Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-31/2023 03.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X9, Zərərçəkmiş şəxs2 nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1955-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, pensiyaçı, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 40 mənzil 7-də qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri Füzuli küçəsi ev 9/85 mənzil 16-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir Bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 166 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə ona ayrılmış Mingəçevir şəhəri, H.Əliyev prospekti döngə 1 ünvanında yerləşən 300 m2 torpaq sahəsinin hüdudlarından kənara çıxaraq 2021-ci ilin iyun ayından 2021-ci ilin oktyabr ayına qədər olan müddət ərzində torpaq sahəsinin sağ tərəfinə 6 metr uzunluğunda mişar daşlarından ibarət hasar çəkməklə Zərərçəkmiş şəxs2 balansında olan 600 m2 torpaq sahəsini və ona ayrılmış torpaq sahəsinin sol tərəfinə 9 metr mişar daşlarından, 100 metr metal tordan ibarət hasar çəkərək dəmirdən əl qapısı qoymaqla Mingəçevir Bələdiyyəsinin balansında olan 700 m2 torpaq sahəsini icarəyə götürdüyü torpaq sahəsinə qatıb istifadə edərək Zərərçəkmiş şəxs2 və Mingəçevir Bələdiyyəsi ilə torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 600 m2 Zərərçəkmiş şəxs2 balansında olmaqla dövlət mülkiyyətinə aid, 700 m2 Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid ümumilikdə 1300 m2 torpaq sahəsini hasarlayaraq özbaşına tutmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildən etibarən Mingəçevir şəhəri H.Əliyev prospekti döngə 1 ünvanında yerləşən 300 kvadratmetr torpaq sahəsini Mingəçevir Bələdiyyəsindən icarəyə götürmüşdür. Buna dair sənədləri, cizgi və fotoşəkilləri də təqdim etmişdir. 2006-ci ildə həmin torpağı icarəyə götürəndə oranı kol-kos basdığından Bələdiyyənin sabiq sədri Coşqun orada abadlıq işləri aparmasını tapşırmışdır. Onun tapşırığına əməl edib orada ağac əkmişdir. Yaşamaq üçün vaqon qoymuş, toyuq saxlamaq üçün taxta və şifer materiallarından hin və sanitar qovşaq tikmiş, istirahət etmək üçün gölgəliklər gətirib qoymuşdur. Yaratdığı yaşıllıq zonasını qorumaq üçün, yaxınlıqdakı iaşə obyektlərindən oraya gəlib yaşıllığa zərər verən olmasın deyə qatar relsləri olan tərəfi deyil, digər tərəfə tordan hasar çəkmişdir. Həmçinin arxadan və qarşıdan mişar daşları ilə hasar hördürüb, oraya əl qapısı və qarşı tərəfə iki taylı darvaza qoydurmuşdur. Bu illər ərzində orada tikinti işləri aparmağına və hasarlamaya görə irad tutan olmamışdır. Sonra isə 2016-cı ildə müqavilənin vaxtı bitdiyi üçün Şəhər Bələdiyyəsi onunla həmin 300 kvadratmetr torpaq sahəsinə dair 2018-ci ildə müqavilə bağlamışdır. Həmin müqavilənin müddəti də 15 ildir. Bundan sonra isə Bələdiyyə rəhbərliyi dəyişəndə aralarında 2021-ci il tarixdə sonuncu 1 illik müqavilə bağlanmışdır. xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun əməkdaşları, yaşadığım Mingəçevi şəhəri H.Əliyev prospekti döngə 1 ünvanında, köhnə körpünün (dəmir yolu körpüsü) sol hissəsindəki ərazidə yerləşən torpaq sahəsinə yerində baxış keçirmişlər. Baxış və ölçmə işləri aparılan zamanı tərəfindən istifadə olunan 1600 kv.m torpaq sahəsinin üç tərəfinin (bir hissəsinin 15 metr mişar daşı və 100 metr dəmir torla) dəmir darvaza qoyulmaqla bağlanması, dördüncü tərəfin isə açıq vəziyyətdə olmaqla, ərazidə çoxlu sayda meyvə ağaclarının əkilməsi və bir ədəd dəmir vaqon qoyulması aşkar edilmişdir. Araşdırma zamanı Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 27/3 saylı qəranı ilə bağ sahəsinin salınması məqsədi ilə həmin ərazidən 300 kv.m torpaq sahəsi 10 (on) il müddətinə icarəyə verilməsini, icarə müqaviləsi bağlanmasını, icarə müddətinin 2016-ci ildə başa çatmasını, Mingəçevir Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 06 nömrəli və xx.xx.2021-ci il tarixli 166 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavillərlə icarə müddətinin uzadılmasını demiş, o cümlədən onlara 2021-ci ildə bağlanmış müqaviləni və Dövlət Kadastr sənədini də göstərmişdir. Orada bağ evi təşkil etməyinin hər hansı təhlükə yaratmadığımı nəzərlərinə çatdırmışdır. Bu barədə iştirakı ilə müvafiq akt tərtib olunmuş, digər iştirakçılar kimi akta imza etmişdir. Sonradan isə metal toru söksə də, vaqonu yerindən tərpətməyə fiziki və maddi imkanın olmadığından vaqon yerində qalmışdır. Bu barədə aidiyyəti qurumları məlumatlandırmışdır. Sonradan isə darvazanı və hasarları Şahid3 qanunsuz torpaq sahəsi tutmağı barədə müvafiq instansiyalara eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Bələdiyyələrlə İş üzrə İdarəsinə böhtan xarakterli ərizə ilə müraciət etdiyindən, ərazini 2006-cı ildə qanunsuz özbaşına tutmasını və orada eləcə də, darvaza qoymağını, ətrafını mişar daşı ilə hörməyini bildirmişdir. Bələdiyyədən ona müraciət olunmuşdur. Onu dəvət edərkən Şahid3 barəsində şikayət etməsini bildirib hasarı və darvazanı sökməyini məqsədə müvafiq gördüklərindən darvaza və hasarı sökmüşdür. Bələdiyyə tərəfindən ayrılmış 300 kvadratmetr torpaq sahəsinə metal hasarı 2007-ci ildə çəkmiş, mişar daşlarını 2006-cı ildə hördürmüşdür. Darvazanı da 2006-cı ildə qoydurmuşdur. Bu illər ərzində də ona irad tutan olmamışdır. Sonradan Şahid3 barəsində şikayət edəndə hamısı aşkarlanmışdır. Hazırda torpaq mülkiyyətinə dair sənədlərinin düzəlməsini gözləyir, artıq çıxarışı hazırlanmaqdadır. Yuxarıda göstərilənlərin hamısını 2007-ci ildən etibarən yekunlaşdırmışdır. 2007-ci ildən bu yana orada hər hansı tikintiqurraşdırma və ya hasarlarma işi aparmamışdır. Şahid3 məqsədi ondan qisas almaqdır. Buna görə Şahid4 də öyrədib, hər ikisi də, ona qarşı ifadə verilər. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, torpaq sahəsini qəsdən zəbt etməmiş, ona qarşı qərəzli mövqe olmuşdur. Bütün bunları və yaşını, həmçinin atasının sosialist əmək qəhrəmanı olmasını nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda Mingəçevir Bələdiyyəsinin Sosial və İqtisadi İnikşaf şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. xx.xx.2022- ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi Şahid1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi Şahid2 Kənan oğlu ilə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin unvanma Azərbaycan Respublikasının Ədilyyə Nazirliyi Bərdə Regional Ədiliyyə İdarəsindən daxil olmuş müraciətlə bağlı torpaq sahəsinin monitorinqi zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə idarəsinin müraciətində qeyd edilən, Mingəçevir şəhəri, köhnə körpünün (dəmir yolu körpüsü) sol hissəsindəki ərazidə yəni, Mingəçevir şəhəri H.Əliyev prospekti döngə 1 ünvanında yerləşən torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış və ölçmə işləri aparılan zaman vətəndaş Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan 1600 kv.m torpaq sahəsinin üç tərəfinin (bir hissəsinin 15 metr mişar daşı və 100 metr dəmir torla) dəmir darvaza qoyulmaqla bağlanması, dördüncü tərəfin isə yəni dəmir yolu relsləri tərəfinin açıq vəziyyətdə olmaqla, ərazidə çoxlu sayda meyvə ağaclarının əkilməsi və bir ədəd dəmir vaqon qoyulması aşkar edilmişlir. Araşdırma zamanı Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 27/3 saylı qərarı ilə Təqsirləndirilən şəxs bağ sahəsinin salıması məqsədi ilə həmin ərazidən 300 kv.m torpaq sahəsi 10 (on) il müddətinə icarəyə verilmiş və icarə müqaviləsi bağlanması, icarə müddətinin 2016-ci ildə başa çatması, Mingəçevir Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 06 nömrəli və xx.xx.2021-ci il tarixli 166 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrlə icarə müddətinin uzadılması məlum olmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindan əlavə istifadə olunan 1300 kv.m (faktiki istifadə olunan torpaq sahəsi 1600 kv.m) torpaq sahəsinin 600 kv.m hissəsi ərazidən keçən dəmir yolunun mühafizə zolağı Zərərçəkmiş şəxs2 balansında olmaqla dövlət mülkiyyətinə, 700 kv.m torpaq sahəsi isə işlədiyi Mingəçevir Bəldiyyəsinin balansında olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Özbaşına qanunsuz olaraq tutulmaqla dəyişdirilib istifadə olunan Mingəçevir Bələdiyyəsinin balansında olan 700 kvadratmetr torpaq sahəsinin və Zərərçəkmiş şəxs2 balansında olan 600 kv.m sahəsinin vətəndaş Təqsirləndirilən şəxs ayrılması ilə bağlı hər hansı qərar, sərancam, mülkiyyət hüququnu təsdiq ədən sənəd təqdim olunmamışdır. Bu barədə müvafiq akt tərtib olunmuş və o da digər iştirakçılar kimi akta imza etmişdir. Əvvəllər də xatırlamadığı vaxtlarda həmin ərazilərdə monotorinqlər aparılmış, lakin, ərazidə aktda qeyd edilən xusatları görməmişdir. Sonuncu dəfə həmin topaq sahəsinə daxil olan müraciətlə bağlı 17 yanvar 2022-ci il tarixdə baxış keçirən zaman aktda qeyd olunan xüsusatlar aşkar olunmuşdur. Həmin ərazidə darvazanın sağ tərəfində 6 metr uzunluqda olan mişar daşlarından hörülmüş hasar Zərərçəkmiş şəxs2 balansında olan ərazinin özbaşına tutulması, digər tərəfdə 9 metr mişar daşları və 100 metr metal torla hörülmüş hasar Mingəçevir Bələdiyyəsinin balansında olan ərazinin özbaşına tutulması üçün çəkilmişdir. Hazırda Bələdiyyə ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqaviləyə əsasən ona verilən yerin koordinatları dəyişmişdir. Əvvəlki koordinatlarda vaqon onun icarə götürdüyü ərazinin hüdudlarından kənarda yerləşsə də, hazırda vaqon ona verilən ərazidə yerləşir. Darvaza ona verilən ərazini əhatə etmədiyindən Təqsirləndirilən şəxs darvazanı və mişar daşlarından ibarət hasarı sökmüşdür. Təqsirləndirilən şəxs özbaşına etdiyi həmin hərəkətləri ilə Mingəçevir Bələdiyyəsinə mənəvi ziyan vururaraq işgüzar nüfuzuna xələl gətirmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışıq əldə etmişlər ondan heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda Zərərçəkmiş şəxs2 Memarlıq və tikinti şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi Şahid1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi Şahid2 Kənan oğlu və Mingəçevir Bələdiyyəsinin Sosial və İqtisadi İnikşaf şöbəsinin mütəxəssisi X9 və Təqsirləndirilən şəxs ibarət tərkibdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin unvanma Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsindən daxil olmuş müraciətlə bağlı torpaq sahəsinin monitorinqi zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədiliyyə idarəsinin müraciətində qeyd edilən, Mingəçevir şəhəri, köhnə körpünün (dəmir yolu körpüsü) sol hissəsindəki ərazidə, yəni, Mingəçevir şəhəri H.Əliyev prospekti döngə 1 ünvanında yerləşən torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış və ölçmə işləri aparılan zaman vətəndaş Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan 1600 kv.m torpaq sahəsinin üç tərəfinin (bir hissəsinin 15 metr mişar daşı və 100 metr dəmir torla) dəmir darvaza qoyulmaqla bağlanması, dördüncü tərəfin isə yəni dəmir yolu relsləri tərəfinin açıq vəziyyətdə olmaqla, ərazidə çoxlu sayda meyvə ağaclarının əkilməsi və bir ədəd dəmir vaqon qoyulması aşkar edilmişdir. Araşdırma zamanı Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs bağ sahəsinin salıması məqsədi ilə həmin ərazidən 300 kv.m torpaq sahəsi 10 (on) il müddətinə icarəyə verilmiş və icarə müqaviləsi bağlanması, icarə müddətinin 2016-ci ildə başa çatması, Mingəçevir Bələdiyyəsinin 04.01,2018-ci il tarixli 06 nömrəli və xx.xx.2021-ci il tarixli 166 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavillərlə icarə müddəti uzadılması məlum olmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs tərəfından əlavə istifadə olunan 1300 kv.m (faktiki istifadə olunan torpaq sahəsi 1600 kv.m) torpaq sahəsnm 600 kv.m hissəsi ərazidən keçən dəmir yolunun mühafizə zolağı işlədiyim Zərərçəkmiş şəxs2 balansında olmaqla dövlət mülkiyyətinə, 700 kv.m torpaq sahəsi isə Mingəçevir Bəldiyyəsinin balansında olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Özbaşına qanunsuz olaraq tutulmaqla dəyişdirilib istifadə olunan Mingəçevir Bələdiyyəsinin balansında olan 700 kvm torpaq sahəsinin və Zərərçəkmiş şəxs2 balansında olan 600 kv.m sahəsinin vətəndaş Təqsirləndirilən şəxs ayrılması ilə bağlı hər hansı qərar, sərancam, mülkiyyət hüququnu təsdiq ədən sənəd təqdim olunmamışdır. Heç belə bir sənəd də mövcud deyildir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Əvvəllər də xatırlamadığı vaxtlarda həmin ərazilərdə monotorinqlər aparılıb, əraziyə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən xusatlar yuxarıda qeyd edilən şəxslər tərəfindən baxış keçirilən zaman aktda qeyd olunan xüsusatlar aşkar olunmuşdur. Həmin baxışda məlumat verilmədiyi üçün İcra Hakimiyyətindən nümayəndə iştirak etməmişdir. Həmin ərazinin monitorinqini aparan zaman orada tikinti işləri aparılmasını aşkar etməmişdir. Oraya qoyulan dəmir darvazanın sağ tərəfində 6 metr uzunluqda olan mişar daşlarından hörülmüş hasar Zərərçəkmiş şəxs2 balansında olan ərazinin özbaşına tutulması, digər tərəfdə 9 metr mişar daşları və 100 metr metal torla hörülmüş hasar Mingəçevir Bələdiyyəsinin balansında olan ərazinin tutulması üçün çəkilmişdir. Hazırda Bələdiyyə ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqaviləyə əsasən ona verilən yerin koordinatları dəyişmişdir. Əvvəlki koordinatlarda vaqon onun icarə götürdüyü ərazinin hüdudlarından kənarda yerləşsə də, hazırda vaqon ona verilən ərazidə yerləşir. İcra hakimiyyətinə aid torpağı tutmaq üçün üçün çəkilən mişar daşlarından ibarət hasarı sökmüşdür. Toyuq, hini və sanitar qovşaq öz yerində qalmışdır. Həmçinin İcra Haikmiyyətinə aid torpaq sahəsinə müxtəlif meyvə ağacları əklimişdir. Bütün bunlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işgüzar nüfuzuna xələl gətirirərək işlədiyi müəssisəyə mənəvi ziyan vurmuşdur. Daha sonra təqsirləndirilən şəxslə barışıq əldə etmişlər ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun aparıcı məsləhətçisi Şahid2, Mingəçevir bələdiyyəsinin nümayəndəsi X9 ilə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvanına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədiliyyə İdarəsindən daxil olmuş müraciətlə bağlı torpaq sahəsinin monitorinqi zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə idarəsinin müraciətində qeyd edilən, Mingəçevir şəhəri, köhnə körpünün (dəmir yolu körpüsü) sol hissəsindəki ərazidə Mingəçevir şəhəri H.Əliyev prospekti döngə 1 ünvanında yerləşən torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış və ölçmə işləri aparılan zaman vətəndaş Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan 1600 kv.m torpaq sahəsinin üç tərəfinin (bir hissəsinin 15 metr mişar daşı və 100 metr dəmir torla) dəmir darvaza qoyulmaqla bağlanması, dördüncü tərəfin isə yəni dəmir yolu relsləri tərəfinin açıq vəziyyətdə olmaqla, ərazidə çoxlu sayda meyvə ağaclarının əkilməsi və bir ədəd dəmir vaqon qoyulması aşkar edilmişdir. Araşdırma zamanı Mingəçevir bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 27/3 saylı qəranı ilə Təqsirləndirilən şəxs bağ sahəsinin salıması məqsədi ilə həmin ərazidən 300 kv.m torpaq sahəsi 10 (on) il müddətinə icarəyə verilmiş və icarə müqaviləsi bağlanması, icarə müddətinin 2016-ci ildə başa çatması, Mingəçevir Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 06 nömrəli və xx.xx.2021-ci il tarixli 166 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavillərlə icarə müddəti uzadılması müəyyən edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindan əlavə istifadə olunan 1300 kv.m (faktiki istifadə olunan torpaq sahəsi 1600 kv.m) torpaq sahəsnm 600 kv.m hissəsi ərazidən keçən dəmir yolunun mühafizə zolağı Zərərçəkmiş şəxs2 balansında olmaqla dövlət mülkiyyətinə, 700 kv.m torpaq sahəsi isə Mingəçevir Bəldiyyəsinin balansında olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Əlavə istifadə olunan 1300 kv.m torpaq sahəsinin vətəndaş Təqsirləndirilən şəxs ayrılması ila bağlı hər hansı qərar, sərancam, mülkiyyət hüququnu təsdiq ədən sənəd təqdim olunmamışdır. Bu barədə müvafiq akt tərtib olunmuş, o da digər iştirakçılar kimi akta imza etmişdir. Eldar Salmanlmın qanunsuz olaraq özbaşına tutduğu topaq sahəsinin ətrafını nə vaxt hasarlamasmı, orada vaqonu nə vaxt qurraşdırmasım, toyuq hini və sanitar qovşağı nə vaxt tikməsini dəqiq bilmir. 17 yanvar 2022-ci il tarixdə həmin əraziyə baxış keçirən zaman həmin fatkları aşkar edərək müvafiq akt tərtib etmişlər. Darvazanın sağ tərəfində 6 metr uzunluqda olan mişar daşlarından hörülmüş hasar dövlət mülkiyyətinə aid olan ərazinin zəbt olunması, digər tərəfdə 9 metr mişar daşları və 100 metr metal torla hasara alınmış bələdiyə mülkiyyətinə aid olan ərazinin tutulması üçün çəkilmişdir. Hazırda Bələdiyyə ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqaviləyə əsasən ona verilən yerin koordinatları dəyişmişdir. Əvvəlki koordinatlarda vaqon onun icarə götürdüyü ərazinin hüdudlarından kənarda yerləşsə də, hazırda vaqon ona verilən ərazidə yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun aparıcı məsləhətçisi Şahid2 da oxşar ifadə verərək Şahid1 göstərdiklərini tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2006-cı ildən «Kür çayı»nm sol sahilinin Mingəçevir şəhər ərazisindən keçən hissəsində Azərbaycan Respublikası Prezidenitinin iqamətgahmın əhəmiyyətli dərəcədə yaxmılığmda sənaye zolağı olan «Kür çayı»nm sol və sağ hissəsini birləşdirən, dövlət strateji əhəmiyyətli dəmiryolu relsi, yüksək təzyiqli qaz kəməri və yüksək gərginlikli elektrik xəttləri keçən torpaq sahəsini Təqsirləndirilən şəxs qanunsuz olaraq özbaşına tutmuşdur. 2006-cı ildə onunla Bələdiyyə arasında 300 kvadratmetr torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı müqavilə bağlanmışdır. Lakin, o, həmin ölçüdə torpaq sahəsi ilə kifayətlənməyərək cəmi 300 kvadratmetrdən başqa 1300 kvadratmetr topaq sahəsini də mülkiyyət istifadə və icarə hüququ olmadan, torpaq haqqında qanunvericiliyinin tələbləri zidd olaraq öz istifadəsində olan torpaq sahəsinə özbaşına qatmaqla tutmuşdur. Ağacları əkməklə bağ salmış, dəmiryolu relsinin üzərində toyuq hini tikmiş, sanitar qovşaq tikmiş və bir ədəd «sovet dövrü»ndən qalmış böyük bir vaqon və müxtəlif təyinatlı əşyalar qoymuşdur. 2016-cı ildə Təqsirləndirilən şəxs ilə Bələdiyyə arasında 300 kvadratmetr görə bağlanmış müqaviləni müddəti bitməsinə baxmayaraq Təqsirləndirilən şəxs ümumilikdə torpaq sahəsini bir müddət özbaşına tutub istifadə etmişdir. 2021-ci ildə yenidən Mingəçevir Bələdiyyəsi onunla qeyri-qanuni olaraq 300 kvadratmetr torpaq sahəsi ilə bağlı onunla yenidən müqavilə bağlanmışdır. Bu barədə müvafiq qərar qəbul edilmiş və müqavilə tərtib olunmuşdur. 2020-ci ildə «pandemiya» ilə bağlı və 2021-ci ilin iyun ayına qədər Təqsirləndirilən şəxs orada heç bir iş görə bilməmişdir. 2021- ci iyun ayından etibarən isə şəhər ərazisində bir ictimai fəal kimi gəzən zaman onun özbaşına tutduğu ərazini qanunsuz olaraq iki tərəfdən mişar daşları ilə hasara almağa, bir tərəfə asma iki taylı darvaza, əl qapısı, digər tərəfə isə əlavə olaraq dəmir əl qapısı qoymasının və ərazini üç tərəfdən metal torla hasarlamağa başlamasına yönəlik hərəkətlər etməsini müəyyən etmişdir. Onun həddini aşdığını görüb bu qanusuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə əvvəlcə özünə irad bildirmişdir. Lakin, o, hasarlama və qurraşdırma işlərinə davam etmişdir. 2021-ci ilin oktyabr ayında artıq mişar daşları və metal torla hasarlama və darvaza qoymaq məsələsini başa çatdırmışdır. Hətta bu mövzuda Mingəçevir Bələdiyyəsinə müraciət edəndə müraciətləri ilə bağlı Mingəçevir Bələdiyyəsindən məsuliyyətsiz və əsassız olan iki başlı cavab məktubları daxil olmuşdur. Belə ki, bir məktubda orada heç bir qanunsuzluq aşkar olunması qeyd edilsə də, sonrakını isə ora tikinti, darvaza qoyulması və guya bağ kimi istifadə edilməsi göstərilmişdir. Bərdə Regional Ədliyyə İdarəsinə müraciət edəndən onlar gəlib hadisə yerində bilavasitə olmuşlar. 17 yanvar 2022-ci il tarixdə Mingəçevir Bələdiyyəsinin yanlış məlumat verməsini və orada yuxarıda göstərdikləri kimi iki tərəfdən mişar daşları ilə hasarlama, dəmiyolu relslərini üzərində tikinti, sanitar qovşaq, toyuq hini və «sovet dövrü»ndən qalmış vaqon və müxtəlif təyinatlı əşyalarını qoyulmaqla torpaq sahəsinin özbaşına tutulmasını aşkar edərək akt tərtib etmişlər. Bundan sonra X7 Bələdiyyəsində iclas keçirərək Bələdiyyənin Təqsirləndirilən şəxs ilə bağladığı qeyri qanuni qərarını və müqaviləni ləğv edərək Təqsirləndirilən şəxs 10 gün müddətinə ərzazisinin boşaldılmasını zəruri olduğu barədə bildiriş göndərilmişdir. Təqsirləndirilən şəxs bunlara məhəl qoymayaraq qeyri qanuni hərəkətlərini bu günədək davam etdirir. Mingəçevir Bələdiyyəsi isə bu günədək bildirişdən sonra öz mülkiyyətini tam olaraq boşladılması ilə bağlı aidiyyəti orqanlara müraciət etməmişdir. Eldar Salmanlmın qanunsuz olaraq özbaşına tutduğu, qeyd edilən torpaq sahəsində toyuq hinini, sanitar qovşağı, iaşə obyektini və vaqonu nə vaxt tikib qurraşdırması, istifadəyə başlaması tam xatırlamır. 2006-cı ildən bu yana onunla Bələdiyyə arasında müqavilə 300 kvadratmetrə görə bağlanmışdır. Həmin vaxtdan o, əlavə olaraq 1300 kvadtratmetr sahəni qeyri qanuni zəbt etmişdir. Orada yuxarıda göstərilən tikinti qurraşdırma işlərini aparmağa başlamışdır. İlk əvvəl o, ərazinin yanını bağlamamışdır. Belə ki, o ərazinin yanını bağlasa idi, onun kafesinə müştərilər gəlməzdi. Sonradan isə «pandemiya dövrü» başladığından o, ərazinin ətrafını hasarlaya bilməmişdir. Lakin, 2021ci ilin iyun- oktyabr ayaları ərzində o, ərazinin üç tərəfdən metal torla hasarlanması, iki tərəfdən mişar daşları ilə hörülməsi və darvaza qurraşdırılması məsələsini yerinə yetirmiş, həmin vaxtdan etibarən metal toru və mişar daşlarından ibarət barını da çəkib ərazini yenidən qanunsuz özbaşına tutmuşdur. Vaqon və digər müxtəlif təyinaltı əşyalara tədricən qoyulmuş, onların tikilməsi və qoyulması vaxtı kafenin işə başlamasından əvvəl olmuşdur. O, darvazanı əvvəlcə söksə də, lakin, 23 sentyabr 2022-ci il tarixdə həmin davazanı yenidən qurraşdıraraq yanlarını mişar daşları ilə hörmüşdür. 13 vərəqdən ibarət sənədləri və 1 ədəd diski Mingəçevir şəhər prokurorluğuna təqdim etmişdir. Təqsirləndirilən şəxs hasarlama və darvaza qoyma məsələlərini 2006-2007-ci ilərdə deyil, 2021-ci ilin iyunoktyabr ayında yerinə yetirmişdir. Belə olsa idi, heç kim obyektin kafe olmasını bilməzdi. Kafeni də özü Fəqanla şərikli işlədibdir, kafedən əvvəl oraya vaqon qoyub, toyuq saxlamaq üçün hin və sanitar qovşaq tikmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid3, o cümlədən Bələdiyyə orqanları və dövlət orqanlarının rəsmi nümayəndələri aralarınında hər hansı ədavət yoxdur. O, xeyir və şər məclislərində çay verib xidmət göstərməklə ailəsini dolandırır. Bundan başqa Mingəçevir şəhərində yaşamaqla şəhərdə baş verən bir çox proseslərin canlı şahidi olmuşdur. O cümlədən də avarçəkmə ilə məşğul olmuşdur. Qayıqları yüngül formada təmir etməyi də bacarır. 2020- 2021-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «Araz» marketin yanındakı «Üzbəüz» adlanan restoranda barmen işləmişdir. Orada olan zaman əvvəlcədən tanıdığı Şahid3 yanma gəlmiş, qayıqlardan anlayışı olmasını bildiyindən 1 ədəd qayıq olmasını və həmin qayığa baxış keçirməyimi xahiş etmişdir. Belə ki, o, həmin qayıqdan turizm məqsədi ilə istifadə etmək istədiyini demişdir. Etiraz etməyərək qarşı tərəfdə olan «Prezident İqamətgahı»nm yaxınlığında olan dəmryolu relslərinin sol tərəfindəki əraziyə getmişdir. Bu hadisə hardasa 2021-ci ilin iyul-avqust aylarında olmuşdur. Əraziyə daxil olan sol tərəfdə 1 ədəd yaşayış üçün vaqon, vaqonun qarşısında 2 ədəd toyuq hini, hindən yuxarıda isə 1 ədəd sanitar qovşaq, kölgəliklər və 1 ədəd qayıq olmasının şahidi olmuşdur. Qayığa baxış keçirəndə qayığın istifadəyə yararsız olmasını və əsaslı təmirə ehtiyac olmasını müəyyən edərək bu barədə Şahid3 bilirdikdən sonra isə ondan həmin ərazinin kimə məxsus olmasını soruşanda Şahid3 ərazidə keçmiş polis əməkdaşı olan və hazırda təqaüddə olan Eldar Salmanlmın yaşadığını demişdir. Əraziyə baxış keçirəndə ərazinin cəmi bir tərəfinin natamam halda metal torla hörgülü olmasını və orada hörgü işlərinin davam etməsini görmüşdür. Həmçinin 2 tərəfdə mişar daşlarından bünövrə qoyulmuşdur. Lakin, orada hər hansı darvaza və əl qasının qoyulmasının şahidi olmamışdır. Bundan sonra həmin əraziyə yaxın getməmişdir. Eldar Salmanlmın həmin ərazini qanunsuz olaraq özbaşına tutmasından orada toyuq hinini, sanitar qovşağı, iaşə obyektini və vaqonu nə vaxt tikib qurraşdırıb istifadəyə başlaması barədə əvvəllər məlumatı olmamışdır. Onların nə vaxt tikilməsini bilmir. Yalnız 2021-ci ilin iyul-avqust aylarında oraya gedən onu metal tordan hasar çəkməsinin və mişar daşlarından hörgü başlatmasmm şahidi olmuşdur. Həmin vaxt orada orada nə barı, nə də ki, davraza olmamışdır. 2021-ci ilin yay aylarında hasar çəkilmişdir. Davraza və əl qapısını da həmin vaxt qoymuşdur. Çünki, 2021-ci ilin iyul-avqust aylarında ərazidə orada nə hasar nə darvaza nə əl qapısı nə də ki, mişar daşlarından hörülmüş hasar olmamışdır. Təqsirləndirilən şəxs həmin hissəni yalan danışır. Şahid3 bu hadisə ilə bağlı oqranlara ərizə yazmasından orada dövlət qurumlarını işçilərini baxış keçirməsi haqqında hər hansı məlumatı olmamışdır. Olanlar indi eşidir. Həmin ərazidə cəmi bircə dəfə yuxarıda göstərdiyi vaxtda olmuşdur. Ondan sonra oraya yolu düşməmişdir. Cinayət işində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsi və Mingəçevir Bələdiyyəsinin işçi qrupu tərəfindən tərtib edilmiş tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan və tərəfimdən tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Salmanlı X4 Bələdiyyəsindən icarəyə götürdüyü 300 kvadratmetr torpaq sahəsi xx.xx.2021-ci il tarixli 166 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə, digər sənədlərə, plan, çıxarış və cizgilərə görə 3,3 metr enində və 90 metr uzunluqda ölçülər daxilindədir. Həmin torpaq sahəsinin sərhəddi dəmir yolu relslərindən 6 metr qərbdən başlayır. Qeyd olunan torpaq sahəsindən başqa Təqsirləndirilən şəxs 1300 kvadratmetr torpaq sahəsini də qanunsuz olaraq özbaşına tutmaqla icarə götürdüyü torpaq sahəsinə qataraq faktiki 1600 kvadratmetr torpaq sahəsindən istifadə edir. 1600 kvadratmetr torpaq sahəsinin cənub yəni, giriş hissəsində 3.3 metr enində qırmızı rəngli, iki taylı darvaza və əl qapısı qoyulmuş, darvazanın sağ tərəfinə 6 metr enində mişar daşı, sol tərəfində 9 metr enində mişar daşlarından ibarət hasarın çəkilərək, 100 metr metal torla hasar çəkilərək, göy rəngli əl qapısı qoyulmaqla bağlanmışdır. Dördüncü tərəfi yəni, şərq hisəsinin isə açıq vəziyyətdədir. Eldar Salmanın istifadə etdiyi 1600 kvadratmetr ərazidə çoxlu sayda meyvə ağaclarının əkilməsi, 1 ədəd dəmir vaqonun, 2 ədəd kölgəliyin qoyulması, 1 ədəd sanitar qovşağın və toyuq hininin tikilməsi, Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutularaq əlavə istifadə olunan 1300 kvadratmetr torpaq sahəsinin 600 kvadratmetr hissəsi ərazidən keçən dəmir yolunun mühafizə zolağı və Zərərçəkmiş şəxs2 balansında olmaqla dövlət mülkiyyətinə, 700 kvadratmetr torpaq sahəsi isə Mingəçevir Bələdiyyəsinin balansında olmaqla bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 15 yanvar 2021-ci il tarixli 166 saylı müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyevlə aralarında bağlanmış müqaviləyə əsasən Mingəçevir şəhəri H.Əliyev prospekti döndə 1 ünvanmda yerləşən 300 kvadratmetr ölçüdə ərazini icarəyə götürüb orada sahibkarlıq fəaliyyətği ilə məşğul olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş 02 noyabr 2022-ci il tarixdə tərəimdən Şahid3 təqdim etdiyi 1 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, disk açılan zaman orada 18 ədəd foto və 4 video formatda materiallar vardır. Həmin diskdə olan bütün formatlar eyni məzmunu əks etdirir. Məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan Mingəçevir şəhəri H.Əliyev döngəsi 1 ünvnamnda yerləşən 1600 kv.m torpaq sahəsinin üç tərəfinin (bir hissəsinin 15 metr mişar daşı və 100 metr dəmir torla) dəmir darvaza qoyulmaqla bağlanması, dördüncü tərəfin isə yəni dəmir yolu relsləri tərəfinin açıq vəziyyətdə olmaqla, ərazidə çoxlu sayda meyvə ağaclarının əkilməsi və bir ədəd dəmir vaqon qoyulması, Təqsirləndirilən şəxs tərəfindan əlavə istifadə olunan 1300 kv.m (faktiki istifadə olunan torpaq sahəsi 1600 kv.m) torpaq sahəsnm 600 kv.m hissəsi ərazidən keçən dəmir yolunun mühafizə zolağı Zərərçəkmiş şəxs2 balansında olmaqla dövlət mülkiyyətinə, 700 kv.m torpaq sahəsi isə Mingəçevir Bələdiyyəsinin balansında olmaqla bələdiyyə mülkiyyətinə aid olması, oraya vaqon qoyulması, toyuq hini, sanitar qovşaq tikilməsi, metal tor və mişar daşlarından hasar çəkilməsi darvaza və əl qapısı qoyulması, sonradan isə hasar və darvazmm sökülməsi aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2ndən daxil olmuş 15 noyabr 2022-ci il tarixli 1961 nömrəli məktubdan görünür ki, Eldar Salmanlmm mişar daşları ilə hasarlamaqla özbaşına tutduğu dəmir yolunun mühafizə zolağı olmaqla 600 kvadratmetr torpaq sahəsi Zərərçəkmiş şəxs2 balansında olmaqla dövlət mülkiyyətinə aiddir. Cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, Təqsirləndirilən şəxs qanunsuz olaraq özbaşına torpaq sahəsini tutması, orada tikinti qurraşdırma işləri, hasarlama aparması və darvaza qoydurmasının foto və videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk, həyata keçirilmiş digər istintaq hərəkətlərinin nəticələrinə əsasən tərtib edilmiş protokollar və digər istintaq sənədləri, istintaq protokollarına əlavələr sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuşlar. İş materiallarında olan zərərçəkmiş şəxslərin hüquqi nümayəndələri tərəfindən verilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Salmanlı X4 şəhəri M.ünvan 6 ünvanda yaşadığı müddətdə barəsində heç bir ərizə və ya şikayət daxil olmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında olan nikah 20 iyun 2012-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X5 valideyinləri Təqsirləndirilən şəxs və Salmanlı Aynurədir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, 300 kvm olan torpaq sahəsi icarəçiyə 15 il müddətinə hər il 30 manat icarə haqqı ödənilməklə icarəyə verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək qeyd edilən ərazidə yerləşən özbaşına tutduğu dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudlarını 2021-ci ilin iyunoktyabr aylarında deyil, 2007-ci ildə mişar daşları və metal torla hasarlayaraq başa çatdırdığını öz müdafiəsi üçün dəlil gətirmiş, lakin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs qanunsuz olaraq özbaşına torpaq sahəsini tutması, orada tikinti qurraşdırma işləri, hasarlama aparması və darvaza qoydurmasmın foto və videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir Bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 166 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə ona ayrılmış Mingəçevir şəhəri, H.Əliyev prospekti döngə 1 ünvanında yerləşən 300 m2 torpaq sahəsinin hüdudlarından kənara çıxaraq 2021-ci ilin iyun ayından 2021-ci ilin oktyabr ayına qədər olan müddət ərzində torpaq sahəsinin sağ tərəfinə 6 metr uzunluğunda mişar daşlarından ibarət hasar çəkməklə Zərərçəkmiş şəxs2 balansında olan 600 m2 torpaq sahəsini və ona ayrılmış torpaq sahəsinin sol tərəfinə 9 metr mişar daşlarından, 100 metr metal tordan ibarət hasar çəkərək dəmirdən əl qapısı qoymaqla Mingəçevir Bələdiyyəsinin balansında olan 700 m2 torpaq sahəsini icarəyə götürdüyü torpaq sahəsinə qatıb istifadə edərək Zərərçəkmiş şəxs2 və Mingəçevir Bələdiyyəsi ilə torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 600 m2 Zərərçəkmiş şəxs2 balansında olmaqla dövlət mülkiyyətinə aid, 700 m2 Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid ümumilikdə 1300 m2 torpaq sahəsini hasarlayaraq özbaşına tutmuşdur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağın olması və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, himayəsində iki nəfər az yaşlı uşağının olması və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 3123, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkizi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-31/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-31/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver