Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-30/2022 07.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Mülki iddiaçı - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Ağdam rayonu, Güllücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri, ”Turist baza” adlandırılan ərazidə müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 21 sentyabr 2021-ci il tarixdə saat 06:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının “Qızıl çimərlik” adlandırılan ərazisinə gəlmiş, özünə məxsus 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torları suda qurmuş və 21 sentyabr 2021-ci il tarixə saat 09:30-dək, hər biri 33 manat olmaqla 14 ədəd sıf və hər biri 11 manat olmaqla 57 ədəd çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1089 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 09:30-da sahilə çıxarkən X17 İdarəsinin X8 və X3 bölməsinin və Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar, 14 ədəd sıf və 57 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 sentybar 2021-ci il tarixdə saat 06:00-da balıq tutmaq məqsədi ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisinə gəlmiş və ona məxsus 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torları qurub sahilə çıxmışdır. Bir müddət sahildə gözləmiş və həmin tarixdə, yəni 21 sentyabr 2021-ci il tarixdə, saat 09 radələrində yenidən Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırlan ərazisində suya girib 1 ədəd rezin kombinezondan istifadə edərək qurduğu torları yığmağa başlamışdır. Həmin tarixdə saat 09:30dək 14 ədəd sıf və 57 ədəd çapaq balıqları tutmuşdur. Toru tutduğu balıqlarla birlikdə yığıb saat 09:30-da sahilə çıxarkən X17 idarəsinin X8 və X3 bölməsinin və Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisində torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 1 ədəd rezin kombinezona və jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torlara baxış keçirərkən, həmin balıqovlama vasitələri ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisindən qanunsuz tutduğu 14 ədəd sıf və 57 ədəd çapaq balıqlarını aşkar edərək götürmüşlər və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirib protokol tərtib etmişlər. Həmin protokol onun tərəfindən imzalanmışdır. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırlan ərazisindən torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Ailəlidir. Himayəsində 3 nəfər azyaşlı uşaqları vardır. Məcburi köçkündür. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Mülki iddiaçının nümayəndəsi X6 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəzanın verilməsini və ondan 1089 manat maddi ziyanın tutulub Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə ödənilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X17 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin polis nəfəri Şahid2 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə X17 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və X8 və X4 Bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 09:30-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torlar və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 57 ədəd çapaq və 14 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 57 ədəd çapaq və 14 ədəd sıf balıqlarını 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisində jılka adlandırılan sintetik sapdan toxunmuş torlarla balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş X17 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin polis nəfərləri Şahid3 və Şahid4 məhkəmə iclası zamanı Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid X17 İdarəsinin X8 və X4 Bölməsinin inspektoru, polis baş leytenantı Şahid1 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən DİO-da, 2020-ci il tarixdən isə X17 İdarəsinin X8 və X4 Bölməsinin inspektoru vəzifəsində çalışır. 21 sentyabr 2021-ci il tarixdə X17 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və X8 və X4 Bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 09:30-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torlar və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 57 ədəd çapaq və 14 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 57 ədəd çapaq və 14 ədəd sıf balıqlarını 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisində jılka adlandırılan sintetik sapdan toxunmuş torlarla balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Şahidlər X8 və X4 Bölməsinin polis nəfərləri Şahid5 və Şahid6 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları təsdiq etmişlər. Şahid8 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə X17 İdarəsinin Barkonyerliyə qarşı mübarizə və X4 bölməsinin və Mingəçevir xətt polis bölməsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirin nəticəsi ilə əlaqədar hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuşdur ki, saat 09 radələrində Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 2 ədəd uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 14 ədəd sıf və 57 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 14 ədəd sıf və 57 ədəd çapaq balıqlarını 1 ədəd rezin kombinezon və 2 ədəd uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torların vasitəsi ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının «Qızıl çimərlik» adlandırılan ərazisindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, onun baqlıqovlama bileti yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X17 İdarəsinin Barkonyerliyə qarşı mübarizə və X4 bölməsinin əməkdaşları tərəfindən götürülmüşdür. Şahid7 ibtidai istintaq zamanı Şahid8 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin 22.09.2021-ci il tarixli, 21/532 nömrəli məktubundan məlum olur ki, 22.09.2021-ci il tarixə kimi Təqsirləndirilən şəxs Mingəçevir su anabrında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.09.2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından müəyyən olunur ki, 21 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 14 ədəd hər biri 33 manat olmaqla 462 manat dəyərində sıf və 57 ədəd hər biri 11 manat olmaqla 627 manat dəyərində çapaq balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1089 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş 21.09.2021-ci il tarixli Qəbul Aktından görünür ki, bu aktı "xxxx" MMC-in direktoru X14 və Su NPİ-in BQM və BEMB-in inspektoru polis baş leytenantı Şahid1 tərtib etmişlər. Belə ki, sonuncu tərəfindən qəbul edilmiş ümumi çəkisi 1 kq olan 14 ədəd “sıf” balığı, ümumi çəkisi 3 kq olan 57 ədəd “çapaq” balıqlarını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş 19 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 21 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 57 ədəd çapaq və 14 ədəd sıf balıqları 05.10.2021-ci il tarixdə tərəfindən maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 21 sentyabr 2021-ci il tarixdə qəbul aktına əsasən "xxxx" MMCin direktoru X10 və həmçinin götürülmüş balıqovlama vasitələrinin saxlanılması üçün Su NPİ-in X8 və X3 Bölməsinin inspektoru, polis baş leytenantı Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı verilmiş iddia tələbində cavabdehdən 1089 manat məbləğində pulun alınıb iddiaçının hesabına ödənilməsi xahiş olunur. İş materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-in 28.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 13.10.2005-ci il tarixli Mingəçevir şəhər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.04.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisin 17.03.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmuş və məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Güllücə kənd inzibati ərazi idarəsi üzrə nümayəndəsi tərəfindən və Dövlət qaçqınkomun Mingəçevir şəhər nümayəndəsi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun üç övladı var. Onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin (şəkilsiz) surətindən, Ağdam rayon İcra Hakimiyyəti Başçısının Güllücə kənd inzibati ərazi idarəsi üzrə nümayəndəsi tərəfindən və Dövlətqaşkomun Mingəçevir şəhər Bölməsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən, Ağdam rayon Güllücə kənd sakinidir və onun ailə tərkibi – həyat yoldaşı X12, 3 azyaşlı övladı 13.03.2010-cu il təvəllüdlü X15, 16.07.2011-ci il təvəllüdlü X16 və 03.05.2015-ci il təvəllüdlü X7 ibarətdir. İş materiallarına əlavə olunmuş AA seriyalı 218792 №-li X9 görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonunu tərk edib Mingəçevir şəhərinə məcburi köçmüşdür. Məhkəmə, yuxarıda tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 21 sentyabr 2021-ci il tarixdə saat 06:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının “Qızıl çimərlik” adlandırılan ərazisinə gəlmiş, özünə məxsus 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torları suda qurmuş və 21 sentyabr 2021-ci il tarixə saat 09:30-dək, hər biri 33 manat olmaqla 14 ədəd sıf və hər biri 11 manat olmaqla 57 ədəd çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1089 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 09:30-da sahilə çıxarkən X17 İdarəsinin X8 və X3 bölməsinin və Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar, 14 ədəd sıf və 57 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən əməli törətmiş şəxsin əməli Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə əməli törətmiş şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 3 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, məcburi köçkün olmasını, yaşayış yerləri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Su NPİ-in X8 və X3 Bölməsinin inspektoru, polis baş leytenantı Şahid1 təhvil verilmiş, cinayətin törədilməsində alət və vasitələr kimi istifadə olunmuş 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 57 ədəd çapaq və 14 ədəd sıf balıqlarının "xxxx" MMC Müəssisəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Mülki iddianın həlli ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanın ödənilməsi üçün mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, mülki iddia tələbi təmin edilməli və 1089 manat pul əməli törətmiş şəxsdən tutulub mülki iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 354, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia tələbi təmin edilsin. Təqsirləndirilən şəxs 1089 (bir min səksən doqquz) manat tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Su NPİ-in X8 və X3 Bölməsinin inspektoru, polis baş leytenantı Şahid1 təhvil verilmiş, cinayətin törədilməsində alət və vasitələr kimi istifadə olunmuş 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 57 ədəd çapaq və 14 ədəd sıf balıqlarının "xxxx" MMC Müəssisəsinə təhvil verilməsi nəzərə alınsın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-30/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-30/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver