Məhkəmə qərarları › İş №1(051)-32/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-32/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-32/2021 21.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1976-cı ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı,subay, orta təhsilli, işsiz, məhkumkluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əliyev Fəxrəddin Şahin oğlu xx xxxxxx 2020-ci il tarixdə qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf sellofan paketin içərisindəki kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 14/1 №-li evin 28 №-li mənzilinə gətirib üzərində gizlədib saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində sözügedən evin yaxınlığında həmin narkotik vasitəqurudulmuş marixuanadan 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0.20 qram olan hissəsini Şahid1 10 manata qanunsuz olaraq sataraq əldə etdiyi 1 ədəd 15833884 seriyalıq 10 manatlıq əskinası əynindəki qara rəngli idman şalvarının sağ yan cibində, qalan doqquz ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanının bir bükümünü papirosa doldurub bir hissəsini çəkib qalan yarım papirosda təmiz çəkisi 0.26 qram olan hissəsini "West'' markalı siqaret qutusunda əynindəki qara rəngli gödəkcənin sol yan cibində, 8 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,98 qram. 0.89 qram. 0.94 qram, 1.02 qram, 0.88 qram, 1,09 qram. 0.77 qram, və 0.84 qram ümumi təmiz çəkisi 7,41 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı isə satış məqsədi olmadan əynindəki qara rəngli gödəkcənin sağ yan cibində gizlədib qanunsuz olaraq daşıyaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd 15833884 seriyalı 10 manatlıq əskinas ondan aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 234.2–ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 234.2–ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhərinin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində şəhər avtovağzalının yaxınlığında yerləşən axmaz adlanan su hövzəsinə balıq tutmağa getmişdir. Həmin ərazidə gəzərkən yerdə içərisində büküm olan şəffaf sellofan paket tapmış, həmin sellafon paketi açıb içərisindəki bükümə baxdıqda həmin bükümün içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu tanımışdır. Şəffaf paketin içərisində 1 ədəd büküm olmuş, o, həmin şəffaf paketdə olan bükümü özü ilə götürüb əynində gödəkcənin cibinə qoyaraq gizlətmişdir. Sonra şəffaf paketdə olan bükümü açıb içərisində olan narkotik vasitə qurudulmuş marixuananı siqaret giləsinə doldurub bir qədərini çəkmişdir. xx.xx.2020-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmiş, o da buna etiraz etməmişdir. Həmin vaxt əməliyyatçı Şahid4 onu aldadaraq, Şahid1 10 manata narkotik maddə olan marixuana satdığını və doqquz bükümü də boynuna almağı təklif etmişdir. O, əvvəlcə etiraz etmiş, lakin sonradan ona polis işçiləri tərəfindən və Şahid1 təzyiq olunmuşdur. O da Elvinə görə polis işçilərinin təklifi ilə razılaşaraq, narkotik satdığını və 8 ədəd bükümü də boynuna almışdır. Çünki Elvinin onun oğlunun dostudur, həm də Elvinin dayısı onun sinif yoldaşı olmuşdur. Halbuki, həmin narkotik vasitədən yalnız bir ədəd siqaretin içərisində olan ona məxsus olmuşdur. Qalan bükümləri və pulu Şahid4 ona vermişdir. Əks halda, ona və Elvinə işgəncə verəcəyi ilə hədələmişdir. Ona görə də o, bükümləri əynindəki gödəkcənin sağ yan cibinə, 15 manat pulu isə şalvarın sağ yan cibinə qoymuşdur. Ondan sonra polis şöbəsində onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “West” markalı siqaret qutusu, həmin gödəkcənin sağ yan cibində içərisində bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olan şəffaf sellofan paket, əynindəki şalvarın sol yan cibindən 1 ədəd on manatlıq 1 ədəd 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 15 manat məbləğdə pul aşkar edilmişdir. Üzərindən aşkar edilmiş sellofan paketə baxılarkən içərisində 8 ədəd bükümlər aşkar olunmuşdur. Bükümlər açılarkən yaşıl rəngli kəskin iyli ota bənzər kütlə yəni, narkotik vasitə qurudulmuş marixuana olduğu, üzərindən aşkar edilmiş siqaret qutusuna baxılarkən siqaret qutusunu içərisindəki yarısı çəkilmiş siqaret giləsində də narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu o, da imza etməklə təsdiq etmişdir. Bununla belə o, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində tanışı Şahid1 10 (on) manat müqabilində narkotik vasitə qurudulmuş marixuana satmamış, nə də onun cibindən yarısı çəkilmiş siqaret giləsindən başqa 8 büküm narkotik vasitə marixuana olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində, xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zor tətbiqinə məruz qaldığına, onu tutan polis əməkdaşlarından bir nəfər Mingəçevir Şəhər Polis şöbəsinin inzibati binasında onu vurduğuna və hazırki cinayət əməlini törətməsini etiraf etməsini ondan tələb etdiyinə, bununla da o, işgəncəyə məruz qaldığına görə həmin halları etiraf etmişdir. Hesab edir ki, onun cibindən çıxan yarısı çəkilmiş siqaret giləsində olan narkotik vasitə olan qurudulmuş marixuanaya görə ona ittiham verilməlidir. Həmin narkotik vasitə isə şəxsi istehlak miqdartından az olduğuna və özü istifadə etdiyinə görə cinayət məsuliyyəti yaratmır. Ona görə də özünü verilmiş ittiham üzrə təqsirli bilmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında dostu Rəşaddan 20 manat borc pul aldıqdan sonra ona narkotik vasitə qurudulmuş marixuana çəkməyi təklif etmiş, sonuncu da buna etiraz etməmişdir. Buna görə də əvvəllər tanıdığı narkotik vasitələrin satışı ilə məşğul olan, yaşadıqları evin yaxınlığında yaşayan, “Faxı” ləqəbli Fəxrəddinin mobil telefon nömrəsinə zəng etmiş, lakin Fəxrəddinin telefonuna zəng çatmamışdır. Ona görə də Rəşadla birlikdə Fəxrəddinin yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən binanın yaxınlığına getmiş, orada Fəxrəddinin yaşadığı binanın yaxınlığında tək əyləşdiyini görüb ona yaxınlaşaraq ondan qurudulmuş marixuana olduğu halda ona satmasını istəmiş, Fəxrəddin də 10 manat müqabilində ona narkotik vasitə qurudulmuş marixuana satmışdır. Rəşadla birlikdə şəhər ərazisində gəzərək narkotik vasitə qurudulmuş marixuananı çəkmək üçün havanın qaralmasını gözləmişlər. Saat təqribən 22 radələrində şəhərin Mehmandarov küçəsində yerləşən uşaq bağçasının ətrafından keçərkən, orada heç kəs olmadığından və hava qaranlıq olduğundan narkotik vasitə qurudulmuş marixuananı çəkməyə razılaşmışlar. Rəşad qurudulmuş marixuananı siqaretə doldurmaq istəyərkən, polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd “LG’’ markalı telefon, sağ yan cibindən bir ədəd gün eynəyi, bir ədəd "Rothmans” markalı siqaret və 6 manat məbləğdə pul aşkar edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilərkən yazmış olduqları protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzayla təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında dostu Elvinlə birlikdə sonuncunun yaşadığı evin yaxınlığında gəzərkən Elvin ondan narkotik vasitə marixuana almaq üçün 20 manat borc pul istəmiş, o da buna etiraz etməmişdir. Daha sonra Elvinlə birlikdə gəzərək onun tanışı olan Fəxrəddinin yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən binanın yaxınlığına gəlmiş, orada Elvin Fəxrəddinin yaşadığı binanın yaxınlığında əyləşdiyini görüb ona yaxınlaşaraq 10 manat müqabilində 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır. Birlikdə şəhər ərazisində gəzərək narkotik vasitə qurudulmuş marixuananı çəkmək üçün havanın qaralmasını gözləmişlər. Təqribən saat 22 radələrində gəzərək şəhərin Mehmandarov küçəsində yerləşən uşaq bağçasının ətrafından keçərkən həmin yerdə narkotik vasitə qurudulmuş marixuananı çəkmək istəmişlər. Elvin narkotik vasitə qurudulmuş marixuananı çıxarıb ona vermiş, o, qurudulmuş marixuananı siqaretə doldurmaq istəyərkən, polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şəxsi axtarış zamanı sol əlinin ovucunda olan bir büküm narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı dostu Elvin xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Fəxrəddin adlı şəxsdən sonuncunun yaşadığı binanın yaxınlığında 10 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilərkən yazmış olduqları protokol ucadan oxunmuş, protokolun doğruluğunu o da öz imzasıyla təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları Şahid4 və Şahid5 ilə birlikdə Mingəçevir şəhərinin S.Vurğun küçəsi ilə Mehmandarov küçəsinin kəsişməsində xidmətdə olarkən iki nəfər şəxsin piyada hərəkət etdiklərini, onlardan birinin əlində nəsə olduğu üçün həmin şəxs əlini sıxaraq özünü şübhəli apardığını görüb, həmin şəxslərə yaxnlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsləri saxlayarkən, birinin əlində yaşıl rəngli otabənzər kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşlər. Bundan sonra həmin şəxsləri Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində sorğu zamanı məlum olmuş ki, həmin şəxslər Şahid2 və Şahid1dur. İlkin olaraq Şahid2 şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu halda təqdim etməsi təklif olunmuş, sonuncu da sol əlinin ovucunda olan bir ədəd kağız bükümdəki narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, özü cibindən 6 manat pul çıxarıb təqdim etmişdir. Şahid2 üzərindən aşkar edilmiş bir ədəd kağız büküm açılarkən içərisində yaşıl rəngdə, kəskin iyli narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə aptek tərəzisində çəkilmiş və kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,5 qram olmuşdur. Sorğu zamanı həmin narkotik vasitə qurudulmuş marixuananı dostu Elvin xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Fəxrəddin adlı şəxsdən 10 manata aldığını, özləri istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Şahid2 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmiş və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra Şahid1 sorğu zamanı təqdim etdiyi 6 manat pulu dostu Rəşaddan borc aldığı 20 manat puldan qaldığını bildirmişdir. Belə ki, o, Rəşad adlı dostundan 20 manat borc pul alıb xx.xx.2020-ci il tarixdə saat 16 radələrində həmin puldan 10 manatına Fəxrəddindən yaşadığı evin yaxınlığında 1 büküm narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitəni dostu Rəşadla birlikdə çəkmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmək üçün onun yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsinə getmişlər. Orada Fəxrəddinin dayandığını görüb ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirilərək onu polis şöbəsinə dəvət etmiş, sonuncuda buna etiraz etməmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən "West" markalı siqaret qutusunu, içərisində bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olan şəffaf sellafon paketi, əynindəki idman şalvarının cibindən 1 ədəd on manatlıq və 1 ədəd 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 15 manat məbləğdə pul çıxarıb təqdim edərək üzərində digər əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellafon paketə baxılarkən içərisində 8 ədəd bükümlər aşkar oldunmuş, bükümlər açılarkən içərilərində yaşıl rəngli kəskin iyli ota bənzər kütlə yəni, narkotik vasitə qurudulmuş marixuana olduğu, üzərindən aşkar edilmiş siqaret qutusuna baxılarkən siqaret qutusunun içərisindəki yarısı çəkilmiş siqaret giləsində də narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhərinin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində şəhər avtovağzalının arxa hissəsində yerləşən axmaz adlanan su hövzəsindən balıq tutarkən su hövzəninin kənarından tapdığını, bir bükümü siqaretin giləsinə doldurub yarısını çəkdiyini, qalan doqquz bükümü isə şəffaf paketdə əynindəki gödəkcənin cibində gizlədərək özü istifadə etmək məqsədi ilə saxladığını, üzərindən aşkar edilmiş 15 manat puldan 1 ədəd on manatlıq əskinası isə xx xxxxxx 2020-ci il tarixdə tanışı Elvinə bir büküm narkotik vasitə qurudulmuş marixuana sataraq Elvindən aldığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuşdur. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə və 1 (bir) ədəd on manatlıq əskinas poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o, da imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Kərimov X7 Rəhman Rza oğlunun ifadəsində göstərdiyi xususatları öz ifadələrində təsdiq etmişlər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə-marixuananı Şahid1 satmaması ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zor tətbiqinə məruz qaldığını, onu tutan polis əməkdaşlarından bir nəfər Mingəçevir Şəhər Polis şöbəsinin inzibati binasında onu vurduğunu və hazırki cinayət əməlini törətməsini etiraf etməsini ondan tələb etdiyini, bununla da o, işgəncəyə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxsin döyülməsi, xəsarət alması ilə bağlı bildirdikləri, Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanası tərəfindən verilmiş və məhkəmə islasında tədqiq edilmiş məhkumun tibb kitabçası və tibbi ekspert rəyi ilə təkzib olunmuşdur. Belə ki, Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanası tərəfindən verilmiş və məhkəmə islasında tədqiq edilmiş məhkumun tibb kitabçanın 2-ci səhifəsində xx.xx.2020-ci il tarixli ilk tibbi baxış müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs ümumi bədən ağrılarından şikayətlənməmişdir. Həmçinin təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı isə Mingəçevir şəhər prokurorluğuna müraciət olunmadığına görə araşdırma aparılmamış, nə də onun xəsarət alması ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydiyyatı aparılmamışdır. Bundan əlavə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tibb müayinədən keçirilməsi qərara alınmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və X2 Mingəçevir şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 116 saylı rəyi ilə Təqsirləndirilən şəxs məhkəmə tibb müayinəsi zamanı onun bədənində xəsarətlər aşkar olunmamışdır. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Eləcə də, təqsirləndirilən şəxsin Şahid1 narkotik vasitə satmaması ilə bağlı istinad etdiyi dəlillər, həm şahid ifadələri, həm də məhkəmə bioloji ekspertizasının rəyi ilə təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında çarpaz dindirmə zamanı Şahid1 narkotik vasitə olan qurudulmuşmarixuananı təqsirləndirilən şəxsdən Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 14/1 №-li evin yaxınlığında 10 manata satın aldığını üzünə qarşı demişdir. Bununla yanaşı təqsirləndirilən şəxs məhkəmə iclası zamanı gödəkcəsinin sol yan cibində olan siqaret qutusunun içərisindəki 0.26 qram narkotik vasitə qurudulmuş martixuana olan 1 ədəd siqaret papirosunun ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının rəyində isə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana ilə 08 (səkkiz) ədəd qəhvəyi rəngli kağız bükümlərdə və 01 (bir) ədəd papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Göründüyü kimi təqsirləndirilən şəxsin özünün etiraf etdiyi yarım çəkilmiş papirosda olan narkotik vasitə qurudulmuş marixuana həm 8 ədəd bükümdə, həm də Şahid2 üzərindən çıxmış ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuananın hamısı eyni tərkibli olmuşdur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı istinad etdiyi dəlillər əsassızdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürülmə keçirilməsi barədə protokoldan görünür ki, Şahid2 üzərinə şəxsi axtarış zamanı sol əlindən ağ kağıza bükülmüş bir ədəd bükümdə içərisində qurudulmuş marixuanaya oxşar kütlə əynindəki qış gödəkcəsinə sağ yan cibindən bir ədəd pul qabı, bir ədəd alışqan, sol yan cibində bir ədəd “LD” marakalı siqaret qutusu, bir ədəd alışqan, qara rəngli yay şalvarının sol cibindən qəpik pullar aşkar olunmuşdur. Sol əlində ağ kağıza bükülmüş bir ədəd bükümdə içərisində qurudulmuş marixuanaya oxşar kütləni xx.xx.2020-ci il tarixdə Şahid1 ondan 20 manat borc pul istədiyini, onun da pulu ona verdiyini , birlikdə 16 nömrəli məktəbin yaxınlığında Elvinin Faxı ləqəbli şəxsə 10 manat pul ödəyib bir bükümdə içərisində qurudulmuş marixuanaya oxşar kütləni aldığını, birlikdə şəhərin S.Vurğun küçəsində bağçanın yaxınlığında insanlardan kənar yerə çəkilib onun əlində olan zaman polis əməkdaşlarının onlara yaxınlaşdığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə Digital Scole markalı elektron tərəzidə çəkilmiş, götürülmüş kağıza bükülümüş bir ədəd bükümdə içərisində qurudulmuş narixiuanaya oxşar kütlənin ümumi çəkisi 05 qram olmuşdur. Üzərindən götürülmüş narkotik vasitə olan “marixuana”ya oxşar kütlə Samsung markalı video-kamera ilə videoya çəkildi və ayrı-ayrı zərfə qoyularaq möhürləndi və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf sellafon paketdə içərisində 08 (səkkiz) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi-0.98qr, 0.89qr., 0.94qr.. 1.02qr. 0.88qr„ 1.09qr., 0,77qr, 0,84qr, ümumi təmiz çəkisi-7.41 qram, həmin gödəkcənin sol yan cibindəki siqaret qutusunun içərisindən isə içərisində 0.26 qram narkotik vasitə qurudulmuş martixuana olan 1 ədəd siqaret papirosu, yəni ümum təmiz çəkisi 7,67 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki idman şalvarının sol yan cibindən Şahid1 narkotik vasitə qurudulmuş marixuana sataraq əldə etdiyi 1 ədəd “15833884” seriyalı on manatlıq əskinas aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixdə tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmiş, baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “West” markalı siqaret qutusu, həmin gödəkcənin sağ yan cibindən içərisində bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olan şəffaf sellafon paket, əynindəki idman şalvarının sol yan cibindən 1 ədəd on manatlıq 1 ədəd 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 15 manat məbləğdə pul aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/512 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Şahid2 üzərindən aşkar olunub götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi-0.20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Kağız bükümün içərisindəki, təmiz çəkisi 0.11 qram olan digər bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki ; - 08(səkkiz) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,98qr., Ü.89qr.. 0.94qr„ 1.02qr. 0,88qr, 1.09qr, 0.77qr, 0,84qr., ümumi təmiz çəkisi-7.41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana; -01 (bir) ədəd siqaret qutusundakı yarım papirosda, təmiz çəkisi-0.26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin papirosun içərisindəki təmiz çəkisi-0,39 qram olan digər bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana ilə 08(səkkiz) ədəd qəhvəyi rəngli kağız bükümlərdə və 01 (bir) ədəd papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eyni olmuşlar. İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0.2 qram və 0.18 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0.18 qram. 7.49 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd "15833884" seriyalı on manatlıq əskinaz iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə gör maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlı diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə daxil olan zənglər əsasında Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi və Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələri arasında mütəmadi olaraq telefon əlaqəsi olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 937 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi X4 “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şahid2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, Şahid1 əməlində CM-in 234.1 və 234.2-ci maddələrinin tərkib əlamətləri istintaq materialları ilə təsdiq olunmadığına görə barələrində cinayət təqibi rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf sellofan paketin içərisindəki kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 №-li evin 28 №-li mənzilinə gətirib üzərində gizlədib saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində sözügedən evin yaxınlığında həmin narkotik vasitə-qurudulmuş marixuanadan 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0.20 qram olan hissəsini Şahid1 10 manata qanunsuz olaraq satmaqla, ümumi təmiz çəkisi 7,41 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı isə satış məqsədi olmadan əynindəki qara rəngli gödəkcənin sağ yan cibində gizlədib qanunsuz olaraq daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 №-li evin yaxınlığında həmin narkotik vasitə-qurudulmuş marixuanadan bir ədəd kağız bükümdə təmiz çəkisi 0.20 qram olan hissəsini Şahid1 10 manata qanunsuz olaraq sataraq Şahid1 əldə etdiyi 1 ədəd 15833884 seriyalıq 10 manatlıq əskinası əynindəki qara rəngli idman şalvarının sağ yan cibində, qalan doqquz ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanının bir bükümünü papirosa doldurub bir hissəsini çəkib qalan yarım papirosda təmiz çəkisi 0.26 qram olan hissəsini "West'' markalı siqaret qutusunda əynindəki qara rəngli gödəkcənin sol yan cibində 8 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,98 qram. 0.89 qram. 0.94 qram, 1.02 qram, 0.88 qram, 1,09 qram. 0.77 qram, və 0.84 qram ümumi təmiz çəkisi 7,41 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı isə satış məqsədi olmadan əynindəki qara rəngli gödəkcənin sağ yan cibində gizlədib qanunsuz olaraq daşıyaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd 15833884 seriyalı 10 manatlıq əskinas ondan aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1 və 234.2–ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011–ci il tarixli Qərarının 9–cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzalardan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2020-ci il tarixdə tərtib olunmuş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, ona cəza çəkdiyi müddət ərzində barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu yaşadığı ərzidə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli əmlak olan, təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi və üzərindən aşkar olunaraq götürülmüş, 1 (bir) ədəd 15833884 seriyalı 10 manatlıq əskinas dövlət nəfinə alınmaqla müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan Şahid2 Murad oğlunun və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra xalis çəkisi 0,18 qram və 7,49 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat və vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat və vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 234.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.1–ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 234.2–ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalardan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 avqust 2020–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxs Şahid2 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra xalis çəkisi 0,18 qram və 7,49 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə müsadirə edilməli əmlak olan, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi və üzərindən aşkar olunaraq götürülmüş,iş üzrə maddi sübut kimi Mingəçevir Şəhər Polis Şöbəsində saxlanan 1(bir) ədəd 15833884 seriyalı 10 manatlıq əskinas dövlət nəfinə alınmaqla müsadirə edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat və vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat və vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi qaydada hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar