələsiydiz fındıq aparmağa, mən sizə dedim ki, sizə gəlin 25-30 minlik mal verim sizə biraz ödəniş eliyin buxalteriyaya, gəlin bir 25-30 minlik verim 5-6 aylıq 5-6 aydan sonra verərsiniz mənim pulumu sizdən də bir səs-səmir çıxmadı nətər oldu-noldu haçan gəlirsiniz neyniyiorsiniz Qəbələ fındığı olsun, Zaqatala fındığı olsun hansı sortdan desən var bizdə nə vaxt belə ürəyiniz istəsə xətriniz istəsə gəlin, yox gəlmiək fikriniz yoxdusa , mənə bir deyin çönki mən burda işlərin hamısını səhmana salmışdım, hər şey yaxşı idi , sizi prosta gözlüyürəm, bir dənə mənə xəbər elə gəlirsiz gəlmirsiz? ” Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göndərdiyi səs yazısında qeyd olunmuşdur ki, “Neçə dəfə də zəng vururam telfona cavab vermədin niyə vermədin ama bilmirəm, mən zəng vuranda telefona cavab ver, gəlirsiz-gəlıuirsiz mənə bir məlumat ver iş hazırdı”. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin yerdəyişməsi ilə bağlı anten məlumatlarında mobil nömrənin anteninin xx.xx.2021-ci il tarixdə saat 6:04:49-dan saat 6:13:47-dək Abşeron rayonu Masazır kəndi ərazisində, xx.xx.2021-ci il tarixdə saat 06:14:51-dən saat 06:52:41-dək Baki şəhəri, Binəqədi və Qaradağ rayonları ərazisində, xx.xx.2021-ci il tarixdə saat 07:14:39-dən 08:07:28-dək Hacıqabul rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 08:40:02-də Ucar rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 09:08:27-də Ağdaş rayonu ərazisində, saat 09:33:38-də -də Yevlax rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 09:48:55-dən saat 10:54:34-dək Mingəçevir şəhəri ərazisndə, xx.xx.2021-ci il tarixdə saat 11:16:56-dan saat 11:33:43-dək Ağdaş rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 11:47:27-dən saat 12:10:16-dək Göyçay rayonu, xx.xx.2021-ci il tarixdə saat 12:26:22-dən saat 14:11:32-dək Ağsu və Şamaxı rayonları ərazisində, xx.xx.2021-ci il tarixdə saat 14:19:35-dən saat 14:57:25-dək Qobustan rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 15:01:31-dən Abşeron rayonu ərazisində olması göstərilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olumuş smslərin məzmunun əks oluduğu siyahının 17-ci bəndində xx.xx.2021-ci il tarixdə saat 14:14:42-də ***-***-**-** saylı mobil telefondan daxil olmuş sms-də “Eliş manem amil man bu nomradyam” məzmunu qeyd olunmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olumuş smslərin məzmunun əks oluduğu siyahının 25-ci bəndində xx.xx.2021 -ci il tarixdə saat 18:08:23-də ***-***-**-** mobil telefon nömrəsinə göndərilmiş sms-də “ELSENDİ QAQAS” məzmunu qeyd olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022ci il tarixli 9/3660 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən avtomobil yağlarının 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5355,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işi materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs1, Şahid5 və X2 heç bir şikayət və tələbinin olmadığını bildirmiş, buna görə də Şahid5 və X3 barəsində AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqacadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 3500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmələri, həmçinin Təqsirləndirilən şəxs1 Şahid5 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş hüquqi şəxs Real Avto MMC-yə 5355 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etməsi və onların əməllərində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 Zaqatala rayonunda yerləşən fındıq zavodundan fındıq almaqda köməklik edəcəyini yalandan vəd verib, onu aldadaraq 2021-ci ilin aprel ayında Zaqatala rayonu ərazisində yerləşən çayxanada 3500 manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid5 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən X6 "xxxx" MMC-nin əməkdaşları Şahid1 və Zərərçəkmiş şəxs1 istifadəsində olan, lakin heç bir şəxsin adına qeydiyyatdan keçməyən ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edib, özünü onlara «Ramin» kimi təqdim edərək, "xxxx" MMC-dən 9.500 manat dəyərində «Addinol» markalı avtomobil üçün nəzərdə tutulmuş mühərrik yağlarını şifariş etmək istədiyini, həmin yağları xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində qəbul edəcəyini bildirmiş, bundan sonra o, Elşən Nəbiyev və Şahid5 həmin tarixdə sonuncunun idarə etdiyi « Nexia Ravon » markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşmüş və yol boyu onlar istifadələrində olan, lakin, heç kimin adına qeydiyyatdan keçməyən ***-***-**-** saylı mobil nömrədən Şahid1 və Zərərçəkmiş şəxs1 zəng edərək, habelə o, həqiqi adının Təqsirləndirilən şəxs1 olduğunu onlardan gizlədərək və özünü hər ikisinə «Rüstəm» kimi təqdim edib, mühərrik yağlarını Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində yerləşən «Sevgi» şadlıq sarayının qarşısında təhvil götürəcəyini dedikdən sonra, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində yerləşən «Sevgi» şadlıq sarayının qarşısında cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid2 idarə etdiyi «Ford Transit» markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib, orada Şahid1 və Zərərçəkmiş şəxs1 gətirdikləri ümumi dəyəri 9.500 manat olan «Addinol» markalı mühərrik yağlarından 1 ədədinin qiyməti 65 manat olmaqla 45 ədədinin qiyməti 2925 manat olan 5 litr həcmində 0530-C3DX Premium “Addinol”, 1 ədədinin qiyməti 48 manat olmaqla 36 ədədinin qiyməti 1728 manat olan 4 litr həcmində SUPER LİGHT MV 0546 - 5w40 “Addinol” markalı, 1 ədədinin qiyməti 39 manat olmaqla 18 ədədinin qiyməti 702 manat olan 5 litr həcmində SEMİ SYNTH MV 10w40 “Addinol” markalı mühərrik yağları olmaqla ümumi dəyəri 5355 (beş min üç yüz əlli beş manat) manat məbləğdə olan hissəsini Şahid2 idarə etdiyi «Ford Transit» markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib, həmin yağların qalan hissəsinin Bərdə rayonunda onlardan təhvil götürüləcəyini və ödənişin də tam olaraq Bərdə rayonunda ediləcəyini Şahid1 və Zərərçəkmiş şəxs1 vəd verib, onların yanından uzaqlaşdıqdan sonra o və Elşən Nəbiyev istifadələrində olan mobil nömrələri deaktiv edib, mühərrik yağlarının qalan hissəsini Bərdə rayonunda təhvil götürmədən, habelə Mingəçevir şəhərində etibarlarından sui-istifadə edib və aldatma yolu ilə aldığı 1 ədədinin qiyməti 65 manat olmaqla 45 ədədinin qiyməti 2925 manat olan 5 litr həcmində 0530-C3DX Premium “Addinol”, 1 ədədinin qiyməti 48 manat olmaqla 36 ədədinin qiyməti 1728 manat olan 4 litr həcmində SUPER LİGHT MV 0546 - 5w40 “Addinol” markalı, 1 ədədinin qiyməti 39 manat olmaqla 18 ədədinin qiyməti 702 manat olan 5 litr həcmində SEMİ SYNTH MV 10w40 “Addinol” markalı olmaqla ümumilikdə 5355 (beş min üç yüz əlli beş) manat məbləğdə mühərrik yağlarını ələ keçirərək, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 Zaqatala rayonunda yerləşən fındıq zavodundan fındıq almaqda köməklik edəcəyini yalandan vəd verib, onu aldadaraq 2021-ci ilin aprel ayında Zaqatala rayonu ərazisində yerləşən çayxanada 3500 manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi üzrə verilmiş ittiham, yəni təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla cinayət törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Məhkəmə Zərərçəkmiş şəxs2 dəymiş ziyanın miqdarına münasibətdə öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 3500 manat (üç min beş yüz) miqdarda ziyan vurmaqla dələduzluq etdiklərindən, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ona verilmiş ittihamdan həmin Məcəllənin 178.2.4–cü maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs1 isə verilmiş ittihamın həcmi Zərərçəkmiş şəxs2 dəymiş ziyanın miqdarına münasibətdə azaldılmalıdır. Beləliklə, də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 3500 manat məbləğində ziyan vurmaqla dələduzluq etdiklərindən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində, həmçinin Təqsirləndirilən şəxs1 isə Şahid5 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 5355 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.1–ci maddəsi ilə tövsif edilməlidir. Həmin Məcəllənin 178.2.4-cü maddəsi ittihamdan xaric edilməlidir. Məhkəmə, öz mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham onun bir hərəkətlə CM-in iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi ilə bağlı olduğundan, həmçinin verilmiş ittiham cinayətlərin ideal məcmusunu yaratdığından və məhkəmə istintaqında dəymiş ziyanın miqdarına münasibətdə ittihamın həcmi azaldığından, həmin Məcəllənin 178.2.4-cü maddəsi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.2-ci maddəsinə əsasən bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 vurduqları 3500 manat məbləğdə maddi ziyan tam şəkildə ödənilmişdir və zərərçəkmiş şəxs ərizə tədim edərək onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmiş, zərərçəkmiş şəxsə vurulmuş 3500 manat məbləğində maddi ziyanın 25 faizi dövlət büdcəsinə ödənilmiş, həmçinin Təqsirləndirilən şəxs1 Şahid5 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurduqları 5355 (beş min üç yüz əlli beş) manat məbləğdə maddi ziyan tam şəkildə ödənilmişdir və zərərçəkmiş hüquqi şəxs ərizə təqdim edərək onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin zərərçəkmiş hüquqi şəxsə vurulmuş 5355 manat məbləğində maddi ziyanın 25 faizi dövlət büdcəsinə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Bundan əlavə məhkəmə istintaqında, həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 vurduqları 3500 manat məbləğdə maddi ziyan tam şəkildə ödənilmişdir və zərərçəkmiş şəxs ərizə tədim edərək onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsə vurulmuş 3500 manat məbləğində maddi ziyanın 25 faizi dövlət büdcəsinə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin materiallarında olan, cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs1, Şahid5 və X2 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan X1 15 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 04-02/38 saylı məktubundan görünür ki, X6 tərəfindən xx.xx.2022-ci il tarixdə 1338.75 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, ona vurulmuş 3500 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 877 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar, zərərçəkmiş şəxslərlə barışmışlar və onlara dəymiş ziyanı və həmin ziyanın 25 faizi məbləğində vəsaiti Dövlət büdcəsinə tam şəkildə ödəmişlər. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barələrində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən xeyli miqdarda talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməllərində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə ödədidiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməllərində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmələrini və onlar barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxslər hazırkı vaxta qədər CM-in 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişlər. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 270 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 270 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-3/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-3/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver