Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-3/2024 26.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Konsensuss vəkil bürosunun vəkili X6 iştirakı ilə xx.xx.1971-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3-da qeydiyyatda olmaqla Mingəçevir şəhəri Günəşli bağ massivi 9-cu küçə nömrəsiz evdə yaşayan, xx.xx.2022ci il tarixli Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 24 gün müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İT-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 24 gün müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkdiyi müddətdə islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qara rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 451,34 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin kütlədən təmiz çəkisi 11,34 qram hissəni ayırıb 1 ədəd ağ rəngli kağız bükümün içərisinə qoyaraq əynindəki göy rəngli şalvarının sol yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 iyun 2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Günəşli bağ massivində saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 18:50 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ kağız bükümün içərisində təmiz çəkisi 11,34 qram, əlindəki qara rəngli sellofan torbada təmiz çəkisi 440 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər Məhkəməsinin qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri seçildiyi halda qətimkan tədbirinin şərtlərini pozaraq yenidən 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 22,391 qram olan narkotik vasitə tiryəki əldə edib, həmin kütlədən təmiz çəkisi 1,954 qram hissəni ayırıb 1 ədəd sellofan bükümün içərisinə qoyaraq sağ ayağında corabının alt hissəsində, digər təmiz çəkisi 20,437 qram olan hissəsini bir ədəd sellofan bükümdə yaşadığı mənzildə saxlamış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 avqust 2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhər Nəsimi küçəsində yerləşən 17 nömrəli orta məktəbin yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 16:20 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı sağ ayağında corabının alt hissəsindən 1 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 1,954 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, həmin tarixdə saat 16:55 radələrində Mingəçevir şəhər Günəşli bağ massivi 9-cu küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yataq otağında çarpayının döşəyinin altından bir ədəd sellofan bükümdə təmiz çəkisi 20,437 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil. İttihamda qeyd olunan narkotik vasitələrin heç biri ona aid deyil. Düzdür narkotik vasitədən istifadə edib. Lakin o, ittihamda qeyd edildiyi kimi həmin narkotik vasitələr onun üzərində olmamışdır. Hal hazırda istifadə etmir. Onun həmin vaxt ayağında qandal olmuşdur. Əgər ittihamda qeyd olunan yerlərdə o, olubsa qandal vasitəsi ilə onun harada olmasını müəyyən etmək olar. Polis şöbəsinin giriş hissəsində nəzarət kamerası vardır. Əgər o, əlində torba ilə şöbəyə girsə idi o dərhal kamera görüntüsünə alınardı. O, şöbəyə əliboş girib. Lakin orada ona bir torba narkotik vasitə veriblər. Həmin vaxt onun üstündə mobil telefonda olmuşdur. Həmin telefon vasitəsi ilə onun harada olması anten məlumatları vasitəsi ilə müəyyən oluna bilər. İstintaqda ona dedilər ki, əgər boynuna almasa onu küllü miqdarda yükləyəcəklər. Onu daha əvvəldə bu qaydada istintaqa cəlb etmişlər. Həmin vaxt o, bəraət almışdır. Bu işlə bağlı onun barəsində həbs qətimkan tədbiri seçildi lakin sonra ev dustaqlığına buraxılmışdır. Ondan sonra bir ay keçməmiş onu yenə şöbəyə gətirmişlər. Şöbənin nəzarətçi hissəsinin qarşısında kamera onun şöbəyə necə gətirildiyini çəkib. O, şöbəyə gətiriləndə əli boş olub necə ola bilər ki, bir torba narkotik vasitə onun cibində olsun. O, qeyd olunan halları deyə bilməmişdir. Aparıb onun evinə bir torba tiryək qoyublar ki, ya bunu boynuna alacaq yada külli miqdarda onu yükləyəcəklər. Onu daha əvvəl polis şöbəsinə gətirdilər ki, guya o, məhdudlaşdırılma cəzası ilə bağlı elektron cihazla bağlı qaydanı pozub. Lakin həmin aparat işlək vəziyyətdə deyildi. Onun ev dustaqlığı olduğu halda onu yenidən tutublar. Onu buraxandan sonra yenidən onun evində döşəyinin altına bir torba tiryək qoyublar ki, onu yenidən tutsunlar. O bir daha qeyd edir ki, onu şöbəyə əli boş gətiriblər. Onu birinci dəfə şöbəyə arxa qapıdan gətirdilər. Sonra onu qaldırıblar üçüncü mərtəbəyə. Üç-dörd saat keçəndən sonra onu əlində sellofan torba ilə düşürüblər yenidən aşağı. Həmin müddət ərzində onun yanında müdafiəçidə olmayıb. Ona dedilər ki, sən bunu guya meşədən tapmısan. Həmin vaxt onun ayağında qolbağı olub. Əgər o, həmin narkotiki meşədən tapıbsa o zaman həmin qolbağı vasitəsi ilə onun həmin vaxt harada olması aşkar olar. Qeyd edir ki, şöbədə verdiyi ifadəni məcburən o qaydada verib. Onun heç bir təqsiri yoxdur. Ona qarşı irəli sürülmüş ittihamı əsassız hesab edir. Odur ki, barəsində bəraətverici hökm çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edirəm. 11 iyun 2022-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı almışlar. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il atrixdə saat 18:20 radələrində Mingəçevir ŞPŞnin PPXB-nün polis nəfəri vəzifəsində işləyən polis serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Günəşli bağ massivi 9cu küçənin yaxınlığında tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torba olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs izah edilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Bu səbəbdən də tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesbma müdafiəçi təyin olunmuş və vəkil X11 dövlət hesabına müdafiəçi təyin olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsinin qarşısında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm aşkar edilmişdir. Habelə Təqsirləndirilən şəxs əlində gəzdirdiyi qara rəngli sellofanı təqdim etdikdə sellofanın içərisinə baxanda narkotik vasitə qurudulmuş marixuana olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan və kağız bükümlərin içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, Kür sahilində meşəlik ərazidən taparaq əldə etməsini, satış məqsədi olmamasını özü istifadə etmək məqsədilə üzərində gəzdirməsini və daşımasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütlələri Təqsirləndirilən şəxs və onun dövlət hesabına müdafiəçisi təyin edilmiş vəkil X7 iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Həmin qablaşdırmaları Təqsirləndirilən şəxs və müdafiəçi Çingiz Məmmədov da imzalamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, doğrulunu o özü də imzası ilə təsdiq etmişdir. Daha sonra 09 avqust 2022-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini barəsində Mingəçevir ŞPŞ-nin İB-də narkotik vasitələrin qanunsuz saxlanması və daşınmasına görə cinayət məcəlləsinin 234.1 -ci maddəsi ilə cinayət işi üzrə istintaq aparılan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair yenidən əməliyyat məlumatı almışlar. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 15:45 radələrində Mingəçevir ŞPŞ-nin CABnin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri 17 nömrəli məktəbin yaxınlığında tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs izah edilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Mingəçevir ŞPŞ- nə məlumat daxil olmuşdur. Buna görə də üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Bu səbəbdən də tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunaraq vəkil X12 dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsinin qarşısında təhqiqatçı tərəfndən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs sağ ayağındakı corabının içərisində saxladığı sellofan bükümdə içərisində narkotik vasitə tiryək olan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə tiryək olmasını, taparaq əldə etməsini, satış məqsədi olmamasını özü istifadə etmək məqsədilə üzərində gəzdirməsini və daşımasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryək Təqsirləndirilən şəxs və onun dövlət hesabına müdafiəçisi təyin edilmiş vəkil Müsaqif Hüseynovun iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Həmin qablaşdırmanı Təqsirləndirilən şəxs və müdafiəçisi Müsaqif Hüseynov da imzalamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunub, doğrulunu o da imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitə saxlamasında şübhələr olduğu üçün onun mənzilinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəsi alındıqdan sonra müdafiəçi Müsaqif Hüseynov, Təqsirləndirilən şəxs, əməliyyat müvəkkili Şahid2 birlikdə Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhər Günəşli bağ massivi 9-cu küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinə getmişlər. Orada təhqiqatçı Tural Nəsirov tərəfindən mənzilə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayısının döşəyinin altında saxladığı sellofan bükümdə içərisində nakrotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs tək yaşamasını, həmin kütlənin narkotik vasitə tiryək olmasını, taparaq əldə etməsini və satış məqsədi olmadan özü istifadə etmək məqsədilə saxlamasını, üzərindən aşkar olunmuş narkotik vasitə tiryək ilə eyni olmasını bildirmişdir. Daha sonra həmin kütlə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müsaqif Hüseynovun iştirakları ilə elektron tərəzidə çəkilmiş, zərfə qoyulub və möhürlənmişdir, Təqsirləndirilən şəxs və müdafiəçisi də həmin zərfi imzalamışlar. Mənzilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş onlar da həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin NQM-nun əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində işləyən Şahid2 və Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı xüsusi rütbəsində işləyən Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin aidiyyəti üzrə verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi aidiyyəti üzrə Mingəçevir şəhər polis şöbəsi istintaq bölməsinə verilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 22065111 nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin digər cinayət işində birləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqisrləndirilməsinə dair ********* nömrəli cinayət işi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin aidiyyatı üzrə verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi aidiyyəti üzrə Mingəçevir şəhər polis şöbəsi istintaq bölməsinə verilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin digər cinayət işinə birləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-68/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat və vəsatət təmin edilməmiş, xx.xx.1971-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Günəşli bağ massivi 9-cu küçə, nömrəsiz evdə yaşayan Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə, yəni xx.xx.2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 4(107)-54/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Mingəçevir şəhər prokuroru ədliyyə müşaviri Qabil Səfərov tərəfindən verilmiş protest təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 4(051)-89/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, xx.xx.1971-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 7(051)-102/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-39/2022 saylı hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 3 (üç) gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə 1 (bir) il 1 (bir) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə qonşularından və ictimaiyyətdən Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. İşdə olan MKT İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri 9-cu Bağ küçəsi qeydiyyatsız yaşayır. İşdə olan MKT İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri 9-cu Bağ küçəsndə ailə üzvləri olan həyat yoldaşı X13 və qızı X4 ilə birlikdə yaşayır. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ kağız bükümün içərisində təmiz çəkisi 13,78 qram, əlindəki qara rəngli sellofan torbada təmiz çəkisi 470 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD-diskə baxış keçirilmişdir. DVD-ə diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ kağız bükümün içərisində təmiz çəkisi 11,34 qram, əlindəki qara rəngli sellofan torbada təmiz çəkisi 440 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, soğru zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və taparaq əldə etməsini özü istifadə məqsədilə üzərində saxlayaraq daşımasını bildirməsi müəyyən olunmuşdur. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun sağ ayağında corabının alt hissəsindən 1 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 1,954 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD-diskə baxış keçirilmişdir. DVD-ə diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun sağ ayağında corabının alt hissəsindən 1 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 1,954 qram narkotik vasitə tiryək aşkar edilərək götürülməsi, soğru zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə tiryək olmasını və taparaq əldə etməsini özü istifadə məqsədilə üzərində saxlayaraq daşımasını bildirməsi müəyyən olunmuşdur. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhər Günəşli bağ massivi 9-cu küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yataq otağında çarpayının döşəyinin altından bir ədəd sellofan bükümdə təmiz çəkisi 22,42 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixdə baxış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVDdiskə baxış keçirilmişdir. DVD-ə diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhər Günəşli bağ massivi 9-cu küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yataq otağında çarpayının döşəyinin altından bir ədəd sellofan bükümdə təmiz çəkisi 20,437 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülməsi, soğru zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə tiryək olmasını və taparaq əldə etməsini özü istifadə məqsədilə yaşadığı mənzildə saxlayaraq daşımasını bildirməsi müəyyən olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 12 iyun 2022-ci il tarixli 17/480 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, adlar və imzalar yazılmış 01 (bir ) ədəd qara rəngli sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi 440,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan, çəttənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisndəki 01 (bir ) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 11,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2022-ci il tarixli 17/622 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs, oğlunun üzərindən aşkar olunmuş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir ) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,954 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 20,437 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sellofan bükümdə olan tiryəklər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1200 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdən və tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Həmidov X2 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan narkotik vasitə qurudulmuş marixuananın tədqiqat üçün 0,10 qram istifadə edildikdən sonra yerdə qalan qalıq çəkisi 451,24 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və məhkəmə kimyəvi ekspertizasının keçrikməsi zamanı tədqiqata təqdim olunmuş narkotik vasitə tiryəkin tədqiqat üçün 0,20 qram istifadə edildikdən sonra yerdə qalan qalıq çəkisi 22,191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 1 il 1 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzası xx.xx.2023-cü il tarixdə başa çatmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə təqsirləndirilən və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, baxış protokolu, istintaq hərəkətlərinin qeydə alındığı 1 ədəd disk, məhkəmə-bioloji ekspertizasının 12 iyun 2022-ci il tarixli 17/480 saylı rəyi, məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2022-ci il tarixli 17/622 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1200 saylı rəyi və əldə olunmuş maddi sübut sübut növü kimi tanınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 19 may 2023-cü il tarixli məktubuna əsasən Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilərək elektron monitorinq sistemində qeydiyyata alınmışdır. Elektron monitorinq sistemi üzrə məhkum Təqsirləndirilən şəxs izləmə məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə saat 10:35-ə yaşayış yerini tərk etmiş saat 10:56-dən saat 11:04-dək Mingəçevir şəhərində Xətai küçəsində, saat 13:18-dan saat 14:02-dək Sahil küçəsində, saat 14:21-dən 16.50-dək Mingəçevir şəhər avtovağzalında, saat 17.01-dən saat 17:29dək Mikayıl Abdullayev küçəsində, saat 17:35-də Mingəçevir şəhər pasport qeydiyyat şöbəsində olmuşdur. xx.xx.2022-ci il saat 20:21-dən məhkum mobil qurğununu gəzdirmək vəzifəsini pozduğu üçün digər vaxtlarda olan izləmə məlumatlarının verilməsi imkan xaricindədir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 10 iyul 2023-cü il tarixli məktubuna əsasən Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 1(051)-18/2023 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 00:00-dan xx.xx.2022-ci il saat 00:00dək olduğu yer barədə məlumatların təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixli məktubunuza Probasiya Xidmətinə baxılmışdır. Bildirilir ki, sorğuda göstərilən müddət ərzində məhkum Təqsirləndirilən şəxs ona tətbiq edilmiş elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək vəzifəsini pozduğu müəyyən edilmişdir. Məhkum A. Həmidovun yol verdiyi pozuntunun araşdırılması üçün elektron monitorinq sistemindən generasiya edilmiş müvafiq hesabat Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir. Bu səbəbdən məktubda göstərilən vaxt aralığında məhkumun hərəkət trayektoriyasını müəyyən etmək imkan xaricindədir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gün ərzində saat 17:35-dək müxtəlif ərazidə, saat 17:35-dən sonra isə X24 adlanan yerdə olmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gün ərzində saat 12:49-dək müxtəlif ərazilərdə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 353.2.4–cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri–əsaslandırıcı hissəsində ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, istinad olunan prosessual normaların tələblərinə uyğun olaraq, məhkəmə istintaqında sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə bir ədəd qara rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 451,34 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin kütlədən təmiz çəkisi 11,34 qram hissəni ayırıb 1 ədəd ağ rəngli kağız bükümün içərisinə qoyaraq əynindəki göy rəngli şalvarının sol yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 iyun 2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Günəşli bağ massivində saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 18:50 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ kağız bükümün içərisində təmiz çəkisi 11,34 qram, əlindəki qara rəngli sellofan torbada təmiz çəkisi 440 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi zamanı təqsirləndirilən şəxsi təqsirli olması ilə bağlı aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr olduğundan, həmin epizod əsassız hesab edilərək, onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət–prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin həmin əməli törətməsini və təqsirlini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Halbu ki, təqsirləndirilən şəxsin ictimai təhlükə törətməsini və təqsirini sübut etmək ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfinin gətirdiyi sübutlara məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda təhlil və müqayisə edildikdə müəyyən olundu ki, ittiham tərəfinin gətirdiyi həmin sübutlar obyektiv və həqiqətə uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsi onun məhkəmə istintaq zamanı təqsirini sübuta yetirilməsi kimi qiymətləndirilməsi yolverilməzdir və onun ziyanına şərh edilə bilməz. İttiham tərəfinin sübut kimi qəbul etdiyi şahid ifadələri, ancaq polis əməkdaşları olmaqla təqsirləndirilən şəxsi şübhəli şəxs kimi tutmuş, əməliyyat müvəkkilləri olmuş, həmin ifadələr digər hallarla müqayisə edilməyərək və həmin sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməyərək ibtidai araşdırma onunla kifayətlənmişdir. Cinayət işi materiallarında olan, sübut kimi qəbul edilmiş məhkəmə narkoloji ekspertizasının rəyi məhkəmə araşdırması zamanı mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, həmin rəy əvvəlcədən şəxsin narkotik maddələri qanunsuz olaraq əldə edib saxlamasına dəlalət etmir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli ittihamdan xaric edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə bir ədəd qara rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 451,34 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin kütlədən təmiz çəkisi 11,34 qram hissəni ayırıb 1 ədəd ağ rəngli kağız bükümün içərisinə qoyaraq əynindəki göy rəngli şalvarının sol yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 iyun 2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Günəşli bağ massivində saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 18:50 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ kağız bükümün içərisində təmiz çəkisi 11,34 qram, əlindəki qara rəngli sellofan torbada təmiz çəkisi 440 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmişdir. Bu halı təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ifadəsində etiraf etmişdir, lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ifadəsindən imtina edərək , qeyd olunan epizod üzrə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxsin şüphəli şəxs kimi tutulduğu zaman Mingəçevir şəhər polis şöbəsinə gətirlilməsi, şüphəli şəxsin tutulması haqqında qərardan eləcədə ittiham aktında xx.xx.2022-ci il tarixdə 18 radələrində Mingəçevir şəhər Günəşi bağ massivində saxlanıldığı və saat 18:50 radələrində Mingəçevir şəhər polis şöbəsində üzərinə baxış keçirildiyi qeyd edilmişdir. Məhkəmə istintaqında tədqiq edilən sübutlar isə təqsirləndirilən şəxsin həmin epizod üzrə təqsirli hesab edilməsi üçün yetərli olmamışdır. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-yə və Bakı Probasiya İdarəsinə ünvanlanmış sorğular əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əslində ittihamda qeyd edildiyi kimi saxlanıldığı zaman Mingəçevir şəhər polis şöbəsinə gətirildiyi yer və vaxt xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində Mingəçevir şəhər Günəşli Bağ massivində deyil, elektron manitorinq sistemi üzrə izləmə məlumatına əsasən qeyd olunan vaxt və yer əslində 17:35-də Mingəçevir şəhər polis şöbəsində olduğu müəyyən edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin təqdim etdiyi anten dairəsi məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:35-də artıq X24 göstərilən ərazidə olmuşdur, belə ki, sonuncu ünvan ilə Mİngəçevir Polis Şöbəsinin arasındakı məsafə təxminən 1 km məsafədə yerləşdiyindən anten dairəsi məlumatlarında şəxsin olduğu yer X24 göstərilir. Belə ki, sənədlərdə şəxsin eyni ünvanda 19:05-ə kimi hərəkətsiz qalması müəyyən edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:35-də saxlanıldığı halda istintaq orqanı tərəfindən 18:20 radələrində saxlanıldığı qeyd edilmişdir. Təsirləndirilən şəxsin həmin epizod üzrə cinayət törətməsini təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmiş, ittiham aktı və digər materiallar formal olaraq tərtib edilmişdir. İstintaq orqanı yalnız mötəbər olmayan sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin etirafına əsalanaraq ittiham vermişdir. Bu isə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, eyni zamanda, şəxsin polis şöbəsinə gətirlən zaman dərhal üzərinə baxış keçirilməməsi halına istinad edərək qeyd edir ki, şəxsin polis şöbəsinə gətirilməsindən sonra uzun müddət şöbədə saxlanması, üzərinə dərhal baxış keçirilməməsi - şöbədə polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulması və təzyiq altında etiraf edilməsi onun məhz bu cinayət əməlini törətməsində əsaslı şübhələr yaradır. O cümlədən, hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı və istintaq zamanı verdiyi ilkin ifadələri isə təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 12 iyun 2022-ci il tarixə, 17/480 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-bioloji ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitə marixuananın olması qənaətinə gəlməyə əsas verə bilməz. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 17 avqust 2022-ci il tarixli, 1200 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CMnin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. “İnsan Hüquqlarının və X10 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan 1 epizod xaric edildikdən sonra yalnız 1 epizod üzrə təqsirli olması sübuta yetdiyi üçün onun əməli cinayətlərin təkrar törədilməsi kimi tövsif edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 234.1-ci maddəsilə xx.xx.2022-ci il tarixdə törədilmiş cinayət əməli xaric edilməli, iş üzrə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Mingəçevir şəhər prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan marixuananın qalıq miqdarı araşdırma sona çatanadək Mingəçevir şəhər Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş qəpik) manat dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, X9 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 22,391 qram olan narkotik vasitə tiryəki əldə edib, həmin kütlədən təmiz çəkisi 1,954 qram hissəni ayırıb 1 ədəd sellofan bükümün içərisinə qoyaraq sağ ayağında corabının alt hissəsində, digər təmiz çəkisi 20,437 qram olan hissəsini bir ədəd sellofan bükümdə yaşadığı mənzildə saxlamış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 avqust 2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhər Nəsimi küçəsində yerləşən 17 nömrəli orta məktəbin yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 16:20 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı sağ ayağında corabının alt hissəsindən 1 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 1,954 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, həmin tarixdə saat 16:55 radələrində Mingəçevir şəhər Günəşli bağ massivi 9-cu küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yataq otağında çarpayının döşəyinin altından bir ədəd sellofan bükümdə təmiz çəkisi 20,437 qram olan narkotik vasitə tiryək əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli yalnız Təqsirləndirilən şəxs ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsini özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli İİ epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, əvvəllər müxtəlif maddələrlə təqsirli bilinməsinə, habelə törətdiyi cinayət əməlinə görə cəzasını çəkdiyi müddətdə yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 11 iyun 2022-ci il tarixdən 14 yanvar 2024-cü il tarixədək ev dustaqlığında və həbsdə saxlama müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzanı tam əhatə etdiyindən, cəzası çəkilmiş hesab edilməli və məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, Hökm qanuni qüvvəyə minənə qədər Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, xalis çəkisi 22,391 qram olan sərf olunduqdan sonra qalıq çəkisi 22,191 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfləri tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdən 14 yanvar 2024-cü il tarixədək ev dustaqlığında və həbsdə saxlama müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzanı tam əhatə etdiyindən, cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş xalis çəkisi 22,391 qram olan sərf olunduqdan sonra qalıq çəkisi 22,191 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və xalis çəkisi 461,24 qram olan sərf olunduqdan sonra qalıq çəkisi 451,24 qram olan narkotik vasitə qurudulmuş marixuana qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin qurudulmuş marixuananın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Mingəçevir şəhər Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 451,24 qram qram narkotik vasitə qurudulmuş marixuana araşdırma sona çatanadək Mingəçevir şəhər Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat və (əlli beş qəpik) manat dövl\t büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs və 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfləri tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-3/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-3/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver