Məhkəmə qərarları › İş №1(051)-31/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-31/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-31/2025 07.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2002-ci ildə tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Qaçqın və Məcburi Köçkünlər üçün salınmış 594 mənzilli qəsəbə, ev 5, mənzil 12 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 447,83 qram olan narkotik vasitə-qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə–qurudulmuş marixuananın 12,83 qram hissəsini aralarında olan razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə saat 21 radələrində tanışı Şahid6 Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Toxuculuq Fabrikasının» yaxınlığında 50 (əlli) manata qanunsuz olaraq satmış, 435 qram olan hissəsini isə 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində əynindəki qara rəngli gödəkcənin altında, şalvarının kəmərinə bərkidilmiş vəziyyətdə saxlayaraq, daşımış, Naftalan ŞPŞ-nin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Şahid6 satdığı 12,83 qram narkotik vasitə–qurudulmuş marixuananın 3,05 qram hissəsi 10 aprel 2024-cü il tarixdə Naftalan ŞPŞ-nin inzibati binasında Şahid6 üzərindən, 9,78 qram hissəsi isə həmin tarixdə sonuncunun tanışı X2 üzərindən aşkar edilərək götürülmüş, habelə davam edən əməliyyat-axtarış tədbirləri zamanı o (Təqsirləndirilən şəxs), xx.xx.2024-cü il tarixdə saat 12:50 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Naftalan ŞPŞ-nin inzibati binasına aparılıb, həmin tarixdə saat 15:15-dən saat 15:43-dək olan müddət ərzində orada üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq satış məqsədi ilə saxladığı və daşıdığı 435 qram narkotik vasitə - qurudulmuş marixuana onun əynindəki qara rəngli gödəkçənin altında, şalvarının kəmərinə bərkidilmiş vəziyyətdə qara rəngli sellofan torbanın içərisindən aşkar edilərək, götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Şahid6 ilə 2024-cü ilin əvvəllərində «X11» təhsil alan ortaq tanışları vasitəsilə tanış olmuşlar və Azərlə birlikdə yaşadığı Naftalan şəhərinə gedən zaman sonuncunun tanışı Baloğlan İsmayılovla tanış olmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 1 il müddətində istifadə etmiş və Azərin də narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi barədə məlumatı olmuşdur. Lakin Baloğlanın narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. Təxminən 1 il olar ki, Mingəçevir şəhər sakini X8 Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən çayxananı işlətdiyi vaxt həmin çayxanada vaxt keçirdiyi zamanlardan etibarən tanımışdır. Lakin Nurunun narkotik vasitə istifadə etməsi və ya satması barədə heç bir məlumatı olmamışdır. Azəri tanıdıqdan sonra Azərlə Mingəçevir şəhəri ərazisində bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana alıb, birlikdə istifadə etmişlər. Belə ki, onun üzərində pul olmayanda Azərin pulu, Azərin pulu olmayanda isə onun pulu ilə narkotik vasitə almışlar. Narkotik vasitəni bir neçə şəxsin vasitəsilə əlaqə yaradaraq tanımadığı şəxsdən 1 bükümünü 10 manat müqabilində almışdır. Azər yaşadığı Naftalan şəhərindən Mingəçevir şəhərinə gələrək, birlikdə həmin narkotik vasitədən istifadə etmişlər. xx.xx.2024-cü il tarixdə Azər ona xatırladığı qədəri ilə «Whatsapp» vasitəsilə zəng edib, mesaj yazaraq, ona narkotik vasitə qurudulmuş marixuana tapmağını, gəlib istifadə etmək istədiyini demişdir. O da Azərə istifadəsində olan "xxxx"a məxsus kart hesabını verərək, pulu həmin kart hesabına göndərməsini istəmişdir. Azər xatırladığı qədəri ilə həmin karta 25 manat pul göndərmiş, o da pulun üzərinə bir qədər qoyub narkotik vasitə qurudulmuş marixuana almaq üçün bir neçə şəxslə əlaqə saxlamışdır. Lakin həmin şəxslərin nömrəsini, kimin vasitəsilə əldə etdiyini hazırda dəqiq xatırlamır. Xatırlamadığı həmin şəxslə danışaraq, xx.xx.2024-cü il tarixdə 3 büküm narkotik vasitə olan qurudulmuş marixunanı həmin şəxsdən almışdır. Belə ki, danışdığı, lakin üzünü görmədiyi həmin şəxs narkotik vasitəni Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Məcburi Köçkünlər üçün nəzərdə tutulmuş qəsəbənin ərazisində əvvəlcədən ona dediyi yerə qoymuş və o, 3 büküm narkotik vasitəni oradan götürüb, həmin yerə 30 manat pul qoyub getmişdir. Onun həmin yerdən narkotik vasitə götürməsindən və oraya narkotik vasitə qoymasından heç kimin məlumatı olmamışdır. Həmin gün təxminən axşam saatlarında Azər özü Mingəçevir şəhərinə gəlmiş və o, şəhərin H.Əliyev prospektində yerləşən köhnə «Toxuculuq» fabrikası “Tekstili”nin yanında Azərlə görüşmüşdür. Azərlə görüşdükdən sonra əldə etdiyi narkotik vasitənin 2 bükümünü, hər birinə 1 büküm olmaqla istifadə etmişlər. Qalan 1 bükümü isə hər biri yarım büküm olmaqla bölmüşlər və Azər Naftalan şəhərinə qayıtmışdır. Bundan sonra Azərlə aralarında heç bir danışıq olmamış və xx.xx.2024-cü il tarixdə saat 12-13 radələrində tanışı Şahid1la birlikdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı məktəbin yaxınlığında olan zaman Naftalan ŞPŞ-nin əməkdaşları onu və Ramalı saxlayaraq Naftalan ŞPŞ-yə aparmışlar. Saxlanılan zaman onun üzərində hər hansı narkotik vasitə olmamışdır. X23 Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar olunan narkotik vasitəni ondan aldığını qeyd etməsi məlum olmuşdur. Sonra polis şöbəsinin əməkdaşları ona özlərində olan 400 qramdan artıq çəkidə olan narkotik vasitəni üzərinə götürməsini, buna görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağını və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçiləcəyini, yekunda isə məhkəmənin hökmü ilə ayağına elektron nəzarət cihazının bağlanaraq azadlıqda qalacağını demişlər. O da polis əməkdaşlarının dedikləri ilə razı olmuş və 400 qramdan artıq olan narkotik vasitənin ona məxsus olmasını və 2023-cü ilin sentyabr ayında Mingəçevir şəhərində «Kür» çayının kənarında çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyini qeyd etmişdir. Real ifadəsində Azərə narkotik vasitə satmağını deməsə də, polis əməkdaşı tərəfindən yazılan ifadəni oxumadan imza etmiş və yazılanların məzmununu bilməmişdir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə verdiyi ifadələrində Naftalan ŞPŞ-yə gətirilərkən və orada olduğu müddətdə hər hansı psixi və ya fiziki zorakılığa məruz qalmadığını qeyd edərək dindirmə protokolunun yekun hissələrində ifadəni oxuması, heç bir əlavəsinin olmaması və ifadəni imzası ilə təsdiq etməsi barədə qeydiyyatlar aparması ilə bağlı olaraq ifadədə qeyd olunanları oxumadığını və polis əməkdaşlarının təyziqi ilə dindirmə protokolunun yekun hissəsində öz xətti ilə qeyd olunan məzmunda qeydiyyat aparmışdır. Bütün bunları, polis əməkdaşlarının təzyiqi nəticəsində etmişdir. O, şübhəli şəxs qismində tutulan zaman polis əməkdaşları tərəfindən döyüldüyünə və işgəncəyə məruz qaldığına görə cinayəti etiraf etməyə məcbur edilmişdir. Ona görə də özünü təqsirli bilmir və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar, Fəqanla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Fəqanla təxminən 1 ilə yaxındır ki, münasibəti var. X28 insult xəstəliyi keçirdiyi üçün yaşadığı evdə müalicə aldığından 10 aprel 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxaraq anası üçün yaxınlıqda olan aptekdən dərman almaq üçün getmişdir. Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 16 nömrəli Tam Orta Məktəbin yaxınlığında olduğu zaman tanışı Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs orada yolun kənarında yerləşən dayanacaqda dayanmışdır. Fəqan onunla söhbət əsnasında anasının halını soruşmuş, o isə Fəqana anasına dərman almaq üçün aptekə getdiyini bildirmişdir. Həmin gün təxminən saat 12:55 dəqiqədə mülki geyimli şəxslər özlərini təqdim etmədən, sonradan bildiyi Naftalan şəhər polis şöbəsinin əməkdaşları onlara yaxınlaşmışlar, əllərini-qollarını bağlayıb üstlərinə baxış keçirdib maşına mindirib Naftalan şəhər polis şöbəsinin inzibati binasına aparmışlar. Polis Şöbəsinin inzibati binasında onu dəhlizdə gözlətmişlər, Fəqanı isə bir otağa keçirmişlər. Sonra ondan narkotik vasitə istifadəçisi olub-olmadığını aydınlaşdırmaq üçün analiz götürmüşlər, analizin cavabları təmiz çıxdığı üçün ona yol pulu verərək gedə biləcəyini bildirmişlər. Onu saxlayan zaman 3-4 nəfər polis əməkdaşı olub. İki maşında gəlmişlər, onlar əyləşdikləri maşında 3 nəfər var idi, digər maşında sürücü ilə Azər idi. Dəhlizdə dayanmışdı, Fəqan isə polis əməkdaşları ilə otaqda idi, nə baş verdiyini görürdü. Qara rəngli sellofanda narkotik vasitə marixuananı necə əldə etdiyini soruşurdular. Həmin narkotik vasitəni kimin gətirib stolun üzərinə qoyduğunu bilmədi. Polisə ifadə vermişdir, izahat verməmişdir, oxuyub heç nəyə imza etməmişdir. Fəqanın narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Fəqanın üzərindən qara büküm çıxdığını görməmişdir. Onları 16 saylı məktəbin qarşısında saxlayan zaman polis əməkdaşları onun və Fəqanın üzərinə baxış keçirdiblər. Həmin vaxt üzərlərində heç bir şey aşkar olunmamışdır. PŞ-də videoçəkilişlə Fəqanın üzərinə baxış keçirilən zaman o da otaqda olmuşdur, lakin bir kənarda durmuşdur. Videoçəkilişdən əvvəl polis əməkdaşları Fəqandan qara rəngli sellofanda olan narkotik vasitəni üzərindən çıxarıb təqdim edəcəyi barədə təlimat vermişlər və arxadan şalvarın kəmərinə keçirmişlər. Sonradan adını bildiyi polis əməkdaşı Yunis həmin narkotik vasitəni Fəqanın kəmərinə keçirdi. Həmin sellofan Fəqanda olsaydı bilinərdi və məktəbin qarşısında üzərlərinə baxış keçirdikləri zaman çıxarardılar. Cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı onun adından verildiyi qeyd olunan ifadəni təsdiq edən imzalar onun tərəfindən icra olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 оьлу ifadəsində göstərmişdir ki, o, Naftalan ŞPŞ-nin CAB-nın rəisi vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 02:25 radələrində Naftalan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Naftalan şəhər sakini Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid6 Naftalan şəhəri, H.Əliyev küçəsində yerləşən adsız ərzaq malları mağazasının yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Şəhər polis şöbəsində Şahid6 üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Şahid6 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatının olduğunu bildirib, üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Şahid6 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Şahid6 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Şahid6 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Şahid6 əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Kağız bükümün içərisinə baxış keçirilən zaman aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi 4.41 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış, zərflərin üzəri AR DİN-in Naftalan ŞPŞ-nin 148 nömrəli möhürü ilə möhürlənmişdir. Zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Şahid6 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Şahid6 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs 50 manata aldığını, həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini tanışı Baloğlan İsmayılova verdiyini bildirmişdir. Eyni zamanda Şahid6 istifadəsində olan və üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş mobil telefonda qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma sisteminə baxış zamanı da Təqsirləndirilən şəxs kartına pul köçürməsi edərək ondan narkotik vasitə qurudulmuş marixuana alması ilə bağlı olan yazışmalar da aşkar olunmuşdur. Bundan sonra qeyd olunan əməliyyat-axtarış tədbirlərinin davamı kimi xx.xx.2024-cü il tarixdə saat 12:55 radələrində Naftalan ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə keçirilmiş tədbirlər nəticəsində Şahid6 narkotik vasitə satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə birlikdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 16 saylı məktəbin yaxınlığında saxlayaraq, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə Naftalan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün vəkil X13 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin şübhəli şəxs qismində saxlanılmış Şahid6 narkotik vasitə satması ilə bağlı olaraq saxlanılması bildirilib, onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin iç tərəfində şalvarın kəmərinə bərkidilmiş bir ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirən zaman torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. İçərisində narkotik vasitəyə oxşar kütlə olan sellofan torba elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi 453 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, zərfin üzəri AR DİN-in Naftalan ŞPŞ-nin 148 nömrəli möhürü ilə möhürlənmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə üzərində saxladığını və həmin narkotik vasitəni 2023-cü ilin sentyabr ayında Mingəçevir şəhərində «Kür» çayının sahilində yığıb qurutmaqla əldə etdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, yalnız Naftalan şəhər sakinləri Azər və Baloğlan adlı şəxslərə verdiyini, onlardan pul almadığını bildirmişdir. Həmçinin onunla polis şöbəsinin inzibati binasına gətirilmiş Şahid1la birlikdə narkotik vasitə istifadə etmədiyini, Ramala narkotik vasitə vermədiyini, baş vermiş hadisə ilə bağlı olaraq Şahid1 hər hansı məlumatının olmadığını qeyd etmişdir. Şahid1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək narkotik vasitələrdən istifadə etmədiyini və qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan və üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş «Redmi Note 7» markalı mobil telefona baxış zamanı telefonda ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma sisteminə baxış zamanı da Şahid6 Təqsirləndirilən şəxs kartına pul köçürməsi edərək ondan narkotik vasitə qurudulmuş marixuana alması ilə bağlı olan yazışmalar da aşkar olunmuşdur. Daha sonra qeyd olunan məlumatlar əsasında xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Naftalan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Naftalan şəhər sakini X3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı X12 şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 17 saylı orta məktəbin yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Baloğlan İsmayılovun üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə X4 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib, üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən X4 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. X5 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl X4 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. X2 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Sellofan bükümün içərisinə baxış keçirən zaman aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi 10.41 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış, zərfin üzəri AR DİN-in Naftalan ŞPŞ-nin 148 nömrəli möhürü ilə möhürlənmişdir. Zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Baloğlan İsmayılovun özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı X5 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini Naftalan şəhərində yerləşən «Şəhidlər Xiyabanından» tapdığını, həmin narkotik vasitənin üzərinə isə Şahid6 pay kimi verdiyi narkotik vasitə olan qurudulmuş marixuananı tökməklə şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin Şahid6 narkotik vasitə almadığını, Təqsirləndirilən şəxs də Şahid6 vasitəsilə tanıdığını, Təqsirləndirilən şəxs birbaşa və ya Şahid6 vasitəsitə narkotik vasitə almadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, təxminən 2023cü ilin sentyabr ayından etibarən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs və Naftalan şəhər sakini X3 tanımış, onlarla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 2023-cü ilin oktyabr ayında Mingəçevir şəhərində yerləşən "Turizm kollecinə" qəbul olunmuşdur. Həmin kollecdə təhsil aldığı müddətdə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Baloğlan İsmayılov ilə eyni şəhərdə qaldığı üçün tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə söhbət əsnasında bir-birilərinin narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmələrini öyrənmişlər. Bundan sonra Fəqanla söhbət edərkən istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana tapmasını istədikdə, Fəqan heç bir problem olmadığını bildirmişdir. Belə ki, o və Fəqan bir neçə dəfə hər birinə müəyyən qədər pul qoymaqla şəxsi istifadələri üçün narkotik vasitə olan qurudulmuş marixuana alıb birlikdə istifadə etmişlər. Belə ki, o, Fəqanla birlikdə getmiş və Fəqan üzünü görmədiyi və tanımadığı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuananı almışdır. Sonra isə həmin narkotik vasitəni birlikdə istifadə etmişlər. O, Mingəçevir şəhərini yaxşı tanımadığından Fəqanın həmin narkotik vasitəni haradan almasını dəqiq şəkildə bilmir. 09 aprel 2024-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib istifadə etmək istədiyindən öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «Whatsapp» ani mesajlaşma sistemi vasitəsilə tanışı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş olan «WhatsApp» ani mesajlaşma sistemi vasitəsi ilə mesaj yazmaqla və zəng etməklə dostlarının Naftalan şəhərinə gəldiyini və Naftalan şəhər ərazisindən istifadəsi üçün narkotik vasitə olan quruldulmuş marixuana tapa bilmədiyini, Fəqandan narkotik vasitə almaq istədiyini bildirmişdir. Belə ki, Fəqanla bir neçə dəfə narkotik vasitə aldıqlarından Fəqanın narkotik tapıb verəcəyini bilmişdir. Fəqana narkotik vasitə olan qurudulmuş marixuana tapıb verməsini deyərək əvvəlcə 30 manat, sonra isə 20 manat olmaqla, ümumilikdə 50 manat pulu Fəqanın istifadəsində olan və hazırda xatırlamadığı kart hesabına göndərmişdir. Belə ki, bir dəfə istifadə üçün nəzərdə tutulmuş hissə 10 manata satıldığından Fəqandan 5 baş, yəni beş dəfə istifadə üçün narkotik vasitə tapmasını xahiş etmişdir. Fəqan da onu Mingəçevir şəhərinə dəvət etmişdir. Ona görə də, həmin günü saat 21 radələrində Mingeçevir şəhər, Tekstilni adlanan əraziyə gedərək, orada Təqsirləndirilən şəxs zəng edərək, gəldiyini demişdir. Fəqan gəldikdən sonra Fəqana yaxınlaşmışdır. Sonra Fəqanla birlikdə hazırda Mingəçevir şəhərində xatırlamadığı istiqamətdə getmişlər. Həmin vaxt havanın qaranlıq vaxtı olmuşdur. Fəqan ondan bir qədər aralaşaraq bi nəfər şəxsə yaxınlaşmışdır. Hava qaranlıq olduğundan və həmin şəxs ondan aralıda olduğundan, qeyd olunan şəxsin sifətini, eyni zamanda xarici görünüşünü görə bilməmişdir. Eyni zamanda Fəqanın həmin şəxsə nə qədər pul verməsini də görməmişdir. Fəqan ona narkotik vasitə olan qurudulmuş marixuananı vermişdir. Həmin narkotik vasitədən bir qədər istifadə etməsi üçün Fəqana vermiş, qalan narkotik vasitəni isə götürüb əynində olan şalvarın arxa cibinə qoymuşdur. Bundan sonra o, Naftalan şəhərinə getmişdir. Naftalan şəhərinə çatdıqdan sonra tanışı Baloğlan İsmayılova zəng edərək, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Baloğlanla həmin günü saat 21 radələrində Naftalan şəhərində yerləşən "Şəhidlər Xiyabını" adlanan ərazidə görüşüb, bir qədər hal-əhval tutduqdan sonra Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini Baloğlanla birlikdə istifadə etmişlər və bir qədərini də Baloğlana vermişdir. 09 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixə keçən gecə saat 02:25 dəqiqədə Naftalan şəhəri, H.Əliyev küçəsində yerləşən adsız ərzaq mağazasının qarşı tərəfində piyada yaşadığı evə gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Naftalan şəhər polis şöbəsinin əməkdaşları kimi təqdim edib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də Naftalan ŞPŞ-yə onlarla birlikdə getməyi təklif etdikdə, onlarla razılaşmışdır. Naftalan ŞPŞ-nin inzibati binasına gəldikdən sonra ona narkotik maddələrin saxlanılmasında şübhəli olduğu üçün saxlanılmasını və üzərinə axtarış aparılmasını bildirmişlər. Həmin gün Naftalan şəhər polis şöbəsində üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Sonra öz şəxsi vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi tutmaq hüquqları ona izah olunmuş, lakin o, maddi vəziyyəti ilə əlaqədar müdafiəçi tuta bilməmiş, ona görə də dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmağını bildirdikdən sonra ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan hüquqlarının vəkil X20 tərəfindən müdafiə edilməsini bildirmişdir. Sonra əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoyaraq, təqdim etmiş, eyni zamanda əynində olan gödəkçənin sağ yan cibindən marixuana çəkmək üçün istifadə etdiyi bir ədəd kağız rulon, "Winchester" markalı siqaret qutusu, həmin gödəkçənin sol yan cibindən 12 manat pul, bir ədəd atası Yelmar Rüstəmova məxsus "xxxx" ASC-yə məxsus bank kartını, əynində olan şalvarın sol arxa cibindən özünə məxsus "Redmi S2" markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra onun və hüquqlarını müdafiə edən vəkil İlqar Həsənovun iştirakı ilə masanın üzərinə qoyduğu içərisində qurudulmuş marixuana olan büküm tərəzidə çəkilmiş və bir ağ kağız bükümün çəkisinin 4,41 qram olması müəyyən edilmişdir. 10 aprel 2024-cü il tarixdə üzərindən aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananın bir hissəsini tanışı Baloğlan İsmayılova vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 50 manat pul göndərmiş, həmin pulun 30 manatın ona məxsus olmasını, 20 manatı isə borc almışdır. Ümumilikdə Fəqana 50 manat pul göndərmiş və Fəqan ona 50 manat dəyərində narkotik vasitəni verdikdən sonra Fəqana bir qədər istifadəsi üçün narkotik vasitə verib xatırladığı qədəri ilə Fəqanla birlikdə narkotik vasitədən istifadə etmədən Naftalan şəhərinə qayıtmışdır. Lakin üzərindən bir qədər müddət keçdiyindən Fəqanla narkotik vasitə istifadə edib-etmədiyini xatırlamır. Həmin narkotik vasitədən tanışı Baloğlan İsmayılov ilə bərabər istifadə etmişdir. Üzərində pul olmayanda Fəqan ona istifadəsi üçün narkotik vasitə verdiyindən, həmin gün Fəqana narkotik vasitə vermişdir. O, Fəqandan istifadəsi üçün narkotik vasitə almaq istəməsinə baxmayaraq, həmin pulu Fəqanın kartına göndərməyəcəyi halda dostları ilə xərcləyəcəyini bildiyinə görə Fəqana 50 manat pulu əlbəəl şəkildə deyil, kart köçürməsi vasitəsilə vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsində onun istifadəsi üçün Naftalan şəhərində narkotik vasitə əldə edə bilmədiyini və buna görə də Nuru Xasməmmədov ilə əlaqə saxlayaraq, istifadəsi üçün narkotik vasitə almasını dediyin bildirməsi ilə bağlı olaraq qey edir ki, o, Nuru Xasməmmədovu tanımamış, nə də Nurunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, Nurudan heç bir narkotik vasitə almamış, həmçinin Fəqanın da ifadəsində onun Nurudan narkotik vasitə almasını xahiş etməsini bildirməsinin səbəbi ona aydın olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Naftalan ŞPŞ-nin İQ-nin müstəntiqi, polis baş leytenantı X21 icraatında Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan Mingəçevir şəhər sakini X6 olduğu yerin müəyyən edilərək, şəhər polis şöbəsinə gətirilməsi ilə bağlı olaraq əməliyyat tapşırığı verilmiş və daxil olmuş əməliyyat tapşırığı əsasında Naftalan ŞPŞ-nin İTB-nin rəisi, polis mayoru Şahid5 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 1 saylı orta məktəbin yaxınlığında Nuru Xasməmmədov idarə etdiyi “Peugeot 308 minik” markalı avtomobilin sükanı arxasından yerə düşən zaman onlar tərəfindən saxlanılmışdır. Nuru Xasməmmədova barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Naftalan şəhər polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra X19 ŞPŞ-yə gətirilmişdir. Həmçinin Nurunun idarə etdiyi avtomobil də mühafizə olunan duracağa gətirilmişdir. Nuru Xasməmmədovun üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə X9 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən X9 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. X14 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl X9 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. X6 əynindəki cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Kağız bükümün içərisinə baxış keçirən zaman aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi 2.82 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış, zərflərin üzəri AR DİN-in Naftalan ŞPŞ-nin 148 nömrəli möhürü ilə möhürlənmişdir. Zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Nuru Xasməmmədovun özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı X14 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra qeyd olunan tədbirlərin davamı kimi X1 zaman idarə etdiyi “Peugrot 308” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə Nuru Xasməmmədovun ərizəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı Nuru Xasməmmədovun idarəsində olan avtomobildə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Nuru Xasməmmədovun yaşadığı ünvan 3 ünvanına Nuru Xasməmmədovun ərizəsi əsasında axtarış keçirilmişdir. Lakin axtarış keçirilən zaman Nuru Xasməmmədovun yaşadığı evdən hər hansı dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid5 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid5 da şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə qurudulmuş marixuananın onun üzərindən aşkar edilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12-13 radələrində Mingəçevir şəhərində saxlanıb Naftalan ŞPŞ-yə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını və üzərindən 400 qramdan çox narkotik vasitə olan marixuananın aşkar olunduğunu etiraf etməyə məcbur edildiyini, bununla da o, pis rəftara məruz qaldığını bildirmişdir. Bununla bağlı 2 saylı istintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədən səthində xəsarət aşkar edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli gödəkçənin altında, şalvarının kəmərinə bərkidilmiş vəziyyətdə qara rəngli sellofan torbanın içərisindən qurudulmuş marixuana aşkar edildiyi videoçəkiliş zamanı öz əksini tapmışdır. Həmin vaxt müdafiəçi bir neçə dəfə ondan israrla, həmin narkotik vasitənin özünə məxsus olub olmamasını, həmçinin döyülüb döyülməməsini soruşmuşdur. Bütün hallarda təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu və döyülmədiyini demişdir. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Eləcə də Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil telefon nömrəsi ilə “Whatsapp” ani mesajlaşma sistemində “Aliyef” adı ilə qeydiyyatdan keçmiş və həmin mobil telefonda “Azər Mama”qeydiyyata alınmış Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdə saat 12:34, saat 15:03, saat 15:25 və 16:18-də zənglərin olması, həmçinin Şahid6 tərəfindən onun göndərdiyi bank kartına pul köçürülməsi öz əksini tapmışdır. Bütün bu hallar təqsirləndirilən şəxsin istifadəsində olan “Redmi Note 7” markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma sistemində öz əksini tapmışdır. Bundan başqa Tədqiqata təqdim olunmuş üzərilərində “..... şübhəli şəxs qismində tutulmuş X2 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” “.... şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş qara rəngli polietilen paketdə qablaşdırılmış narkotik vasitə marixuanaya bənzər kütlə”, “Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlə” yazıları olan kağız paketlərdəki qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olduğu ekspert rəyi ilə təsdiq edilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalması, narkotik vasitənin onun üzərinə qoyulması, həmçinin narkotik vasitə olan marixuananı Şahid6 satmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin Şahid1 ifadəsini də mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, şahidin məhkəmə iclası zamanı verdiyi ifadəsində, polis əməkdaşı Yunis tərəfindən həmin narkotik vasitənin Fəqanın kəmərinə keçirilməsi, cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı onun adından verildiyi qeyd olunan ifadəni təsdiq edən imzaların onun tərəfindən icra olunmaması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlala təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqında tərəflərin iştirakı ilə tədqiq edilmiş video diskdə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli gödəkçənin altında, şalvarının kəmərinə bərkidilmiş vəziyyətdə qara rəngli sellofan torbanın içərisindən qurudulmuş marixuananın aşkar edilməsi və həmin narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmasına dair etirafı öz əksini tapmışdır. Ondan başqa Şahid1 adından olan imzaların onun tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Bununla belə məkəmə şahidin ifadəsini bütövlükdə şübhə altına almasa da, nəzərə alır ki, Şahid1 təqsirləndirilən şəxslə qonşuluqda yaşadığına görə onunla yaxın dostluq münasibətində olmuşdur. Ona görə də məhkəmə şahidin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini tanışlıq münasibətinin təsiri altında verilmiş ifadə kimi qiymətləndirərək inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla belə, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, şahid ifadələrini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024 -cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid6 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə içərisində 4,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmin şalvarın sol arxa cibindən Şahid6 Fəqan adlı şəxslə “WhatsApp” mobil tətbiqi ilə əlaqə saxlayaraq ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəməsi, narkotik vasitənin alqı-satqısı ilə bağlı olaraq aralarında qiymətləşmənin aparılması və razılığa gəlmələri ilə bağlı yazışmaların qeyd olunduğu 1 ədəd “Redmi S2” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin iç hissəsində əynindəki şalvarın kəmərinə bərkidilmiş vəziyyətdə olan 1 ədəd qara rəngli sellofan torbanın içərisində 453 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, əynindəki şalvarın sağ yan cibindən ***-***-**-** mobil telefon nörməsi ilə istifadə olunan və tanışı Şahid6 narkotik vasitə satması ilə bağlı yazışmaların qeyd olunduğu 1 ədəd “Redmi Note 7” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, X2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində 10,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/434 №-li rəyinə əsasən: tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlə ....” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi, 3,05 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/436 №-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “,,,,. şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş qara rəngli polietilen paketdə qablaşdırılmış narkotik vasitə marixuanaya bənzər kütlə ” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi, 435 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/437 №-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “,,,,. şübhəli şəxs qismində tutulmuş X2 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə ” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi, 9,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərilərində “..... şübhəli şəxs qismində tutulmuş X2 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” “.... şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş qara rəngli polietilen paketdə qablaşdırılmış narkotik vasitə marixuanaya bənzər kütlə”, “Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlə” yazıları olan kağız paketlərdəki qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 904 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannibioidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə - xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/248 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 77-ci vərəqində Şahid1 adından olan xx.xx.2024-cü il tarixli İzahatın yuxarı hissəsindəki 2 ədəd imza, sonuncu “Cavab:” qrafasındakı “Oxudum əlavəm yoxdur İmzamla təstiq edirəm” yazıları və “İmza: Şahid1” qrafasındakı imza cinayət işinin 1-ci cildinin 217-220-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “Şahidin dindirilməsi haqqında” protokolda 1-4-cü vərəqlərində “İmza: Şahid1” qrafalarındakı imzalar və sonuncu “Cavab:” qrafasında “ifadəmi oxudum, Mənim sözlərim düzgündür, əlavəm yoxdur İmzamla təstiq edirəm” yazıları - Şahid1 tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əliyev X17 şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılarkən üzərindən aşkar olunmuş “Redmi Note 7” markalı mobil telefondan iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatların əldə olunması üçün baxış keçirilmişdir. Qeyd olunan mobil telefona baxış zamanı “Whatsapp” ani mesajlaşma sistemində ***-***-**-** mobil telefon nömrəsi ilə “Aliyef” adı ilə qeydiyyatdan keçmiş və profil məlumatlarında Təqsirləndirilən şəxs məxsus fotoşəkil qeyd olunmuşdur. Qeyd olunan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma sisteminə baxış zamanı mobil telefonda “Azər Mama”qeydiyyata alınmış Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdə saat 12:34, saat 15:03, saat 15:25 və 16:18-də zənglərin olması, həmin tarixdə saat 12:30-da Azər həmçinin telefonda “Ball” olaraq qeyd olunmuş tanışı Baloğlan İsmayılovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə əlaqə saxlaması müəyyən olunmuşdur. Lakin qeyd olunan danışıqların məzmunu qeyd olunmamışdır. Eyni zamanda Şahid6 istifadəsində olan «Azər Mama» adı ilə qeyd olunmuş yazışmalarda aşağıdakı məzmun qeyd olunmuşdur: 1) xx.xx.2024-cü il tarixdə saat 22:22-də Təqsirləndirilən şəxs yazdığı yazışmada “Məndə olan Atom idi, 3 nəfərə cəhdy basm getsmdi iki nefere cehsey olery senol”, cavabında Şahid6 “olar ayqa sen elindeki bunan qesey olar” məzmunu qeyd etmişdir. 2) xx.xx.2024-cü il tarixli saat 14:29-da olan yazışmada Təqsirləndirilən şəxs “Ata bankn yana gə kecendefki kimi uzu asagi gələm qabagna,” həmin tarixdə saat 15:25-də olan cavab mesajında “Ayqa Atabank terf gel ordayan gelrem masn terf” anancan noldu cavab verilmişdir. 3)xx.xx.2024-cü il tarixdə saat 19:07-də Təqsirləndirilən şəxs yazdığı mesajda “Atmsan ayqa 15m ti” məzmununda mesajyazılmış, eyni vaxta Azər tərəfindən göndərilmiş səs yazısında “ayqa qoy 10 manat verim da yekə oğlansasaa mənim 10 manat borcum qalıb da demişdim sa” qeyd olunmuş, 19:08-də Təqsirləndirilən şəxs «Ayqa 15 m ti vur kartma gozdurem vur xeber ele yaxs olacaq mesajı yazmış, Azər Rüstəçmov tərəfindən göndərilmiş səs yazısında “ə qaqa yox ey onnan danış sonra vuracam danış bir dənə senöl aşdan eliyirsen dana sən danış gəlib pulu əlinə verəcəm ” qeyd olunmuşdur. 4) xx.xx.2024-cü il tarixdə saat 19:13-də Şahid6 «30 atram 2 dene kart at gozel qardasm», cavabında isə Təqsirləndirilən şəxs 5239 1517 1000 29 27 saylı kartı göndərərək mem nomremede 2 3 m dig kontr vurarsanda ta esyet cejrem şəklində mesaj yazmış, həmin tarixdə saat19:15-də Təqsirləndirilən şəxs mesaj yazaraq «yazsmaları sil» deyə qeyd etmişdir. 5) xx.xx.2024-cü il tarixdə saat 20:14-də Şahid6 mesaj yazaraq «senol yeni 2 den götrmelem 4 nefdry senol 30 da atmsan, ata lasla olsanda gotrb qaydaq» yazısı qeyd olunmuşdur. 6)xx.xx.2024-cü il tarixdə saat 00:41-də Şahid6 mesaj yazaraq «bu temadan 2 dene aynon ayqa saba dvjenya elemek olur qardasm», həmin tarixdə saat 00:43-də Təqsirləndirilən şəxs Mesaj yazaraq «25 m tapsan he rast rast bugnki kmi geldin getdn» məzmununda yazışma qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid6 istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə daxil olan və çıxan zənglərə, mesajlara, mesajlarda göndərilən mətnlərə dair məlumatlar və əlaqədə olmuş abonentlərin anket və anten məlumatları ilə bağlı görüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən olundu ki, Azərbaycan Respublikası DİN-nin BİKİ-dən əldə edilmiş məlumatların qeyd olunduğu diskin 56, 57 və 58-ci bəndlərində xx.xx.2024-cü il tarixdə müvafiq olaraq saat 17:14 və 17:24-də olmaqla, həmçinin 60-cı bəndində xx.xx.2024-cü il tarixxə saat 16:14-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə danışıqların aparılması qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid6 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Həmin 01 (bir) ədəd kağız büküm açıldıqda bükümün içərisindən spesifik iyindən və rəngindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş və həmin büküm tərəzidə çəkilən zaman aşkar olunmuş bükümün çəkisinin 4.41 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Şahid6 üzərindən aşkar olunmuş 1 ədəd ağ rəngli kağız bükümü xx.xx.2024-cü il tarixdə saat 21 radələrində mobil telefonunda “X25” adı ilə qeyd etdiyi, eyni zamanda aralarında “WhatsApp” yazışmaları aparılmış Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs 50 manat verməklə 5 ədəd istifadə üçün nəzərdə tutulmuş ayrı-ayrılıqda olan bükümləri alıb ələ keçirdiyini, sonra qeyd olunan bükümləri birləşdirib 1 ədəd ağ rəngli kağız bükümdə saxladığını, bükümdəki narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, bükümdəki narkotik vasitədən istifadə etmədiyini bildirməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkçəsinin içərisindən əynindəki şalvarının kəmərinə bərkidilmiş vəziyyətdə olan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin 01 (bir) ədəd sellofan torba açıldıqda içərisindən spesifik iyindən və rəngindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş və həmin büküm tərəzidə çəkilən zaman çəkisinin 452 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni 2023-cü ilin sentyabr ayında Mingəçevir şəhəri, Kür çayının sahilində çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyini, həmin bükümdə olan narkotik vasitəni bir neçə yerdə saxlayaraq gizlətdiyini, həmçinin Şahid6 və Baloğlan İsmayılovun onun tanışları olduğunu həmin şəxslərə narkotik vasitə satmadığını, narkotik vasitəni həmin şəxslərə şəxsi istifadələri üçün pay verdiyini bildirməsi müəyyən olundu. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki,X2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmiş, həmin 01 (bir) ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş və həmin büküm tərəzidə çəkilən zaman çəkisinin 10.41 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı X5 üzərindən aşkar olunmuş kütlənin bir hissəsini Naftalan şəhərində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında tapdığını, həmçinin xx.xx.2024-cü il tarixdə tanışı Şahid6 ona şəxsi istifadəsi üçün narkotik vasitə verdiyini və həmin narkotik vasitənin özündə qalan hissəsini də tapdığı kütlənin üzərinə əlavə etdiyini Təqsirləndirilən şəxs Azərə Rüstəmova görə tanıdığını, lakin Fəqandan narkotik vasitə almadığını bilməsi müəyyən olundu. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə AR CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə kimi qəbul edilmiş və tənqidi yanaşılmış, X6 barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və onun üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülməsi hissəsində əməlində AR İXM-nin 206.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tədbirin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmiş, Şahid1 barəsində AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 434,74 qram olan narkotik vasitə qurudulmuş marixuana və “Redmi Note 7” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, Baloğlan İsmayılov və Şahid6 üzərindən aşkar olunmuş, qalıq çəkisi 12,69 qram təşkil edən narkotik vasitəqurudulmuş marixuananın ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınması və Naftalan ŞPŞ-də saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əlavə araşdırma aparılması üçün ********* saylı cinayət işindən material ayrıca icraata ayrılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 447,83 qram olan narkotik vasitə-qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə – qurudulmuş marixuananın 12,83 qram hissəsini aralarında olan razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə saat 21 radələrində tanışı Şahid6 Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Toxuculuq Fabrikasının» yaxınlığında 50 (əlli) manata qanunsuz olaraq satmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 447,83 qram olan narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə – qurudulmuş marixuananın 12,83 qram hissəsini qanunsuz olaraq aralarında olan razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə saat 21 radələrində tanışı Şahid6 Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Toxuculuq Fabrikasının» yaxınlığında 50 (əlli) manata satmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.2–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda, həmçinin göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixunanı Şahid6 satmışdır. Ona görə də ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədardır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Mingəçevir şəhər MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” qərar məhz xx.xx.2024-cü il tarixdə verilmiş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(051)-47/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-ci il tarixədək uzadılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(051)-53/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-ci il tarixədək uzadılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(051)-59/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək uzadılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-142/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi qərara alınmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə nail olunması istiqamətində zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.2–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 7” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası X15 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma və məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatları nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 156 manat 40 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X10 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra ümumi təmiz qalıq çəkisi 434,74 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 7” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası X15 qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri olan 156 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X10 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar