Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-32/2023 02.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: X11 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın təsiri altında, habelə alkoqollu içkilərin təsiri nəticəsində sərxoş halda 20 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində “Kür” çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində “Mingəçevir kəndi” adlanan ərazidə qanunsuz balıq ovu etmək məqsədi ilə 16 sentyabr 2022-ci il tarixdə çayın su hövzəsində quraşdırdığı balıq torlarına qonşusu X16 ilə sonuncunun idarə etdiyi qayığın içərisindən nəzarət edərkən, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərovun 20 sentyabr 2022-ci il tarixli 259 nömrəli əmri ilə bir günlük “Balıqçılıq haqqında” Qanunun tələblərinə riayət olunması vəziyyətinin araşdırılması tapşırılmış, 06 mart 2019-cu il tarixli əmək müqaviləsi ilə xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə nəzarət, xidməti ərazidə gündəlik müşahidələrin aparılması, brokonyerlərə qarşı mütəmadi olaraq ciddi qaydada nəzarət tədbirləri görmək, xidməti ərazidə ətraf mühitin mühafizəsinə dair aparılan yoxlamalarda və reydlərdə iştirak etmək vəzifələri həvalə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioloji müxtəlifliyin qorunmasına nəzarət qrupunun baş mütəxəssis yegeri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və 15 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X9 idarəsinin direktoru Fizuli Babayev tərəfindən təsdiq olunmuş gövdə hissəsi üzrə dülgərlik işlərini görməyi bacarmaq, gövdə hissəsinin bütün texniki vasitələrini idarə etməyi bacarmaq, göyərtələrin yanğınsöndürmə vəsaitlərindən istifadə etməyi bacarmaq vəzifələri həvalə edilmiş 19 aprel 2021 -ci il tarixli 161/K nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X9 İdarəsində matros vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 reyd zamanı Təqsirləndirilən şəxs qanunsuz balıq ovu ilə məşğul olmasını aşkar edib xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun olduğu qayığa istifadələrinə olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah etməklə, barəsində inzibati məsuliyyət nəzərdə tutan protokol tərtib edəcəyini nəzərinə çatdıraraq onlarla birlikdə sahilə yaxınlaşmasını tələb etdikdə, Təqsirləndirilən şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı zor tətbiq etməklə müqavimət göstərib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş “Vellboat-46” markalı “Merkuri ML-30” mühərrikli sərnişin götürmə qabiliyyəti 4 nəfər, yük götürmə qabiliyyəti 0.40 ton olan qayığın içərisindəki tünd göy rəngli plastik qabda olan benzin məhlulunu götürərək, “Vellboat-46” markalı qayığın içərisinə töküb dərhal özündə olan alışqan vasitəsi ilə yandırmış, nəticədə alovun təsirindən qayıqda olan Zərərçəkmiş şəxs1 hər iki üzündə, hər iki said nahiyələrində, Zərərçəkmiş şəxs2 sol əlində termiki yanıq əmələ gəlməklə onların sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan “Vellboat-46” markalı “Merkuri ML-30” mühərrikli qayığa 1750 manat maddi ziyan vurmaqla hakimiyyət nümayəndələri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda işləmir. Fərdi əməklə məşğuldur. Ailəlidir, üç övladı var. Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsində balıq ovu ilə məşğul olur. Həftədə təqribən üç-dörd dəfə öz qayığı ilə Kür çayında tor quraraq balıq ovu edir. 16 sentyabr 2022-ci il tarixdə Kür çayında bir ədəd tor qurmuşdur. 20 sentyabr 2022-ci il tarixdə saat 06:00-da yaşadığı mənzildən çıxıb qayığı suya endirmişdir. Həmin vaxt qonşusu X12 onun birlikdə olmuşdur. O, Natiq Qəribov ilə birlikdə suda qurduğu torlar istiqamətində hərəkət etmişdir. Qayıq mühərrikli olmadığı üçün Natiq Qəribov qayığı əllə idarə etmişdir. Suya qurduğu torlar onun olmuşdur. Natiq Qəribov qayıq sürmək üçün ona kömək etmişdir. Təqribən saat 09 radələrində o, Natiq Qəribov ilə birlikdə qurduğu torların yanında olarkən mühərrikli kiçik həcmli gəmi onlara yaxınlaşmışdır. Həmin kiçik həcmli gəmidə oturan şəxsləri tanımamışdır. Onların sonradan 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər heç vaxt tanımamış, sonuncular ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb özlərini tam xatırlamasa da ya su polisi, yada ekologiya xidmətinin əməkdaşları kimi təqdim etmişdirlər. Ona balıq ovunun qadağan olduğunu bildirmişdirlər. Bundan sonra kiçik həcmli gəmidə olan ekologiya idarəsinin əməkdaşlarından biri onun balıq ovu etməsini sənədləşdirməyə başlamışdır. O, həmin şəxslərə etməməsini, maddi imkanının zəif olduğunu, balığı ailə üzvlərini dolandırmaq üçün tutduğunu demişdir. Ekologiya İdarəsinin əməkdaşları ilə arasında mübahisə yaranmışdır. Ekologiya idarəsinin işçilərinə onu əsəbləşdirməməyi əks təqdirdə idarə etdikləri gəmini yandıraçağını bildirmişdir. Onun Kürə çıxdığı qayıq mühərriksiz olduğu üçün qayığında benzin olmamışdır. Ekologiya idarəsinin əməkdaşlarına tərəf çevrilib heyf ki, o kiçik həçmli gəmilərində olan benzinin onun qayığında olmadığını demişdir. Bu zaman ekologiya idarəsinin əməkdaşı gəmisində olan benzin məhlulunu götürərək “ala yandır görüm necə yandırırsan” deyib ardınca ona və ailə üzvlərinə qarşı təhqir etmişdir. Onun qayığı ilə ekologiya idarəsinin əməkdaşlarının idarə etdiyi kiçik həcmli gəmi tam yan yana dayanmışdır. O, qonşusu Natiq Qəribov ilə öz qayığında, ekologiya idarəsinin əməkdaşları isə öz kiçik həcmli gəmilərində olmuşdurlar. O, tünd göy rəngli qabda olan benzin məhlulunu götürüb ağzını açaraq içindəki məhlulu ekologiya idarəsinin əməkdaşlarının əyləşdiyi kiçik həcmli gəminin içinə tökmüşdür. Təqribən yarım litrdən çox benzin məhlulunu gəminin içinə tökdüyünü xatırlayır. Bundan sonra göy rəngli benzin qabı əlində ola ola qayığının kənarına siqaretimin yanına qoyduğu alışqanı götürmüşdür. Alışqanı yandıran kimi əlində olan göy rəngli benzin qabı alışmağa başlamışdır. Həmin qab əlində yandığı üçün ekologiya idarəsinin əməkdaşlarının əyləşdiyi kiçik həcmli gəmiyə benzin qabını atmışdır. Bundan sonra ekologiya idarəsinin əmədaşlarının əyləşdiyi kiçik həcmli gəmidə yanğın başlamışdır. Ekologiya idarəsinin əməkdaşlarının hər ikisi özlərini suya atmışdırlar. Onların qayıqları yan yana olduğu üçün alovun təsirindən oda suya yıxılmışdır. Onlar suda olarkən ekologiya idarəsinin əməkdaşlarının hadisə yerinə gəldiyi gəmidə partlayış baş vermişdir. Hadisə baş verən vaxt bir Natiq Qəribov gəmidə qalmışdır. Natiq onların hamısına kömək edib sudan çıxarmışdır. Ekologiya idarəsinin əməkdaşları sudan çıxandan sonra kiçik həcmli gəmilərini söndürməyə başlamışdırlar. Bundan sonra baş vermiş hadisə barədə rəhbərliklərinə və hüquq mühafizə orqanlarına məlumat vermişdirlər. Onun balıq ovu etmək üçün balıq ovlama bileti yoxdur. Ona məxsus qayığın mühərriki yoxdur. Bu səbəbdən həmin qayıqda benzin məhlulu olmamışdır. O, ekologiya idarəsinin əməkdaşları ilə mübahisə etdikdən sonra onlar ona benzin qabını uzadaraq “ala yandır görüm necə yandırırsan” deyib onu və ailə üzvlərini təhqir etmişdirlər. O, həmin sözlərdən əsəbləşib qabda olan benzini kiçik həcmli gəmiyə tökərək yandırmışdır. Onun ekologiya idarəsinin əməkdaşları ilə fiziki təması olmamışdır. Onlar əlbəayağa mübahisə etməmişdirlər. Baş vermiş hadisə zamanı o, xəsarət almamışdır. Hadisə baş verərkən həmin yerdə ekologiya idarəsinin iki əməkdaşı qonşusu Natiq Qəribov və o, olmuşdur. Oğlu Şahid o, zəng vurub bildirdikdən sonra hadisə yerinə gəlmişdir. Onun qurduğu torun uzunluğu 100 metr olmuşdur. Həmin torun gözlərinin ölçüsü 24-lükdür. 20 sentyabr 2022-ci il tarixdə səhər saatlarında spirtli içki qəbul etmişdir. O, narkotik vasitələrdən istifadə etməmişdir. Daha sonra bildirdi ki, zərərçəkmiş şəxlərlə barışıq əldə etmiş və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, bütün bunları nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 01 may 2017-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsində işləyir. Tutduğu vəzifədə isə 06 mart 2019-cu il tarixdən işləyir. O, tutduğu vəzifəyə uyğun olaraq xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə nəzarət, xidməti ərazidə gündəlik müşahidələrin aparılması, xidməti ərazidə baş verə biləcək qanun pozuntusunun qarşısının alınması, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi vəzifələri yerinə yetirir. Göstərdiyi vəzifələrin icrası ilə əlaqədar 20 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində qayıqçı matros Zərərçəkmiş şəxs2 ilə Kür çayında reyd keçirmək üçün şəhər ərazisində yerləşən Sahil parkından Nazirliyin balansında olan kiçik həcmli mühərrikli gəmiyə əyləşmişdirlər. Həmin vaxt onlar suda reyd keçirərkən iş yoldaşı məsləhətçi müfəttiş X3 quru ərazidə hərəkət etmişdir. Sonuncuya Kür çayının sol cinahında reyd keçirəcəklərini, həmin ərazidə olmasını lazım olarsa sənədləşmə işləri aparacağını bildirmişdir. Bundan sonra o, matros Zərərçəkmiş şəxs2 ilə Kür çayının Yevlax şəhəri istiqamətində axan hissəsində “Mingəçevir kəndi” adlanan ərazidə reydə başlamışdır. Təqribən saat 09 radələrində uzaqdan bir qayığın Kür çayında hərəkət etdiyini görmüşdür. Matros Zərərçəkmiş şəxs2 həmin qayıq istiqamətində hərəkət edərək ona yaxınlaşmışdır. Həmin qayıqda adını sonradan bildiyi Təqsirləndirilən şəxs və X16 əyləşmişdir. Natiq Qəribovu qayıqda əyləşmiş vəziyyətdə, Təqsirləndirilən şəxs isə balıq tutmaq üçün qurduğu toru yığarkən görmüşdür. Matros Zərərçəkmiş şəxs2 onların içərisində olduqları kiçik həcmli mühərrikli gəmini qarşı tərəfin əyləşdiyi qayığa tam yaxınlaşdırmışdır. Hətta o səviyyədə yaxınlaşma olmuşdur ki, qayıqlar paralel istiqamətdə bir birlərinə toxunulu dayanmışdırlar. Onların kiçik həcmli mühərrikli gəmilərinin mühərriki səs etdiyi üçün Toğrul mühərriki söndürmüşdür. Bundan sonra o, özünü Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona qulaq asaraq qurduğu balıq torunu yığmağa davam etmişdir. Ardından Təqsirləndirilən şəxs balıq ovlamaq üçün biletinin olubolmadığını soruşmuşdur. Kür çayında bir mənalı olaraq balıq ovu üçün balıq ovlama bileti verilmədiyini bilsədə tam əmin olmaq üçün yenədə Təqsirləndirilən şəxs balıq ovlama biletinin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs ona balıq ovlama bileti olmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs balıq ovlamağın qadağan olunduğunu bildirib, müvafiq sənədləşmə işinə başlamışdır. Təqsirləndirilən şəxs adını qeyd edən zaman sonuncu onlarla mübahisə etməyə, qanunsuz həyata keçirdiyi balıq ovunu sənədləşdirmənin qarşısını almağa başlamışdır. O, Təqsirləndirilən şəxs quruya çıxmağı və həmin sənədləşmə işinin davamının Rübail Allahverdiyev tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mübahisəni daha da dərinləşdirərək nalayiq ifadələr işlədərək əlini onların əyləşdiyi kiçik həcmli mühərrikli gəmidə olan göy rəngli benzin qabına atmışdır. Təqsirləndirilən şəxs həmin benzin qabını açaraq onların gəmisinin içinə tökməyə başlamışdır. O, gəmidə oturaq vəziyyətdə olduğu üçün benzin birinci tökülən zaman onun üz nahiyəsinə dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs hərəkətinin qarşısını almaq üçün ayağa durmuşdur. Həmin vaxt qolu qısa paltar geyindiyi üçün tökülən benzin bir başa sağ qoluna da dəymişdir. Təqsirləndirilən şəxs bir başa benzini nə onun nədə Zərərçəkmiş şəxs2 üstünə tökməmişdir. Onun niyyəti həmin benzin məhlulunu onların gəmisinin içərisinə tökmək olmuşdur. Amma həmin vaxtı o, əsəbi halda benzin qabını tökdüyü üçün həmin benzin məhlulu onların üzərinə də dəymişdir. Təqsirləndirilən şəxs bir az benzin məhlulundan tökdükdən sonra öz qayığında olan alışqanı götürüb yandırmışdır. Alışqan yanan kimi Təqsirləndirilən şəxs əlində olan benzin qabı yanmağa başlamış və sonuncu yanan benzin qabını onların olduğu gəmiyə atmışdır. Bu zaman onların olduğu gəmidə güclü alovlanma baş vermişdir. Alovlanma başlayan kimi o, özünü Kür çayının suyuna atmışdır. Özünü Kür çayına atmağıma baxmayaraq üz nahiyəsində və sağ qolunda yanıq xəsarətləri əmələ gəlmişdir. O, suda olarkən Zərərçəkmiş şəxs2 özünü suya atmışdır. Suyun altından çıxarkən Təqsirləndirilən şəxsda suda olduğunu görmüşdür. Sonuncunun yanında olan Natiq Qəribov onlara kömək edərək sudan çıxarmışdır. O, sudan çıxanda Toğrulun qurudan qayığa torpaq ataraq söndürdüyünü görmüşdür. Bundan sonra baş vermiş hadisə barədə rəhbərliklərinə və hüquq mühafizə orqanlarına məlumat vermişdirlər. Baş vermiş hadisə nəticəsində sağ qolundan və üz nahiyəsindən termiki yanıq xəsarətləri almışdır. Baş vermiş hadisə nəticəsində matros Zərərçəkmiş şəxs2 sol əlindən termiki yanıq xəsarəti almışdır. Təqsirləndirilən şəxs balıq ovlama bileti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz balıq ovu etmişdir. Təqsirləndirilən şəxs özü əl ataraq onların kiçik həcmli gəmisində olan tünd göy rəngli qabı götürmüşdür. Nə o, nədə Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs təhqir edilməmişdir. Hadisə baş verən vaxt onlar ümumilikdə dörd nəfər olmuşdurlar. Belə ki, onun yanında matros Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs yanında isə tanışı Natiq Qəribov olmuşdur. Təqsirləndirilən şəxs oğlu Şahid hadisə baş verdikdən sonra hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxsla birlikdə qayıqda olan Natiq Qəribov həmin vaxtı balıq ovu etməmişdir. Sonuncu yalnız Təqsirləndirilən şəxs məxsus gəmini idarə etmişdir. Nə onun nə də matros Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla fiziki təması olmamışdır. Onlar əlbəayağa mübahisə etməmişdirlər. Təqsirləndirilən şəxs benzin məhlulunu bir başa onların olduğu gəminin içinə tökmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əsəbi halda benzin məhlulunu tökdüyü üçün həmin benzin məhlulu onun və Zərərçəkmiş şəxs2 üstünə dəymişdir. Amma, Təqsirləndirilən şəxs məqsədi həmin benzin məhlulunu bir başa onların olduğu gəminin içinə tökmək olmuşdur. Hadisə baş verərkən Təqsirləndirilən şəxsla birlikdə olan Natiq Qəribovun hər hansı qanunsuz hərəkətini müşahidə etməmişdir. Natiq Qəribov heç bir söz demədən mübahisəyə baxmışdır. Baş vermiş hadisə nəticəsində onların istifadə etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan kiçik həcmli mühərrikli gəmiyə maddi ziyan dəymişdir. Belə ki, gəminin döşəməsi, elektrik naqilləri, oturacaqları və kürəkləri yanaraq yararsız hala düşmüşdür. Daha sonra bildirdi ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edlməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 19 aprel 2022-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X9 idarəsinin matrosu vəzifəsində işləyir. Tutduğu vəzifəyə uyğun olaraq gəminin gövdə hissəsi üzrə dülgərlik işləri görməyi, gövdə hissəsinin bütün texniki vasitələrini idarə etməyi, göyərtədə yanğınsöndürmə vasitlərindən istifadə etməyi bacarmaq vəzifələrini həyata keçirir. Göstərdiyi vəzifələrin icrası ilə əlaqədar 20 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində istifadəsində olan “Vellboat 46” markalı “Merkuri 30 ML” mühərrikli gəmini xidmətə hazır vəziyyətə gətirmişdir. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Zərərçəkmiş şəxs1 həmin günü reyd keçirilməsini planlamışdır. Kür çayında reyd keçirmək üçün şəhər ərazisində yerləşən Sahil parkından Nazirliyin balansında olan kiçik həcmli mühərrikli gəmiyə əyləşmişlər. Həmin vaxt onlar suda reyd keçirərkən iş yoldaşları məsləhətçi müfəttiş X3 quru ərazidə hərəkət etmişdir. Sonuncuya Kür çayının sol cinahında reyd keçirəcəklərini və həmin ərazidə olmasını lazım olarsa sənədləşmə işləri aparacağını Bəhruz bildirmişdir. Bundan sonra o, iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə Kür çayının Yevlax şəhəri istiqamətində axan hissəsində Mingəçevir kəndi adlanan ərazidə reydə başlamışlar. Təqribən saat 09 radələrində uzaqdan bir qayığın Kür çayında hərəkət etdiyini görmüşdürlər. O, idarə etdiyi kiçik həcmli mühərrikli gəmini həmin qayıq istiqamətində hərəkət etdirərək ona yaxınlaşmışdır. Həmin qayıqda adını sonradan bildiyi Təqsirləndirilən şəxs və X16 əyləşmişdir. Natiq Qəribovu qayıqda əyləşmiş vəziyyətdə, Təqsirləndirilən şəxs isə balıq tutmaq üçün qurduğu toru yığarkən görmüşdür. O, onların içərisində olduğu kiçik həcmli mühərrikli gəmini qarşı tərəfin əyləşdiyi qayığa tam yaxınlaşdırmışdır. Hətta o səviyyədə yaxınlaşma olmuşdur ki, qayıqlar paralel istiqamətdə bir birlərinə toxunulu dayanmışdırlar. Onların kiçik həcmli mühərrikli gəmisinin mühərriki səs etdiyi üçün mühərriki söndürmüşdür. Bundan sonra iş yoldaşı Zərərçəkmiş şəxs1 özünü Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qulaq asaraq qurduğu balıq torunu yığmağa davam etmişdir. Ardından Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs balıq ovlamaq üçün biletinin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs Bəhruza balıq ovlama bileti olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs balıq ovlamağın qadağan olunduğunu bildirib, müvafiq sənədləşmə işinə başlamışdır. Təqsirləndirilən şəxs adını qeyd edən zaman sonuncu onlarla mübahisə etməyə qanunsuz həyata keçirdiyi balıq ovunu sənədləşdirməsinin qarşısını almağa başlamışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs quruya çıxmağı və həmin sənədləşmə işinin davamının Rübail Allahverdiyev tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mübahisəni daha da dərinləşdirərək nalayiq ifadələr işlədərək əlini onların əyləşdiyi kiçik həcmli mühərrikli gəmidə olan göy rəngli benzin qabına atmışdır. Təqsirləndirilən şəxs həmin benzin qabını açaraq onların gəmisinin içinə tökməyə başlamışdır. O, gəminin arxa hissəsində mühərrikin yanında oturaq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs benzin məhlulunu tökməyə başlayan kimi o, ayağa qalxmışdır. Tökülən benzindən bir hissəsi onun sol əlinə dəymişdir. Təqsirləndirilən şəxs bir başa benzini nə onun nədə Zərərçəkmiş şəxs1 üstünə tökməmişdir. Onun niyyəti həmin benzin məhlulunu onların əyləşdiyi gəminin içərisinə tökmək olmuşdur. Amma həmin vaxtı o, əsəbi halda benzin qabını tökdüyü üçün həmin benzin məhlulu onların üzərinə də dəymişdir. Təqsirləndirilən şəxs bir az benzin məhlulundan tökdükdən sonra öz qayığında olan alışqanı götürüb yandırmışdır. Alışqan yanan kimi Təqsirləndirilən şəxs əlində olan benzin qabı yanmağa başlamış və sonuncu yanan benzin qabını onların olduğu gəmiyə atmışdır. Bu zaman onların olduğu gəmidə güclü alovlanma baş vermişdir. Alovlanma başlayan kimi o, gəminin mühərrikə qoşulmuş əsas çənini mühərrikdən ayırıb özünü Kür çayına atmışdır. İş yoldaşı o, çəni ayırana kimi gəminin ön hissəsindən özünü Kür çayına atmışdır. Özünü Kür çayına atmasına baxmayaraq sol əl nahiyəsində yanıq xəsarəti əmələ gəlmişdir. Kür çayının suyuna düşər düşməz çıxıb gəmini quruya tərəf itələmişdir. Quru sahəyə çıxıb gəmidə baş vermiş yanğını söndürmək üçün gəmiyə torpaq atmağa başlamışdır. O, gəmidə baş vermiş yanğını söndürərkən Təqsirləndirilən şəxs yanında olan Natiq Qəribov iş yoldaşı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs sudan çıxarmağa kömək etmişdir. Gəmidə yanğın söndürüldükdən, Bəhruz ilə Şaban sudan çıxdıqdan sonra baş vermiş hadisə barədə rəhbərliklərinə və hüquq mühafizə orqanlarına məlumat vermişdirlər. Baş vermiş hadisə nəticəsində o, sol əlindən termiki yanıq xəsarəti almışdır. Baş vermiş hadisə nəticəsində iş yoldaşı Zərərçəkmiş şəxs1 sağ qolundan və üz nahiyəsindən termiki yanıq xəsarətləri almışdır. Təqsirləndirilən şəxs balıq ovlama bileti olmamışdır. Təqsirləndirilən şəxs özü əl ataraq onların kiçik həcmli gəmisində olan tünd göy rəgli qabı götürmüşdür. Nə o, nədə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs təhqir edilməmişdir. Hadisə baş verən vaxt onlar ümumilikdə dörd nəfər olmuşdurlar. Belə ki, onun yanında iş yoldaşı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs yanında isə tanışı Natiq Qəribov olmuşdur. Təqsirləndirilən şəxs oğlu Şahid hadisə baş verdikdən sonra hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxsla birlikdə qayıqda olan Natiq Qəribov həmin vaxtı balıq ovu etməmişdir. Sonuncu yalnız Təqsirləndirilən şəxs məxsus qayığı idarə etmişdir. Nə onun nə də iş yoldaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla fiziki təması olmamışdır. Onlara əlbəayağa mübahisə etməmişdirlər. Təqsirləndirilən şəxs benzin məhlulunu bir başa onların olduğu gəminin içinə tökmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əsəbi halda benzin məhlulunu tökdüyü üçün həmin benzin məhlulu onun və Zərərçəkmiş şəxs1 üstünə dəymişdir. Amma, Təqsirləndirilən şəxs məqsədi həmin benzin məhlulunu bir başa onların olduğu gəminin içərisə tökmək olmuşdur. Hadisə baş verərkən Natiq Qəribov heç bir söz demədən mübahisəyə baxmışdır. Baş vermiş hadisə nəticəsində onların istifadə etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan kiçik həcmli mühərrikli gəmiyə maddi ziyan dəymişdir. Belə ki, gəminin döşəməsi, elektirk naqilləri, oturacaqları və kürəkləri yanaraq yararsız hala düşmüşdür. Daha sonra bildirdi ki, hal-hazırda təqsirləndirilən şəxlə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edlməsini xahiş etdi. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Mingəçevir şəhər Su Kanal idarəsində fəhlə vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, atası Təqsirləndirilən şəxs Kür çayının Mingəçevir şəhər ərazisində keçən hissəsində balıq ovu ilə məşğul olur. 20 sentyabr 2022ci il tarixdə saat 06:00-da atası Təqsirləndirilən şəxs qonşuları Natiq Qəribov ilə birlikdə qurduğu balıq torlarına yoxlamaq üçün Kür çayına getmişdirlər. Həmin vaxtı Natiq Qəribov atasına məxsus qayığı idarə etmişdir. Təqribən saat 09 radələrində Təqsirləndirilən şəxs ona zəng gəlmişdir. Təqsirləndirilən şəxs ona mübahisəsi olduğunu və həmin yerə gəlməsini xahiş etmişdir. O, atasının çağırışı əsasında cəld həmin yerə getmişdir. Təqsirləndirilən şəxs dediyi yerə çatanda sonuncu ilə 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin iki əməkdaşı arasında mübahisə olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, balıq tutan zaman 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun yanına yaxınlaşmışdırlar. Bundan sonra Təqsirləndirilən şəxs ilə ekologiya xidmətinin əməkdaşları arasında sözlü mübahisə yaranmış, həmin əməkdaşlar kiçik həcmli mühərrikli gəmilərində olan benzin məhlulunu atasına verərək özlərinin içərisində olduqları gəmiyə tökmələrini istəmişdirlər. Təqsirləndirilən şəxs həmin benzin məhlulunu ekologiya əməkdaşlarının içərisində olduqları gəmiyə tökərək alışqan vasitəsi ilə yandırmışdır. Gəmidə yanğın başladıqdan sonra həm Şaban həmdə ekologiyanın əməkdaşları özlərini Kür çayına atmışdırlar. Atası Təqsirləndirilən şəxs balıq ovlamaq üçün bileti yoxdur. Hadisə barədə məlumatı o, atası Təqsirləndirilən şəxs əldə etmişdir. O, hadisə yerinə çatanda bütün hərəkətlər başa çatmışdır. 20 sentyabr 2022-ci il tarixdə hadisə baş verməsi ilə əlaqədar əsəbi halda olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə zəng vurub pul tələb edilməsi ilə bağlı məlumat vermişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhərində “Mingəçevir kəndi” adlanan ərazidə 40° 44' 20" N- 47° 03' 40" E koordinatlarda yerləşən sahədir. Hadisə yeri Kür çayının sahilidir. Suyun quruya birləşdiyi yerdə yabanı halda yetişmiş bitkilərin olması müşahidə olunur. Suyun üzəri yosun bağlamışdır. Zərərçəkmiş şəxs2 idarə etdiyi kiçik həcmli mühərrikli gəmini göstərərək Təqsirləndirilən şəxs tərəfindən benzin məhlulu tökülərək yandırıldığını bildirdi. Gəminin döşəməsinə, sağ və sol hissələrinə nəzər saldıqda termiki yanıq izlərinin olması müşahidə edilir. Gəminin döşəməsinin kənarı ilə çəkilmiş elektrik naqilində də termiki yanıq izləri vardır. Döşəmədə olan qoruyucu təbəqə alovun təsirindən zədələnmişdir. Gəminin içərisində 2 ədəd kürək vardı. Kürəyin sapları taxta materialından olsa da sonluğu polietilen materialındandır. Hər iki kürəyin polietilen olan hissəsinə nəzər saldıqda termiki yanıq izlərinin olması müşahidə edilir. Gəminin kiçik həcmli mühərrikində heç bir termiki zədə izi aşkar edilmədi. Gəminin içərisində torpaq olması müşahidə edilir. Zərərçəkmiş şəxs2 həmin torpağın özü tərəfindən yanğını söndürmək üçün gəminin içinə atıldığını bildirdi. Əlavə olaraq Zərərçəkmiş şəxs2 gəminin alt hissəsində olan qoruyucu təbəqənin də yanğının təsirindən zədələndiyini bildirdi. Suya nəzər saldıqda tünd göy rəngli qabın olması müşahidə olunur. Zərərçəkmiş şəxs2 həmin tünd göy rəngli qabın içərisində gəminin ehtiyat benzini olduğunu və Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi gəmiyə tökülərək yandırıldığını bildirdi. Suyun üzərinə nəzər saldıqda göy qurşağı kimi müxtəlif rənglərdə olması görsənir. Buda həmin tünd rəngli qabın içərisində benzin məhlulunun olmasını istisna etmir. Tünd göy rəngli qab sahilə çıxarıldı. Qaba nəzər saldıqda polietilen materialından olması müşahidə edilir. Göy rəngli qab deformasiya uğramışdır. Qabın üzərində termiki yanıq izləri müşahidə edilir. Qabın içərisindən kəskin benzin qoxusu gəlir. Qabın içərisində təqribən 5 litrə kimi benzin məhluluna bənzər məhlul vardır. Qabın daşınması təhlükəsi olduğundan içərisində olan benzin iki ədəd analiz qabına tökülərək nümunə üçün götürülmüşdür. Qabda olan benzin boşaldıldı bundan sonra qab da müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Suya nəzər saldıqda üzərində balıq tutmaq üçün tor qurulması müşahidə edilir. Həmin tor kiçik həcmli gəmi vasitəsi ilə yığılaraq kisəyə qoyuldu. Torun təqribi uzunluğu 100 metr olmaqla gözlərinin ölçüsü 32-likdir. Balıq tutmaq üçün tor müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qayığını göstərdi. Həmin qayığın hadisə baş verdikdən sonra təqribən 100 metr aralıya çəkildiyini bildirdi. Hadisə yerinə baxış zamanı aşkar edilmiş, tünd göy rəngli içi boş qab, balıq toru və benzin qabından təhlükəsizlik üçün iki ədəd analiz qabına doldurulmuş məhlul götürülmüşdür. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, tünd göy rəngli polietilen materialından hazırlanmış qabdır. Qabdan benzin iyi gəlməsi hiss olunur. Qabın üst hissəsində termiki yanıq izləri var. Qabın üzərində yazılar vardır. Həmin yazıların oxunması mümkün deyildir. Balıq tutmaq üçün tor vasitəsidir. Torun yaşıl rənglidir. Torun üstə qalan hissələrindən polietilen materialından hazırlanmış kəndir keçir. Torun suyun üzərində durması üçün müəyyən məsafədən bir ağ rəngli polietilen materialından hazırlanmış sır üzgəc (paplavok) quraşdırılmışdır. İki ədəd analiz nümunəsi götürmək üçün qabdır. Qabın qapağı qırmızı rəngli olmaqla, özü şəffaf polietilen materialından hazırlanmışdır. Hər iki qabdan benzin qoxusu gəlməsi hiss olunur. Zərərçəkmiş şəxs1 götürülmüş bir ədəd boz rəngli şalvardır. Şalvarın ön və arxa hissəsində zədə izi müşahidə edilmir. Şalvarın ətəklərinin torpaq olması müəyyən edildi. Zərərçəkmiş şəxs1 götürülmüş bir ədəd qara rəngli qısa qol üst geyimi gödəkcədir. Gödəkcədən benzin qoxusu gəlməsi hiss olunur. Gödəkcənin ön hissəsi zəncirbəndlidir. Gödəkcənin ön sol döş nahiyəsində sapdan toxunulmuş əmtəə nişanı vardır. Gödəkcənin arxa sağ hissəsində ətək nahiyəsində termiki yanıq izləri vardır. Gödəkcənin ön sol nahiyəsində zəncirbəndin yaxınlığında da həmçinin termiki yanıq izləri müşahidə edilir. Gödəkcəyə baxış zamanı başqa zədə izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qara rəngli uzunqol köynəkdir. Uzunqol köynəkdən benzin qoxusu gəlməsi hiss olunur. Köynəyin ön hissəsi zəncirbəndlidir. Köynəyin ön və arxa hissəsində zədə müşahidə edilmir. Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısa qol köynəkdir. Köynəyin nəm olması hiss olunur. Köynəyin ön və arxa hissəsində istifadəyə xarakterik köhnəlmələr vardır. Köynəyə baxış zamanı zədə izi aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli şalvardır. Şalvar nəmdir. Şalvarın ön və arxa hissəsində zədə izi müşahidə edilmir. Baxış zamanı istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa hal aşkar edilmədi. Cinayət işinin materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 721 nömrəli 20 sentyabr 2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 11:35-də yüngül dərəcəli sərxoş (0.36% promil) vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 722 nömrəli 20 sentyabr 2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 12:05-də narkotik vasitə marixuananın təsiri altında olmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Ruhi-əsəb xəstəlikləri dispanserinin 578 nömrəli 29 sentyabr 2022-ci il tarixli məktubda görünür ki, Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 6 ünvanında qeydiyyatda olan 1965-ci il təvəllüdlü Məmmədov X7 Ruhi-əsəb xəstəlikləri dispanserində psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər rayonlararası Narkoloji dispanserinin 373 nömrəli 29 sentyabr 2022-ci il tarixli məktubda görünür ki, Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 6 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14 oktyabr 2017-ci il tarixdən “Kanabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu. Asılılıq sindromu” diaqnozu üzrə Mingəçevi şəhər rayonlararası Narkoloji dispanserdə qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 sentyabr 2022-ci il tarixli 47/1070 nömrəli məktubda görünür ki, Zərərçəkmiş şəxs1 ilə 8 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsi arasında elektron əmək müqaviləsi 06 mart 2019-cu il tarixdə bağlanmışdır. Zərərçəkmiş şəxs1 baş mütəxəssis-mühafizə yegeri vəzifəsinə təyin edilmişdir. 19 aprel 2022-ci il tarixli 018/Ü nömrəli əmrlə Su hövzələrində bioloji resurslara nəzarət qrupunun baş mütəxəssisi Zərərçəkmiş şəxs1 qanunsuz balıq ovu və ovçuluğa qarşı Mingəçevir şəhəri və Yevlax rayonu ərazilərində operativ qrupuna daxil edilmişdir. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərovun 20 sentyabr 2022-ci il tarixli 259 nömrəli əmri ilə məsləhətçi müfəttiş X2 və su hövzələrində bioloji resurslara nəzarət qrupunun baş mütəxəssis-mühafizə yegeri Zərərçəkmiş şəxs1 bir günlük “Balıqçılıq haqqında” Qanunun tələblərinə riayət olunması vəziyyətinin araşdırılması tapşırılmışdır. Zərərçəkmiş şəxs2 19 aprel 2021 -ci il tarixli 161/K nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X9 İdarəsinə KK “Qraduşiy” gəmisinə 03 (üç) ay müddətinə matros vəzifəsinə təyin edilmişdir. “Vellboat-46” markalı “Merkuri ML-30” mühərrikli gəminin bir ədədinin qiyməti 7887 manat olması göstərilmişdir. Baş mütəxəssis-mühafizə yegerinin vəzifə təlimatında xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə nəzarət, xidməti ərazidə gündəlik müşahidələrin aparılması, ətraf mühitin mühafizəsinə dair qanun pozuntusunun qarşısının alınması zamanı qaydanı pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq qanunvericiliklə müəyyən olunmuş qaydada gəmiləri, nəqliyyat vasitələrini, ov alətlərini, qanunsuz əldə olunmuş məhsulları, hüquqpozmaya səbəb olmuş əşyaları götürərək saxlamaq, habelə sənədlərini müsadirə etmək, brokonyerlərə qarşı mütəmadi olaraq ciddi qaydada nəzarət tədbirləri görmək, xidməti ərazidə ətraf mühitin mühafizəsinə dair aparılan yoxlamalarda və reydlərdə iştirak etmək və sair vəzifələr tapşırılmışdır. Matrosun vəzifə təlimatında gövdə hissəsi üzrə dülgərlik işlərini görməyi bacarmaq, gövdə hissəsinin bütün bütün texniki vasitələrini idarə etməyi bacarmaq, göyərtələrin yanğınsöndürmə vəsaitlərindən istifadə etməyi bacarmaq və sair vəzifələr tapşırılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər mərkəzi xəstəxanası X14 daxil olmuş PHŞ/6.61 -2-2022-321 nömrəli 29 sentyabr 2022-ci il tarixli məktubda görünür ki, ünvan 5 ünvanında yaşayan xx xxxxxx 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 20 sentyabr 2022-ci il tarixdə saat 10:10-da üzün və hər iki saidin üçüncü dərəcəli alov yanığı, Mingəçevi şəhəri, Nigar Rəfibəyli küçəsi, ev 6A, mənzil 5 ünvanında yaşayan xx xxxx 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 20 sentyabr 2022-ci il tarixdə saat 10:07- də sol əlin üçüncü dərəcəli alov yanığı diaqnozu ilə şəhər məkrəzi xəstəxanasının Acil şöbəsinə daxil olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X9 İdarəsindən daxil olmuş 04 oktaybr 2022-ci il tarixli qüsur aktında görünür ki, idarəyə məxsus “Merkuri ML-30 mühərrikli aliminium qayığında yanğın baş vermişdir. Suya davamlı döşəmə tamamilə sıradan çıxmışdır. Avarlar, 4 (dörd) ədəd xilasedici jilet (gödəkçə), işıqlanma sisteminin naqilləri, qayığın lövbərlənmə kəndiri, əl fənəri, sərnişin oturacaqları yararsız hala düşmüşdür. Qayığın yanmış hissələrinin bərpası üçün 2764 (iki min yeddi yüz altmış dörd) manat məbləğ tələb olunur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində 20 sentyabr 2022ci il tarixli qərarla təyin olunmuş məhkəmə tibbi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 562 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 barəsində 20 sentyabr 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının 01 oktyabr 2022-ci il tarixli 563 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol əlin termiki yanığı alovun təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda göstərilən 20 sentyabr 2022-ci il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə sağlamlığa qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 barəsində 20 sentyabr 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının 01 oktyabr 2022-ci il tarixli 564 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər hər iki üzündə, hər iki said nahiyələrində termiki yanıqlar alov təsirindən əmələ gəlmişdirlər. Yetirilmə müddətləri qərarda göstərilən 20 sentaybr 2022- ci il tarixə uyğundurlar. Ağırlıq dərəcəsinə görə sağlamlığa qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat birliyindən verilmiş 12 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Məmmədov X7 şəhəri, Qaçaq Nəbi küçəsi, ev 6 B ünvanında arvadı 1962-ci il təvəllüdlü X6, oğlanları 1989-cu il təvəllüdlü Şahid və 1996-cı il təvəllüdlü X13 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs barəsində yaşadığı müddətdə qonşulardan və ictimaiyyətdən Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsili bilinərək 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15 oktyabr 2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 18 fevral 2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər məhkəməsinn 04 oktyabr 2022ci il tarixli SDS-1904/2022 nömrəli məktubdan görünür ki, Məmmədov X7 şəhər məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 1 (051 )-106/2017 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xəzər rayon məhkəməsindən daxil olmuş 31 oktyabr 2022-ci il tarixli 1391 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 7(003)- 1125/2019 nömrəli qərarı ilə çəkilməmiş 04 (dörd) ay 3(üç) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 10 oktyabr 2022-ci il tarixli 47/1102 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs balıqovlama bileti yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 1556 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixiatriya və məhkəməpsixoloji ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 611/220 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan münaqişələr ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 noyabr 2022-ci il tarixli 9/7197 nömrəli rəyində görünür ki, 01 ədəd 2016-cı il tarixli Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş “Vellboat-46” markalı “Merkuri ML-30” mühərrikli sərnişin götürmə qabiliyyəti 4 nəfər, yük götürmə qabiliyyəti 0.40 ton olan qayığın normal vəziyyətdə 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5000.00 manat müəyyən edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X9 İdarəsinin direktoru Elxan Baxışov tərəfindən tərtib edilmiş 04 okaybr 2022-ci il tarixli qüsur aktından istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 2016-cı il tarixli Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş “Velboat-46 markalı Merkuri ML-30” mühərrikli qayığa dəymiş ziyanın ümumi məbləğin 2022-ci ilin sentyabr ayına 1750.00 (5000*35%) manat olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-yanacaq və sürtkü, məhkəmə-trasoloji ekspertizasının 05 noyabr 2022- ci il tarixli 6/5747-3/1389 nömrəli rəyində görünür ki, məhkəmə-yanacaq və sürtkü ekspertizası üzrə: Tədqiqata təqdim olunmuş tünd göy rəngli ərimiş plastik qabın səthində və içərisində tezalışan neft məhsullarına (benzin, kerosin və dizel yanacağı) məxsus izlər vardır. Tədqiqata 2 (iki) ədəd nümunə qabında təqdim olunmuş çəhrayı rəngli məhlullar kimyəvi tərkiblərinə görə tezalışan neft məhsulu-benzindir. Tədqiqata təqdim olunmuş “Zərərçəkmiş şəxs1 məxsus” yazıları olan bağlamadan aşkar edilmiş qolsuz gödəkçənin və boz rəngli şalvarın, “Zərərçəkmiş şəxs2 məxsus” yazıları olan bağlamadan aşkar edilmiş qara rəngli uzunqol köynəyin üzərilərində tezalışan neft məhsullarına (benzin, kerosin və dizel yanacağı) məxsus izlər vardır. Tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs məxsus...." yazıları olan bağlamadan aşkar edilmiş qara rəngli qısaqol köynəyin və qara rəngli şalvarın üzərilərində neft məhsullarına məxsus izlər yoxdur. Yüksək temperatur və buxarlanma şəraitində neft məhsullarının tərkibində əsaslı dəyişikliklə baş verdiyi üçün tədqiqata təqdim olunmuş ərimiş plastik qabın səthində və içərisində, qara rəngli qolsuz gödəkçənin, boz rəngli şalvarın, qara rəngli uzunqol köynəyin üzərilərində olan izlərin hansı yanacaq məhsulu növünə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş ərimiş plastik qabın səthində və içərisində, qara rəngli qolsuz gödəkcənin, bor rəngli şalvarın, qara rəngli uzunqol köynəyin üzərilərində olan neft məhsullarına məxsus izlər ilə nümunə qablarında təqdim olunmuş neft məhsulu kimyəvi tərkibinə görə eyni qrup mənsubiyyətinə malikdirlər. Məhkəmə-trasoloji ekspertizası üzrə: Tədqiqata təqdim edilmiş “Hadisə yerindən aşkar edilmiş benzin qabı”yazıları olan bağlamadan aşkar edilmiş qabın, üzərində “Zərərçəkmiş şəxs1 məxsus”yazıları olan bağlamadan aşkar edilmiş qolsuz gödəkçənin səthində rəyin təsviri hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş “Hadisə yerindən aşkar edilmiş benzin qabı” yazıları olan bağlamadan aşkar edilmiş qabın, üzərində “Zərərçəkmiş şəxs1 məxsus” yazıları olan bağlamadan aşkar edilmiş qolsuz gödəkçənin səthində olan zədələr termiki təsirdən yaranmağa xarakterik yanma zədələridir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından bu zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Təqdiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs1 məxsus” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın, üzərində “Zərərçəkmiş şəxs2 məxsus” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, üzərində “Təqsirləndirilən şəxs məxsus” yazıları olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, şalvarın səthində trasoloji iz və zədə yoxdur. Cinayət işinin materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, həmçinin, üzərində hadisə izlərinin saxladığına, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə hadisə yerinə baxış zamanı müvafiq qaydada qablaşdırılmaqla götürülmüş benzin qabı, həmin benzin qabının içərisindən götürülmüş iki ədəd benzin nümunəsi, balıq ovlamaq üçün tor vasitəsi, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli qısaqol üst geyimi və bir ədəd boz rəngli cins materialından şalvar, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qara rəngli uzunqol köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli qısa qol köynək və qara rəngli şalvar 22 noyabr 2022-ci il tarixli qərarla maddi sübut qismində tanınaraq Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Cinayət işini materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixda şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işini materiallarında olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işini materiallarında olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxslərin ərizələrindən görünür ki, zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir şikayətləri və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında Mingəçevir şəhər prokurorunun köməkçisi X4 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 128, 221.2.2, 186.1, 234.1 və 256.1-ci maddələrinin tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinin başlanılması rədd edilmiş və əməllərində Azərbaycan Respublikası İXM-nin 232-1, 206 və 272.3-cü maddələrinin tərkibi olduğunudan barəsindəinzibati xəta haqqında iş üzrə icraat başlanması barədə qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-842/2022 saylı inzibati xəta haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilımiş, barəsində narkomaniyan məcburi müalicə təyin edilməmişdir. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-843/2022 saylı inzibati xəta haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3- cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ov hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-844/2022 saylı inzibati xəta haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1750 (min yeddi yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın təsiri altında, habelə alkoqollu içkilərin təsiri nəticəsində sərxoş halda 20 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində “Kür” çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində “Mingəçevir kəndi” adlanan ərazidə qanunsuz balıq ovu etmək məqsədi ilə 16 sentyabr 2022-ci il tarixdə çayın su hövzəsində quraşdırdığı balıq torlarına qonşusu X16 ilə sonuncunun idarə etdiyi qayığın içərisindən nəzarət edərkən, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərovun 20 sentyabr 2022-ci il tarixli 259 nömrəli əmri ilə bir günlük “Balıqçılıq haqqında” Qanunun tələblərinə riayət olunması vəziyyətinin araşdırılması tapşırılmış, 06 mart 2019-cu il tarixli əmək müqaviləsi ilə xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə nəzarət, xidməti ərazidə gündəlik müşahidələrin aparılması, brokonyerlərə qarşı mütəmadi olaraq ciddi qaydada nəzarət tədbirləri görmək, xidməti ərazidə ətraf mühitin mühafizəsinə dair aparılan yoxlamalarda və reydlərdə iştirak etmək vəzifələri həvalə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioloji müxtəlifliyin qorunmasına nəzarət qrupunun baş mütəxəssis yegeri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və 15 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X9 idarəsinin direktoru Fizuli Babayev tərəfindən təsdiq olunmuş gövdə hissəsi üzrə dülgərlik işlərini görməyi bacarmaq, gövdə hissəsinin bütün texniki vasitələrini idarə etməyi bacarmaq, göyərtələrin yanğınsöndürmə vəsaitlərindən istifadə etməyi bacarmaq vəzifələri həvalə edilmiş 19 aprel 2021 -ci il tarixli 161/K nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X9 İdarəsində matros vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 reyd zamanı Təqsirləndirilən şəxs qanunsuz balıq ovu ilə məşğul olmasını aşkar edib xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun olduğu qayığa istifadələrinə olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah etməklə, barəsində inzibati məsuliyyət nəzərdə tutan protokol tərtib edəcəyini nəzərinə çatdıraraq onlarla birlikdə sahilə yaxınlaşmasını tələb etdikdə, Təqsirləndirilən şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı zor tətbiq etməklə müqavimət göstərib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş “Vellboat-46” markalı “Merkuri ML-30” mühərrikli sərnişin götürmə qabiliyyəti 4 nəfər, yük götürmə qabiliyyəti 0.40 ton olan qayığın içərisindəki tünd göy rəngli plastik qabda olan benzin məhlulunu götürərək, “Vellboat-46” markalı qayığın içərisinə töküb dərhal özündə olan alışqan vasitəsi ilə yandırmış, nəticədə alovun təsirindən qayıqda olan Zərərçəkmiş şəxs1 hər iki üzündə, hər iki said nahiyələrində, Zərərçəkmiş şəxs2 sol əlində termiki yanıq əmələ gəlməklə onların sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan “Vellboat-46” markalı “Merkuri ML-30” mühərrikli qayığa 1750 manat maddi ziyan vurmaqla hakimiyyət nümayəndələri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə tövsif edilib və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdılar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasına CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirini səmimi etiraf edib peşmançılıq keçirməsinə, yaşayış və iş yerlərində müsbət xarakterizə olunmasına CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini, iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını və cəzanı yüngülləşdirən halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidr. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixda şübhəli şəxs qismində tutulmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmış və müdafiə tərəfinin vəsatəti əsasında Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün cəza çəkdiyi müddətdə onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə 210 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan benzin qabı, həmin benzin qabının içərisindən götürülmüş iki ədəd benzin nümunəsi, balıq ovlamaq üçün tor vasitəsi məhv edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli qısaqol üst geyimi və bir ədəd boz rəngli cins materialından şalvar, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qara rəngli uzunqol köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli qısa qol köynək və qara rəngli şalvar sahiblərinə qaytarılmalıdır. Vəkil X5 və Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 343 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan benzin qabı, həmin benzin qabının içərisindən götürülmüş iki ədəd benzin nümunəsi, balıq ovlamaq üçün tor vasitəsi məhv edilsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli qısaqol üst geyimi və bir ədəd boz rəngli cins materialından şalvar, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qara rəngli uzunqol köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli qısa qol köynək və qara rəngli şalvar sahiblərinə qaytarılsın. İş üzrə 210 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X5 və Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 343 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürüsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-32/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-32/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver