Məhkəmə qərarları › İş №1(051)-30/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-30/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-30/2025 04.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 qızı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində olan «Sarıcalı» hospitalına «tibb bacısı» kimi işə düzəldəcəyinə dair yalan vədlər verib, 2022-ci ilin sentyabr ayında Yevlax rayonunda yerləşən «Şərur» kafesində Zərərçəkmiş şəxs2 şəxsən 5000 manat, Şahid2 «tibb bacısı» kimi həmin hospitala işə düzəlməsi üçün keçəcəyi tibbi müayinəsi zamanı yaranmış problemi aradan qaldırmaq adı ilə 2022-ci ilin oktyabr ayında Yevlax rayonunun istintaqa məlum olmayan ünvanda Zərərçəkmiş şəxs2 şəxsən 1000 manat, Şahid2 tibbi müayinəsi zamanı yaranmış növbəti problemi aradan qaldırmaq adı ilə 2022ci ilin noyabr ayında Yevlax rayonu ilə Bərdə rayonu arasındakı magistral yol üzərində yerləşən «Mehman» kafesində Zərərçəkmiş şəxs2 yenə də 1000 manat, habelə 2023-cü ilin yanvar ayında Şahid2 Gürcüstan Respublikasında ali təhsil alması ilə bağlı aldığı ali təhsil müəssisəsinin diplomunu Azərbaycan Respublikasında təsdiq etdirmək adı ilə Ağcabədi rayonunda «Sarıcalı» kafesində Zərərçəkmiş şəxs2 növbəti dəfə 500 manat alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 7500 manat məbləğdə pulunu alıb, ələ keçirərək və ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bərdə rayonu, Mehdixanlı kənd sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» xüsusi təyinatlı hərbi birləşməsinə «gizir» kimi xidmətə təyin edilməsinə köməklik edəcəyini vəd verib, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Aslanov küçəsində yerləşən «N» saylı hərbi hissənin qarşısında yerləşən çayxanada Zərərçəkmiş şəxs1 2500 manat, xx.xx.2023-cü il tarixdə isə Mingəçevir şəhəri, Gəncə şosessində yerləşən «Karvan Petrolun» qarşısında özünə məxsus avtomobildə Zərərçəkmiş şəxs1 1000 manat, ümumilikdə 3500 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» xüsusi təyinatlı hərbi birləşməsinə «gizir» qismində xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Şəki şəhərində olan Zərərçəkmiş şəxs4, orada istintaqa məlum olmayan ünvanda yerləşən «Emanat» terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 adına olan 4098xxxx64723491 «Leobank» kart hesabına onun (Təqsirləndirilən şəxs) göstərişi ilə göndərdiyi 3400 manat, istintaqa məlum olmayan digər kart hesabına isə göndərdiyi 100 manat məbləğdə pul vəsaitlərindən Zərərçəkmiş şəxs1 məxsus plastik kartdan 3400 manatını Bakı şəhərində «M.Əcəmi» metrostansiyasının yaxınlığında, 100 manatını isə istintaqa məlum olmayan ünvanda məxaric edərək, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində istintaqa məlum olmayan ünvanda Zərərçəkmiş şəxs4 məxsus 500 manat məbləğdə pulu Şahid1 vasitəsilə, habelə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 onun adına olan 4127 2093 0196 4604 nömrəli «ABB» bank kart hesabına göndərdiyi 1000 manat məbləğdə, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 5000 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» xüsusi təyinatlı hərbi birləşməsinə «bağban» kimi işə düzəldəcəyinə dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Yevlax rayonunda istintaqa məlum olmayan ünvanda onun 3200 manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» xüsusi təyinatlı hərbi birləşməsinə işə düzəldəcəyinə dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində «20 yanvar» metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 2300 manat, xx.xx.2023-cü il tarixdə Yevlax rayonunda istintaqa məlum olmayan ünvanda 1500 manat, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 3800 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Daşkəsən rayonunda yerləşən «191» saylı hərbi hissəsində «müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu» kimi xidmət edən Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən «777» saylı hərbi hissəsinə «müddətdən artıq hərbi qulluqçu» kimi xidmətə təyin etdirəcəyinə dair yalan vəd verib, onun göstərişinə əsasən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 Mingəçevir şəhərində istifadəsində olan mobil telefonunda olan «Bir kart mobil tətbiq» etmə proqramı vasitəsi ilə həmin vaxt onun (Təqsirləndirilən şəxs) istifadəsində olan istintaqa məlum olmayan kart hesabına göndərdiyi 2000 manat məbləğdə pulunu ələ keçirərək, dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2013-cü ildən 2020-ci ilədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 20-25 saylı hərbi hissəsində və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əlbəyaxa döyüş hazırlığı üçün təlimçi qismində xidmət etmişdir. Hərbi hissədə mülki şəxs kimi xidmət etmişdir. Lakin 2020-ci ildə hərbi hissələrdə «döyüş hazırlığı təlimçisi» ştatı ləğv edilmiş və həmin tarixdən o, Yevlax rayonunda icarəyə yer götürüb, fərdi qaydada əlbəyaxa döyüşlər üzrə müəllim kimi fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayında o, idman zalında olan zaman simadan tanıdığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 onun istifadəsində olan mobil nömrəyə zəng vurub, əvvəllər Müdafiə Nazirliyinin «920» saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət qulluqçusu işlədiyini, lakin müqaviləsinin vaxtı bitdiyi üçün təxris olunduğunu, yenidən hərbi hissəyə bərpa olunmaq istədiyini bildirmişdir. Müdafiə Nazirliyinin nəzdində olan hərbi hissələrə xidmətə qəbul qaydalarını bildiyi üçün Zərərçəkmiş şəxs1 xidmətə qəbul edilməsinə köməklik edə biləcəyini bildirmiş və bunun müqabilində sonuncudan 3500 manat məbləğdə pul istəmişdir. Lakin Nurlandan pulu ona kömək etmək məqsədi ilə deyil, maddi durumunu yaxşılaşdırmaq məqsədi ilə istəmişdir. Beləliklə, 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs1lə mobil telefon vasitəsi ilə danışdıqdan sonra Mingəçevir şəhərində görüşmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə o, Mingəçevir şəhərinə gəlmiş və Mingəçevir şəhəri, H.Aslanov küçəsində yerləşən hərbi hissənin qarşısında olan çayxanada görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs1 yanında qohumu Pərvin adlı şəxs və atası Möhübbət də olmuşdur. Onlar çayxanada oturub söhbət edən zaman Zərərçəkmiş şəxs1 ona 2017-ci il tarixdə Müdafiə Nazirliyindən təxris olunduğunu, 2020-ci ildə «Vətən müharibəsində» sol gözündən xəsarət aldığını, lakin buna baxmayaraq hərbi hissəyə xidmətə qayıtmaq istədiyini bildirmişdir. Həmin vaxt ona pul lazım olduğundan Nurlana, onu hərbi hissəyə qəbul etdirə biləcəyini, bunun üçün lazımi sənədləri təqdim etməli olduğunu demiş, Zərərçəkmiş şəxs1 qəbul olunduğu halda onun pulunu özünə sərf etməyi, qəbul olunmadığı təqdirdə isə pulu ona qaytaracağını düşünmüşdür. Beləliklə, Nurlana onu Müdafiə Nazirliyinin «Komando» hərbi birləşməsinə xidmətə qəbul etdirəcəyinə dair söz vermiş, lakin Nurlanın gözündən xəsarət aldığını görüb, pulun hamısını birdəfəlik almamaq qərarına gələrək, ilkin olaraq ondan 2500 manat məbləğdə pul verməsini istəmişdir. Nurlan atası və qohumu Pərvinin yanında ona 2500 manat məbləğdə pul vermişdir. Həmin vaxt Pərvin ona 2500 manat pul almağı ilə bağlı əlyazma ilə sənəd yazmasını xahiş etmiş, o da etiraz etmədən, elə çayxanada 2500 manat məbləğdə pul alması ilə bağlı ağ vərəqədə öz xətti ilə yazıb, altından da imza atmışdır. Həmin vaxtdan etibarən onunla Pərvinin arasında yaxşı münasibət yaranmış və Pərvin ona çox inanmışdır. Bunun səbəblərindən biri də onun Pərvinlə görüşə hərbi xidmət geyimində getməsi olmuşdur. Görüş zamanı, həmçinin Nurlan ona özünə aid sənədlərin, yəni şəxsiyyət vəsiqəsinin, hərbi biletin, Müdafiə Nazirliyinin müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət etməsi barədə, habelə «Vətən müharibəsində» iştirak etməsinə dair sənədlərin surətini vermişdir. O, Nurlana 2023-cü ilin fevral ayında «Komando» hərbi birləşməsində kurs başlayan zaman kursa gedib, xidmətə başlaya biləcəyini bildirmişdir. Nurlandan 2500 manat pulu aldıqdan 2 gün sonra Nurlanla əlaqə saxlayıb, görüşmüş və birlikdə ilkin olaraq xidmətə qəbul olunması üçün «Forma 7» sənədini almaqdan ötrü Bərdə rayonuna getmişlər. Orada Nurlana ilkin qəbul üçün «Forma 7» sənədini aldıqdan sonra onlar birlikdə Gəncə şəhərində yerləşən hərbi hospitala komissiyadan keçmək üçün getmişlər. Orada ilkin müayinələrdən keçmiş, lakin günün ikinci yarısı getdikləri üçün Nurlanı həkimlərin hamısının qəbuluna sala bilməmişdir. Onlar hospitaldan çıxan zaman o, Nurlana ertəsi gün yenidən Gəncə şəhərinə gedəcəklərini, gələrkən özü ilə 1000 manat da pul götürməli olduğunu demişdir. Ertəsi gün, yəni 2023-cü ilin yanvar ayının 21-də Nurlanla Mingəçevir şəhəri, «Karvan petrolun» qarşısında görüşmüşlər. Görüş zamanı Nurlan ona məxsus avtomobildə ona qalan 1000 manat pulu vermişdir. Onlar Gəncə şəhərinə çatıb, həkim komissiyasından keçən zaman Nurlan göz həkimin qəbulundan həkimdən imtina almış və bu barədə ona bildirdikdə, o, həkimin qəbuluna girib, Nurlana Bakı şəhərinə gözündən müayinədən keçməsi üçün göndəriş vərəqəsi almış və Nurlana yalandan Bakı şəhərində onun işini həll edəcəyini bildirmişdir. Artıq Nurlanın işinin alınmayacağını anlamış, lakin onun borcları çox olduğundan o, pulu geri qaytara bilməmiş və Nurlanı yubatmaqla pulunu daha sonra qaytaracağını düşünmüşdür. Bundan sonra o, Nurlanın qəbul olmayacağını bilə-bilə vaxt udmaq məqsədi ilə Bakı şəhərinə hərbi hospitala aparmışdır. Bakı şəhərində Nurlan göz həkimin qəbulundan olmuş və yenə də həkim Nurlanın yararlı olmadığı barədə rəy vermiş, Nurlan həkimin qəbulundan çıxdıqdan sonra o, həkimin qəbuluna girib, ona köməklik etməsini xahiş etsə də, həkim ona Nurlanın bir gözünün görmədiyi üçün heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. O, həkimin qəbulundan çıxdıqdan sonra Nurlana yalandan işi həll etdiyini və ona bu işdə Müdafiə Nazirliyində generalların köməklik etdiyini bildirmişdir. Daha sonra onlar Mingəçevir şəhərinə geri qayıtmışlar. Nurlan həmin vaxtdan onunla mütəmadi olaraq əlaqə saxlamış, lakin bir müddət sonra ona verdiyi pulu tələb etməyə başlamışdır. Nurlanın şikayət edəcəyindən qorxduğu üçün 3500 manat puldan 600 manatını geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə aldığı 3500 manat puldan heç kimə heç bir məbləğdə pul verməmişdir. 2023-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs1 qohumu Pərvin adlı şəxs onun istifadəsində olan mobil nömrəyə zəng vurub, qohumundan başqa dostunun oğlunun da «Komando» hərbi birləməsinə qəbul edilməsinə köməklik etməsini xahiş etmiş, o da həmin şəxsin işə qəbul edilməsi üçün lazımı qaydada olan sənədlərin toplanmasında köməklik edəcəyini düşünüb, Pərvinə həmin şəxsə köməklik edə biləcəyini bildirmişdir. Bu məqsədlə 2023-cü ilin yanvar ayının sonunda o, Mingəçevir şəhərinə gəlmiş və Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən kafelərin birində Pərvinlə görüşmüş, həmin vaxt yenə də hərbi xidmətdən qalan özünə məxsus hərbi geyimdə olmuşdur. Hərbi geyim geyinməkdə məqsədi isə pul ala biləcəyi şəxsləri özünə inandırmaq olmuşdur. Onlar Mingəçevir şəhərində kafedə Pərvinlə görüşən zaman Pərvinin yanında adını sonradan bildiyi Zərərçəkmiş şəxs4 olmuşdur. Ülvü ona sənədlərini təqdim edən zaman o, sənədlərə baxmış və X17 Xidmətində gizir işlədiyi üçün onu Müdafiə Nazirliyində «milli orduya» xidmətə düzəltmək üçün 5000 manat pul lazım olduğunu bildirmiş, Ülvü də həmin məbləğə «milli orduya» xidmətə qəbul olunmağa razılıq vermişdir. Lakin Ülvü 5000 manat pulu birdəfəlik verə bilməyəcəyini, həmin məbləği hissə-hissə verə biləcəyini bildirmişdir. O da Ülvüyə heç olmasa 3500 manat pulu həmin an üçün verməli olduğunu demişdir. Razılaşmaya əsasən o, Ülvünü Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə «gizir» kimi işə düzəltməyə söz vermişdir. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərinə Zərərçəkmiş şəxs1 aparan zaman Ülvüyə zəng edib, 3500 manat pulu ona göndərmək fikrində olubolmadığını soruşduqda, Ülvü bankdan kredit götürdüyünü, lakin həmin vaxt Pərvinlə birlikdə Şəki rayonuna getdiyini bildirmişdir. O da Ülvü fikrindən dönməsin deyə, ona təcili olaraq 3500 manat pulu göndərməli olduğunu, bundan sonra o, yanında olan Nurlanın kart hesab nömrəsini Ülvüyə demiş, sonuncu isə Nurlanın adına olan bank kartı hesabına 3400 manat məbləğdə pul köçürmüşdür. Qalan 100 manat pulu isə özünə məxsus istintaqa məlum olmayan bank kartına köçürtdürmüşdür. Ülvüdən aldığı pul hesabına borclarını qaytarmaq olmuşdur. Qalan 100 manatı isə öz bank kartına ehtiyacı ola biləcəyi üçün köçürtdürmüşdür. Ülvünün göndərmiş olduğu 3500 manat pulu Bakı şəhərində bankomatdan çıxarmış, Mingəçevir şəhərinə geri qayıtdıqdan sonra Ülvü ilə birlikdə ilk öncə «Forma 7» sənədini almaq üçün Beyləqan rayonuna getmiş, orada «Forma 7» sənədini aldıqdan sonra Ülvünü həkim komissiyalarından keçirtmişdir. Bundan sonra Ülvünün işinin qısa müddətdə həll olunacağını düşünüb, qalan 1500 manat pulu istəmiş, bu məqsədlə Pərvinlə əlaqə saxlamışdır. 2023-cü ilin fevral ayının 5-də Ülvü Pərvinin vasitəsi ilə ona 500 manat məbləğdə pul göndərmiş, Pərvin Ülvünün vermiş olduğu 500 manat pulu Mingəçevir şəhərində ona vermiş, lakin o, Ülvü və Pərvinə qalan 1000 manat pulu göndərməsi üçün tez-tez mobil telefon ilə əlaqə saxlamış və işin alınması üçün qalan 1000 manat pulu da vermək lazım olduğunu demişdir. 2023-cü ilin mart ayının 1-də o, Mingəçevir şəhərində olan zaman Ülvü ona məxsus bank kart hesabına 1000 manat pul göndərmişdir. Həmin pulu Mingəçevir şəhərində xatırlamadığı bankomatdan çıxarmışdır. Bundan sonra Ülvü işi ilə bağlı mütəmadi olaraq əlaqə saxlayıb, işi barədə maraqlanmış, o da Ülvünün qısa müddət ərzində işə düzələcəyini güman etmişdir. Lakin o, daha sonra Ülvünün də işinin alınmadığını anlamış və məcbur olub bir dəfə Pərvinin vasitəsi ilə 1000 manat, bir dəfədə özü şəxsən 600 manat pulu Ülvüyə geri qaytarmışdır. Zərərçəkmiş şəxs4 MN «Komando» hərbi birləşməsinə işə düzəltmək məqsədi ilə almış olduğu 5000 manatdan heç kimə hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs2 müraciəti ilə bağlı isə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ailəvi dostu Şahid3 görə tanımışdır. Hərbi hissələrdə hərbi müəllim işlədiyi üçün 2022-ci ilin sentyabr ayında Ramilə ona zəng vurub ailəvi tanışları Zərərçəkmiş şəxs2 qızının hərbi hospitalda «tibb bacısı» kimi işə düzəlməyinə köməklik etməsini xahiş etmiş, o isə işə qəbulun qaydalarını yəni toplanmış sənədlərin verilmə qaydalarını bildiyi üçün və həmin vaxtlar qızı xəstə olduğu üçün maddi durumu yaxşı olmadığından Mehmana köməklik edə biləcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında Mehman onun istifadəsində olan mobil nömrəni yığıb, tanışlıq verdikdən sonra onlar Yevlax rayonunda görüşmək qərarına gəlmişlər. 2022-ci ilin sentyabr ayında o, Mehmanla Yevlax rayonunda görüşmüş, görüş zamanı Mehmanla qızı Mehribanı «Sarıcalı» hospitalında «tibb bacısı» kimi işə düzəltmək barədə danışmışlar. O, Mehmana qızını 5000 manat müqabilində işə düzəldə biləcəyini demişdir. Mehman isə ona qısa müddətə təklifinə cavab verəcəyini bildirmişdir. 2 gün sonra, yəni 2022-ci ilin sentyabr ayında Mehman qızı Mehribanla Yevlax rayonuna gəlmiş və Yevlax rayonunda kafedə Mehman ona qızını «Sarıcalı» hospitalında işə düzəltməyi üçün qızı Mehribanın yanında 5000 manat məbləğdə pul vermişdir. Bundan başqa, qızı Mehribanın işə qəbul ilə bağlı sənədləri də təqdim etmişdir. Bundan 1 həftə sonra o, Mehribanla Bakı şəhərində hərbi hospitalda həkimlərdən keçmişlər. Mehribanın tibbi yoxlanışında ciddi problem olmamış, sadəcə olaraq qanının azlığı müəyyən edilmişdir. Həmin vaxtlar ona pul lazım olduğu üçün o, Mehmandan əlavə 1000 manat almaq məqsədi ilə Mehmandan qızınının tibbi yoxlanışdan keçməsi ilə bağlı 1000 manat pul istəmiş və 2022-ci ilin oktyabr ayında o, Mehmanla Yevlax rayonunda yenidən görüşmüş, Mehmandan qızı Mehribanın yanında qızının tibbi yoxlanış məsələsini həll etmək üçün 1000 manat məbləğdə əlavə olaraq pul almışdır. Lakin o, həmin pulları öz məsrəflərinə və borclarının qaytarılmasına sərf etmişdir. Yenə də pul lazım olduğu üçün Mehmana zəng edib, tibbi yoxlanışla bağlı əlavə 1000 manat da pul lazım olduğunu bildirmişdir. Mehman yenə də 2022-ci ilin noyabr ayında onunla Yevlax rayonunda görüşmüş və Mehman ona qızının tibbi yoxlanışı ilə bağlı olaraq Mehribanın yanında 1000 manat pul vermişdir. O, Mehmandan aldığı pulları yenə də öz xərclərinə xərcləmişdir. X3 işə qəbul sənədlərini «Sarıcalı» hərbi hospitalına təqdim etmiş və Mehribanı işə qəbul ilə bağlı kursa çağırmışlar. Lakin Mehribanın kursu «tibb bacısı» kursu deyil, «xadiməçilik» kursu olmuşdur. 2023-cü ilin yanvar ayında Mehman ona qızının «tibb bacısı» kimi işə qəbul ilə bağlı söz verdiyini bildirdikdə, o, Mehribanın diplomunun xarici dövlətə məxsus olduğunu bildirmiş və diplomu təsdiq etdirmək adı ilə Mehmandan əlavə olaraq 2500 manat pul istəmiş, lakin diplomu təsdiq etdirə bilməyəcəyini yəqin bilmiş, lakin ona pul lazım olduğundan, o, Mehmandan pul almaq niyyətində olmuşdur. Mehman isə ona yalnız 500 manat pul verə biləcəyini bildirdikdə o, razılaşmış və 2023-cü ilin yanvar ayında Mehmanla Ağcabədi rayonunda görüşmüş və Mehman ona qızının diplomunun təsdiq edilməsi üçün əlavə olaraq 500 manat məbləğdə pul vermişdir. Bir müddət sonra Mehmanın qızı hərbi hospitalda «xadiməçilik» kursuna başlamış və «Sarıcalı» hospitalında xadiməçi kimi işə başlamışdır. O, Mehmana qısa müddətdə onun qızını «tibb bacısı» keçirdəcəyini deyib, vaxt qazanmaq məqsədi ilə aldatmışdır. Zərərçəkmiş şəxs2 almış olduğu 7500 manat puldan Şahid3 heç bir məbləğdə pul verməmiş, Şahid3 qızının işə qəbul edilməsi ilə bağlı olaraq Ramilədən heç bir məbləğdə pul almamışdır. 2023-cü ilin may ayında Sumqayıt şəhərində olan zaman Pərviz adlı tanışı ona zəng edib, Lətif adlı şəxsin hərbi hissəyə xidmətə qəbul olunmaq istədiyini bildirmiş, o da həmin şəxsin sənədlərini düzgün qaydada yönəldib, pul ala biləcəyini düşünmüş və Pərvizə köməklik edə biləcəyini düşündüyü üçün bunun müqabilində ondan 3800 manat məbləğdə pul istəmişdir. 2023-cü ilin may ayında o, adını sonradan bildiyi Zərərçəkmiş şəxs5 ilə Bakı şəhərində «20 yanvar» metrostansiyasının yaxınlığında görüşmüş və sonuncu ilə söhbət zamanı onu Müdafiə Nazirliyinin hərbi hissələrinin birinə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətə qəbul etdirə biləcəyini bildirmişdir. Əvvəlcədən özü ilə götürdüyü «Forma 7» sənədini Lətifə təqdim edərək, sənədləri toplamasını bildirmiş və Lətif Pərviz adlı şəxsin yanında ona 2023-cü ilin may ayının 15-də 2300 manat məbləğdə pul vermişdir. Lətifə qalan pulu qısa müddətdə hazır etməsini demiş və xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs5lə Yevlax rayonunda görüşmüş, görüş zamanı Lətif ona qalan 1500 manat pulu vermişdir. Bundan sonra o, Lətifi tibbi mayinələrdən keçirtmək üçün Gəncə şəhərinə aparmış və Lətif həkimlərdə müayinələrdən keçmişdir. O, Lətifin sənədlərini özü ilə götürüb, qısa müddət əzində onu MN hərbi hissələrindən birinə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 almış olduğu 3800 manat puldan heç bir məbləğdə puldan X4 pul verməmişdir. X2 onun müəyyən şəxsləri işə düzəltmək adı ilə onlardan pul alması barədə məlumatı olmamış, sadəcə olaraq o, işə düzəltmək istədiyi şəxslərin yanında özünə etimad qazanmaq məqsədi ilə və onun yüksək rütbəli şəxslərlə əlaqələrinin yaxşı olmasını göstərmək məqsədi ilə yalandan Rauf Niyazovla danışdığını bildirmişdir. 2023-cü ilin fevral ayında Yevlax rayonunda olan zaman Yevlax rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs6 ilə çayxanada görüşmüşlər. Görüş zamanı İlkin ona işsizlikdən əziyyət çəkdiyini bildirmiş və ona hərbi hissəyə «bağban» kimi işə düzəlməyinə köməklik etməsini xahiş etmişdir. O da İlkinə onu «Komando» hərbi birləşməsinə «bağban» kimi işə düzəldə biləcəyini, bunun müqabilində 3200 manat məbləğdə pul vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt İlkin ona hazırda pulunun olmadığını bildirmiş və çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə İlkin ona zəng edib, görüşmək istədiyini bildirmiş, bundan sonra İlkinlə Yevlax rayonunda yerləşən çayxanaların birində görüşmüşlər. Görüş zamanı İlkin qaynanasından 3200 manat borc aldığını bildirmiş və onu «Komando» hərbi birləşməsinə «bağban» kimi işə düzəltməsini xahiş etmişdir. İlkindən xx.xx.2023-cü il tarixdə 3200 manat məbləğdə pul alıb, İlkinə aid şəxsiyyətini təsdiq edən sənədləri də ona verməsini demişdir. İlkin də razılaşıb, həmin gün ona özünə aid sənədləri təqdim etmişdir. Həmin vaxtlar maddi durumu yaxşı olmadığından və borcları çox olduğundan İlkindən aldığı 3200 manat pulu xərcləmişdir. O, İlkinə aid sənədləri heç bir quruma təqdim etməmişdir. Bir müddət sonra İlkin ondan işi ilə bağlı maraqlandıqda o, İlkinə qısa müddətdə işinin həll olunacağını deyib, onu aldatmağa başlamışdır. Sonra İlkinə səbirli olmağı və qısa müddətdə pulunu geri qaytaracağını bildirmişdir. Sonradan İlkindən aldığı 3200 manat puldan 2500 manat hissəsini geri qaytarmışdır. 2023-cü ilin iyul ayında o, Yevlax rayonunda olan zaman Yevlax rayon sakini kimi tanıdığı Daşkəsən rayonunda hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət aparan Səməd adlı şəxs onunla görüşmüş, sonuncu Daşkəsən rayonunda xidmətin çətin olduğunu, yaşadığı Yevlax rayonuna gedib-gəlməkdə çətinlik çəkdiyini və MN Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsinə köçürülməsinə köməklik etməsini ondan xahiş etmişdir. Həmin vaxtlar onun pul aldığı şəxslər onunla hər gün əlaqə yaradıb, pullarını geri istəmişlər. Ona görə də o, Səmədə onu 2000 manat müqabilində MN Gəncə şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu kimi xidmət yerini dəyişməkdə kömək edə biləcəyini yalandan vəd verib aldatmışdır. Buna cavab olaraq Səməd onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən bir həftə sonra Səməd onunla mobil telefonla əlaqə saxlayıb, 2000 manat müqabilində onu MN N saylı hərbi hissəsinə köçürülməsinə razı olduğu bildirmiş və Səməd ona hazırda Mingəçevir şəhərində olduğunu bildirmişdir. O, həmin vaxt Mingəçevir şəhərində olmasına baxmayaraq, Səmədlə görüşə bilməyəcəyini bildirmiş və 2000 manat pulu tam kart hesabına ona məxsus bank kart hesabına göndərməyi demişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə Səməd Daşkəsən rayonunda olan hərbi hissədən N saylı hərbi hissəyə köçürülməsi üçün ona məxsus bank kart hesabına 2000 manat məbləğdə pul köçürməsi etmişdir. Lakin həmin vaxtlar borcları olduğu üçün həmin 2000 manat pulu borclarının ödənilməsinə sərf etmiş və Zərərçəkmiş şəxs3 MN N saylı hərbi hissəyə köçürülməsi üçün heç bir iş görməmişdir. Pərviz, Cəsur, Lətif adlı şəxslərin anket məlumatlarını dəqiq xatırlamasa da, həmin şəxslərin işə qəbul edilməsi üçün həmin şəxslərə pul müqabilində razılaşsa da, həmin şəxslər ona pulu iş alındıqdan sonra verə biləcəyini bildirmişdir. Lakin həmin şəxslər daha sonra hərbi xidmətə işə qəbul olmaqdan könüllü imtina etmişlər və həmin şəxslərdən heç bir məlumatı olmamışdır. Həmin şəxsləri hərbi hissəyə yoxlanışa aparan zaman Rauf Niyazovun orada olduğunu görmüş və özü qəsdən onunla görüşərək həmin şəxslərin onun yüksək rütbəli şəxslərlə əlaqəsi olduğunu və onların vasitəsi ilə işə qəbulu həyata keçirtməyi bildirib etimad qazanmışdır. Rauf Niyazov isə ondan hansı səbəbdən oraya gəldiyini soruşduğu zaman o, Rauf Niyazova qeyd etdiyi şəxslərin işə qəbul olmaq istədiklərini və onun da həmin şəxslərə işə qəbul ilə bağlı olunacaq hərəkətlərin ardıcıllığını izah etdiyini bildirmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayına kimi Dövlət Sərhəd Xidmətində «gizir» kimi xidmət etmişdir. Sonradan ərizəsi ilə xidmətdən ayrılmışdır. 2023-cü ilin yanvar ayında Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən «Xəzər» kafesinə çay içmək üçün getmiş, kafeyə girən zaman əvvəlcədən tanıdığı Pərvin adlı şəxsin bir nəfər şəxslə qarşıqarşıya oturub, yeyib içdiklərini görmüşdür. Həmin vaxt Pərvinə işləmədiyini bildirmişdir. Pərvin isə ona qohumu Nurlan adlı şəxsi «Komando» hərbi birləşməsinə işə düzəltdiyini və istəsə onu da işə düzəldə biləcəyini bildirmişdir. O isə Pərvinə ona işə düzəlməyinə köməklik etməsini xahiş etmişdir. Bundan sonra Pərvin onun yanında adını sonradan bildiyi Xaləddin adlı şəxsə zəng edib, onun işə qəbul edilməyi ilə bağlı həmin şəxslə telefon danışığı aparmışdır. Həmin şəxs, yəni Xaləddin Pərvinə ertəsi gün Mingəçevir şəhərinə gələcəyini, üzbəüz görüşüb, danışacağını demişdir. Bundan başqa, Xaləddin Pərvinə onun hərbi biletinin şəklini çəkib, atmalı olduğunu demişdir. Bundan sonra o, hərbi biletinin şəklini çəkib göndərmişdir Ertəsi gün, yəni 2023-cü ilin yanvar ayının 21-22-si Pərvin ona zəng edib, işini düzəldən Xaləddin adlı şəxsin gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, hazırlaşıb Pərvinlə görüşmək üçün Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən «Xəzər» kafesinə getmiş, Pərvinlə kupedə oturan zaman Xaləddin adlı şəxs də oraya gəlmişdir. Xaləddin hərbi formada, başında qırımızı rəngli beretka və formasının qollarından «Komando» hərbi birləşməsinin nişanları olmuşdur. Onlar masa arxasında əyləşib söhbət edən zaman Xaləddin ona «703» saylı hərbi hissənin «Komando» hərbi birləşməsində baş təlimatçı işlədiyini və onu «701» saylı hərbi hissəyə gizir vəzifəsinə bərpa etdirəcəyini bildirmişdir. Xaləddin ona uzun danışmağı sevmədiyini və onun hərbi biletində problem olduğu üçün təcili olaraq 5000 manat pul verməli olduğunu bildirmişdir. Həmin vaxt Xaləddinə pulunun olmadığını, lakin pul tapan kimi onunla əlaqə yaradacağını bildirmişdir. Bundan sonra o, qardaşı Onurun adına Mingəçevir şəhərində «Beynəlxalq bank»dan 3500 manat məbləğdə kredit götürmüş, sonra isə Pərvinə Xaləddinə hazırda 3500 manat verə biləcəyini, qalan pulu bir qədər gözləməli olduğunu deməyi xahiş etmişdir. Pərvin Xaləddinlə danışdıqdan sonra Xaləddinin razı olduğunu ona bildirmişdir. O, bankdan krediti götürdükdən sonra Şəki şəhərindən onun Dövlət Sərhəd Xidmətindən təxris olmağı ilə bağlı zəng gəlmiş və təcili olaraq onun Şəki şəhərinə gedib, təxris sənədini götürməli olduğunu bildirmişlər. O da Pərvinlə birgə Şəki şəhərinə getmiş, yolda Xaləddin Pərvinə zəng edib, təcili olaraq pulu göndərməli olduğunu, hazırda Bakı şəhərinə getdiyini və lazımi şəxslərə pul verməli olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Şəki şəhərinə gedən zaman Xaləddin Pərvinin əmisi oğlu Nurlanla birgə Bakı şəhərinə getdiyini və 3400 manat pulu Pərvinin əmisi oğlu Nurlanın bank kart hesabına köçürməyi, 100 manat pulu isə «vatsapla» göndərəcəyi hesaba yükləməli olduğunu demişdir. Şəki şəhərindən 3400 manat pulu Pərvinin əmisi oğlu Nurlanın bank kart hesabına, 100 manatı isə Xaləddinin ona göndərdiyi xatırlamadığı bank kart hesabına köçürmüşdür. Bir müddət sonra o, yenidən 400 manat pul düzəltmiş və Pərvindən 100 manat alıb, Xaləddinə göndərməsi üçün 05 fevral 2023-cü il tarixdə Mingəçevir şəhərində Xaləddinə göndərməsi üçün Pərvinə vermişdir. Sonradan Xaləddinlə danışdığı zaman sonuncu qalan 1000 manat pulu da verməli olduğunu demiş, beləliklə 2023-cü ilin mart ayının 1-də Naxçıvan şəhərində olan zaman Xaləddin ona zəng edib, qalan 1000 manat pulu göndərmək lazım olduğunu demişdir. Həmin vaxt Naxçıvanda olan dostunun ona 1000 manat borcu olmuşdur. O, Xaləddinə zəng edib, 1000 manat pulu göndərmək üçün bank kartı göndərməsini xahiş etmişdir. Xaləddin isə ona «Vatsapda» ABB-yə məxsus Tam Kart şəklini göndərmişdir. Bundan sonra o, həmin kartın şəklini ona 1000 manat borcu olan şəxsə göndərmiş və həmin şəxs Naxçıvan şəhərindən Xaləddinin bank kart hesabına onun «Komando» hərbi birləşməsinə işə düzəlməyi üçün 1000 manat məbləğdə pul göndərmişdir. Bundan sonra Xaləddin onu Ağdam «Sarıca», Gəncə şəhər hərbi hospital və Bakı şəhərində yerləşən hərbi hospitaldan müayinələrdən keçirtmiş, bütün komisiyyalardan keçdikdən sonra Xaləddin onun işinin qısa müddətdə alınacağını desə də, hazıradək işi alınmamışdır. Xaləddin 5000 manat puldan ona 600 manat olan hissəsini qaytarmışdır. Daha sonra o, Pərvinə Xaləddini ona görə tanıdığını bildirmiş və pulunu Pərvindən istəməyə başlamışdır. Pərvin isə ona köməklik məqsədi ilə Xaləddinlə tanış etdiyini bildirmişdir. Pərvinə mütəmadi olaraq zəng edib, pulunu istədiyi üçün Pərvin Xaləddindən əlavə olaraq 1000 manat da alıb, ona geri qaytarmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Onunla barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Yevlax rayon sakini kimi tanıyır. Xaləddin Yevlax rayonunda idman zalında müəllim işləyir. Xaləddin əvvəllər hərbi hissələrdə də idman təlimi ilə məşğul olmuşdur. Xaləddinlə Yevlax rayonunda çayxanada çay içən zaman ona işsizlikdən söhbət açarkən Xaləddin onu «Komando» hərbi birləşməsinə işə düzəldəcəyini bildirmişdir. O isə Xaləddinə bunu necə edə biləcəyini soruşduqda, Xaləddin ona əvvəllər hərbi birləşmələrdə müəllim işlədiyini və hərbi hissələrdə tanışlarının olduğunu və onu «Komando» hərbi birləşməsinə «bağban» kimi işə düzəldə biləcəyini, bunun üçün isə 3200 manat məbləğdə pul verməli olduğunu bildirmişdir. O isə hazırda pulunun olmadığını bildirmişdir. Lakin həmin gün Xaləddinin yanından durub getdikdən sonra işin ona vacib olduğunu düşündüyü üçün pul axtarmağa başlamışdır. Bir neçə şəxsdən borca pul istəsə də, heç kim ona borca pul verməmişdir. Bundan sonra qayınanası Şahid6 borc almaq qərarına gəlmiş və 2023-cü ilin fevral ayının təxminən 5-də qayınanası Yazgülün yaşadığı evə gedərək, işə qəbul olmaq istədiyini, Xaləddin adlı tanışının onu «Komando» hərbi birləşməsinə «bağban» kimi işə götürmək üçün 3200 manat pul istədiyini bildirmişdir. Qayınanası Yazgül onun maddi sıxıntı çəkdiyini başa düşüb ona Yevlax rayonunda yaşadığı evdə 3200 manat borca pul vermişdir. Qayınanası Yazgüldən 3200 manat pulu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə Xaləddinə zəng edib, Yevlax rayonunda onunla görüşmüşdür. Xaləddin ona şəxsiyyət vəsiqəsinin surətini gətirməyini bildirmişdir. Xaləddinlə görüş zamanı Xaləddin 2-3 ay müddətində onu «Komando» hərbi birləşməsinə «bağban» kimi işə düzəldəcəyini bildirmiş və bunun müqabilində ondan 3200 manat məbləğdə pul almışdır. Xaləddin ondan 3200 manat pulu aldıqdan sonra o, bir müddət gözləmişdir. Lakin 3-4 ay keçdikdən sonra Xaləddinə işindən xəbərin olmadığını bildirdikdə Xaləddin ona hər dəfə səbirli olmasını demişdir. Bir müddət sonra Xaləddinin onu aldatdığını anlayıb, ona verdiyi 3200 manat pulu tələb etməyə başlamışdır. Həmçinin eyni vaxtda qayınanası Yazgül də ona verdiyi 3200 manat pulu ondan tələb etdiyi üçün məcbur qalıb, Bakı şəhərinə gedərək taksilik fəaliyyəti ilə məşğul olmuş və təxminən 3-4 ay müddətində qayınanasından aldığı 3200 manat borcunu tam şəkildə geri qaytarmışdır. Xaləddin ondan aldığı 3200 manat puldan 2500 manat hissəsini hissə-hissə qaytarmışdır. Lakin qalan 700 manat pulu geri qaytarılmadığı üçün məcbur qalıb, Yevlax RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışdıqları üçün ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Qaraxanlı kəndində ailəsi ilə birlikdə yaşayır və Ağcabədi şəhərində yerləşən «Suvarma Sistemləri» İdarəsində nizamlayıcı işləyir. Şahid3 çoxdan tanıyır. Ramilə ilə mobil telefon vasitəsi ilə danışarkən Ramilə ona qızını hərbi qospitala tibb bacısı kimi işə düzəltdiyini demişdir. Həmin vaxt o, Ramilədən qızını necə işə düzəltməsini soruşduqda Ramilə ona tanışı olan Təqsirləndirilən şəxs köməkliyi ilə qızını işə düzəltdiyini bildirmişdir. Həmin vaxtlarda da o, qızı Şahid2 işə düzəltmək istədiyi üçün Ramilədən Təqsirləndirilən şəxs mobil nömrəsini alaraq, Xaləddinlə mobil telefon vasitəsi ilə danışmış, qızı Mehribanı hərbi hissələrin birinə tibb bacısı kimi işə düzəltmək istədiyini demişdir. Həmin vaxt Xaləddin ona qızı Mehribanı və onun sənədlərini də götürərək Yevlax şəhərinə gəlməyini demişdir. Bu səbəbdən o, 2022-ci ilin sentyabr ayında dəqiq yadında qalmayan tarixdə günorta saatlarında qızı Mehriban və arvadı Aygünlə birlikdə Yevlax şəhərinə getmiş və Yevlax şəhərində yerləşən «Şərur» kafesində Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt Xaləddinin yanında Ramilənin qızları Şəhla və Həvva da olmuşlar. Onlar orada yemək yemiş və orada olan müddət ərzində Ramilə də onların yanına gəlmişdir. Ramilə gəldikdən sonra o, Ramilə və Xaləddin ilə kənarda qızı Mehribanı Ağcabədi rayonunda yerləşən «Sarıcalı» qospitalında «tibb bacısı» kimi işə düzəltməsi ilə əlaqədar söhbət etmişlər. Həmin vaxt Xaləddin ona qızını Ağcabədi rayonunda yerləşən «Sarıcalı» qospitalında «tibb bacısı» kimi işə düzəldə biləcəyini və bunun qarşılığında ondan 7000 (yeddi min) manat məbləğdə pul alacağını bildirmişdir. Lakin o, Xaləddinə 5000 (beş min) manat məbləğdə pul verə biləcəyini bildirdikdə Xaləddin onunla razılaşmamışdır. Bundan sonra onlar evə qayıtmışlar. Həmin günün axşamı Ramilə ona zəng edərək, Xaləddinlə danışıb, sonuncunu 5000 manata razı saldığını və pulu gətirərək Xaləddinə verməsini demişdir. O da həmin gündən 2 gün sonra, dəqiq xatırlamadığı tarixdə günorta saatlarında, saat 13 radələrində qızı Mehribanla birlikdə Yevlax şəhərinə gələrək «Şərur» kafesində Xaləddinə qızı Mehribanın yanında qızını Ağcabədi rayonunda yerləşən «Sarıcalı» qospitalında «tibb bacısı» kimi işə düzəltməsi üçün 5000 manat məbləğdə pul vermişdir. Həmçinin o, Xaləddinin istəyi ilə qızı barədə müəyyən idarə və təşkilatlardan almış olduğu arayış və xasiyyətnamələri, həmçinin digər sənədləri Xaləddinə vermişdir. Onun qızı Gürcüstanda «tibb bacısı» təhsilini almış və bununla bağlı diplomu olmuşdur. Pulu verən zaman Xaləddin ona qızını işə düzəldəcəyinə dair söz verərək onu əmin etmişdir. Bundan təxminən bir ay sonra Xaləddin ona zəng edərək, qızı Mehribanın Bakı şəhərində tibbi yoxlanışdan keçməli olduğunu dediyi üçün o, qızı Mehribanı Yevlax şəhərinə apararaq Xaləddin, Şəhla və Həvva ilə birlikdə Bakı şəhərinə göndərmişdir. Qızı Bakı şəhərində yoxlanışdan keçdikdən sonra geri qayıdaraq Xaləddin ona yoxlanış zamanı qızının çəkisi və qanının azlığı ilə bağlı problemin yarandığı, ona görə də əlavə pul vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt Xaləddinlə danışmış və Xaləddin ona qızının tibbi yoxlanışdan keçməsi üçün əlavə 1000 manat pulun verməli olduğunu bildirmişdir. Bu səbəbdən o, 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığı gündə, təxminən saat 14 radələrində qızı Mehribanla birlikdə Yevlax şəhərinə getmiş və orada «Şərur» kafesində Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt Xaləddin də avtomobili ilə gəlmiş və ona arxasınca sürməli olduğunu demişdir. Xaləddinin avtomobilinin arxasınca öz avtomobilini sürmüş və Xaləddin onları hazırda yerini və adını xatırlamadığı xəstəxanaya aparmışdır. Orada onun qızından qan nümunəsi götürülmüş və o, Xaləddinə istədiyi 1000 manat pulu orada vermiş və evə qayıtmışdır. Bundan sonra yenidən Xaləddin bir dəfə də onun qızı ilə birlikdə Bakı şəhərinə tibbi yoxlanışa gedib-qayıtmışdır. Bundan sonra Xaləddin ona zəng edərək, tibbi yoxlanışda yenidən problemin olduğunu demiş və yenə ondan qızının tibbi yoxlanışdan keçə bilməsi üçün əlavə olaraq da 1000 manat pul istəmişdir. Buna görə də o, 2022-ci ilin noyabr ayında xatırlamadığı tarixdə təxminən saat 16 radələrində Bərdə-Yevlax avtomobil yolunun üzərində yerləşən, Yevlax rayonu ərazisində olan «Mehman» kafesində Xaləddinlə görüşərək Xaləddinə 1000 manat məbləğdə pul vermişdir. Həmin vaxt da qızı Mehriban onun yanında olmuşdur. Bundan sonra kurs başlamış və onun qızını Bakı şəhərində kursa çağırmışlar. Qızı Mehriban Bakı şəhərində kursda olan zaman ona zəng edərək orada olan müəllimin qızına sənədlərinin içərisində diplomunun olmadığını və qızının «xadiməçi» kimi kursda oxuduğunu və işə başlayacağını demişdir. Bu zaman o, Xaləddinlə danışmış, sonuncu isə özü danışıb, ona məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra, təxminən 2023-cü ilin yanvar ayının xatırlamadığı günündə Xaləddin Ağcabədinin «Sarıcalı» kəndinə getdiyini və onun da oraya gəlməli olduğunu demişdir. Onlar Sarıcalı kəndində yerləşən kafedə Xaləddinlə görüşmüş və həmin vaxt Xaləddin ona qızı Mehribanın təhsilini xaricdə aldığı üçün diplomunun Təhsil Nazirliyində təsdiq olunmalı olduğunu deyərək, ondan əlavə olaraq 2500 manat da pul istəmişdir. Həmin vaxt onun oğlu Şahid5 da onun yanında olmuşdur. Lakin o, Xaləddinə 2500 manat pulunun olmadığını və Xaləddinə 500 (beş yüz) manat məbləğdə pul verə biləcəyini demiş, Xaləddin 500 manatla razılaşmışdır. Bundan sonra o, özünə məxsus bank kartını oğluna verərək, 500 manat pul çıxardıb gətirməsini demişdir. Oğlu kartdan pulu çıxardaraq gətirmiş və o, həmin saat təxminən 13 radələrində Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən Hərbi Hospitalın yaxınlığındakı kafedə oğlu Şəhriyarın yanında Təqsirləndirilən şəxs 500 manat məbləğdə pul vermişdir. Bu onun Xaləddinə verdiyi sonuncu pul olmuşdur. Bundan sonra onun qızı Mehriban 2023-cü ilin fevral ayının ortalarından Müdafiə Nazirliyinin Yevlax şəhərində yerləşən «708» nömrəli hərbi hissəsində «xadiməçi» kimi işə başlamışdır. Həmin vaxt o, Xaləddinə zəng edərək bu haqda soruşduqda Xaləddin ən geci 2 ay ərzində qızının Ağcabədi rayonunda yerləşən «Sarıcalı» qospitalına yerinin dəyişiləcəyini və orada «tibb bacısı» kimi işləyəcəyini demişdir. Lakin Xaləddin vermiş olduğu vədə əməl etməmişdir. Onun qızı hələ də Yevlax şəhərində yerləşən hərbi hissədə «xadimə» kimi işləyir. Bir müddət sonra diplomun təsdiq olunması üçün pula ehtiyacın olmadığını öyrənmişdir. Bu səbəbdən o, Təhsil Nazirliyinə getmiş və diplomu təsdiq olunması üçün ora təqdim etmiş və onun qızının diplomu qısa müddət ərzində onun müraciəti əsasında təsdiq olunmuşdur. Həmin vaxt o, Xaləddinin ondan diplom təsdiqi adı ilə, həmçinin qızını «tibb bacısı» kimi işə düzəltmək adı ilə onu aldadaraq pul aldığını anlamışdır. Təqsirləndirilən şəxs ondan ümumilikdə 7500 manat pul almışdır. Xaləddinin hərəkətlərindən şikayət edəcəyini onun özünə bildirdikdə Xaləddin ondan aldığı puldan 500 manatını qaytarmışdır. Daha sonra o, şikayət etdiyi üçün Yevlax RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılarkən Xaləddin onun 1000 manat pulunu da geri qaytarmışdır. Sonradan işə məhkəmədə baxılan vaxtlar Xaləddin ödəniş etməyini davam etdirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2 il öncə Yevlax rayonunda idman zalında idman müəllimi kimi tanımışdır. Xaləddinlə həmin vaxtlar onların normal münasibətləri olmuşdur. Xaləddinə hərbçi olmaq istədiyini söhbət əsnasında demiş, Xaləddin isə ona özünün Müdafiə Nazirliyində əvvəllər işlədiyini və nə vaxt lazım olsa, ona köməklik də biləcəyini bildirmişdir. 2023-cü il ilin fevral ayında o, Azərbayan Respublikası Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən «191» saylı hərbi hissədə «Maxe» kimi təyin edilmişdir. Onun yaşayış yeri Yevlax rayonu, Nərimanabad kəndi olduğu üçün Yevlax rayonuna yaxın hərbi hissələrə təyinatını dəyişmək fikrinə düşmüşdür. Həmin vaxt onun ağlına Xaləddin gəlmiş və o, Xaləddinə zəng edib, Gəncə şəhərində yerləşən «777» saylı hərbi hissəyə təyinat almağına köməklik etməsini ondan xahiş etmişdir. Xaləddin isə ona “bu işlər mənlikdi” deyərək, narahat olmamağını bildirmişdir. Bir müddət sonra Xaləddin ona zəng edib, Müdafiə Nazirliyi ilə danışdığını və onu 2000 manat müqabilində Daşkəsən rayonunda yerləşən «191» saylı hərbi hissədən Gəncə şəhərində yerləşən «777» saylı hərbi hissəyə «Maxe» kimi təyinatını ala biləcəyini bildirmişdir. O da razılaşmışdır. Həmin vaxt Mingəçevir şəhərində olduğu üçün Xaləddinə zəng edib, 2000 manat pulu ona vermək istədiyini bildirmiş, Xaləddin isə ona həmin vaxt görüşə bilmədiyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən Xaləddinin ona verdiyi bank kartı hesabına öz kart hesabından 2000 manat pul göndərmişdir. Xaləddin ona qısa müddətdə təyinatının dəyişəcəyini bildirmişdir. Lakin bir müddət sonra o, Xaləddinin onu aldatdığını və hər dəfə ona yalan vədlər verdiyini anlayıb, Xaləddindən pulunu geri tələb etməyə başlamış, lakin Xaləddin onun 2000 manat pulunu geri qaytarmamışdır. Sonradan işə məhkəmədə baxılan vaxtlar Xaləddin ödəniş etməyə başlamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 2014-cü ildən 2017-ci il tarixədək MN-nin N saylı hərbi hissəsində «Maxe» kimi xidmət etmişdir. 2017-ci ildə xidməti müqaviləsinin müddəti bitdiyindən MN-dən təxris olmuşdur. 2020-ci ildə o, İİ Qarabağ «Vətən» müharibəsində iştirak etmişdir. Müharibə zamanı sol gözündən və başından kəllə beyin travması almışdır. Müharibədən qayıtdıqdan sonra isə artıq onun sol gözü görmək qabiliyyətini itirmişdi. Bərdə rayon «Mərkəzi Xəstəxanasına» müraciət etmiş və müraciətdən sonra ona Bakı şəhərinə göndəriş yazılmışdır. Bakı şəhərində öz maddi vəsaiti hesabına sol gözündən əməliyyat olunmuşdur. Əməliyyat zamanı onun sol gözünün bəbəyinin yerinə görmək üçün linza qoyulmuşdur. 2022-ci ilin dekabr ayında o, Müdafiə Nazirliyinin saytına baxan zaman «komando» adlanan hərbi birləşməyə işə qəbul elanının edildiyini görmüş və həmin yerə xidmətə qəbul olunmaq fikrinə düşmüşdür. Lakin sol gözündə linza olduğu üçün xidmətə qəbulun çətin olacağını anlamışdır. Bu məqsədlə «Komando» hərbi birləşməsinə xidmətə qəbul edilmək üçün ona köməklik edə biləcək şəxs axtarmağa başlamışdır. Həmin vaxt onun yadına əvəllər əmisi oğlu Fəqana görə tanıdığı Xaləddin yadına düşmüşdür. Xaləddini bir neçə ildir ki, tanıyırmış və Xaləddinin «Komando» hərbi birləşməsində müəllim işlədiyini eşitmişdir. 2023-cü ilin yanvar öz istifadəsində olan ***-***-**-** mobil nömrədən Xaləddin adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsini zəng etmiş, sonuncuya əvvəllər hərbi hissədə «Maxe» işlədiyini, İİ Qarabağ müharibəsində iştirak edən zaman xəsarət aldığı üçün sol gözündən əməliyyat edildiyini və «Komando» hərbi birləşməsinə xidmətə qəbul edilmək üçün ona köməklik göstərməsini xahiş etmişdir. Xaləddin adlı şəxs isə ona hazırda «Komando» hərbi birləşməsində müəllim işlədiyini və onun oraya xidmətə qəbul edilmək üçün 3500 manat pul vermək lazım olduğunu bildirmişdir. Xaləddinin təklifini qəbul etmiş və xx.xx.2023-cü il tarixdə Xaləddinlə görüşmək üçün atası Möhübbətlə Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərinə gələn zaman əmisi oğlu Pərvinlə birgə Mingəçevir şəhərində yerləşən hərbi hissənin yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Görüş zamanı Xaləddin onu «komando» hərbi birləşməsinə işə qəbul edilməyi üçün ilkin olaraq 2500 manat pul vermək lazım olduğunu, qalan 1000 manat pulu isə sonra verməli olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, əmisi oğlu Pərvinin və atası Möhübbətin yanında MN-nin «komando» hərbi birləşməsinə işə qəbul edilmək üçün Xaləddinə ilkin olaraq Mingəçevir şəhərində yerləşən Hərbi Hissənin yaxınlığında yerləşən çayxanada 2500 manat məbləğdə pul vermişdir. Xaləddin ondan xidmətə qəbul ilə bağlı olaraq 2500 manat pul alması ilə bağlı öz xətti ilə ağ vərəqə qeyd aparmış, əmisi oğlu Pərvin ondan yaşca böyük olduğu üçün həmin vərəqənin altından Xaləddinə işə qəbul ilə bağlı 2500 manat pul verməsi ilə bağlı qeyd aparmışdır. Bundan sonra Xaləddin ona 2023-cü ilin fevral ayından «Komando» hərbi birləşməsinə işə qəbul edilməyi üçün kursa gedəcəyini demişdir. Təxminən 2 gün sonra o, Xaləddinlə birgə Bərdə rayonunda yerləşən hərbi hssənin birinci korpusundan xidmətə qəbul edilmək üçün «Forma 7» sənədini almışdır. Onun sənədlərinin yığılması üçün Gəncə şəhərindən həkim komissiyasından keçməli olmuş və o, Xaləddinlə birgə həmin gün Gəncə şəhəri, hərbi xəstəxanasından keçmək üçün Gəncə şəhərinə getmişlər. Həmin gün o, komissiyanın bir çox həkimindən keçmiş, lakin göz həkimindən keçmək üçün vaxt qalmamışdır. Qalan həkimlərdən keçməsi isə ertəsi günə qalmışdır. Xaləddin ona ertəsi gün həkim komissiyasından keçmək üçün gələn zaman qalan 1000 manat puluda gətirməli olduğunu bildirmişdir. Ertəsi gün Xaləddin onu Mingəçevir şəhərində «Karvan Petrolun» qarşısından özünə məxsus avtomobil ilə götürmüş və ondan pulu gətirib-gətirmədiyini soruşan zaman o, cibindən pulu çıxardıb, Xaləddinə vermişdir. Onlar Gəncə şəhərinə gedib, orada hərbi xəstəxanada müayinələrdən keçməyə davam etmişlər. Göz həkimindən müayinədən keçən zaman baş leytenant olan həkim onun gözünü yoxlayan zaman gözünün əməliyyat olunduğunu və onun hərbi xidmətə yararsız olduğunu demişdir. O isə gözündən əməliyyat olunduğunu etiraf etmişdir. Bundan sonra o, otaqdan çıxıb, onu qapının ağzında gözləyən Xaləddinin yanına gəlib, həkimin gözünə görə onu komisssiyadan keçirməyəcəyini demişdir. Xaləddin isə ona narahat olmamağı və işi özünün həll edəcəyini deyib, həkimin otağına daxil olmuşdur. Xaləddin otaqdan çıxdıqdan sonra ona Bakı şəhərinə hərbi xəstəxanaya göndəriş vərəqəsi aldığını bildirmişdir. Həmin göndəriş vərəqəsi ilə Xaləddinlə birgə Bakı şəhərində hərbi xəstəxanaya komissiyadan keçmək üçün getmiş, Bakı şəhərində həkimdən müayinədən keçdikdən sonra Xaləddin həkimin otağına daxil olmuş və Xaləddin həkimin yanından çıxdıqdan sonra hər şeyin yaxşı olacağını və onun qısa müddətdə kursa yazılacağını, onun işini hərbidə işləyən general rütbəli şəxslə həll edəcəyini bildirmişdir. 2023-cü ilin fevral ayında «Komando» hərbi birləşməsində kurslar başlamış, lakin onu heç kim kursa çağırmamışdır. O, Xaləddinə bu barədə deyən zaman Xaləddin ona işinin həll olunacağını deyib, onu aldatmışdır. Təxminən 3-4 ay sonra o, artıq Xaləddindən pulunu geri istəməyə başlamış və Xaləddin 3500 manat puldan 600 manat pul ona geri qaytarmışdır. Xaləddinlə Bakı şəhərinə hərbi hospitalda komissiyadan keçmək üçün gedən zaman Xaləddin kimləsə mobil telefonla danışıb, qurtardıqdan sonra ona üzərində bank kartının olub-olmadığını soruşmuş, o da üzərində bank kartının olduğunu bildirmişdir. Xaləddin onun razılığı ilə mobil telefonla danışdığı şəxsə onun bank kartının üzərindəki məlumatları vermiş və onun bank kart hesabına 3400 manat pul yüklənilmişdir. Bundan sonra o, bank kartını Xaləddinə vermiş, Xaləddin isə 3400 manat pulu kart hesabından çıxarıb, ona geri qaytarmışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Zərərçəkmiş şəxs5 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, ordu sıralarında «Komando» hərbi birləşməsinə xidmətə qəbul olunmaq niyyətinin olması barədə tanışı X1 əsnasında bildirmişdir. Bundan sonra Pərviz ona Yevlax şəhərində idman müəllimi olmuş və hazırda «N» saylı hərbi hissədə işləyən Təqsirləndirilən şəxs bu işdə ona köməklik edə biləcəyini bildirmişdir. 2023-cü ilin may ayının əvvələrində o, Pərviz Sultanovla birlikdə Sumqayıt şəhərində Xələddin Şirinovla görüşdüyü zaman sonuncu onu 3800 manata müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra təxminən 2023-cü ilin may ayının 15-də o, Pərvizlə Sultanovla birlikdə Bakı şəhərinda «20 yanvar» metrostansiyasının yaxınlığında olan kafedə Təqsirləndirilən şəxsla görüşüb, ona 1500 manat məbləğdə pul vermiş, Xaləddin ona sənədlərini hazırlamağı üçün «Forma 7» arayışı təqdim edərək, pulun qalan hissəsini 20 gün sonra verməli olduğunu bildirmişdir. O, sənədlərini hazırlayıb qurtardıqdan sonra Pərviz Sultanovun vasitəsi ilə Təqsirləndirilən şəxs bildirmiş, yenidən Yevlaxda Təqsirləndirilən şəxsla görüşmüş və oradan Beyləqanda nömrəsini xatırlamadığı hərbi hissəyə gedərək, orada nəzarət buraxılış məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edən X4 zəng etmiş, bundan sonra hərbi hissəsinin tanımadığı əməkdaşları sənədləri gəlib götürmüşlər. Oradan ayrılıb Beyləqanda bir kafeyə getmiş, həmin vaxt ora hərbi formada polkovnikleytenant rütbəsində X8 gəlmişdir. Rauf Niyazov onlarla birgə görüşüb, Təqsirləndirilən şəxsla kənarda söhbət edib çıxıb getmişdir və Təqsirləndirilən şəxs ona və Pərviz Sultanova onları işə düzəldən adamın polkovnik-leytenant X8 olduğunu bildirmişdir. Təxminən 04-05 iyun 2023-cü il tarixdə o, pulun qalanını düzəltmiş və Pərviz Sultanov vasitəsi ilə Təqsirləndirilən şəxs bildirmişdir. Sonra Təqsirləndirilən şəxs pulun qalanını verməsi üçün onu yenidən Yevlaxa çağırmış və Pərviz Sultanovla birlikdə Yevlax rayonuna gedərək şəhərin mərkəzində ayaq üstü pulun qalanını 2300 manatı Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona “hazır ol 20 günə işə düzəlirsən” sözünü demiş, lakin 20 gün keçdikdən sonra o, Pərviz Sultanovun vasitəsi ilə Təqsirləndirilən şəxs zəng edib işin gedişatı ilə maraqlanmış, lakin Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Xaləddinin onu aldatdığından əmin olduğundan bu barədə şikayət etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında əmisi oğlu Nurlan ona zəng edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» hərbi birləşməsinə xidmətə düzəlmək üçün Xaləddin adlı şəxslə danışdığını və Mingəçevir şəhərində görüşüb, Xaləddinə pul verəcəyini bildirib, Xaləddinlə olacaq görüşə onunla birgə getməsini xahiş etmişdir. O da razılaşmış və 2023-cü ilin yanvar ayında əmisi oğlu Nurlan və əmisi Möhübbət Mingəçevir şəhərində Hərbi hissənin yanında yerləşən çayxanada Xaləddin adlı şəxslə görüşmüşlər. Xaləddin onlarla görüşə hərbi geyimdə gəlmiş, görüş zamanı Xaləddin əmisi oğlu Nurlanı MN-nin «Komando» hərbi birləşməsinə hərbi xidmətə qəbul etdirəcəyini və əmisi oğlu Nurlanın 2023-cü ilin fevral ayında «Komando» hərbi birləşməsində kursa başlayacağını bildirmişdir. Xaləddin əvvəlcədən əmisi oğlu Nurlana xidmətə qəbul edilmək üçün 3500 manat pul verməli olduğunu, ilkin olaraq 2500 manat pul verilməli olduğunu, həmin məbləği Bakı şəhərində Müdafiə Nazirliyində yüksək rütbəli şəxslərə göndərəcəyini, qalan 1000 manat pulu isə komissiyadan keçən zaman alacağını bildirmişdir. 2023-cü ilin yanvar ayında əmisi oğlu Nurlan onun və əmisi Möhübbətin yanında Azərbaycan Respublikası Müdafiə Nazirliyi «Komando» hərbi birləşməsinə işə düzəlmək arzusu ilə Mingəçevir şəhərində hərbi hissənin yanında yerləşən çayxanada Xaləddin adlı şəxsə 2500 manat məbləğdə pul vermişdir. Nurlan pul verdikdən sonra o və əmisi oğlu Xaləddinin pul almağı ilə bağlı ağ vərəqə öz dəsti xətti ilə qeyd aparmasını demişlər. Xaləddin də razılaşmış, lakin o, böyük olduğu üçün Xaləddin işə qəbul ilə bağlı 2500 manat pulu ondan alması barədə ağ vərəqə qeyd aparmış və həmin vərəqi imzaladıqdan sonra onlara vermişdir. Daha sonra əmisi oğlu Xaləddinə tibbi komissiyadan keçən zaman Xaləddinə məxsus avtomobildə 1000 manat pul verdiyini bilmişdir. Həmin vaxtlar onun Xaləddinlə yaxşı münasibəti yaranmış, Nurlan pul verdikdən sonra o, Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən kafedə oturan zaman dostunun oğlu Ülvü ilə rastlaşmış, Ülvü ona hazırda işsiz olduğunu bildirmişdir. O da Ülvüyə əmisi oğlu Nurlanı Xaləddin adlı şəxsin vasitə işə düzəltmək üçün pul verdiyini, istəsə onu da işə düzəlməsi üçün Xaləddindən xahiş edə biləcəyini demişdir. Ülvü də razılaşmışdır. Bundan sonra o, Xaləddinə zəng edib, bir nəfər şəxsə də işə düzəlməyə köməklik etməsini xahiş etmişdir. Xaləddin isə ona ertəsi gün Mingəçevir şəhərinə gələcəyini və gələn zaman bu barədə danışacaqlarını bildirmişdir. Həmçinin Xaləddin ona həmin şəxsin hərbi biletinin şəklini çəkib, ona göndərməsini demişdir. Bundan sonra Ülvü hərbi biletin şəklini çəkib Xaləddinə «vatsapp» proqramı vasitəsi ilə göndərmiş, 2023-cü ilin yanvar ayında Xaləddin Mingəçevir şəhərinə gəlmiş və onlar birlikdə Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən kafedə görüşmüşlər. Görüş zamanı Xaləddin Ülvü ilə tanış olduqdan sonra X13 Sərhəd Xidmətindən təxris olduqdan sonra MN-yə işə qəbul ilə bağlı çətinlik olduğu üçün Ülvünün işə qəbul edilməsi üçün 5000 manat pul istəmiş, Ülvü isə hazırda pulunun olmadığını, pulu olan zaman Xaləddinlə əlaqə saxlayacağını bildirmişdir. Ülvü daha sonra qardaşının adına 3500 manat pul kreditə götürüb, onunla əlaqə saxlayacağını və pulun hazır olduğunu bildirmişdir. O isə bu barədə Xaləddinə demiş, Xaləddin isə onunla əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Ülvü ona zəng edib, Dövlət Sərhəd Xidmətindən təxris olunması ilə bağlı Şəki rayonuna sənədlərini götürmək üçün gedəcəyini bildirib, onunla birgə getməyi xahiş etmişdir. O da razılaşmış və birlikdə Şəki rayonuna çatan zaman Xaləddin onun mobil nömrəsini yığıb əmisi oğlu Nurlanı Bakı şəhərinə apardığını və Ülvünün işinə görə təcili olaraq 3500 manat pulu göndərməli olduğunu bildirmişdir. Bundan sonra Xaləddin ona onun əmisi oğlu Nurlanın bank kart hesabını və əlavə olaraq başqa bir banka kart hesabı göndərmiş və 3400 manatı Nurlanın bank kart hesabına, 100 manatı isə digər bank kart hesabına göndərməyi xahiş etmişdir. Onlar da razılaşmış və Şəki rayonunda «Milliön» aparatı vasitəsi ilə 3400 manatı Nurlanın bank kart hesabına, 100 manatı isə digər xatırlamadığı kart hesabına göndərmişdir. Bir müddət sonra Xaləddin ona zəng edib, Ülvünün qalan pulu verməsini tələb etmiş, o da Ülvüyə bu barədə bildirdikdə Ülvü həmin vaxt 400 manatının olduğunu bildirmişdir. Həmin vaxt Ülvü 400 manatın üzərinə 100 manat əlavə edib, Xaləddinə göndərməyi xahiş etmişdir. O da Ülvünün verdiyi 400 manat pulun üzərinə 100 manat əlavə edib, Xaləddinə Mingəçevir şəhərində Ülvünün işə qəbul edilməsi üçün 500 manat pul vermişdir. Bundan sonra o, Xaləddinlə mütəmadi danışıb, həm əmisi oğlu Nurlanın, həm də Ülvünün işi ilə bağlı maraqlanmışdır. Xaləddin isə hər dəfə bir bəhanə gətirmişdir. X10 əlavə olaraq 1000 manat da pul verdiyini öyrənmişdir. Ülvü və Nurlan həkim komissiyasından keçməklərinə baxmayaraq işə qəbul ilə bağlı heç bir nəticə olmamış, bundan sonra Ülvü mütəmadi olaraq ona zəng edib, Xaləddini ona görə tanıdığını bildirib, pulunu ondan istəməyə başlamışdır. O da Ülvüyə atasını tanıdığı üçün yaxşılıq etməyə çalışdığını bildirmişdir. Lakin Ülvü ona mütəmadi olaraq zəng etdiyi üçün Xaləddinlə əlaqə saxlayıb Ülvünün və Nurlanın pullarını geri qaytarmasını tələb etməyə başlamışdır. Xaləddin isə Ülvüdən almış olduğu 5000 manat puldan ona Ülvüyə geri qaytarmaq üçün 1000 manat vermişdir. Xaləddindən 1000 manat aldıqdan sonra Ülvü ilə görüşüb 1000 manatı Ülvüyə vermiş və Ülvüyə əmisi oğlu Nurlanın da Xaləddin tərəfindən aldadılmasını demişdir. Zərərçəkmiş şəxs4 işə qəbul edilməsi ilə bağlı olaraq Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul verməmiş və pul verməsi barədə aralarında sövdələşmə olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid5 məhkəmə iclasında iştirakları mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid2 və Şahid5 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadələrini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid5 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun qızı Şahid4 Müdafiə Nazirliyinin Yevlax şəhərində yerləşən N nömrəli hərbi hissəsində «Sanitar» kimi işə düzəltmişdir. Həmçinin bundan başqa onun balaca qızı Həvvaya MMA-dan idman dərsi keçmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. O, Mehmanla birlikdə əvvəllər “barama qurdu” saxlamışdır. Mehman ona halını soruşmaq üçün zəng etdiyi üçün onlar telefonla danışarkən o, Mehmana qızı Şahid4 hərbi qurumlardan birinə işə düzəltdiyini demiş, həmin vaxt Mehman ona qızı Mehribanı da hərbi qurumlardan birinə işə düzəltmək istədiyini bildirmişdir. O da qızı Şəhlanı Təqsirləndirilən şəxs adlı tanışının vasitəsi ilə işə düzəltdiyini demişdir. Həmin vaxt Mehman ondan Xaləddinin nömrəsini istəmiş, o da Xaləddinin nömrəsini Mehmana vermişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında Mehman Yevlax şəhərinə gələrək «Şərur» kafesində Xaləddinlə görüşmüş, həmin vaxt Mehman ora yanında arvadı Aygün, qızı Mehriban ilə birlikdə gəlmişdir. Həmçinin həmin vaxt onun qızları Şəhla və Həvva da orada olmuş və o da sonradan Mehman ilə Xaləddinin yanına getmişdir. X14 danışmış, lakin pul barədə razılaşmamışlar və Mehman Ağcabədiyə qayıtmışdır. Bundan sonra o, baş verən hadisələrdə iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pulunu dələduzluq niyyəti ilə almasından, yəni Xaləddinin niyyətinin Zərərçəkmiş şəxs2 qızını «tibb bacısı» kimi yox «sanitar» kimi işə düzəldərək Mehmanın pulunu ələ keçirmək olmasından məlumatı olmamışdır. Mehmanla Xaləddin özləri danışıb, razılaşmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 almış olduğu puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. O, Təqsirləndirilən şəxsla əlbir olaraq Zərərçəkmiş şəxs2 və yaxud da hər hansı bir şəxsin pulunu ələ keçirməmişdir. Onun Təqsirləndirilən şəxsla hər hansı bir qaydada əlbirliyi olmamışdır. Mehman özü ondan Xaləddinin nömrəsini istəmiş, Xaləddinlə Mehman özü görüşərək danışıb razılaşmış, pulu da Xaləddinə Mehman özü vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid4 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ifadəsinə oxşar ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid6 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun qızının əridir. Kürəkəni İlkin əvvəllər AR MN N saylı hərbi hissədə əvvəllər MAXE kimi işləmişdir. Lakin 2017-ci il tarixdən İlkin işdən çıxmışdır. 2023-cü ilin fevral ayında İlkin onun yaşadığı evə gələrək Xaləddin adlı tanışının onu Komando hərbi birləşməsinə bağban kimi işə düzəldə biləcəyini, lakin 3200 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin ərəfədə o, İlkinə işə qəbul edilməsi üçün 3200 manat pul vermişdir. İlkin ondan 3200 manat pulu aldıqdan sonra Xaləddinlə görüşmüş və həmin 3200 manat pulu Xaləddinə vermişdir. Xaləddin 2-3 ay müddətində İlkinin işə qəbul ediləcəyinə söz vermişdir. Lakin İlkin daha sonra Xaləddinin onu aldatdığını başa düşmüşdür. Həmin ərəfələrdə ona pul ehtiyac olduğu üçün o, İlkindən pulunu geri istəmişdir. İlkin 3-4 ay müddətində onun pulunu geri qaytarmış və daha sonra o, İlkindən soruşan zaman İlkin Xaləddindən 3200 manat pulunu tamamilə geri aldığını bildirmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan sənədə baxış keçirmə və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi, əl yazmasını əks etdirən kserosurət yazıya baxış keçirilən zaman “Mən Təqsirləndirilən şəxs Şahid1 xx.xx.2023-cü il tarixdə 2500 manat pul aldım, pula cavabdehem” və həmin qeydin altından Təqsirləndirilən şəxs imzası və ad familyası, onun altından isə “Mən Şahid1 Təqsirləndirilən şəxs 2500 manat pul vermişəm iş üçün bunun doğruluğunu öz imzamla ikimizdə tədiq edirik” sözləri yazılmış və sözlərin altından Şahid1 və Təqsirləndirilən şəxs aid imzalar qeyd edilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan sənədə baxış keçirmə və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 adına olan Leobank kart hesabına baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Leobank kart hesabına xx.xx.2023-cüil tarixdə saat 12:46 radələrində Emanat aparatı vasitəsi ilə 3400 manat pul yüklənmiş, xx.xx.2023-cü il tarixdə saat 18:14-də ATM ACEMİ BRANCH-dan 2000, 18:16-da 1005 manat, 18:18-də isə 391 manat 95 qəpik məxaric edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi «701» saylı hərbi hissədən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək «701» nömrəli hərbi hissədə işçi olmuş və Əmək məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşçinin sənədləri qanuna müvafiq olaraq özünə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Yevlax rayonu, Kövər kəndində yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Cinayət işinin materiallarında olan sənədə baxış keçirmə və götürmə barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi Birbank kart hesabına dair «çıxarışa» baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Birbank kart hesabından 2000 manat məbləğdə pulun məxaric edilməsi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan ittihamın elan edilməsi üçün tutulma və axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün həmin tarixdə onun barəsində axtarış elan edilmiş və eyni tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən tutularaq Mingəçevir ŞPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu istintaqdan yayındığı üçün həmin tarixdə onun barəsində axtarış elan edilmiş və eyni tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 310 və 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 7500 manat məbləğdə pulunu ələ keçirilməsi ilə bağlı hissədə Təqsirləndirilən şəxs əməli vahid niyyətlə əhatə olunan qəsdlə törədilmiş dələduzluq kimi qiymətləndirilməsi, cinayət törədərkən Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinin xüsusi geyim formasından istifadə etməsi Azərbaycan Respublikası CM-nin 61.1.12-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınması qərara alınmış, Şahid1 və Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 32.5, 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 32.5, 178-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından X2 barəsində əlavə araşdırılması üçün material ayrılması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə, həmçinin Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək və aldadaraq onun əmlakını ələ keçirməklə, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək və aldadaraq onun əmlakını ələ keçirməklə, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək və aldadaraq onun əmlakını ələ keçirməklə, Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edərək və aldadaraq onun əmlakını ələ keçirməklə, o cümlədən Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 qızı Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində olan «Sarıcalı» hospitalına «tibb bacısı» kimi işə düzəldəcəyinə dair yalan vədlər verib, 2022-ci ilin sentyabr ayında Yevlax rayonunda yerləşən «Şərur» kafesində Zərərçəkmiş şəxs2 şəxsən 5000 manat, Şahid2 «tibb bacısı» kimi həmin hospitala işə düzəlməsi üçün keçəcəyi tibbi müayinəsi zamanı yaranmış problemi aradan qaldırmaq adı ilə 2022-ci ilin oktyabr ayında Yevlax rayonunda istintaqa məlum olmayan ünvanda Zərərçəkmiş şəxs2 şəxsən 1000 manat, Şahid2 tibbi müayinəsi zamanı yaranmış növbəti problemi aradan qaldırmaq adı ilə 2022-ci ilin noyabr ayında Yevlax rayonu ilə Bərdə rayonu arasındakı magistral yol üzərində yerləşən «Mehman» kafesində Zərərçəkmiş şəxs2 yenə də 1000 manat, habelə 2023-cü ilin yanvar ayında Şahid2 Gürcüstan Respublikasında ali təhsil alması ilə bağlı aldığı ali təhsil müəssisəsinin diplomunu Azərbaycan Respublikasında təsdiq etdirmək adı ilə Ağcabədi rayonunda «Sarıcalı» kafesində Zərərçəkmiş şəxs2 növbəti dəfə 500 manat alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 7500 manat məbləğdə pulunu alıb, ələ keçirərək və ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bərdə rayonu, Mehdixanlı kənd sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» xüsusi təyinatlı hərbi birləşməsinə «gizir» kimi xidmətə təyin edilməsinə köməklik edəcəyini vəd verib, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Aslanov küçəsində yerləşən «N» saylı hərbi hissənin qarşısında yerləşən çayxanada Zərərçəkmiş şəxs1 2500 manat, xx.xx.2023-cü il tarixdə isə Mingəçevir şəhəri, Gəncə şosessində yerləşən «Karvan Petrolun» qarşısında özünə məxsus avtomobildə Zərərçəkmiş şəxs1 1000 manat, ümumilikdə 3500 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» xüsusi təyinatlı hərbi birləşməsinə «gizir» qismində xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Şəki şəhərində olan Zərərçəkmiş şəxs4, orada istintaqa məlum olmayan ünvanda yerləşən «Emanat» terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 Möhhübbət oğlunun adına olan 4098xxxx64723491 «Leobank» kart hesabına onun (Təqsirləndirilən şəxs) göstərişi ilə göndərdiyi 3400 manat, istintaqa məlum olmayan digər kart hesabına isə göndərdiyi 100 manat məbləğdə pul vəsaitlərindən Zərərçəkmiş şəxs1 məxsus plastik kartdan 3400 manatını Bakı şəhərində «M.Əcəmi» metrostansiyasının yaxınlığında, 100 manatını isə istintaqa məlum olmayan ünvanda məxaric edərək, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində istintaqa məlum olmayan ünvanda Zərərçəkmiş şəxs4 məxsus 500 manat məbləğdə pulu Şahid1 vasitəsi ilə, habelə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 onun adına olan 4127 2093 0196 4604 nömrəli «ABB» bank kart hesabına göndərdiyi 1000 manat məbləğdə, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 5000 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» xüsusi təyinatlı hərbi birləşməsinə «bağban» kimi işə düzəldəcəyinə dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Yevlax rayonunda istintaqa məlum olmayan ünvanda onun 3200 manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Komando» xüsusi təyinatlı hərbi birləşməsinə işə düzəldəcəyinə dair yalan vəd verib, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində «20 yanvar» metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 2300 manat, xx.xx.2023-cü il tarixdə Yevlax rayonunda istintaqa məlum olmayan ünvanda 1500 manat, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 3800 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Daşkəsən rayonunda yerləşən «191» saylı hərbi hissəsində «müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu» kimi xidmət edən Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən «777» saylı hərbi hissəsinə «müddətdən artıq hərbi qulluqçu» kimi xidmətə təyin etdirəcəyinə dair yalan vəd verib, onun göstərişinə əsasən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 Mingəçevir şəhərində istifadəsində olan mobil telefonunda olan «Bir kart mobil tətbiq» etmə proqramı vasitəsi ilə həmin vaxt onun (Təqsirləndirilən şəxs) istifadəsində olan istintaqa məlum olmayan kart hesabına göndərdiyi 2000 manat məbləğdə pulunu ələ keçirərək, dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib onları aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs vədlər verib, zərərçəkmiş şəxsləri aldadaraq onların pul vəsaitlərini almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri əlverişsiz vəziyyətə salmaqla, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə pul vəsaitlərini ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda, digər zərərçəkmiş şəxslərə isə maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam həcmdə ödəməsini və onlarla razılıq əldə edib barışmasını, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il tarixdə doğulmuş Hüseyn adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdıqları üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 8İ-8273 nömrəli reyetrdə qeydə alınmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 Yevlax rayon 1 saylı notariat ofisində 8İ-577 nömrəli reyetrdə qeydə alınmış xx.xx.2025-ci il tarixli ərizəsindən və məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən hərbi geyim formasından istifadə etməklə zərərçəkmiş şəxsləri inandırmaqla onların etibarından sui-istifadə etmişdir. Bununla da təqsirləndirilən şəxs cinayət əməlini hakimiyyət nümayəndəsinin xüsusi geyimindən istifadə etməklə törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən hərbi geyim formasından istifadə etməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.12-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 24 noyabr 2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 26 noyabr 2023–cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin gün Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının müddətinin 1 ay 19 gün hesablanması qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və xx.xx.2024-cü il tarixdə o, Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbslə əvəz edilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü olaraq Mingəçevir ŞPŞ-nə gəlmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM–in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin başlanğıcı 28 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Bununla da təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 02 ay 01 gün təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanması müddətini nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 ay 02 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki,təqsirləndirilən şəxsin Yevlax rayonu, Malbinəsi kəndində yaşayış yeri üzrə qeydiyyatda olması Elektron məhkmə İnformasiya Sistemində öz əksini tapmış, lakin təqsirləndirilən şəxs həm məhkməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı Bakı şəhəri, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşadığını göstərmişdir. Bununla belə təqsirləndirilən şəxs faktiki olaraq göstərdiyi ünvanda yaşamasına dair heç bir rəsmi sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə uyğun olaraq cəzanın icrasının Yevlax rayonu ərazisində çəkilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, zərərçəkmiş şəxslər tərəfindən yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbləri yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Yevlax rayonu, Kövər kəndində yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olsa da, əmlakın cinayət yolu ilə əldə edilməsini təsdiq edən sübutlar olmadığına görə həmin əmlak cinayət yolu ilə əldə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 300 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay 19 (on doqquz) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 07 (yeddi) gün, cəmi 2 (iki) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) ay 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 300 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar