Məhkəmə qərarları › İş №1(051)-30/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-30/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-30/2023 01.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-56/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda 2 saylı X3 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 466,25 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özü ilə daşıyaraq 455 qram olan hissəsini yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 76/1 saylı evin, 4 saylı mənzilindəki hamam otağındakı vannanın alt hissəsində bir ədəd yaşıl rəngli sellafon bükümün içərisində gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 11,25 qram hissəsini isə bir ədəd şəffaf rəngli sellofan bükümü əynindəki yaşıl rəngli şortikin sol yan cibində saxlayaraq özü ilə daşımış, 26 avqust 2022-ci il tarixdə saat 09:45 radələrində Mingəçevir Şəhər Polis X2 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 76/1 saylı evin yaxınlığında saxlanıldıqdan sonra saat 09:55 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindəki təmiz çəkisi 11.25 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana onun əynindəki yaşıl rəngli şortikin sol yan cibindən, həmçinin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 76/1 saylı evin, 4 saylı mənzilə baxış keçirilərkən hamam otağının alt hissəsində yaşıl rəngli sellofan bükümün içərisində 455 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və öz müdafiəsi üçün heç bir dəlil irəli sürmədən məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanandan istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 76/1 saylı binanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişdilər. Mingəçevir şəhər polis şöbəsinin inzibati binasına daxil olub növbətçi hissənin qarşısında üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, küt alət, narkotik vasitə və s. varsa könüllü olaraq təqdim etməsini bildirmişdilər. Əynində olan yaşıl rəngli şortikin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı əynindəki yaşıl rəngli şortikin sol yan cibindən aşkar olunmuş narkotik vasitəni 1 ay əvvəl Ağdaş rayonunda olarkən yığıb qurutduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, yaşadığı mənzildə də, narkotik vasitə gizlədib saxladığını bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Bir ədəd sellofan bükümün içərisində narkotik vasitənin ümumi çəkisi 13,39 qram olmuşdur. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Bundan sonra onun iştirakı ilə narkotik vasitəni gizlədib saxladığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 76/1 saylı evin 4 saylı mənzilinə onun iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşadığı mənzilin hamam otağının alt hissəsində yaşıl rəngli selloffan bükümün içərisində olan narkotik vasitəni təqdim etmişdir. Təqdim etdiyi yaşıl rəngli sellofan bükümün içərisində narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni özü istifadə etmək üçün gizlədib saxladığını, üzərindən aşkar olunmuş narkotik vasitəni də, həmin torbanın içərisində aşkar olunmuş narkotik vasitədən götürdüyünü bildirmişdir. Yaşadığı mənzildən aşkar olunmuş və ona məxsus olan narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Götürülmüş narkotik vasitənin ümumi çəkisi 470 qram olmuşdur. Həmin narkotik qablaşdırılmış, möhürlənmiş, baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Baxış zamanı ərazidən qanunla qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Əməlindən peşmandır. Odur ki, barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektinin yaxınlığında yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişdir. Bundan sonra İsayev X7 ŞPŞ-nə gətirilmiş, polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Tubu Hüseynova dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində olan yaşıl rəngli şortikin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanı təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şortikin sol yan cibindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümü Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bükümün ümumi çəkisi 13.39 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan torbanın içərisindəki kağız bükümün içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 1 ay əvvəl Ağdaş rayonunda olarkən yolun kənarından yığıb qurutduğunu və həmin qurudulmuş marixuanm bir hissəsinidə üzərində digər hissəsini isə yaşadığı ünvan 4 ünvanında saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən hamam otağındakı vannanın alt hissəsində yaşıl rəngli sellofan torbanın içərisindən narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildi ümumi çəkisi 470 qram olmuşdur. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmaların üzərinə Təqsirləndirilən şəxs və Müdafiəçi də imza etmişdir. Daha sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, onlar da həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Ona görə də, məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs onunla birgə Mingəçevir şəhəri H.Əliyev prospekti ev 76, mənzil 4 ünvanda yaşayır. Həmçinin Təqsirləndirilən şəxs iki azyaşlı övladının olduğunu, lakin arvadından boşandığı üçün övladlarının anaları ilə birlikdə yaşadığını, eyni zamanda da oğlunun narkotik vasitələrdən istifadə etməsindən məlumatlı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti ev 76, mənzil 4 ünvanda ünvanına onun iştirakı ilə baxış keçirilməsi bildirilmişdir. O, da, buna etiraz etməmiş, buna görə dı, etirazı olmaması barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları onun və oğlu Təqsirləndirilən şəxs iştirakı ilə yaşadıqları mənzilə baxış keçirmişlər. İlkin olaraq polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu bildirilərək yaşadığı mənzildə gizlətdiyi narkotik vasitəni könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildə yerləşən hamam otağında vannanın alt hissəsində yaşıl rəngli sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin yaşıl rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı tutulmamışda bir ay əvvəl Ağdaş rayonunda olan zaman yolun qırağında yabanı halda bitdiyini görmüş, yığaraq yaşadığı mənzilə gətirmişdir. Yaşıl rəngli sellofan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisi 470 qram olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:10 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə tərtib edilmiş 26 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şortikin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində ümumi çəkisi 13.39 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş üzrə tərtib edilmiş 26 avqust 2022-ci il tarixli mənzilə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 76/1 saylı evin, 4 saylı mənzilinə baxış zamanı Təqsirləndirilən şəxs hamam otağındakı vannanın alt hissəsində yaşıl rəngli sellofan torbanın içərisində gizlədib saxladığı ümumi təmiz çəkisi 470 qram narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 27 avqust 2022-ci il tarixli 17/688 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində " Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş..." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir ) ədəd sellofan bükümdə, təmiz çəkisi – 11,25 olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. " Vət. Təqsirləndirilən şəxs yaşadığı evin hamamından aşkar olunub götürülmüş..." sözləri, adlar və imzalar yazılmış yaşıl rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi-455.0 olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 28 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. İşdə olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək barədə 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X1 Məcburi Narkolojitibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1526 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana tədqiqat üçün 0,10 qram istifadə edildikdən sonra yerdə qalan qalıq çəkisi 466,15 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 466,25 qram olan müəyyən hissəsi tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 466,15 qram olan narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Şahidlərin ifadələri, baxış və götürülmə protokolu, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X9 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/688 saylı rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə Şəhəri X1 Məcburi Narkoloji-tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1526 nömrəli rəyi sübut növü kimi tanınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(051)-117/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin əvvəlinin 09 dekabr 2022-ci ildən hesablanması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-30/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 05-ci qrafasına əsasən təmiz çəkisi 466.25 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması CM-nin 59.1-ci maddəsinə əsasən, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli,Azərbaycan Respublikası CM–in 66.2– ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(051)-30/2023 saylı hökmü ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalı və iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olubolmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(051)-30/2023 saylı hökmü ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona 1 (bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən ekspertizadan sonra ümumi təmiz çəkisi 466,15 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar