Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-31/2024 12.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci il tarixdə Yevlax rayonu, Səmədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ərzaq şirkətində satıcı kimi çalışan, məhkumluğu olmayan, Yevlax rayonu, Səmədabad kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 İİ qrup əlilliyə görə ayrılan, lakin xx.xx.2021-ci il tarixdə verilməsi dayandırılmış əmək pensiyasının verilməsinin bərpa edilməsinə köməklik edəcəyini vəd verib, Zərərçəkmiş şəxs1 aldadaraq, 2021-ci ilin avqust ayında ona məxsus 600 manat məbləğdə pulu sonuncunun yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı evin, 18 saylı mənzilində, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində onun istifadəsində olan 416974******4383 nömrəli “Kapital Bank” hesabına göndərdiyi 500 manat pulu, 2021-ci ilin sentyabr-noyabr ayları ərzində Zərərçəkmiş şəxs1 məxsus 300 və 400 manat olmaqla - ümumilikdə 700 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı binanın qarşısında, 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan qaynı Şahid2 evində Zərərçəkmiş şəxs1 Şahid2 borc olaraq aldığı və ona verdiyi 2.000 manat, habelə 2022-ci ilin avqust ayında pensiya almaq üçün veriləcək plastik bank kartını almaq adı ilə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən ödəmə terminalından onun istifadəsində olan “Kapital Bank” plastik kart hesabına göndərdiyi 200 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4000 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əri Şahid3 İİİ qrup əlilliyə görə verilən, lakin xx.xx.2021-ci il tarixdə verilməsi dayandırılmış əmək pensiyasının verilməsinin bərpa edilməsinə köməklik edəcəyini vəd verib, Zərərçəkmiş şəxs2 aldadaraq, 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 Mingəçevir şəhərində onun istifadəsində olan 416974******4383 №-li “Kapital Bank” kart hesabına göndərdiyi 300 manat, 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı evin qarşısında ona verdiyi 200 manat, 2021-ci ilin oktyabr ayı ərzində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 ona verdiyi 400 manat və 600 manat olmaqla - ümumilikdə 1.000 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı evin 18 saylı mənzilində Zərərçəkmiş şəxs2 ona verdiyi 1700 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Vətən” Mühafizə xidmətinin ofisinin qarşısında verdiyi 1600 manat, habelə pensiya almaq üçün veriləcək plastik bank kartını əldə etmək adı ilə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 verdiyi və sonuncunun 2022-ci ilin avqust ayında Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən ödəmə terminalından onun istifadəsində olan “Kapital Bank” kart hesabına göndərdiyi 200 manat məbləğdə, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus 5.000 (beş min) manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və Şahid1 ilkin olaraq Mətanətin oğlu Sübhan İsmayılovun vasitəsi ilə tanımışdır. Belə ki, Sübhanla təxminən 3 il bundan əvvəl Mingəçevir şəhəri ərazisində tanış olmuş, həmin ərəfələrdə o, Yevlax rayonu, Səmədabad kəndində ibtidai sinif müəlliməsi kimi çalışırmış. Həmçinin yaşadığı evdə və özünə məxsus avtomobillə paltar və kosmetik məhsulların səyyar satışı ilə məşğul olmuşdur. Həmin vaxtlarda Sübhan bacısı Sübhanənin də həmin işlərlə məşğul olduğunu, bu işdə birlikdə məşğul olub bir-birilərinə köməklik etmələri üçün onu Sübhanə ilə tanış etmişdir. Belə ki, Sübhanə ona Mingəçevir şəhərində özündə olan məhsullardan satmaq üçün vermiş, o da həmin kosmetik məhsulları Yevlax rayonu ərazisində satdıqdan sonra əldə etdiyi puldan Sübhanənin pulunu vermişdir. Təxminən 2021-ci ilin aprel ayında ya Sübhanə, ya da anası Mətanət sonuncuya verilən pensiyanın verilişinin dayandırıldığını, pensiyanın bərpa olunması işində köməklik edə biləcək şəxsin olub-olmaması haqqında ondan soruşmuşdur. O da həmin vaxt heç bir tanışı olmamasına baxmayaraq, Mətanətə belə bir tanışı olduğunu və pensiyanın bərpa olunması işində onlara köməklik edə biləcəyini demişdir. Həmin vaxt o, Mətanətə pensiyanı 4.000 manat müqabilində düzəldə biləcəyini demiş, həmçinin tanış şəxsləri varsa pensiyanın düzəldilməsi işində köməklik edə biləcəyini demişdir. Belə ki, həmin ərəfələrdə onun xeyli miqdarda borcu olduğundan həmin pulları ödəyə bilmədiyindən pulları götürüb borclarını ödəmək və sonra isə Mətanət və onun vasitəsilə pensiya düzəltmək adı ilə pul ala biləcəyi şəxslərin pullarını geri qaytarmaq istəmişdir. Mətanət razı olduqdan sonra onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 əri Şahid3 da pensiyasının verilməsinin dayandırılması və onun da pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. O, Mətanətə işin həll olunacağını demişdir. Bundan sonra isə həm Mətanətdən, həm də Ruxsarədən hissə-hissə olmaqla pul vəsaitləri almağa başlamışdır. Belə ki, həmin pulları həm öz istifadəsində olmuş 416974******4383 saylı “Kapital Bank” kartına köçürməklə, həm də əlbəəl formada Zərərçəkmiş şəxs1 evində, onların yaşdıqları binanın həyətində almışdır. Həmçinin 2021-ci ilin noyabr ayında Mətanət İsmayılovdan 2.000 manat pul tələb etdikdə onun pulu olmadığından həmin pulu onunla birlikdə Ağdaş rayonunda yaşayan qaynından almaq üçün Mətanətlə birlikdə Ağdaş rayonuna getmiş və orada Mətanət 2.000 manat pulu alıb ona vermişdir. Xatırladığı qədəri ilə 2021-ci ilin avqust ayından etibarən onların hər ikisindən hissə-hissə olmaqla pul vəsaitləri almağa başlamışdır. Sonuncu dəfə isə 2022-ci ilin avqust ayında hər birindən 200 manat olmaqla 400 manat pulu istifadəsində olan kart hesabına köçürtdürmüşdür. Pulları Zərərçəkmiş şəxs1 alan zaman da çox vaxt qızı Sübhanə yanında olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs2 da müəyyən məbləğdə pul verməli olması haqqında Mətanətə məlumat verirmiş və Mətanət pulları Ruxsarədən alıb əlbəəl formada ona vermişdir. Ruxsarədən pulları alan ərəfədə Ruxsarə onu aldatdığını düşünərək pulu tələb etdiyindən 2022-ci ilin may ayında Ruxsarəyə 1.000 manat pul qaytarmışdır. Həmçinin əri Vidadinin pensiyasının düzəldiyini deyərək əvvəlcədən onun adına göndərdiyi 250 və 270 manat pulu Vidadi ilə birlikdə gedərək X8 şəhər filialından götürüb, faiz çıxıldıqdan sonra qalan 247 və 267 manat pulu Vidadiyə vermişdir. Bu şəkildə Ruxsarənin etimadını yenidən qazandıqdan sonra ona 4.000 manat pulun düzəlməsi üçün lazım olan qalıq pulu qaytarmasını dediyindən, Ruxsarə onun həmin vaxt işlədiyi Vətən Mühafizə Xidmətinin Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən ofisinin qarşısında ona qalan 1.600 manat pulu da vermişdir. Beləliklə, Ruxsarə ona pensiya üçün ümumilikdə 4.000 manat pul vermişdir. Lakin işin həll olumayacağını görüb ondan yenidən pul tələb etdikdə, o, Ruxsarənin verdiyi puldan 500 və 700 manat olmaqla 1.200 manat pulu Mətanətin kartına Ruxsarənin pulunu verməsi üçün göndərmişdir. Lakin sonradan o, Ruxsarə və Mətanətə heç bir məbləğdə pul qaytara bilmədiyindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bu barədə şikayət ərizəsi ilə müraciət etmişlər. O, Zərərçəkmiş şəxs2 ilə 4.000 manata razılaşsa da, Ruxsarə ondan verdiyi pulun 1.000 manatını geri almış, bundan sonra Ruxsarəyə 4.000 manatı tam şəkildə ona verdikdən sonra pensiya ilə bağlı verilən plastik kartı təqdim edəcəyini dediyi üçün Ruxsarə 4.000 manatın qalıq hissəsini verdiyi üçün, Ruxsarədən ümumilikdə 5.000 manat pul almışdır. Həmin pulun 1.000 manatını əvvəlcə sonra isə kartdan çıxardığı, ödəniş faizi çıxıldıqda sonra qalan 247 və 267 manat pulu Ruxsarəyə vermiş, pulun qalan hissəsini də tələb etdiyindən 500 və 700 manat olmaqla 1.200 manat pulu da Ruxsarəyə qaytarmışdır. Zərərçəkmiş şəxs2 2714 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs1 pensiya düzəltmək üçün Gəncə şəhərində olan tanış həkimlə əlaqə saxlamağı və bu şəkildə pensiya düzəldəcəyi barədə onlara yalan məlumat vermişdir. Bu vaxta qədər kiməsə pensiya düzəltməmişdir. İşə məhkəmədə baxılan vaxt Zərərçəkmiş şəxs1 1000 manat, Zərərçəkmiş şəxs2 isə 500 manat da pul ödəmişdir. Ümumilikdə zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmişdir. Qalan məbləği də qısa müddətə ödəyəcəkdir. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qızı Şahid1 vasitəsilə 2021-ci ilin aprel ayında tanımışdır. Belə ki, o, təxminən 18 ildir ki, İİ qrup əlilliyə görə 240 manat pensiya almışdır. Lakin 2021-ci ilin aprel ayında ona pensiyanın verilməsi dayandırılmışdır. Qızı kosmetika firmasında işlədiyindən məhsul satışı zamanı Sevinclə tanış olmuş və danışıqları zaman Sevinc tanışının olduğunu və pensiyanı verilməsinin bərpası üçün köməklik edə biləcəyini, bunun üçün 4.000 manat pul verməli olduğunu demişdir. Həmçinin qonşusu Zərərçəkmiş şəxs2 əri Şahid3 da pensiyasının verilişi dayandırıldığından, Ruxsarə də ərinin pensiyasının bərpası üçün 4.000 manat verməyə razı olduğunu bildirmişdir. Beləliklə, Sevinclə münasibəti yaranmış və mütəmadi olaraq gəlib satış üçün kosmetik vasitə alan zaman, həmçinin özü Sevincin yaşadığı Yevlax rayonuna gedən zaman Sevinclə görüşmüşdür. Sevinc aldığı 4.000 manat pulun hamısını Gəncə şəhərindən olan tanış həkimə verəcəyini demişdir. O isə Sevincə işin həll olunacağı təqdirdə həmin şəxsin ona pul verib-verməməsindən asılı olmayaraq, özünün də ona pul verəcəyini demişdir. Birinci dəfə 2021-ci ilin avqust ayında 600 manat pulu Mingəçevir şəhərində öz evində Sevincə vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Sonra təxminən 2021-ci ilin avqust ayında Sevinc ona zəng edərək 500 manat pul lazım olduğunu demiş və o, Sevincin verdiyi kart hesabına “Express bank” kartında olan 500 manat pulu Mingəçevir şəhərində olan zaman mobil telefonunda olan tətbiq vasitəsilə köçürmüşdür. 2021-ci ilin avqustnoyabr ayına kimi olan müddətdə dəqiq xatırlamadığı vaxtda 300 və 400 manat pulu yaşadığı binanın həyətində Sevincə vermişdir. Həmin pulları da verən zaman yanlarında heç kim olmamışdır. 2021-ci ilin noyabr ayında isə Sevinc ondan 2.000 manat pul istəmişdir. Həmin məbləğdə pulu olmadığından Sevincin idarə etdiyi avtomobillə Ağdaş rayonu, Qaradeyin kəndinə gedərək qaynı Teymurdan 2.000 manat borca pul alıb elə həmin evdə Sevincə vermişdir. Sevincin deməsinə görə 2022-ci ilin yanvar ayında artıq pensiya almalı olmalı idi. Lakin bu müddətdə pensiyanın verilməsi alınmamış, hər dəfə pensiyanın veriləcəyi vaxtı Sevinc uzatmışdır. 2022-ci ilin avqust ayında Sevinc zəng edərək pensiyanın hazır olduğunu, plastik kartın alınması üçün 200 manat pul vermələrini istəmişdir. O, Ruxsarəyə zəng edərək 200 manat pul verməli olduqlarını demişdir. Ruxsarə ona 200 manat vermiş və özü də 200 manat qoyaraq ümumilikdə 400 manatı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+ supermarket”dəki ödəmə terminalı vasitəsilə Sevincə göndərmişdir. Lakin həmin kart hesabının nömrələri yadında qalmamışdır. Həmçinin Ruxsarə də əri Vidadinin pensiyasının düzəlməsi üçün hissə-hissə olmaqla 4000 manat pul vermişdir. Həmin pulun 1.700 manatını 2021-ci ilin dekabr ayında Mingəçevir şəhərində evində onun və qızı Sübhanənin yanında Sevincə vermişdir. Sevinc Ruxsarədən aldığı pulun da 1.200 manatını onun kartına göndərmiş və o, Sevincin göndərdiyi pulu Ruxsarəyə vermişdir. Onun Sevincə verdiyi 4.000 manatı və Ruxsarənin verdiyi qalan 2.800 manat pulu isə qaytarmamışdır. Bundan sonra neçə dəfə Sevinclə əlaqə saxlayaraq yaşadığı ünvana gedərək pullarını tələb etsələr də, pullarını ala bilməmişlər. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında Sevinclə danışa bilmişlər. Bundan sonra isə Sevinc zənglərə cavab verməmişdir. Ona görə də bu barədə şikayət ərizəsi ilə müraciət etmişlər. 2021-ci ilin aprel ayında verilişi dayandırılmış pensiyasının verilməsinin bərpası üçün Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından sonuncu dəfə 2022-ci ilin avqust ayına kimi hissə-hissə olmaqla ümumilikdə 4.000 manat pul vermişdir. O, ilkin olaraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi müraciətində Təqsirləndirilən şəxs pensiya düzəltməsi üçün 10.000 manat pul verdiyini bildirməyi, şəhər polis şöbəsinə yazdığı ərizəsində isə Təqsirləndirilən şəxs pensiyasının bərpası üçün 4.000 manat pul verməyini, eyni zamanda qızı Şahid1 müəyyən məbləğdə borc pul və satış üçün nisyə kosmetika ləvazimatları olmaqla təxminən 6.000 manat pul aldığından ilkin şikayətdə qızına və özünə dəymiş ümumi maddi ziyanı bu şəkildə qeyd etmişdir. İşə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs ondan aldığı pulun 1000 manatını ödəmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə qadın olduğuna görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşusu Şahid1 və anası Zərərçəkmiş şəxs1ma görə tanımışdır. Belə ki, 2021-ci ilin avqust ayında yaşadığı binanın qarşısında əyləşən zaman Sübhanə anasının verilməsi dayandırılmış təqaüdünün bərpası üçün Sevinc adlı şəxslə danışdığını, istəsə əri Şahid3 da təqaüdünün verilməsinin bərpası üçün müraciət edə biləcəyini demişdir. Həmin vaxt Sevinc həyətdə Sübhanənin anası Mətanətlə danışırmış. O, əvvəllər də Sevincin Mətanətin evinə gəlib-getməyini görmüşdür. Sübhanə anasının da təqaüdünün verilməsinin bərpası üçün 4.000 manat pul vermək barədə razılığa gəldiyini bildirmiş, həmin vaxt Sevinc də 4.000 manata işin həll olunacağını demişdir. O, Sevincin dediyi məbləği verməyə razılaşmışdır. Sevinc əvvəlcə iş həll olunduqdan sonra danışdıqları 4.000 manat pulu verəcəklərini desə də, sonradan Mətanətə zəng edərək hərəsinin 300 manat pul göndərməsini, işi danışdığı şəxsin 300 manat pul istədiyini demişdir. O, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən “5+” supermarketdən 300 manat pulu Sevincin verdiyi kart hesabına göndərmişdir. Sonra 2021ci ilin sentyabr ayında Sevinc 200 manat istədiyindən həmin məbləğdə pulu yaşadığı binanın həyətində Sevincə vermişdir. Belə ki, həmin məbləğdə pulu Sevinc zəng edərək Mətanətə verməsini gəlib pulu götürəcəyini demiş, o da Sevincə verməsi üçün həmin məbləğdə pulu Mətanətə vermişdir. Mətanət də pulu Sevincə vermişdir. 2021-ci ilin oktyabr ayı ərzində 600 və 400 manat olmaqla ümumilikdə 1000 manat pulu Sevinc istədiyindən ona verilməsi üçün həmin məbləğdə pulları Mətanətə vermişdir. Mətanət də həmin pulları Sevincə vermişdir. 2021-ci ilin noyabr ayında Sevinc Mətanətə zəng edərək qalan pulu da verməsini istəmişdir. O, “Bank Respublika”ya gedib kredit almaq üçün müraciət etmiş və təqaüdünə görə ona 1.700 manat pul verilmişdir. Həmin pulu 2021-ci ilin dekabr ayının əvvəllərində Mətanətin yaşadığı evdə Mətanətin və Sübhanənin yanında Sevincə vermişdir. Bundan sonra Sevinc təxminən 1-2 ay ərzində işin düzələcəyini demişdir. O, təqaüd tam düzəldikdən sonra pulun qalan hissəsini də verəcəyini bildirmişdir. Lakin işin həll olunmadığını görüb Sevindən verdiyi pulları tələb etməyə başlamışdır. Sevinc 2022-ci ilin may ayında yaşadığı binanın həyətində ona 1.000 manat pul qaytarmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Sevinc Mətanətə zəng edərək əri Vidadinin təqaüdünün düzəldiyini təxminən saat 16-17 radələrində Mingəçevir şəhərinə gələcəyini, Vidadinin “Kapital Bank’ın Mingəçevir filialına gəlməsini, pulu alıb verəcəyini demişdir. Vidadi həmin gün banka getmiş və Sevinc Vidadiyə bankdan 247 manat pul götürərək vermişdir. Sevinc Vidadi ilə birlikdə yaşadıqları binanın həyətinə gələn zaman nə üçün pensiya düzəlibsə, kartı vermədiyini pulu özünün göndərib sonra gəlib alıb-almadığını soruşmuşdur. Sevinc belə olmadığını, təqaüdün verildiyini demişdir. xx.xx.2022-ci il tarixdə yenidən Sevinc Mətanətə zəng edərək Vidadiyə yenidən pul veriləcəyini, Kapital Banka getmək lazım olduğunu demişdir. Ona görə də Vidadi həmin gün Sevinclə X8 şəhər filialına getmiş və orada Sevinc bankdan götürüb Vidadiyə 267 manat pul vermişdir. Həyətə gələn zaman o, Sevincdən kartı da verməsini tələb etdikdə Sevinc 4.000 manatın qalan hissəsini də verdikdən sonra kartı verəcəyini demişdir. O, xx.xx.2022-ci il tarixdə Bank Respublikadan 800 manat kreditə pul götürüb, üzərinə də 800 manat pul qoyub ümumilikdə 1.600 manat pulu həmin gün Sevincin işlədiyi Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Vətən” mühafizə xidmətinin ofisinin qarşısında Sevincə vermişdir. Pulu Sevincə verən zaman o, tək getmiş və yanlarında heç kim olmamışdır. 2022-ci ilin avqust ayında Sevinc Mətanətə zəng edərək pensiyanın hazır olduğunu, plastik kartın alınması üçün hər birinin 200 manat pul verməsini istədiyindən Mətanət zəng edərək onun da Sevincə çatması üçün 200 manat pul verməsini istəmişdir. O, həyətə düşərək 200 manat pulu Mətanətə vermişdir. Mətanət 200 manatın üzərinə və özü də 200 manat qoyaraq ümumilikdə 400 manatı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+ supermarket”dəki ödəmə terminalı vasitəsilə Sevincin verdiyi bank hesabına göndərmişdir. Bundan sonrakı müddətdə də Sevinc verdiyi vədinə əməl etməmiş və ona verdiyi 4.000 manat pulun qarşılığında heç bir iş düzəldə bilməmişdir. Buna görə də Sevincdən verdiyi pulu tam şəkildə geri qaytarmasını tələb etmişdir. Bundan sonra Sevinc 2022-ci ilin noyabr ayında Mətanətin kartına ona verilməsi üçün 500 manat, 2022-ci ilin dekabr ayında isə 700 manat pul göndərmişdir. Qalan pulu isə Sevinc qaytarmadığından şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla belə ona 2714 manat pul ödənilmişdir. İşə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs ondan aldığı pulun 500 manatını da ödəmişdir. Odur ki, məhkəmədən qadın olduğuna görə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 və qonşusu Zərərçəkmiş şəxs2 ilə o tanış etmişdir. Belə ki, təxminən 7-8 il olar ki, “Faberlic” firmasında kosmetik vasitələrin satışı ilə məşğul olur. Təxminən 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ondan satış məqsədilə bir neçə dəfə kosmetik vasitə almış və satışından əldə etdiyi pulu ona vermişdir. Həmin ərəfələrdə respublika üzrə verilən pensiyaların bir hissəsinin verilişi dayandırıldığından anasına İİ qrup əlilliyə görə verilən pensiyasının verilişi dayandırılmışdır. Onun yaşadığı evdə söhbət zamanı Sevinc respublikada pensiyaların verilişinin bir hissəsinin dayandırıldığını, həmin pensiyanın verilməsinin bərpa olunması ilə məşğul olan tanışının olduğunu, həmin şəxsin Gəncədə yaşadığını, kişi olduğunu demiş, lakin həmin şəxsin adını, əlamətlərini, hansı vəzifəni icra etməsi haqqında heç bir məlumat verməmişdir. O da anasına əlilliyə görə pensiya verildiyini, pensiyanın verilişinin dayandırıldığını demişdir. Sevinc də anasına kömək edə biləcəyini, həmin pensiyanın hansı məbləğdə pul vəsaiti ilə düzəltməsi ilə bağlı olaraq sonra məlumat verəcəyini demişdir. Sonra Sevinc pensiyanın verilməsinin bərpa olunması üçün 4.000 manat pul lazım olduğunu demişdir. Anasına dedikdən sonra anası Mətanət də həmin məbləğdə pulu verməyə razı olmuşdur. Həmçinin həmin ərəfələrdə Sevinclə münasibəti yaxşılaşdığından ona satması üçün nisyə təxminən dəyəri 2.200 manat olan kosmetik vasitələr vermişdir. Həmçinin Sevinc ondan 4.000 manat borca pul istəmişdir. O, 2021-ci ilin iyun ayında Sevincə 4.000 manat pulu yaşadığı evdə borc kimi vermişdir. Həmin pulun da 200 manatını Sevinc 2022-ci ilin oktyabr ayında ona qaytarmış, qalan 3.800 manat pulu və 2.200 manat dəyərində olan kosmetik vasitənin pulunu verməmişdir. Həmçinin anası ilə bərabər o, qonşuları Ruxsarəyə də təqaüdlə bağlı olan bərpa məsələsinin Sevinc tərəfindən 4.000 manata həll olunması barədə məlumat vermişdir. Çünki Ruxsarənin əri Şahid3 da təqaüdünün verilməsi dayandırılmışdır. Ruxsarə də həmin pensiyanın bərpa olunmasına görə həmin məbləğdə pulu Sevincə verməyə razı olduğunu bildirmişdir. Bundan sonra bir neçə dəfə anası və Ruxsarə Sevinc ilə əlaqə saxlayıb görüşdükdən sonra artıq həmin pensiya ilə bağlı danışıqların aparılmasında o, iştirak etməmişdir. Onun yanında yalnız 2021-ci ilin dekabr ayında Ruxsarə anasının evində olan zaman Sevincə 1.700 manat pul vermişdir. Bundan sonra həm anası, həm də Ruxsarə Sevincə 4.000 manat pul verdikləri halda Sevincin nə pensiyanın bərpa olunması ilə bağlı işlərini həll etməmiş, nə də hissə-hissə hər biri hissə-hissə verdikləri 4.000 manat olmaqla, ümumilikdə 8.000 manat pulu geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, təxminən 6 il ərzində İİ və İİİ qrup əlilliyə görə təqaüd almışdır. 2021-ci ilin aprel ayında ona verilən təqaüdün verilməsi dayandırılmışdır. Bundan sonra xəstəliyi ilə əlaqədar olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında statisonar müalicə olunmuş, ürəyində olan xəstəliyi ilə əlaqədar olaraq ona artıq yeni dəyişikliyə görə təqaüd ala bilməyəcəyi izah olunmuşdur. Buna görə də o, artıq təqaüdlə bağlı müraciət etməmişdir. Təxminən 2021-ci ilin avqust ayında arvadı Ruxsarə qonşuları Mətanət və qızı Sübhanənin tanışları olan Təqsirləndirilən şəxs adlı şəxsin təqaüdün düzəlməsində ona köməklik edə biləcəyini və bunun üçün pul lazım olduğunu bildirmişdir. O, ilkin olaraq həmin məbləğdə pulun verilməsinə etiraz etmişdir. Belə ki, ona təqaüdün verilməsinin mümkün olmadığı izah olunduğu üçün pulun həmin Sevinc adlı qadına verilməsini istəməmiş, həmin şəxsin onları aldadacağını düşünmüşdür. Lakin arvadı Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla ümumilikdə pulu onun təqaüdünün düzəlməsi üçün Sevincə vermişdir. Lakin sonradan Sevincin təqaüdü düzəltməsi üçün söz verdiyi müddət keçdiyi üçün ona verilmiş pulu tələb etdikdə, həmin pulun cəmi 1.200 manatını geri qaytarmışdır. Sevincə pulu arvadı Ruxsarə vermişdir, həmin pulların verilməsinin heç birində o iştirak etməmişdir. Verilən suallara cavab olaraq o, arvadı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından sonuncu dəfə 2022-ci ilin iyul ayına kimi olan müddətdə onun verilməsi dayandırılmış təqaüdünün bərpası üçün hissə-hissə olmaqla ümumilikdə 4.000 manat pul verdiyini bildirmişdir. Sevinc həmin pulun 1.200 manatını geri qaytarmış, qalan hissəsini isə indiyə kimi qaytarmamış, pulun 1.700 manatını 2021-ci ilin noyabr ayında, 1.600 manatı isə 2022-ci ilin iyul ayında “Bank Respublika”dan kredit kimi götürmüşlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid2 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşı Məhəbbət İsmayılovun arvadıdır. Onun Zərərçəkmiş şəxs1 ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən otlaq sahəsində mal-qara otaran zaman Zərərçəkmiş şəxs1 ona zəng edərək ona əvvəllər verilən və hal-hazırda verilməsi dayandırılmış pensiyasının bərpa olunması üçün danışıq apardığı şəxsə verməsi üçün ona borca 2.000 manat pul verməsini istəmişdir. Onun Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, pensiya alması haqqında məlumatı olmuşdur. O, həmin məbləğdə pulu verə biləcəyini, lakin yolu uzaq olduğu üçün Mingəçevir şəhərinə gələ bilməyəcəyini demişdir. Mətanət həmin gün axşam saatlarında əvvəllər tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər qadınla onun yaşadığı Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə gəlmişlər. O, 2.000 manat pulu Təqsirləndirilən şəxs yanında Mətanətə vermişdir. Daha sonra Mətanət və Sevinc sağollaşaraq onun evindən çıxıb getmişlər. Sonradan isə o, Sevincin qardaşı arvadı Mətanətin pulunu dələduzluq yolu ilə ələ keçirməsi haqqında məlumatı olmuşdur. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs tanımadığını və onunla hər hansı düşmənçilik və ya ədavətinin olmadığını bildirmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsində “Bank Respublika”nın Mingəçevir şəhər filialından Zərərçəkmiş şəxs2 adına aylıq ödənişi 61 manat olan 1.700 manat kreditin götürülməsi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsində aylıq ödənişi 58 manat olan 820 manat kreditin götürülməsi qeyd olunmuşdur. Qeyd olunan müqavilələrin surətləri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-115573/2023 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 3 saylı X12 Filialından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-194913/2023 saylı məktubdan görünür ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ev 8/4 mənzil 18-də qeydiyyatda olan xx.xx.1962ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İİ (ikinci) qrup əlil kimi əmək pensiyası alıb. Əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi üçün əmək pensiyasının ödənişi dayandırılmışdır. Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü Şahid3 xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİİ (üçüncü) qrup əlil kimi əmək pensiyası alıb. Əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi üçün əmək pensiyasının ödənişi dayandırılmışdır. Hər iki vətəndaş əmək pensiyaları dayanan günədək 259 (iki yüz əlli doqquz) manat 78 qəpik məbləğində əmək pensiyası alıblar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-11444/2023 saylı məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs Yevlax rayonu, Səmədabad kəndində yerləşən 3,19 ha və 0,12 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci (rüşvət verməyə təhrik etmə) və CM-nin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 5.000 manat pulu ələ keçirməsi ilə bağlı ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Şahid1 məxsus 4.000 manat pul vəsaitini və 2.200 manat dəyərində əmlakını ələ keçirməsi hissəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ödədiyi 2714 (iki min yeddi yüz on dörd) manat cinayət işi üzrə ödəmə kimi qəbul edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə, həmçinin Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək və aldadaraq onun əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 İİ qrup əlilliyə görə ayrılan, lakin xx.xx.2021-ci il tarixdə verilməsi dayandırılmış əmək pensiyasının verilməsinin bərpa edilməsinə köməklik edəcəyini vəd verib, Zərərçəkmiş şəxs1 aldadaraq, 2021-ci ilin avqust ayında ona məxsus 600 manat məbləğdə pulu sonuncunun yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 8/4 saylı evin, 18 saylı mənzilində, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində onun istifadəsində olan 416974******4383 nömrəli “Kapital Bank” hesabına göndərdiyi 500 manat pulu, 2021-ci ilin sentyabr-noyabr ayları ərzində Zərərçəkmiş şəxs1 məxsus 300 və 400 manat olmaqla - ümumilikdə 700 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı binanın qarşısında, 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan qaynı Şahid2 evində Zərərçəkmiş şəxs1 Şahid2 borc olaraq aldığı və ona verdiyi 2.000 manat, habelə 2022-ci ilin avqust ayında pensiya almaq üçün veriləcək plastik bank kartını almaq adı ilə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən ödəmə terminalından onun istifadəsində olan “Kapital Bank” plastik kart hesabına göndərdiyi 200 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4000 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əri Şahid3 İİİ qrup əlilliyə görə verilən, lakin xx.xx.2021-ci il tarixdə verilməsi dayandırılmış əmək pensiyasının verilməsinin bərpa edilməsinə köməklik edəcəyini vəd verib, Zərərçəkmiş şəxs2 aldadaraq, 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 Mingəçevir şəhərində onun istifadəsində olan 416974******4383 №-li “Kapital Bank” kart hesabına göndərdiyi 300 manat, 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı evin qarşısında ona verdiyi 200 manat, 2021-ci ilin oktyabr ayı ərzində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 ona verdiyi 400 manat və 600 manat olmaqla - ümumilikdə 1.000 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/4 saylı evin 18 saylı mənzilində Zərərçəkmiş şəxs2 ona verdiyi 1700 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Vətən” Mühafizə xidmətinin ofisinin qarşısında verdiyi 1600 manat, habelə pensiya almaq üçün veriləcək plastik bank kartını əldə etmək adı ilə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 verdiyi və sonuncunun Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən ödəmə terminalından onun istifadəsində olan “Kapital Bank” kart hesabına göndərdiyi 200 manat məbləğdə, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus 5.000 (beş min) manat məbləğdə pulunu alıb, ələ keçirərək dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib onları aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsləri aldadaraq onların pul vəsaitlərini almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri əlverişsiz vəziyyətə salmaqla, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirməklə dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəməsini, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin bir nəfər uşağının isə müddətli həqiqi hərbi xidmətdə olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış qəbzdən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyandan 1000 manat Təqsirləndirilən şəxs tərəfindən nağd ödənilmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış qəbzdən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyandan 500 manat Təqsirləndirilən şəxs tərəfindən nağd ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs X2 ilə birgə nikahından xx.xx.2005-ci il tarixdə Fərid və xx.xx.2008-ci il tarixdə Nahid adlı uşaqları doğulmuşdur. Hazırda Nahid adlı uşağı yetkinlik yaşına çatmadığından onun himayəsindədir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Yevlax ŞİHB-nın Səmədabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yevlax rayonu Səmədabad kənd İƏD üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş elektron arayışdan görünür ki, X1 və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonu, Səmədabad kəndində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə zərərçəkmiş şəxslərə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə Zərərçəkmiş şəxs1 vurulmuş 4000 manat məbləğində ziyandan 1000 manat, Zərərçəkmiş şəxs2 isə vurulmuş 5000 manat məbləğində ziyandan 3214 manat məbləğində pul ödənilmişdir. Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan qalan 3000 manat, Zərərçəkmiş şəxs2 isə vurulmuş ziyandan qalan 1786 manat məbləğində pul ödənməsə də, bununla bağlı zərərçəkmiş şəxslər tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüquqlarının olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonu, Səmədabad kəndində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-31/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-31/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver