Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-30/2021 11.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi – vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkumluğu olan və məhumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus, sonuncunun yaşadığı ünvan 2 ünvanındakı mənzilin qarşısında yerləşən saxlanc yerinin qıfılını dəmir parçası ilə sındıraraq qanunsuz daxil olub oradan bir ədəd 60 manat dəyərində 1x2,5 metr ölçüdə xalçanı, bir ədədinin dəyəri 120 manat olmaqla ümumi dəyəri 240 manat olan 2 ədəd 3x4 metr ölçüdə xalçanı, 1 ədəd 60 maant dəyərində qızdırıcı radiatoru, bir ədədinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 200 manat olan 25 ədəd 800 qramlıq şüşə qabda olan ağ gilas mürəbbəsini, bir ədədinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 ədəd 800 qramlıq şüşə qabda olan çiyələk mürəbbəsini, bir ədədinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 ədəd 800 qramlıq şüşə qabda olan qırmızı moruq mürəbbəsini, bir ədədinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 26 manat olan 1 litrlik şüşə qabda gilas meyvə şirəsini və dəyəri 21 manat olan 7 kiloqram çəkidə üzüm yarpağı turşusunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 767 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Samirə onunla eyni binada yaşayır. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində yaşadığı binanın yan tərəfində spirtli içki qəbul etmişdir. O, yaşadığı bloka tərəf gedərkən Zərərçəkmiş şəxs yaşadığı blokun içərisində yerdə bir ədəd ağ rəngli torba olduğunu görmüşdür. Onun həmin vaxt pula ehtiyacı olmuşdur. O buna görə həmin bloka girib torbanı açıb baxmış və içərisində mürəbbə qabları olduğunu görmüşdür. Həmin torbanın içərisində 26 ədəd şüşə qabda meyvə şirəsi, bir ədəd böyük qabda isə üzüm yarpağı turşusu olmuşdur. Həmin torbanın yanında isə taxta yeşiklərdə ümumilikdə 45 ədəd mürəbbə balonu olmuşdur. O həmin əşyaların binanın 5-ci mərtəbəsində yerləşən Nofəl adlı şəxsə məxsus olub-olmamasını yoxlamaq üçün binanın 5-ci mərtəbəsinə qalxmışdır. O həmin gün Nofəl adlı şəxsin yaşadığı mənzilə xeyli sayda əşyalar gətirdiyini görmüşdür. O, Nofəlin yaşadığı mənzilin qarşısında heç bir əşya olmadığını görmüş və birinci mərtəbədə torbada olan əşyaların Nofələ məxsus olmadığını bilmişdir. O bundan sonra birinci mərtəbəyə düşmüşdür. O, əlində olan alışqanın işığı ilə bloka işıq salmışdır. O, birinci mərtəbədə olarkən Zərərçəkmiş şəxs yaşadığı mənzilin qarşısında olan saxlanc yerinin qapısındakı qıfılın açıq olduğunu görmüşdür. O, qıfılı tam açıb çıxartmış və saxlanca daxil olmuşdur. O orada bir ədəd qızdırıcı və 3 ədəd xalça tapmışdır. O həmin əşyaları öz bloklarında yerləşən saxlanc yerlərinə aparıb orada gizlətmək, daha sonra hissə-hissə satmaq qərarına gəlmişdir. O ilkin olaraq ağ rəngli torbanı aparıb yaşadığı blokun saxlanc yerinə qoymuşdur. Daha sonra o, ardıcıllıqla 3 ədəd xalçanı, bir ədəd qızdırıcını və 45 ədəd mürəbbə dolu qabları yaşadığı blokda yerləşən, ona məxsus saxlanc yerinə aparıb gizlətmişdir. O, növbəti gün yəni, xx.xx.2020-ci il tarixdə oğurladığı iki ədəd xalçanı, mürəbbələri, üzüm yarpağı turşusunu və meyvə şirələrini özü ilə götürüb Mingəçevir şəhəri Az Qres qəsəbəsi ərazisində yerləşən yataqxananın qarşısına aparmışdır. O orada 45 ədəd mürəbbəni, 26 ədəd meyvə şirəsini və üzüm yarpağı turşusunu tanımadığı, yataqxanada yaşayan qadınlara bir ədədini 1 manat 50 qəpikdən satmışdır. O, iki ədəd xalçanı isə yataqxanada yaşayan Gülçöhrə adlı qadına 14 manata satmışdır. O, əldə etdiyi pulu gündəlik xərclərinə sərf etmişdir. Oğurladığı 3-cü xalça çox köhnə olduğu üçün həmin xalçanı satmamış və saxlanc yerində saxlamışdır. Bir ədəd qızdırıcını isə yaşadığı evə aparmışdır. Əməlindən peşmandır. Hadisə nəticəsində zərər çəkmişə dəymiş bütün zərərin əvəzi ödənilmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda yaşadığı ünvana təxminən 3 ay əvvəl köçmüşdür. Onun hazırda yaşadığı mənzili aldığı şəxs həmin mənzilin qarşısında saxlanc yeri düzəltdirmişdir. Həmin şəxs ona saxlanc yerinin açarını vermişdir. Həmin saxlanc yeri 12 kv/metr ölçüdədir. Həmin vaxtdan o, özünə məxsus 3 ədəd xalçanı, bir ədəd qızdırıcını, özü ev üsulu ilə hazırladığı 45 ədəd mürəbbəni, 26 ədəd meyvə şirəsini və 7 kiloqram çəkidə üzüm yarpağı turşusunu həmin saxlanc yerinə qoymuş və saxlanc yerinin qapısını qıfılla bağlamışdır. O, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı mənzilin qarşısını təmizləyərkən ona məxsus saxlanc yerinin qıfılının açıq olduğunu görmüşdür. O bundan sonra saxlanc yerinə daxil olmuş və oradan ona məxsus üç ədəd xalçanın, bir ədəd qızdırıcının, 45 ədəd mürəbbənin, 26 ədəd meyvə şirəsinin və 7 kiloqram üzüm yarpağı turşusunun oğurlandığını görmüşdür. O bundan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bundan başqa oğurlanmış meyvə şirələri, mürəbbələr və üzüm yarpağı turşusu blokdan deyil, saxlanc yerindən oğurlanmışdır. Buna baxmayaraq təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də onun barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Vəliyəddin qızı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında yaşadığım yataqxananın qarşısında tanımadığı, sonradan adının Elbrus olduğunu bildiyi şəxsin mürəbbə, meyvə şirəsi satdığını görüb ona yaxınlaşmışdır. O, Elbrusa yaxınlaşanda Elbrusun mürəbbə və meyvə şirələrindən başqa iki ədəd xalça da satdığını görmüşdür. O, Elbrusdan xalçanları hansı qiymətə satdığını soruşduqda Elbrus ona xalçanın bir ədədini 15 manata satdığını demişdir. O, Elbrusa cəmi 14 manat pulu olduğunu demiş, Elbrus isə onunla razılaşmışdır. Bundan sonra o, yaşadığı mənzildən 14 manat pul götürüb gəlmiş və Elbrusdan iki ədəd xalçanı alıb yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs ona satdığı iki ədəd xalçanı oğurluq nəticəsində əldə etdiyini bilmədiyini bildirmişdir. Cinayət işi materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiyi xüsusatları yerində olduğu kimi təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus saxlanc yerindən oğurladığı iki ədəd xalça Şahid Vəliyəddin qızından götürülmüşdür. Cinayət işi materiallarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus saxlanc yerindən oğurladığı bir ədəd xalça və bir ədəd qızdırıcı ondan götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixdə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/3173 saylı rəyindən görünür ki, X2 məxsus saxlanc yerindən oğurlanmış bir ədəd 1x2,5 metr ölçüdə xalçanın 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə dəyəri 60 manat, iki ədəd 3x4 metr ölçüdə xalçanın hər birinin 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə dəyəri 120 manat olmaqla ümumi dəyəri 240 manat, bir ədəd 12 hissəli elektrik qızdırıcısının 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə dəyəri 60 manat, 25 ədəd 800 qramlıq şüşə qabda olan ağ gilas mürəbbəsinin bir ədədinin dəyəri 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə 8 manat olmaqla ümumi dəyəri 200 manat, 10 ədəd 800 qramlıq şüşə qabda olan çiyələk mürəbbəsinin bir ədədinin dəyəri 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə 8 manat olmaqla ümumi dəyəri 80 manat, 10 ədəd 800 qramlıq şüşə qabda olan qırmızı moruq mürəbbəsinin bir ədədinin dəyəri 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə 8 manat olmaqla ümumi dəyəri 80 manat, 26 ədəd 1 litrlik şüşə qabda olan gilas meyvəsi şirəsinin bir ədədinin dəyəri 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə 1 manat olmaqla ümumi dəyəri 26 manat və 7 kiloqram çəkidə üzüm yarpağı turşusunun 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə dəyəri 21manat müəyyən edilir. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli protokollarla götürülmüş Zərərçəkmiş şəxs məxsus saxlanc yerindən oğurlanmış 3 ədəd xalça və bir ədəd qızdırıcı iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs verilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus, sonuncunun yaşadığı ünvan 2 ünvanındakı mənzilin qarşısında yerləşən saxlanc yerinin qıfılını dəmir parçası ilə sındıraraq qanunsuz daxil olub oradan bir ədəd 60 manat dəyərində 1x2,5 metr ölçüdə xalçanı, bir ədədinin dəyəri 120 manat olmaqla ümumi dəyəri 240 manat olan 2 ədəd 3x4 metr ölçüdə xalçanı, 1 ədəd 60 maant dəyərində qızdırıcı radiatoru, bir ədədinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 200 manat olan 25 ədəd 800 qramlıq şüşə qabda olan ağ gilas mürəbbəsini, bir ədədinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 ədəd 800 qramlıq şüşə qabda olan çiyələk mürəbbəsini, bir ədədinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 ədəd 800 qramlıq şüşə qabda olan qırmızı moruq mürəbbəsini, bir ədədinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 26 manat olan 1 litrlik şüşə qabda gilas meyvə şirəsini və dəyəri 21 manat olan 7 kiloqram çəkidə üzüm yarpağı turşusunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 767 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli DİN-nin BƏSSİ-nin tələbnaməsindən görünür ki, Ağayev X1 şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-53/2020 saylı hökmün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azadlıqdan məhrumetmə cəzasını X4 müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı X4 Müəssisəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən 13 saylı X4 Müəssisəsində qeydiyyata alınmış, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs çəkilmiş cəza müddəti 4 gün, cəzasının çəkilməmiş hissəsi 1 il 5 ay 26 gün olmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yəni, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəməsi və onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi, eləcə də törətdiyi əməldən peşimançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 177.2.3-cü maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli xx xxxx 2020-ci il tarixdə yəni Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-in 66.5ci maddəsinə əsasən təyin ediməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq cəza təyin edilməli və Əvvəlki hökmlə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 3 ədəd xalça və 1 ədəd qızdırıcının iş üzrə zərərçəkmiş şəxsə qayrarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əvvəlki hökmlə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 3 ədəd xalça və 1 ədəd qızdırıcının iş üzrə zərərçəkmiş şəxsə qayrarılması nəzərə alınsın. İş üzrə 50 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-30/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-30/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver