Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-30/2024 17.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0.15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0.269 qram olan narkotik vasitə-heroni satış məqsədi olmadan üzərində gəzdirərək əynində olan göy rəngli cins şalvarın sol arxa cibində saxlayaraq daşımış və 31 may 2023-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Nizami küçəsi, 5№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 14:40-dan 14:55-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki kül rəngli cins şalvarın sağ yan iç cibində saxlayaraq daşımış və 24 avqust 2023-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.F.Axundov küçəsində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 09:50-dən 09:58-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan kül rəngli cins şalvarın sağ yan iç cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısındakı piyadalar üçün yeraltı keçidin yaxınlığından keçərkən yerdə 1 ədəd qara rəngli kağız büküm görüb yerdən götürmüşdür. Açıb baxdıqda həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Çünki özü də narkotik vasitələrdən istifadə edir. Sonradan istifadə etmək üçün həmin qara rəngli kağız bükümdə olan narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sol arxa cibində gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri Nizami küçəsi 5№-li yaşayış binasının yaxınlığında olarkən, tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki göy rəngli cins şalvarın ciblərindən müxtəlif əşyaları, əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan qara rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd qara rəngli kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və 1 (bir) ədəd qara rəngli kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,41 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin qara rəngli kağız büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zaman yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri M.F.Axundov küçəsində yerləşən "Qafqaz” mağazasının yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində 1 (bir) ədəd qızılı rəngli kağız bükümü ilə birlikdə 0,59 qram narkotik vasitə heroini etiraf etməli olduğunu bildirmişlər. O da narkotik vasitəsinin istifadəçisi olduğu üçün məcburiyyətdən razılaşmışdır. Narkotik vasitəni həftədə 1 dəfə istifadə edirdi. İkinci dəfə onun Rəhman müəllim PŞ-yə tutub gətirmişdir. Narkotiki maşında Rəhman müəllim onun cibinə qoymuşdur. Fəridin işi üzrə Rəhman müəllimi tanımışdır, həmin vaxt Rəhman müəllim ona 50 manat pul vermişdir ki, narkotik alsın və bu barədə PŞ-yə məlumat versin, lakin o, bunu etməmişdir. Ona görə də Rəhman müəllimin yanında əməliyyatçılar PŞ-də onu döyərək təzyiq göstərmişlər. Hərbi xidmətə getdikdən sonra narkotik vasitədən istifadə etmir. Narkotik vasitə istifadəçisi olmuşdur. Məcbur qalıb, ikinci epizodu etiraf etmişdir. İkinci dəfə onu PŞ-nin 2-ci mərtəbəsinə qaldırmışlar, sonradan kamera qarşısına gətirmişlər. İşgəncələr dözülməz olmuşdur. Ona görə də vəkilin yanında heç nə deməmişdir. Prokurorluğa şikayət etməmişdir, demişlər ki, şikayətə baxmayacaqlar. Qorxusundan şikayət etməmişdir. Hazırda narkotik vasitədən əziyyət çəkmir, çünki hərbi xidmət zamanı onu hospitala göndərmişlər, orada müalicə götürmüşdür. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Nizami küçəsi 5№-li yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olması bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki göy rəngli cins şalvarın ciblərindən müxtəlif əşyaları, əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan qara rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən aşkar olunmuş qara rəngli kağız bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd qara rəngli kağız bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd qara rəngli kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,41 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısındakı piyadalar üçün yeraltı keçidin yaxınlığından keçərkən 1 ədəd qara rəngli kağız bükümdə yerdən tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİNnin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri Şahid2, Şahid4 oğlu və Şahid3 da ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Mingəçevir şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin M.F.Axundov küçəsində yerləşən “Qafqaz" mağazasının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki kül rəngli şalvarın ciblərindən müxtəlif əşyaları, əynindəki kül rəngli şalvarın sağ yan iç cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki kül rəngli şalvarın sağ yan iç cibindən aşkar olunmuş qızılı rəngli kağız bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd qızılı rəngli kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,59 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhəri S.Vurğun küçəsində yerləşən Mingəçevir şəhər Dram teatrının yaxınlığından keçərkən 1 ədəd qızılı rəngli kağız bükümdə yerdən tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili Şahid5 da ifadəsində Şahid6 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə iclası zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində ikinci epizodu məcbur qalıb etiraf etməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Polis şöbəsində 1 (bir) ədəd qızılı rəngli kağız bükümü ilə birlikdə 0,59 qram narkotik vasitə heroini etiraf etməli olduğunu bildirdiklərini, narkotik vasitə istifadəçisi olduğu üçün məcburiyyət qarşısında, işgəncələrə dözməyərək razılaşdığını, əməliyyatçıların PŞ-də onu döyərək təzyiq göstərdiklərini bildirmişdir. Bununla belə təqsirləndirilən şəxs pis rəftarla və psixoloji zorakılıqla bağlı Mingəçevir şəhər Prokurorluğuna müraciət etməmişdir. Həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 1 ədəd şpris, 1 ədəd qızılı-ağ rəngli kağız bükümünə bükülmüş narkotik vasitə heroin aşkar edilməsi videoçəkiliş zamanı öz əksini tapmışdır. Təqsirləndirilən şəxs video çəkiliş zamanı heç bir xüsusat üzrə etiraz bildirməmiş, əksinə narkotik vasitə heroinin özünə məxsus olduğunu və tutularkən heç bir zorakılığa məruz qalmadığını sərbəst şəkildə ifadə etmişdir. Həmin vaxt ona təzyiq göstərilməsi müşahidə edilməmişdir. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa, pis rəftara və psixoloji zor tətbiqinə məruz qalması, həmçinin narkotik vasitə olan heroinin onun üzərinə qoyulması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsinin inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş büküm ilə birlikdə narkotik vasitə heroinə bənzər kütlənin ümumi çəkisinin 0.41 qram olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan kül rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin qızılı falqasına bükülmüş bükümün içərisindən narkotik vasitə-heroin və 1 ədəd şpris aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd siqaretin qızılı falqasına bükülmüş büküm ilə birlikdə narkotik vasitəyə oxşar kütlənin çəkisinin 0,59 qram olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “DVD” diskə baxış keçirilməsinə dair xx.xx.2023cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd qara rəngli kağız bükümdə olan narkotik vasitə heroin aşkar olunması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan “DVD” diskə baxış keçirilməsinə dair xx.xx.2023cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əynində olan kül rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şpris, sağ yan iç cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümünə bükülmüş narkotik vasitə heroin aşkar olunması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 17/433 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş narkotik vasitə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,269 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 17/637 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitəyə bənzər kütlə və 1 ədəd şpris” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,487 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd 1 ml-lik şprisdə cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) onun təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 1094 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 1 (bir) ədəd qara rəngli kağız bükümündə və 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümündə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan hər obyektdən 0,050 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 0,219 qram və 0,437 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şpris iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0.269 qram olan narkotik vasitə-heroni və 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib üzərində saxlayaraq, daşımaqla ictimai təhlükəli əməli təkrar törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0.269 qram olan narkotik vasitə-heroni satış məqsədi olmadan üzərində gəzdirərək əynində olan göy rəngli cins şalvarın sol arxa cibində saxlayaraq daşımış və 31 may 2023-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nizami küçəsi 5№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 14:40-dan 14:55-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki kül rəngli cins şalvarın sağ yan iç cibində saxlayaraq daşımış və 24 avqust 2023-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri M.F.Axundov küçəsində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 09:50-dən 09:58-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan kül rəngli cins şalvarın sağ yan iç cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin cinayət əməllərini törətdiyi zaman yetkinlik yaşına çatmamasını və ilk dəfə az ağır cinayət törətməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün cinayətin törədilməsində təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 31 may 2023-cü il və 24 avqust 2023-cü il tarixlərdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəheroini qanunsuz əldə edib üzərində gəzdirərək əynində olan göy rəngli cins şalvarın sol arxa cibində saxlamaqla törətmiş, ikinci dəfə isə 24 avqust 2023-cü il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini qanunsuz əldə edib əynindəki kül rəngli cins şalvarın sağ yan iç cibində saxlamaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023–cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən azad edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 26 avqust 2023-cü il tarixli “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023–cü il tarixli qərarla seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvəsində saxlanılmış, o, Mingəçevir ŞPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 04 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 04 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 08 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata da alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalan ümumi çəkisi 0,219 qram və 0,437 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 138 manat 20 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatlara sərf olunduqdan sonra qalan ümumi çəkisi 0,219 qram və 0,437 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-30/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-30/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver