Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-31/2021 02.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Alim oğlu, Təqsirləndirilən şəxs1 müdafiəçisi X9 oğlu , Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs1-xx.xx.1994-cü ildə Yevlax rayonu Aşağıbucaq kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Aşağıbucaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2- xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 82/1 mənzil 30-da qeydiyyatda olan, Yevlax rayonu Aşağıbucaq kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə ünvan 1 ünvanında yerləşən yataqxananın girişinə daxil olub həmin yataxanada yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan “BAOL” markalı “28” ölçülü velosipedi götürərək özgənin, yəni Zərərçəkmiş şəxs2 məxsus 200 manat (iki yüz ) manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o təkrarən, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixdə keçən gecə Mingəçevir şəhəri, S.Vurğun küçəsi 2 saylı binanın girişinə daxil olub, 2-ci mərtəbəyə qalxaraq o, həmin binanın, 7 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs3 məxsus olan “SAFT” markalı “18” ölçülü velosipedi götürərək özgənin, yəni Zərərçəkmiş şəxs3 məxsus 140 manat (bir yüz qırx) manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabqacadan əlbir olan bir qrup şəklində birləşərək, xx xxxxxx 2020- ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixə keçən gecə qabaqcadan aralarında olan razılığa əsasən o, Mingəçevir şəhəri, Puşkin küçəsi 14\3 saylı yaşayış binasının qarşısında pusquda dayanaraq gözləmiş. Təqsirləndirilən şəxs2 isə binanın 3-cü girişinə daxil olub, 3-cü mərtəbəyə qalxaraq oradan, həmin binanın 26 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 məxsus “BERKUT” markalı “18” ölçülü velosipedi götürüb özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus olan 120 manat ( yüz iyirmi) manat məbləğində əmlakını gizli olaraq talayıb təkrarən oğurlamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabqacadan əlbir olan bir qrup şəklində birləşərək, xx xxxxxx 2020- ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixə keçən gecə qabaqcadan aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 41 saylı yaşayış binasının qarşısında pusquda dayanaraq gözləmiş, o isə binanın 1 -ci girişinə daxil olub oradan, həmin binanın 3 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs4 məxsus "26" ölçülü velosipedi götürüb özgənin, yəni Zərərçəkmiş şəxs4 məxsus olan 120 manat (yüz iyirmi) manat məbləğində əmlakını gizli olaraq talayıb təkrarən oğurlamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabqacadan əlbir olan bir qrup şəklində birləşərək, xx xxxxxx 2020- ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixə keçən gecə qabaqcadan aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1. Mingəçevir şəhəri Puşkin küçəsi 14\3 saylı yaşayış binasının qarşısında pusquda dayanaraq gözləmiş, o isə binanın 3-cü girişinə daxil olub, 3-cü mərtəbəyə qalxaraq oradan, həmin binanın26 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 məxsus “BERKUT" markal“18” ölçülü velosipedi götürüb özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus olan 120 manat(bir yüz iyirmi) manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəklində birləşərək, xx xxxxxx 2020- ci il tarixdən xx xxxxxx 2020-ci il tarix keçən gecə qabaqcadan aralarında olan razılığa əsasən o, Mingəçevir şəhər N.Nərimanov küçəsi 41 saylı yaşayış binasının qarşısında pusquda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 isə binanın 1 -ci girişinə daxil olub oradan, həmin binanın 3 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs4 məxsus “26" ölçülü velosipedi götürüb özgənin, yəni Zərərçəkmiş şəxs4 məxsus olan 120 manat (bir yüz iyirmi) manat məbləğindəki əmlakını gizli olaraq talayıb təkrarən oğurlamışdır. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2020-ci ilin iyun ayının 20-də Mingəçevir şəhərinə gəlmişdir. Pula ehtiyacı olduğu üçün oğurluq etmək fikrinə düşdü. Spirtli içki qəbul etdikdən sonra gecə saatlarında şəhər ərazisində gəzən zaman “Kolxoz” bazarının yaxınlığından, “Müəllimlər" institutunun yanından keçən zaman orada yerləşən yataqxananın girşində yaylı mexanizmi olan üzərində “BAOL” sözü yazılmış, velosiped olduğunu gördü. O, dərhal həmin girişə yaxınlaşdı və gördü ki, velosiped heç yerə bağlanmayıb. Velosipedi götürüb sürərək oradan uzaqlaşdı. Həmin velosipedi sürərək Yevlax rayonunda yaşadığı Aşağıbucaq kəndinə, evlərinə apardı. Təxminən 3 gün sonra həmin velosipedi 100 manata kəndlisi Şahid2 satdı. Bu əməlindən bir neçə müddət sonra, xx xxxx 2020-ci il tarixdə yenidən Mingəçevir şəhərinə gəldi. Məqsədi yenidən velosiped oğurluğu etmək idi. Spirtli içki qəbul etdikdən sonra gecə saatlarında şəhər ərazisində gəzən zaman “Dram Teatr” yaxınlığından keçərkən uzaqdan oradakı 3-mərtəbəli binaların birinin 2-ci mərtəbəsində velosiped olduğunu gördü. O, həmin velosipedi oğurlamaq məqsədi ilə 2-ci mərtəbəyə qalxdı. Orada yaylı mexanizmi olan, əllə dəyişdirilən surət qutusu olan, üzərində “SAFT” sözü yazılmış velosiped olduğunu gördü. Həmin velosiped heç yerə bağlanmamış vəziyyətdə idi. Velosipedi binadan aşağı düşürdü və “Tekstilni” deyilən əraziyə gətirdi, oradan yol maşını ilə Yevlax rayonunda yaşadığı Aşağıbucaq kəndinə evlərinə apardı. Təxminən 2-3 gün sonra həmin velosipedi Rəşad adlı kəndçisi ilə “DİGMA” markalı mobil telefonu ilə dəyişmişdir. Bu əməlindən bir müddət sonra, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə Yevlax rayanu Xaldan qəsəbəsində pivə içdilər. Sonra isə Mingəçevir şəhərində “ Tekstilni” deyilən yerdə yaşayan tanışı Yeganə adlı qadının yanına gəlmək üçün Niyaz ilə birlikdə Mingəçevir şəhərinə gəldilər. Mingəçevir şəhərinə gəlməkdə məqsədi ona verilməli olan pulu Yeganə adlı qadından götürmək olmuşdur, Niyaz da onunla yoldaşlıq üçün gəlmişdir. O, həmin qadınla görüşdü və qadından ona verməli olduğu pulu istədi, qadən isə pulun hazır olmadığını, sonra borcunu verəcəyini dedi. O da razılaşdı. Sonra isə Niyaz ilə birlikdə Kür çayının sahilinə getdilər və orada hər biri bir ədəd “GO” spirtli içki alıb içdilər. Sonra isə Yevlaxa geri qayıtmaq üçün piyada gəzərək Fazil adlı şəxsin işlətdiyi “Balıq” restoranına çatdılar. Onlar birlikdə velosiped oğurlamaq qərarına gəldilər. Bundan sonra oradakı binaların bloklarına baxan zaman 3 mərtəbəli binanın 3-cü mərtəbəsində Niyaz velosiped gördü və qalxıb həmin velosipedi götürəcəyini dedi. Niyaz 3-cü mərtəbəyə qalxıb, özü ilə üzərində “BERKUT” sözü yazılmış velosiped gətirdi. Bu zaman o, binanın qarşısında dayandı ki, kimsə gəlsə xəbər etsin. Niyaz velosipedi əlində saxlamaqla birlikdə gəzərək “Qələbə” dairəsini keçib “Oba" markertin yaxınlığına çatdılar. Onlar oğurlamaq üçün velosiped axtarmağa başladılar. Həmin yerdə 4 mərtəbəli binanın qarşısından keçən zaman başdakı blokda girəcəkdə velosiped gördü və dərhal girib blokdan həmin velosipedi götürdü. Niyaz isə binanın qarşısında dayandı ki, gələn olsa xəbər etsin. Sonra isə onlar “Bəxtiyar” aptekin qarşısına gəldilər. Orada onlara polis əməkdaşları yaxınlaşdılar.Onları polis şöbəsinə dəvət etdilər. Birlikdə polis şöbəsinə gəldilər. Orada sorğu zamanı törətmiş olduğu əməli etiraf edib, velosipedləri oğurladıqlarını bildirdilər. Əməlindən peşimandır. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 Vəlyəddin oğlu ilə Yevlax rayonu Xaldan qəsəbəsində pivə içdilər. Sonra isə birlikdə Mingəçevir şəhərində “Tekstilni”də yaşayan Azərin tanışı Yeganə adlı qadın yanına gəldilər. Mingəçevir şəhərinə gəlməkdə məqsədləri Azərə çatacaq pulu Yeganə adlı qadından götürmək olmuşdur. O, Azər ilə yoldaşlıq üçün gəlmişdir. Azər həmin qadınla görüşdü, sonra isə birlikdə Mingəçevir şəhərindəki Kür çayının sahilinə getdilər. Orada hər biri bir ədəd “GO” spirtli içki alıb içdilər. Sonra isə Yevlaxa geri qayıtmaq üçün piyada gəzərək Fazil adlı şəxsin işlətdiyi “Balıq” restoranına çatdılar. Hər ikisi sərxoş idi. Onlar birlikdə velosiped oğurlamaq qərarına gəldilər. Bundan sonra oradakı binaların bloklarına baxan zaman 3 mərtəbəli binanın 3-cü mərtəbəsində o, velosiped gördü və qalxıb onu götürəcəyini Azərə dedi. Sonra 3-cü mərtəbəyə qalxıb, özü ilə bənövşəyi rəngli, '"Berkut" markalı velosipedi gətirdi. Azər binanın qarşısında dayanmışdı ki, kimsə gəlsə xəbər etsin. Sonra isə o, velosipedi əlində saxlamaqla gəzərək birlikdə “Qələbə ’’dairəsini keçib “Oba” markertin yaxınlığına çatdılar. Azər oğurlamaq üçün velosiped axtardı. Orada olan 4 mərtəbəli binanın qarşısından keçən zaman Azər başdakı blokda girəcəkdə velosiped gördü və dərhal girib blokdan həmin velosipedi götürdü. O, binanın qarşısında dayanmışdı ki, gəlib-gedən olsa xəbər etsin. Sonra Azər həmin velosipedi sürərək, o, isə velosiped əlində “Bəxtiyar” aptekin qarşısına gəldilər. Orada onlara polis əməkdaşları yaxınlaşdı və onları polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində sorğu zamanı törətmiş olduqları əməli etiraf edib, velosipedləri oğurladıqlarını bildirdilər.Əməlindən peşimandır. Zərərçəkmiş qəxs Zərərçəkmiş şəxs4 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və ərizə verərək sonrakı sonrakı məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, bir neçə ay bundan əvvəl oğluna hədiyyə kimi qara rəngli, arxa hissəsində baqajı olan “26” ölçülü velosipedi 170 manata almışdır. Həmin velosipedi hər gün binanın 1-ci mərtəbəsində pilləkənin yanındakı zirzəminin girişində, dəmir barmaqlıqların qarşında saxlayırdılar. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında oğlu X4 həmin velosipedi gətirib yaşadıqları Mingəçevir şəhəri, C.Əliyev küçəsi 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən zirzəminin girişinə qoydu. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə o, səhər saatların mənzildən çıxıarkən velosipedin yerində olmadığını gördü, bir az ətrafa baxıb velosipedi tapmağa çalışsa velosipedin olduğu yeri müəyyən edə bilmədi. Sonra polis şöbəsinə gələrək velosipedin oğurlanması barədə ərizə ilə müraciət etdi. Bundan sonra onun evinə polis əməkdaşları gəlib, onun iştirakı ilə hadisə yerinə baxış keçirdilər. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş qəxs Zərərçəkmiş şəxs1 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və ərizə verərək sonrakı məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, bir neçə ay bundan əvvəl qardaşı oğluna hədiyyə kimi “Berkut” markalı “20” ölçülü velosipedi 200 manata almışdır. Həmin velosipedi hər gün qıfılla pilləkənin məhəccərinə bağlayırdı. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında qardaşı oğlu X5 həmin velosipedi gətirib yaşadıqları Mingəçevir şəhəri, Puşkin küçəsi, 14\3 saylı binanın 3-cü blokunun 3-cü mərtəbəsində yerləşən 26 №li mənzilin qarşısına qoydu, lakin bu dəfə velosipedi qıffıllamağı ona demədiyi üçün velosipedi pilləkənin məhəccərinə bağlamaq yadından çıxıbdı. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında mənzildən çıxarkən velosipedin yerində olmadığını gördü. Ətrafa baxıb velosipedi tapmağa çalışsa da velosipedin olduğu yeri müəyyən edə bilmədi. Sonra polis şöbəsinə gələrək velosipedin oğurlanması barədə ərizə ilə müraciət etdi. Bundan sonra yaşadıqları evə polis əməkdaşları gəlib, onun iştirakı ilə hadisə yerinə baxış keçirdilər. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş qəxs Zərərçəkmiş şəxs3 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və ərizə verərək sonrakı məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, oğluna hədiyyə kimi sarı rəngli, əllə dəyişdirilən surət qutusu olan, “SAFT” markalı “18” ölçülü velosipedi 240 manata almışdır. Həmin velosipedi hər gün binanın 2-ci mrətbəsində yaşadığı mənzilin qapısının qarşısında saxlayırdılar. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında oğlu X7 həmin velosipedi gətirib yaşadıqları Mingəçevir şəhəri, S.Vurğun küçəsi, 2 №li binanın 2-ci mərtəbəsində yerləşən 7 №li mənzilin qarşısına qoydu. Səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə səhər saatlarında mənzildən çıxarkən velosipedin yerində olmadığını gördü, bir az ətrafa baxıb velosipedi tapmağa çalışsa velosipedi tapa bilmədi. Bundan sonra polis şöbəsinə gələrək 240 manata almış olduğu velosipedin oğurlanması barədə ərziə ilə müraciət etdi. Bundan sonra onun evinə polis əməkdaşları gəlib, onun iştirakı ilə hadisə yerinə baxış keçirdilər. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş qəxs Zərərçəkmiş şəxs2 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və ərizə verərək sonrakı məhkəmə iclasını keçirilməsini onun iştirakı olmadan xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 2020-ci ilin may ayının sonlarında özü üçün 250(iki yüz əlli) manata “29” ölçülü “BAOL” markalı velosiped almışdır. Həmin velosipedi hər gün şəxsi işləri üçün istifadə edirdi. Axşam saatlarında isə velosipedi yaşadığı yataqxananın girişində saxlayırdı. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə o, velosipedilə öz işlərini həll etdikdən sonra axşam saatlarında yenə də həmin velosipedini gətirib yataqxananın girişində birinci mərtəbəyə qoyub, 3-cü mərtəbədə yerləşən mənzilinə getdi. Səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə axşam saatlarında işdən qayıdıb velosipedi saxladığı yerə yaxınlaşdı. Lakin velosipedin yerində olmadığını gördü. Ətrafa baxıb velosipedi tapmadı. Bundan sonra polis şöbəsinə gələrək velosipedinin oğurlanması barədə ərziə ilə müraciət etdi. Bundan sonra onun evinə polis əməkdaşları gəlib, onun iştirakı ilə hadisə yerinə baxış keçirdilər. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nın baş əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinin təhqiqat bölməsindən Mingəəçevir şəhəri ərazisindəki ayrı-ayrı ünvanlardan naməlum şəxs tərəfindən velosipedlərin oğurlanması, həmin şəxs(lər)in və velosipedlərin tapılaraq gətirilməsi ilə bağlı daxil olmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Yevlax rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əlində bir ədəd velosipedlə Mingəçevir şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirildilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə şəhər polis şöbəsinə sorğu aparılan zaman hər ikisi əllərində tutulan velosipedləri birlikdə oğurladıqılarını etiraf edib, həmin velosipedləri polisə təqdim edə biləcəklərin bildirdilər. Həmçinin əlavə olaraq sorğu edilən zaman Təqsirləndirilən şəxs1 əvvəl də iki ədəd velosiped oğurladığını, Yevlax rayonu, Aşağıbucaq kənd sakinlər Şahid3 və Şahid2 satdığını bildirdi. Sonra Təqsirləndirilən şəxs1 Vəliyyədin oğlu və Təqsirləndirilən şəxs2 Kama oğlu velosipedlərlə birlikdə şəhər polis şöbəsinin istintaq bölməsinə təqdim edildi. Daha sonra Yevlax rayonu, Aşağıbucaq kəndinə gedilmiş oğurluq veloispedlərin satıldığı Şahid3 və Emin Muxtarovun olduqları yer müəyyən edilərək, onlara satılmış olan “SAFT” markalı “18” ölüçülü və “BAOL” markalı “28” ölüçülü velosipedlər tərəflərindən götürülərək şəhər polis şöbəsinə gətirilib istintaq bölməsinə təqdim edilmişdir. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, təxminən 2-3 ay öncə Xaldan dairəsində ərzaq dükanında işləyən zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 onun yanma gəlib özünə məxsus olan “BAOL” markalı, sürət qutulu velosiopedi kafeyə borcu olduğuna görə pula ehtiyacı olduğundan satdığını bildirərək və həmin velosipedi almağı ona təklif etdi. O, Azərdən velosipedin kimə məxsus olduğunu soruşduqda Azər velosipedin özünə məxsus olduğunu, sürmək üçün aldığını dedi. O isə cavabımda hazırda pulunun olmadığını həmin velosipedi ala bilməyəcəyini dedi. Azər isə velosipedi 100 manata satdığını, 50 manatını indi versə velosipedi ona verəcəyini, qalan 50 manatını isə bir neçə günə ondan götürə biləcəyini dedi. O da Azərlə razılaşdı. 50 manat pul verib həmin velosipedi Azərdən aldı. O, həmin velosipedi aparıb oğlu X8 verdi. Bir gün sonra işlədiyi dükana gəldiyi zaman Azərin dükanın qarşısında onu gözlədiyini görüb, nəyə görə gəldiyini soruşdu. Azər isə cəzaçəkmə müəssisəsində olan atasının yanına getməli olduğunu, pulunun olmadığını, ona görə də qalan 50 manatı verməyini, xahiş etdi. O, da ona qalan 50 manatı verdi. Bir neçə gün sonra polis əməkdaşları onun evinə gəldi və ona Azərin satdığı velosipedin oğurluq olduğunu dedilər. O, həmin velosipedi polis əməkdaşlarına təqdim etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri digər şahid- Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 201-204-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/4247 saylı rəyində göstərilir ki, ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş velosipedlərin istifadə olması nəzərə alınmaqla 2020-ci ilin iyunavqust ayılarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 580,00 manat müəyyən edir. O cümlədən:
1. 1 ədəd qara-yaşıl-göy rəngli, “baol” markalı 28 ölçüsü, sürət qutulu velosiped- 200,00 manat,
2. 1 ədəd sarı rəngli, “Saft” markalı, 18 ölçülü, sürət qutulu velosiped-140,00 manat,
3. 1 ədəd bənövşəyi rəngli, “Berkut” markalı, 18 ölçülü, ön hissəsində səbət olan sadə velosiped-120,00 manat,
4. 1 ədəd üzərində markalanma göstəricisi olmayan qara rəngli, 26 ölçülü sadə velosiped-120,00 manat Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə ünvan 1 ünvanında yerləşən yataqxananın girişinə daxil olub, həmin yataxanada yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan “BAOL” markalı “28” ölçülü velosipedi götürərək özgənin, yəni Zərərçəkmiş şəxs2 məxsus 200 manat (iki yüz ) manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixdə keçən gecə Mingəçevir şəhəri, S.Vurğun küçəsi 2 saylı binanın girişinə daxil olub, 2-ci mərtəbəyə qalxaraq o, həmin binanın, 7 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs3 məxsus olan “SAFT” markalı “18” ölçülü velosipedi götürərək özgənin, yəni Zərərçəkmiş şəxs3 məxsus 140 manat (bir yüz qırx) manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabqacadan əlbir olan bir qrup şəklində birləşərək, xx xxxxxx 2020- ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixə keçən gecə qabaqcadan aralarında olan razılığa əsasən o, Mingəçevir şəhəri, Puşkin küçəsi 14\3 saylı yaşayış binasının qarşısında pusquda dayanaraq gözləmiş. Təqsirləndirilən şəxs2 isə binanın 3-cü girişinə daxil olub, 3-cü mərtəbəyə qalxaraq oradan, həmin binanın 26 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 məxsus “BERKUT” markalı “18” ölçülü velosipedi götürüb özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus olan 120 manat ( yüz iyirmi) manat məbləğində əmlakını gizli olaraq talayıb təkrarən oğurlamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabqacadan əlbir olan bir qrup şəklində birləşərək, xx xxxxxx 2020- ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixə keçən gecə qabaqcadan aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 41 saylı yaşayış binasının qarşısında pusquda dayanaraq gözləmiş, o isə binanın 1 -ci girişinə daxil olub oradan, həmin binanın 3 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs4 qızma məxsus "26" ölçülü velosipedi götürüb özgənin, yəni Zərərçəkmiş şəxs4 məxsus olan 120 manat (yüz iyirmi) manat məbləğində əmlakını gizli olaraq talayıb təkrarən oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabqacadan əlbir olan bir qrup şəklində birləşərək, xx xxxxxx 2020- ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixə keçən gecə qabaqcadan aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1. Mingəçevir şəhəri Puşkin küçəsi 14\3 saylı yaşayış binasının qarşısında pusquda dayanaraq gözləmiş, o isə binanın 3-cü girişinə daxil olub, 3-cü mərtəbəyə qalxaraq oradan, həmin binanın26 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 məxsus “BERKUT" markal“18” ölçülü velosipedi götürüb özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus olan 120 manat(bir yüz iyirmi) manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəklində birləşərək, xx xxxxxx 2020- ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə qabaqcadan aralarında olan razılığa əsasən o, Mingəçevir şəhər N.Nərimanov küçəsi 41 saylı yaşayış binasının qarşısında pusquda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 isə binanın 1 -ci girişinə daxil olub oradan, həmin binanın 3 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs4 qızma məxsus “26" ölçü velosipedi götürüb özgənin, yəni Zərərçəkmiş şəxs4 məxsus olan 120 manat (bir yüz iyirmi) manat məbləğindəki əmlakını gizli olaraq talayıb təkrarən oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətmələri özlərinin etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 169-170-ci vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəl məhkum olunmamışlar. İşin 151-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşin 161-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini etiraf edib peşiman olmaları, yaşayış yerində müsbət xarakterizə olunmaları, dəymiş ziyanı ödəmələri və zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, dəymiş zərəri ödəmələrini, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 86-cı vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 137-138-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 1(bir) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 2 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-a kimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İşin 102-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 139-140-cı vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 1(bir) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 2 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-a kimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcləri olan cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi, 1 ədəd qara-yaşıl-göy rəngli, “baol” markalı 28 ölçüsü, sürət qutulu velosiped, 1 ədəd sarı rəngli, “Saft” markalı, 18 ölçülü, sürət qutulu velosiped, 1 ədəd bənövşəyi rəngli, “Berkut” markalı, 18 ölçülü, ön hissəsində səbət olan sadə velosiped, 1 ədəd üzərində markalanma göstəricisi olmayan qara rəngli, 26 ölçülü sadə velosipedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il ilə kimi şübhəli şəxs kimi tutulduğu 1 (bir) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 2 (iki) gün müddəti ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-a kimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il ilə kimi şübhəli şəxs kimi tutulduğu 1(bir) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 2 (iki) gün müddəti ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-a kimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcləri olan cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi, 1 ədəd qara-yaşıl-göy rəngli, “baol” markalı 28 ölçüsü, sürət qutulu velosiped, 1 ədəd sarı rəngli, “Saft” markalı, 18 ölçülü, sürət qutulu velosiped, 1 ədəd bənövşəyi rəngli, “Berkut” markalı, 18 ölçülü, ön hissəsində səbət olan sadə velosiped, 1 ədəd üzərində markalanma göstəricisi olmayan qara rəngli, 26 ölçülü sadə velosipedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir.
Sədrlik edən: Məhburə Kərimova